Məhkəmə qərarları › İş №2(103)-7935/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7935/2022

22.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7935/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2na qarşı “əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, mərhum əri İsmayılov Elxan Tofiq oğlu ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 21 saylı Dövlət Notariat kontorunda Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(005)- 20/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı vəkili Vəkil2 xx.xx.2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə apellyasiya şikayəti verərək, Bakı Şəhəri NərimanovRayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-20/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbini təmin edən yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(005)-20/2022 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra İddiaçı vəkili Vəkil2 yenidən apellyasiya şikayətini məhkəməyə təqdim etmiş, eyni zamanda müddətin bərpasına dair ərizəsini də vermişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(005)- 20/2022 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti düzgün formada verilmədiyindən müddətin bərpası barədə ərizə geri qaytarılmışdır. Hazırda İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 yenidən apellyasiya şikayətini məhkəməyə təqdim etmiş, eyni zamanda müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin onlara münasibətdə bərpa edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan İddiaçı xx.xx.2022-ci il tarixdə şikayət verərək, həmin qərardadın ləğv edilməsini və prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2022 saylı iş üzrə 01 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməmiş, birinci instansiya məhkəməsi isə şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilibverilməməsini yoxlamadan mahiyyəti üzrə baxaraq qiymət vermiş və şikayətin mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməli, İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-20/2022 saylı iş üzrə 28 sentyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilsin. İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver