Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7975/2020 30.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 5780/2020 nömrəli qəraradadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5780/2014 saylı, xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9000 ABŞ dolları ödəniş gününə manata olan məzənnə ilə İddiaçı xeyrinə tutulması, Cavabdeh1 xx xxxxxx 2005-ci il tarixli müqavilə üzrə 12000 ABŞ dolları və 1000 ABŞ dolları ödəniş gününə manata olan məzənnə ilə iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(001)- 5780/2014 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-5780/2014 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin ötürülməsi üzürlü səbəblərdən baş verdiyinə görə həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış müddət bərpa edilməlidir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-5780/2014 saylı qəraradadı ilə Cavabdeh1 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)-5780/2014 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilmiş, apellyasiya şikayətinin cavabdehə qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh1 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh xəstə olduğu üçün ona nə poçt, nə də başqa vasitə ilə qərardadın surəti verilməyib. O, xx xxxxxx 2019-cu ildə ərizə ilə məhkəmə arxivindən qərardadın surətini götürmüşdür. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-5780/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan qəbzdən (i.v. 189) görünür ki, Cavabdeh1 2(001)- 5780/2014 saylı qətnamənin surətini xx xxxxxx 2019-cu il tarixində qəbzə imza etməklə almışdır. Odur ki, cavabdeh həmin tarixdən etibarən qətnamədən şikayət verilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-5780/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-5780/2014 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7975/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7975/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver