Məhkəmə qərarları › İş №2(103)-8048/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8048/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8048/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi eyni zamanda vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu,” tələbinə və İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı iş üzrə qəbul etdiyi 19 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı iş üzrə qəbul etdiyi 19 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu,” tələbi və İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizələri təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyul 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bununla belə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən 24 sentyabr 2021-ci il tarixdə daxil olmuş məktubda, iş üzrə Cavabdeh avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsinə baxılması məqsədi ilə işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş ərizəyə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏR ARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı iş üzrə qəbul etdiyi 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh verdiyi ərizəyə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar