Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8237/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh X1 qızının və onun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X1 qızına qarşı evdən istifadə qaydalarının müəyyən edilməsi, sahiblik və istifadə hüququnun təmin edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-727/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X1 qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanından istifadə qaydaları müəyyən edilməklə ona miras qalmış ¼ hissə üzərində sərbəst şəkildə sahiblik və istifadə hüquqlarının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikililərin tikintisinin dayandırılması, həmin evdə hər hansı təmir-tikinti işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qarardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-727/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, ünvan 2 ünvanında cavabdeh tərəfindən təmir-tikinti işlərinin aparılması dayandırılmış, cavabdehə və digər şəxslərə həmin mənzildə hər hansı təmir-tikinti işlərinin aparılması qadağan edilmişdir. Məhkəmənin sözügedən qərardadından narazı qalan cavabdeh Əsgərova- X5 şikayət vermiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(103)-3091/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş ərizəyə yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-727/2020 saylı qərardadı ilə iş üzrə iddianı təmin tədbirinin görülməsinə dair ərizə qismən təmin edilərək cavabdeh tərəfindən ünvan 1 ünvanında bəzi yenilənmə işləri, yəni su və qaz borularının dəyişdirilməsi, yenilənməsi işlərinin aparılması, həmçinin cavabdeh tərəfindən sanitar qovşağın işlək vəziyyətə gətirilməsi istisna olmaqla, ünvan 1 ünvanında cavabdeh tərəfindən digər təmir-tikinti işlərinin aparılması dayandırılmış və cavabdehə və digər şəxslərə həmin mənzildə hər hansı təmir-tikinti işlərinin aparılması qadağan edilmişdir. Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 727/2020 saylı qərardadından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(003)-727/2020 saylı qərardadı ilə şikayət təmin olunmayaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi şikayətin təmin edilməsini, iddiaçı isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdehin verdiyi şikayət qismən təmin edilməli, qərardad dəyişdirilməli, ünvan 1 ünvanında cavabdehə və digər şəxslərə tikinti işlərinin aparılması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinin tələbinə görə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binə qəsəbəsi R. Məmmədhüseynov küçəsində yerləşən 21 saylı evdə təmir işlərinin aparılması gələcəkdə qətnamənin icrasında hər hansı çətinliyə səbəb olmayacaqdır. Buna görə də kollegiya hesab edir ki, cavabdehə və digər şəxslərə yalnız həmin evdə təmir işlərinin aparılması qadağan edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 157-158, 398-400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)-727/2020 saylı qərardadı dəyişdirilsin. Mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında cavabdeh X1 qızı və digər şəxslər tərəfindən hər hansı tikinti işlərinin aparılması qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8237/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8237/2020
10.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver