Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8341/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əşyaların məcburi qaydada mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-3776/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əşyaların mənzildən məcburi qaydada çıxarılması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Əliyeva Könül Nəriman qızı vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin olunmamışdır. Həmin qərardadla razılaşmayan cavabdehin nümayəndəsi şikayət vermiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə şəhəri Nizami rayonu X3 küçəsi ev 9 ünvanında qeydiyyatdadır. Faktiki yaşayış yeri də həmin ünvandır. O, Nəsimi rayonundakı ünvanda formal olaraq qeydiyyatda olmuşdur. Məhkəməyə arayış təqdim etmələrinə baxmayaraq, məhkəmə ərazi aidiyyatı qaydalarına dair prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(006)- 3776/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışa əsasən, iş icraata qəbul olunarkən Cavabdeh ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. Məhkəmə hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-3776/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, çıxarılması tələb olunan əşyaların Bakı şəhəri Yasamal rayonu ərazisində olan mənzildə yerləşməsi nəzərə alınaraq, iddia tələbi mənzilin qanuni sahibi olan iddiaçının hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlı olduğuna görə mülki işə müstəsna aidiyyət qaydasında Yasamal Rayon Məhkəməsində baxılması məsələsi də birinci instansiya məhkəməsində işə baxılarkən müzakirə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Mülki işin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında vəsatətin təmin edilməməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 3776/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8341/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8341/2020
08.12.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver