Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8570/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 Həsənzadənin katibliyi ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və “xxxx” KB ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və “xxxx” KB ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli 099UGİ/15/2 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4612/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmiş və mülki iş materialları xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərazi aidiyyətı ilə bağlı məsələ mübahisələndirilərək, həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırki tələb yalnız ipoteka müqaviləsinin etibarsız hesab edilməsindən ibarətdir. Müqavilənin etibarsız hesab edilməsi tələbinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə əsasən cavabdehlərdən birinin qeydiyyatda olduğu rayonun məhkəməsində baxılır. İddia ərizəsindən görünür ki, cavabdeh Nəzərov X2 rayon ərazisində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən məhkəmə aidiyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Kollegiya qeyd edir ki, məhkəmə aidiyyəti Prosessual Qanunvericilikdə dəqiq müəyyən edilmiş və bu norma məhkəmə müdafiəsindən istifadə edən subyektlər üçün tam aydın olaraq göstərilmişdir. Hazırki vəziyyətdə Sabunçu rayon Məhkəməsi tərəfindən işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi üçün prosessual əsaslar müəyyən olunmur. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, hazırki mülki iş baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı qızının cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 və “xxxx” KB ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova a
Məhkəmə qərarları › İş №2(103)-8570/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8570/2020
18.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver