Məhkəmə qərarları › İş №2(103)-9148/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9148/2021

28.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9148/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı6 nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə iddiaçı X1 nümayəndəsi X2 iştirakları ilə İddiaçı2 və qeyrilərinin Cavabdeh MTK-ya qarşı “vəzifələrin qoyulması, pulun qaytarılması, tikilinin sökqlməsi” barədə ilkin, Cavabdeh MTK-nın İddiaçı3 Nəsrulla oğluna və qeyrilərinə qarşı “pulun ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK-nın nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 40 a ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ərazisinə bina sakinlərinin avtomobillə giriş-çıxışına və bina ərazisində avtomobillərinin saxlanılmasına maneçiliyin törədilməsinin və lift-kart sisteminin quraşdırılmasının "Bəm-Bəyaz” MTK-ya qadağan olunması, ilkin iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən "Bəm-Bəyaz” MTK-nın verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək apellyasiya baxışına təyin edilmiş, bununla belə sonradan birinci instansiya məhkəməsindən göndərilmiş məktubda həmin məhkəmənin 26 iyul 2021-ci il tarixli əlavə qətnaməsindən də şikayət verildiyi bildirilməklə işin geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1146/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK-nın nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin iş üzrə qəbul edilmiş 26.07.2021-ci il tarixli əlavə qətnamədən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar