Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9196/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Məryəm Faiq qızı Orucovanın katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1328/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh «Azəriqaz» İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) Cavabdeh qarşı “evə köçürülmə” barədə məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1328/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 19 saylı evə köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinə baxılması 25 avqust 2021-ci il tarixli qərardadla mümkün hesab edilərək, məhkəmə iclası 04 oktyabr 2021-ci il tarixə, saat 16:40-a təyin edilmişdir. 31.08.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1328/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməi barədə apellyasiya şikayəti daxil olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin AR MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1328/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1328/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin AR MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-9196/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9196/2021
04.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver