Məhkəmə qərarları › İş №2(103)-927/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-927/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-927/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-811/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-811/2020 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin qismən, cərimə ilə bağlı hissəsində ləğv edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(103)-8627/2020 saylı qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək həmin məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-811/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən də apellyasiya şikayəti verilməsi bildirilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)-811/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 811/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(006)- 811/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar