Məhkəmə qərarları › İş №2(103)-9291/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9291/2021

28.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9291/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmək haqqının və onun ödənilməsinin gecikdirilməsinə görə ödəncin, habelə məzuniyyət pulunun tutulması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin oktyabr ayı üçün 3435,41 manat, 2020-ci ilin noyabr ayı üçün 3263,63 manat olmaqla cəmi 6699,04 (altı min altı yüz doxsan doqquz manat 04 qəpik) manat əmək haqqının, 27 noyabr 2020-ci il tarixədək istifadə edilməmiş 74 günlük əsas əmək məzuniyyətinə görə 8362,51 (səkkiz min üç yüz altımış iki manat, 51 qəpik) manatın, vəkilə ödənilmiş 3750 (üç min yeddi yüz əlli) manatın, 09 noyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3435,41 manat məbləğində əmək haqqının (oktyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i məbləğində (günlük 34,35 manat) ödəncin, 07 dekabr 2020-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödəmənin həyata keçirildiyi günədək hər gecikdirilmiş gün üçün 3263,63 manat məbləğində əmək haqqının (noyabr 2020-ci il üçün əmək haqqı) 1 %-i (günlük 32,63 manat) məbləğində ödəncin MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasınıi xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, 2020-ci ilin oktyabr ayı üçün 3435,41 manat, 2020-ci ilin noyabr ayı üçün 3263,63 manat olmaqla cəmi 6699,04 (altı min altı yüz doxsan doqquz manat 04 qəpik) manat məbləğində əmək haqqının, 09 noyabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3435,41 manat məbləğində əmək haqqının 1 %-i məbləğində, yəni günlük 34,35 manat ödəncin, 07 dekabr 2020-ci il tarixdən başlayaraq ödəmənin həyata keçiriləcəyi günədək hər gecikdirilmiş gün üçün 3263,63 manat məbləğində əmək haqqının 1 %-i məbbləğində, yəni günlük 32,63 manat məbləğində ödəncin, hüquqi yardıma görə 3750 (üç min yeddi yüz əlli) manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh MMC-dən 30 manat dövlət rüsumunun tutulub Dövlət büdcəsinə köçürülməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh müəssisənin nümayəndəsi apellyasiya şikayəti verərək iddianın təmin edilməsi ilə bağlı hissədə onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardadı ilə mümkün hesab edilərək apellyasiya baxışına təyin olunmuşdur. 28 oktyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) qətnamədən iddiaçının da apellyasiya şikayəti verdiyini bildirmiş, onun bildirdiyi bu hal elektron məhkəmə sistemindəki məlumatla təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2930/2021 saylı iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar