Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9345/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh Bəhram oğluna qarşı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqaviləsi borcun ödənilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 30.11.2020-ci il tarixli, NZNPU-05102 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 2.650 manat, faiz borcu kimi 223,71 manat, cərimə kimi 17,80 manat, cəmi 2.891,51 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 28,50 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. İddianın qalan hissəsi təmin edilməyib Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Təqdim edilmiş sübutlardan müəyyən olunur ki, 30.11.2020-ci il tarixli, NZNPU- 05102 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçının qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş borcu vardır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh etdiyi ödənişlər barədə heç bir sübut təqdim etmədiyindən mühasibat ekspertizasının keçirilməsinə zərurət yoxdur, bankın təqdim etdiyi sübutlardan borcun düzgün hesablandığı müəyyən olunur. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən həmin məbləğdə pul tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 22.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9345/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9345/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver