Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9488/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından ilkin idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Cavabdeh2 və X1 qarşı “alqı-satqı müqaviləsi və çıxarışın etibarsız hesab edilməsi, özbaşına artırmanın sökülməsi və s.” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 6 saylı evin zirzəmisinin qeyri-yaşayış sahəsi kimi cavabdehlər AR Əmlak Məsələləri Dövlət Komitəsi və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6001 saylı və xx.xx.2018-ci il tarixli, 6932 saylı icarə müqavilələrinin, alqı-saqtı müqaviləsinin, eləcə də Azərbaycan Respublikası ƏMDKY Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı xx xxxx 2018-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən həmin binanın zirzəmisində inşa olunmuş özbaşına artımların sökülməsi, binanın zirzəmisinin özül hissəsinin bərgitmə işlərinin aparılmaqla əvvəlki vəziyyətinə qaytarılması və bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “qeyri yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qarşı onun tərəfindən qeyri-yaşayış sahəsindən istifadənin məhdudlaşdırılmasına dair qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)-141/2020 saylı qərardadından ilkin idda üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)-141/2020 saylı qərardadından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)-141/2020 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli, 2(007)-141/2020 saylı qərardadı və həmin qərardadın qəbul edilməsi üçün məhkəmə iclas protokolu ümumiyyətlə mövcud deyildir. Ona görə də, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)-141/2020 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında səhifə 256-da sıra nömrəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında ƏMDX tərəfindən verilmiş etibarnamə əlavə edilmiş və ondan sonra xx.xx.2020-ci il tarixli məhkəmə iclası protokolu 4 səhifədə əlavə edilsə də, sıra nömrəsi ilə nömrələnməmiş, həmin iclas protokolu ilə işə baxılması xx.xx.2020-ci il tarixə təxirə alınmışdır.Sonrakı iş vərəqələri 257-270-ə qədər nömrələnmiş, lakin xx.xx.2020-ci il tarixli məhkəmə iclas protokolu və qərardadı iş materiallarında mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)- 141/2020 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9488/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9488/2020
08.12.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver