Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-962/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh2 Sərhəd qızının vəkili X1 iştirakı ilə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-464/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sərhəd qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh2 Sərhəd qızı ilə bağlanılan «X3» markalı, 2003-cü il buraxılışlı, ** LD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqısına dair xx.xx.2019cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin nəqliyyat vasitəsinin ona qaytarılması, cavabdehlərə artıq ödənilən 45400 manat pul vəsaitinin onlardan müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 10.840 manat pulun və 30 manat dövlət rüsumunun, ümumimilikdə 10870 manat pulun tutularaq ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-464/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə hər iki iddia qismən təmin edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Səbail Rayon Məhkəməsindən sorğu daxil omuş, həmin sorğuda qətnamədən cavabdeh İddiaçı tərəfindən apelyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili R.Qazıyev hazırkı məsələni kollegiyanın mülahizəsinə buraxdığını bildirdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə onun iştirakı olmadan olmadan baxılması mümkündür. Bakı şəhəri Səbail Rayon Məhkəməsindən 2(009)-464/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli sorğu daxil olmuş, sorğuda İddiaçı tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-464/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi, həmin apellyasiya şikayətinə münasibət bildirilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, İddiaçı verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-464/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Səbail Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-962/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-962/2021
27.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver