Məhkəmə qərarları › İş №2(103)-9751/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9751/2021

07.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9751/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan Cavabdeh2 ASC-yə, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(006)- 1006/2021 saylı qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan Cavabdeh2 ASC-yə, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(006)- 1006/2021 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilərək, “Lexus-570” markalı (Ban:JTJHY00W4C4087735), **-XD-*** (köhnə nömrə: **-OE-***) dövlət nömrə nişanlı avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə X3 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən Cavabdeh3 Sənani oğlunun adına verilmiş qeydiyyat sənədinin ləğv edilməsi, həmin avtomobilə dair Cavabdeh3 Sənani oğlu ilə Cavabdeh2 ASC arasında 19.03.2018ci il tarixli, 1107/A saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış 19.03.2018-ci il tarixli 1107/ag saylı ipoteka müqaviləsinə xitam verilməsi və qeyd edilən avtomobilin Cavabdeh2 ASC qarşısında ipoteka və yüklülükdən azad edilərək İddiaçı qaytarılması qət edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh LPO Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və apellyasiya icraatına qəbul edilmişdir. Hazırda Cavabdeh3 nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, qətnamədən apellyasiya şikayəti verdiyini, bu səbəbdən də mülki işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, ərizənin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 362-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mövcud qanunvericilik apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə verilməsi və müvafiq prosessual əsasların mövcud olub-olmamasının ilkin olaraq həmin məhkəmə tərəfindən yoxlanılmasını müəyyən etmişdir. Göstərilənlərə əsasən və MPM-in 364-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, ləğv prosesində olan Cavabdeh2 ASC-yə, Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş baxışdan çıxarılaraq Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar