Məhkəmə qərarları › İş №2(104)-1732/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1732/2023

04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1732/2023 04.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştiakı ilə, Ərzəçi Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Xocalı Rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Xocalı Rayon Məhkəməsinin Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(070)-02/2023 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağdakı qərardadı qəbul etdi. İşin halları: Ərzəçi Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Xocalı Rayon İcra Hakimiyyətinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhəməyə müraciət edərək, vəfat etmiş əri X4 1975-ci il iarixdən 1978-ci il tarixədək Xocalı kənd tərəvəzçilik və süaçüiük sovxozunda briqadir, 1978-ci il tarixdən 1983-cü il tarixə kimi Əskəran rayonu Xocalı kənd Sovet Sədri (indiki kənd icra nümayəndəsi), 1983-cü il tarixdən 1988-ci il tarixə kimi (Partkom) Əskəran rayonu Xocalı kənd Partiya Təşkilat Komitəsinin Katibi, 1988-ci il tarixdən 1991-ci il tarixədək (Prav soyuz) Respublika Həmkarlar Təşkilatının Əsgəran rayonu Xocalı kəndi üzrə sədri, 1991ci ilin dekabr ayının 9-dan 1996-cı il tarixədək Xocalı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun direktoru və 1996-cı il tarixdə idarənin adı dəyişdirilərək Xocalı rayonu Əmək və Əhakinin Sosial Müdafiəsi Mərkəzi adlandırılması ilə əlaqədar olaraq 1996-cı il tarixdən 2006-cı ilin dekabr ayının 30-na kimi (vəfat etdiyi günə qədər) həmin mərkəzin direktoru vəzifəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərzəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri Şamil Hüseynov xx.xx.2006cı il tarixdə vəfat etmişdir. O, 1975-ci il tarixdən 1978-ci il tarixədək Xocalı kənd tərəvəzçilik və südçülük savxozunda briqadir vəzifəsində işləmişdir. 1977-ci il tarixdə Bakı Ali Partiya məktəbinə daxil olmuş və həmin məktəbi 1983-cü ildə bitirmişdir. 1978-ci il tarixdən 1983cü il tarixə kimi Əskəran rayonu Xocalı kənd Sovet Sədri (indiki kənd icra nümayəndəsi) vəzifəsində işləmişdir. 1983-cü il tarixdən 1988-ci il tarixə kimi (Partkom) Əskəran rayonu Xocalı kənd Partiya Təşkilat Komitəsinin Katibi, 1988-ci il tarixdən 1991-ci il tarixədək (Prav soyuz) Respublika Həmkarlar Təşkilatının Əskəran rayonu Xocalı kəndi üzrə sədri vəzifəsində işləmişdir. 1991-ci ilin noyabr ayının 26-da Əskəran rayonu ləğv edilərək onun bazasında Xocalı rayonu yaradılmışdır. 1991-ci ilin dekabr ayının 9-dan 1996-cı il tarixədək Xocalı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun direktoru vəzifəsində işləmiş, 1996-cı il tarixdə idarənin adı dəyişdirilərək Xocalı rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi adlandırılmış və 2006-cı ilin dekabr ayının 30-a kimi (vəfat etdiyi günə qədər) həmin Mərkəzin direktoru vəzifəsində işləmişdir. Həyat yoldaşı X4 əmək kitabçası onun iş yerində saxlanılmışdır. Lakin, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı müraciət etsələrdə onun əmək kitabçasını tapa bilməmişlər. Xocalı rayonun arxivində onun Mərkəz direktoru kimi imzaladığı əmrlər və digər sənədlər vardır. Lakin, əmək kitabçası Xocalı rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində itirlilmişdir. Xocalı rayonunun 1992-ci il tarixdən əvvəlki dövr üçün arxivi mövcud olmadığı üçün mərhum ərinin əmək stajını başqa qaydada bərpa etdirə bilmir. Bu faktın müəyyən edilməsi ailə başçısını itirməklə bağlı əmək pensiyası alına bilməsi ilə əlaqədar lazımdır. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. Xocalı Rayon Məhkəməsinin Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(070)- 02/2023 saylı qətnaməsi ilə (T.Əliyev) ərizə təmin edilərək, ərizəçi X3 əri X4 1975-ci il tarixdən 1978-ci il tarixədək Xocalı kənd tərəvəzçilik və südçülük sovxozunda briqadir, 1978-ci il tarixdən 1983-cü il tarixə kimi Əskəran rayonu Xocalı kənd X6 sədri, 1983-cü il tarixdən 1988-ci il tarixə kimi Əskəran rayonu Xocalı kənd Partiya Təşkilat Komitəsinin katibi, 1988-ci il tarixdən 1991-ci il tarixədək Respublika Həmkarlar Təşkilatının Əsgəran rayonu Xocalı kəndi üzrə sədri, 1991-ci ilin dekabr ayının 9-dan 2006- cı ilin dekabr ayının 30-a kimi Xocalı rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Xocalı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il, 2(070)-2/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərərk, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci maddəsində qeyd olunmuşdur ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv aravısı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İş materiallarından aydın olur ki, ərizəçi mərhum həyat yoldaşı X4 iş stajını təsdiq edən (əmrlər, əmək haqqı cədvəlləri) sənədləri məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin mövcud olması iş stajının xüsusi icraat qaydasında baxılmasını istisna edir. Xocalı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il, 2(070)-2/2023 nömrəli qətnaməsinin nəticə hissəsində hüquqi müdafiə vasitələri düzgün göstərilməmişdir. Belə ki, Xocalı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ərazi yurisdiksiyasına uyğun olaraq Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməli olduğu halda, qətnamədə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına şikayət verilməsi qeyd edilmişdir. Bundan başqa maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olmasına baxmayaraq, ərizəçi onu maraqlı şəxs qismində göstərməmiş, həmçinin Dövlət Sosial Müdafiə Fondu məhkəmə tərəfindən maraqlı şəxs kimi işə cəlb edilməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və işdə iştiak edən şəxslərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, ərizəçi, maraqlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, ərizəçinin ailə başçını itirməyə görə əmək pensiyası alması üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi ilə bağlı hər hansı bir məlumatı yoxdur. İş materiallarında da belə bir sənəd və ya Dövlət Sosial Müdafiə Fondunun ərizəçinin iddia etdiyi əmək stajını qəbul etməməsinə dair imtina mövcud deyildir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xocalı Rayon Məhkəməsinin Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(070)-02/2023 saylı qətnaməsi ləğv olunmalı, X4 1975-ci il tarixdən 1978-ci il tarixədək Xocalı kənd tərəvəzçilik və südçüiük sovxozunda briqadir, 1978-ci il tarixdən 1983-cü il tarixə kimi Əskəran rayonu Xocalı kənd Sovet Sədri (indiki kənd icra nümayəndəsi), 1983-cü il tarixdən 1988-ci il tarixə kimi (Partkom) Əskəran rayonu Xocalı kənd Partiya Təşkilat Komitəsinin Katibi, 1988-ci il tarixdən 1991-ci il tarixədək (Prav soyuz) Respublika Həmkarlar Təşkilatının Əsgəran rayonu Xocalı kəndi üzrə sədri işləməsi faktının müəyyən edilməsi hissəsində ərizənin baxılmamış saxlanılması, X4 1991-ci ilin dekabr ayının 9-dan 1996-cı il tarixədək Xocalı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun direktoru və 1996-cı il tarixdə idarənin adı dəyişdirilərək Xocalı rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi adlandırılması ilə əlaqədar olaraq 1996-cı il tarixdən 2006-cı ilin dekabr ayının 30-a kimi (vəfat etdiyi günə qədər) həmin mərkəzin direktoru vəzifəsində işləməsi hissəsində isə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən isə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi mərhum əri X4 1975-ci il tarixdən 1978-ci il tarixədək Xocalı kənd tərəvəzçilik və südçüiük sovxozunda briqadir, 1978-ci il tarixdən 1983-cü il tarixə kimi Əskəran rayonu Xocalı kənd Sovet Sədri (indiki kənd icra nümayəndəsi), 1983-cü il tarixdən 1988-ci il tarixə kimi (Partkom) Əskəran rayonu Xocalı kənd Partiya Təşkilat Komitəsinin Katibi, 1988-ci il tarixdən 1991-ci il tarixədək (Prav soyuz) Respublika Həmkarlar Təşkilatının Əsgəran rayonu Xocalı kəndi üzrə sədri işləədiyini iddia etsə də onun həmin təşkilatlarda işləməsinin təsdiq etmək üçün Araxiv İdarələrinə və təşkilatlara müraciət etməsi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Ərizəçi Xocalı rayonunun 1992-ci il tarixdən əvvəlki dövr üçün arxivi mövcud olmadığı üçün mərhum ərinin əmək stajını başqa qaydada bərpa etdirə bilmədiyini qeyd etsə də, Xocalı Rayon Dövlət Arxivinə qeyd olunan dövrlər üzrə ərinin işləməsi ilə bağlı müvafiq məlumatın əldə edilməsi ilə bağlı müraciət etməsi və həmin idarənin arxivi mövcud olmaması ilə bağlı hər hansı bir imtinası iş materiallarında mövcud olmamışdır. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş Xocalı Rayon Dövlət Arxivinin 14 dekabr 2022-ci il tarixli, 10 nömərli arayışı isə yalnız mərhumun 2006-cı il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə müvafiq məlumatın olmaması ilə bağlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəçi ilk öncə qeyd olunan iş illəri üzrə müvafiq məlumatların əldə edilməsi ilə bağlı arxiv idarəsinə müraciət etməklə məhkəmədən kənar həll qaydasına riayət etməli, arxiv idarəsindən iş illərinin təsdiqi ilə bağlı hər hansı bir məlumat əldə edə bilmədiyi təqdirdə isə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət etməli idi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, X4 1975-ci il tarixdən 1978-ci il tarixədək Xocalı kənd tərəvəzçilik və süaçüiük sovxozunda briqadir, 1978-ci il tarixdən 1983-cü il tarixə kimi Əskəran rayonu Xocalı kənd Sovet Sədri (indiki kənd icra nümayəndəsi), 1983-cü il tarixdən 1988-ci il tarixə kimi (Partkom) Əskəran rayonu Xocalı kənd Partiya Təşkilat Komitəsinin Katibi, 1988-ci il tarixdən 1991-ci il tarixədək Əsgəran rayonu Xocalı kəndi üzrə (Prav soyuz) Respublika Həmkarlar Təşkilatının sədri işləməsi faktının müəyyən edilməsi hissəsində ərizə baxılmamış saxlanılmalıdır. X1 1991-ci ilin dekabr ayının 9-dan 1996-cı il tarixədək Xocalı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun direktoru və 1996-cı il tarixdə idarənin adı dəyişdirilərək Xocalı rayonu Əmək və Əhakinin Sosial Müdafiəsi Mərkəzi adlandırılması ilə əlaqədar olaraq 1996-cı il tarixdən 2006-cı ilin dekabr ayının 30-a kimi (vəfat etdiyi günə qədər) həmin mərkəzin direktoru vəzifəsində işləməsi faktının müəyyən edilməsi hissəsində isə qeyd olunur ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndində qeyd olunmuşdur ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü bəndində isə qeyd olunmuşdur ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, 1991-ci ildən 2006-cı il tarixədək ərizəçinin Xocalı rayonu Əmək və Əhakinin Sosial Müdafiəsi Mərkəzində və Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işləməsi ilə bağlı iş materiallarında kifayət qədər sübutlar (əmrlər, ştat cədvəlləri, rəsmi yazışmalar və sair rəsmi sənədlər) mövcud olmuşdur. Ərizəçinin ailə başçısını itirməyə görə əmək pensiyası ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi və Dövlət Sosial Müdafiə Fondunun həmin dövrü mərhumun iş stajı kimi qəbul etməməsi ilə bağlı isə iş materiallarında hər hansı bir sübut mövcud olmamışdır. Halbuki, qeyd olunan dövr üzrə ərizəçi Dövlət Sosial Müdafiə Fonduna müraciət etməkə həmin sübutları təqdim etməli, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanının imtinası olduğu halda isə müvafiq tələblə DSMF orqanına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı idi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 1991-ci ildən 2006-cı il tarixədək ərizəçinin Xocalı rayonu Əmək və Əhakinin Sosial Müdafiəsi Mərkəzində və Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda işləməsi faktının mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməz olmuşdur. Buna görə də qeyd olunan hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakım iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 263, 264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Xocalı Rayon Məhkəməsinin Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(070)- 02/2023 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xocalı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(070)-02/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarılsın. X1 1975-ci il iarixdən 1978-ci il tarixədək Xocalı kənd tərəvəzçilik və südçülük sovxozunda briqadir, 1978-ci il tarixdən 1983-cü il tarixə kimi Əskəran rayonu Xocalı kənd Sovet Sədri, 1983-cü il tarixdən 1988-ci il tarixə kimi Əskəran rayonu Xocalı kənd Partiya Təşkilat Komitəsinin Katibi, 1988-ci il tarixdən 1991-ci il tarixədək Əsgəran rayonu Xocalı kəndi üzrə Respublika Həmkarlar Təşkilatının sədri işləməsi faktının müəyyən edilməsi hissəsində ərizə baxılmamış saxlanılsın. X1 1991-ci ilin dekabr ayının 9-dan 1996-cı il tarixədək Xocalı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun direktoru və 1996-cı il tarixdən 2006-cı ilin dekabr ayının 30-a kimi Xocalı rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləməsi hissəsində iş üzrə icraata xitam verilsin. Qərardadın baxılmamış hissəsindən kassasiya şikayəti verilə bilməz. Qərardadın iş üzrə icraata xitam verilməsi hissəsindən, qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver