Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-241/2023 12.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh, X3 və onun vəkili X10 iştirakı ilə, Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-810/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh, X15, Ağstafa rayon Notariat Ofisinə, Tovuz Rayon Qeydiyyat Şöbəsinə və DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla mərhum X24 arasında Tovuz Rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2004-cü il tarixli nikahın etibarsız sayılması, Ağstafa rayon Qırlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2010cu il tarixli vəsiyyətnamənin etibarsız sayılması, Ağstafa rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, miras mülkə verilmiş xx.xx.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, Ağstafa Rayon Notariat Ofisi tərəfindən təsdiqlənmiş və Cavabdeh ilə X15 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi, X4 miras qalmış Ağstafa rayonu Qırlı kəndində yerləşən miras mülkə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-810/2022 saylı qətnaməsi ilə (hakim F.Məmmədov) iddianın qismən təmin edilməsi, İddiaçı ilə X24 arasında Tovuz Rayon VVADQ şöbəsində 29 may 2004-cü il tarixdə, 225 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilməmiş hissəsində ləğv olunması və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum X17 xx.xx.1950-ci ildə Ağstafa rayonunun Qırlı kəndində anadan olmuş və xx.xx.2012-ci ildə ölmüşdür. Onunla mərhum X17 xx.xx.1972-ci ildə Ağstafa rayon Vurğun qəsəbəsi üzrə icra nümayəndəliyində rəsmi olaraq nikaha daxil olmuşlar. Uzun müddət birgə yaşamış, lakin övladları olmadığından ayrılmışlar. Nikahları rəsmi qaydada pozulmamışdır. Bundan sonra o, xx.xx.2004-cü ildə X24 ilə rəsmi nikaha daxil olmuş və nikahları Tovuz Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. X2 arasında xx.xx.1972-ci ildə Ağstafa rayon Vurğun qəsəbəsi üzrə icra nümayəndəliyində bağlanmış nikah pozulmadığından, X24 ilə aralarında xx.xx.2004-cü ildə bağlanmış nikah etibarsız sayılmalıdır. X17 öldükdən sonra Ağstafa rayonunun Qırlı kəndində 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 45 kv.m, yaşayış sahəsi 29,6 kv.m, yardımçı sahəsi 21,4 kv.m olan 1 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Səhrət Bəhrəmov ölməmişdən əvvəl qeyri-rəsmi yaşadığı və onun qulluğunda dayanan Cavabdeh Ağstafa Rayon Qırlı kənd İƏD üzrə nümayəndəliyində aldatma və qanunazidd yolla əri Səhrət Bəhrəmova imza etdirdiyi və xx.xx.2010-cu il tarixli vəsiyyətnamə əsasında notariusa həqiqəti əks etdirməyən arayışla müraciət etmiş və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alaraq həmin əmlaka müvafiq çıxarış almış və həmin əmlakı cavabdeh X1. Bütün bu olanlardan son 1-2 ay ərzində məlumat almışdır. Mərhum əri öldükdən sonra miras əmlak onun tərəfindən qəbul edilmiş və idarə edilmişdir. Hesab edir ki, X8 Ağstafa Rayon Qırlı kənd İƏD üzrə nümayəndəliyində xx.xx.2010-cu il tarixdə imza etdiyi vəsiyyətnamə etibarsız sayılmalıdır. Belə ki, X17 xx.xx.2010-cu il tarixdən ölən günədək, yəni xx.xx.2012-ci il tarixədək Ağstafa Rayon Mərkəzi Xəstəxanasında Psixiatriya kabinetində “psixotik əlamətlərlə gedən depressiv epizod” diaqnozu ilə ambulator şəraitdə dispanser qeydiyyatında olmuşdur. Belə olan halda, psixatriya qeydiyyatında qeydə alınan şəxsin imzaladığı vəsiyyətnamə də etibarsız sayılmalıdır. Mərhumun başqa birinci növbə vərəsəsi yoxdur. Belə ki, Səhrət Bəhrəmovun atası X18 xx.xx.1974-cü ildə, anası Bəhrəmova Şamba Yüzbaşı qızı xx.xx.1987-ci ildə ölmüşlər. Səhrət Bəhrəmovun övladı olmamışdır. Əmlakı alqı-satqı yolu ilə əldə edən cavabdeh X15 mərhum Səhrət Bəhrəmovla qonşu və qohum olmaqla ondan qalan miras əmlakın heç bir hüququ olmayan hazırkı iş üzrə Cavabdeh qanunsuz əsaslarla keçməsindən məlumatı olmuşdur. Buna baxmayaraq Tacəddin Sadıqov həmin əmlakı öz mülkiyyətinə keçirmişdir. Belə olan halda, miras əmlak üzrə bağlanmış xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsi də etibarsız hesab edilərək ləğv edilməlidir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 izahatından görünür ki, Səhrət Bəhrəmov onun qardaşı olmuşdur. Qardaşı xx.xx.2012ci ildə vəfat etmişdir. Qardaşının dəfnini o təşkil etmiş, İddiaçı yalnız qardaşının 3,7,40 mərasimlərində iştirak etmişdir. Elmira qardaşı öləndən sonra evə gedib-gəlmişdir. 2012-ci ildən sonra isə Cavabdeh bacısı evində yaşamışdır. Mülki iş materiallarında olan: - doğum haqqında arayışdan görünür X17 atası X18, anası Bəhrəmova Şamba Yüzbaşı qızı olmaqla 12 yanvar 1950-ci ildə Ağstafa rayonunun Qırlı kəndində anadan olmuşdur. - nikah haqqında arayışdan görünür ki, X19 ilə X22 xx.xx.1972-ci il tarixdə Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Vurğun qəsəbəsi üzrə icra nümayəndəliyində 33 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra ərə Bəhrəmov, arvada isə Bəhrəmova soyadı verilmişdir. Qeyd S.A.Bəhrəmovun xx.xx.2012-ci ildə ölməsi (ölüm xx.xx.2012-ci ildə 17 nömrəli akt qeydi ilə Ağstafa rayon Qırlı kənd İN-də dövlət qeydiyyatına alınmış) ilə bağlı xitam verilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1974-cü ildə ölmüşdür. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bəhrəmova Şamba Yüzbaşı qızı xx.xx.1987-ci ildə ölmüşdür. - nikah haqqında şəhadətnamədən görünür ki, X24 və X22 29 may 2004-cü ildə 225 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. - ölüm haqqında arayışdan görünür ki, X24 xx.xx.2006-cı ildə ölmüşdür. - 08 iyul 2010-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X20 vəfat etdiyi günə qədər ona məxsus olan, Ağstafa rayonunun Qırlı kəndində yerləşən yaşayış evini, daşınan və daşınmayan əmlakını qeyri-rəsmi yaşadığı arvadı Cavabdeh vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə X11 və X6 şahidliyi ilə tərtib edilmiş, Ağstafa rayonu Qırlı kənd İcra nümayəndəsi X16 tərəfindən təsdiq edilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2012-ci ildə ölmüşdür. - xx.xx.2013-cü il tarixli Seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağstafa rayonunun Qırlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 45 kv.m, yaşayış sahəsi 29,6 kv.m, yardımçı sahəsi 21,4 kv.m olan 1 otaqlı fərdi yaşayış evi X9 adına qeydə alınmışdır. - xx.xx.2013-cü ildə 2-V-12 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci ildə vəfat etmiş X9 vərəsəsi Ağstafa rayonunun Qırlı kəndində yaşayan arvadı Cavabdehdır və o, miras əmlakdan irs almalıdır. DƏDRX-nin Tovuz ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş 184 saylı arayışa və RX ******* saylı Çıxarışa əsasən mərhum X12 məxsus Ağstafa rayonunun Qırlı kəndində yerləşən, mülkiyyətində olan 0,12 ha torpaq sahəsi, 1974-cü ildə tikilmiş 1 mərtəbəli, 1 otaqlı, ümumi sahəsi 45 kv.m, yaşayış sahəsi 29,6 kv.m, yardımçı sahəsi 21,4 kv.m olan yaşayış evindən ibarətdir. - arayışdan görünür ki, X17 xx.xx.1950-ci ildə Ağstafa rayonunun Qırlı kəndində anadan olmuş və vəfat edən günə kimi Ağstafa rayonunun Qırlı kəndində yaşamış, onun övladı olmamışdır. - xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh özünə məxsus, Ağstafa rayonunun Qırlı kəndində 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 45 kv.m olan fərdi yaşayış evini, 0,12 ha həyətyanı torpaq sahəsi ilə birlikdə 9000 manat pula X1. - JN-529 KOD 50200068 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 12 saylı qərarı ilə rayonun Qırlı kənd sakini X9 mülkiyyətinə, ailə üzvü Cavabdeh olmaqla 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. - arayışdan görünür ki, Ağstafa rayonunun Qırlı kəndində qeydiyyatda olan, 1950-ci il təvəllüdlü X20 xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək Ağstafa RMX PHŞin psixiatriya kabinetində “Psixotik əlamətlərlə gedən depresiv epizod” diaqnozu ilə ambulator şəraitdə dispanser qeydiyyatında olmuşdur. - Ağstafa Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(015)-431/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X13 cavabdehlər Cavabdeh, X15, Ağstafa RİH-nin Qırlı kənd İƏD üzrə nümayəndəliyinə və maraqlı şəxs Ağstafa Rayon Notariat Ofisinə qarşı vəsiyyətnamənin etibarsız sayılması, çıxarışın, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və alqı-satqı pozulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. - Gəncə Apelyasiya Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli 2(104)-3301/2021 saylı qərardadından görünür ki, iddiaçı X13 cavabdehlər Cavabdeh, X15, Ağstafa RİHnin Qırlı kənd İƏD üzrə nümayəndəliyinə və maraqlı şəxs Ağstafa Rayon Notariat Ofisinə qarşı vəsiyyətnamənin etibarsız sayılması, çıxarışın, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və alqı-satqı pozulması tələbinə dair iş üzrə İddiaçı X13 iddiadan imtina barədə ərizəsi qəbul edilmiş, Ağstafa Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(015)-431/2021 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli 05/70-55-4 saylı arayışdan görünür ki, xx.xx.1972xx.xx.1992-ci illər üzrə aparılmış yoxlama nəticəsində X17 ilə İddiaçı nikahının pozulması haqqında akt qeydi aşkar edilməmişdir. - Tovuz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, şöbənin arxivində 2004-cü ilə aid qeydiyyatı aparılmış nikahlara dair qəbul edilmiş ərizələr saxlanılmadığından X24 ilə Həsənova (Abbasova) Elmira Sədi qızının xx.xx.2004-cü il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində nikahları bağlana zaman təqdim etdiyi sənədlər barədə heç bir məlumat təqdim etmək mümkün olmamışdır. Tovuz rayon Qeydiyyat Şöbəsində xx.xx.2004-cü il tarixdə X24 ilə X14 birgə ərizəsi əsasında xx.xx.1988-ci il təvəllüdlü X25 barəsində atalığın müəyyən edilməsi barədə akt qeydi qeydiyyata alınmışdır. - nikah haqqında akt qeydinin surətindən görünür ki, X19 ilə X14 nikahı xx.xx.1972ci ildə 33 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Bəhrəmov, arvada isə Bəhrəmova soyadı verilmişdir. - ambulator xəstənin tibbi kartasının surətindən görünür ki, X20 xx.xx.2010-cu ildən xx.xx.2012-ci il tarixədək ”psixotik əlamətlərlə gedən depresiv epizod” diaqnozu ilə ambulator şəraitdə dispanser qeydiyyatda olmuşdur. - ƏƏSM Nazirliyinin 16 saylı zona TSEK-nın verdiyi 497345 saylı arayışdan görünür ki, X20 ümumi xəstəlikdən İİ qrup əlildir və əmək qabiliyyətsizdir. - xx.xx.2022-ci il tarixli 05/2-5304/13 saylı məktubdan görünür ki, S.Bəhrəmovla E.Həsənovanın nikahı xx.xx.1972-ci ildə 33 nömrəli aktla Ağstafa rayonu Vurğun icra nümayəndəliyində qeydə alınmışdır. Daha sonra qeyd olunan nikah pozulmadan E.Həsənovanın (Abbasovanın) xx.xx.2004-cü ildə Tovuz rayon Qeydiyyat Şöbəsində xx.xx.1931-ci il təvəllüdlü X24 ilə yeni nikahı qeydə alınmışdır. Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində məlumatlar yoxlanılarkən S.Bəhrəmov ilə E.Həsənovanın xx.xx.1972-ci ildən xx.xx.2012-ci il tarixədək nikahı barədə məlumat aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı qətnamədən verdiyi apellyasiya şikayətini iddia ərizəsində göstərilən işin faktik halları ilə əsaslandırmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə hazırlıq iclası zamanı araşdırılmış və toplanılmış sübutlarla, eyni zamanda məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla iddianın əsaslı olması təsdiq edilmişdir. İşdə iştirak edən şəxslərin apellyasiya məhkəməsində verdiyi izahatlar İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh, X15 və onun vəkili X23 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Prosessual məsələlər İş üzrə cavabdehlər Ağstafa rayon Notariat Ofisinin, Tovuz Rayon Qeydiyyat Şöbəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndələri məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində iddianın təmin edilməmiş hissəsini mübahisələndirmişdir. Odur ki, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməmiş hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras əmlakın açılmasından 10 il keçmiş və iddiaçı həmin müddət ərzində miras əmlakla maraqlanmamış, əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün hər hansı hərəkətlər etməmiş, miras əmlakı faktiki qəbul etməmişdir. İddiaçı mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası faktiki qəbul etməsini və ya həmin müddəti üzrlü səbəbdən ötürməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası faktiki qəbul etməsi və ya həmin müddəti üzrlü səbəbdən ötürməsi məhkəmə iclasında sübuta yetirilmədiyindən iddiaçı vərəsəlik hüququ əldə etmiş şəxs hesab edilə bilməz. İddiaçı vərəsəlik hüququnu əldə etmədiyi halda, onun iddia üzrə əri X21 adından xx.xx.2010-cu il tarixdə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, xx.xx.2013cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhasətnamənin, xx.xx.2013 cü il tarixli çıxarışın ləğv edilməsi və xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh ilə X15 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbləri üzrə məhkəmə araşdırılması aparılması mümkün hesab edilə bilməz. Kollegiya göstərir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, tərəflər arasında yaranmış mübahisə vəsiyyət üzrə vərəsəlik hüquq münasibətlərindən əmələ gələn mübahisədir və həllinə aşağıda göstərilən normalar tətbiq olunmalıdır. Azərbayсan Respublikası Mülki Məсəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan Səhrət Bəhrəmovla İddiaçı xx.xx.1972-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş və birgə nikahlarından uşaqları doğulmamışdır. Onların ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmış, lakin nikahları rəsmi qaydada pozulmamışdır. Bundan sonra İddiaçı xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmaqla Tovuz rayon sakini X24 ilə ailə həyatı qurmuşdur. Səhrət Bəhrəmov isə Cavabdeh ilə ailə həyatı quraraq qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşamışlar. Səhrət Bəhramov özünə məxsus Ağstafa rayonunun Qırlı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini xx.xx.2010-cu il tarixli vəsiyyətnamə əsasında qeyri-rəsmi yaşadığı arvadı Cavabdeh vəsiyyət etmişdir. Göründüyü kimi iddiaçı mərhum Səhrət Bayramovdan faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra mərhum Səhrət Bayramov vəfat edənədək ayrı yaşamışlar. Belə ki, Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi İddiaçı mərhum Səhrət Bayramovun vərəsəsi hesab edilə bilməz. Beləliklə də, kollegiya iddiaçı vərəsə hesab edilmədiyindən onun iddia üzrə əri X21 adından xx.xx.2010-cu il tarixdə verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, xx.xx.2013-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhasətnamənin, xx.xx.2013 cü il tarixli çıxarışın ləğv edilməsi və xx.xx.2020-ci il tarixdə cavabdehlər Cavabdeh ilə X15 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələblərinə münasibət bildirilməsini zəruri hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur və apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamənin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-810/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-241/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-241/2023
12.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver