Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1002/2024 03.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma barədə ilkin, Cavabdeh1 və X4 İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X44 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı hüquqi varisləri X30, X28, X7, X8, Qətnamə hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Torpağa mülkiyyət hüququna dair JN-1231 Kod 30800027 nömrəli Dövlət Aktının surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,78 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 nömrəli qərarına əsasən 24 dekabr 1998-ci il tarixdə X37, X12, X38, X45, X39 və X13 mülkiyyətinə verilmiş, dövlət aktı qeydiyyat kitabında 4122 nömrə ilə qeyd edilmişdir.
2. Abşeron rayon 1 saylı Dövlət notariat kontorunun notariusu R.K.Hümmətov tərəfindən 4Ə/06-1073 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2008-ci il tarixli AN-İ № ******* nömrəli torpaq alqı-satqı müqaviləsinin surətindən görünür ki, X37, X12, X38, X45 və X39 JN-2899 kod 30800027 saylı Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən mülkiyyətlərində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,670087 ha olan torpaq sahəsindən 0,03 ha hissəsini alıcı Cavabdeh1 satmışlar.
3. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışdan və torpaq sahəsinin planı və "hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** reyestr nömrəsi ilə 67 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində xx.xx.2008-ci il tarixdə qeydə alınmışdır.
4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı ******* nömrəli reyestrdən çıxarışın və torpaq sahəsinin planı ölçüsünün notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə X14 adına Şərur rayon 2 saylı DNK tərəfindən təsdiq edilmiş xx.xx.2010-cu il tarixli 2-V-28 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestrində ********** reyestr nömrəsi ilə 67 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır.
5. Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclasının 08 saylı protokolunun çıxarışdan və Torpaqların alqı-satqısına dair aktdan məlum olur ki, Mehdiabad qəsəbəsinin sabiq əmtəə fermasının arxasındakı pay torpaqlarının arasında olan bələdiyyə mülkiyyətindəki boş torpaq sahəsindən sahibkarlıq məqsədilə 0,75 ha torpaq sahəsi İddiaçı satılmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışdan və torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu Mehdial qəsəbəsində yerləşən 0,2359 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********76 reyestr nömrəsi ilə 493 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışdan və torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,0557 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********75 reyestr nömrəsi ilə 493 nömrəli reyestr kitabında 93 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömr reyestrdən çıxarışdan və torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu Mehdiab qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********77 reyestr nömrəsi ilə 493 nömrəli reyestr kitabında 94 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarışdan və torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində **********78 reyestr nömrəsi ilə 493 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi xx.xx.2015-ci il tarixli **********28 nömrəli məktub məhkəmənin sorğusuna cavab verərək bildirmişdir ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2359 ha torpaq sahəsindən 0,06 ha hissəsi özgəninkiləşdirmiş, qalan 0,1759 ha torpaq sahəsinin özgəninkiləşdirilib-özgəninkiləşdirilməməsi barərə məlumat yoxdur. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha torpaq sahəsindən 0,15 ha hissəsini özgəninkiləşdirmiş, qalan 0,0781 torpaq sahəsinin özgəninkiləşdirilibözgəninkiləşdirilməməsi barədə məlumat yoxdur. 0,2303 ha torpı sahəsinin bir hissəsini özgəninkiləşdirmiş, yerdə qalan 0,0203 ha torpaq sahəsinin özgəninkiləşdirilil özgəninkiləşdirilməməsi barədə məlumat yoxdur. 0,0557 ha torpaq sahəsini tamami özgəninkiləşdirmişdir.
11. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsini xx.xx.2014-cü il tarixli 518 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahələrinin "Torpaq sahəsini planı və ölçüsü"ndə qeyd olunan koordinatlar, digər mülkiyyətçilərə məxsus JN-1242, JN-1241A, JN-2897, JN-2899, JN-1231A saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktlarındakı torpaq sahələri ilə üs-üstə düşür.
12. xx.xx.2014-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satıqısı müqaviləsindən görünür ki, satıcı İddiaçı Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.2303 ha olan torpaq sahəsinin on(lar)a məxsus ƏMDK-nın yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə İddiaçı verilmiş **********877 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.2303 ha hissədən 0.04 ha hissəsini alıcı X1.
13. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X15 məxsusdur.
14. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
15. Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrindən çıxarışa əsasən mülkiyyətində olmuş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.2303 ha torpaq sahəsinin - 0.0203 ha hissəsini xx.xx.2016-cı il tarixli, 4Ə-18 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X16 (**********96 reyestr nömrəli, xx.xx.2016-cı il tarixlli çıxarış əldə edib, əmlak hal-hazırda onun adınadır); - 0.04 ha hissəsini xx.xx.2014-cü il tarixli, 4Ə-3321 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X15 (**********07 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış əldə edib, əmlak hal-hazırda onun adınadır); - 0.13 ha hissəsini X17 (**********21 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış əldə edib), 0.04 ha hissəsini Maraqlı şəxs2 xx.xx.2014-cü il tarixli, 4Ə-2993 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satmış (**********23 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış əldə edib); - Maraqlı şəxs2 mülkiyyətində olmuş 0.04 ha torpaq sahəsinin 0.0162 ha hissəsini xx.xx.2016-cı il tarixli, 4Ə-798m reyestr nömrəli alqı-satqı müqaviləsinə əsaəsn X29 (**********97 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış əldə edilmiş, əmlak hal-hazırda onun adındadır); - Maraqlı şəxs2 mülkiyyətində olmuş 0.04 ha torpaq sahəsinin 0.0162 ha hissəsinin özgəninkiləşdirilməsindən sonra yerdə qalan 0.0238 ha hissəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə 4 saylı Abşeron ərazi İdarəsinə müraciət etməmişdir;
16. Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinin tələbini rəhbər tutaraq qeyd olunan torpaq sahələrinin üzərinə məhdudiyyətlər qoyulmuşdur.
17. xx.xx.2016-cı il tarixli AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satıqısı müqaviləsindən görünür ki, satıcı Abdıyev X32 rayonu Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus ƏMDK-nın yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə Maraqlı şəxs2 verilmiş **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0.04 ha-sını X3.
18. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Maraqlı şəxs2 qızına məxsusdur.
19. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş İddiaçıın vərəsələri: X7, X21r və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKnın yanında DƏDRX-nin 4 syalı Abşeron ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə İddiaçı verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.07 ha olan torpaq sahəsindən mərhum İddiaçı düşən 0.023333 ha torpaq sahəsindən ibarətdir.
Birinci instansiya məhkəməsində icraat
20. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cəlal oğluna qarşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
21. Abşeron Rayon Məhkəməsinin 23 sentyabr 2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.
22. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini və işə əyani icraat qaydasında baxılmasım xahiş etmişdir.
23. Ərizə təmin edilərək qiyabi qətnamə ləğv edilmiş və mülki işə əyani icraat qaydasında baxılmışdır.
24. Mülki işə baxılarkən Cavabdeh2 Cəlal oğlunun 05 dekabr 2009-cu il tarixdə ölməsi müəyyən edilmiş, buna görə də o, cavabdehlər sırasından çıxarılmış, iddiaçının razılığı ilə X2 Xəlil Kazım oğlu ilə birlikdə cavabdeh qismində işə cəlb olunmuşdur.
25. Cavabdehlər Cavabdeh1 və X14 İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
26. İlk İddiaçı nümayəndəsi X31 tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Abşeron rayonu Mehdiabad Bələdiyyəsinə 07 yanvar 2007-ci il tarixdə torpaq sahəsinin alınması məqsədi ilə müraciət etmişdir. 18 aprel 2007-ci il tarixdə Abşeron rayon Mehdiabad Bələdiyyəsinin iclasında İddiaçı müraciətinə baxılmış və Abşeron rayonu Mehdiabad qəsəbəsində olan 0,75 ha torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır. Bununla əlaqədar olaraq 18 aprel 2007-ci il tarixli 08 saylı qərara əsasən Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin ərazisində 0,75 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. İddiaçı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,75 ha torpaq sahəsinin pulunu "xxxx" ASC-nin Abşeron filialına ödəməklə almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 09 dekabr 2013-cü il tarixli Seriya RX ******* nömrəli çıxarışa əsasən 0,2303 ha torpaq sahəsi, 09 dekabr 2013-cü il tarixli Seriya RX ******* nömrəli çıxarışa əsasən 0,2281 ha torpaq sahəsi və 09 dekabr 2013-cü il tarixli Seriya RX ******* nömrəli çıxarışa əsasən 0,2359 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı məlum olmuşdur ki, mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən torpaq sahələri cavabdehlər tərəfindən zəbt olunmuşdur. Bununla əlaqədar olaraq cavabdehlər Cavabdeh1 və X6 dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Buna görə də, İddiaçı mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
27. Cavabdehlər Cavabdeh1 və X4 nümayəndəsi və vəkili X22 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən və İddiaçı mülkiyyətində olan 0,2281 ha, 0,2359 ha və 0,2303 ha ölçülü torpaq sahələrində qanunsuz inşa edilmiş özbaşına tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi, torpaq sahələrinin boşaldılması və cavabdehlərin qanunsuz tikililərdən çıxarılması barədə Abşeron Rayon Məhkəməsi 23 sentyabr 2014-cü il tarixli 2(012)- 974/2014 nömrəli qiyabi qətnamə qəbul etmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 2009-cu ildə ölmüşdür. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh1 və X18 xx.xx.2008-ci il tarixdə mübahisələndirilən torpaq sahəsini satıcı X23 almışlar. Həmin torpaq sahəsi isə “torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.1998-ci il tarixli JN-2899 Kod 30800027 saylı Dövlət aktı əsasında satıcıya məxsus olmuşdur. İddiaçı qeyd edilən torpaq sahəsini saxta yolla əldə etdiyindən ona dair heç bir hüququ yoxdur. Belə ki, cavabdeh İddiaçı kürəkəni (qızının həyat yoldaşı), hazırda bu iş üzrə onun nümayəndəsi qismində çıxış edən X31 həmin dövrlərdə Mehdiabad Bələdiyyəsində sədr müavini işləmiş və özünün yüksək vəzifədə olan yaxın qohumlarının dəstəyi ilə onlara məxsus torpaqlara saxta sənəd əldə etmişdir. Ona görə də, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha, 0,2359 ha və 0,2303 ha torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli çıxarışların ləğv edilməsi, dəymiş maddi və mənəvi ziyana görə 5000 manat (o cümlədən vəkillə müqaviləyə görə 200 manat) və 30 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh1 və X24ma ödənilməsi barədə qətnamə qəbul edilməsini və saxta sənəd vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
28. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 nömrəli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, cavabdehlər Cavabdeh1 və X4 iddiaçı X9 qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2359 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü tarixli RX seriyalı ******* nömrəli, **********76 reyestr nömrəli reyestrdən çıxarışın, Abşeron rayon Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli R seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrdən çıxarışın, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı 030571 nömrəli, **********78 reyestr nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, qarşılıqlı iddia qalan hissədə rədd edilməsi, ilkin iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat pul vəsaitinin 15 manatının və 200 manat hüquqi xidmət haqqının İddiaçı tutularaq cavabdehlər Cavabdeh1 və X5 ödənilməsi qət edilmişdir (hakim İlham Kərimli).
29. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 139.1, 139.3, 146.1, 146.2, 152.1, 152.5, 157.2-ci maddələri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə daiı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli qərarındakı hüquqi mövqeyi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2.1, 9.2-ci maddələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 121.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
30. Qətnamə hüquq və vəzifələrinə toxunan Abdıyev X32 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 saylı qətnaməsindən apellyasiya şikayət verərək qətnaməninin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
31. Maraqlı şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair iddiası rədd edilmiş, cavabdehlər Cavabdeh1 və X4 İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2359 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********76 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********78 reyestr nömrəli reyestrdən çıxarışın ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin onların müraciətinə 07 noyabr 2023-cü il tarixdə verdiyi 321332/2 A 0257-35/23 saylı cavaba görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 saylı qətnaməsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 21.2-ci maddəsinin tələbini rəhbər tutaraq 13 noyabr 2014-cü il tarixli, **********23 reyestr nömrəli çıxarışla onun adına olan 0,0238 ha torpaq sahəsinin üzərinə məhdudiyyət qoyulmuşdur. Bildirir ki, üzərinə məhdudiyyət qoyulmuş 0,04 ha torpaq sahəsi 05 noyabr 2014-cü ildə Abşeron rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş AN-İ ******* №-li Daşınmaz Əmlakın Aİqı-satqı müqaviləsi əsasında İddiaçı satın alınmış və onun adına özgəninkiləşdirilmişdir. Daha sonra o, mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin 0,0162 hektarını 15 aprel 2016-cı ildə Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş AN-İ ******* №-li Daşınmaz Əmlakın Aİqı-satqı müqaviləsi əsasında X3. Hazırda mübahisəli torpaq sahəsi onun mülkiyyətində olduğu üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 saylı qətnaməsi onun hüquqlarına toxunur. Belə ki, o və digər şəxslər məhkəmə tərəfindən cavabdeh və ya üçüncü şəxs kimi, hətta torpaq alqı-satqısı müqavilələri əsasında onlara çıxarışlar vermiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi belə işə cəlb edilmədən qətnamə qəbul edilmiş, nəticədə onun mülkiyyətində olan torpaq sahəsinə ilə bağlı mülkiyyət hüququ pozulmuşdur. Mübahisələndirilən qətnamənin əsassızlığının başlıca mənbəyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsindən alınmış 23 avqust 2014-cü il tarixli, 518 saylı mütəxəssis rəyidir. Məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulan suallara cavab olaraq bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlar digər mülkiyyətçilərə məxsus JN-1242, JN-1241A, JN-2898, JN-2897, JN-2899, JN-1231A saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarındakı torpaq sahələri ilə üst-üstə düşür. Qeyd edilmiş cavabdan da görünür ki, mütəxəssis tərəfindən İddiaçı məxsus bir torpaq sahəsinin müqayisəsi aparılmışdır. Halbuki, mütəxəssis qarşısında qoyulmuş suallardan da göründüyü kimi, İddiaçı məxsus 3 torpaq sahəsi vardır və onların hər birinə müvafiq çıxarış verilmişdir. Bundan başqa qarşı tərəfin təqdim etdiyi 1998-ci ildə X40 və digərlərinin adına verilmiş JN-1231 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətə verilmiş torpaq sahəsinin planında (cizgisi) koordinatlar köhnə sistemlə, İddiaçı verilmiş torpaq sahəsinin planı və ölçüsündə isə koordinatlar yeni sistem üzrə verilmişdir. Müqayisə aparmaq üçün JN-1231 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətə verilmiş torpaq sahəsinin planındakı (cizgisi) koordinatlar yeni sistemə uyğunlaşdırılmalı, sonra müqayisə aparılmalı idi. Mütəxəssis isə bunu etməmiş və əsassız rəy vermişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 saylı qətnaməsi tam ləğv edilməlidir və ilkin iddia tələbi təmin edilməlidir.
32. Qətnamə hüquq və vəzifələrinə toxunan Sadıqov X33 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 saylı qətnaməsindən apellyasiya şikayət verərək qətnaməninin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
33. Maraqlı şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 07 noyabr 2023-cü il tarixdə verdiyi 321332/2 A 0257-35/23 saylı cavabına görə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 saylı qətnaməsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 21.2-ci maddəsinin tələbini rəhbər tutaraq 26 dekabr 2014-cü il tarixli, **********07 reyestr nömrəli çıxarışla onun mərhum anası X10 adına olan 0,04 ha torpaq sahəsinin üzərinə məhdudiyyət qoyulmuşdur. Bildirir ki, üzərinə məhdudiyyət qoyulmuş 0,04 ha torpaq sahəsi 16 dekabr 2014-cü ildə Abşeron rayon 2 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş AN-İ ******* №-li Daşınmaz Əmlakın Aİqı-satqı müqaviləsi əsasında İddiaçı anası X26 tərəfindən satın alınmış və sonuncunun adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və **********07 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mərhum anası X10 mülkiyyətindədir. Hazırda mübahisəli torpaq sahəsi onun mərhum anası X10 mülkiyyətində olduğu üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 saylı qətnaməsi hüquqi varis kimi onun hüquqlarına toxunur. Odur ki, o, apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etdi.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iddiaçı qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
36. Məhkəmə kollegiyasının iclasında iddiaçı qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.
37. Məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisləri X30, X28, X7, X25 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər.
38. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
39. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
40. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
41. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
42. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
44. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
53. Apellyasiya şikayətindən görünür ki, qətnamə hüquq vəzifələrinə toxunan şəxslər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 nömrəli qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin edilməsini xahiş etmişlər.
54. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
57. İşdən görünür ki, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,75 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və X4 qanunsuz sahibliyində olmasını və onların həmin torpaq sahəsini zəbt etməklə, orada qanunsuz tikililər aparmalarını iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə cavabdehlər Cavabdeh1 və X4 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması sübuta yetirilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslı mövcud deyildir.
58. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha, 0,2359 ha və 0,2303 ha torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli çıxarışların verilməsi üçün əsas olmuş torpaq sahəsinin plan və ölçüsü düzgün tərtib olunmamışdır. Ona görə də, İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha, 0,2359 ha və 0,2303 ha torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü tarixli çıxarışlar ləğv edilməlidir.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən apellyant Maraqlı şəxs1 mərhum anası X10 və digər apellyant Maraqlı şəxs2 adına olan torpaq sahələrinin üzərinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 saylı qətnaməsi əsasında məhdudiyyətin qoyulması apellyasiya şikayətlərinin təmin olunması üçün əsas kimi çıxış edə bilməz.
60. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-587/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.