Məhkəmə qərarları › İş №2(105)-1015/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1015/2024

22.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Sair mülki iş - Digər - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1015/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı mülkiyyət hüququna maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 50/2024 nömrəli qərardadından Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı mülkiyyət hüququna maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 vəsatət təqdim edərək, Cavabdeh ASC təbii inhisar subyekti hesab edildiyindən və iddia tələbi Cavabdeh ASC-nin, yəni təbii inhisar subyektinin hərəkət və ya hərəkətsizliyindən irəli gələn tələb olduğu üçün hazırki işə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalı olduğu üçün hazırkı mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ASC-yə qarşı ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən ölçüsü 0,006 ha olan torpaq sahəsindən Cavabdeh ASC-nin 220 kvluq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarından kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi və mülkiyyət hüququna müdaxilənin-tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi Abşeron rayon Məhkəməsinin icraatındadır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 14-cü bəndinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2013-cü il tarixli 189 saylı tarixli qərarına əsasən Cavabdeh ASC təbii inhisar subyektlərinin sırasında yer almışdır. Hazırki iş üzrə Cavabdeh ASC təbii inhisar subyekti hesab edildiyindən və iddia tələbi Cavabdeh ASC-nin, yəni təbii inhisar subyektinin hərəkət və ya hərəkətsizliyindən irəli gələn tələb olduğu üçün hazırki işə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır. Qeyd olunanlara və AR MPM 261.0.1-ci maddəsinə əsasən məhkəmədən xahiş edirlər ki, hazırki iş mülki məhkəmə icraata qaydasında baxılmamalı olduğundan hazırki mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-50/2024 nömrəli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır (X3). Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 Abşeron Rayon Məhkəməsinə prosessual müddətin bərpası barədə ərizə ünvanlayaraq Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-50/2024 saylı qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayəti üzrə prosessual müddətin buraxılmasının üzrlü hesab edilib, müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini, eyni zamanda şikayət verərək Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-50/2024 saylı qərardadının ləğv edilib hazırki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin təbii inhisar subyekti olaraq, ümumi (publik) hüquq sahəsində fəaliyyəti nəticəsində onun hüquqlarına müdaxilə edilməsini (mülkiyyətində olan torpaq sahəsi üzərində yüksək gərginlikli elektrik havaxətti çəkilməsinin və həmin xəttin çıxarılması ilə bağlı hərəkətsizlik etməsini) iddia etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 14-cü bəndinə əsasən, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. “Təbii inhisar subyektlərinin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2013-cü il tarixli 189 saylı tarixli qərarınaəsasən Cavabdeh ASC təbii inhisar subyektlərinin sırasında yer almışdır. Hazırki iş üzrə Cavabdeh ASC təbii inhisar subyekti hesab edildiyindən və iddia tələbi Cavabdeh ASC-nin, yəni təbii inhisar subyektinin hərəkət və ya hərəkətsizliyindən irəli gələn tələb olduğu üçün hazırki işə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmə tərəfindən baxılmalıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-50/2024 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, e-2(012)-50/2024 saylı qərardadından şikayətinin verilməsinə dair buraxılmış prosessual müddət bərpa edilməsi, Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, e-2(012)-50/2024 saylı qərardadından Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin apellyasiya qaydasında baxılması mümkün hesab edilərək, yazılı icraat qaydasında baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası MPM-inin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Qeyd olunan Məcəllənin 32.1-ci maddəsinə işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Göstərilən Məcəllənin 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi vəsatətə baxarkən yanlışlığa yol vermişdir. Məhkəmə aidiyyəti (inzibati və ya ümumi məhkəmə) haqqında vəsatətin təmin edilməməsi barədə qərardaddan apellyasiya şikayəti verilməsi nəzərdə tutulmadığı halda şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərmişdir. Vəsatətin təmin olunmaması halında mülki işə baxılmasını davam etdirilməli olduğu halda birinci instansiya məhkəməsi bunu etməmişdir. Halbuki, yuxarıda sadalanan normalardan, eləcə də Ali Məhkəmənin Plenumunun mövqeyindən görünür ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmadığından, hazırkı iş üzrə birinci instansiya məhkəməsi inzibati məhkəməyə aid işi səhvən icraatına qəbul edilməsinə dair qənaətə gəldikdə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, əks təqdirdə isə işin baxılmasını davam etdirməli idi. Azərbaycan Respublikası MPM-nin 402.2.1-ci maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd olunan Məcəllənin 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-1015/2024 nömrəli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-50/2024 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 361, 384.0.6, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)- 1015/2024 nömrəli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-50/2024 nömrəli qərardadından Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver