Məhkəmə qərarları › İş №2(105)-106/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-106/2023

16.02.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-106/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Şabran rayon Dövlət Notariat Kontoru və Qusar rayon Dövlət Notariat Kontoru üçüncü şəxslər kimi qeyd edilən) qarşı “alqı-satqı müqavilələrinin, vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(031)-74/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Şabran rayon Dövlət Notariat Kontoru və Qusar rayon Dövlət Notariat Kontoru üçüncü şəxslər kimi qeyd edilən) qarşı “alqı-satqı müqavilələrinin, vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Torpağa Mülkiyyət hüququ»na dair verilmiş JN-132 KOD 30406028 saylı Dövlət Aktına əsasən onların ümumi mülkiyyətinə verilmiş 6,02 ha torpaq sahəsinin 2,7164 ha hissəsinə Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli çıxarışın, onunla xx.xx.2018-ci ildə Qusar rayon Notariat X1 arasında bağlanmış alqı-satqı müqaviləsinin, sonuncu adına verilmiş çıxarışın və onunla xx.xx.2019-cu il tarixdə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin və sonuncunun adına xx.xx.2019-cu ildə verilmiş çıxarışın, torpaq sahəsinin 2,3649 ha hissəsinə dair Həmidov Nuhbala Qasım oğlunun adına verilmiş çıxarışın, onun ölümü ilə bağlı vərəsələri Cavabdeh3 və Cavabdeh2 Nurbala oğlunun adlarına verilmiş xx.xx.2021-ci il tarixli 2V-259 və 2V-277 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin və sonuncuların adına hazırlanmış çıxarışların etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi rayonu (hazırda Şabran) Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli Qərarına əsasən Dəvəçi rayonu Sincanbayad kənd ərazisində X9 və onun ailə üzvlərinə ümumilikdə 6,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Ayrılan torpaq sahəsi onların istifadələrində olmuş, lakin Həmidov Nuhbala Qasım oğlu adlı şəxs onların xəbərləri olmadan Şabran Rayon Məhkəməsinə müraciət edərək həmin torpaq sahəsinə dair əqdin etibarlı hesab olunmasını xahiş etmiş və işə onların iştirakı olmadan baxan Şabran Rayon Məhkəməsi 29 may 2017-ci il tarixli, 2(031)-1112/2017 saylı qətnaməsi ilə iddiaçı Həmidov Nuhbala Qasım oğlunun cavabdeh X9 və qeyrilərinə qarşı iddia tələbinin təmin edilməklə iddiaçı ilə X11 arasında JN-132 KOD 30406028 saylı Torpağa Mülkiyyət hüququna dair Akta əsasən ona və ailə üzvlərinə məxsus olan 2,36 ha və X19 ilə JN-136 KOD 30404028 saylı Dövlət Aktına əsasən ona və ailə üzvlərimə məxsus olan 1,42 ha torpaq sahəsinə dair əqdi etibarlı hesab etmişdir. Onlar bu məhkəmə qətnaməsi ilə tərəf kimi tanınmamış (halbuki torpağın mülkiyyətə verilməsinə dair JN-132 KOD 30406028 saylı Torpağa Mülkiyyət hüququna dair Aktda onların da adları vardır) və həmin torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq istəyərkən Azərbaycan Respublikası ƏMDK DƏDRX 5 saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan onların mülkiyyətlərində olan torpaq sahəsinin məhkəmə qətnamələrinə əsasən özgəninkiləşdirildiyi məlum olmuşdur. Yalnız məhkəməyə müraciət etdikdən sonra xx.xx.2020-ci il tarixli məktubla həmin məhkəmə qətnamələrinin surəti onlara göndərilmiş və belə bir qanunsuz, ədalətsiz qətnamənin qəbul edilməsi onlara məlum olmuşdur. Hazırki iş üzrə cavabdeh kimi tanınan X11 qətnamədən 13 il əvvəl, yəni 2004-cii ildə dünyasını dəyişmişdir. JN-132 KOD 30406028 saylı Torpağa Mülkiyyət hüququna dair Aktda G.Qəniyeva ilə yanaşı, onun digər ailə üzvlərinin, o cümlədən də onların adları olmuş, lakin məhkəmə onların məhkəmə prosesində iştiraklarını təmin etmədən, onların bu torpaq sahəsinin iddiaçıya satılmasına dair hər hansı bir razılıq ərizələri olmadan bu əqdi etibarlı hesab etmişdir. Onlar həmin qanunsuz qəbul edilmiş qətnamədən apelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-659/2021 saylı qətnaməsi ilə onların şikayətləri təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 29 may 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmışdır. Bundan sonra həmin torpaq sahələrinin hüquqi rejimi ilə bağlı Azərbaycan Respublikası DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə sorğu ilə müraciət olunmuş və təqdim edilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan aydın olmuşdur ki, Dövlət Aktına əsasən onlara məxsus olan torpaq sahəsi sonradan bir neçə şəxsə satılmış və özgəninkiləşdirilmişdir. Belə ki, onların ümumi mülkiyyətlərinə verilmiş 6,02 ha torpaq sahəsinin 2,7164 ha hissəsini Cavabdeh1 xx.xx.2017-ci il tarixli Şabran Rayon Məhkəməsinin qətnaməsinə əsasən adına xx.xx.2018-ci il tarixdə çıxarış almaqla xx.xx.2018-ci ildə Qusar rayon Notariat Kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən X2 və sonuncu isə həmin torpaq sahəsini xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirmişdir. Cavabdeh4 xx.xx.2019-cu ildə adına çıxarış almışdır. Bundan başqa həmin torpaq sahəsinin qalan 3,3049 ha hissəsi ilə bağlı Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən 0,94 ha hissəsi X12 adına xx.xx.2015-ci il tarixdə çıxarış verilmiş və 132C (3,3049) hissəsinin yerdə qalan 2,3649 ha hissəsi ilə Şabran Rayon Məhkəməsinin 29 may 2017-ci il tarixli qətnaməsinə əsasən dövlət reyestrində Həmidov Nuhbala Qasım oğlunun adına qeydə alınmış və onun ölümü ilə bağlı xx.xx.2021-ci il tarixli 2V-259 və 2V-277 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 Nurbala oğlunun adına xx.xx.2021ci il tarixlərdə çıxarış verilmişdir. Göründüyü kimi onların xəbərləri və razılıqları olmadan ümumi mülkiyyətlərinə verilmiş torpaq sahələri qanunsuz olaraq özgəninkiləşdirilmiş və bununla da onların mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, onlar bu torpaq sahəsinin mülkiyyətçiləridirlər, ümumi mülkiyyətdə olan əmlakın satışı zamanı onlar da razılıq verməli idilər, lakin buna baxmayaraq onların əmlakları üzərində başqa şəxslər sahiblik, sərəncam hüquqlarını həyata keçirmiş, onlar bu hüquqlardan qanunsuz olaraq məhrum edilmişlər. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2 və X10 iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək JN-132 KOD 30406028 saylı Dövlət Aktına əsasən torpaq sahəsinin 2.3649 ha hissəsinə dair Həmidov Nuhbala Qasım oğlunun adına verilmiş çıxarışın, onun ölümü ilə bağlı vərəsələri Cavabdeh3 və Cavabdeh2 adlarına verilmiş xx.xx.2021-ci il tarixli 2V-259 və 2V-277 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin və sonuncuların adına hazırlanmış çıxarışların etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şabran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(031)-74/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi və JN-132 KOD 30406028 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən torpaq sahəsinin 2.3649 ha hissəsinə dair Həmidov Nuhbala Qasım oğlunun adına verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarış, onun ölümü ilə bağlı vərəsələri Cavabdeh3 və Cavabdeh2 adlarına verilmiş xx.xx.2021-ci il tarixli 2V-259 və 2V277 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri və sonuncuların adına hazırlanmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir (hakim İsgəndərov Çingiz). Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(031)-74/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(105)-1271/2022 nömrəli qərardadı ilə hazırkı mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(031)-74/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(105)-659/2021 nömrəli qətnaməsindən mərhum iddiaçı Həmidov Nuhbala Qasım oğlunun hüquqi varisləri kimi cavabdehlərin verdikləri kassasiya şikayətinə baxılması ilə əlaqədar dayandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli, 2(105)-106/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Şabran rayon Dövlət Notariat Kontoru və Qusar rayon Dövlət Notariat Kontoru üçüncü şəxslər kimi qeyd edilən) qarşı “alqı-satqı müqavilələrinin, vərəsəlik haqqında şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Şabran Rayon Məhkəməsinin 29 may 2017-ci il tarixli, 2(031)-1112/2017 saylı qətnaməsi ilə X11 ilə Həmidov Nuhbala Qasım oğlu arasında JN 132 KOD 30406028 nömrəli dövlət aktına əsasən 2,36 ha və X19 ilə Həmidov Nuhbala Qasım oğlu arasında JN 136 KOD 30404028 nömrəli dövlət aktına əsasən 1,42 ha torpaq sahələrinə dair bağlanmış əqdlər etibarlı hesab edilmişdir. Sonradan İddiaçı1, İddiaçı2 və X10 iddia ilə müraciət edərək torpağa mülkiyyət hüquqna dair JN132 KOD 30406028 nömrəli dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 6,02 ha torpaq sahəsinin 2,36 ha hissəsinə dair Həmidov Nuhbala Qasım oğlunun adına verilmiş 31 oktyabr 2010-cu il tarixli **********94 nömrəli çıxarış, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 27 may 2021-ci il tarixli 2V259 və 2V-277 nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri və sonuncuların adına verilmiş 31 may 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışların etibarsız hesab edilməsini xahiş etmişlər. Qeyd etmişlər ki, dövlət aktına əsasən torpaq sahəsinin 2,36 ha hissəsinə Həmidov Nuhbala Qasım oğlunun adına 31 oktyabr 2010-cu il tarixli **********94 nömrəli çıxarış işlənmiş, 27 may 21 tarixli 2V-259 və 2V-277 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında Cavabdeh2 və Cavabdeh3 adına çıxarışlar verilmişdir. Onların xəbərləri olmadan ümumi mülkiyyətdə olan torpaq sahələri onların razılığı olmadan özgəninkiləşdirilmişdir. Nəticə etibarı ilə Şabran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(031)- 74/2022 saylı qətnaməsi ilə Həmidov Nuhbala Qasım oğlunun adına verilmiş 31 oktyabr 2010-cu il tarixli **********94 nömrəli çıxarış, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş 27 may 2021-ci il tarixli 2V-259 və 2V-277 nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri və sonuncuların adına verilmiş 31 may 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar etibarsız hesab edilmişdir. 19 mart 2022-ci ildə Şabran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(031)-74/2022 saylı qətnaməsini aldıqdan sonra tanış olarkən onlara məlum olmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(105)-659/2021 saylı qətnaməsi ilə iddiaçıların şikayətləri təmin edilmiş, Şabran rayon məhkəməsinin 29 may 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. Nuhbala Həmidov 01 dekabr 2020-ci il tarixdə dünyasını dəyişmişdir. Onların Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən məhkəmə proseslərindən məlumatları olmamış, iştirakları təmin edilməmiş və qətnamənin surətini almamışlar. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər iddiaçılar, cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş JN-132 kod 30406028 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli 09 saylı qərarına əsasən X6 və ailə üzvləri – X4, X5, X7, X3, X8 və İddiaçı1 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 6.02 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 29 may 2017-ci il tarixli, 2(031)- 1112/2017 saylı qətnaməsindən görünür ki, cavabdeh X11 ilə Həmidov Nuhbala Qasım oğlu arasında JN-132 KOD 30406028 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən ona və ailə üzvlərinə məxsus 2.36 ha və X19 ilə Həmidov Nuhbala Qasım oğlu arasında JN- 136 kod 30404028 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən ona və ailə üzvlərinə məxsus 1.42 ha torpaq sahələrinə dair bağlanmış əqdlərin etibarlı hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 01 mart 2021-ci il tarixli 2(105)-659/2021 saylı qətnaməsindən görünür ki, maraqlarına toxunan şəxslər İddiaçı1, İddiaçı2 və X3 apellyasiya şikayətləri qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin iş üzrə 29 may 2017-ci il tarixli 2(031)-1112/2017 saylı qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Həmidov Nuhbala Qasım oğlunun cavabdeh X11 ilə aralarında JN- 132 kod 30406028 saylı Torpağa Mülkiyyət Hüquqlarına X26 əsasən ona və ailə üzvlərinə məxsus 2,36 ha torpaq sahələrinə dair bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan 5 saylı Xaçmaz Ərazi İdarəsinin 14 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, «Torpağa Mülkiyyət hüququ»na dair verilmiş JN-132 KOD 30406028 saylı Dövlət Aktının 132C (3.3049 ha) hissəsinin yerdə qalan 2.3649 ha hissəsinə Şabran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(031)-1112 saylı qətnaməsinə əsasən dövlət reyestrindən Həmidov Nuhbala Qasım oğlunun adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarış işlənmişdir. Həmidov Nuhbala Qasım oğlunun mülkiyyətində olmuş 2.3649 ha torpaq sahəsinə dair Şabran rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 2V-269 və 2V-277 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 adına dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmasına əsasən müəyyən olunmuşdur ki, Şabran Rayon Məhkəməsinin 29 may 2017-ci il tarixli, 2(031)-1112/2017 saylı qətnaməsinə əsasən cavabdeh X11 ilə Həmidov Nuhbala Qasım oğlu arasında JN-132 KOD 30406028 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən ona və ailə üzvlərinə məxsus 2.36 ha Torpaq sahəsinə dair bağlanmış əqd etibarlı hesab edilmiş, həmin qətnamə əsasında dövlət reyestrindən Həmidov Nuhbala Qasım oğlunun adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarış işlənmiş, Həmidov Nuhbala Qasım oğlunun mülkiyyətində olmuş 2.3649 ha torpaq sahəsi Şabran rayon notariat kontorunun xx.xx.2021-ci il tarixli, 2V-269 və 2V-277 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 adına dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Maraqlarına toxunan şəxslər İddiaçı1, İddiaçı2 və X3 apelyasiya şikayətləri əsasında Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 01 mart 2021-ci il tarixli 2(105)-659/2021 saylı qətnaməsinə əsasən iddiaçı Həmidov Nuhbala Qasım oğlunun cavabdeh X11 ilə aralarında JN-132 kod 30406028 saylı Torpağa Mülkiyyət Hüquqlarına X26 əsasən ona və ailə üzvlərinə məxsus 2,36 ha torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Sadalanan xüsusatlara əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilərək JN-132 KOD 30406028 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən torpaq sahəsinin 2.3649 ha hissəsinə dair Həmidov Nuhbala Qasım oğlunun adına verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarış, onun ölümü ilə bağlı vərəsələri Cavabdeh3 və Cavabdeh2 adlarına verilmiş xx.xx.2021-ci il tarixli 2V-259 və 2V277 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri və sonuncuların adına hazırlanmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 26 sentyabr 1997-ci il tarixli Qərarına əsasən Dəvəçi rayonu Sincanbayad kənd ərazisində X9 və onun ailə üzvlərinə ümumilikdə 6,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi onların istifadələrində olmuş, Həmidov X14 Rayon Məhkəməsinə müraciət edərək həmin torpaq sahəsinə dair əqdin etibarlı hesab olunmasını xahiş etmiş və Şabran Rayon Məhkəməsinin 29 may 2017-ci il tarixli, 2(031)-1112/2017 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməklə X11 ilə Həmidov Nuhbala Qasım oğlu arasında JN-132 KOD 30406028 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən ona və ailə üzvlərinə məxsus 2.36 ha və X19 ilə Həmidov Nuhbala Qasım oğlu arasında JN-136 kod 30404028 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən ona və ailə üzvlərinə məxsus 1.42 ha torpaq sahələrinə dair bağlanmış əqdləri etibarlı hesab etmiş, daha sonra maraqlarına toxunan şəxslər İddiaçı1, İddiaçı2 və X10 apellyasiya şikayəti vermişlər və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-659/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək Şabran Rayon Məhkəməsinin 29 may 2017-ci il tarixli, 2(031)-1112/2017 nömrəli qətnaməsi qismən ləğv edilmiş, iddiaçı Həmidov Nuhbala Qasım oğlunun cavabdeh X11 ilə aralarında JN-132 kod 30406028 saylı Torpağa Mülkiyyət Hüquqlarına X26 əsasən ona və ailə üzvlərinə məxsus 2,36 ha torpaq sahələrinə dair bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin məktubundan Dövlət Aktına əsasən iddiaçılara məxsus olan torpaq sahəsinin sonradan bir neçə şəxsə satılaraq özgəninkiləşdirildiyi müəyyən edilmişdir. Hazırda iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-132 KOD 30406028 saylı Dövlət Aktına əsasən torpaq sahəsinin 2.3649 ha hissəsinə dair Həmidov Nuhbala Qasım oğlunun adına verilmiş çıxarışın, onun ölümü ilə bağlı vərəsələri Cavabdeh3 və Cavabdeh2 adlarına verilmiş xx.xx.2021-ci il tarixli 2V-259 və 2V-277 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin və sonuncuların adına hazırlanmış çıxarışların etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin məcəllənin 214-cü maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasmdan asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, lıabelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərti əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların xəbərləri və razılıqları olmadan ümumi mülkiyyətlərinə verilmiş torpaq sahəsi qanunsuz olaraq özgəninkiləşdirilmiş və bununla da onların mülkiyyət hüquqları pozulmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(105)-659/2021 nömrəli qətnaməsindən mərhum iddiaçı Həmidov Nuhbala Qasım oğlunun hüquqi varisləri kimi cavabdehlərin verdikləri kassasiya şikayətinə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4584/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarı ilə iş yekunlaşmış və iddiaçının hüquqi varisləri Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2021-ci il tarixli, 2(105)-659/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Həmidov Nuhbala Qasım oğlunun “əqdin etibarlı hesab edilməsi” tələbinə dair iddiası üzrə icraata cavabdeh X9 qarşı olan hissədə məhkəmədə baxılmalı olmaması ilə əlaqədar xitam verilmişdir. (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Aqil Abbasov). Yuxarıda qeyd olunanlardan göründüyü kimi Şabran Rayon Məhkəməsinin 29 may 2017-ci il tarixli, 2(031)-1112/2017 nömrəli qətnaməsi hazırki iş üzrə mübahisələndirilən hissədə öz hüquqi qüvvəsini itirdiyindən onun icrası ilə bağlı JN-132 KOD 30406028 saylı Torpağa Mülkiyyət Hüququna X26 əsasən torpaq sahəsinin 2.3649 ha hissəsinə dair Həmidov Nuhbala Qasım oğlunun adına verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********94 reyestr nömrəli çıxarış, onun ölümü ilə bağlı vərəsələri Cavabdeh3 və Cavabdeh2 adlarına verilmiş xx.xx.2021-ci il tarixli 2V-259 və 2V277 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri və sonuncuların adına hazırlanmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməli olmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli qətnaməsinə istinad etsə də, birinci instansiya məhkəməsi nəticə etibarı ilə digər istinad olunan mülki iş üzrə iddia tələbinin təmin olunmasına dair hüquqi əsasın aradan qalxmasını əsas götürmüşdür. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(031)-74/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver