Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1066/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X19 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 (eyni zamanda digər Cavabdeh1 nümayəndəsi) və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)-89/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən, X17 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən X7 xx.xx.1999-cu il tarixdə ölmüşdür. Qusar rayon Dövlət Arxivindən verilmiş arxiv arayışının surətinə əsasən, rayon Dövlət Arxivi bildirir ki, rayon arxivində saxlanılan Qusar rayon iHB-nın Aşağı Ləvər kənd inzibati ərazi üzrə nümayəndəliyinin 1991-1995-ci illərin - 2 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 177 olan X3 təsərrüfatın şəxsi mülkiyyətində 1979-cu ildə tikilmiş ümumi sahəsi 185.0 kv.metr o cümlədən yaşayış sahəsi 58.5 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 1990-1995-ci illərdə cəmi 0.12 hektar torpağın olduğu qeyd edilmişdir. X11 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən, Qusar rayonu Aşağı Ləyər kəndində mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 53.5 kv.m yaşayış, 109.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. Dövlət Notariat Arxivindən verilmiş xx/xx-8046/13 saylı 07 dekabr 2022-ci il tarixli Qusar notariat kontorunun 42-5-882 saylı işin surətindən görünür ki, X17 ilə Cavabdeh2 arasında 05 avqust 2006-cı il tarixdə 251179 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 rayon Aşağı Ləyər kəndində yerləşən iki mərtəbəli üç otaqdan ibarət 200 kv.metr sahəsi olan fərdi yaşayış evini Cavabdeh2 5280 manata satmışdır. X11 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən, Qusar rayonu Aşağı Ləyər kəndində mülkiyyətində lan 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 53.5 kv.m yaşayış, 109.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 67 nömrəli vərəqində qeydiyyata alınmışdır. X17 tərəfindən Dövlət Notariat Kontoruna ünvanlanmış ərizənin surətindən görünür ki, X17 rəsmi surətdə bildirmişdir ki, hal-hazırda subaydır (duldur), xahiş etmişdir ki, onun subay (dul) olması alıcı tərəfə bildirilsin. JN-132A KOD 30100018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Qusar rayon Aqrar İslahat Komissiyasının 19 iyun 1998-ci il tarixli 10/7 saylı qərarı ilə Qusar rayon Aşağı Ləyər kəndi ərazisindən 0.12 ha torpaq sahəsi fərdi yaşayış evi, həyətyanı sahə təyinatlı torpaq sahəsi X10 və X4 xüsusi mülkiyyətlərinə verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı evdən və torpaq sahəsindən çıxarılma, evdən və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 məxsus Qusar rayonu, Aşağı Ləyər kəndində yerləşən yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən Cavabdeh2 və Cavabdeh1 Nadir qızının onlara məxsus əşyalarla birgə çıxarılması, evin və evin yerləşdiyi torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin əsasının dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin əsasının dəyişdirilməsini, X10 adına verilmiş xx.xx.2006-ci il tarixli qeydiyyat nömrəsi ********* olan ******* MH seriya çıxarışın etibarsız sayılmasını, X17 ilə Cavabdeh2 arasında bağlanmış Qusar Dövlət Notariat Kontorunda 4Ə-5-882 nömrə ilə qeydiyyata alınmış 05 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2006-ci il tarixli “alqı-satqı müqaviləsi” əsasında Cavabdeh2 adına verilmiş Qusar rayonu, Aşağı Ləyər kəndində yerləşən mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 53.5 kv.m yaşayış, 109.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair çıxarışın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəkil1 iddia tələbininin əsasının dəyişdirilməsinə dair ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 qarşı “evdən və torpaq sahəsindən çıxarılma, evin və torpaq sahəsinin boşaldılaraq verilməsi” tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş üzrə iddiaçıya 925 saylı çağırış vərəqəsi təqdim olunmuş və məhkəmə iclasının vaxtı xx.xx.2022-ci il tarixdə saat 11-ə təyin edilmişdir. Cavabdeh tərəfindən etiraz təqdim olunmuş və həmin etiraz iddiaçıya məhkəmə iclasında təqdim olunmuşdur. Etirazda cavabdeh tərəfindən mübahisə olunan torpaq sahəsinə və yaşayış evinə DƏRDX-nın Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən 06 sentyabr 2006-cil tarixdə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini qeyd etmişdir. Həmin çıxarışın mövcud olması barədə ümumiyyətlə iddiaçının və onun qohumlarının məlumatı yoxdur. Hansı yolla çıxarışın çıxarılması barədə vərəsələrin məlumatı olmamışdır. Bununla bağlı dərhal olaraq Azərbaycan Respublikası Dövlət notariat arxivinə sorğu göndərilmişdir. 07 dekabr 2022-ci il tarixli xx/xx-8076/13 saylı məktub sorğusu ilə əlaqədar Qusar rayon notariat ofisində 05 avqust 2006-ci il tarixdə 4Ə5-882 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin kserosurəti göndərilmişdir.4Ə-5-882 saylı notariat işindən görünür ki, X17 və Cavabdeh2 Fazil oğlu arasında 251179 saylı 05 avqust 2006-ci il tarixli alqı-satqı müqaviləsi mövcuddur və həmin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Fazil oğlunun adına ******* nömrəli çıxarış çıxarılmışdır. Həmçinin, xx.xx.2006-ci il tarixdə X10 adına ******* N-li çıxarış çıxarılmışdır. X1 və X10 4 nəfər vərəsəsi olmasına baxmayaraq heç birinin razılığı olmadan çıxarış çıxarılmış və heç kimin razılığı olmadan alqısatqı müqaviləsi bağlanmışdır. Qeyd etdiyi kimi, bu sənədlərin mövcud olması məhkəmə iclasında müəyyən olunmuşdur. Notariat arxivinə sorğu verilmiş və sorğuya cavab olaraq 4Ə- 5-882 saylı notariat işi onlara təqdim olunmuşdur. Həmin notariat işindən görünür ki,X10 adına çıxarış olmuş və alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh2 Fazil oğlu isə buna əsasən çıxarış çıxarmışdır. X10 adına rəsmiləşdirilmiş çıxarışın necə əldə olunması ilə bağlı onun adına keçməsinə əsas olan sənədlərin təqdim edilməsi ilə bağlı notariat arxiv idarəsi həmin işinin mövcud olmadığından cavablandıra bilməmişdir. Ona görə də məcbur olub 06 yanvar 2023-cü il tarixdə 005 N-li məktubla Bakı şəhəri 26 saylı Vəkil burosu tərəfindən 5 saylı Xaçmaz ərazi İdarəsinə X10 adına keçməsinə əsas olan sənədlərinin təsdiq olunmuş surətlərini Büroya təqdim edilməsi ilə bağlı sorğu ilə müraciət etmişdir.Lakin hal-hazırda Xaçmaz 5 saylı Ərazi İdarəsi tərəfindən cavab verilməmişdir. Bu cavab isə işin tam və obyektiv araşdırılmasına səbəb olacaq və gələcəkdə ədalətli qərarın qəbul edilməsinə əsas olacaqdır. Hesab edir ki, həmin çıxarışlar və alqı-satqı müqaviləsi və ona əsasən çıxarılmış sənədlər etibarsızdır. Belə ki, X7 10 oktyabr 1935-ci il tarixdə X16 ilə nikaha daxil olmuşlar. Nikahdan sonra X12 soyadı verilmişdir. Birgə nikahlarından onların 4 (dörd) nəfər övladı olmuşdur: İddiaçı, X13,Muradova (Bağıyeva) Hədiyyə Rəhimxan qızı, Muradova (Vəlimətova) Səmayə Rəhimxan qızı. X7 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir, X17 isə xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Qusar rayon Aşağı Ləyər kənd İƏD üzrə nümayəndəliyinin 340 saylı xx.xx.2022-ci il tarixli arayış məhkəməyə təqdim olunmuşdur. Qusar rayon Dövlət Arxivin arayışından görünür ki, X4 təsərrüfatın şəxsi mülkiyyətində 1979cu il tarixdə tikilmiş ümumi sahəsi 185.0 kv.metr o cümlədən yaşayış sahəsi 58.5 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 0.12 hektar torpağın olduğunu qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli X-774 N-li Qusar rayon Notariat ofisinin məktubundan görünür ki, xx.xx.2013-cü il tarixində vəfat etmiş X10 və xx.xx.1999-cu il tarixində vəfat etmiş X4 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsiliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İddiaçı müraciəti daxil olmuş, İddiaçı-X10 və X4 vərəsələri sırasına daxildir və qanun üzrə vərəsəsidir. Belə olan halda sual yaranır ki, 4 nəfər vərəsəsi ola X10 adına necə çıxarış çıxarılmışdır, halbuki bununla bağlı heç kimin razılığı olmamışdır. Bundan əlavə olaraq bildirir ki, fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun üzərində X10 adının üstündən xətt çəkilmiş, ev sahibi kimi Cavabdeh2 yazılmışdır. Bununla da bütün sənədlər saxtalaşdırılmış, qanunsuz yollarla sənədlər əldə edilmişdir (iş materiallarına əlavə edilmişdir). Beləliklə, yuxarıda qeyd olunan əsaslara görə X10 adına verilmiş xx.xx.2006-ci il tarixli, qeydiyyat nömrəsi ********* olan ******* MH seriya çıxarış etibarsız sayılmalıdır. X17 ilə Cavabdeh2 arasında bağlanmış Qusar Dövlət Notariat Kontorunda 4Ə-5-882 nömrə ilə qeydiyyata alınmış 05 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,həmçinin xx.xx.2006-ci il tarixli “alqı-satqı müqaviləsi” əsasında Cavabdeh2 adına verilmiş Qusar rayonu, Aşağı Ləyər kəndində yerləşən mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli,3 otaqlı,53.5 kv.m yaşayış,109.4 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair Çıxarış da etibarsız sayılmalıdır. Cavabdeh2 məhkəməyə İddiaçı ona, Cavabdeh1 qarşı evdən və torpaq sahəsindən çıxarılma, evdən və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsinə etiraz, həmçinin iddia müddətinin tətbiqinə dair ərizə göndərərək bildirmişdir ki,İddiaçı iddia etdiyi Qusar rayonu Aşağı Ləgər kəndində yerləşən 0,12 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı yaşayış evini o, 2006-cı ildə İddiaçı anası X2 almışdır. 2006-cı ildən etibarən o, ailəsi ilə birlikdə həmin torpaq sahəsinə, orada yerləşən yaşayış evinə köçmüşdür. X17 isə evi ona satdıqdan sonra qonşuluqda yerləşən, bələdiyyədən aldığı torpaq sahəsində özünə başqa ev tikib ora köçmüşdür. X9 aldığı torpaq sahəsinə və yaşayış evinə DƏDRX-nin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən ona 06 sentyabr 2006-cı il tarixdə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Artıq 16 ildən çoxdur ki, həmin daşınmaz əmlaklar onun xüsusi mülkiyyətində və faktiki istifadəsindədir. 2006-cı ildə o, həmin 0,12 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən yaşayış evini X9 aldığı zaman Zəmilənin qızı olan İddiaçı artıq həmin evdə yaşamırdı və ailə qurub ər evinə köçmüşdü. Eləcə də iddiaçının digər bacıları da həmin evdə yaşamırdılar və ərə köçmüşdülər. Həmin daşınmaz əmlakı X9 aldığı vaxtdan ötən 6 il ərzində nə həmin evi-torpağı onlara satmış X10, nə də ki, İddiaçı, eləcə də onun bacılarının həmin daşınmaz əmlak barəsində onlara qarşı heç bir iddiası olmamışdır. İddiaçı X8 2013-cü ildə vəfat etmişdir. Bundan sonra da İddiaçı həmin daşınmaz əmlak barəsində onlara qarşı heç bir iddia irəli sürməmişdir. İndi 16 ildən çox bir müddət keçəndən sonra İddiaçı onları halal mülkiyyətində olan daşınmaz əmlakdan məhrum etmək istəyir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya o və bacısı analarının vəfatından sonra həmin yaşayış evini və 0,12 ha torpaq sahəsini ona icarəyə vermişlər. Bu ağ yalandır. Həmin daşınmaz əmlaklarla əlaqədar onun İddiaçı və yaxud onun bacısı ilə heç bir sövdələşməsi olmamışdır. Həmin daşınmaz əmlakı 2006-cı ildə hələ sağlığında iddiaçının X8ndan almışdır, o vaxtdan həmin əmlak onun mülkiyyətində və istifadəsindədir. Nə qədər ki, həmin əmlaka onun adına olan mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədədir, İddiaçı onlara qarşı olan iddiası təmin edilə bilməz. Həm də həmin iddia ona görə təmin edilə bilməz ki, İddiaçı tərəfindən həmin daşınmaz əmlak barədə iddia irəli sürmək üçün qanunla müəyyənləşdirilmiş iddia müddəti buraxılmışdır. Odur ki, İddiaçı ona, Cavabdeh1 qarşı evdən və torpaq sahəsindən çıxarılma, evdən və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)-89/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsi rədd edilmişdir. (hakim Əli Cəlilov) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 324, 337.1, 337.2, 337.5, 339.2, 339.3, 394-cü maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e- 2(029)-89/2023 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması tələbinə dair iddiasının təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Qusar rayon Dövlət Arxivin arayışından görünür ki, X4 təsərrüfatın şəxsi mülkiyyətində 1979-cu il tarixdə tikilmiş ümumi sahəsi 185.0 kv.metr o cümlədən yaşayış sahəsi 58.5 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 0.12 hektar torpağın olduğunu qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli X-774 N-li Qusar rayon Notariat ofisinin məktubundan görünür ki, xx.xx.2013-cü il tarixində vəfat etmiş anası - X10 və xx.xx.1999-cu il tarixində vəfat etmiş atası - X4 ölümündən sonra miras qalmış əmlaklara dair vərəsiliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün onun müraciəti daxil olmuş, İddiaçı-X10 və X4 vərəsələri sırasına daxildir və qanun üzrə vərəsəsi hesab edilmişdir. xx.xx.1999-cu il tarixində vəfat etmiş X4 qızıdır. X8 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Onların birgə nikahlarından 4 (dörd) nəfər övladı olmuşdur: İddiaçı, X13, Muradova (Bağıyeva) Hədiyyə Rəhimxan qızı, Muradova (Vəlimətova) Səmayə Rəhimxan qızı. O, qanun üzrə vərəsə sayılır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 (eyni zamanda digər Cavabdeh1 nümayəndəsi) və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Qusar Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(029)-89/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçı tərəf X10 adına verilmiş xx.xx.2006-cı il tarixli Çıxarışın qanunsuz olduğunu bildirsə də, həmin Çıxarış üzrə reyestrin məzmununun qeyri-dəqiq olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Digər tərəfdən, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. X17 ilə Cavabdeh2 arasında bağlanmış 05 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb ola biləcək Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması halı məhkəmədə öz təsdiqini tapmamışdır. İddiaçı isə əqdin etibarsızlığına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, bu müqavilənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində əldə edilmiş reyestrdən çıxarışın etibarsız hesab olunması barədə tələb də təmin oluna bilməz. Kollegiya apellyasiya şikayətində iddiaçının xx.xx.1999-cu ildə vəfat etmiş atası Rəhimxan Muradovun vərəsəsi olması və məcburi paya malik olması ilə bağlı dəlilinə qiymət verərək, qeyd edir ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Kollegiya hazırkı mübahisəni həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). İddiaçı isə MM-nin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu atası Rəhimxan Muradovun vəfat etdiyi xx.xx.1999-cu il tarixindən başlayaraq bəyan etməmiş, notariat kontoruna qanunvericiklə müəyyən edilmiş müddətdə müraciət etməmişdir. Kollegiya həmçinin vurğulayır ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası idiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)- 89/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(029)-89/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1066/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1066/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver