Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1068/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi X36 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi Vəkil2, Cavabdeh2 hüquqi varisləri X16 (eyni zamanda digər hüquqi varislər X11 və X4 etibarnamə üzrə nümayəndəsi), X17, X12 və X6 nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı sahiblik hüququnun tanınması və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(012)-290/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı sahiblik hüququnun tanınması və maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində 01 saylı binanın 2-ci mərtəbəsində, 3 otaqdan ibarət ümumi sahəsi 109,72 kv.m. olan 07 saylı mənzilə sahiblik hüququnun tanınması və giriş çıxışa yaradılmış maneələrin aradan qaldırılmasının cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 MTK-ya məxsus Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində Bina 01, 2-ci mərtəbə, 07 nömrəli, 3 otaqlı, sahəsi 109,72 kv.m. olan mənzili 1kv.m-i 630 AZN olmaqla, ümumilikdə 69123,60 AZN məbləğində pulu AZ/B01/ME02MN07/NGD/251019 saylı xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödəməklə 31 oktyabr 2019-cu il tarixli maliyyə arayışı əsasında almışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman və maliyyə arayışı cavabdeh MTK tərəfindən iddiaçıya təqdim edilən zaman həmin mənzil üzərində başqa şəxsin sahiblik hüququ olması barədə heç bir mübahisə olmamışdır. Qeyd edilən mənzilə sahiblik və istifadə hüququ müqavilə və maliyyə arayışı ilə də sübuta yetirilir ki, İddiaçı məxsusdur. İddiaçı evə dair mülkiyyət sənədlərini dövlət reyestrində qeydiyyat aparılması üçün binaya dair qanuni sənədlər MTK tərəfindən binanın tam istismara verilməsinə dair sənədlər ona təqdim edildiyi gün əldə ediləcəkdir. İddiaçı yaxın zamana qədər ona məxsus mənzilə girib çıxmaqda çətinlik çəkməmişdir. Lakin son zamanlarda o, mənzili təmir etdirmək qərarına gəlmiş və bunun üçün mənzilə daxil olmaq istəyərkən cavabdeh tərəfindən ona süni maneələr yaradılmış, onun mənzilə girişi məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən cavabdeh MTK-nin nümayəndələrinə dəfələrlə bununla bağlı xəbərdarlıq edilsə də, onlar buna əhəmiyyət verməmişlər. Cavabdehin nümayəndələri tərəfindən buna səbəb kimi heç bir söz söylənməmiş, sadəcə mənzilə sahibliyin iddiaçıda olmadığı bilidirilmişdir. Daha sonra məlum olmuşdur ki, Cavabdeh2 adına həmin mənzilə dair xx.xx.2017-ci il tarixli, AZ/B01/MR02/MN07/NGD/170817 saylı mənzilin alqı-satqı müqaviləsi mövcuddur. Cavabdeh2 yaxın müddətlərədək mənzilə gəlməmiş, belə bir iddia ilə çıxış etməmişdir. Həmin cavabdehin mənzilə dair müqaviləyə sahib olması onlara yalnız 2023-cü ilin iyun ayında məlum olmuşdur. İşin hallarından göründüyü üzrə cavabdehlərin hərəkətləri tamamilə qanunsuz olmuş və iddiaçının xeyli miqdarda zərərə uğraması ilə nəticələnməkdədir. Eyni zamanda iddiaçı bütün bu hadisələrə görə dərin əsəb və stress altındadır. Ona cavabdehlər tərəfindən həm maddi, həm də mənəvi zərər yetirilməkdədir. Belə ki, yuxarıda qeyd edilən məsələlər ilə əlaqədar olaraq iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kombleksində Bina 01, 2-ci mərtəbə, 07 nömrəli, 3 otaqlı, sahəsi 109,72 kv.m. olan mənzilin giriş-çıxışına yaradılmış maneənin aradan qaldırılması və sahiblik hüququnun məhkəmə qaydasında tanınmasına zərurət yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(012)-290/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(012)-290/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi-vəkili X2 və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə etirazlarını və işin hallarını nəzərə alaraq mülki məhkəmə icraatının gedişində hakimə 2 vəsatət ünvanlanmışdır. Mübahisənin tam, hərtərəfli və dəqiq araşdırılması məqsədilə tərəfindən məhkəməyə ünvanlanmış 13 noyabr 2024-cü il tarixli vəsatət və ərizə təmin edilməmiş, məhkəmə tərəflər arasında hüquq bərabərliyi, çəkişmə prinsipini pozaraq birtərəfli mövqe sərgiləşmişdir. xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqavilə əsasında İddiaçı satılması barədə tərəflər razılığa gəlmiş, iddiaçının borcunun olmamasına dair isə maliyyə arayışı təqdim etmişdir. Lakin həmin mənzil iddiaçıya təhvil verilməmişdir. Maliyyə arayışı iddiaçının borcunun olmamasını təsdiq edən sübut əhəmiyyətli sənəd olmasına baxmayaraq, cavabdeh MTK tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya mənzilin dəyərinin 5 iş günü ərzində ödənilməsinə dair bildiriş göndərilməsi, lakin mənzilin dəyəri tam olaraq ödənilmədiyindən həmin mənzilə dair müqaviləyə xitam veriləcəyi və mənzilin satışa çıxarılacağı barədə xəbərdarlıq edilməsi məntiqli deyil. Eyni zamanda, qətnamədə qeyd edilir ki, verilmiş vaxt ərzində mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmədiyindən, Cavabdeh1 MTK-nın ümumi yığıncağının xx.xx.2020-ci il tarixli protokoluna əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqaviləyə xitam verilmiş və xx.xx.2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Burada alqı-satqı müqaviləsi və maliyyə arayışının cavabdeh MTK-nın səlahiyyətli nüməyəndəsi tərəfindən iddiaçıya təqdim edilib amma daha sonra borcu olmamasına baxmayaraq bu maliyyə arayışını cavabdehin özözünə etibarsız hesab etməsinə dair sual yaranır. Belə ki, İddiaçı və Cavabdeh2 tərəfindən məhkəməyə alqı-satqı müqaviləsi və maliyyə arayışı təqdim edilmişdir. Tərəflər təqdim etdikləri sənədlərə münasibətdə bir-birlərindən üstün mövqe sərgiləmirlər. Buna baxmayaraq, məhkəmə bitərəf mövqe tutan cavabdeh MTK-nın göstərdiyi səbəbləri əsas qəbul etmişdir. Hansı ki, həmin MTK, yəni Cavabdeh1 MTK öz verdiyi maliyyə arayışını etibarsız hesab etdiyini iddia edir. Məhkəmə tərəflər arasındakı çəkişmə prinsipini pozmuş, 13 noyabr 2023-cü il tarixdə tərəfindən ünvanlanan vəsatət və ərizələrə münasibət bildirməmişdir. Halbuki, məhkəməyə ünvaladığı bu vəsatət və ərizə ilə sübutların qiymətləndirilməsi tam, aydın və dəqiq həyata keçirilə bilərdi. Ekspertiza keçirilməsi və məhkəmə tərəfindən sorğu verilərək sənədlərin alınması sübutların qiymətləndirilməsi nöqteyi-nəzərindən olduqca əhəmiyyətli idi. Bu mövqe ilə məhkəmə ədalətli məhkəmə araşdırması prinsipinə xələl gətirir. Məhkəmə düzgün nəticəyə gəlməmiş, çıxarılan qətnamə iddiaçının hüquqlarını pozmaqla qəbul edilmişdir. Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz verərək etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış kompleksində 01 saylı binanın 2ci mərtəbəsindəki 3 otaqdan ibarət, ümumi sahəsi 109.69 kv.m. olan, 7 saylı mənzil "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 qızı arasında xx.xx.2017-ci il tarixdə AZ/B01/MR13/MN07/NGD/170817 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin qiyməti 65 812 (altmiş beş min səkkiz yüz on iki) manat müəyyən edilmişdir. Mənzilin dəyəri hissə-hissə "xxxx" Cavabdeh2 tərəfindən tam ödənilmiş və bu barədə onun adına MTK tərəfindən maliyyə arayışı verilmişdir. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsində qeyd etdiyi işin halları həqiqətə uyğun deyildir. İddiaçı tərəfindən mübahisələndirilən Abşeron rayonu, Masazır qasabasinda inşa edilən yaşayış kompleksində bina 01, 2-ci mərtəbə, 07 nömrəli, 3 otaqlı, sahəsi 109,72 kv.m olan mənzilə dair sənədlər əsl həqiqəti əks etdirmir. Belə ki, mübahisəli sözü gedən mənzil ilkin olaraq Cavabdeh2 sahiblik və istifadəsinə verilmiş olsa da, ona başqa mənzil veriləcəyi adı ilə torpaq sahibinə ümumi yığıncağın qərarı ilə ayrılmışdır. Buna baxmayaraq torpaq sahibi ilə MTK arasında yaranmış narazılğa görə torpaq sahibi həmin mənzili qəbul etməkdən imtina etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinə MTK ilə aralarında bağlanmış müqavilənin ləğv edilməsi ilə bağl iddia qaldırmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən iddia təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən müqavilənin müddətinin başa çatmadığı əsas gətirilməklə rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. MTK tərəfindən torpaq sahibi üçün ümumi yığıncağın qərarı ilə ayrılmış 11 mənzil ayrı-ayrı şəxslərə müqavilə əsasında mənzillərin dəyərinin ödənilməsi şərti ilə verilmişdir. Həmin dövrdə MTK sədri Pespublika ərazisindən kənarda olduğundan təcrübəsiz şəxslər tərəfindən mənzillərin satılması ilə bağlı müqavilələr bağlansa da bir sıra maklerlərin Cəmşid, Əkbər, Asim və Müşfiq adlı şəxslər etibardan sui istifadə etməklə təcrübəsiz Vasif Atakişiyevi aldatmaqla guya həmin mənzillərin pullarının ödənilməsi ilə bağlı maliyyə arayışları qeyri-qanuni yolla ələ keçirilmişdir. Sonradan bu hadisənin üstü açılmış və həmin şəxslərlə MTK arasında borcun ödənilməsi ilə bağlı müqavilələr imzalamışlar. Həmin torpaq sahibinə ayrılmış mənzilləri alanlardan X5, X13, X18 vicdanlı alıcı olaraq maliyyə arayışı verilməsinə baxmayaraq, mənzillərin dəyərini ödəmədiklərini etiraf etməklə mənzilin dəyərini hissə-hissə ödəmişlər. Hal-hazırda həmin mənzillər torpaq sahibinin razılığı əsasında onların sahibliyinə və istifadisinə verilmişdir. Bundan başqa torpaq sahibinə ayrılmış mənzillərdən 8 mənzilin dəyəri ödənilmədiyi üçün xx.xx.2020-ci il tarixdə ləğv edilmiş və torpaq sahibi X7 adına sənədləşdirilməklə sahibliyinə və istifadəsinə verilmişdir. Birinci binanın 2-ci mərtəbəsində olan 07 saylı sözü gedən mənzilin ilkin sahibi Cavabdeh2 mənzilini başqa mənzillə dəyişdirilməsinə razı olmadığından mənzil Cavabdeh2 sahibliyində və istifadəsində saxlanılmış, X14 isə həmin binanın 118-ci mənzili verilmişdir. İddiaçı şəxsən özü MTK-dan heç bir mənzil almamış ona həmin mənzil X8 xahişi ilə verilmiş və Prişov Asim həmin mənzilin dəyərinin onun özü tərəfindən ödəyəcəyinə söz vermişdir. Bu barədə xx.xx.2019-cu ildə borc razılaşması ilə bağlı müqavilə də bağlanmışdır. Sonradan araşdırma zamanı müəyyən olunmuşdur ki, X23 “AKORD” Şirkətlər Qrupunun istehsal etdiyi “NORM" Markalı Sementin satışı ilə məşğul olan X1 miqdarda etibardan sui-istifadə etməklə sement almış və sataraq pulunu ödəmədiyindən X25 onun barəsində Nərimanov Rayon Prokrorluğuna şikayət etmişdir. X23 həmin şikayətdən yaxa qurtarmaq üçün "xxxx" Mənzil Tikinti Kooperativindən 3 mənzil ələ keçirməklə Vaqif Rəhimovun adına sənədləşdirmiş və hər bir mənzilin dəyərinin özü tərəfindən ödəyəcəyi adı ilə borc sazişi bağlamışlar. Asim Prişov sonradan həmin mənzillərin dəyərini ödəməkdə imtina etmişdir. Həmin 3 mənzildən 1-də 1-ci Binanın 7-ci mənzilidir. İddiaçı MTK-ya dəvət edilərək ona mənzilin dəyərinin ödənilmədiyini bildirdikdikdə o, Vaqif Rəhimovun ona borcu olduğunu və həmin borcun əvəzində mənzili aldığını bildirmişdir. X22, Asim Prişovun və MTK əməkdaşlarının iştirakı ilə bu barədə müzakirələr aparılmış və X3 olan borcunun ödənilməsini tələb etmiş və mənzillərin sənədlərini, habelə İddiaçı mənzilin qaytarılması və ona olan borcunun Asim Prişovdan alıb verəcəyinə söz vermişdir. Bu razılaşmadan sonra başqaları kimi İddiaçı da mənzilin sənədlərini qayırmağa söz vermişdir. Bu səbəbdən də 29 fevral 2020-ci il tarixdə İddiaçılə bağlanmış müqavilənin ləğv olunması ilə bağlı heç bir şikayət olunmamışdır. Lakin sonradan V.Rəhimovun ölməsindən istifadə edərək o, mülki iddia qaldırmışdır. Həmin mənzilin dəyəri ilə bağlı İddiaçı MTK-ya heç bir ödəniş etməmiş və bu səbəbdən də İddiaçı sözügedən mənzil təhvil verilməmiş, o, MTK-nın ortaq (assosiativ) üzvlüyünə qəbul edilməmiş və bundan sonra 29 fevral 2020-ci il tarixdə MTK-nın ümumi yığıncağı keçirilərək İddiaçılə bağlanmış müqavilə ləğv edilmiş və bu barədə ona məlumat verilmişdir. Həmin müqavilədən göründüyü kimi İddiaçılə MTK arasında bağlanmış müqavilə və maliyyə arayışı aldatma, etibardan sui-istifadə etməklə səlahiyyəti olmayan şəxsə imza etdirməklə MTK-nın əmlakının ələ keçirilməsinə cəhd edilmişdir. İddiaçı məhkəməyə heç bir kassa mədaxil çeki təqdim etməmiş, MTK-nın xəzinəsinə onun tərəfindən pul ödənilməsi ilə bağı heç bir sənəd yoxdur. Alıcı İddiaçı müqavilə üzrə ödənilməli vəsaitlərin MTK-nın bank hesabına ödəməli olduğu halda bu barədə də məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Yalnız aldatma yolu ilə əldə etmiş olduğu maliyyə arayışını əsas götürməklə MTK-nın hal-hazırda da əmlakını ələ keçirməyə cəhd edir. İddiaçı MTK-nın səlahiyyətinin və tam hüquqlu üzvü (payçısı) olmaq üçün ümumiyyətlə MTK-ya bu günə kimi heç bir müraciət etməmişdir. Yalnız onunla bağlanmış alqı-satqı müqaviləsi ləğv edildikdən 3 il müddət keçdikdən sonra nədənsə Vaqif Rəhimovun ölümündən sonra bu barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hal-hazırda 1-ci Binanın 7 saylı mənzili Cavabdeh2 sahibliyində və istifadəsindədir. Mübahisə predmeti olan mənzilin xx.xx.2017-ci il tarixli AZ/B01/MR02/MN07/NGD/170817 saylı müqavilə əsasında Cavabdeh2 satılması barədə tərəflər razılığa gəlmiş, mənzilin dəyəri olan 65832 manat pul məbləği xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli ödəniş qəbzlərinə əsasən tam olaraq ödənilmiş və ona borcunun olmamasına dair maliyyə arayışı təqdim edilmişdir. Həmçinin, həmin mənzilin açarları xx.xx.2017-ci il tarixli akt əsasında Cavabdeh2 təhvil verilmişdir. Bundan sonra mübahisə predmeti olan həmin mənzilin xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqavilə əsasında İddiaçı satılması barədə tərəflər razılığa gəlmiş, iddiaçının borcunun olmamasına dair isə maliyyə arayışı təqdim etmişdir. Lakin həmin mənzil iddiaçıya təhvil verilməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçıya mənzilin dəyərinin 5 iş günü ərzində ödənilməsinə dair bildiriş göndərilmiş, lakin mənzilin dəyəri tam olaraq ödənilmədiyindən həmin mənzilə dair müqaviləyə xitam veriləcəyi və mənzlin satışa çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. Verilmiş vaxt ərzində mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmədiyindən, "xxxx" MTK-nın ümumi yığıncağının xx.xx.2020-ci il tarixli protokoluna əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqaviləyə xitam verilmiş və xx.xx.2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilmişdir. Həmçinin, iddiaçı mənzilə dair müqavilənin ləğv edilməsindən, digər şəxslə müqavilə bağlandığından məlumatlı olsa da, həmin müqaviləni mübahisələndirmədən və mübahisəli mənzilin dəyərini tam şəkildə ödəmədən mənzilə sahiblik hüququnun təhvil verilməsi və maneənin aradan qaldırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda isə həmin mənzil Cavabdeh2 istifadəsində və sahibliyindəir, müqaviləsi ləğv edilməmiş qüvvədədir. Onun tərəfindən mənzil təmir edilmişdir. Bu Cavabdeh1 MTK-nın məktubundan da öz təsdiqini tapışdır. Ona görə də göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan apellyasiya şikayəti təmin edilə bilməz. Bundan başqa birinci instansiya məhkəməsində iştirak edən iddiaçı məhkəmə iclasında da bildirmişdir ki, həmin mənzilə görə pulu MTK-ya ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1.3cü bəndində göstərilmişdir ki, "xxxx" tərəfindən ödəniş şərtləri 2(iki)ay ardıcıl olaraq pozularsa, "Satıcı" 5 (beş) gün qabqcadan "Alıcıya” rəsmi bildiriş vermək şərti ilə bu müqaviləyə birtərəfli xitam verir, mənzil satılamamş hesab olunur və yenidən satışa çıxarılır. İşin yuxarıdakı hallarından da göründüyü kimi MTK müqavilənin göstərilən şərtinə uyğun olaraq müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir: "1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır." Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165-ci sahibliyin pozulması maddəsinə əsasən 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Ancaq, iddiaçı tərəf hətta nəinki 1 (bir) il keçdikdən sonra məhkəməyə müraciət etməmiş, belə bir iddia ilə 3 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir ki, bu iddianın təmin olunmaması əsaslarından biri kimi nəzərə alınmalıdır və bunun məhkəmədən tətbiq olunmasını xahiş edirik. Cavabdeh2nənin nümayəndəsi vəkil X26 tərəfindən apelllyasiya şikayətinə etiraz verilərək etiraz onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsində hakim tərəflərə sübutların təqdim olunması üçün kifayət qədər şərait yaratsa da, iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmiş, yalnız bir neçə əsassız vəsatətlər verilmişdir ki, məhkəmə də haqlı olaraq bu vəsatətləri təmin etməmişdir. Mübahisəli mənzil xx.xx.2017-ci il tarixli müqavilə əsasında digər cavabdeh "xxxx" MTK-tərəfindən Cavabdeh2 satılmış, nəzərdə tutulmuş pul vəsaitini müqavilə şərtlərinə uyğun ödəyərək (3 dəfəyə, hissə-hissə) gözlənilən mülkiyyət hüququ əldə etmişdir. Mənzil onun sərəncamındadır. Mənzilə dair bütün sübutları, o cümlədən, müqavilə, maliyyə arayışı, mənzilin təhvil-təslim aktı,ödəniş qəbzləri və digər sənədlər Abşeron Rayon Rəhkəməsinə təqdim etmişdir, məhkəmə də bu sənədləri haqlı olaraq sübut əhəmiyyətli hesab etmiş və əsaslı qətnamə qəbul etmişdir. Hazırda apellyasiya məhkəməsi tərəfindən iddia tələbi üzrə araşdırma getdiyi bir zamanda, mülki iş materiallarına əlavə olunan sənədlər toplusu (sübutlar) ilə bir daha sübut olunur ki, birinci instansiya məhkəməsi obyektiv, qərəzsiz olaraq tərəflərin çəkişmə prinsipi əsasında mübahisələndirilən qətnaməni qəbul etmişdir. Lakin, məhkəmə tərəfindən MTT qaydasında mənzildən istifadə olunmasına qadağa qoyulmasını əsassız hesab edir. İddiaçının iddia etdiyi tələb qərəzli xarakter daşılmaqla məhkəmə süründürməçiliyinə rəvac verir. Hesab edir ki, mübahisəli mənzil xx.xx.2017-ci il tarixli müqavilə əsasında digər cavabdeh "xxxx" MTK tərəfindən qanunvericiliyin tələbləri baxımından ona satıldığından, mənzilə dair bağlanmış müqavilə iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, dolayısı yollarla əldə edilmiş maliyyə arayışına istinad edən iddiaçının faktlar nöqteyi -nəzərincə əsaslı qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilə bilməz. Ona məxsus olan mənzilin digər şəxslər tərəfindən qanunaziddd şəkildə ələ keçirilməsi hallarına məhkəmə qətnaməsində artıq qiymət verilmişdir. Hesab edir ki, apellyasiya şikayətinə qarşı etiraz əsaslıdır, məhkəmə kollegiyası tərəfindən nəzərə alınmalı, iddiaçının iddia tələbləri rədd edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi Vəkil2 və Cavabdeh2 hüquqi varisləri X16 (eyni zamanda digər hüquqi varislər X11 və X4 etibarnamə üzrə nümayəndəsi), X17, X12 və X6 nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 hüquqi varisləri X17 və X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin və ona etirazın dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Satıcı Cavabdeh1 MTK ilə alıcı Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli AZ/B01/MR02/MN07/NGD/170817 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi 1 saylı binanın 2-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 109,72 kv.m, hər kv.m-i 600 manatdan olan 7 saylı mənzili tam dəyəri 65832 manat olmaqla alıcıya satmışdır. Müqavilənin 1.3-cü və 1.4-cü bəndlərinə əsasən, alıcı tərəfindən seçilən mənzilin dəyəri bu müqavilənin 1.2-ci bəndinə əsasən müəyyən olunur və 65832 manat təşkil edir. Mənzilin dəyərinə tikinti xərcləri və rüsumlar daxildir. Müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı mənzilin dəyərinin ödənişini müqavilənin 2.2.1. bəndində göstərilən birdəfəlik tam ödəniş üsulunu seçir, belə ki, müqavilənin 1.3. bəndində göstərilən 65832 manat məbləğin 100%-ni müqavilə bağlandığı tarixdə satıcıya ödəyir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən, tərəflərin bu müqavilə ilə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi halda bu müqavilə pozula bilər. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 24 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsində Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış kompleksində AZ/B01/MR02/MN07/NGD/170817 saylı xx.xx.2017-ci il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 2, sahəsi 109,72 kv.m. olan 3 otaqlı 7 saylı mənzilin 65832 manat dəyərini tam ödəmişdir. xx.xx.2017-ci il tarixli 1 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, bina 1, mərtəbə 2, 7 saylı mənzilə görə 50000 manat pulu ödəmişdir. xx.xx.2017-ci il tarixli 2 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, bina 1, mərtəbə 2, 7 saylı mənzilə görə 10000 manat pulu ödəmişdir. xx.xx.2017-ci il tarixli 3 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Masazır qəsəbəsi, bina 1, mərtəbə 2, 7 saylı mənzilə görə 5832 manat pulu ödəmişdir. xx.xx.2017-ci il tarixli aktdan görünür ki, MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli AZ/B01/MR02/MN07/NGD/170817 saylı müqavilə əsasında 109,72 kv.m.ümumi sahəsi olan, 07 saylı mənzili Cavabdeh2 satıldığından və mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam ödənildiyindən 1-ci binanın 7 saylı mənzili ona təhvil verilmiş, həmin evin təmir olunmasına sahiblik və istifadə hüququnun olması izah edilmişdir. Cavabdeh2 1-ci binanın 7 saylı mənzilinin açarlarını qəbul edərək, həmin mənzili öz sahiblik və istifadəsinə qəbul etmişdir. İş materiallarında olan Satıcı Cavabdeh1 MTK ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi 1 saylı binanın 2-ci mərtəbəsində 3 otaqlı ümumi sahəsi 109,72 kv.m., hər kv.m.-i 630 manatdan olan 07 saylı mənzili tam dəyəri 69123.6 manat olmaqla alıcıya satmışdır. Müqavilənin 1.3-cü və 1.4-cü bəndlərinə əsasən, alıcı tərəfindən seçilən mənzilin dəyəri bu müqavilənin 1.2-ci bəndinə əsasən müəyyən olunur və 69123.6 manat təşkil edir. Mənzilin dəyərinə tikinti xərcləri və rüsumlar daxildir. Müqavilənin 2.3-cü bəndinə əsasən, alıcı mənzilin dəyərinin ödənişini müqavilənin 2.2.1. bəndində göstərilən birdəfəlik tam ödəniş üsulunu seçir, belə ki, müqavilənin 1.3. bəndində göstərilən 69123.6 manat məbləğin 100%-ni müqavilə bağlandığı tarixdə satıcıya ödəyir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən, tərəflərin bu müqavilə ilə öz üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiyi halda bu müqavilə pozula bilər. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli B1/07 saylı maliyyə arayışından görünür ki, Vəliyev X21 rayonu, Masazır qəsəbəsində Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış kompleksində AZ/B01/MR02/MN07/NGD/251019 saylı xx.xx.2019-cu il tarixli müqavilə əsasında aldığı bina 1, mərtəbə 2, sahəsi 109,72 kv.m.olan 3 otaqlı 07 saylı mənzilin 69123.6 manat dəyərini tam ödəmişdir. Cavabdeh1 MTK-nın İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 65 saylı bildirişdən isə görünür ki, xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqavilə üzrə mənzilin dəyəri olan 69123.6 manat pulun 5 iş günü müddətində ödənilməsi, əks təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi və mənzil sahəsinin satılmamış hesab edilərək, yenidən satışa çıxarılacağı bildirilmişdir. Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağına dair xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli AZ/B01/MR02/MN07/NGD/251019 saylı müqaviləyə xitam verilməsi, həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, müqavilənin xitamı ilə əlaqədar ödənişlərin hesablanması və qaytarılmasının təmin olunması qərara alınmışdır. İşin araşdırılmış hallarına əsasən müəyyən olunur ki, əvvəlcə İddiaçı xx.xx.2023-cü il tarixində İddiaçı Cavabdeh1 MTK –ya, 3-cü şəxs Cavabdeh2 qarşı eyni mənzilə dair “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2216/2023 nömrəli qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin işin tələb edilərək öyrənilməsi və eləcə də apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılmış hallarına əsasən müəyyən olunur ki, X23 adlı şəxsin X25 adlı şəxsə borcu olduğu üçün mübahisəli mənzil əvvəlcə borclu Prişov Asimin xahişi ilə Vaqif Rəhimovun adına sənədləşdirilmiş, Vaqif Rəhimovun isə İddiaçı borcu olduğu üçün sonradan mübahisələndirilən mənzil İddiaçı razılığı əsasında hazırki iş üzrə iddiaçı olan İddiaçı adına xx.xx.2019-cu il tarixində rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyasının iclasında da İddiaçı qeyd olunan mənzilin məhz Rəhimov Vaqifin ona olan borcunun müqabilində onun adına həmin tarixdə rəsmiləşdirilməsini təsdiq etmişdir. Bununla əlaqədar müqaviləni bağlanmasından təxminən 3 ay sonra, yəni 22 yanvar 2020ci il tarixində Cavabdeh1 MTK tərəfindən İddiaçı “Bildiriş” məktubu göndərilərək qeyd edilmişdir ki, maliyyə arayışı verilsə də, mənzilə görə heç bir ödənişin ödənilməsi təmin edilməmiş, buna görə borc məbləğinin 5 iş günü müddətində ödənilməsi təklif olunmuş, əks halda müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı mənzilə görə ödəniş edilməməsi barədə ona xəbərdarlıq edildiyini təsdiq etmiş, bununla əlaqədar ona borclu olan Vaqif Rəhimovu MTK-ya dəvət edərək MTK-nın rəhbərliyi ilə söhbətlər aparılmış, Vaqif Rəhimov mübahisəni həll edəcəyinə dair söz vermişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi müqavilənin Cavabdeh1 MTK-nın 29 fevral 2020-ci il tarixli protokol qərarı ilə birtərəfli qaydada ləğv edildiyini, həmin protokol qərarının bildirişli məktubla İddiaçı göndərildiyini bildirmişdir. İddiaçı isə məhkəmə kollegiyasının iclasında həmin bildirişli məktubun ona təqdim edilmədiyini, lakin müqavilənin birtərəfli qaydada ləğv olunmasına dair ona telefonla məlumat verildiyini qeyd etmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı iddia ərizəsində mənzilin dəyərinin onun tərəfindən tam ödənildiyini qeyd etsə də, işin araşdırılmış hallarına əsasən bu təsdiq olunmur. Ona görə cavabdeh müqavilənin 3.2-ci bəndinə əsasən müqaviləni birtərəfli qaydada ləğv etməkdə haqlı olmuşdur. Azərbaycan respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(012)-290/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1068/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1068/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair mülki iş - Digər - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver