Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1074/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X3 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin, saxta etibarnamənin ləğvi və daşınmaz əmlak tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin, saxta etibarnamənin ləğvi və daşınmaz əmlak tələbinə dair” iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin, saxta etibarnamənin ləğvi və daşınmaz əmlak tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 3.57 hektar torpağı üzərində xx xxxxxx 2007-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsini və ƏN-İ 091064 nömrəli, xx xxxx 2007-ci il tarixli saxta etibarnaməni ləğv edərək həmin torpaq üzərində qanuni mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon DNK-nın xx.xx.2005-ci il tarixli, 4Ə-6-1448 nömrəli alqı-satqı müqaviləsi ilə 3.57 hektar torpaq sahəsi (JN:1302, KOD 41001004) kənd təsərrüfatı məhsullarının istehsalı üçün əldə etmişlər. Həmin tarixdən sözügedən torpaq sahəsinin mülkiyyətçisi özüdür. xx xxxxx 2013-cü il tarixli, AZ-İ № 614805 saylı ölüm şəhadətnaməsindən görünür ki, həyat yoldaşı X9 xx xxxx 2013-cü ildə vəfat etmişdir. Şəhriyar qəsəbəsinin keçmiş İcra Nümayəndəsi Cavabdeh1 həmin qəsəbə sakini olmuş, hazırda isə vəfat etmiş X2 ilə və həm də belə görünür ki, Şamaxı rayon notariusu ilə də müəmmalı sövdələşməyə girərək saxta sənədlər tərtib etmişdir. Həmin saxta sənədlər əsasında mərhum A.Atakişiyevə onun torpağı üzərində qərar vermək səlahiyyəti verilmiş, sonuncu isə xx xxxxxx 2017-ci ildə torpağını 3035 manata dərhal başqasına satmışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmişdir. Oradan xx.xx.2019-cu ildə göndərilən cavabda qeyd olunmuşdur ki, guya hansısa bir etibarnaməyə imza edib torpağı üzərində qərar vermək hüququnu başqasına da vermişdir. Baş Prokurorluqdan göndərilmiş cavabdan aydın olur ki, saxta ƏN-İ 091064 nömrəli etibarnamədə göstərilib ki, guya o, xx xxxx 2007-ci il tarixdə şəxsən imza etməklə 3.57 ha torpağını 3 il müddətinə Şəhriyar qəsəbəsi sakini olmuş mərhum A.A.Atakişiyevin adına vermişdir ki, onu istəsə kimsəyə bağışlaya və sata bilər. Sonda Baş Prokurorluqdan ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Təqdim etdiyi sənədlərdən görünür ki, guya xx xxxx 2007-ci ildə mərhum A.Atakişiyevə öz torpağı üzərində mülkiyyətçi hüququ vermiş, o isə 3-4 gün ərzində kliyent tapıb onu satmışdır. Ümumiyyətlə, son vaxtlar Şamaxı rayon Şəhriyar qəsəbəsində belə saxta sənədlər tərtib edilməsi işləri kütləvi hal almışdır. Halbuki, belə etibarnamə verməmiş, bu barədə hər hansı etibarnaməyə imza atmamış, notariusa da getməmişdir. Əgər elə bir etibarnamə varsa, o saxtadır. Onun belə etibarnamədən xəbəri yoxdur. Odur ki, ona məxsus 3.57 hektar torpağı üzərində xx xxxxxx 2007-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsini və ƏN-İ 091064 nömrəli, xx xxxx 2007-ci il tarixli saxta etibarnaməni ləğv edərək həmin torpaq üzərində qanuni mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə heç bir ekspertiza keçirmədən, iddanı təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, guya onun 13 ilə yaxındır ki, baş vermiş halları bilə-bilə iddia müddətini ötürmədiyini uydurulmuşdur. Bu yalandır, o, 2020-ci ilin iyul-avqust aylarında belə bir özbaşınalıgın baş verməsindən xəbər tutmuşdur. Digər tərəfdən isə ona məxsus 3.57 ha torpaq sahəsində başqası tərəfindən indiyədək heç bir əkin-biçin işləri aparılmayıb, bunlar da yalandır hamısı. Ona görə də guya illərdən bəri iddia müddətini ötürməyi bəhanəsi belə özbaşınalıgı ört-bastır etmək üçün əsas deyildir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(074)-876/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarıb iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-ü şəxs Şamaxı rayon DNK-nun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan JN 13xx xxx 41001004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Şamaxı rayon DNK-nun xx.xx.2005-ci il tarixli 4Ə- 61448 saylı alqı-saqtı müqaviləsinə əsasən İddiaçı və onun ailə üzvlərinə 3,57 ha torpaq sahəsi verilmişdir. İşdə olan daşınmaz əmlakın alqı-satqısına dair xx xxxxxx 2007-ci il tarixli AN-İ № ******* müqavilənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixli 7E-6/ nömrəli reyestrlə qeyd edilmiş İddiaçı tərəfindən verilmiş etibarnaməyə əsasən onun adından çıxış edən Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan xx.xx.1965-ci ildə doğulmuş X2 Cavabdeh2 JN 13xx xxx 41001004 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şamaxı rayonunun ərazisində yerləşən 3.57 hektar torpaq sahəsini alıcının mülkiyyətinə 3035 manat satmışdır. İşə əlavə olan AZ-İ № 614805 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, R.N.Həkimi xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2007-ci il tarixli ƏN-İ № 091064 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı DTXK-nin JN 13xx xxx 41001004 saylı dövlət aktına əsasən özünə məxsus olan Şamaxı rayonu ərazisində olan torpaq sahəsini 01 saylı forma aldıqdan sonra 3 il müddətinə sərəncam verməyi, satmağı, bağışlmağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, ona dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, digər hərəktlər etməyi A.A.Atakişiyevə etibar etmişdir. İşdə olan Şamaxı rayon Dövlət Notariat X1, X11, X9, X7, X8, Həkimi Nizami tərəfindən ünvanlanmış ərizədən görünür ki, onlar Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən 3,57 ha torpaq sahəsinin satılmasına etiraz etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən 3.57 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinə məxsus olmuşdur. İddiaçı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 7E-6/ nömrəli reyestrlə qeyd edilmiş etibarnaməyə əsasən onun adından çıxış edən Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yaşayan xx.xx.1965-ci ildə doğulmuş A.A.Atakişiyev Cavabdeh2 JN 13xx xxx 41001004 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Şamaxı rayonunun ərazisində yerləşən 3.57 hektar torpaq sahəsini alıcının mülkiyyətinə 3035 manat satmışdır. R.N.Həkimi, S.N.Həkimi, R.N.Həkimi, S.N.Həkimi, Ə.N.Həkimi, N.Həkimi ərizə ilə Şamaxı rayon X6 müraciət edərək, torpaq sahəsinin satılmasına etiraz etməmişlər. Göründüyü kimi, Şamaxı rayon X5 Dövlət notariusu X12 tərəfindən imzalanaraq, möhrlə təsdiq olunmuş, reyestrdə 7E-6/ sayla qeyd edilmiş ƏN-İ № 091064 saylı xx.xx.2007-cı il tarixli etibarnaməyə əsasən İddiaçı Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən torpaq sahəsinə 01 saylı arayışı aldıqdan sonra sərəncam verməyi 3 il müddətinə A.A.Atakişiyevə etibar etmişdir. Həmin etibarnamə əsasında hərəkət edən A.A.Atakişiyev AN-İ № ******* saylı xx xxxxxx 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yerləşən 3.57 hektar torpaq sahəsini Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məhkəmə kollegiyası İddiaçı tərəfindən iş üzrə heç bir ekspertizanın keçirilməməsi barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil əsaslı deyildir. Belə ki, işin müəyyən edilmiş halların habelə görünür ki, iddiaçı 13 ilə yaxın müddət ərzində torpaq sahəsinin başqa şəxsin sahibliyində olduğunu bildiyi halda, xx xxxxxx 2007-ci il tarixli alqı-satqı müqaviləsinin mübahisələndirilməsinə dair hazırkı iddia ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etməklə hazırkı tələb üzrə iddia müddətini keçirmişdir. Cavabdeh1 ərizə ilə müraciət edərək hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2001ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(074)-876/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1074/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1074/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver