Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-109/2024 30.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)- 1932/2023 nömrəli qətnaməsindən Cavabdeh və üçüncü şəxs X10 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinə dair Cavabdeh ilə X10 arasında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisində 4Ə-1194 nömrəli reyestrlə qeydə alınmış 06 iyul 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin və yaşayış evinə dair X7 verilmiş xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllə ünvanında yerləşən 87 saylı fərdi yaşayış evinə dair Cavabdeh ilə X10 arasında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisində 4Ə-1194 nömrəli reyestrlə qeydə alınmış 06 iyul 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin qismən etibarsız hesab edilməsi və yaşayış evinə dair X7 xx.xx.2018-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum atası Muradov Əliheydər Xəsi oğlu tərəfindən mülkiyyət hüququ ilə ona məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi həyət evinə dair xx.xx.1998-ci il tarixdə Cavabdeh adına vəsiyyətnamə qoyulmuşdur. xx.xx.2001-ci il tarixdə atası Əliheydər Xəsi oğlu vəfat etmişdir. Bundan sonra, Cavabdeh miras əmlaka dair Sumqayıt şəhər 2 saylı DNK-da xx.xx.2001-ci il tarixdə 2V2/87 nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Sumqayıt şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən (hazırda DƏDRX-nin Sumqayıt şəhər 2 saylı Ərazi İdarəsi) Cavabdeh miras əmlakın ½ hissəsinə qeydiyyat vəsiqəsi verilmiş, ½ hissədə isə məcburi pay nəzərə alınmaqla (ona çatası pay) açıq saxlanılmışdır. Bir müddət keçəndən sonra Cavabdeh miras qalmış əmlakın tam şəkildə adına keçirilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh notariat orqanından miras əmlaka dair aldığı vəsiyyətnamə üzrə şəhadətnaməni ( ½ hissədə) və çıxarışı (½ hissədə) məhkəməyə təqdim etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli, 2-382 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Sumqayıt şəhəri, Katec qəsəbəsi, 11-ci məhəllə, 87 saylı fərdi həyət evinə dair 3-cü şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi (o zaman Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi adlanan) tərəfindən Cavabdeh adına xx.xx.2003-cü il tarixdə 162 qeydəalma nömrəsi ilə 06 nömrəli kitabda qeyd edilmiş, miras əmlaka dair tam payla mülkiyyət üzrə qeydiyyat vəsiqəsi verilmişdir. Həmin zaman keçirilmiş məhkəmə mübahisəsindən onun xəbəri olmamışdır. 2018-ci ildə pasport qeydiyyatından çıxarılmağını, məhdudiyyət olduğunu bildiyi zaman məhkəmə qətnaməsini əldə etmiş və qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli, 2(105)-3863/2018 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-382 saylı qətnaməsi ləğv edilmiş, haqlı olaraq iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla iddiaçıya bildirilmişdir ki, müvafiq qaydada notariat kontoruna müraciət olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)-1411/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə ləğv olunmuş rəsmi qeydiyyatını bərpa etmişdir, lakin miras qalmış əmlaka məcburi pay üzrə vərəsəlik şəhadətnaməsi alıb, açıq qalmış ½ hissəyə dair çıxarış almaq istədikdə, məlum olmuşdur ki, Cavabdeh Sumqayıt şəhəri, Katec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi həyət evini tam şəkildə adına keçirmiş, Sumqayıt şəhəri, 4 saylı notariat kontorunun 4Ə- 1194 nömrəli, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında X7 bağışlamışdır. Bağışlama müqaviləsi əsasında 2 saylı Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən mülkiyyətə dair xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-382/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ləğv edildiyi zaman, Cavabdehın məhkəmədə iştirak etməsinə baxmayaraq əmlakın bağışlanmasını həm ondan, həm də məhkəmədən gizlətmişdir. Həmin zaman mübahisəli yaşayış sahəsində 3cü şəxs yaşamamışdır. Hesab edir ki, 2-382/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnamə ləğv edildiyindən, Cavabdeh adına xx.xx.2003-cü il tarixdə 162 qeydəalma nömrəsi ilə 06 nömrəli kitabda qeydə alınmış tam payla mülkiyyətə dair xx.xx.2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsi ləğv edilməlidir. Həmin müqavilə əsasında X6 adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** nömrəli çıxarış da ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)-1932/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh ilə X10 arasında bağlanmış Sumqayıt şəhər 4 saylı notariat ofisində 4Ə-1194 nömrəli reyestrlə qeydə alınmış 06 iyul 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin qismən etibarsız hesab edilməsi, X6 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın ləğv edilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan Cavabdeh və üçüncü şəxs X10 birgə apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)-1932/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh və üçüncü şəxs X10 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı Cavabdeh Heybər qızına və üçüncü şəxs X7 qarşı “bağışlama müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Sumqayıt şəhəri, Kotec qəsəbəsi,11-ci məhəllədə yerləşən 87 saylı fərdi yaşayış evi Cavabdeh Heybər qızının mülkiyyətində olmuş və onunla X10 arasında bağlanılmış bağışlama müqaviləsi əsasında sonuncunun mülkiyyətinə keçmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2003-cü il tarixli, 2-382 nömrəli qətnaməsinin ləğv edilərək Cavabdeh Heybər qızının “mülkiyyətin tam şəkildə qeydiyyata alınması və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iş üzrə icraata xitam verildiyinə istinad edərək belə bir tələblə məhkəməyə müraciət etmişdir. Halbuki,sözügedən mülki iş üzrə icraata xitam verilsə də, Cavabdeh Heybər qızının mübahisələndirilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ ləğv edilməmiş və həmin fərdi yaşayış evinə dair onun adına verilmiş hüquqi sənəd qüvvədən düşməmişdir. Belə olan halda mübahisələndirilən fərdi yaşayış evinə dair Cavabdeh Heybər qızı ilə X10 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış 06 iyul 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlama müqaviləsi əsasında X6 adına mübahisələndirilən fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır.Məhkəmə tərəfindən işə baxılarkən bütün bu hallar və dəlilləri təsdiq edən işdə olan sübutlar diqqətə alınmayaraq tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəlinmiş, mübahisələndirilən fərdi yaşayış evinin Cavabdeh Heybər qızının adına olan mülkiyyət çıxarışının qüvvədə olduğu və məhkəmə qaydasında ləğv edilmədiyi barədə dəlilləri nəzərə alınmamış,nəticədə iddia tələbinin təmin edilməsi barədə əsassız və yanlış nəticəyə gəlinmişdir. Məhkəmənin mübahisələndirilən qətnaməsi mülkiyyət hüququna dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1; 152 və 157-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin tələblərinə zidd olaraq çıxarılmışdır.Belə ki,iş materiallarında olan sənədlərdən də görünür ki, Sumqayıt şəhəri,Kotec qəsəbəsi,11-ci məhəllədə yerləşən 87 saylı mübahisələndirilən fərdi yaşayış evi Sumqayıt şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən hələ 2003-cü ildə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin əmlak tam şəkildə Cavabdeh Heybər qızının mülkiyyətində olmuş və onunla X10 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış 06 iyul 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsi əsasında X6 mülkiyyətinə keçmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2003-cü il tarixli, 2-382 nömrəli qətnaməsinin ləğv edilərək Cavabdeh Heybər qızının “mülkiyyətin tam şəkildə qeydiyyata alınması və pasport qeydiyyatından çıxarılma” tələbinə dair iş üzrə icraata xitam verildiyinə istinad edərək belə bir tələblə məhkəməyə müraciət etsə də, məhkəmə qətnamə çıxararkən Cavabdeh Heybər qızının mübahisələndirilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun ləğv edilmədiyini və həmin fərdi yaşayış evinə dair onun adına verilmiş hüquqi sənədin qüvvədən düşmədiyini nəzərə almamışdır.Belə olan halda mübahisələndirilən fərdi yaşayış evinə dair Cavabdeh Heybər qızı ilə X10 arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində bağlanılmış 06 iyul 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlama müqaviləsi əsasında X6 adına mübahisləndirilən fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi üçün hüquqi əsaslar mövcud olmadığı üçün məhkəmənin sözügedən qətnaməsini mülkiyyət hüququna qəsd olaraq qəbul edir və həmin qətnamənin sadalanan maddi hüquq normalarına zidd olaraq çıxarıldığını əyani şəkildə sübuta yetirir.İddiaçının mübahisələndirilən fərdi yaşayış evinə dair Sumqayıt şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2003-cü ildə Cavabdeh adına verilmiş mülkiyyət sənədi ləğv olunmadığı halda həmin əmlaka dair Cavabdeh Heybər qızı ilə X10 arasında bağlanılmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında aparılmış dövlət qeydiyyatının ləğvini tələb etməsi mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlmiş və konstitusion hüquq olan mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməli olduğu halda,məhkəmə bu hallara lazımi hüquqi qiymət verməyərək dövlət tərəfindən tanınan və müdafiə olunan mülkiyyət hüququnun müdafiəsini təmin etməmişdir. İddiaçı sözügedən bağışlama müqaviləsinin etibarsız sayılmasını məhkəmədən tələb etmişdir ki, bu tələbə də məhkəmə tamamilə yanlış olaraq əhəmiyyətsiz əqdlərə münasibətdə şamil edilən Mülki Məcəllənin 354.1-ci maddəsini tətbiq etmişdir. Belə ki, Azərbaycan RespublikasıMülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddət əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddialara şamil edilir,yəni əhəmiyyətsiz əqdin icrasına başlanıldığı gündən bir il ərzində iddia irəli sürülə bilər. İddia ərizəsindən də görünür ki, iddiaçı mübahisələndirdiyi əqdin etibarsızlığı nəticələrinin tətbiqini istəməmiş, bağışlama müqaviləsinin məhkəmə qaydasında etibarsız sayılmasını xahiş etmişdir. Hesab edirlər ki, bu halda sözügedən iddia tələbinə münasibətdə Mülki Məcəllənin 354.1-ci maddəsinin deyil, həmin Məcəllənin 354.2-ci maddəsinin tələbləri tətbiq edilməli idi. Çünki, Mülki Məcəllənin 354.1-cimaddəsində müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddət olduğu halda, Mülki Məcəllənin 354.2-ci maddəsində müyyən edilmiş bir illik müddət isə həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə biləcəyi müddətdir. İddiaçının da məhz əqdi mübahisələndirdiyini nəzərə alsaq, hesab edirlər ki, məhkəmənin sözügedən tələbə kəsici müddəti tətbiq etməyərək bunu əhəmiyyətsiz əqdlərin etibarsızlığı nəticələrinin tətbiqi üçün nəzərdə tutulmuş müddətlə əsaslandırmağa çalışması məhkəmə tərəfindən yol verilmiş aşkar səhvdir və məhkəmənin bu dəlili qanuni sayıla bilməz. İddiaçı tərəfindən mübahisələndirilən bağışlanma müqaviləsinin əhəmiyyətsiz olması üçün iş materillarından hər hansı bir sübut mövcud deyildir. İddiaçının iddia ərizəsində irəli sürdüyü dəlillər yalnız formal mülhaizələr olmaqla qanunverciliklə müəyyən olunmuş qaydada sübuta yetirilməmişdir. Qeyd edilən bağışlanma müqaviləsi Mülki Məcələnin normalarına uyğun bağlanaraq tərəflər arasında iradə ifadəsini əks etdirmişdir. Hesab edirlər ki,hazırkı işdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337 və 340-cı maddəsinin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmamışdır.Çünki tərəflər arasında olan bağışlanma müqaviləsinin əhəmiyyətsiz əqd olmaması iş materiallarında olan məhkəmə baxışında tədqiq olunan yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarında verilmiş şərh də nəzərə alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsində birbaşa göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən Qərarında isə qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Məhkəmənin qətnaməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı və 352ci maddələri ilə aşkar ziddiyyət təşkil edir. Belə ki, işdə olan sənədlərdən də görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi ,11-ci məhəllədə yerləşən 87 saylı mübahisələndirilən fərdi yaşayış evi Sumqayıt şəhər X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən hələ 2003-cü ildə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.Həmin qeydiyyat sonradan ləğv edilmiş məhkəmə qətnaməsi əsasında aparılsa da, nə dövlət qeydiyyatı,nə də fərdi yaşayış evinin Qeydiyyat Vəsiqəsi iddiaçı tərəfindən mübahisələndirilməmiş və məhkəmə mübahisəsinin predmeti olmamışdır.Qüvvədə olan qeydiyyatı artıq qanuni əsassız formal məsələ olaraq qəbul edən məhkəmə bu qeydiyyatı hazırda mövcud olmayan hüququn dövlət reyestrinə daxil edilməsi kimi qiymətləndirməklə sadalanan maddi hüquq norması da daxil olmaqla mülkiyyət hüququna, eləcə də daşınmaz əmlakın dövlət reyestrinin aparılmasına dair qüvvədə olan qanun normalarının kobud pozuntusuna yol vermişdir. Belə ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı mübahisələndirilən fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququnun ləğv edilməsi barədə müvafiq qeydiyyat daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmədiyi halda, həmin qeydiyyat əsasında verilmiş mülkiyyət sənədinə əsasən bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Eyni sözləri məhkəmənin bağışlama müqaviləsini qismən etibarsız hesab etdiyi halda, X6 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın tam şəkildə ləğvinə dair mövqeyinə də şamil etmək olar. Belə ki, məhkəmənin özünün istinad etdiyi Mülki Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Məhkəmə Cavabdeh mübahisəli əmlakın özünə məxsus hissəsini bağışlamaq hüququna malik olduğunu və iddiaçının iddia etdiyi pay daxil edilmədən də bağışlama müqaviləsini bağlamaq hüququ olduğunu qəbul etdiyi və bu səbəbdən də bağışlama müqaviləsini qismən etibarsız saydığı halda, Zaur Əsədovun adına aparılmış dövlət qeydiyyatını və reyestr çıxarışını sadalanan qanun normasının ziddinə olaraq tam şəkildə ləğv etmişdir. Hesab edirlər ki, bununla da məhkəmə işə baxarkən sözügedən maddi hüquq normalarının tələblərinə riayət etməmiş və aşkar qanun pozuntusuna yol vermişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndində qeyd olunmuşdur ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.Yuxarıda göstərilənlərdən də göründüyü kimi, mübahisələndirilən məhkəmə qətnaməsində iş üzrə müəyyən edilmiş bütün faktlar əks etdirilməmiş, məhkəmənin gəldiyi nəticə faktlar və mötəbər sübutlarla təqdiqlənməmiş,məhkəmənin müəyyən edilmiş sayılan halları iş materialları ilə uyğunsuzluq təşkil etmişdir. Bütün bu sadalananlar birinci instansiyası məhkəməsinin qətnaməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarına zidd olduğunu bir daha sübuta yetirir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən üzərində Cavabdeh məhkəmə qaydasında ləğv edilməmiş mülkiyyət hüququna dair qeydiyyatı aparılmış fərdi yaşayış evinə dair bağışlama müqaviləsinin qismən etibarsız sayılması və həmin müqavilə əssında verilmiş Zaur Əsədovunadına verilmiş reyestr çıxarışının ləğv edilməsi tələbini irəli sürülmüşdür ki,məhkəmə tamamilə əsassız olaraq iddia tələblərini təmin etmişdir.Halbuki, məhkəmə onlar tərəfindən məhkəməyə təqdim olunmuş etiraz ərizəsində göstərilmiş və məhkəmə araşdırmalarının gedişatında mötəbər sübutlarla öz təsdiqini tapmış dəlillərə və etirazda qeyd olunan hallara düzgün hüquqi qiymət verməyərək qanuni qətnamə çıxarmalı olduğu halda, tətbiq edilməli maddi hüquq normalarına istinad etməyərək əsassız qərara imza atmışdır.Hesab edirlər ki,bununla da məhkəmə mülki prosessual qanunvericiliyin qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılması və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair normasının tələblərini aşkar şəkildə pozmuşdur.Həmçinin məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmiş,Cavabdeh mübahisələndirilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna xitam verilmədiyini lazımi şəkildə dəyərləndirə bilməmiş,iddiaçının müqavilənin etibarsızlığını tələb etməsi üçün qanunvericiliklə müəyyən edilmiş kəsici müddəti ötürdüyünü diqqətə almamış,iş üçün əhəmiyyət kəsb etdiyi halda, tərəflər arasında olan qarşılıqlı münasibətləri səciyyələndirən halları düzgün müəyyən etməmişdir. Məhkəmə iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinə dair Cavabdeh adına aparılmış dövlət qeydiyyatının və müvafiq qeydiyyat əsasında onun adına verilmiş Qeydiyyat Vəsiqəsinin mübahisələndirilmədiyi və Cavabdeh mübahisəli fərdi yaşayış evində qanuni şəkildə ona çatası payı bağışlamaq səlahiyyətinə malik olduğu qənaətinə gəlsə də,iş üçün əhəmiyyət kəsb edən bu halları lazımi şəkildə aydınlaşdırmamış,iddiaçının mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız sayılması və onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi barədə tələblərinin hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə,gəldiyi nəticə üçün əhəmiyyətə malik olan halları düzgün hüquqi qiymət verməklə araşdırmamışdır.Belə ki,məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinin əsassız olduğu və məhkəməyə təqdim olunmuş etirazda da sadalanan səbəblərdən iddiaçının bu iddia tələblərini irəli sürməyə hüquqi əsasının olmadığını müəyyən edərək iş üzrə fərqli nəticəyə gələ bilərdi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.1998-ci il tarixli vəsiyyətnamədən görünür ki, Muradov Əliheydər Xəsi oğlu tərəfindən mülkiyyət hüququ ilə ona məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi həyət evinə dair xx.xx.1998-ci il tarixdə Cavabdeh adına vəsiyyətnamə qoyulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş Muradov Əliheydər Xəsi oğlunun vərəsəsi İddiaçı miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Sumqayıt TİB tərəfindən Muradov Əliheydər Xəsi oğluna verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 135.7 kv/m, yaşayış sahəsi 98.6 kv/m, yardımçı sahəsi 37.1 kv/m, 6 otaqlı olan fərdi yaşayış evindən ibarətdir. Miras əmlaka dair Sumqayıt 2 saylı DNK-da xx.xx.2001-ci il tarixdə 2V2/87 nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-382 №-li, xx.xx.2003-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhəri 11-ci məhəllə, 87 saylı evin tam şəkildə Sumqayıt şəhər X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən X1 adına qeydə alınması və X4 Sumqayıt şəhəri, 11-ci məhəllə, 87 saylı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin evdən pasport qeydiyyatından çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3723/2018 nömrəli , xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-382/2003 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-382/2003 nömrəli, xx.xx.2003-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1411/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarından görünür ki, X1 və İddiaçı kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3723/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh ilə X10 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Katec qəsəbəsi, 11ci məhəllə, 87 ünvanında yerləşən ümumi sahəsi 135.7 kv.m., yaşayış sahəsi 98.6 kv.m., yardımçı sahəsi 37.1 kv.m. olan 6 otaqlı fərdi yaşayış evini X7 bağışlamış, müqavilə Sumqayıt şəhəri 4 saylı notariat ofisində təsdiqlənmiş və bu barədə reyestrdə 4Ə-1194 saylı qeydiyyat aparılmışdır. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, Katec qəsəbəsi, 11-ci məhəllə 87 ünvanında yerləşən ümumi sahəsi 135.7 kv.m., yaşayış sahəsi 98.6 kv.m., yardımçı sahəsi 37.1 kv.m. olan 6 otaqlı fərdi yaşayış evini mülkiyyətçisi Cavabdehdır və daşınmaz əmlak üzərində hüquq X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi dövlət reyestrində 06 nömrəli kitabda qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli Texniki Pasportdan görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi yaşayış evinin mülkiyyətçisi X8r. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi yaşayış evinin mülkiyyətçisi X8r və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, miras əmlaka dair iddiaçının məcburi payı nəzərə alınmaqla, ½ hissədə cavabdehin adına vəsiyyətnamə əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin paya uyğun mülkiyyət hüquqlarının qeydiyyatı barəsində qeydiyyat vəsiqəsi verilmiş, sonra Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə cavabdehin mübahisəli əmlak üzərində tam şəkildə mülkiyyət hüququnun qeydə alınması qət olunmuş, həmin qətnamə əsasında mübahisəli evə dair tam payla müvafiq çıxarış verilmiş və cavabdeh tərəfindən bu yaşayış sahəsi öz oğlu Zaur Əsədova bağışlanmışdır. Bundan sonra iddiaçının şikayəti əsasında yuxarı instansiya məhkəmələri tərəfindən sözügedən qətnamə ləğv edilmiş və icraata xitam verilmiş, o, həmin əmlakın ½ hissəsinə məcburi pay əldə etmişdir. İddiaçıya notarial qaydada mübahisəli əmlakda ½ hissədə məcburi paya malik olunması haqqında şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qeyd etmişdir ki, iddiaçı miras əmlakına dair ½ hissədə məcburi paya malikdir və cavabdeh tərəfindən həmin əmlak tam şəkildə, yəni onun payı da daxil olmaqla bütünlükdə bağışlanılmışdır. Bu hal isə iddiaçının vərəsəlik, eləcə də qanuni əsaslarla gözlənilən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona görə də iddiaçı tərəfindən sözügedən müqavilə mübahisələndirilmiş, mübahisələndirilən əqdlər isə qanunvericiliyin tələbinə əsasən bağlandığı andan etibarsızdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli əmlakın özünə məxsus hissəsini bağışlamaq hüququ olduğundan, cavabdehə aid pay daxil edilmədən də əqd bağlana bildiyindən sözügedən müqavilənin qismən etibarsızlığı əsaslı və qanuna uyğundur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Hazırki iş materialları ilə də müəyyən edilir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi ilə mülkiyyətində olan Sumqayıt şəhəri, Katec qəsəbəsi, 11-ci məhəllə, 87 ünvanında yerləşən ümumi sahəsi 135.7 kv.m., yaşayış sahəsi 98.6 kv.m., yardımçı sahəsi 37.1 kv.m. olan 6 otaqlı fərdi yaşayış evini X7 bağışlasa da, onun yalnız özünə məxsus olan payı bağışlamaq hüququ olmuş, İddiaçı payını bağışlamağa subyektiv hüququ olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Buna görə də miras qoyan Muradov Əliheydər Xəsi oğlu mülkiyyət hüququ ilə ona məxsus Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 11-ci məhəllədə yerləşən 87 saylı fərdi həyət evinə dair xx.xx.1998-ci il tarixdə Cavabdeh adına vəsiyyətnamə versə də, Mülki Məcəllənin yuxarıda qeyd edilən normasına əsasən iddiaçının vəsiyyət edənin yeganə vərəsəsi olmaqla ½ hissədə məcburi payı müəyyən edildiyindən birinci instansiya məhkəməsi bağışlama müqaviləsinin qismən etibarsız hesab edilməsi və onun əsasında çıxarışın ləğvi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 352-ci maddəsinə əsasən əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və üçüncü şəxs X10 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(060)-1932/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-109/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-109/2024
30.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver