Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-110/2024 21.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3274/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Daşınmaz əmlakın AN-İ ******* saylı, xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,086 ha torpaq sahəsini 3500 manata Seyidov X2
2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndi, Süleyman Rəhimov küçəsi, 0,086 ha torpaq sahəsində yerləşən 145 saylı ev xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2022-ci il tarixli texniki pasport tərtib edilmişdir.
3. Məmmədli kənd bələdiyyəsinin 15 aprel 2002-ci il tarixli, 19 saylı qərarından görünür ki, Abşeron rayonu, Məmmədli kənd sakini X5 ev tikmək məqsədilə bələdiyyə fondundan 0,10 ha torpaq sahəsi ayrılmışdır.
4. ƏN-İ 131913 saylı, xx.xx.2009-cu il tarixli etibarnamədən görünür ki, X1 bələdiyyəsinin 15 aprel 2002-ci il tarixli, 19 saylı qərarı ilə ona verilmiş 0,015 ha torpaq sahəsinin çıxarışını aldıqdan sonra əmlak üzərinə sərəncam vermək və s. səlahiyyətləri xx.xx.2038-ci ilədək Cavabdeh2 vermişdir.
5. xx.xx.2022-ci il tarixli, 475 saylı layihə sənədindən görünür ki, Cavabdeh2 adına Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi ev haqqında layihə hazırlanmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması barədə iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən, mülkiyyət hüququ əsasında ona məxsus olan 0,086 ha torpaq sahəsindən və həmin torpaq sahəsi daxilindəki fərdi yaşayış evlərindən çıxarılması və yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə çox vaxt Naxçıvan Muxtar Respublikasında yaşayır. Mütəmadi olaraq Bakı şəhərinə gəlib-gedir. 2022-ci ildən etibarən ünvan 1 ünvanında yerləşən 0,086 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini almışdır. Həmin torpaq sahəsinin ona məxsus olması Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində **********89-10301 saylı çıxarışla təsdiq edilmişdir. Həmin torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyətinə keçəndə hazırki iş üzrə cavabdehlər ailə üzvləri ilə birlikdə müvəqqəti razılığa əsasən (2022-ci ilin aprel ayınadək köçmək üçün vaxt vermişdir) orada yaşayırdılar. Onlar 2022-ci ilin aprel ayına qədər onun mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evlərindən çıxmağa söz vermişdirlər, lakin hələ də orada yaşayırlar. Cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən o, mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilmir və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
8. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsaslanmaqla tələbini dəyişdirmiş və məhkəmədən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,086 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin daxilindəki evdən cavabdehlərin və kənar şəxslərin əşyaları ilə birlikdə çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3274/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Əliyev X13 rayonu, Məmmədli kəndi, Süleyman Rəhimov küçəsi, ev 145 ünvanında yerləşən 0,086 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmaları və həmin əmlakın boşaldılaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Konstitusiyasının 13, 60, Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il, e-2(012)-3274/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən yalnız torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmişdir. Torpağın üzərində yerləşən və cavabdeh tərəfindən tikilmiş, fərdi yaşayış evinin bütün kommunal ödənişləri cavabdeh tərəfindən ödənilir, sayğaclar onun adınadır. İddiaçı torpağı 2022-ci il tarixdə alğı-satqı yolu ilə alsa da, Cavabdeh1 iddiaçıdan çox əvvəl torpağın bir hissəsini etibarnamə yolu ilə alaraq əvəzini ödəmiş, üzərində öz vəsaiti hesabına ev tikmiş və ailəsi ilə orada yaşayır. Məhkəmənin fərdi yaşayış evlərindən cavabdehin çıxarılması, evlərin boşaldılması tələbi hissəsində iddianı əsassız olaraq təmin etmişdir. Bununla cavabdehin mülkiyyət hüquqlarını pozmuşdur. Abşeron Rayon Məhkəməsi qətnaməsində yalnız torpağa dair iddiaçı tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədə münasibət bildirsə də, fərdi yaşayış evləri ilə bağlı heç bir sübut təqdim edilmədiyi halda bununla bağlı münasibət bildirməmişdir. Eyni zamanda məhkəmə fərdi yaşayış evlərinin iddiaçı tərəfindən tikilib-tikilməməsi, kommunal xidmətlərə dair sayğacların kimin adına olması, evlərin nə vaxt tikilməsi barədə iddiaçıdan hər hansı sübutun təqdim edilməsini tələb etməmişdir. İddianın bu xüsusatları məhkəmə tərəfindən tam araşdırılmamışdır.
13. Məhkəmə qətnaməsində cavabdehlərin ünvan 1 ünvanında yerləşən 0.086 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılması və həmin əmlak boşaldılaraq iddiaçıya təhvil verilməsi qərarına gəlsə də qətnamənin “qət etdi” hissəsində evdən qeyd etməklə yalnız bir evi nəzərdə tutmuş, halbuki torpağın üzərində iki ev var, məhz hansı evdən çıxarılma dəqiq göstərilməmişdir. Eyni zamanda həmin evin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında evin iddiaçıya məxsus olması barədə hər hansı sübut təqdim edilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.
17. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
18. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu
21. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
23. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilmədiyindən, qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz.
35. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Quliyev X7 Rayon Məhkəməsinin 01 iyul 2022-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 01 iyul 2022-cü il tarixli qətnaməsini mübahisələndirilən hissədə - apellyasiya şikayəti verən şəxsə aid hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. İşin mübahisəsiz hallarından görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasın, X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,086 ha torpaq sahəsini 3500 manata Seyidov X2. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndi, Süleyman Rəhimov küçəsi, 0,086 ha torpaq sahəsində yerləşən 145 saylı ev xx.xx.2022-ci il tarixdən İddiaçı mülkiyyətindədir.
39. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 40.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
41. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.
42. Belə ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
43. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 0,086 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılması və həmin əmlakın boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində düzgün nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olduğuna görə, iddiaçı həm torpaqdan, həm onun üzərində yerləşən daşınmaz əmlakdan onun mülkiyyət hüququnu pozan şəxsin çıxarılmasını tələb edə bilər.
44. Digər tərəfdən, məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Cavabdeh1 mübahisəli əmlakın onun qanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir.
45. Belə olan halda apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
46. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
47. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
48. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
49. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
50. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)- 3274/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3274/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.