Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1157/2025 07.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" ASC-yə qarşı lizinq ödənişlərinin tutulması və borcun silinməsi barədə ilk, iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı pul, lizinq müqaviləsinin ləğv edilməsi və əmlakın istifadəyə qaytarılması barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər:–apellyasiya şikayətinin geri qaytarılması, müddət keçib, müddət bərpa barədə ərizəyə baxılması ) X1 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 nömrəli qərardadından cavabdeh-iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 ASC və "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada texniki cəhətdən saz, 2021-ci il buraxılışlı və ya ondan daha təzə buraxılış ili olan “Lada Vesta” markalı avtomobilin və ya onun dəyəri olan 24000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra ilk iddiaçı iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən “Lada Vesta” markalı, 77PR589 dövlət qeydiyyat nişanlı avtomobilin (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, mühərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) lizinqə alınmasına görə ilkin ödəniş kimi Cavabdeh1 ASC-yə ödənilmiş 12200 (on iki min iki yüz) manatın, müqavilə bağlanıldığı tarixdən yol-nəqliyyat hadisəsi baş verən tarixədək ödənilmiş cəmi 9300 (doqquz min üç yüz) manat lizinq ödənişlərinin cavabdehlər Cavabdeh1 ASC və "xxxx" ASC-dən müştərək qaydada alınıb iddiaçıya ödənilməsi, “Lada Vesta” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının təqsiri ucbatından məhv olmadığı və avtomobilin cavabdeh lizinq şirkətinə təmir edilməsi üçün verilməsinə görə Cavabdeh1 ASC tərəfindən hazırki tarixədək hesablanmış borcun silinməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh1 ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC cavabdeh İddiaçı qarşı lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh1 ASCnin xeyrinə 4340 manat əsas, 217 manat faiz, 1302 manat cərimə borcu olmaqla, cəmi 5859 manat pulun və 79 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsinin ləğv edilməsi və "xxxx" ASC-nin mülkiyyətindəki “Lada Vesta” markalı **- PR-*** dövlət nömrə nişanlı avtomobilin İddiaçı qanunsuz istifadəsindən alınaraq Cavabdeh1 ASC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qətnaməsinə əsasən, ilkin iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı tərəfindən «Lada Vesta» markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobilin (ban:XTAGFK440NY629463, buraxılış ili: 2021, mühərrik P100911, rəngi: ağ, texniki pasportun verilmə tarixi: xx.xx.2022) lizinqə alınmasına görə ilkin ödəniş kimi "xxxx" ASCyə ödənilmiş 12000 (on iki min) manat pul və 67 manat dövlət rüsumunun Cavabdeh1 ASC-dən alınıb İddiaçı ödənilməsi, Cavabdeh1 ASC tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixədək hesablanmış borcunun silinməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış 2022-ci il 11 aprel tarixli lizinq müqaviləsinin ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 manat pul vəsaitinin Cavabdeh1 ASC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
5. "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil1 bu qətnamədən xx.xx.2025-ci il tarixində apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2025-ci il 17 yanvar tarixli qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd qarşılıqlı iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.
7. "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil1 tərəfindən sözügedən qətnamədən xx.xx.2025-ci il tarixində yenidən apellyasiya şikayəti daxil olmuşdur.
8. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qərardadı ilə "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil1 Abşeron Rayon Məhkəməsinin 2(012)-95/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən xx.xx.2025-ci il tarixində vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır.
9. "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə də vermişdir.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qərardadı ilə "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apelliyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilmişdir.
11. "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qərardadından şikayət verilərək, həmin qərardadın ləğv edilərək, apellyasiya şikayətinin verilməsinin prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir.
12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil1 tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qərardadından verilmiş şikayət geri qaytarılmışdır.
13. "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil1 Abşeron Rayon Məhkəməsinin 2(012)-95/2025 saylı, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərardadlarından şikayət verərək, həmin qərardadların ləğv edilməsi, apellyasiya şikayətinin verilməsinin prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir.
14. Abşeron Rayon Məhkəməsinin 2(012)-95/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə yuxarıda qeyd olunan qərardadlardan verilmiş şikayət geri qaytarılmışdır.
15. "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil1 Abşeron Rayon Məhkəməsinin 2(012)-95/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək, həmin qərardadın ləğv edilərək, apellyasiya şikayətinin verilməsinin prosessual müddətinin bərpa edilməsini xahiş etmiş, bundan əlavə məhkəməyə buraxılmış prosessual müddətin bərpasına dair ərizə ünvanlamışdır.
16. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-95/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayət və müddətin bərpasına dair ərizə geri qaytarılmışdır.
17. "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qərardadından şikayət vermiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə də vermişdir.
18. Ərizə onunla əsaslanıb ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada və müddətdə verilmiş, lakin müəssisənin mühasibliyi dövlət rüsumunun hesablanmasında səhvə yol vermişdir. Bu səbəbdən, məhkəmənin 2025-ci il 12 mart tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Qərardad aprelin 01-də elektron məhkəmə kabinetində yerləşdirilmişdir. Qərardadda göstərilən qüsur aradan qaldırılaraq, ertəsi gün aprelin 02-də apellyasiya şikayəti yenidən məhkəməyə göndərilmişdir. Məhkəmənin 2025ci il 03 aprel tarixli qərardadı ilə şikayət yenidən qaytarılmışdır. Qərardad aprelin 16-da elektron məhkəmə kabinetində yerləşdirilmişdir. Qərardadda göstərilir ki, apellyasiya şikayəti prosessual müddət ötürüldükdən sonra verilmişdir. Məhkəmənin qərardadında göstərilən prosessual müddətin ötürülməsinə mühasibliyin dövlət rüsumunun məbləğini səhv hesablaması səbəb olmuşdur. Aprelin 25-də prosessual müddətin ötürülməsinin səbəbini üzrlü hesab edərək bərpası haqqında ərizə təmin edilməmişdir. Qərardaddan verilmiş şikayətlər prosessual qanunun tələblərinə zidd olaraq dəfələrlə geri qaytarılmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixli qərardadla müddətin bərpası haqqında yenidən ərizə ilə müraciət edilməsi tələb edilir. Odur ki, bu iş üzrə apellyasiya şikayətinin müddətinin bərpası haqqında bu ərizənin dövlət rüsumunun hesablanmasında buraxılmış səhvin üzrlü hesab edilərək, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini, həmçinin bununla əlaqədar qəbul edilmiş qərardadların ləğv edilməsini məhkəmədən xahiş edilmişdir.
19. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 nömrəli qərardadı ilə (hakim M.Mirhəsənli) müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-nin vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır.
20. Məhkəmə mövqeyini onunla əsaslandırıb ki, ərizədə şikayətin vaxtında göndərilməməsi səbəbi kimi mühasibatlığın dövlət rüsumunun düzgün hesablamamsı ilə əsaslandırılmışdır. Halbuki bu kimi əsasla müddətin ötürülməsi üzürlü hesab edilə bilməz. Belə ki, mühasibatlıq vəzifəsi peşəkar işçinin gördüyü vəzifədir. Onun rüsumun səhv hesablaması inandırıcı deyildir. Bundan əlavə həmin Cəmiyyətin hüquqşünasının apellaysiya şikayətini qanunla nəzərdə tutulmuş forma, məzmun və qaydalara uyğun tərtib etmək, rüsumun düzgün hesablanıb verilməsinə nəzarət etmək vəzifəsidir. Göstərilənlərə əsasən verilmiş şikayətlərin dəfələrlə qaytarılmasını, şikayət verilməsi üçün qüsurların vaxtında aradan qaldırılmamasını, şikayətvermə müddətindən uzun vaxt keçməsini, prosessual müddətin üzürlü hesab edilməsi barədə ərizənin əsaslı olmamasını nəzərə alaraq, məhkəmə hesab edib ki, apelliyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməlidir.
21. "xxxx" ASC həmin qərardaddan şikayət vermişdir.
22. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 nömrəli qərardadından "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.1, 133.2, 133.5, 133.6, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
24. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin müddətin bərpasından imtina etməsi barədə mövqeyi əsassızdır. Şikayətdə işin halları sadalanmış və göstərilmişdir ki, sonuncu dəfə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətinin bərpasından imtina edilmiş və şikayət yenidən geri qaytarılmışdır. Qərardadda göstərilir ki, “şikayət elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir və məhkəmənin fikrincə, ...bu nöqsan aradan qaldırıldıqdan sonra müddətin bərpasına dair ərizə əlavə edilməklə qərardaddan şikayət ilə birlikdə müraciət etmək hüququ izah edilir.” Əvvəla, apellyasiya şikayəti və onunla əlaqədar göstərilən prosessual ərizə və şikayətlər məhkəmənin istinad etdiyi MPM-in normalarına müvafiq göndərilmişdir. Məhkəmənin, məhz hansı nöqsanların aradan qaldırılmasını tələb etməsi aydın deyil. İkincisi, müddətin bərpası haqqında aprelin 25-də verilmiş ərizənin təkrar edilməsinin səbəbi də məlum deyil. Lakin, məhkəmənin bu tələbinə əməl edilməklə, müddətin bərpasına dair ərizə bu şikayətə əlavə edilir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
25. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
27. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 128.1. Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1. Həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
364. Apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 363.1.3 Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
29. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir.
31. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, mübahisələndirilən məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və hazırkı apellyatorun yəni "xxxx" ASCnin vəkili və nümayəndəsi Vəkil1 məxsus şəxsi elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, bununla müddətin axımı başlamış, qətnamədən apellyasiya şikayəti verilməsi üçün son müddət xx.xx.2025-ci il tarixində bitmişdir.
32. "xxxx" ASC tərəfindən mübahisələndirilən məhkəmə qətnaməsindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş, lakin həmin tarixdə məhkəmə qeyd olunan şikayəti müvafiq məbləğdə dövlət rüsumunun ödənilməməsi səbəbindən geri qaytarmışdır.
33. Bundan sonra "xxxx" ASC xx.xx.2025-ci il tarixdə dövlət rüsumu ilə bağlı nöqsanı aradan qaldırmaqla yenidən qətnamədən apellyasiya şikayəti vermişdir.
34. Birinci instansiya məhkəməsi bu dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qərardadı ilə apellyasiya şikayətini müddətin ötməsi əsası ilə geri qaytarmışdır.
35. Daha sonra "xxxx" ASC qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə də vermişdir.
36. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qərardadı ilə “apelliyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina etmişdir.
37. Yuxarıda sadalanan ardıcıllıqdan göründüyü kimi bundan sonra müxtəlif tarixlərdə "xxxx" ASC tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə və bu istiqamətdə qəbul edilmiş məhkəmə aktlardan şikayət verilmişdir. Lakin son nəticədə işə baxan məhkəmə iş üzrə özünün xx.xx.2025-ci il tarixli qərardadı ilə yenə də qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasından imtina etmişdir.
38. Kollegiya birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina barədə mövqeyini əsassız və işin hallarına uyğun olmayan hesab edir və mövqeyini aşağıdakı şəkildə əsaslandırır.
39. Əvvəla işdən göründüyü kimi apellyator "xxxx" ASC mübahisələndirilən qətnamədən ilk dəfə apellyasiya şikayətini prosessual müddət ərzində vermiş, lakin digər nöqsan səbəbindən şikayət geri qaytarılmışdır. Apellyator bundan sonra həmin nöqsanı aradan qaldırmaqla yenidən qətnamədən apellyasiya şikayəti vermiş, bu zaman müddətin ötməsi əsası ilə şikayəti geri qaytaran məhkəmənin qərardadındakı göstərişə əməl edərək müddətin bərpası barədə ərizəylə məhkəmə müraciət etmişdir. Yəni apellyator məhkəmə qətnaməsini ilk dəfə mübahisələndirdiyi müddətdən bəri hər dəfə öz prosessual hərəkətləri (ərizə və şikayətləri) ilə məhkəmə qətnaməsindən narazı olduğunu qəti şəkildə nümayiş etdirmiş, qətnamədən apellyasiya şikayəti vermək kimi prosessual hüququndan istifadəyə etməyə çalışmışdır. Ümumilikdə isə sadalanan proses uzun müddət çəkməmişdir.
40. Belə olan halda məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyatorun məhkəməyə əlçatımlılığı baxımından da birinci instansiya məhkəməsi prosessual müddətin üzürlü səbəbdən ötürülmüş hesab edilməsi barədə vəsatəti təmin etməməklə haqlı nəticəyə gəlməmişdir.
41. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti prosesual tələblər baxımından digər hissələrdə qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, əlavə vaxt itkisinin qarşısının alınması və prosessual qənaət prinsipinə uyğun olaraq şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 nömrəli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)- 95/2025 saylı qətnaməsindən "xxxx" ASC tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə verilmiş vəsatət təmin olunaraq, apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
"xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 nömrəli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-95/2025 saylı qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə” "xxxx" ASC tərəfindən verilmiş vəsatət təmin edilsin. Mülki iş qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təhvil verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.