Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1206/2025 04.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Şamaxı regional Asan xidmət mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin e-2(074)-23/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Yaqubov) iddianın təmin edilməsi, Cavabdeh2 Cavabdeh1tərəfindən 03 may 2023-cü il tarixdə verilmiş və reyestrdə 2V-384 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında ünvan 1i ərazisində yerləşən 2,1712 ha torpaq sahəsində dair 2/3 hissədə Ağayev Dədəşah Mustafa oğlu və 1/3 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, Cavabdeh2 137 manat məbləğində ekspertiza xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağayev Dədəşah Mustafa oğlunun adına açılmış vərəsəlik işi üzrə cavabdeh Heybətova (Ağayeva) Adilə Dədəşah qızına Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən 03 may 2023-cü il tarixdə verilmiş və reyestrdə 2V-384 nömrə ilə qeydə alınıb, informasiya sisteminə daxil edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Ağayev Dədəşah Mustafa oğlunun ünvan 1i ərazisində yerləşən 2,1712 ha torpaq sahəsində olan 2/3 payının 1/6 hissədə Cavabdeh2 mülkiyyətinə keçirilərək, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, seriya MH ******* nömrəli çıxarışa əsasən, 2/3 hissəsi Ağayev Dədəşah Mustafa oğlunun və 1/3 hissəsi X3 mülkiyyətində olmuş ünvan 1i ərazisində yerləşən 2,1712 ha torpaq sahəsini Şamaxı Rayon Dövlət Notariat Kontorunda xx.xx.2007-ci ildə bağlanılaraq, reyestrdə 4Ə-3/862 nömrə ilə qeydə alınmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, müqavilə üzrə müəyyən edilmiş 17000 (on yeddi min) manat dəyərini ödəməklə, mülkiyyətçilərdən almışdır. Həmin alqı-satqı müqaviləsinin 6-cı bəndində göstərilir ki, satılan torpaq sahəsinə sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin torpaq sahəsinin müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Müqavilənin 11-ci bəndinə uyğun olaraq, satıcılar torpaq sahəsini faktiki sahibliyinə və istifadəsinə vermiş və torpaq sahəsi bu günədək onun sahibliyində və istifadəsindədir. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi müəyyən müddətdə tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, adına mülkiyyət hüququna dair müvafiq çıxarışn verilməsi üçün müvafiq ərazi idarəsinə təqdim edilməmiş və bu səbəbdən daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçməmişdir. 2023-cü ilin sentyabr ayında torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq sənədləri təqdim edərkən məlum olmuşdur ki, torpaq sahəsinin 2/3 hissəsinin əvvəlki mülkiyyətçisi və satıcılarından biri olan Ağayev Dədəşah Mustafa oğlu xx.xx.2014-cü ildə vəfat etmiş və torpaq sahəsinin 1/3 sahəsinin mülkiyyətçisi olmuş digər satıcı X7 (sonradan soyadı Heybətovaya dəyişdirilmişdir) etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə alqı-satqı predmeti olmuş torpaq sahəsinin mülkiyyət hüququna dair alqı-satqısında istifadə olunmuş çıxarışın dublikatını (yenisini) alaraq, mirasi faktiki qəbul etmiş qanun üzrə vərəsə kimi Ağayev Dədəşah Mustafa oğlunun satmış olduğu 2/3 paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsini almış və həmin şəhadətnamə əsasında Ağayev Dədəşah Mustafa oğlunun 2007-ci ildə satmış olduğu torpaq sahəsindən miras əmlak kimi 1/6 hissədə qanun üzrə vərəsə kimi pay almışdır. Notarius tərəfindən vərəsələrin dairəsi müəyyən edilərək qanun üzrə vərəsələr olan Ağayev Babaşirin Dədəşah oğlu, X5, X4, Ağayeva (Rəhimova) Tamilla Dədəşah qızı və Ağayeva (Rəhimova) Gəlinbacı Dədəşah qızı şəxsən müraciət etmədikləri üçün, onların hər birinə düşən 1/6 hissə pay açıq saxlanılmalıdır. Vəkillik qurumu tərəfindən xx.xx.2023-cü il tarixli 276 saylı sorğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə müraciət edilərək, göstərilən torpaq sahəsinin alqısatqı müqaviləsi üzrə notariat işinin təsdiq olunmuş surətini və həmin müqavilənin qüvvədə olması barədə arayış verilməsi xahiş edilmişdir. Dövlət Notariat Arxivi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla vəkillik qurumunun sorğusu əsasında verilmiş notariat işinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, alqı-satqı müqaviləsi qüvvədədir. Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən vəkillik qurumunun sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, 2794 nömrəli məktubla təqdim olunmuş Ağayev Dədəşah Mustafa oğlunun adına açılmış vərəsəlik işinin təsdiq olunmuş surətindən görünür ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 03 may 2023-cü ildə verilib və şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Ağayev Dədəşah Mustafa oğluna verilmiş **********69 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2,712 ha olan torpaq sahəsi üzrə mərhuma məxsus olan 2/3 hissəsindən ibarətdir. Həmin şəhadətnamədə göstərilir ki, “mən Şamaxı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş Ağayev Dədəşah Mustafa oğlunun vərəsəsi, Şamaxı, 1-ci Çaylı ünvanda qeydiyyatda olan Cavabdeh2 ( AZE № ********, xx.xx.2015, Şamaxı, FİN: xxxxxxx, d/t xx.xx.1965) miras əmlakdan 1/6 pay almalıdır” şəhadətnamədə qeyd olaraq göstərilir ki, Ağayev Babaşirin Dədəşah oğlu, X5, X4, Ağayeva (Rəhimova) Tamilla Dədəşah qızı, Ağayeva (Rəhimova) Gəlinbacı Dədəşah qızı şəxsən müraciət etmədikləri üçün, onların hər birinə düşən 1/6 hissə pay açıq saxlanılmalıdır. Qeyd edilməsi zəruridir ki, cavabdeh Heybətova (Ağayeva) Adilə Dədəşah qızının atasından qalmış miras əmlak kimi torpaq sahəsinə dair notariatda təqdim etdiyi çıxarışda Ağayev Dədəşah Mustafa oğlunun 2/3 hissə payı alqı-satqıda təqdim edilmiş çıxarışdakı qeydiyyat tarixi (xx.xx.2007-ci il) və qeydiyyat nömrəsi (2********) ilə eynidir. Özünə aid olan məlumatlar isə çıxarış təkrar və həmçinin Heybətova soyadına olduğundan 1/3 hissədə qeydiyyat tarixi xx.xx.2023-cü il, qeydiyyat nömrəsi isə ********** göstərilmişdir. Cavabdeh tərəfindən qanun üzrə vərəsə kimi atasından miras qalmış torpaq sahəsi kimi atası ilə birlikdə torpaq sahəsini satdıqları, atasına aid torpaq sahəsinin və özünün mülkiyyətçisi olduğu torpaq sahəsinin uzun müddətdir ki, faktiki olaraq onların mülkiyyətindən çıxdığı və digər şəxsin, alıcının, yəni dövlət rüsumunun ödənilməsi haqqında məlumat onun faktiki sahibliyində və istifadəsində olduğunu bilə-bilə, həmin torpaq sahəsinə təkrar sənəd alaraq, əsassız qanun üzrə vərəsəlik şəhadətnaməsi və yeni çıxarış alınması qanunazidd olmaqla yanaşı, həm də, başa düşülməz haldır. Alqısatqı ilə alınmış daşınmaz əmlaka dair sənəd daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaq üçün təqdim olunmadığından, reyestri aparan dövlət orqanı bu barədə məlumatsız olaraq həmin əmlaka dair təkrar (dublikat) sənəd verə bilər. Bəs mülkiyyətində olan əmlakı satdığını və pulunu aldığını bilən, alqı-satqıda iştirak edən əvvəlki mülkiyyətçi hansı məntiqlə həmin əmlaka yenidən sənəd alaraq, əsassız olaraq alqı-satqı nəticəsində başqasına keçmiş hüququnu bərpa etməyə, həm də, əmlakının həcmini artırmağa çalışır. Vəkillik qurumunun sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilir ki, Ağayev Dədəşah Mustafa oğlu və Heybətova (Ağayeva) Adilə Dədəşah qızı mülkiyyətində olmuş ünvan 1i ərazisində yerləşən 2,712 ha olan torpaq sahəsindən Şamaxı regional “ASAN Xidmət” Mərkəzində təsdiq olunmuş xx.xx.2023-cü il tarixli 2V-384 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Ağayev Dədəşah Mustafa oğlunun 2/3 payı, 1/6 hissədə Cavabdeh2 mülkiyyətinə keçmişdir, digər vərəsələri Ağayev Babaşirin Dədəşah oğlu, X5, X4, Ağayeva (Rəhimova) Tamilla Dədəşah qızı və Ağayeva(Rəhimova) Gəlinbacı Dədəşah qızı şəxsən müraciət etmədikləri üçün, onların hər birinə düşən 1/6 hissə pay açıq saxlanılmışdır. Hal-hazırda xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizə əsasında 2,17 ha torpaq sahəsi 5/9 hissədə Ağayev Dədəşah Mustafa oğlunun, 4/9 hissədə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Şamaxı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil və bildirir ki, məhkəmə işin faktiki hallarını tam və düzgün araşdırmadan, qanunvericiliyin müddəalarını pozmaqla, hüquqi baxımdan əsassız qətnamə qəbul etmişdir. Belə ki, 2023-cü ildə cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq mərhum atası Ağayev Dədəşah Mustafa oğlunun vərəsəsi qismində müraciət etmiş və xx.xx.2023-cü il tarixli, 2V-384 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında ona mərhuma məxsus olan 2/3 paydan 1/6 hissə miras kimi düşmüşdür. Vərəsəlik prosesi qanun çərçivəsində, notariat orqanı tərəfindən aparılmış və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatla nəticələnmişdir. İddiaçı öz iddiasında xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə istinad etsə də, cavabdeh həmin müqavilə ilə heç vaxt tanış olmayıb, onun mövcudluğundan yalnız bu mübahisə zamanı xəbər tutmuşdur. Cavabdeh belə bir müqavilə bağlamamış, heç bir sənədə imza atmamış, onun notariat qaydasında tərtibində iştirak etməmiş və əmlakı satmaq barədə razılıq verməmişdir. Müqavilədə göstərilən imza və ya digər sənədlərin onun iradəsini ifadə etdiyinə dair hər hansı sübut mövcud deyil. Hətta belə bir müqavilə mövcud olsa belə, daşınmaz əmlaka dair hüquqi əqdin qüvvəyə minməsi üçün zəruri olan əsas şərt, yəni həmin əmlakın dövlət reyestrində alıcı adına qeydiyyatı həyata keçirilməmişdir. Bu səbəbdən, alqı-satqı müqaviləsinin hüquqi nəticələr doğurması mümkün deyil. Cavabdeh və onun mərhum atası həmin əmlakı dövlət qeydiyyatında öz mülkiyyətlərində saxlamış və bu günə qədər də mülkiyyət hüquqları hüquqi qüvvədə olmuşdur. İddiaçının 16 ildən artıq müddət ərzində daşınmaz əmlaka dair hüquqlarını qeydiyyata almaması, hüquqi laqeydlik nümayiş etdirməsi, bu qədər müddət sonra reyestr orqanlarına müraciət etməsi və bu əsnada vərəsəlik hüququ ilə bağlı məsələlərə etiraz etməsi hüquqla qorunmamalı olan davranış formasıdır. Bundan başqa, vərəsəlik şəhadətnaməsi tərtib edilərkən cavabdeh tərəfindən notarius orqanlarına təqdim edilmiş çıxarışda torpaq sahəsinin atasına məxsus 2/3 hissəsi üzrə dövlət reyestrindən verilmiş sənəd mövcud olmuşdur. Belə olan halda notariusun şəhadətnamə verməsi qanuna tam uyğundur. Ən əsas məsələ ondan ibarətdir ki, məhz cavabdehin də daxil olduğu ailə üzvləri həmin torpaq sahəsinin faktiki sahibi kimi tanınmışdır. Bu, Şamaxı Rayon Məhkəməsinin 2(074)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə rəsmi olaraq təsdiq edilmişdir. Həmin qərardad “Ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılmasına dair” mülki iş üzrə qəbul olunmuş və torpaq sahəsinin faktiki olaraq cavabdehin ailəsinin mülkiyyətində olduğunu, onların uzun illərdir bu sahəni istifadə etdiklərini hüquqi cəhətdən təsdiq edir. Bu qərardad özlüyündə sübut edir ki, torpaq sahəsi üzərində qanuni və real mülkiyyət hüququ cavabdeh tərəfin adınadır. Belə olan halda, iddiaçının birdən-birə ortaya çıxaraq bu torpağa dair hüquq iddiası irəli sürməsi, özü də 16 ildən sonra, heç vaxt orada yaşamamış və istifadə etməmiş biri kimi hüquqi baxımdan əsassız, həyat reallıqlarına uyğun olmayan və məqsədli xarakter daşıyan bir addımdır. Hesab edirik ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə çıxarılmış qətnamə hüquqi baxımdan əsassız və qanunsuz olmuşdur. Birinci instansiya məhkəməsi isə cavabdehin əldə etdiyi hüquqi sənədləri (qanun üzrə vərəsəlik şəhadətnaməsini və dövlət reyestrində aparılmış qeydiyyatı) heçə sayaraq, hüquqi qüvvəyə malik olmayan, dövlət qeydiyyatına alınmamış alqı-satqı müqaviləsinə əsaslanmış və bu yolla cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Bu hal Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə təminatının pozulması ilə nəticələnmişdir. Cavabdeh2 qanunvericiliyə tam uyğun olaraq mərhum atasından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almış, bu hüquq əsasında daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydiyyat aparılmışdır. Bu proses onun həmin mülkiyyət üzərində konstitusiyaya əsaslanan toxunulmaz və dövlət təminatlı hüququnu formalaşdırmışdır. Hüquqi nəticə doğurmamış bir əqdi əsas götürərək qanuni əqdin – vərəsəlik yolu ilə əldə edilmiş və dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnu heçə saymaqla Mülki Məcəllənin 337.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi xx.xx.2007-ci il tarixli əqdi etibarsız saymaq əvəzinə, onu əsas götürərək cavabdehin qanuni, dövlət qeydiyyatına alınmış və hüquqi qüvvəyə malik vərəsəlik şəhadətnaməsi və daşınmaz əmlaka dair çıxarışla təsdiqlənmiş mülkiyyət hüququnu heçə saymışdır. Bu isə Mülki Məcəllənin qeyd olunan maddələrinin tələblərinin düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Həmçinin xüsusi qeyd edilməlidir ki, iddiaçının bu torpaq sahəsinə dair iddiasını ilk dəfə 16 ildən sonra irəli sürməsi, özü də bu müddət ərzində həmin torpaqdan heç vaxt istifadə etməmiş və orada yaşamamış bir şəxs olaraq, iddianın məqsəd və dürüstlüyünü şübhə altına almağa əsas verir. Belə gecikmiş və hüquqi baxımdan qeyri-müəyyən iddia əsasında, dövlət qeydiyyatına alınmış, qanuni sənədlərlə təsbit olunmuş bir mülkiyyət hüququnun pozulması qanunvericilik prinsiplərinə ziddir. Birinci instansiya məhkəməsi Cavabdeh2 təqdim etdiyi qanuni vərəsəlik şəhadətnaməsi, dövlət qeydiyyatına alınmış çıxarış və mövcud torpaq mübahisəsinə dair Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-35/2024 nömrəli qərardadı kimi mühüm sübutlara lazımi hüquqi qiymət verməmişdir. Əvəzində isə, dövlət qeydiyyatından keçməyən, uzun illər hüquqi nəticə doğurmamış və mövcudluğu özü ciddi şəkildə mübahisələndirilən alqı-satqı müqaviləsi əsas götürülərək qətnamə qəbul olunmuşdur. Belə olan halda, məhkəmə iş üzrə sübutların tam, hərtərəfli və obyektiv təhlilini aparmadan, yalnız iddiaçının təqdimetdiyi mübahisəli sənədə istinad edərək qərar qəbul etmiş və bu yolla MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər Cavabdeh1və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsi qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq, İddiaçı satılması, alqısatqı müqaviləsi qanunvericiliyinin tələblərinə uyğun tərtib və təsdiq edilməsi, eləcə də işdə həmin əqdin etibarsızlığına əsas verən halların olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh2 qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. xx.xx.2007-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar Ağayev Dədəşah Mustafa oğlu və X7 özlərinə məxsus Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən 2,1712 hektar torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız edilməsi, həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 146.1-ci, 141.1, 149.2-ci maddələri nəzərdən keçirilə bilər. İddiaçı xx.xx.2007-ci il tarixli əqdə əsaslanaraq, həmin əqdin mövcud olduğu halda Cavabdeh2 mərhum Ağayev Dədəşah Mustafa oğlunun satmış olduğu 2/3 paya dair onun ölümündən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında torpaq sahəsinin Dədəşah Ağayevə aid olmuş 2/3 pay hissəsinə miras əmlak kimi 1/6 hissədə qanunsuz olaraq pay aldığına istinad edərək, həmin vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməklə, onun əsasında Cavabdeh2 adına aparılmış qeydiyyat və çıxarışın ləğv edilməsini xahiş etmiş, cavabdeh isə torpaq sahəsini iddiaçıya satmadığını, onunla heç bir müqavilə bağlamadığını və həmin müqaviləyə imza atmadığını, eləcə də əmlakı satmaq barədə razılıq belə vermədiyini əsas gətirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bu mənada məhkəmə kollegiyası ilk növbədə qüvvədə olan əqdin etibarlılığı məsələsinə qiymət verilməsini zəruri hesab edir. Əqdlərin etibarsızlığı ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 329.1, 337.1, 337.3, 337.4-cü maddələrinin tələbləri baxımından qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlər etibarsızdır. İşdən görünür ki, çıxarışa əsasən, 2/3 hissəsi Ağayev Dədəşah Mustafa oğlunun və 1/3 hissəsi X3 mülkiyyətində olmuş ünvan 1i ərazisində yerləşən 2,1712 ha torpaq sahəsi Şamaxı Rayon Dövlət Notariat Kontorunda xx.xx.2007-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən, müqavilə üzrə müəyyən edilmiş 17000 (on yeddi min) manat dəyərini ödəməklə mülkiyyətçilərdən alınmış və həmin müqavilə satıcılar olaraq Dədəşah və Adilə Ağayeva, alıcı İddiaçı tərəfindən imzalamışdır. Eyni zamanda mübahisəli torpaq sahəsinin cavabdeh Adilə Ağayevaya məxsus 1/3 hissəsi də mövcud müqavilənin predmeti olmuş, lakin sonuncu tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi alqı-satqı müqaviləsi qanunvericiliyinin tələblərinə uyğun olaraq tərtib edilərək təsdiq edilmiş və həmin əqdin etibarsızlığına əsas verən hallar işdə mövcud deyil. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). İşdən göründüyü kimi mübahisəli torpaq sahəsi İddiaçı sahibliyində olduğu halda, torpaq sahəsinin Ağayev Dədəşah Mustafa oğlu tərəfindən xx.xx.2007-ci ildə iddiaçıya satılmasına baxmayaraq, cavabdeh Adilə Ağayeva mərhum Dədəşah Ağayevin ölümündən sonra sonuncuya əvvələr məxsus olmuş torpaq sahəsinin 2/3 hissəsinə miras əmlak kimi vərəsəlik haqqında şəhadətnamə və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Məlum olduğu kimi Mülki Məcəllənin 141.1. maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Mülki Məcəllənin 149.2. maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildildiyindən, iddianı təmin etməklə məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1206/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1206/2025
04.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver