Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1224/2024 10.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə və Qusar rayon Qeydiyyat şöbəsinə və Maraqlı şəxs2 qarşı qohumluq faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-377/2024 nömrəli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə, Qusar rayon Qeydiyyat şöbəsinə və Maraqlı şəxs2 qarşı qohumluluq faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəçi İddiaçı mərhum X1 qızı və birinci dərəcəli vərəsəsi olması faktı müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli e-2(029)-377/2024 saylı qərardadı ilə ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə maraqlı şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər Baş idarəsinə, Qusar rayon Qeydiyyat şöbəsinə qarşı qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır (hakim Əli Cəlilov). Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil2 həmin qərardaddan apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-377/2024 nömrəli qərardadı ilə ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Qusar Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli e-2(029)-377/2024 saylı qərardadından verilən apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil2 şikayət ilə müraciət edərək həmin qərardadın qanunsuz və əsassız olduğunun göstərmiş və həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “məhkəməyə daxil olmuş, apellyasiya şikayətində ünvanlanan məhkəmə adı olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası göstərilmişdir... məhkəmə hesab etmişdir ki, ərizəçi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Qusar rayon məhkəməsinin 16 may 2024-cü il tarixli e- 2(029)-377/2024 saylı qərardadından verilmiş apellyasiya şikayətində ünvanlanan məhkəmə adı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası deyil, Qusar Rayon Məhkəməsi yazmalı idi, həmin şikayətə Qusar Rayon Məhkəməsi baxıb müvafiq yekun məhkəmə aktı qəbul etməli idi, lakin həmin şikayətdə ünvanlanan məhkəmə adı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası yazıldığına görə məhkəmə hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmənin həmin mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, bu əsasla apellyasiya şikayətinin geri qaytarılması şəxsin Konstitusiya və AİHK ilə qorunan hüquqlarına, eləcə də hüququn əsas prinsiplərinə zidddir. Belə ki, rayon məhkəməsinin bu qənaəti çox formal olmaqla, öz-özlüyündə apellyasiya şikayətinin qaytarılması üçün əsas ola bilməzdi. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-377/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)- 377/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada, məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 267-ci maddələrinə görə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269.2 və 269.3-cü maddələrinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qərardadlarından verilən şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə ünvanlanır, həmin şikayət hakim tərəfindən təmin edilmədiyi halda apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 361-ci maddəsində apellyasiya şikayətinə dair tələblərin qərardaddan verilən şikayətə aid edilməsi məsələsi ilə bağlı kollegiya qeyd edir ki, Məcəlləyə edilmiş 2 saylı əlavədə apellyasiya şikayətinin forması əks etdirilmişdir və orada barəsində şikayət olunan məhkəmə aktı qətnaməsi və ya qərardad olaraq öz əksini tapmışdır. Burdan o nəticəyə gəlmək olur ki, şikayət verilməsi nəzərdə tutulan məhkəmə qərardadlarından şikayət də həmin formaya riayət edilməklə verilməlidir. Həmin Məcəllənin 361.1, 361.1.1-ci maddələrinə əsasən şikayətin verildiyi məhkəmənin adı və ünvanı Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir. Həmin Məcəllənin 363.1, 363.1.1-1 maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, qanunverici kassasiya şikayətinin verilməsi nəzərdə tutulan qərardadların dairəsini konkret olaraq müəyyən etmişdir və hazırkı baxılan məsələ üzrə çıxarılmış qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(029)-377/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1224/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1224/2024
10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver