Məhkəmə qərarları › İş №2(105)-1252/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1252/2025

23.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1252/2025 23.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı3, X1 cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: əmlakın açıq hərracda satılması, satış pulundan əldə olunmuş vəsaitin iddiaçıların payına uyğun ödənilməsi, evə köçürülməsi və maneənin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı iddiaçı3, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Cavabdeh və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçılar iddiaçı3, X1 və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar iddiaçı3, X1, Bəşirova İradə Ağaxan qızı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsi, iddiaçılar X2, Bəşirova İradə Ağaxan qızı, iddiaçı3 mülkiyyət hissələrinə uyğun olaraq naturada bölünməsi, iddiaçıların payının naturada müəyyən edilməsi, naturada müəyyən edilmiş hissənin iddiaçıların istifadəsinə verilərək, onların həmin hissəyə köçürülməsi, Şamaxı rayonu, Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan və naturada bölünmüş hissədən iddiaçıların istifadəsi ilə bağlı hər cür maneənin qoyulmasının cavabdeh Cavabdeh qadağan edilməsi, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan və naturada bölünmüş hissədən istifadə etməsinin cavabdeh Cavabdeh qadağan edilməsi, 100 manat dövlət rüsumu və 200 manat hüquqi xidmət xərclərinin cavabdeh Cavabdeh tutularaq, iddiaçılar X2, Bəşirova İradə Ağaxan qızı, iddiaçı3 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası Ağayev Ağaxan Misirxan oğlu ##.##.1985-ci ildə vəfat etmiş, mərhumdan miras qalmış Şamaxı rayonu, Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsi üzərindəki mülkiyyət hüququ 4/7 pay mərhumun adında qeydiyyatda qalmaqla qalan 3 pay vərəsəlik qaydasında müvafiq olaraq iddiaçıların mülkiyyətinə keçmişdir. Belə ki, həmin daşınmaz üzərində iddiaçı – iddiaçı3 1/7 payı, iddiaçı2 1/7 payı, Bəşirova İradə Ağaxan qızının 1/7 payı müəyyən edilmiş, qalan 4/7 pay mərhum Ağayev Ağaxan Misirxan oğlunun adında qeydiyyatda qalmışdır. (Sənəd: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 Saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, ***************** reyestr nömrəli, ##.##.2022-ci il tarixli Çıxarış). Buna baxmayaraq iddiaçılar öz mülkiyyətlərində olan daşınmaz əmlakdan istifadə edə bilmirlər. Belə ki, həmin ev və torpaq sahəsi tam olaraq iddiaçıların qardaşı cavabdeh Cavabdeh istifadəsində olub, iddiaçılara öz mülkiyyətlərindən istifadə etmələrinə mane olur, onları həmin evə-həyətə buraxmır. Bu iş tərəflər arasında ciddi mübahisələrə səbəb olur. Buna görə də məhkəmə qaydasında həmin ev və torpaq sahəsi iddiaçıların mülkiyyət hissələrinə uyğun olaraq naturada bölünməli və onların naturada payları müəyyən edilməli və iddiaçılara öz mülkiyyət hüquqlarından maneəsiz istifadə imkanı verilməlidir. Bundan başqa, iddiaçılara həmin ev və torpaq sahəsinin onlara məxsus olan hissədən istifadəsi ilə bağlı manelərin qoyulması cavabdehə qadağan edilməli, iddiaçıların həmin ev və torpaq sahəsinin onlara mülkiyyət hüququ ilə məxsus olan naturada bölünmüş hissəyə köçürülməsi təmin edilməlidir. İddia tələbi qeyd edilən tələblər ilə bağlıdır. Əvvəlcə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə və MPM-in 4.3cü maddəsinə əsasən cavabdehə ##.##.2023-cü il tarixində pretenziya məktubu göndərək Şamaxı rayonu Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsindən mülkiyyətçilər iddiaçı2, Bəşirova İradə Ağaxan qızına, iddiaçı3 düşən payı naturada müəyyən edilərək 5 gün ərzində bildirilməsi, əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi bildirilmişdir. Həmin pretenziya məktub cavabdehə ##.##.2023-cü il tarixində çatsa da bu günə qədər hər hansı bir cavab verməmişdir. Bu səbəblə məhkəmədə iddia qaldırmağa məcbur qalmışlar.

3. Şamaxı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(074)-952/2023-cü il tarixli qərardadı ilə Bəşirova İradə Ağaxan qızına münasibətdə iddia ərizəsi geri qaytarılmışdır.

4. Daha sonra iddiaçılar iddia tələbini dəyişərək bildirmişər ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyiy Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi ## ### 2024cü il tarixli *-**-**/*-**/**** saylı rəy ilə Şamaxı rayonu Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaaşyış evi və həyətyanı torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığı müəyyən edilmişdir. Buna görə də Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə iddiaçı iddiaçı2 və 1/7 hissə isə iddiaçı iddiaçı3 ödənilməsi, satış həyata keçirilənə qədər iddiaçı iddiaçı3 və həyat yoldaşı X5 paylı mülkiyyətdə olan Şamaxı rayonu Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaşayış evinə köçürülməsi və bununla bağlı hər cür maneənin qoyulması cavabdehin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

5. Şamaxı Rayon Məhkəməsinin (hakim Fərid Yaqubov) ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı iddiaçı3 ailə üzvü olan X5 ilə birlikdə Şamaxı şəhəri, Əziz Əliyev küçəsi ** saylı ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və bununla bağlı cavabdeh Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılmasının aradan qaldırılması, iddianın qalan hissədə təmin olunmaması, iddiaçılar iddiaçı2 və iddiaçı3 müştərək qaydada 50 manat məbləğində ekspertiza xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılar iddiaçı3 və iddiaçı2 hər birinin Şamaxı şəhəri Ə.Əliyev küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/7 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçılar hazırda həmin əmlakın açıq hərracda satılmasını və satış pulundan əldə olunmuş vəsait hesabına paylarına uyğun dəyərinin ödənilməsini tələb edirlər. Lakin, ekspert rəyi ilə həmin əmlakın naturada bölgüsünün mümkün olmaması müəyyən edilmişdir. Həmçinin, müəyyən edildi ki, cavabdeh hazırda iddiaçı iddiaçı3 və onun ailə üzvünü mülkiyyətlərində olan yaşayış sahəsinə buraxmamaqla, həmin evdə yaşamalarına maneə törədir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4 və 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

8. Apellyasiya icraatı zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. İddiaçı iddiaçı3 və iddiaçı2 apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-**/**** saylı qətnaməsinin iddia tələbinin təmin olunmadığı hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın tam təmin edilməsini xahiş etmişlər.

10. Cavabdeh Cavabdeh da apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın tamamı ilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11.Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar iddiaçı3 və iddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən – “ailə üzvü olan X5 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, ailə üzvü olan X5 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia tələbi təmin edilməmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. İddiaçı iddiaçı3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi və yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı iddiaçı3 və iddiaçı2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddia tələbinin təmin edilmədiyi hissədə qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə ekspertin verdiyi rəy əsasında müəyyən etmişdir ki, həmin əmlakın naturada bölgüsü mümkün deyildir. Bu durumda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunan, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir” tələbinə əməl edildiyi müəyyən olunur. Bundan başqa, məhkəmə açıq-aydın iddiaçıların hansı qaydaya əməl etmədiyini də bildirmir. Məhkəmənin iddiaçıların “Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə iddiaçı iddiaçı2 və 1/7 hissə isə iddiaçı iddiaçı3 ödənilməsi” tələbinin rədd etməsi Mülki Məcəllənin 220-ci və digər maddələrinə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60-cı və digər maddələrinə ziddir.

15. Cavabdeh Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bir icraatda baxıla bilməyən iki tələbə bir yerdə baxaraq qətnamə çıxarmışdır. Belə ki, iddiaçılar Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə iddiaçı iddiaçı2 və 1/7 hissə isə iddiaçı iddiaçı3 ödənilməsi tələbi tamamilə ayrı tələb evə köçürülmə tələbi isə tamamilə ayrı tələbdir. Çünkü fərdi yaşayış evi və yaxud mənzilin paylar müəyyən olunubsa açıq hərracda satılıb hərənin payına uyğun pulunun bölüşdürülməsi qanunvericilikdə nəzərdə tutulub. Lakin əgər ev tikinti norma qaydalarına uyğun paylara müvafiq bölünməsi mümkün deyilsə bu zaman ev hərracda satılıb paylara uyğun bölüşdürülməlidir. Bu tip işlərlə bağlı Konstitusiya Məhkəmənin Plenum qərarı var. Belə ki, Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Konstitusiya Məhkəməsinin həmin qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Digər mülkiyyətçilər kompensasiya verməyə məcbur edilə və ya onların üzərinə belə bir öhdəlik qoyula bilməz. İddiaçılar 1/7 hissə iddiaçı iddiaçı2 və 1/7 hissə isə iddiaçı iddiaçı3 məxsusdur. Qanunla məhkəmə müəyyən etməli idi ki o, 1/7 hissələrlə bağlı iddiaçılara kompensasiya verir ya yox əgər kompensasiya versəydi onların mülkiyyət hüquqlarına xitam verilirdi və ya o, kompensasiya alır ya yox. Bu 3 mərhələni tətbiq edib aydınlaşdırmadan o evdə yaşamayan, evlə əlaqəsi olmayan iddiaçıların həmin evə köçürülməsi tamamilə kobud qanun pozuntusudur. Şamaxı Rayon Məhkəməsinin *(***)-**/**** saylı qətnaməsinin ləğvi üçün birbaşa əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” # ##### 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətilərnə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı3 apellaysiya şikayətini müdafiə edərək bildirdi ki, əmlak 2/7 hissədə ona məxsusdur. 5/7 payın pulu verməyə imkanı yoxdur. Əmlak qiymətləndirilsin, daha sonra ona uyğun ödəniş edilsin. Cavabdeh tərəfindən ona 20000 manat ödədildiyi halda paylı mülkiyyət hüququna xitam verilməsinə razıdır. Evin qiyməti hazırda 70000-80000 manat aralığındadır. Hesab edir ki, cavabdeh də pul vermək istəmir. Buna görə də evin hərracda satılaraq satış pulunun bölünməsini istəyir.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı3 nümayəndəsi və vəkili Vəkil bildirdi ki, ev həyət evidir, əslində naturada bölgü mümkündür. Evin dəyərinin 55000 manat qiymətləndirilməsi ilə razı deyillər, məbləğ həddindən artıq aşağıdır. Mübahisəli əmlak Şamaxı şəhərinin mərkəzində, H.Əliyev parkının yaxınlığında yerləşir. Torpaq sahəsinin 1 sotunun dəyəri 10000 manat olmasına baxmayaraq mütəxəssis rəyində ümumi torpaq sahəsinin dəyərinin 15000 manat olması qeyd olunub. İkinci rəy ilə də razı deyillər. Həmin əmlakın dəyəri ən azından 70000-80000 manat civarındadır.

19. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh bildirmişdir ki, 2/7 paya müvafiq ödəniş verməklə öz adına rəsmiləşdirilməsinə razıdır. Mütəxəssis rəyi alınsın, ona uyğun ödəniş edər. Borc-xərc edib 10000 manat verə bilər. 20000 manat çoxdur, ödəməyə imkanı yoxdur. Təmirlə bağlı evə 30000 manat pul qoymuşdur. İlin axırına kimi 15000 manat verə bilər. Sonuncu məhkəmə iclasına cavabdeh Cavabdeh telelqramlar ünvanlayaraq mütəxəssis rəyi ilə razı olmadığını, mübahisəli evə əlavə olaraq 27500 manat əlavə xərc qoyduğunu bildirib, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirdi ki, payını Cavabdeh bağışlamışdır, çıxarış var.

İşdə olan sübular

21. Şamaxı Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin surətindən görünür ki, Ağayev Ağaxan Misirxan oğlundan qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan ** nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda iddiaçı iddiaçı3 payı 1/7 hissədə müəyyən edilmişdir.

22. Şamaxı Rayon Məhkəməsinin ## ####### 2021-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin surətindən görünür ki, Ağayev Ağaxan Misirxan oğlundan qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan ** nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda iddiaçılar iddiaçı2 payı 1/7 hissədə və Bəşirova İradə Ağaxan qızının payı 1/7 hissədə müəyyən edilmişdir.

23. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/7 hissəsi iddiaçı3, 1/7 hissəsi iddiaçı2, 5/7 hissəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsusdur.

24. Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2024-cü il tarilxi *-**-**/*-**/**** saylı ekspert rəyindən görünür ki, Şamaxı şəhəri Əziz Əliyev küçəsi ** saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğunu, torpaq sahəsində tikililərin yerləşmə vəziyyətini, otaqların yerləşmə vəziyyətini, mülkiyyətçilərin sayını və onların payına düşən sahəni, həmin paya uyğun sahələrin movcud olmadığını, yalnız bir sanitar qovşaq (tualet, hamam) bir mətbəxt olduğunu nəzərə alaraq həmin yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilərin payına uyğun naturada bölgüsünün “AzDNT 2.7-2 “yaşayış binaları Layihəlşdirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərində göstərilənlərə və “yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.

25. ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və 108,8 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini Cavabdeh hədiyyə etmişdir.

26. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və 108,8 kv.m fərdi yaşayış evinin 2/7 hissəsi ##.##.2025-ci il tarixdə iddiaçı3 adına, 5/7 hissəsi isə Cavabdeh adına qeydiyyata alınmışdır.

27. Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarilxi, **/**** saylı ekspert rəyindən görünür ki, Şamaxı şəhəri, Əziz Əliyev küçəsi ** saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğunu, torpaq sahəsində tikililərin yerləşmə vəziyyətini, otaqların yerləşmə vəziyyətini, mülkiyyətçilərin sayını və onların 2/7 və 5/7 paylarına düşən sahəni, həmin paya uyğun sahələrin mövcud olmadığını, yalnız bir (mətbəx, dəhliz, tualet, hamam) olduğunu nəzərə alaraq, həmin yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilərin payına uyğun naturada bölgüsünün “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normalan”nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlənjıiaTeal bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.

28. Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin ## ###### 2026-cı il tarixli, AS **-***/** nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və 108,8 kv.m fərdi yaşayış evinin torpaq sahəsi ilə hazırki vəziyyətdə bazar dəyəri ##.##.2026-cı il tarixinı 55000 manat təşkil edir. Alternativ Ekspertiza Mərkəzinin ## ### 2026-cı il tarixli, ** nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və 108,8 kv.m fərdi yaşayış evinin torpaq sahəsi ilə hazırki vəziyyətdə bazar dəyəri 57000 manat təşkil edir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 0# ##### 2014-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə ## ###### 2024-cü il tarixli qərardadı:

59. Mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır.

60. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır.

64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.

65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsu qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

33. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismin təmin edilməlidir.

35. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddia qaldırılan zaman Ağayev Ağaxan Misirxan oğlundan miras qalmş Şamaxı rayonu, Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaşayış evi üzərində iddiaçı3 1/7, iddiaçı2 1/7, Bəşirova İradə Ağaxan qızının 1/7 payı müəyyən edilməklə, mərhum Ağayev Ağaxan Misirxan oğlunun adında qalan 4/7 pay açıq saxlanılmışdır. Birinci instansiya məhkəməsində işə baxıldığı zaman, yəni ##.##.2024-cü il tarixdə mərhum Ağayev Ağaxan Misirxan oğlunun adında qalan 4/7 və Bəşirova İradə Ağaxan qızının 1/7 payları üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs keçərək, həmin əmlak üzərində onun 5/7 hissədə payı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci apellyasiya icraatı zamanı, yəni ##.##.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisəli əmlak üzərindəki 5/7 hissədə olan payını cavabdeh Cavabdeh bağışlamış, birinci apellyasiya icraatı nəticəsində qətnamə çıxarıldıqdan sonra iddiaçı iddiaçı2 1/7 hissədə payının digər iddiaçı iddiaçı3 keçməsi nəticəsində ##.##.2025-ci il tarixdə mübahisəli əmlak üzərində iddiaçı3 2/7 hissədə payı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

36. Göründüyü kimi hazırkı icraat zamanı mübahisə predmeti olan Şamaxı rayonu, Əziz Əliyev küçəsindəki ** nömrəli fərdi yaşayış evi üzərində iddiaçı iddiaçı3 2/7, cavabdeh Cavabdeh isə 5/7 hissədə payı müəyyən edildiyindən məhkəmə kollegiyası həmin paylara uyğun olaraq əmlakın naturada bölünməsinin mümkünlüyünün müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, lakin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarilxi, **/**** saylı ekspert rəyi ilə mübahisəli əmlakın 2/7 və 5/7 paylara mütənasib olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası iddia tələbini əmlakın naturada bölünməsi hissəsində əsassız hesab etmişdir.

37. İşə baxan birinci instansiya məhkəməsi isə əmlakın hərracdan satılması ilə bağlı iddia tələbini rədd etsə də gəldiyi nəticəni əsaslandırmamış, həmçinin iddianın rədd edilməsi ilə bağlı maddi hüquq normalarının tələbini düzgün təfsir etməmişdir. Halbuki, işin hallarından göründüyü kimi iddiaçı payı mülkiyyətçisi olduğu evdən digər paylı mülkiyyətçi ilə birlikdə daimi istifadə etmək niyyətində deyildir. Əmlakın mülkiyyətçilərin payına uyğun olaraq naturada bölünməsinin mümüknüsüzlüyü isə mübahisənin hərracda satılmaqla həll edilməsini şərtləndirmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab etmişdir.

38. Məhkəmə kollegiyası tərəfindən birinin digərinin payına müvafiq olaraq əvəz vermək yolu ilə mübahisənin barışıq yolu ilə həll edilməsi təklif edilsə də barışığın əldə edilməsi mümkün olmamışdır. İddiaçı ümumiyyətlə əmlak üzərində tam mülkiyyət hüquqununu əldə etmək niyyətinin olmamasını bəyan etmiş, cavabdeh isə əvvəlki məhkəmə iclasında müəyyən məbləğ müqabilində əmlak üzərində tam mülkiyyət hüquqununu əldə etmək niyyətinin olmasını bildirdiyindən barışıq üçün vaxt müəyyən edilmiş, lakin sonrakı məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin əvvəlki məhkəmə iclasında əmlak üzərində tam mülkiyyət hüquqununu əldə etmək niyyətinin olmasını nəzərə alaraq ilk növbədə paylı mülkiyyətçilər arasında hərracın keçirilməsini, həmin hərrac baş tutmadıqda isə açıq hərrac yolu ilə əmlakın satılmaqla, mübahsənin həll edilməli olması qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası tərəfindən əmlakın hərracdan satılması ilə əlaqədar olaraq dəyərinin müəyyən edilməsi üçün mütəxəssis təyin edilmiş, əldə edilmiş Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin ## ###### 2026-cı il tarixli, mütəxəssis rəyi ilə əmlakın hazırkı vəziyyətdə bazar dəyərinin 55000 manat, Alternativ Ekspertiza Mərkəzinin ## ### 2026cı il tarixli rəyi ilə isə 57000 manat təşkil etməsi müəyyən edilmişdir ki, rəylər arasında hər hansı bir ciddi fərq olmadığından, tərəflərin hər ikisinin mənafeyinə uyğun olaraq məhkəmə kollegiyası əmlakın dəyərinin 56000 manat məbləğində qiymətləndirilməsini əsaslı hesab etmişdir. Hər iki tərəf mütəxəssis rəyləri ilə razı olmasalar da həmin rəylərin mötəbərsizliyi ilə bağlı əsaslı dəlil irəli sürə bilməmişlər. Buna görə də məhkəmə kollegiyası tərəflərin rəylərin mötəbərsizliyi ilə bağlı arqumentlərini əsassız hesab etmişdir.

39. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçı iddiaçı3 ailə üzvü olan X5 mübahisəli mənzilə köçürməklə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, X5 yetkinlik yaşına çatmış şəxs olmaqla iş üzrə iddiaçı olmamış və onun mübahisəli evə köçürülmə tələbi olmamışdır. Buna görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz olmuş, qeyd edilən hissədə cavabdehin apellyasiya şkayətinin dəlilləri əsaslı olmuşdur.

40. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiaçı3 mübahisəli əmlakın paylı mülkiyyətçisi olduğundan mübahisə həll edilənədək onun həmin fərdi yaşayış evindən istifadə etmək hüququ mövcud olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiaçı3 mübahisəli əmlaka köçürülməlidir. Lakin, iddiaçının köçürülmə ilə bağlı hər cür maneənin qoyulmasının cavabdehə qadağan edilməsi barədə iddia tələbi qeyri-müəyyən olmaqla, əsassız hesab olunur. Belə ki, şəxsin mübahsiəli mənzilə köçürülməsi məhkəmə qərarının icrası qaydasında həll edilir ki, şəxs evə köçürüldükdən sonra manelərin yaradılması mümkündür. Yalnız qeyd edilən halda manelərə son qoyulması və fərdi yaşayış evindən istifadə qaydası ilə bağlı yarana biləcək mübahisəyə baxılması mümkündür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi hər cür maneənin qoyulmasının cavabdehə qadağan edilməsi hissəsində əsassız olmaqla, qeyd edilən hissədə cavabdehin apellyasiya şkayətinin dəlilləri əsaslı olmuşdur.

41. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının 50-ci bəndində qeyd olunan göstərişinə müvafiq olaraq qeyd edir ki, işin müəyyən edilmiş hallarına əsasən ##.##.2024-cü il tarixdən sözügedən fərdi yaşayış evinin 5/7 hissəsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyətində olsa da həmin fərdi yaşayış evində yaşayan şəxs cavabdeh Cavabdeh olmuşdur. O, həmin vaxt mülkiyyətçi olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs razılığı ilə, yəni qanuni əsaslarla yaşayış evindən istifadə etməklə, istifadə hüququna malik, fərdi yaşayış evinin faktiki sahibi olmuşdur. O, həmçinin iddiaçıların həmin mənzilə köçürülməsinə mane olan şəxs olmuşdur. Bununla yanaşı iddia tələbi ona qarşı qaldırılmışdır ki, cavabdeh qismində həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ olmuşdur. Digər tərəfdən isə məhkəmə kollegiyası nəzərə almışdır ki, Cavabdeh sonradan mübahisəli əmlakın mülkiyyətçisinə çevrilməklə, hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayətinin qeyri-mümükünlüyünü şərtləndirən hər hansı bir hal da aradan qalxmış hesab olunmuşdur. Buna görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini qeyri-mümkünlüyünü şərtləndirən hal müəyyən etməmişdir.

42. Məhkəmə kollegiyası cavabdehin mübahisəli əmlaka əlavə xərc qoyması ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdehin qeyd edilən iddiaçı hazırkı mübahisənin predmetinə aid olmamışdır.

43. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddiaçı3 və cavabdeh Cavabdeh paylı mülkiyyətində olan ünvan 3 ünvanında, 0,04 ha torpaq sahəsində yerləşən 108,8 kv.m fərdi yaşayış evi ilk əvvəl paylı mülkiyyətçilər arasında keçirilən hərracda satışa çıxarılmalı, paylı mülkiyyətçilər arasında hərrac baş tutmadıqda, ünvan 3 ünvanında, 0,04 ha torpaq sahəsində yerləşən 108,8 kv.m fərdi yaşayış evi açıq hərracda satılaraq, satışdan əldə edilmiş pul iddiaçı3 və cavabdeh Cavabdeh paylarına uyğun bölüşdürülməli, ünvan 3 ünvanında, 0,04 ha torpaq sahəsində yerləşən 108,8 kv.m fərdi yaşayış evinin hərracdan satışı üçün ilkin satış qiyməti 56000 (əlli altı min) manat müəyyən edilməli və iddiaçı iddiaçı3 ünvan 3 ünvanında, 0,04 ha torpaq sahəsində yerləşən 108,8 kv.m fərdi yaşayış evinə köçürülməli, iddia və apellyasiya şikayətləri qalan hissədə təmin edilməməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. İddiaçı iddiaçı3 2/7 hissədə və cavabdeh Cavabdeh 5/7 hissədə paylı mülkiyyətində olan, ünvan 3 ünvanında, 0,04 ha torpaq sahəsində yerləşən 108,8 kv.m fərdi yaşayış evi ilk əvvəl paylı mülkiyyətçilər arasında keçirilən hərracda satışa çıxarılsın. Paylı mülkiyyətçilər arasında hərrac baş tutmadıqda, ünvan 3 ünvanında, 0,04 ha torpaq sahəsində yerləşən 108,8 kv.m fərdi yaşayış evi açıq hərracda satılaraq, satışdan əldə edilmiş pul iddiaçı3 və Cavabdeh paylarına uyğun bölüşdürülsün. ünvan 3 ünvanında, 0,04 ha torpaq sahəsində yerləşən 108,8 kv.m fərdi yaşayış evinin hərracdan satışı üçün ilkin satış qiyməti 56000 (əlli altı min) manat müəyyən edilsin. İddiaçı iddiaçı3 ünvan 3 ünvanında, 0,04 ha torpaq sahəsində yerləşən 108,8 kv.m fərdi yaşayış evinə köçürülsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manatın 75 (yetmiş beş) manatı iddiaçı iddiaçı3, 75 (yetmiş beş) manatı isə cavabdeh Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X9 kod 210005 VÖEN **********, m/h AZ41NABZ01360100000000003944, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE00000000000002088501) hesabına köçürülsün. Mütəxəsis rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 400 (dörd yüz) manatın 200 (iki yüz) manatı iddiaçı iddiaçı3, 200 (iki yüz) manatı isə cavabdeh Cavabdeh tutularaq, Azərbaycan Qiymətləndirmə və Konsaltinq xidməti (Azerbaijan Evaluation and Consulting Service) MMC-nin hesabına (VÖEN: **********, Hesab AZ: AZ74AIIB400600F9443401807112, Bank: “xxxx” ASC 28 May filialı, Bankın VÖEN-i: 9900003611, Müxbir hesab: AZ37NABZ01350100000000001944, KOD 200123, SWIFT: AIIBAZ2XXXX) ödənilsin. Qiymətləndirmə rəyinin verilməsi üçün tədqiqatın dəyəri olan 500 (beş yüz) manatın 250 (iki yüz əlli) manatı iddiaçı iddiaçı3, 250 (iki yüz əlli) manatı isə cavabdeh Cavabdeh tutularaq, Alternativ Ekspertiza Mərkəzi MMC-nin hesabına (VÖEN: **********, İBAN: AZ94BRES00380394402474602201, Alan bank “Bank Respublika ASC-nin Nərimanov filialı, Kod 513489, Bankın VÖEN-i: 9900001901, Müxbir hesab: AZ80NABZ01350100000000014944 SWIFT: BRESAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver