Məhkəmə qərarları › İş №2(105)-1260/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1260/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1260/2023 26.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-yə qarşı artıq pul məbləğinin qalıq borcdan çıxılması, maddi və mənəvi zərərin ödənilməsi, cərimənin əsassız hesab edilməsi tələbinə dair ilk, "xxxx" MMC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alğı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qalıq borcdan çıxılması, maddi və mənəvi zərərin ödənilməsi, cərimənin əsassız hesab edilməsi tələbinə dair ilk, "xxxx" MMC-nin İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-87/2023 nömrəli qətnaməsindən İddiaçı və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə 03 dekabr 2015-ci il tarixli E/0129 nömrəli mansardın alqısatqısı haqqında müqavilədən görünür ki, satıcı "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilən 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47,4 kv.m olan 1 otaqdan ibarət 47 saylı mansard 31995 manata alıcı İddiaçı satılmışdır.

2. Tərəflər arasındakı mübahisə müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən ona verilməli olan 47,4 kv.metr sahə ilə satıcı tərəfindən ona verilən 37,5 kv metrlik sahə arasındakı 9,9 kv metrlik fərqin manat ekvivalentinin (9,9 x 675:6682,50 manat) "xxxx" MMC-yə yaranmış borcunun qalıq hissəsi olan 22058 manat məbləğindən çıxılmasına, cavabdeh tərəfindən ona təhvil verilmiş sahənin dam örtüyünün yararsız olması səbəbindən təmirə xərclədiyi 1200 manat, dam örtüyünün izolyasiya edilməsinə görə xərclədiyi 2900 manat və mətbəx mebelinin yığılmasına görə xərclədiyi 3000 manat məbləğində pul, həmçinin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəbindən ona yaşatdığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 manat məbləğində, ümumilikdə 12100 manat pulun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq ona ödənilməsinə, cavabdeh tərəfindən ondan dəbbə pulu kimi tələb olunan 8000 manat cərimənin əsassız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh "xxxx" MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq, cavabdeh İddiaçı 03 dekabr 2015-ci il tarixli E/0129 nömrəli mansardın alqı-satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc üzrə 22958 manat və 16524 manat cərimə borcu olmaqla, cəmi 39482 manat borcun, habelə ödənilmiş dövlət rüsumu məbləğinin qarşılıqlı iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İlk iddia onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47,4 kv.m olan 1 otaqdan ibarət 47 saylı mansardı (gələcəkdə vahid əmlak adlandırılacaq) ona satmağı, o isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öz üzərinə götürmüşdür. Eyni zamanda "xxxx" MMC ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin 3.1.2.4-cü bəndinin 4-cü abzasında satıcı mansardı ona evin dam örtüyü vurulmuş vəziyyətdə təhvil verməyi öz öhdəsinə götürmüşdür. O, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, satıcı müqavilənin 2.1-ci bəndində ümumi sahəsi 47,4 kv.metrdən ibarət mansardı ona satmağı öz öhdəsinə götürsə də, faktiki olaraq ona 37.5 kv.metrdən ibarət sahə vermişdir. Müqavilədə 47,4 kv.m sahəsi olan mansardın ümumi dəyəri 31995 manat göstərilmişdir. Yəni, mənzilin hər bir kv.metrinin qiyməti 675 manat dəyərləndirilmişdir. Bu belə olduğu halda mənzilin ümumi dəyəri heç də 31995 manat deyil, 25315,50 manat məbləğində olmalı idi. Bu məbləğdən o, "xxxx" MMC-yə 9937 manat ödəmişdir. Ona görə də bugün onun "xxxx" MMC-yə borcu 22058 manat yox, 15375,50 manat olmalıdır. Bundan əlavə, alqı-satqı müqaviləsinin 3.1.2.4-cü bəndinin 4-cü abzasında satıcı mansardı ona evin dam örtüyü vurulmuş vəziyyətdə təhvil verməyi öz öhdəsinə götürsə də, üzərinə götürdüyü bu öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, evin dam örtüyünün vurulmasına baxmayaraq, keyfiyyətsiz inşaat materiallarından istifadə olunmuşdur. Dam örtüyünün alt hissəsi izolyasiya edilməmişdir. Meteoroloji amillərin təsiri nəticəsində həmin örtükdə çoxsaylı dəliklər yaranmışdır. Bu səbəbdən atmosfer yağıntıları yağdığı zaman bütün yağıntı suları onun ailə üzvləriylə birlikdə yaşadığı mənzilə dolur. Buna görə də, mənzildə quraşdırdığı mətbəx mebeli sıradan çıxmış, mənzilin təmirinə ciddi ziyan dəymişdir. Dam örtüyünün altında izolyasiya qatının olmaması yayda onların həmin mənzildə yaşamaqlarını mümkünsüz edir. Belə ki, isti yay aylarında yaşadıqları mənzildə otaq temperaturu 30-40 dərəcədən çox olur, həmin vaxt kondisionerlərdən istifadə etməklərinə baxmayaraq, onlar yaşadıqları mənzildə normal temperaturun əmələ gəlməsinə nail ola bilmirlər. Binada problemlər təkcə bununla bitmir. Binada 5 ildən çox yaşayış olmasına baxmayaraq, binanın liftləri qoyulmamış, blokların giriş qapılarında və dəhlizlərdə işıqlar quraşdırılmamışdır. O, "xxxx" MMC-nin təqsirli hərəkətləri ucbatından həm maddi, həm də mənəvi zərərə məruz qalmışdır. Belə ki, evin dam örtüyündə keyfiyyətsiz materiallardan istifadə səbəbindən mənzilinin təmiri yararsız hala düşmüş, həmçinin damdan mənzilin içinə axan yağış və qar suları mətbəx mebelinin də yararsız hala düşməsi ilə nəticələnmişdir. Bununla da ona evin təmirinə görə 1200 manat, mətbəx mebelinə görə isə 3000 manat məbləğində ziyan dəymişdir. Bütün bunlar azmış kimi "xxxx" MMC ondan cərimə kimi 8000 manat pul tələb edir. "xxxx" MMC bunu onunla əsaslandırır ki, guya o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, ona görə də cavabdeh tərəfindən ona 8000 manat məbləğində cərimə hesablanmışdır. O, sonuncu dəfə "xxxx" MMC-yə ödəniş etdiyi zaman onun borcu 22058 manat kimi qeyd olunmuşdur. Digər tərəfdən isə "xxxx" MMC ona müqavilə öhdəliklərini icra etmədiyinə görə cərimə hesablaya bilməz. Çünki onu müqavilə öhdəliklərini icra etməməyə məcbur edən sırf "xxxx" MMC-nin təqsirli hərəkətlərinin nəticəsi, daha doğrusu qarşı tərəfin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında tam və lazımi şəkildə icra etməməsi olmuşdur. Beləliklə, işin faktiki hallarından məlum olur ki, onun müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməyinə baxmayaraq, cavabdeh tərəf öz öhdəliklərini tam və vaxtında icra etməmişdir. Buna görə də o, müqavilə üzrə öhdəliklərinin icrasını dayandırmağa məcbur olmuşdur.

6. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə cavabdeh İddiaçı arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli E/0129 nömrəli mansardın alqı-satqısı haqqında müqaviləyə əsasən, cəmiyyət tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində (167) inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksinin, 2 saylı, 7 mərtəbəli yaşayış binasında, ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 47.4 kv.metr olan 1 otaqdan ibarət, ümumi dəyəri 31995 (otuz bir min doqquz yüz doxsan beş) manat olan 47 saylı mansardı hər bərabər məbləğdə ödənilmək şərti ilə 120 (yüz iyirmi) ay müddətinə cavabdeh İddiaçı satılmışdır. xx.xx.2015-ci il tarixli E/0129 nömrəli mansardın alqı-satqısı haqqında müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə müvafiq olaraq cavabdeh (Alıcı) İddiaçı razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, öhdəliyini vaxtında və lazımi qaydada yetirə yetirməmişdir. Cavabdeh müqavilə öhdəliklərinin icra olunması və ya mənzilin təhvil verilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmişdir. Bununla da, iddiaçı cəmiyyət sözügedən müqavilənin 3.1-ci bəndində qeyd olunan hüquqlarından istifadə edərək, müqavilə üzrə hesablanmış əsas və cərimə məbləğinin ödənilməsini tələb edir. Müqavilənin 4.3-cü bəndinə görə, ...Əgər aylıq ödəmələr qeyd olunan vaxtda ödənilməzsə bu zaman “Alıcı” gecikdirilən hər gün üçün müqavilənin dəyərinin 0.1% həcmində “Satıcı”ya cərimə ödəməlidir. Sonrakı ödəmələr 45 gündən artıq yubadılarsa müqaviləyə əsasən gecikdirilən günlər üçün cərimə hesablanır və “Alıcı” tərəfindən ödənilən məbləğdən tutularaq, qalan məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra “Alıcı”ya geri qaytarılır. Belə ki, cavabdeh İddiaçı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, xx.xx.2019-cu il tarixdən etibarən ödəniş etməmişdir. Həmin tarixdən hazıra kimi hesablanan günlərin sayı (iki il ərzində) 720 gün və hesablanmış cərimə məbləği isə (1 gün = 22.95 AZN) 16524 (on altı min beş yüz iyirmi dörd) manat təşkil edir. Həmin müqavilənin 3.1.2.3-ci bəndinə əsasən, satıcının alqı-satqı müqaviləsi ləğv olunduğu halda "xxxx" MMC bu müqavilədə nəzərdə tutulan hesablanmış cəriməni ödənilən məbləğdən çıxaraq qalıq məbləği vahid əmlak satıldıqdan sonra geri qaytarmalıdır. Ərizəyə əlavə edilən torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əlavənin 1.2-ci bəndinə görə, “Alıcı” müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin ləğv edilməsini tələb edərək əmlakı “Satıcı”ya qaytararkən, hər bir halda onun ödədiyi vəsait 12 ay müddətində yalnız həmin əmlak satıldıqdan sonra ona qaytarılır. Həmin Əlavənin 1.3-cü bəndinə görə, “Alıcı” daşınmaz əşyanın (mansardın) əsaslı səbəb olmadan geri qaytarılması tələbi ilə “Satıcı”ya müraciət etdikdə qeyri-şərtsiz qaytarılan əmlakın 15% miqdarında cərimə ödəyir. Həmin əlavənin 1.4-cü bəndinə əsasən, “Alıcı” aylıq ödənişləri müqaviləyə əlavə edilmiş cədvələ uyğun olaraq həmin gün ödəyir, əks halda hər gecikdirilmiş gün üçün əmlakın ümumi dəyərinin 0.1% miqdarında cərimə ödəyir. Beləliklə, cavabdeh İddiaçı 03 dekabr 2015-ci il tarixli E/0129 nömrəli alqı-satqısı haqqında müqaviləsi üzrə ödənilməmiş əsas borc 22958 (iyirmi iki min doqquz yüz əlli səkkiz) manat və 16524 (on altı min beş yüz iyirmi dörd) manat cərimə borcu olmaqla cəmi 39482 (otuz doqquz min dörd yüz səksən iki) manat təşkil edir. Hazırda, cavabdeh İddiaçı 03 dekabr 2015-ci il tarixli E/0129 nömrəli alqı-satqı haqqında müqaviləsi üzrə cəmi 9037 (doqquz min otuz yeddi) manat ödənilməklə neçə ildir daşınmaz əmlakdan yararlanaraq istifadə edir və sərəncam verir, lakin ödənişlərdən qərəzli şəkildə yayınır. Çünki, Abşeron Rayon Məhkəməsinin icraatında olmuş 2(012)-734/2020 nömrəli mülki iş üzrə iddiaçı "xxxx" MMC-nin iddia tələbi təmin edilmiş və qiyabi qətnamə qət edilmişdir. Sonradan məhkəmənin 2(012)-2762/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə çəkişməsi zamanı dəfələrlə cavabdeh İddiaçılə şifahi qaydada danışıqlar aparılmış, ödənişləri hissə-hissə ödəcəyinə dair vədlər vermişdir. Lakin sonradan cavabdeh İddiaçı “vəd”lərini yerinə yetirməyərək, öhdəliklərin icrasından yayınmağa cəhd göstərmiş və göstərməkdədir. Halbuki, cavabdeh qarşılıqlı iddiaçı MMC mənzili inşa edib təhvil verərək, məqsədi mənfəət əldə etmək olmuşdur. Lakin borclu-cavabdeh İddiaçı öhdəliklərini uzun müddət icra etməməsi cavabdeh-qarşılıqlı iddiaçı MMC-yə maddi ziyanın vurulması ilə nəticələnmişdir. Belə ki, cavabdeh İddiaçı tərəfindən müqavilə üzrə mənzilin dəyərini vaxtında ödədiyi halda satıcı MMC həmin ödənilmiş vəsaiti digər öhdəliklərinə və ya digər məqsədlərə istifadə edə bilərdi. Bununla borclu İddiaçı hərəkətləri nəticəsində satıcı MMC həmin imkanlardan məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (449.1.) Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.1-ci maddəsinə görə, əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (600.5). İddiaçı ilkin iddia ərizəsində göstərilən xüsusatların əsası və sübutu mövcud deyildir. Satıcı "xxxx" MMC 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı alqı-satqı müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə müvafiq olaraq, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində (167) inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki A kompleksinin, 2 saylı, 7 mərtəbəli yaşayış binasında, ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 47.4 kv.metr olan 1 otaqdan ibarət, 47 saylı mansardı tikinti işləri başa çatdıqdan sonra təhvil vermək öhdəliyini tam yerinə yetirmiş və həmin daşınmaz əmlakı “Alıcı” qismində İddiaçı də təhvil alaraq qəbul etmişdir. Qəbul etdiyi tarixdən öhdəliyini qismən icra etmiş, həmin daşınmaz əmlakda yaşayaraq təsərrüfat yürütmüşdür. Borclu İddiaçı kredit öhdəliklərini aylıq 267 (iki yüz altmış yeddi) manat ödəyərək icra etdiyi 2019-cu il sentyabr tarixinə kimi hər hansı bir şikayət və müraciəti olmamışdır. Hazırki ilkin iddia tələbi üzrə borclu İddiaçı iddia etdiyi məbləğlər (6682,50 AZN + 12100 AZN) əsassız olaraq, mübahisəli mənzilə görə kredit öhdəliyinin həcminin azaldılması məqsədi daşıyır. İlkin iddia tələbi üzrə “cavabdeh tərəfindən ona təhvil verilmiş sahənin dam örtüyünün yararsız olması səbəbindən təmirə xərclədiyi 1200 manat, dam örtüyünün izolyasiya edilməsinə görə xərclədiyi 2900 manat və mətbəx mebelinin yığılmasına görə xərclədiyi 3000 manat məbləğində pul, həmçinin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəbindən ona yaşadığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 manat məbləğində, ümumilikdə 12100 manat pulun və 30 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq ödənilməsi” hissəsi tamamilə əsassız və qanunsuz tələbdir. Borclu İddiaçı öz yaşayış sahəsinin vəziyyətini yaxşılaşdırmaq məqsədilə xərclədiyi vəsaiti hər hansı əsassız bir xüsusatla əlaqələndirməsi yanlışdır. Daşınmaz əmlakın təhvil alınması zamanı hər hansı bir çatışmazlıq aşkar etdiyi halda, əmlakı qəbul etməyə bilərdi. Bu da anlaşılan olardı. Lakin borclu İddiaçı təhvil aldığı və qəbul etdiyi daşınmaz əmlakda 6 (altı) il yaşadıqdan sonra həmin əmlakın “dam örtüyü”, “izolyasıya” kimi nöqsanların aşkar edilməsinə görə iddia qaldırılması absurddur. (770) Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. (775) Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Belə ki, alıcı (borclu) İddiaçı təhvil aldığı və qəbul etdiyi daşınmaz əmlaka dair hər hansı bir qüsur və çatışmazlıq barədə bildirməmişdir. İlkin iddiaçı Ağayev iddia tələbi üzrə ümumiyyətlə pretenziya qaydasına əməl etməmiş və məhkəmə də icraata qəbul edərək baxışını həyata keçirir. Bu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən prosessual pozuntu olaraq qiymətləndirilir. Bundan başqa, MM-in 776.1-ci maddəsini rəhbər tutsalar, sifarişçi - İddiaçı icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində tələb irəli sürə bildiyi halda sürməyərək iddia müddətini buraxmışdır. Çünki xx.xx.2015-ci il tarixli, E/0129 saylı alqı-satqı müqaviləsinin müddəaları Mülki Məcəllənin 752.1-ci maddəsinin tələblərinə cavab verir. Maddi normaya görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.2.) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. İlkin iddia tələbinin “mətbəx mebelinin yığılmasına görə xərclədiyi 3000 manat məbləğində pul, həmçinin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəbindən ona yaşadığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 manat məbləğinin” MMCdən tutulması hissəsini sübut etmək vəzifəsi ilkin iddiaçının üzərinə düşür. İş materiallarında ilkin iddiaçının “təzə mebel” almaq və ya yığılmasının, habelə “mənəvi” zərər kimi psixoloji iztirab keçirməsinin mənzilin hər hansı bir qüsuru ilə səbəbli əlaqəsini sübut edən sənəd və ya sübut mövcud deyildir.

7. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, ilkin iddia tələbinə iddia müddəti tətbiq edilməklə İddiaçı iddia tələbi təmin edilməməlidir. Çünki İddiaçı xx.xx.2015-ci il tarixli, E/0129 saylı müqavilə üzrə mübahisəli daşınmaz əmlakı qəbul etmiş və qüsur barədə bildirməmişdir. Əmlakı qəbul etmişdir. Müddət ötürülmüşdür. Qeyd olunanlara əsasən, mülki iş üzrə İddiaçı iddia tələbinə iddia müddəti tətbiq edilməsini və rədd edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4006 nömrəli, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarili 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən ümumi sahəsi 46.7 m2 təşkil etdiyi müəyyən edilir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın divarlarında divar kağızlarının qopması, tavanda boya qatının şişməsi, tavanda və divarlarda su sızma ləkələrinin olması müşahidə olundu. Tədqiq olunan mənzil binanın mansard mərtəbədə yerləşdiyi, tavanında və divarlarında olan qüsurları, su sızma izlərinin, ləkələrinin olmasını nəzərə alaraq, 47 saylı mansardın dam örtüyü istismara yararsızdır. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardda su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3067,0 manat məbləğində müəyyən olunur.

9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-87/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) ilk iddia qismən təmin edilərək, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 472,50 manat pul vəsaitinin borcun qalıq hissəsi olan 22058 manat borcdan çıxılması, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardda dam örtüyünün yararsız olması səbəbindən təmirə və dam örtüyünün izolyasiya edilməsinə görə xərclənmiş 4100 manatın və 13 manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi, ilkin iddia tələbinin qalan hissələrdə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 03 dekabr 2015ci il tarixli E/0129 saylı mansardın alqı-satqısı haqqında müqavilə üzrə ödənilməmiş borcun qalıq hissəsi olan 21585.5 manat və 16,40 manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı eskpert rəyinə əsasən 100 manat məbləğinin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 48 manatının "xxxx" MMC-dən, 52 manatının isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 03 dekabr 2015-ci il tarixli E/0129 saylı mansardın alqı-satqısı haqqında müqaviləyə əsasən, satıcı "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilən 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47,4 kv.m olan 1 otaqdan ibarət 47 saylı mansardı 31995 manata alıcı İddiaçı satmışdır. 03 dekabr 2015-ci il tarixli E/0129 saylı mansardın alqı-satqısı haqqında müqavilədə "xxxx" MMC tərəfindən İddiaçı satılmış “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilən 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47,4 kv.m olan 1 otaqdan ibarət 47 saylı mansardın ümumi sahəsinin 47,4 kv.m olduğu göstərilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı rəy ilə sözügedən mənzilin ümumi sahəsinin 46,7 kv.m olduğu müəyyən edilmişdir. Belə olduğu halda əskik verilmiş 0,7 kv.metr sahənin, hər kv.metr sahənin 675 manat təşkil etdiyini nəzərə alaraq İddiaçı artıq alınmış 472,50 manat pul vəsaiti (31995 - (46,7 m2 × 675 manat) ) "xxxx" MMC tərəfindən iddiaçıya geri qaytarılmalıdır.

11. Məhkəmə daha sonra qeyd etmişdir ki, məhkəmədə sübutların tədqiqatı zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın divarlarında divar kağızlarının qopması, tavanda boya qatının şişməsi, tavanda, divarlarda su sızma ləkələrinin olması, tavanda və divarlarda olan qüsurların mansarddan axan su sızmaları nəticəsində əmələ gəlməsi müəyyən edilmiş, qeyd olunan hallar ilkin iddia üzrə iddiaçı tərəfin izahatı ilə yanaşı, iş materiallarında olan 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı ekspert rəyi ilə tam təsdiqini tapmışdır. Həmin mansardın binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər siyahısına aid olduğunu və məhkəmə iclasında mansardın yararlı vəziyyətdə saxlanması öhdəliyinin "xxxx" MMC-in vəzifəsinin olması mübahisə predmeti olmadığını nəzərə alaraq məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinə əsaslanarq hesab etmişdir ki, mənzilə görə vurulmuş zərər "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

12. Vurulmuş zərərin miqdarı ilə bağlı məhkəmə qeyd etmişdir ki, bununla bağlı ekspertiza təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı ekspert rəyində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardda su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3067 manat məbləğində müəyyən olunduğu göstərilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X1 məhkəmə iclasında izahatında rəyin smeta hissəsində texniki səhvə yol verilərək divara və tavana şpaklyovka çəkilməsi, divar kağızının vurulması, tavanın boya ilə rənglənməsi, üçün 181 kv.m-ə görə 1810 manat əvəzinə 181 manat göstərildiyini bildirmiş və mənzilin tam daxili təmiri üçün 4696 manat məbləği tələb olunuduğunu qeyd etmiş və məhkəmədə ekspert rəyi tədqiq edilərkən rəydə texniki səhvə yol verildiyi, ekspertin məhkəmədə ifadəsinin həqiqəti əks etdirdiyi müəyyən olunmuşdur. Lakin, iddiaçının tələbi mənzilin təmirinə xərclədiyi 1200 manat, dam örtüyünün izolyasiya edilməsinə görə xərclədiyi 2900 manat, ümumilikdə 4100 manat olduğundan və məhkəmə MPM-in 218.3-cü maddəsinə görə tələbdən kənara çıxa bilmədiyindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansarda su sızma nəticəsində vurulmuş ziyana görə 4100 manat məbləğində pul "xxxx" MMC-dən alınaraq İddiaçı verilməlidir.

13. İddiaçı mətbəx mebelinin yığılmasına görə xərclədiyi 3000 manat məbləğində pul, həmçinin "xxxx" MMC-nin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməməsi səbəbindən ona yaşatdığı mənəvi və psixoloji iztirabın qarşılığı (mənəvi zərər) kimi 5000 manat məbləğində pulun tutulması ilə bağlı məhkəməyə sübutlar təqdim etməməsi əsası ilə, məhkəmə ilkin iddia tələbini bu hissələrdə rədd etmişdir.

14. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin hallarından müəyyən olunur ki, 03 dekabr 2015-ci il tarixli, E/0129 saylı müqavilənin ümumi məbləği olan 31995 manatdan İddiaçı 9937 manat "xxxx" MMC-yə ödəniş etmiş və həmin müqavilə üzrə ödənilməmiş 22058 manat qalmış və müqavilə üzrə əskik verilmiş 0,7 kv.metr sahənin, hər kv.metr sahənin 675 manat təşkil etdiyini nəzərə alaraq İddiaçı artıq alınmış 472,50 manat pul vəsaiti 22058 manat əsas borcdan çıxılmaqla qalan 21585.5 manat borcu İddiaçı müqavilə üzrə ödəmək öhdəliyi daşıdığından həmin məbləğ sonuncudan tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

15. Məhkəmə qarşılıqlı iddianın 16524 manat cərimə borcunun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissə ilə bağlı əsaslar müəyyən edilmədiyindən rədd edilməlidir. Belə ki, müqavilədə cərimənin ödənilməsi nəzərdə tutulsa da, lakin işin faktiki hallarından görünür ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməməsinə səbəb "xxxx" MMC-nin təqsirli hərəkətlərinin nəticəsi olmuş və İddiaçı müqavilə üzrə öhdəliklərinin icrasını dayandırmağa məcbur olmuşdur.

16. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə isə məhkəmə qeyd etmişdi ki, "xxxx" MMC-in nümayəndəsi həmin ərizədə və məhkəmə iclsında iddia müddətinin tətbiq edilməsinə əsas verən halları və həmin halları təstiq edən sübutlara istinad etməmiş, ərizənin əsaslandırılması vəzifəsi daşıdığı halda yalnız formal olaraq müqavilənin bağlanması tarixinə istinad etdiyindən, məhkəmə iddia müddəti tətbiq edilməklə ilkin iddianın rədd edilməsi barədə ərizəni əsassız hesab edir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunduğu hissədə dəyişdirilərək, ilkin iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin 2.1-ci bəndində ümumi sahəsi 47,4 kv.metrdən ibarət mansardı ona satmağı öz öhdəsinə götürsə də, faktiki olaraq ona 37.5 kv.metrdən ibarət sahə vermiş, mənzilin dam örtüyü isə istismara tam yararsız halda olmuş, dam örtüyünü təmir etməkdən imtina etmişdir. Ümumi olaraq, "xxxx" MMC İddiaçı 7100.0 manat məbləğində təmirə görə 6682.50 manat isə sahə fərqinə görə olmaqla maddi ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı mütəxəssis fikri tələb olunan suallara aydınlıq gətirilməsi üçün ekspertiza təyin edilmiş və ekspert qarşısına dəqiq suallar qoyulmuşdur. Ekspert suallara dolğun və düzgün məlumat verməmişdir. Belə ki, mənzil müqavilədən də görünür ki, mansarddır. Yəni mənzilin 30-40%-dən artıq hissəsində tavanın hündürlüyü 1.6 m-dən çox deyil. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaların”da isə ayrıca qeyd edilmişdir ki, mansardda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2.7 metrdən az olan hissəsin sahəsi 0.7 azaltma əmsalına vurulmaqla hesablanır. Məhkəmə baxışı zamanı ifadə verən ekspert Xəyyam İsgəndərov “mənzilin ümumi sahəsinin hesablanması zamanı, tavanın hündürlüyü 2.7 m-dən az olan hissələrdə azaltma əmsalını tətbiq edib-etməməsinə dair” suala “xeyr, tətbiq etməmişəm” cavabı vermişdir. Yəni, ekspert mənzilin sahəsinin hesablanması zamanı qanunvericiliyin tələb etdiyi qaydalara əməl etmədiyini özü etiraf etmiş, izahını isə verə bilməmişdir. Həmçinin ekspert mənzildə olan mebellərdə yararsız dam örtüyündən əmələ gələn su sızmalardan yaranmış qüsurları aşkar etsə də, həmin mebellərə və avadanlıqlara dəymiş ziyanla bağlı ümumiyyətlə rəy verməmiş, məhkəmə iclasında bunun digər ekspertizanın predmeti olduğunu bildirmişdir. İşə baxan məhkəmə iş üzrə təkrar və ya əlavə ekspertizanın təyin olunmasına dair vəsatəti təmin etməmişdir. Bununla da mənzilin sahəsinin düzgün hesablanmaması və mənzildə olan mebel və avadanlıqlara dəymiş zərərin məbləğinin hesablanması sualları açıq qalmışdır. Bunlar isə, nəticə olaraq işin faktiki halları ilə uyğun olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir.

19. Qətnamədən ilk iddia üzrə cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinin tam rədd edilməsi, qarşılıqlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinin tam (təmin edilməmiş hissədə - mənzilin sahəsinə görə 472,50 manat və ziyan olaraq 4100 manat) təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, E/0129 saylı mansardın alqı-satqı müqaviləsi üzrə daşınmaz əmlak, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansard alıcı İddiaçı müqavilə şərtlərinə müvafiq olaraq təhvil verilmiş, İddiaçı də daşınmaz əmlakı qəbul edərək istifadə və istismar etmişdir. Daşınmaz əmlakın istismarı zamanı qəbul etdiyi əşyada (əmlakda) yaranmış qüsurlar barədə məhkəmə çəkişmələrinə kimi irad və şikayətini bildirməmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4006 saylı ekspertiza rəyinin nəticəsi ilə kifayətlənmişdir. Halbuki, mübahisələndirilən daşınmaz əmlakda yaranmış qüsurun (dam örtüyünün yararsız olması halı) kim tərəfdən yaranması halına qiymət verilməmiş və xərclərin ödənilməsi öhdəliyi cavabdeh MMC-nin üzərinə qoyulmuşdur. Bundan başqa, məhkəmə mübahisə predmeti üzrə daşınmaz əmlakın qəbul edilməsi və istifadə-istismarına dair MMC tərəfindən təqdim edilmiş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsinə düzgün olaraq hüquqi qiymət verilməmişdir. Həmçinin qarşılıqlı iddia tələbinin “cərimə borcunun tutulması” hissəsi düzgün qiymətləndirilməmişdir. Tərəflər arasında faktiki hallar nəzərə alınmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. xx.xx.2015-ci il tarixli E/0129 nömrəli mansardın alqı-satqısı haqqında müqaviləsinin predmeti mansarddır. Həmin mansardı-daşınmaz əmlakı qarşılıqlı cavabdeh İddiaçı izahatında və çıxışında bildirdiyi (etiraf etmək) kimi 2017-ci il tarixində qəbul etmiş və 2020-ci il tarixinə kimi mübahisələndirməmiş, qüsurlar barədə bildirməmişdir. Belə olan halda bir illik iddia müddəti tətbiq edilməlidir. Lakin məhkəmə iddia müddətinin tətbiqinə əhəmiyyət verməmiş və nəticədə tətbiq etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, ilk iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

25. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. (...) 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

26. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. (...)

27. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. (...)

29. Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (...)

30. Maddə 763. Qüsurlar olduqda əlavə icra tələbi 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. (...)

31. Maddə 764. Məmulatın qüsurunun sifarişçi tərəfindən düzəldilməsi 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. (...)

32. Maddə 377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

33. Maddə 776. Podrat müqaviləsi üzrə iddia müddəti 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

35. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

36. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar (...) 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

37. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

40. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ilk və qarşılıqlı iddia tələblərinə dair hissədə bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-87/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 472,50 manat pul vəsaitinin borcun qalıq hissəsi olan 22058 manat borcdan çıxılması, mətbəx mebelinə görə xərclənmiş pul vəsaitinin tutulmasının və dəbbə pulunun əsassız hesab olunmasının rədd edilməsinə dair hissələrdə qətnamə ləğv edilməli, ilk iddia tələbi alğı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qalıq borcdan çıxılması hissəsində təmin edilməməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardda dam örtüyünün yararsız olması səbəbindən mətbəx mebelinin təmirinə görə 300 (üç yüz) manat "xxxx" MMC-dən alınaraq İddiaçı verilməli, 03 dekabr 2015-ci il tarixli E/0129 saylı mansardın alqı-satqısı haqqında müqavilə üzrə ödənilməmiş borcun qalıq hissəsi olan 22058 (iyirmi iki min əlli səkkiz) manat İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməli, qətnamə qalan-ilk iddia tələbi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardda dam örtüyünün yararsız olması səbəbindən təmirə və dam örtüyünün izolyasiya edilməsinə görə xərclənmiş 4100 (dörd min bir yüz) manatın və 13 (on üç) manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi, mənəvi zərələ bağlı tələbin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə 16,40 (on altı manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi, cərimə borcunun tutulmasının təmin edilməməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı eskpert rəyinə əsasən 100 (bir yüz) manat məbləğinin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 48 (qırx səkkiz) manatının "xxxx" MMC-dən, 52 (əlli iki) manatının isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, tərəflər arasında bağlanmış 03 dekabr 2015-ci il tarixli E/0129 nömrəli mansardın alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən “AAAF-Park” yaşayış massivindəki A kompleksində inşa edilən 2 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 47,4 kv.m olan 1 otaqdan ibarət 47 saylı mansardı 31995 manata alıcı İddiaçı satılmışdır. Müqaviləsinə əsasən cavabdeh mübahisəli mənzili tikib iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, iddiaçı isə bu müqaviləyə əsasən əmlakı qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb оlunan bütün ödənişləri etməyi öhdəsinə götürmüşdür.

44. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən mansardın ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 47,4 kv.m-dir.

45. Göründüyü kimi tərəflər öz aralarında hüquq və vəzifələri müəyyənləşdirən həmin müqavilədə tikilib təhvil verilməli və qəbul edilməli mansard sahəsinə hansı hissələrin daxil edildiyi, sahənin necə hesablandığını müfəssəl müəyyənləşdirmişlər.

46. İlk iddia tələbinə görə satıcı müqavilənin 2.1-ci bəndində ümumi sahəsi 47,4 kv.metrdən ibarət mansardı ona satmağı öz öhdəsinə götürsə də, faktiki olaraq ona 37.5 kv.metrdən ibarət sahə vermişdir.

47. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Hal-hazırda mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın ümumi sahəsi neçə kvadrat metr təşkil edir? 2.Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın dam örtüyü istismara yararlıdırmı? 3.Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın dam örtüyündən həmin mansarda su sızmasının izləri mövcudurmu, mövcuddursa su sızmasının texniki səbəbi nə olmuşdur, su sızması nəticəsində mansarda hansı zədələr əmələ gəlmişdir və onların aradan qaldırılması üçün hansı məbləğdə təmir-tikinti işləri aparılmalıdır ?

48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4006 nömrəli, xx.xx.2022-ci il tarixli rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarili 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələblərinə əsasən ümumi sahəsi 46.7 m2 təşkil etdiyi müəyyən edilir. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın divarlarında divar kağızlarının qopması, tavanda boya qatının şişməsi, tavanda və divarlarda su sızma ləkələrinin olması müşahidə olundu. Tədqiq olunan mənzil binanın mansard mərtəbədə yerləşdiyi, tavanında və divarlarında olan qüsurları, su sızma izlərinin, ləkələrinin olmasını nəzərə alaraq, 47 saylı mansardın dam örtüyü istismara yararsızdır. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardda su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3067,0 manat məbləğində müəyyən olunur.

49. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən mansardın sahəsi ilə bağlı mübahisəli halın aydınlaşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollgiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş “AAAF- PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın ümumi sahəsi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli E/0129 nömrəli müqavilənin 1.1-ci bəndinə uyğun olaraq (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) neçə kvadrat metr təşkil edir? 2. Mansardın ümumi sahəsi həmin binanın layihə sənədləri əsasında nə qədər olmalıdır? 3. Həmin mübahisəli mansardın yararsız olan dam örtüyünün təmirinə çəkilən xərcin məbləği neçə manat təşkil edir? 4. Həmin mansardda yerləşən mətbəx mebelinin yararsız vəziyyətə düşməsi dam örtüyünün istismara yararsız olması səbəbindən baş vermişdirmi? 5. Əgər həmin səbəbdən yararsız vəziyyətə düşmüşdürsə onda mətbəx mebelinin təmirinə görə tələb olunan (və ya çəkilmiş) xərcin məbləği müəyyən olunsun.

50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizaı Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5931-9/6119 nömrəli rəyində qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın ümumi sahəsi tərəflər arasında bağlanmış xx.xx.2015ci il tarixli E/0129 nömrəli müqavilənin 1.1-ci bəndinə uyğun olaraq (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) ümumi sahəsi 47.5 kv.m, eləcə də, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin (Mansarda mərtəbəsində yerləşən mənzilin sahəsi təyin edilərkən tavanın hündürlüyü 2,7 metrdən az olan hissənin sahəsi 0,7 azaltma əmsalı tədbiq edilməklə) tələblərinə əsasən ümumi sahəsi 38.92 m2 təşkil etdiyi müəyyən olunur. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın yararsız olan dam örtüyünün təmirinə çəkilən xərcin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq, 4547,0 manat məbləğində müəyyən olunur. Ekspert baxışına təqdim edilmiş 2,9 p/metr ölçülü mətbəx mebelində olan qüsurlar (mebelin gövdəsini təşkil edən taxtalar şişib, qabarıb və sair), dam örtüyündən su sızma nəticəsində əmələ gələn qüsurlara xarakterikdir. Həmin 2,9 p/metr ölçülü mətbəx mebelinin təmir-bərpasına çəkiləcək xərcin ümumi məbləği təxminən 300,00 manat müəyyən olunur.

51. Göründüyü kimi cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mansardın sahəsinin həcmi) baxımından qüsurlu mal verməsi işin araşdırılmış halları ilə müəyyən edilməmişdir.

52. Məhkəmə kollegiyası hesab edir ki, mansardın sahəsi ilə bağlı göstərilənlər müqavilənin mühüm şərtləri olmuş və tərəflər həmin şərtlər barəsində tələb olunan formada razılığa gələrək yuxarıda adı çəkilən müqaviləni bağlamışlar.

53. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hesablamaların divarların çöl tərəfindən aparılması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Tərəflər arasında bağlanmış yuxarıda adı çəkilən müqavilədə hesablaşma sahəsi konkret olaraq nəzərdə tutulmuşdur. Fiziki və hüquqi şəxslər isə mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

55. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, "xxxx" MMC-nin apellyasiya şikayətini qeyd edilən hissədə əsaslı sayır və hesab edir ki, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 472,50 manat pul vəsaitinin borcun qalıq hissəsi olan 22058 manat borcdan çıxılması hissəsində qətnamə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir.

57. İlk iddia tələbinin mansardda dam örtüyünün yararsız olması səbəbindən təmirə və dam örtüyünün izolyasiya edilməsinə görə xərclənmiş 4100 manatın və mətbəx mebelinin təmirinə görə 3000 manat "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi hissəsi ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 763.1 və 764.1-ci maddələrinə əsasən iddiaçının cavabdehdən qüsurun aradan qaldırılmasını (əlavə icra) tələb etmək və ya qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini tələb etmək hüququ yaranmışdır.

58. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarına əsasən müəyyən olunmuşdur ki, mansardın yararsız olan dam örtüyünün təmirinə çəkilən xərcin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 4100 manatdan çox təşkil edir. Ekspert baxışına təqdim edilmiş mətbəx mebelində olan qüsurların (mebelin gövdəsini təşkil edən taxtalar şişib, qabarıb və sair), dam örtüyündən su sızma nəticəsində əmələ gələn qüsurlara xarakterik olması, mətbəx mebelinin təmir-bərpasına çəkiləcək xərcin ümumi məbləği təxminən 300 manat olması müəyyən olunmuşdur.

59. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

60. Belə ki, ekspert tədqiqat apararkən mansarda baxış keçirmiş və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.

61. Ekspert rəyindən müəyyən edilir ki, mansardın yararsız olan dam örtüyünün təmirinə çəkilən xərcin ümumi dəyəri tələbdən çoxdur.

62. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

63. Ona görə də, ilk iddia tələbi qeyd edilən hissədə-Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardda dam örtüyünün yararsız olması səbəbindən təmirə və dam örtüyünün izolyasiya edilməsinə görə xərclənmiş 4100 manatın və mətbəx mebelinin təmirinə görə 300 manatın "xxxx" MMC-dən tutulması hissəsində əsaslıdır.

64. Məhkəmə kollegiyası ilk iddia tələbinin mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutulmasına dair iddia tələbinin təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

65. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

66. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

67. Məhkəmə kollegiyası mənəvi zərərlə bağlı tələbə qiymət verərək qeyd edir ki, müqavilə tərəfi öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu səbəblə ilk iddia üzrə iddiaçı zərərlə bağlı müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Lakin cavabdehin müqavilə öhdəliyini icra etməməsi nəticəsində onun mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilmədiyindən, bu hissədə iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.

68. Qarşılıqlı iddia tələbi ilə bağlı kollegiya həmçinin qeyd edir ki, tərəflər arasındakı müqavilə əsasında öhdəlik münasibətləri yaranmış, qarşılıqlı iddia üzrə cavabdeh də müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə borcu yaranmışdır.

69. Məhkəmə iclasında hesabdan çıxarış məlumatları və işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, 03 dekabr 2015-ci il tarixli müqavilə üzrə qarşılıqlı iddia üzrə cavabdehin ödənilməmiş borcunun qalıq hissəsi 22058 manat təşkil edir.

70. Kollegiya hesab edir ki, 03 dekabr 2015-ci il tarixli E/0129 saylı mansardın alqısatqısı haqqında müqavilə üzrə ödənilməmiş borcun qalıq hissəsi olan 22058 manat İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

71. Apellyasiya şikayətinin cərimə borcunun tutulması barədə dəlilləri ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq qeyd edir ki, müqavilədə cərimənin ödənilməsi nəzərdə tutulsa da, işin faktiki hallarından görünür ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməməsinə səbəb eyni zamanda "xxxx" MMC-nin qüsurlu icrasının nəticəsi olmuş və İddiaçı müqavilə üzrə öhdəliklərinin icrasını dayandırmışdır.

72. İddia müddətinin tətbiqi barədə ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Qanunla müəyyən edilmiş xüsusi iddia müddətlərindən biri də podrat hüquq münasibətləri üçün Mülki Məcəllənin 776-cı maddəsində müəyyən edilmiş podrat müqaviləsi üzrə iddia müddətidir. Həmin maddəyə müvafiq olaraq sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər (776.1). Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır (776.2).

73. Beləliklə, hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin 377.1-ci madəsinə əsasən iddiaçıların öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmaqla həmin Məcəllənin 776-cı madəsində müəyyən edilmiş xüsusi iddia müddətinin keçib-keçmədiyi müəyyən edilməlidir.

74. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı mübahisəli mansard tikilisinə 2019-cu ilin yay aylarında köçmüşdür, su sızmanın olmasını yağış yağanda bilmişdir. Qüsurlar tədricən üzə çıxmağa başlamışdır. Digər tərəfdən İddiaçı müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməməsinə səbəb eyni zamanda "xxxx" MMC-nin qüsuru aradan qaldırmaması olmuşdur. İlk iddia üzrə İddiaçı qüsuru özü aradan qaldırıb xx.xx.2021-ci il tarixdə mövcud iddia ilə çəkdiyi xərclərin əvəzini tələb etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia üzrə iddia müddəti ötürülməmişdir.

75. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatın 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-87/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardın satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 472,50 manat pul vəsaitinin borcun qalıq hissəsi olan 22058 manat borcdan çıxılması, mətbəx mebelinə görə xərclənmiş pul vəsaitinin tutulmasının və dəbbə pulunun əsassız hesab olunmasının rədd edilməsinə dair hissələrdə qətnamə ləğv edilsin. İlk iddia tələbi alğı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qalıq borcdan çıxılması hissəsində təmin edilməsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF- PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardda dam örtüyünün yararsız olması səbəbindən mətbəx mebelinin təmirinə görə 300 (üç yüz) manat "xxxx" MMC-dən alınaraq İddiaçı verilsin. 03 dekabr 2015-ci il tarixli E/0129 saylı mansardın alqı-satqısı haqqında müqavilə üzrə ödənilməmiş borcun qalıq hissəsi olan 22058 (iyirmi iki min əlli səkkiz) manat İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə qalan-ilk iddia tələbi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167-də inşa edilmiş “AAAF-PARK” yaşayış massivindəki “A” kompleksi, 2 saylı 7 mərtəbəli yaşayış binasında yerləşən, 1 otaqdan ibarət 47 saylı mansardda dam örtüyünün yararsız olması səbəbindən təmirə və dam örtüyünün izolyasiya edilməsinə görə xərclənmiş 4100 (dörd min bir yüz) manatın və 13 (on üç) manat dövlət rüsumunun "xxxx" MMC-dən alınaraq İddiaçı verilməsi, mənəvi zərələ bağlı tələbin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə 16,40 (on altı manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi, cərimə borcunun tutulmasının təmin edilməməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 noyabr 2022-ci il tarixli, 10/4006 saylı eskpert rəyinə əsasən 100 (bir yüz) manat məbləğinin iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 48 (qırx səkkiz) manatının "xxxx" MMCdən, 52 (əlli iki) manatının isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hissələrində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi "xxxx" MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver