Məhkəmə qərarları › İş №2(105)-1299/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1299/2022

17.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi - Kredit müqaviləsi üzrə mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1299/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(012)-367/2022 nömrəli qərardadından cavadeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.237,87 manat əsas, 97,30 manat faiz və 169,53 manat cərimə borcu olmaqla, cəmi 10.504,70 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə 0.025 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin 0.025 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.025 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Abşeron rayonu, Məmmədli kəndində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış, 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.025 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-367/2022 saylı, 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 9.957,66 (doqquz min doqquz yüz əlli yeddi manat, altmış altı qəpik) manat əsas borc, 95,72 (doxsan beş manat, yetmiş iki qəpik) manat faiz borcu, 7,71 (yeddi manat, yetmiş bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 10.061,09 (on min altmış bir manat, doqquz qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumu üçün 70 (yetmiş) manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.025 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin likvid dəyərinin 68.000 manat müəyyən edilməsi, tələbin ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.025 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə edilən pulun borcun ödənməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.025 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, 68.1 kv.m ümumi, 32 kv.m yaşayış və 36.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi hərracdan satılandan 1 (bir) ay sonra Cavabdeh həmin torpaq sahəsindən və evdən istifadə hüququnun itirilmiş hesab edilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsinin və evin boşaldılması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyi üzrə xidmət haqqı olan 250 (iki yüz əlli) manatın Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bu qətnamədən Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti Abşeron Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(012)-367/2022 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(012)-367/2021 nömrəli qərardadı ilə bu iş üzrə 11 aprel 2022-ci il tarixli qərardaddan cavabdeh tərəfindən verilən şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(012)-367/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətindən görünür ki, apelyasiya şikayəti verən şəxs apelyasiya şikayətini qanunla müəyyən edilmiş forma və məzmunda tərtib etməmiş, məhkəmə aktını hansı əsaslarla, hansı hissədə mübahisələndirdiyini göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin mövqeyi hər bir halda qanunidir. Azərbaycan Respublikası MPM-nin 398.0 və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Bununla belə, cavabdehə izah olunur ki, sadalanan nöqsanlar aradan qaldırılmaqla yenidən apellyasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(012)-367/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver