Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-135/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 9198 (doqquz min yüz doxsan səkkiz) manat məbləğində pul və 15 (on beş) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun, Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim E.Abdullayev). Qətnamədən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə ödənilmiş 15675 manat sığota ödənişinin və 30,40 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində cavabdeh tərəfindən idarə olunan **-BM-*** dövlət qeydiyyat nişanlı, “BMW 3281” markalı avtonəqliyyat vasitəsi ilə "PAŞA Sığorta” ASC tərəfindən "Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-FK-*** dövlət qeydiyyat nişanlı, “BMW M5” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-FK-*** dövlət qeydiyyat nişanlı, “BMW M5” markalı avtonəqliyyat vasiitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 15 775 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana 100 manat azadolma çıxılmaqla 15 675 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Köçürülmə həyata keçirildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığortaçı tərəfindən sığortalıya ödənilmiş azadolma çıxılmaqla 15675 manat məbləğində vəsaitin "xxxx" ASCnin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən, iş materiallarında olan ekspert rəyinə istinad etmiş, zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əhəmiyyət verməmişdir. Həmin ekspert rəyində zərər dəymiş nəqliyyat vasitəsinin təmir bərpa xərci real dəyərindən aşağı göstərilmişdir. İddiaçı tərəfindən isə avtomobilə dəymiş ziyan məhz hesabatda göstərilən məbləğ olmaqla tam şəkildə ödənmişdir. Göstərilən hallar məhkəmə kollegiyası tərəfindən yenidən nəzərdən keçirilməli, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi tam şəkildə təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddia tələbində avtonəqliyyat vasitəsinə dəymiş ziyan məbləği xeyli şişirdilmişdir. Həm birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş ekspert rəyi, həm də apellyasiya baxışı zamanı əldə edilmiş ekspert rəyləri eynilik təşkil etməklə, iddia tələbinin şişirtmə olmasını sübut edir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə qətnaməsi ilə təmin edilən məbləğin real obyektiv zərər məbləğinə uyğun olmamasını bildirdi. İddia tələbinin tam şəkildə təmin edilməsini xahiş etdi. İş üzrə sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AD seriyalı, 810517 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW 328İ” markalı”, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Yenə iş materiallarında olan AD seriyalı, 601782 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-FK-*** dövlət qeydiyyat nişanlı, “BMW M5” markalı avtomobilin sahibi X1r. İşdə olan xx.xx.2021-ci il tarixli sığorta aktından məlum olur ki, **-FK-*** dövlət qeydiyyat nişanlı, “BMW M5” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə iddiaçı tərəfindən 15675 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin akta əsasən 10-FK100 dövlət qeydiyyat nişanlı, “BMW M5” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər 15775 manat məbləğində müəyyən edilmişdir. Mülki iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, mülkiyyətçisi və hadisə baş verən anda sürücüsü Cavabdeh olan **-BM-*** dövlət qeydiyyat nişanlı, “BMW 3281” markalı avtonəqliyyat vasitəsi ilə toqquşma nəticəsində xx.xx.2021-ci ildə, Bakı şəhərinə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı mülkiyyətçisi və hadisə baş verən anda sürücüsü X3 olan **-FK-*** dövlət qeydiyyat nişanlı, “BMW M5” markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Yenə işə əlavə edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, **-FK-*** dövlət qeydiyyat nişanlı, “Bmw M5” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 15775 manat məbləğində müəyyən edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8753 saylı ekspert rəyində göstərilmişdir ki, 2013-cü il buraxılışlı, “BMW M5” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9198 manat müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6509 saylı ekspert rəyində göstərilmişdir ki, 2013-cü il buraxılışlı, “BMW M5” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9198 manat müəyyən edilmişdir. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, **-FK-*** dövlət qeydiyyat nişanlı, “BMW M5” markalı avtonəqliyyat vasitəsi "PAŞA Sığorta” ASC tərəfindən "Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hazırkı iş üzrə cavabdeh tərəfindən idarə olunan **-BM-*** dövlət qeydiyyat nişanlı, “BMW 3281” markalı avtonəqliyyat vasitəsi ilə **-FK-*** dövlət qeydiyyat nişanlı, “BMW M5” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı DYP əməkdaşları tərəfindən cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və sürücü 40 manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-FK-*** dövlət qeydiyyat nişanlı, “BMW M5” markalı avtonəqliyyat vasiitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği 15775 manat müəyyən edilmiş və xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana 100 manat azadolma çıxılmaqla 15 675 manat məbləğində sığorta ödənişi zərərçəkən avtonəqliyyat vasitəsinin sahibinə ödənilmişdir. Bundan sonra zərərvuran şəxsin (cavabdehin) mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmiş, nəticədə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən ziyan məbləği mübahisələndirildiyindən birinci instansiya məhkəməsi dəymiş ziyan məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyində ziyan məbləği 9198 manat müəyyən edilmişdir. Məhkəmə iddianı ekspert rəyindəki məbləğə uyğun təmin etmiş, iddiaçı qətnaməni həmin hissədə mübahisələndirərək apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı əldə edilmiş ekspert rəyində də avtonəqliyyat vasitəsinə dəymiş ziyan məbləği əvvəlki rəylə eynilik təşkil etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yenə həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. Qeyd edildiyi kimi Cavabdeh idarə etdiyi **-BM-*** dövlət qeydiyyat nişanlı, “BMW 3281” markalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və sonuncu tərəfindən **-FK-*** dövlət qeydiyyat nişanlı, “BMW M5” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. "xxxx" ASC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən, **-FK-*** dövlət qeydiyyat nişanlı, “Bmw M5” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 15775 manat müəyyən edilmiş və sığorta ödənişinin zərərçəkənə ödənilməsi həyata keçirilmişdir. Cavabdeh tərəfindən hüquqazidd əməl (delikt) nəticəsində vurulmuş ziyan məbləği sığorta şirkəti tərəfindən ödənildiyindən cavabdehdən ziyan məbləğini tələb etmək hüququ (Subroqasiya hüququ) "xxxx" ASC-yə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. AR MM-in 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yenə həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yenə də həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirkar Cavabdeh zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrində isə müəyyən edilmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» haqqında Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sadalanan maddi hüquq normalarını hazırkı işə tətbiq edən kollegiya qeyd edir ki, göstərilən əsaslar üzrə, yol-nəqliyyat hadisəsində təqsirli bilinən cavabdehə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia tələbi əsaslıdır, lakin dəymiş ziyan məbləği ilə bağlı iddia tələbinin, istərsə də apellyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təstiqini tapmadığından, iddia tələbi məhz ekspert rəyində qeyd olunan məbləğə uyğun təmin edilməlidir və bu barədə birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki hallarına tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə göstərilən halları tam araşdırmış, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin (ekspert rəyində qeyd olunan məbləğə uyğun) cavabdehdən tutulması ilə işin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı verdiyi apellyasiya şikayətinin əsaslarına dair istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməli, 50 manat ekspertiza xərci isə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-192/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının xərci olan 50 manat iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-135/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-135/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver