Məhkəmə qərarları › İş №2(105)-1357/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1357/2025

19.03.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1357/2025 19.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh11 Noğabil oğluna, cavabdeh13 Noğabil oğluna, cavabdeh12 Noğabil oğluna, Quliyeva Xalidə Qiyas qızına, Mehdiyeva Aygün Yaşar qızına, X6, Bakı şəhəri ** saylı Notariat Ofisinə, Bakı şəhəri * saylı Notariat Ofisinə, Abşeron rayon * saylı Notariat Ofisinə, Bakı şəhəri ** saylı Notariat Ofisinə, Bakı şəhəri ** saylı Notariat Ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Abşeron Ərazi Idarəsinə qarşı əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsinə dair iş üzrə (Açar sözlər: əqdin etibarsızlığı, daşınmaz əmlakın üzərində əşya hüquqlarının əldə edilməsi zamanı vicdanlılıq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə8 Zakir qızının, cavabdehlər cavabdeh11 Noğabil oğlunun, cavabdeh13 Noğabil oğlunun vəkili və nümayəndəsi X46, cavabdeh cavabdeh12 Noğabil oğlunun, cavabdeh Quliyeva Xalidə Qiyas qızının nümayəndəsi X7, nümayəndəsi və vəkili nümayəndə4 Tahir qızının, cavabdeh Mehdiyeva Aygün Yaşar qızının nümayəndəsi və vəkili nümayəndə2, cavabdeh X6 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh11 Noğabil oğluna, cavabdeh13 Noğabil oğluna, cavabdeh12 Noğabil oğluna, Quliyeva Xalidə Qiyas qızına, Mehdiyeva Aygün Yaşar qızına, X6, Bakı şəhəri ** saylı Notariat Ofisinə, Bakı şəhəri * saylı Notariat Ofisinə, Abşeron rayon * saylı Notariat Ofisinə, Bakı şəhəri ** saylı Notariat Ofisinə, Bakı şəhəri ** saylı Notariat Ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Abşeron Ərazi Idarəsinə qarşı əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən Iddiaçı İddiaçı, cavabdehcavabdeh11 Noğabil oğlu və cavabdeh cavabdeh13 Noğabil oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları 1.##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, *** saylı binanın ** saylı mənzili İddiaçı adına qeydə alınmışdır. Mənzilə dair onun adına ##.##.2024-cü il tarixdə texniki pasport tərtib olunmuşdur. 2.##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzilinə dair (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) İddiaçı adına qeydə alınmışdır. 3.##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili İddiaçı adına qeydə alınmışdır. 4.##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili İddiaçı adına qeydə alınmışdır. 5.##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili X13 adına qeydə alınmışdır. 6.##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili 88000 manata İddiaçı satmışdır. 7.##.##.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, hədiyyə qəbul etmək, kirayə vermək, bu əqdlər üzrə haqq-hesab aparmağı, vərəsəlik işlərini aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, miras payı bağışlamağı, Sığorta şirkətlərində, notariat ofisində, Asan Xidmətdə yerləşən bütün orqanlarda, Vergi orqanlarında, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətində, Fövqəladə Hallar Nazirliyində, Polis orqanlarında, Gömrük idarələrində, Mənzil istismar Sahələrində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi Idarəsində, Bələdiyyə və Icra orqanlarında, Asan Xidmət mərkəzində yerləşən bütün orqanlarda, Mobil operator şirkətlərində, Azərbaycan Qida Təhlükəsizliyi Agengtliyində, Kommunal idarələrdə, “xxxx” ASC-də, “xxxx” ASC-də, “xxxx" ASC-də, Dövlət Miqrasiya Xidmətində, Qeydiyyat şöbələrində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, alqı-satqı zamanı istənilən bank əməliyyatını yerinə yetirmək, eləcə də sənədləri, arayışları, çıxarışı, texniki pasportu, bölgü planını almağı, vergi hesabatlarını verməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından istənilən məzmunlu ərizə verməyi, imzalamağı, işləri ağarmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 30 il müddətinə cavabdeh11 Noğabil oğluna etibar etmişdir. 8.İddiaçı müvafiq notariat orqanına yazdığı ərizədən görünür ki, o, cavabdeh11 Noğabil oğluna verdiyi ##.##.2023-cü il tarixli etibarnamənin ləğv edilməsini xahiş etmişdir. 9.##.##.2024-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında nümayəndəsi cavabdeh11 Noğabil oğlu) Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzilini (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) cavabdeh13 Noğabil oğluna bağışlamışdır. 10.##.##.2024-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında nümayəndəsi cavabdeh11 Noğabil oğlu) Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, *** saylı binanın ** saylı mənzili cavabdeh13 Noğabil oğluna bağışlamışdır. 11.##.##.2024-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında nümayəndəsi cavabdeh11 Noğabil oğlu) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili cavabdeh13 Noğabil oğluna bağışlamışdır. 12.##.##.2024-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında nümayəndəsi cavabdeh11 Noğabil oğlu) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili cavabdeh13 Noğabil oğluna bağışlamışdır. 13.##.##.2024-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında nümayəndəsi cavabdeh11 Noğabil oğlu) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili cavabdeh13 Noğabil oğluna bağışlamışdır. 14.##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzilinə dair (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) cavabdeh13 Noğabil oğlunun adına qeydə alınmışdır. 15.##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili cavabdeh13 Noğabil oğlunun adına qeydə alınmışdır. 16.##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, *** saylı binanın ** saylı mənzili cavabdeh13 Noğabil oğlunun adına qeydə alınmışdır. 17.##.##.2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satıq müqaviləsinin surətindən görünür ki, cavabdeh13 Noğabil oğlu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili 74000 manata Quliyeva Xalidə Qiyas qızına satmışdır. 18.##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili Quliyeva Xalidə Qiyas qızının adına qeydə alınmışdır. Onun adına ##.##.2024-cü il tarixdə mənzilin texniki pasportu tərtib olunmuşdur. 19.##.##.2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satıq müqaviləsinin surətindən görünür ki, cavabdeh13 Noğabil oğlu Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) 165000 manata X11. 20.##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzilinə dair (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) X11 adına qeydə alınmışdır. 21.##.##.2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satıq müqaviləsinin surətindən görünür ki, cavabdeh13 Noğabil oğlu Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, *** saylı binanın ** saylı mənzili 71000 manata X6. 22.##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, *** saylı binanın ** saylı mənzili X6 adına qeydə alınmışdır. Onun adına ##.##.2024-cü il tarixdə mənzilin texniki pasportu tərtib olunmuşdur. 23.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Abşeron Ərazi Idarəsinin məktubundan görünür ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanunun 16.1 -ci maddəsinə əsasən 308013117534- 05301- 093037 reyetr nömrəli çıxarış ləğv edilmişdir. 24.Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli, MEB-***-**** nömrəli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzilinin (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) ##.##.2024-cü il tarixinə olan orta bazar qiyməti 280.000 (iki yüz səksən min) manat, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, *** saylı binanın ** saylı mənzilinin ##.##.2024-cü il tarixinə olan orta bazar qiyməti 95.750 (doxsan beş min yeddi yüz əlli) manat, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinin ##.##.2024-cü il tarixinə olan orta bazar qiyməti isə 89.600 (səksən doqquz min altı yüz) manat məbləğində müəyyən edilmişdir. a)Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 25.Iddiaçı İddiaçı cavabdehlər cavabdeh11 Noğabil oğluna, cavabdeh13 Noğabil oğluna, cavabdeh12 Noğabil oğluna, Bakı şəhəri * saylı Notariat Ofisinə, Abşeron rayon * saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Abşeron Ərazi Idarəsinə qarşı əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1) dair ##.##.2024-cü il tarixdə cavabdeh11 Noğabil oğlu ilə cavabdeh13 Noğabil oğlu arasında bağlanmış və Bakı şəhəri * saylı notariat ofisində təsdiq edilmiş *Ə- *** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə cavabdeh11 Noğabil oğlu ilə cavabdeh13 Noğabil oğlu arasında bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-664 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə cavabdeh11 Noğabil oğlu ilə cavabdeh13 Noğabil oğlu arasında bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə- 592 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə cavabdeh11 Noğabil oğlu ilə cavabdeh13 Noğabil oğlu arasında bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-591 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, *** saylı evin ** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə cavabdeh11 Noğabil oğlu ilə cavabdeh13 Noğabil oğlu arasında bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-663 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsi tərəfindən cavabdeh13 Noğabil oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, qeyd olunan daşınmaz əmlakların başqa şəxslərin qeyri-qanuni sahibliklərindən alınaraq onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Iddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1), Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili və Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, *** saylı evin ** nömrəli mənzili vardır. O, Almaniya Federativ Respublikasında yaşayır. Qardaşı oğlu cavabdeh11 Noğabil oğluna inandığı və etibar etdiyi üçün ##.##.2023-cü il tarixdə etibarnamə vermişdi ki, Azərbaycanda adına olan daşınar və daşınmaz əmlakları idarə edə bilsin, yəni onları icarəyə verib əldə olunacaq pulla kommunal haqqları ödəsin və qalan pulları da özü və ailəsinə, rayonda yaşayan xəstə və yaşlı anasına və qardaşlarına sərf etsin. Onsuz da, o, qardaşı Noğabil Bağırovun uşaqlarına, yəni Orxan, Sürac və cavabdeh12lara mütəmadi olaraq pul göndərirdi. Uzun illər qəriblik həyatı yaşayan biri kimi vətəninə və doğmalarına bağlıdır. cavabdeh11 dəfələrlə yaşadığı Almaniya Respublikasına dəvət etmiş, qonaq saxlamış, Azərbaycanda onu evləndirmiş, anadan olan uşaqlarının oxumaları və gələcəkdə cəmiyyətdə normal mütəxəsis kimi formalaşmaları üçün daima maddi və mənəvi kömək etmişdir. Qazancının yarısından çoxunu onlara və digər qohuməqrabalarıma sərf etmişdir. Lakin oktyabr ayının əvvəllərində doğmalarımın xəyanəti ilə üzləşmişdir. Tanışlarından biri on zəng edərək bildirmişdir ki, Orxan ona verdiyi etibarnamə ilə əmlakları satışa çıxarmış, hətta bir neçəsini satmışdır. Dərhal Bakı şəhərinə gəlmiş və Orxana verdiyi etibarnaməni ləğv etdirmişdir. Yaşadığım evə gedib baxış keçirərkən, evdə saxladığı 130000 Avronun və bahalı, təxminən 3500 Avroya aldığı və evdə saxladığı qızıl üzüyünün oğurlandığının şahidi olmuşdur (qeyd olunan cinayət faktı ilə bağlı Abşeron PI IŞ-də cinayət işinin istintaqı aparılır). Bakı şəhərinə gələndən sonra qardaşı oğlanları Orxan, Sürac və cavabdeh12lara, onların ataları Noğabilə dəfələrlə zəng etsə də, onlar zənglərə cavab verməmişlər. Artıq anlamışdır ki, onlar etibardan sui-istifadə edərək əmlaklar barəsində ona məlumat vermədən sərəncam vermişlər. Belə ki, 2024-cü ilin may-iyun-iyul aylarında cavabdeh11 Noğabil oğlu bağışlanma müqaviləsi bağlamaqla mülkiyyətimdə olan uxarıda qeyd olunan 5 daşınmaz əmlakı qardaşı cavabdeh13 Noğabil oğluna hədiyyə etmişdir. Bütün bunlarla bağlı isə ona heç bir məlumat verilməmişdir. Qeyd olunan müqavilələr bağlanarkən onun iradəsi ifadə olunmamışdır. Keçmiş SSRI dövründə həqiqi hərbi xidmətini Almaniyada çəkmiş və geri qayıtmayaraq orada hərbçi olaraq işləmişdir. Bu müddətdə Alman vətəndaşı olan bir xanımla ailə qurmuşdur. Indiyə kimi bir yerdə yaşayırlar və onların bu nikahdan üç övlad olmuşdur. Uşaqlar yetkinlik yaşına çatmışlar və özlərini Alman kimi hiss edirlər. Onların Azərbaycana gəlib yaşamaları sual altındadır və demək olar ki, belə bir fikirləri yoxdur. Ailəsini sevdiyi üçün onların yanlarında qalmaq məcburiyyətindədir. Bu məcburiyyət üzündən Azərbaycana çox az halda gəlib gedir. Yaşa dolduqca vətən və doğmaların həsrəti onu çox çəkir. Anası, qardaş-bacıları, onların övladları üçün çox darıxır. Almaniyada qazanc olaraq əldə etdiyi vəsaitlə yuxarıda qeyd olunan əmlakları almışdır. Hər bir halda isə nə vaxtsa vətənə gəlib burada qalmaq niyyətində olmuşdur. Yaşadığı ölkədə doğma kimsəsi yoxdur. Həyatda ən yaxın insan qardaş-bacılarını, onların övladlarını görmüşdür. Buna görə də orada yaşadığı gündən qardaş və bacılarım üçün hər bir şey etmişdir. Xüsusən də qardaşı Noğabil üçün Lənkəran şəhərində həyət alaraq müasir ev tikmiş, onun övladı olan Orxanı dəfələrlə yaşadığı ölkəyə aparmışdır. Onu evləndirmiş və hətta mülkiyyətində olan və hazırda mübahisələndirdiyi Xırdalan şəhəri, H.Əliyev pr., ev 263, mənzil 201-i ona ailəsi ilə birlikdə yaşaması üçün vermişdir. Hətta arvadı darıxmasın, uşaqların təhsilinə və tərbiyəsinə daha çox vaxt sərf etsin deyə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr ev 263 mənzil 203-ü müvəqqəti yaşaması üçün onun qayınanasına vermişdir. Qeyd olunan mənzillər biri-birinə qonşudurlar. Yaşadığı Almaniya dövlətində insanlar məhz bu şəkildə biribirilərinə yardım edirlər ki, inkişaf etsinlər. O da eyni prizmadan yanaşaraq qohumlarına bu rəftarı göstərmişdir. Lakin çox təəssüf ki, adlarını çəkdiyi qohumları ona xəyanət etməklə, illər uzunu əziyyətlə qazandığı əmlakları 20 günün içində dələduzluq yolu ilə mənimsəmişlər. Bu hadisələrə qədər o, demək olar ki, hər gün qardaşı və uşaqları ilə telefon əlaqəsi saxlamış, onlarla maraqlanmışdır. Hər üçü üçün, o cümlədən ataları üçün daima Almaniyadan avtomobillər göndərmişdir. Qardaşı uşaqlarının hər üçünü evləndirmişdir. Lakin buna baxmayaraq, elə ən böyük xəyanəti inandığı, etibar etdiyi cavabdeh olan qardaşı uşaqları etmişlər. “xxxx” ASC-dəki hesabında saxladığı 3138 manat pulun götürülübgötürülməməsi ilə maraqlandıqda məlum olmuşdur ki, qardaşı oğlu cavabdeh12 ona heç bir etibarnamə vermədiyi halda Rusiya Federasiyasında saxta etibarnamə düzəltmiş, onun adından yenidən qardaşı Orxana etibarnamə vermiş və Orxan da bank hesabında olan pulu götürmüşdür (Hüquq mühafizə orqanlarına etdiyi şikayət əsasında həmin pul məbləği cavabdeh12 tərəfindən ##.##.2024-cü il tarixdə onun bank kartına qaytarıldı). O, Alman dövlətində rəsmi olaraq evlidir. Əmlaklar üzərində sərəncam verilərkən notariuslar bunu araşdırmamışlar. Arvadı bu halları eşidəndən sonra onunla münasibəti soyumuşdur və aralarında narazılıq yaranmışdır. O və uşaqları elə başa düşürlər ki, guya o, qardaşı uşaqları ilə bunları qəsdən etmişdir ki, onları əmlak hüquqlarından məhrum etsinlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. 27.Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinadən, cavabdehlər cavabdeh11 Noğabil oğluna, cavabdeh13 Noğabil oğluna, cavabdeh12 Noğabil oğluna, Quliyeva Xalidə Qiyas qızına, Mehdiyeva Aygün Yaşar qızına, X6, Bakı şəhəri ** saylı Notariat Ofisinə, Bakı şəhəri ** saylı Notariat Ofisinə, Bakı şəhəri * saylı Notariat Ofisinə, Abşeron rayon * saylı Notariat Ofisinə, Bakı şəhəri ** saylı Notariat Ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Abşeron Ərazi Idarəsinə qarşı əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, İddiaçı tərəfindən cavabdeh11 Noğabil oğluna verilmiş ##.##.2023-cü il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1) dair ##.##.2024-cü il tarixdə cavabdeh11 Noğabil oğlu ilə cavabdeh13 Noğabil oğlu arasında bağlanmış və Bakı şəhəri * saylı notariat ofisində təsdiq edilmiş *Ə-*** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə cavabdeh11 Noğabil oğlu ilə cavabdeh13 Noğabil oğlu arasında bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-664 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə cavabdeh11 Noğabil oğlu ilə cavabdeh13 Noğabil oğlu arasında bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə- 592 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə cavabdeh11 Noğabil oğlu ilə cavabdeh13 Noğabil oğlu arasında bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-591 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, *** saylı evin ** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə cavabdeh11 Noğabil oğlu ilə cavabdeh13 Noğabil oğlu arasında bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-663 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq olaraq * saylı Bakı və * saylı Abşeron Ərazi Idarəsi tərəfindən cavabdeh13 Noğabil oğlunun adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, ev 2, ** saylı mənzilə dair (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) cavabdeh13 Noğabil oğlu ilə Mehdiyeva Aygün Yaşar qızı arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində təsdiq olunmuş 4Ə-1075 reyster nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsi tərəfindən Mehdiyeva Aygün Yaşar qızının adına verilmiş çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi ev 315, ** nömrəli mənzilə dair cavabdeh13 Noğabil oğlu ilə X8 arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində təsdiq edilmiş ##.##.2024-cü il tarixli, 4Ə-2077 reyester nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu alqı-satqı müqaviləsi əsasında X8 adına verilmiş ##.##.2024-cü il tarixli çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 263, *** nömrəli mənzilə dair cavabdeh13 Noğabil oğlu ilə Quliyeva Xalidə Qiyas qızı pr., ev32. arasında bağlanmış və Bakı şəhər ** saylı notariat ofisində təsdiq edilmiş ##.##.2024-tarixli, 4Ə-1768 reyester nömrəli alqı-satqı müqaviləsin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin * saylı Abşeron Ərazi Idarəsi tərəfindən Quliyeva Xalidə Qiyas qızının adına verilmiş ##.##.2024-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi və qeyd olunan daşınmaz əmlakların başqa şəxslərin qeyri-qanuni sahibliklərindən alınaraq onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 28.Daha sonra, iddiaçı yenə də MPM-nin 53-cü maddəsinə istinad etmiş və Xalidə Quliyevanın adına verilmiş çıxarışın ləğv olunması hissəsində iddia tələbinin həcmini azaltmışdır. 29.Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1) dair ##.##.2024-cü il tarixdə bağlanmış və Bakı şəhəri * saylı notariat ofisində təsdiq edilmiş *Ə-*** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-664 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024- cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-592 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-591 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, *** saylı evin ** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-663 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsini, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli və *** nömrəli mənzilləri İddiaçı qaytarılmasını, iddianın qalan hissədə təmin edilməməsini, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul cavabdeh11 Noğabil oğlu ilə cavabdeh13 Noğabil oğlundan müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). 30.Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144.1, 144.2, 144.3, 152.1, 152.5, 157.2, 157.4, 324.1, 337.1, 337.2, 337.3, 337.4, 359.1, 362.1, 362.2, 404.2, 425.1, 646.1 və 647-ci maddələrinə, Insan Hüquqlarının və X40 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri 31.Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair Qərar çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı iddia ərizəsində qeyd edilən dəlillərə istinad etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, cavabdeh cavabdeh13 bağışlama müqavilələri əsasında əldə etdiyi üç müxtəlif daşınmaz əmlakı az vaxt ərzində üçüncü şəxslərə satmışdır. Belə ki, Yasamal rayonu, Abbasqulu Ağa ünvan 4 ünvanlı mənzil bağışlama müqaviləsinin bağlanmasından cəmi 6 gün sonra Mehdiyeva Aygün Yaşar qızına 165.000 manat məbləğində, ünvan 3 ünvanlı mənzil 52 gün sonra X8 71.000 manata, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 263, mənzil 203 ünvanlı mənzil isə təqribən 5 ay sonra Quliyeva Xalidə Qiyas qızına 74.000 manata satılmışdır. Qətnamənin özündə belə qeyd edilir ki, əmlaklar bazar dəyərindən xeyli aşağı qiymətlə satılmışdır. Bununla belə, birinci instansiya məhkəməsi bu halları hüquqi qiymətləndirməyə cəlb etməmiş, sadəcə alıcıların əvəzli əsaslarla əmlak əldə etdiklərini qeyd etməklə kifayətlənmiş və onların vicdanlı alıcı olubolmadıqları ilə bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə yalnız formal mülahizələrlə çıxış edərək, işin faktiki xüsusatlarını araşdırmadan nəticəyə gəlmişdir. Halbuki, belə hallarda məhkəmə üçüncü şəxslərin vicdanlı alıcı olub-olmaması məsələsini hərtərəfli araşdırmalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin aşkar edilməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması. Bu normanın tələbi baxımından ilk növbədə iddiaçının mübahisəli əşyanın mülkiyyətçisi olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərarında göstərilmişdir ki, vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa maneənin varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanmasına mane olan halı bilmirsə (və ya vəziyyətin şərtlərinə görə bilməli deyilsə) vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir. Eyni zamanda, “X.Xəlilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, vicdanlı əldə edən isə əmlakı əvəzli əldə etdiyini, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilmədiyini və bilmək iqtidarında olmadığını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X53 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cıil tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2008-ci il tarixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin birbirinə olan inamının da azalmasına gətirib çıxarardı”. Qeyd olunan hüquqi yanaşmalardan aydın olur ki, vicdanlı əldə etmə yalnız alqısatqı müqaviləsinin mövcudluğu ilə deyil, həmin müqavilənin bağlanması prosesində alıcının şəxsi sayıqlıq borcunu yerinə yetirməsi ilə bağlı qiymətləndirmə əsasında müəyyən olunmalıdır. Halbuki, iş üzrə materiallardan göründüyü kimi, cavabdeh tərəfindən bağışlanma yolu ilə əldə olunan daşınmaz əmlaklar qısa müddət ərzində və bazar dəyərindən xeyli aşağıməbləğlərlə üçüncü şəxslərə satılmışdır. Bu faktın özü, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında vicdanlı alıcıya tətbiq olunan ağlabatan ehtiyatlılıq və sayıqlıq tələblərinin pozulduğunu göstərir. Əmlakların qiymətində bu qədər əhəmiyyətli fərq olması, alıcılarda əqdin etibarlılığı və hüquqi vəziyyəti ilə bağlışübhə doğurmalı idi. Başqa sözlə desək, belə qiymətlərlə əldə edilən əmlakın hüquqi baxımdan mübahisəli olması ehtimalı olduqca yüksək olduğu üçün alıcılar bunu bilməli və araşdırmalı idilər. Lakin onların bu öhdəlikləri yerinə yetirmədiyi halda, “vicdanlı alıcı” hüquqi statusunun onlara şamil edilməsi yol verilməzdir. Eyni zamanda, bağışlama müqavilələrindən dərhal sonra əmlakların qısa müddət ərzində və bazar qiymətindən aşağı qiymətlərlə satılması, bu alqı-satqıların həqiqiliyinə şübhələri artırır və onların adi kommersiya əsasları ilə deyil, əvvəlcədən razılaşdırılmış, əlaqəli şəxslər arasında həyata keçirildiyini istisna etmir. Bu xüsusatlar vicdanlı əldə etmənin mövcud olub-olmadığını bir daha şübhə altına alır. Belə vəziyyətdə məhkəmə, cavabdehlərlə üçüncü şəxslər arasında münasibətlərin xarakterini, əlaqələrin mövcudluğunu, əmlakların hansı üsulla satışa çıxarıldığını (məsələn, açıq elanla, bazar mexanizmləri iləmi, yoxsa daxili sövdələşmələrləmi) araşdırmalı idi. Eyni zamanda, alıcıların əmlakın hüquqi vəziyyəti barədə məlumatsız olub-olmadıqları, qiymətin bazar şərtlərinə uyğun olub-olmaması,alıcıların alqı-satqı zamanı sayıqlıq və ehtiyatlılıq göstəribgöstərmədiyi kimi hallar qiymətləndirilməli idi. Bütün bunların araşdırılmaması, məhkəmənin iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmaq vəzifəsini yerinə yetirmədiyini göstərir. Bu isə maddi hüquq normalarının və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqelərin pozulması ilə nəticələnmişdir. Əgər bu hallar araşdırılmış olsaydı, həmin əmlakların üçüncü şəxslər tərəfindən vicdanlı şəkildə əldə edilmədiyi müəyyən etmiş olardı. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh11 hərəkətləri nəticəsində daşınmaz əmlaklarının özgəninkiləşdirildiyini öyrəndikdən dərhal sonra Abşeron Rayon Məhkəməsinə müraciət edərək əmlaklar üzərinə müvəqqəti təminat tədbiri qismində həbslər qoyulmasını və onların özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli, e-16(012)-406/2024saylı qərardadı ilə həmin əmlakların özgəninkiləşdirilməsi və çıxarışların verilməsi qadağan edilmiş və qərardad uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətində qeydiyyata alınmışdır. Lakin bütün bunlara baxmayaraq,##.##.2024-cü il tarixində, yəni müvəqqəti təminat tədbiri artıq qüvvədə olduğu bir vaxtda, cavabdeh13 Noğabil oğlu Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilini Quliyeva Xalidə Qiyas qızına 74.000 manata satmışdır. Belə olan halda, artıq daşınmaz əmlakın dövlət reyestrində əmlak üzərində sərəncam hüququnun məhdudlaşdırılmasına dair məlumat mövcud olmuşdur və alqı-satqı müqaviləsini bağlayan hər bir şəxs bu hüquqi məhdudiyyətdən xəbərdar olmalı idi. Daşınmaz əmlakın dövlət reyestrindəki məlumatlara güvənərək əşya hüququ əldə etmiş üçüncü şəxsin hüquqlarının müdafiə olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140; 148.2 və 149.2-ci maddələrində nəzərdə tutulmuşdur. Bu baxımdan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş reyestrdəki məlumatların həqiqiliyi və tamamlığı prezumpsiyası yalnız o hallarda tətbiq oluna bilər ki, əldə edən şəxs reyestrdəki qeydlərə etibar etmiş və reyestrdə heç bir məhdudiyyət və ya etiraz qeydi olmamışdır. Lakin bu iş üzrə belə bir hal yoxdur. Əksinə, qeyd olunan reyestr məlumatları əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair məhkəmə qərarını əks etdirirdi. Həmin presedentə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsiaçıq şəkildə bildirir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya düzgün qeydiyyat əsassız çıxarılmış və ya dəyişdirilmişsə, bu zaman daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi barədə iddia qaldıra bilər. Bu normaya əsasən, qeydiyyatın formal mövcudluğu vicdanlılıq anlayışı ilə şərtləndirildiyi üçün əgər əldə edən şəxs qeydiyyatın etibarsız olduğunu bilərsə və ya bilməli olardısa, bu zaman onun hüquqları müdafiə edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, “hətta daşınmaz əmlakın dövlət reyestrinə güvənin qorunması da mütləq deyil, bunun da istisnaları var. Belə ki, həmin reyestrə etimad edən şəxsin də özündən qaynaqlanmayan bəzi obyektiv hallarda hüquqları müdafiə olunmur, vicdanlı əldə etmə qaydaları ona tətbiq edilmir, əşya mülkiyyətçiyə qaytarılır. Məsələn, bir torpaq sahəsinə dair dövlət reyesrində iki ayrı şəxsin adına mülkiyyət qeydi olduqda, onlardan birindən əşya hüququ əldə edən şəxsə, yaxud qanuni rejimə görə ər-arvadın ümumi mülkiyyəti sayılan, lakin reyestrdə ərin adına fərdi mülkiyyət kimi qeydə alınmış mənzili sonuncu ilə bağlanmış müqavilə əsasında əldə edən şəxsin vicdanlılığı qorunmur. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, əşya hüquqları qazanmaq istəyən şəxslər istər sahiblik vəziyyətinə, istər dövlət reyestrinə etimad etsin, bəzi hallarda əldə olunan hüquqlar müəyyən risklərlə müşayət olunur. Bu risklərin hansı qaydada bölüşdürülməsi, yəni riskin mülkiyyətçinin, yoxsa əldə edən vicdanlı şəxsin üzərində qalacağı ilə bağlı seçim qanunvericiyə aiddir. Məhkəmə bu seçimi (hüquq siyasətini) gözardı edərək, öz mülahizəsi ilə pozitiv (qüvvədə olan) hüquqdan yan keçib, “arzu etdiyi” hüququ tətbiq edə bilməz.” Bütün bu hallardan göründüyü kimi,Quliyeva Xalidə Qiyas qızının vicdanlı alıcı olması şübhə doğurur, çünki daşınmaz əmlakın hüquqi vəziyyətindəki məhdudiyyətlər reyestrdə aydın şəkildə əksetdirilmişdi və o bu məlumatları bilməli idi. Belə şəraitdə, məhkəmənin reyestrə əsaslanaraq şəxsin vicdanlı alıcı olduğunu qəbul etməsi hüquqi cəhətdən əsassızdır və həm Mülki Məcəllənin 140, 148.2 və149.2-ci maddələrinə, həm də Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə ziddir. Nəticə etibarilə, .birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi və faktiki əsaslandırmadan məhrum olmaqla yanaşı, iş üzrə vacib halların araşdırılmaması ilə müşayiət olunduğundan, həmin qətnamənin qanunsuz və əsassız hesab edilərək ləğv edilməlidir. 33.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə iclasına sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək məhkəmə iclasına rəhbərlik edir, baxılan işə aidiyyəti olmayan hər şeyi məhkəmə baxışından çıxarır. Bununla belə, hazırkı iş üzrə birinciinstansiya məhkəməsi tərəfindən qeyd olunan əsas prinsiplərə əməl edilməmiş, məhkəmə əmlakların bağışlanma müqavilələrindən dərhal sonra, bazar dəyərindən xeyli aşağı qiymətlərlə satılması kimi mühüm hüquqi və faktiki hallara hüquqi qiymət verməmiş, bu əqdlərin həqiqi xarakterini və onların vicdanlı əldə edənlər tərəfindən alınıb-alınmadığı ilə bağlı heç bir araşdırmamışdır. Məcəllənin 217.2-ci maddəsində təsbit edilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin birinci instansiya məhkəməsi nəAzərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsininə də Konstitusiya Məhkəməsinin vicdanlı əldə etməyə dair presedent hüququnu düzgün tətbiq etməmişdir. Qətnamədə sadəcə alıcıların “əvəzli əsaslarla” əmlak əldə etməsi faktı qeyd edilmiş, lakin onların vicdanlılıq statusu heç bir sübuta və hüquqi arqumentə əsaslanmadan,əsassız vəformal şəkildə qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 218-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin baxılan iş üzrə qətnamədə əmlakların bazar dəyərindən aşağı satılmasının səbəbi, satışdan əvvəl və sonra cavabdehlərlə üçüncü şəxslər arasında hər hansı hüquqi, iqtisadi və ya ailəvi əlaqənin olubolmaması, əmlakların necə satışa çıxarıldığı – bazara açıq təqdim edilib edilmədiyi, reklam olunub-olunmadığı, yoxsa daxili razılaşmalarla satıldığı, alıcıların satışın hüquqi vəziyyətindən məlumatlı olub-olmadığı kimi həlledici əhəmiyyətə malik hallar heç bir şəkildə araşdırılmamış, bu barədə tərəflər dinlənilməmiş, sübutlar toplanmamış və dəyərləndirilməmişdir. Məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət etməlidir. Apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilməli, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. 34.Cavabdehlər cavabdeh11 Noğabil oğlu və cavabdeh13 Noğabil oğlu apellyasiya şikayətləri verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ciil tarixli, e-*(***)-***/**** saylı saylı qətnaməsinin ləğv edilməsini, iddiaçı İddiaçı cavabdeh olaraq ona və qardaşı cavabdeh11 Noğabil oğluna, cavabdeh12 Noğabil oğluna, Bakı şəhəri * saylı Notariat Ofisinə, Abşeron rayon * saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Abşeron Ərazi Idarəsinə qarşı əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi barədə iddiasının rədd edilməsini xahiş etmişlər. 35.Onlar apellyasiya şikayətlərini eyni məzmunda yazmışlar. Apellyasiya şikayətlərini belə əsaslandırmışlar ki, sözü gedən qətnamə ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzilinə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi,ev 8, M5, mənzil 1) dair ##.##.2024-cü il tarixdə bağlanmış və Bakı şəhəri * saylı notariat ofisində təsdiq edilmiş *Ə-*** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-664 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024- cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-592 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-591 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, *** saylı evin ** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-663 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli və *** nömrəli mənzilləri İddiaçı qaytarılmış, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmənin bu qənaətini aşağıdakılara əsasən əsassız və qanunsuz hesab edir: Məhkəmə qeyd olunan qənaətə gələrkən hesab etmişdir ki, iddiaçı İddiaçı məxsus 3 mənzili özgəninkiləşdirməyə İddiaçı niyyəti olmamış, nəticədə onun və digər cavabdeh olan qardaşı O. Bağırovun həmin mənzilləri özəlləşdirməklə ona maddi zərər vurmuşlar. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əgər İddiaçı mənzilləri bağışlamaq niyyəti olsaydı, bunu bir başa ona bağışlama barədə əqdlərlə həyata keçirə bilərdi. Lakin məhkəmə belə nəticəyə gəlməkdə haqlı olmamışdır. Iddiaçı İddiaçı şəxsi əmlakı üzərində necə və hansı formada sərəncan verməsi onun subyektiv hüququdur. Onun həmin əmlakları üzərində bütün səlahiyyətləri icra etməsi məqsədilə qardaşı cavabdeh11 etibarnamə verməsi əslində belə qənaətə gəlməyə əsas verir ki, həmin əmlakların alqı-satqı və ya bağışlama müqaviləsi əsasında, eləcə də digər hər hansı qanuni yolla özgəninkiləşdirilməsinin iddiaçı İddiaçı üçün heç bir əhəmiyyət kəsb etməmişdir. Qardaşı cavabdeh11 da iddiaçı İddiaçı daşınmaz əmlakı üzərində qanunsuz deyil, tam qanuni əsaslarla fəaliyyət göstərmişdir. Belə ki, iddiaçı İddiaçı tərəfindən daşınmaz əmlakı üzərində bütün hüquqlarının həyata keçirilməsinə dair qardaşı cavabdeh11 ##.##.2023-cü il tarixdə * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin notarial ofisi tərəfindən təsdiq edilmiş etibarnamə verilmişdir. Həmin etibarnamə özü mübahisə olunmayan haldır, qanunidir, dövlət orqanı tərəfindən tam qanuni əsaslarla notarial qaydada verilmiş, iddiaçının özü tərəfindən etibarnamədə qeyd edilən səlahiyyətlər müəyyənləşdirimişdir. Etibarnamənin məzmunundan və işin faktiki hallarından görünür ki, cavabdeh11 etibarnamədə nəzərdə tutulmuş səlahiyyətlərdən kənara çıxmayıb, kənar hər hansı bir niyyətdən söhbət belə gedə bilməz, etibarnamədə nəzərdə tutulmuş şərtlər daxilində həyata keçirilib. Qardaşı cavabdeh11 da məhz həmin etibarnamədə göstərilmiş səlahiyyətlərdən istifadə edərək iddiaçı İddiaçı mülkiyyətində olmuş hazırda mübahisələndirilən mənzilləri bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Iddiaçı İddiaçıla qardaşı cavabdeh11 arasında iş birliyi, yəni birgə biznes ortaqlığı olduğuna görə etibarnamədə göstərilən səlahiyyətlər iddiaçının maraqlarına uyğun olmuşdur. Həmin mənzillərin bir hissəsi demək olar ki, onların ümumi bizneslərindən əldə edilmiş vəsait hesabına alınmışdır. Mənzillərin qardaşı cavabdeh11 tərəfindən ona bağışlanılmasından iddiaçı İddiaçı da əvvəlcədən məlumatı olmuş, heç bir etirazı olmamışdır. Əslində, həmin etibarnamədə etibaredilənin, yəni təmsilçi cavabdeh11 üzərinə elə bir öhdəlik qoyulmayıb ki, o, hər hansı bir əməliyyatı aparmamışdan əvvəl və ya aparılmış əməliyyatlardan dərhal sonra etibar edənə, yəni təmsil olunan İddiaçı məlumat versin. Iddiaçı İddiaçı qeyd olunan etibarnaməni, bağışlama və alqı-satqı müqavilələrini hazırda məhkəmədə mübahisələndirməsinə səbəb aralarında yaranmış müəyyən öhdəliklərlə bağlı olmuşdur. Bildirir ki, iddiaçı İddiaçı Lənkəran r-nu, Yuxarı Nüvədi kəndində şəxsi ev inşa etdirmək istəmişdir. Həmin evlə bağlı görüləcək bütün tikinti inşaat işlərini, yəni həmin evinin tikintisi üçün lazım olan tikinti materiallarının alınmasına ödənilən xərclər, ustaların evin inşa edilməsi üçün dəvət edilmələrini, onlara verilən zəhmət haqqı və digər zəruri xərclər İddiaçı öz xahişi əsasında qardaşı cavabdeh11 tərəfindən ödənilmişdir. Həmçinin aralarında olan razılaşmaya əsasən qardaşı cavabdeh11 tərəfindən ödənilən xərclər İddiaçı mübahisələndiriyi evlərin satışından əldə edilə biləcək vəsait hesabına ödənilməli idi. Həmin halın araşdırılması məqsədilə tərəflərindən verilmiş vəsatət əsasında X20, X14, X18, X15 və X12 məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmişlər. Qeyd olunan şəxslər ifadələrində yuxarıda qeyd olunan xüsusatları təsdiq etmişlər. Bundan başqa, qardaşı cavabdeh11 iddiaçı İddiaçı təklifi əsasında onun şəxsi işlərindən ötrü çəkmiş olduğu xərclərə dair əlyazma qeydlərini məhkəmə araşdırması zamanı məhkəmədə təqdim olunmuş, mülki işin materiallarına əlavə olunmuşdur. Bundan başqa, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin 201 ünvanda və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli ünvanda yerləşən mənzillərin onun mülkiyyətinə keçməsinə səbəb qardaşı cavabdeh11la iddiaçı İddiaçı arasında olan biznes fəaliyyətlərində yaranmış müəyyən maliyyə problemlərinin olması və həmin problemlərin aradan qaldırılmasına hər ikisinin xahişi ilə tərəfindən edilmiş maliyyə dəstəyi olmuşdur. Belə ki, ünvan 1 ünvanda yaşayan X9 tərəfindən ümumilikdə 130 000 (yüz otuzmin) manat dəyərində 2 ədəd “SPRINTER” markalı mikroavtobus, 1 ədəd isə “MERSEDES E” klass gətizdirmək üçün onun vasitəsilə qardaşı cavabdeh11 verilmiş, sonuncu da pulu həmin vaxt Almaniyada olan iddiaçı İddiaçı vermişdir. Lakin maşınların onlar tətəfindən vəd edilmiş vaxtda Almaniyadan Azərbaycana gətizdirilməsi təmin edilməmiş, nəticədə E.Novruzovla aralarında narazılıq yaranmışdır. E.Novruzovun vermiş olduğu pulu isə nə qardaşı cavabdeh11, nə də İddiaçı tərəfindən qaytarılmamışdır. E.Novruzov pulunu onlardan deyil, ondan tələb etmişdir. Qardaşı cavabdeh11la iddiaçı İddiaçı arasında olan razılaşmadan sonra hər ikisinin təklifi ilə həmin pulu öz şəxsi vəsaiti hesabına E.Novruzova qaytarmışdır. Hansı ki,həmin pulu o və həyat yoldaşı X16 işləyib əziyyətlə yığmışlar. Məqsədləri də ev almaq olmuşdur. Qardaşı cavabdeh11 və iddiaçı İddiaçı E.Novruzovun onlara vermiş olduğu pulunu şəxsi vəsaiti hesabına qaytarılmasını ondan xahiş etmişlər. Həmçinin onu tam arxayın etdilər ki, E.Novruzova vermiş olduğu pulu qısa müddət ərzində ona qaytaracaqlar. Lakin müəyyən müddət keçdikdən sonra pulnu qaytarmaq imkanları olmadığına görə həyat yoldaşıyla aralarında narazılıq yaranmışdır. Bu barədə həm qardaşı cavabdeh11 və həm də iddiaçı İddiaçı məlumatlı olmuşlar. Ona görə də onlar öz aralarında razılaşdıqdan sonra verdiyi borc pul əvəzinə iddiaçı İddiaçı vermiş olduğu həmin etibarnamə əsasında qardaşı cavabdeh11 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin 201 ünvanda və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli ünvanda yerləşən mənzillər bağışlama müqaviləsi əsasında ona bağışlamış, daha sonra bağışlama müqaviləsi əsasında mülkiyyətinə keçmişdir. Qeyd olunan hər iki xüsusat üzrə şahidlərin dindirilməsi təmin edilməsinə və onların həmin xüsusatları təsdiq etmələrinə, eləcə də məhkəməyə əlavə sübut təqdim edilməsinə baxmayaraq, həmin qətnamə qəbul edilərkən məhkəmə tərəfindən göstərlən xüsusatlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmişdir. Bundan başqa, məhkəmə İddiaçı iddiasının Abşeronrayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilə münasibətdə Quliyeva Xalidə Qiyas qızını, Bakı şəhəri,Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzilə (yeni qaydalarla Bakı şəhəri,Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) münasibətdə Mehdiyeva Aygün Yaşar qızını, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, *** saylı binanın ** saylı mənzilə münasibətdə X6 vicdanlı alıcı hesab edilməsi hüquqi anlamda onunla cavabdeh qardaşı cavabdeh11la aralarında olan əqdin qanuni olması nəticəsinə gəlməyə əsas verir. Daha sonra, təmsilçi cavabdeh11 təmsil edilən iddiaçının adından mənzili qardaşı cavabdeh cavabdeh13 bağışlaması şəxsən özü barəsində əqd bağlaması anlamına gəlmir. Çünki, MM-nin 359.3-cü maddəsinin mənasına görə, təmsil edilənin mənafelərinin müdafiəsi və mümkün sui-istifadə hallarının qarşısını almaq məqsədi ilə təmsilçiyə təmsil edilənin adından özü ilə və ya təmsil etdiyi başqa şəxslə əqd bağlaması qadağandır. Təmsilçinin şəxsən özü ilə əqd bağlaması dedikdə- onun bilavasitə öz mənafeyi üçün, öz xeyrinə əqd bağlaması başa düşülür. Mənzilə dair alqı-satqı müqavilələri də MM-də müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanmışdır. Həmin müqavilələrin etibarsızlığı üçün əsasların olmadığı, dövlət reyestrinin məzmununun həqiqiqiliyi və tamlığı prezumpsiyası baxımından mənzilləri almış şəxslər də vicdanlı əldə edənlərdir. MM-nin 359.1-cimaddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin)etibarnaməyə...əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsiledilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində(ikitərəfli və yaçoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfliəqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həmdə ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 36.Cavabdeh Quliyeva Xalidə Qiyas qızının nümayəndəsi və vəkili nümayəndə4 Tahir qızı tərəfindən etiraz verərək bldirmişdir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh13 Noğabil oğluna, cavabdeh12 Noğabil oğluna, cavabdeh11 Noğabil oğluna, Quliyeva Xalidə Qiyas qızına və digərlərinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət ertmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Iddiaçı həmin qətnamədən apellyasiya şikayətini vermişdir. Iddiaçının apellyasiya şikayətinə etiraz edərək, aşağıdakıları bildirmək istəyirlər: 1.Ilk öncə qeyd etmək istəyirlər ki, cavabdeh Quliyeva Xalidə Qiyas qızı mübahisə predmetindən biri olan ünvan 2 ünvanda yerləşən *** nömrəli mənzili Xəyyam adlı makler vasitəsilə almış və alqı-satqı müqaviləsi bağlanmamışdan qabaq mənzilin satıcısı olan cavabdeh cavabdeh13 Noğabil oğlunu tanımırmış. Xəyyam adlı makler cavabdeh Quliyeva Xalidə Qiyas qızının yeznəsi olan X17 (sözügedən mənzil ilə bağlı yazışmalar Tural ilə aparılırdmış) cavabdeh cavabdeh13 Noğabil oğlunun adına ünvan 2 ünvanda yerləşən *** nömrəli mənzilə dair ##.##.2024-cü il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışı göndərmişdir. Mənzil cavabdeh Quliyeva Xalidə Qiyas qızı tərəfindən bəyənilib və ##.##.2024-cü il tarixdə ** saylı notariat ofisində cavabdeh Quliyeva Xalidə Qiyas qızı ilə cavabdeh cavabdeh13 Noğabil oğlu arasında ünvan 2 ünvanda yerləşən *** nömrəli mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlanılarkən, ƏMDX-nın yanında DƏDRX-nin Abşeron Ərazi Idarəsi tərəfindən Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayış (həmin sənəd AR Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə Bakı şəhəri ** saylı notariat ofisi, X2 tərəfindən ##.##.2024-cü il tarixində 16:38-də çap edilmişdir) verilmişdir. Həmin Arayışdan da görünür ki, sözügedən mənzilin mülkiyyətçisi cavabdeh cavabdeh13 Noğabil oğludur və ##.##.2024cü il saat 16:38 tarixinə olan məlumata əsasən bu mənzilə dair məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Bundan əlavə, cavabdeh Quliyeva Xalidə mənzili 74.000 manata almış və bu məbləği satıcı olan cavabdeh cavabdeh13 Noğabil oğlunun notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəmişdir. Göründüyü kimi, cavabdeh Quliyeva Xalidə ilə cavabdeh cavabdeh13 arasında alqı-satqı müqaviləsi bağlanan zaman AR ƏMDX-nın yanında DƏDRX-nin Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən satılan mənzilə mülkiyyət hüququ satıcı olan cavabdeh cavabdeh13 məxsus olmuş və mübahisəli mənzilə dair alqısatqı müqaviləsi məhz dövlət tərəfindən verilmiş bu çıxarışa etimad və güvən əsasında bağlanmışdır. Buna görə də iddiaçının apellyasiya şikayətində “...## ###### 2024-cü il tarixdə artıq daşınmaz əmlakın dövlət reyestrində əmlak üzərində sərəncam hüququnun məhdudlaşdırılmasına dair məlumat mövcud olmuşdur və alqı-satqı müqaviləsinin bağlayan hər bir şəxs bu hüquqi məhdudiyyətdən xəbərdar olmalı idi” göstərilməsi həqiqətə uyğun deyil. Çünki, yuxarıda qeyd etdikləri kimi, notariat ofisində alqı-satqı müqaviləsi bağlanılarkən, həmin mənzilin üzərində məhdudiyyət olmamasına dair arayış təqdim olunmuşdur. Iddiaçının fikrincə cavabdeh Quliyeva Xalidə mənzili almamışdan qabaq notariusdan kənar əlavə araşdırma aparmalı idi, mənzil ilə bağlı hər hansı mübahisə olubolmamasına dair müxtəlif məhkəmələrə sorğu göndərməli idi. Bu olan halda, “notariuslar nəyə görə lazımdır?” sual ortaya çıxır. Məhkəmə də öz qətnaməsində düzgün vurğulayır ki, “...Mehdiyeva Aygün Yaşar qızı, X8 və Quliyeva Xalidə Qiyas qızının əmlakları onlara satan S.cavabdeh12 səlahiyyətsiz şəxs olub-olmadığını müəyyənləşdirməyə isə heç bir fiziki və ya texniki imkanları olmamışdır”. Bundan əlavə, alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra ##.##.2024-cü il tarixdə cavabdeh Quliyeva X32 rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, ev 263 ünvanda yerləşən *** nömrəli mənzilə dair ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı almışdır. Hesab edirlər ki, cavabdeh Quliyeva Xalidə Qiyas qızının vicdanlı alıcı olmasında heç bir şübhə yoxdur və Abşeron Rayon məhkəməsi öz qətnaməsində düzgün nəticəyə gəlmişdir ki, “...mübahisəli daşınmaz əmlakların alqı-satqısı barədə müqavilələr üzrə Mehdiyeva Aygün Yaşar qızı, X8 və Quliyeva Xalidə Qiyas qızı vicdanlı əldə edən statusundadırlar, çünki əqdin legitimsizliyi barədə onların heç birində şübhə olmamışdır”. AR Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2020-ci il tarixli Qərarına əsasən, Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. AR Konstitusiya Məhkəməsinin Plenumunun “AR Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2010-cu il tarixli Qərarına əsasən, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır”. AR Konstitusiya Məhkəməsinin Plenumunun “xxxx” ASC-nin şikayəti üzrə” ## #### 2018-ci il tarixli Qərarında qeyd edilir ki, “Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. AR Konstitusiya Məhkəməsinin Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə” ## ####### 2004-cü il tarixli Qərarına əsasən, “əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. AR Konstitusiya Məhkəməsinin Plenumunun “H.Cəfərovun şikayəti üzrə” ## ######## 2014-cü il tarixli Qərarına əsasən, “Əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir”. 2. Iddiaçı apellyasiya şikayətində qeyd edir ki, “..Qətnamənin özündə belə qeyd edilir ki, əmlaklar bazar dəyərindən xeyli aşağı qiymətlə satılmışdır.” Bununla bağlı qeyd etmək istəyirik ki, bu məhkəmənin gəldiyi nəticə deyil, sadəcə iddiaçının məhkəmədə verdiyi izahatdan götürülmüşdür. Məhkəmə zamanı maklerlər (həmin maklerlər vasitəsilə Quliyeva Xalidə mənzil almışdır) şahid qismində dindirilmiş və onlar bildirmişlər ki, mənzilin real bazar qiyməti elə bu məbləğdədir. 3. Iddiaçı öz apellyasiya şikayətində qeyd edir ki, “...Qətnamədə əmlakların bazar dəyərindən aşağı satılmasının səbəbi, satışdan əvvəl və sonra cavabdehlərlə üçüncü şəxslər arasında hər hansı hüquqi, iqtisadi və ya ailəvi əlaqənin olubolmaması, əmlakların necə satışa çıxarıldığı – bazara açıq təqdim edilib edilmədiyi, reklam olunub-olunmadığı, yoxsa daxili razılaşmalarla satıldığı, alıcıların satışın hüquqi vəziyyətindən məlumatlı olub-olmadığı kimi həlledici əhəmiyyətə malik hallar heç bir şəkildə araşdırılmamış, bu barədə tərəflər dinlənilməmiş, sübutlar toplanmamış və dəyərləndirilməmişdir.” Qeyd etmək istəyirlər ki, məhkəmə zamanı bir neçə makler şahid qismində dindirilmiş və onların verdiyi izahatlarda mənzillərin real bazar qiymətindən aşağı məbləğdə satılması müəyyən olunmamışdır, əksinə maklerlər bildirdilər ki, mənzillərin dəyəri elə satıldığı dəyərindədir. Mənzillərin aşağı qiymətə satılmasını yalnız iddiaçı bildirirdi, lakin öz sözlərini heç bir sübutla təsdiq etməmişdi. Hesab edirlər ki, Abşeron Rayon Məhkəməsi işi hərtərəfli araşdırmış və qanuni qətnamə qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, xahiş edirlər ki, iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin və Abşeron rayon məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. 37.Cavabdeh Mehdiyeva Aygün Yaşar qızının vəkili-nümayəndəsi nümayəndə2 tərəfindən etiraz verərək bildirmişdir ki, iddiaçı İddiaçı ona və digər cavabdehlərə qarşı əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, digər cavabdehlərə qarşı olan tələbləri ilə yanaşı ona qarşı olan tələbində Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, ev 2, ** saylı mənzilə dair (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) cavabdeh13 Noğabil oğlu ilə Mehdiyeva Aygün Yaşar qızı arasında bağlanmış və Bakı şəhəri ** saylı notariat ofisində təsdiq olunmuş 4Ə-1075 reyster nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi Idarəsi tərəfindən Mehdiyeva Aygün Yaşar qızının adına verilmiş çıxarışın ləğv edilməsi və qeyd olunan daşınmaz əmlakların başqa şəxslərin qeyri-qanuni sahibliklərindən alınaraq onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1) dair ##.##.2024-cü il tarixdə bağlanmış və Bakı şəhəri * saylı notariat ofisində təsdiq edilmiş *Ə-*** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-664 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-592 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-591 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, *** saylı evin ** nömrəli mənzilinə dair ##.##.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon * saylı notariat ofisində 4Ə-663 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli və *** nömrəli mənzillərin İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mehdiyeva Aygün Yaşar qızına, X8 və Quliyeva Xalidə Qiyas qızına münasibətdə öz qətnaməsini aşağıdakı kimi əsaslandırmışdır : Mehdiyeva Aygün Yaşar qızı, X8 və Quliyeva Xalidə Qiyas qızı mübahisəli mənzilləri alarkən bu əmlakların statusu ilə bağlı müvafiq notariat orqanları tərəfindən araşdırılma aparılmış və əmlakların üçüncü şəxslərin iddiasından kənar olduğu müəyyən edilmişdir. Mehdiyeva Aygün Yaşar qızı, X8 və Quliyeva Xalidə Qiyas qızının əmlakları onlara satan S.cavabdeh12 səlahiyyətsiz şəxs olub-olmadığını müəyyənləşdirməyə isə heç bir fiziki və ya texniki imkanları olmamışdır. Əmlakın hər hansı qiymətə alınması və ya satılması isə əqdin legitimsizliyinə əsas hesab edilə bilməz, çünki qüvvədə olan qanunvericiliyə görə əmlakın mülkiyyətçisi onu istədiyi qiymətə sata, alıcı isə həmin qiymətlə razılaşıb onu ala bilər. Başqa sözlə, məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlakların alqı-satqısı barədə müqavilələr üzrə Mehdiyeva Aygün Yaşar qızı, X8 və Quliyeva Xalidə Qiyas qızı vicdanlı əldə edən statusundadırlar, çünki əqdin legitimsizliyi barədə onların heç birində şübhə olmamışdır. Iddiaçı İddiaçı Abşeron rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Iddiaçı öz apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə alıcıların əvəzli əsaslarla əmlak əldə etdiklərini qeyd etməklə kifayətlənmiş və onların vicdanlı alıcı olubolmadıqları ilə bağlı heç bir araşdırma aparmalı, cavabdehlərlə üçüncü şəxslər arasında münasibətlərin xarakterini, əlaqələrin mövcudluğunu, əmlakların hansı üsulla satışa çıxarıldığını (məsələn, açıq elanla, bazar mexanizmləri iləmi, yoxsa daxili sövdələşmələrləmi) araşdırmalı , eyni zamanda, alıcıların əmlakın hüquqi vəziyyəti barədə məlumatsız olub-olmadıqları, qiymətin bazar şərtlərinə uyğun olub olmaması, alıcıların alqısatqı zamanı sayıqlıq və ehtiyatlılıq göstərib-göstərmədiyi kimi hallar qiymətləndirilməli idi. Həmçinin məhkəmə əmlakların bağışlanma müqavilələrindən dərhal sonra, bazar dəyərindən xeyli aşağı qiymətlərlə satılması kimi mühüm hüquqi və faktiki hallara hüquqi qiymət verməmiş, bu əqdlərin həqiqi xarakterini və onların vicdanlı əldə edənlər tərəfindən alınıb-alınmadığı ilə bağlı heç bir araşdırmamışdır. O iddiaçının apellyasiya şikayətinin əsasları ilə razı deyil və belə hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin vəsatətləri əsasında işi kifayət qədər ətraflı araşdırmış, iş üçün əhəmiyyət kəsb edən hallara dolğun qiymət vermiş, onun vicdanlı alıcı olmağına münasibətdə qətnamə tam düzgün və kifayət qədər aydın əsaslandırılmış, iddiaçı isə öz iddiasını sübut belə etmədiyi halda öz apellyasiya şikayətində məhkəmədən ətraflı araşdırma tələb etmişdir. Məhz bu baxımdan belə hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır və təmin edilməməlidir. Ilk əvvəl bildirmək istrəyir ki, iddiaçı öz apellyasiya şikayətində cavabdehlərin vicdanlı alıcı olmamasına və məhkəmənin işin bu halını müəyyən etməməsinə istinad etsə də, birinci instansiya məhkəməsində ümumiyyətlə öz iddia tələbinin əsaslandığı hər hansı bir halı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə iddiaçının məhkəmədə iştirakının təmin edilməsi üçün məhkəmə iclasını dəfələrlə təxirə salsa da, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Yəni iddiaçı məhkəməyə heç bir sübut təqdim etmədən məhkəmənin hansısa sübutu araşdırmamasını qanunsuz hesab etməkdə haqlı olmamışdır. Işin halından da görünür ki, iddiaçı məhkəməyə yalnız müqavilələrin və etibarnamənin surətini təqdim etmiş, başqa heç bir sübut təqdim etməmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsində onların əleyhinə hər hansı bir sübut olmamış, o mübahisəli mənzili məhz internetdə daşınmaz əmlakın alqı-satqı elanlarında gördüyünü, bundan sonra həmin mənzili satan şəxslərlə telefon vasitəsi ilə əlaqə saxlayaraq mənzili aldığını göstərərək, iddiaya etiraz etdiyinə görə bu halları sübut edəcək şahidləri məhkəməyə dəvət etmiş, şahidlər də məhkəmədə ifadə verərək onun etirazında istinad etdiyi halları təsdiq etmişlər. Belə ki, o həmin mənzilin alqısatqısı ilə əlaqədar ilkin olaraq mənzil alqı-satqısı ilə məşğul olan rieltorlarla danışdığını bildirmiş, həmin rieltorlar X5 və X10 da məhkəmə iclasında şahid kimi ifadə verərək, onların mənzil alqı-satqısı ilə məşğul olmasını, Yasamalda yerləşən mənzilin satan şəxsin Sürac olmasını, Süracın mənzilin satışını internet elanında 178000 manata göstərməsini, lakin mənzili satarkən bir az endirim edib, mənə 170000 manata satmasını, onu əvvəllər heç bir zaman tanımamasını göstərmişlər. Göründüyü kimi bu şahidlər onun vəsatətinə əsasən dindirilmiş və həmin şahidlər mənzilin satışından əvvəl onunla satıcı arasında hər hansı əlaqənin olmamasını, əmlakların internetdə yerləşdirilən elan vasitəsi ilə satışa çıxarılması, nə onların özünün nə də ki, onun mənzilin mübahisəli olmasını bilməməkləri kimi həlledici əhəmiyyətə malik hallar barədə ifadə vermiş, yəni məhkəmə bizim vəsatətlərinə əsasən iddiaçının apellasiya şikayətində göstərdiyi halları kifayət qədər ətraflı araşdırmışdır. Mülki- Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunvericilyin tələbindən də görünür ki, məhkəmə öz təşəbbüsü ilə kimin isə tələbinin təsdiq və ya inkar etmək üçün sübut toplamamalı, məhkəmə yalnız tərəflərin verdiyi sübutları araşdırmalıdır. Bu baxımdan da məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi sənədləri və cavabdehlərin təqdim etdikləri sübutları araşdırmış və yalnız bu sübutlara istinad edərək qətnamə qəbul etmişdir. Iddiaçı məhkəmədən hər hansı bir əlavə sübutun araşdırılmasını tələb etmədiyi halda məhkəmənin hansısa halın araşdırmamasını əsassız olmasını göstərmişdir. Halbuki, hətta iddiaçı öz apellyasiya şikayətində qeyd etdiyi halların araşdırılması üçün məhkəmənin hansı prosessual hərəkətləri də etməli olmasını göstərə bilməmişdir. Çünki birinci instansiya məhkəməsi iddiaya baxan zaman heç bir prosessual hüquq pozuntusuna yol verməmiş, bu baxımdan da iddiaçı məhkəmənin konkret hansı prosessual hüquq pozuntusu ilə qətnamə qəbul etməsini göstərə bilməmişdir. Beləliklə də belə hesab edir ki, Abşeron rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyasından xahiş edir ki, Abşeron rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ##.##.2025ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya icraatı iştirakçılarının izahatları 38.Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili nümayəndə8 Zakir qızı məhkəmədən verdikləri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdilər. 39.Məhkəmə kollegiyasının iclasında cavabdehlər cavabdeh11 Noğabil oğlunun və cavabdeh13 Noğabil oğlunun vəkili və nümayəndəsi X46 məhkəmədən verdikləri apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. 40.Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh12 Noğabil oğlu məhkəmədən iddiaçının apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 41.Məhkəmə kollegiyasının iclasında cavabdeh Quliyeva Xalidə Qiyas qızının nümayəndəsi X7, nümayəndəsi və vəkili nümayəndə4 Tahir qızı birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. 42.Məhkəmə kollegiyasının iclasında cavabdeh Mehdiyeva Aygün Yaşar qızının nümayəndəsi və vəkili nümayəndə2 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 43.Məhkəmə kollegiyasının iclasında cavabdeh X6 birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 44.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Bakı şəhəri ** saylı Notariat Ofisinin, Bakı şəhəri * saylı Notariat Ofisinin, Abşeron rayon * saylı Notariat Ofisinin, Bakı şəhəri ** saylı Notariat Ofisinin, Bakı şəhəri ** saylı Notariat Ofisinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Abşeron Ərazi Idarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər. 45.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. 46.Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 47.Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 48.Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 49.Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 50.Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 51.Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 52.Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 53.Maddə 144.3. Daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X47 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 54.Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 55.Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 56.Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 57.Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 58.Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 59.Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 60.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 61.Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır 62.Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 63.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 64.Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 65.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 66.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 67.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 68.Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 69.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 70.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 71.MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 72.MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 73.Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsini iddianın təmin edilməyən hissəsini, cavabdehlər isə iddianın təmin edilən hissəsini mübahisələndirmişlər. 74.Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 75.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin, eləcə də apellyasiya şikayətlərinə etirazların dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 76.Belə ki, məhkəmə araşdırmaları ilə işin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzil (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1), Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzil, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzil və Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, *** saylı evin ** nömrəli mənzil iddiaçı tərəfindən qardaşı oğlu cavabdeh11 verilmiş ##.##.2023-cü il tarixli etibarnamə əsasında digər qardaşı oğlu cavabdeh13 bağışlanmışdır. Sonradan cavabdeh13 qeyd olunan mənzillərdən Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzil (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1) Mehdiyeva Aygün Yaşar qızına, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzili Quliyeva Xalidə Qiyas qızına, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, *** saylı evin ** nömrəli mənzili X6. 77.Kollegiya iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. 78.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ####### 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 79.Konstitusiya Məhkəməsinin sözügedən mövqeyindən belə bir nəticə irəli gəlir ki, əmlakı başqa şəxslərdən əldə edən istənilən şəxs vicdanlı alıcı kimi tanına bilməz, şəxsin vicdanlı alıcı qismində qəbul olunması üçün onda əqdin legitimsizliyi barədə şübhə yaranmaması və üçüncü şəxslərin mümkün iddialarından xəbərinin olmaması şərtdir. Göründüyü kimi, nəinki əmlakı əldə edən şəxsin əqdin legitimsizliyini bilməsi halı, hətta bu barədə şübhənin olması belə, vicdanlılığın istisna edilməsi üçün kifayətdir. 80.Nəzərə alınmalıdır ki, burada “legitimsizlik barədə şübhə” ifadəsinə şəxsin əqdin legitimsizliyini “bilməli idi” və ya “bilə bilirdi” kimi yanaşılmalıdır və bu hal müqavilə bağlananadək mövcud olmuş olmalıdır. Başqa sözlə, şəxsin vicdanlılığı bir neçə halda istisna oluna bilər: üçüncü şəxslərin mümkün iddialarından xəbəri olduqda, əqdin legitimsizliyini bildikdə, bilməli olduqda və ya bilməsi mümkün olduqda. 81.Belə ki, kollegiya ilk öncə cavabdehlər tərəfindən verdikləri apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməyi vacib hesab edir. 82.Cavabdehlər cavabdeh11 və cavabdeh13 apellyasiya şikayətlərində iddiaçı İddiaçı ilə cavabdeh11 arasında olan iş birliyinə görə etibarnamənin verilməsini, həmin mənzillərin bir hissəsinin onların ümumi bizneslərindən əldə edilmiş vəsait hesabına alınmasını və İddiaçı mənzillərin bağışlanılmasından əvvəlcədən məlumatlı olmasını, heç bir etirazının olmamasını göstərsələr də, məhkəmə araşdırmaları zamanı tərəflər arasında iş birliyinə görə mənzillərin bağışlanması dair razılaşma, iddiaçı tərəfindən qeyd olunan mənzillərlə bağlı tapşırığın verilməsi mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır. 83.Belə ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ibrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2004-cü il tarixli Qərarı). 84.Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə cavabdehlər Mehdiyeva Aygün Yaşar qızının, X8 və Quliyeva Xalidə Qiyas qızının müqavilə bağlanarkən ilk öncə müqavilə tərəflərin dürüstlük qaydasına riayət etməsi, cavabdeh13 Noğabil oğlunun hüquqdan sui-istifadə edərək, mövcud iddiadan yayınmaq məqsədi ilə əmlakları satması və alıcıların, yəni Mehdiyeva Aygün Yaşar qızının, X8 və Quliyeva Xalidə Qiyas qızının bunu bilmələri, bilməli olmaları və ya bilmələrinin mümkün olması araşdırılmalıdır. 85.Kollegiya ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh13 Noğabil oğlu tərəfindən Mehdiyeva Aygün Yaşar qızına 165000 manat qiymətə satılmış Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, * saylı evin ** saylı mənzillə bağlı qeyd edir ki, apellyasiya icraatı zamanı alınmış qiymətləndirmə rəyi ilə həmin mənzilin bazar dəyəri 280000 manat müəyyən olunmuşdur. Kollegiya rəyin həmin hissəsinə tənqidi yanaşaraq qeyd edir ki, göstərilən mənzilin dövlət reyestrində çıxarış üzrə sahəsi 56,4 kv.metr olduğu təqdirdə və alqı-satqı müqaviləsində satılan sahə məhz 56,4 kv. metr olduğundan, artırılma sahəsi isə müqavilədə nəzərdə tutulmadığından, müqavilədə mənzilin qiymətinin 165000 manat məbləğində göstərilməsi ağlabatandır və alıcı üçün şübhə altına alan hal kimi çıxış edə bilməz. Belə ki, rəyə görə mənzilin faktiki sahəsi 126,4 kv.metr olduğu təqdirdə 1 kv. metr sahə 2215 manat (280000/126,4=2215) təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, 56,4 kv. metr sahəsi olan mənzilin artırılmalar nəzərə alınmaqla qiymətinin 165000 manat olması alıcıda hər hansı şübhə doğura bilməyə bilərdi. 86.Digər tərəfdən, iş materiallarından görünür ki, Mehdiyeva Aygün Yaşar qızı tərəfindən təqdim olunmş qeyd olunan mənzilin satılması ilə bağlı “Arenda.az” saytında yerləşdirilmiş elanda həmin mənzilin qiyməti 215000 manat göstərilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh13 mənzilin tez satılması üçün qiymətin aşağı salması və Mehdiyeva Aygün Yaşar qızının alıcı kimi mənzili daha aşağı qiymətə əldə etmək istəyi təbii hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi, işin hallarından görünür ki, Aygün Mehdiyeva mənzil barədə məlumatı internet saytından əldə etmiş, Orxan Və cavabdeh13 qabaqcadan tanımamış, bu isə alıcının vicdanlı olmasına dəlalət edir. 87.Məhkəmə kollegiyası ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh13 Noğabil oğlu tərəfindən Quliyeva Xalidə Qiyas qızına 74000 manata satılımış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, *** saylı evin *** nömrəli mənzillə bağlı qeyd edir ki, apellyasiya icraatı zamanı alınmış qiymətləndirmə rəyi ilə həmin mənzilin bazar dəyəri 89600 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası rəyin həmin hissəsi ilə bağlı qeyd edir ki, qiymətlər arasında fərq olsa da, 74000 manat məbləğində qiymət aşağı və ya şərti qiymət kimi qiymətləndirilə bilməz. Belə ki, müqavilə üzrə tərəflər öz aralarında qiymət barədə razılığa gələ bilərlər, satıcının obyekti daha yuxarı qiymətə satmaq, alıcının isə obyekti daha aşağı qiymətə almaq istəyi normal haldır. Kollegiya Quliyeva Xalidə Qiyas qızının aldığı mənzilin yüklü olmasına dair məlumatlı olması ilə bağlı iddiaçının dəlili ilə bağlı qeyd edir ki, apellyasiya icraatı zamanı mənzildə yaşayan İddiaçı qayınanası şahid kimi dindirilmiş X25 mənzilin həbsdə olması barədə alıcı tərəfinə məlumat verməsini bildirsə də, Quliyeva Xalidə Qiyas qızının nümayəndəsi məhkəmə iclasında bunu inkar etmişdir. Belə olan halda kollegiya şahidin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, həmin şahid ifadəsı alıcını vicdanlı olmasını istisna edə bilməz. 88.Nəhayət kollegiya ##.##.2024-cü il tarixli alqı-satıq müqaviləsi üzrə cavabdeh13 Noğabil oğlu tərəfindən X6 71000 manata satılmış Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, *** saylı binanın ** saylı mənzillə bağlı qeyd edir ki, apellyasiya icraatı zamanı alınmış qiymətləndirmə rəyi ilə həmin mənzilin bazar dəyəri 95750 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası təkrarən vurğulayır ki, qiymətlər arasında fərqin olması, mənzilin real olaraq 71000 manat məbləğində qiymətə satılması, qiymətin aşağı və ya şərti qiymət kimi qiymətləndirilməsinə və alıcının vicdanlı olmamasına dair qənaətinə gəlməyə əsas vermir. 89.Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hər 3 mənzillə bağlı qeyd edir ki, məhkəmə araşdırılmaları zamanı mənzillərin alıcıları Mehdiyeva Aygün Yaşar qızı, X8 və Quliyeva Xalidə Qiyas qızının mənzilləri satan cavabdeh13 qabaqcadan tanıması müəyyən edilməmiş, əksinə işin hallarından görünür ki, alıcılar mübahisəli mənzilləri elan və rieltor vasitəsi ilə əldə etmişlər. 90.Həmçinin qeyd edilməlidir ki, göstərilən müqavilələr səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. 91.Bununla da, hazırkı işin halları yuxarıda göstərilən hüquq normaları baxımından tədqiq olunduqda görünür ki, cavabdehlər Mehdiyeva Aygün Yaşar qızı, X8 və Quliyeva Xalidə Qiyas qızı tərəfindən hər hansı əvvəlcədən razılaşmaq yolu ilə vicdansız olaraq özgə əmlakını əldə etməklə müqavilənin bağlanması barədə nəticəyə gəlməyə əsas verən hallar mövcud deyildir. 92.Kollegiya həmçinin qeyd edir ki, mübahisəsi gedən əmlakın bazar qiymətinə uyğun və ya bu qiymətdən aşağı dəyərə satılması mülki qanunvericiliyin tələbləri baxımından bir qayda olaraq əqdin etibarsızlığına dəlalət etmir. Vicdanlıq məsələsi həll olunarkən əmlakın qiymətində kəskin fərq ilə yanaşı işin digər halları da nəzərə alınmalıdır. 93.Belə ki, Mülki Məcəllənin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindədir. 94.Qeyd edilməlidir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 95.Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərdən keçirərək qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfin formal mülahizələrinə görə alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi mübahisəsi gedən əmlakları qanuni əsaslarla əldə edən alıcıların da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnə bilər. 96.Işin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğundur. 97.Beləliklə, kollegiya apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətlərdə göstərilən dəlillər apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsas ola bilməz. 98.Şərh olunanların yekunu olaraq kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 99.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver