Məhkəmə qərarları › İş №2(105)-1378/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1378/2025

27.11.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Sair mülki iş - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzilə köçürmə - Maneənin aradan qal
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1378/2025 27.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi) X13 Süleymanovanın sədrliyi və məruzəsi, X9 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 cəlb edilməklə) "müqavilələrin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(012)-2190/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-ya qarşı müqavilələrin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 1-Ç blok, 3-cü mərtəbə 17№-li 1 otaqlı mənzili üzrə cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli "xxxx" müqavilənin etibarsız hesab olunması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzil üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 may 2020-ci il tarixli 017-B nömrəli "xxxx" müqaviləyə əsasən bu mənzilin sahibi iddiaçının olması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№- li mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan müvafiq sənədlərin iddiaçıya verilməsi; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzilə iddiaçının köçürülməsi və təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC ( MMC-nin direktoru X10 şəxsində) ( bundan sonra MMC) arasında bağlanmış 29 may 2020-ci il tarixli 017-B nömrəli "xxxx" müqaviləyə əsasən MMC ünvan 2 ünvanda yerləşən birbloklu, çoxmənzilli tikilməkdə olan binanın V blok, 17 №-li, 57,35 kv.metr ümumi sahəsi olan 2 otaqlı mənzildən ibarət olan payı İddiaçı verməyi öz öhdəsinə götürür, iddiaçı isə öz növbəsində bu müqavilə üzrə nəzərdə tutulmuş 1 kv.metrin dəyəri 350 (üç yüz əlli) manat olmaqla ümumi olaraq 20072 (iyirmi min yetmiş iki) manat əlli qəpik (əlli qəpik) məbləğində pulu MMC-yə ödəməyi öz öhdəsinə götürür. Sözügedən müqavilə ilə müəyyən olunmuş həmin məbləğ iddiaçı tərəfindən tam ödənilmişdir ( 29 may 2020-ci il tarixli maliyyə arayışı). Hal-hazırda Cavabdeh1 MMC-nin rəhbərliyinin törətdiyi cinayət əməlləri ilə bağlı Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında 1 (124)-75/2025 nömrəli cinayət işi vardır (sədrlik edən hakim Fəhmin Hümbətov). Həmin məhkəmə prosesi zamanı iddiaçıya məlum olmuşdur ki, 29 may 2020-ci il tarixli 017-B nömrəli müqaviləyə əsasən ünvan 3 ünvanda yerləşən çoxmənzilli tikilməkdə olan binadakı 17 №-li mənzildən ibarət olan iddiaçıya məxsus pay cavabdehlər "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli müqavilə ilə Cavabdeh2 da təkrarən satılmışdır. Göründüyü kimi eyni mənzil üzrə iddiaçı ilə MMC arasında "xxxx" 017-B nömrəli müqavilə 29 may 2020-ci il tarixdə bağlandığı halda, Cavabdeh2 ilə MMC arasında 017 nömrəli müqavilə 22 iyul 2021-ci il tarixdə bağlanmışdır. Sözügedən “tikilməkdə olan binada” tikinti işləri tamamlanmaq üzrədir, payçılar artıq təmir işlərinə başlamışlar. Bu yaxınlarda iddiaçı müqavilə üzrə ona məxsus mənzildə təmir işlərini başlamaq məqsədilə mənzilə baxış keçirmək istədiyi zaman mənzilin girişinə qanunsuz olaraq qapı quraşdırıldığını görmüşdür. Gözətçidən bu barədə soruşduqda məlum olmuşdur ki, qapı Cavabdeh2 tapşırığı ilə quraşdırılmışdır. Göründüyü kimi cavabdeh "xxxx"MMC 29 may 2020-ci il tarixli 017-B nömrəli müqavilə üzrə İddiaçı satdığı mənzili qanunsuz olaraq, təkrar olaraq 22 iyul 2021-ci il tarixli 017 nömrəli müqaviləyə əsasən Cavabdeh2 satmışdır. Bu səbəbdən də Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli müqavilə etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 4 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 1-Ç blok, 3-cü mərtəbə 17№-li 1 otaqlı mənzili üzrə cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli "xxxx" müqavilənin etibarsız hesab olunması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzili üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 may 2020-ci il tarixli 017-B nömrəli "xxxx" müqaviləyə əsasən bu mənzilin sahibi iddiaçının olması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan müvafiq sənədlərin iddiaçıya verilməsi; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzilə iddiaçının köçürülməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması və mənzilin iddiaçıya təhvil verilməsi vəzifələrinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, ünvan 4 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 1-Ç blok, 3-cü mərtəbə (yaşayışın), 17№-li 1 otaqlı mənzili üzrə cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli "xxxx" müqavilənin etibarsız hesab olunması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17№-li mənzili üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 may 2020-ci il tarixli 017-B nömrəli "xxxx" müqaviləyə əsasən bu mənzilin sahibi iddiaçının olması;ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17№-li mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan müvafiq sənədlərin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17№-li mənzilə iddiaçının köçürülməsi, təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması və mənzilin iddiaçıya təhvil verilməsi vəzifələrinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması; ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə (yaşayışın), 17№-li mənzilin ilkin alqı-satqısına dair Cavabdeh2 Çümşüd oğlu ilə X7 arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

6. xx.xx.2020-cı il tarixli 017-B saylı Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında B blok, mansard mərtəbədə yerləşən, izolə olunmuş 2 otaqdan ibarət, ümumi sahəsi 57,35 kv.metr təşkil edən, 17 saylı mənzili kvadratmetri 350 manata, ümumi dəyəri 20072 manata Cavabdeh1 MMC-dən almışdır.

7. xx.xx.2020-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı qeyd olunan mənzillə görə pay dəyəri kimi ümumilikdə 20072 manat pulu Cavabdeh1 MMC -yə ödəmişdir və MMC-yə borcu yoxdur.

8. xx.xx.2021-ci il tarixli 017 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında 1-Ç blok, 3-cü mərtəbə yerləşən, izolə olunmuş 1 otaqdan ibarət, ümumi sahəsi 41,76 kv.metr təşkil edən, 17 saylı mənzili kvadratmetri 650 manata, ümumi dəyəri 27144 manata Cavabdeh1 MMC-dan almışdır.

9. xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 qeyd olunan mənzillərə görə pay dəyəri kimi ümumilikdə 27144 manat pulu Cavabdeh1 MMC-ya ödəmişdir və MMC-yə borcu yoxdur.

10. Bakı Şəhəri 43 saylı Notariat ofisində xx.xx.2025-ci il tarixdə imzalanmış ilkin alqısatqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh2 ünvan 2 ünvanında 1-ci blok, 3-cü mərtəbə yerləşən, izolə olunmuş 1 otaqdan ibarət, ümumi sahəsi 41,76 kv.metr təşkil edən, 17 saylı mənzili 30000 manata alıcı X1 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər.

11. Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı 04 mart 2024-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə Cavabdeh1 MMC-nin direktoru X16 və təsisçisi X3 Azərbaycan Respublikası CM-in 178.4, 308.2 və 313- cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş, 31 may 2024-cü il tarixdə cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanda inşa olunan yaşayış binasının mansard mərtəbəsində mövcud olmayan guya 57,35 m 2 ölçülü 17 nömrəli mənzil 29 may 2020-ci il tarixli müqaviləyə əsasən 20.072 manata İddiaçı satılmış, sonradan İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə həmin mənzilə dair pay hüququndan imtina etməsi ilə əlaqədar 17 nömrəli mənzilin əvəzinə ona binanın mansard mərtəbəsində yerləşən sahəsi 68,6 m 2 olan 27C nömrəli mənzilin verilməsinə dair 22 noyabr 2022-ci il tarixli saxta müqavilə təqdim edilmişdir. Bundan başqa istintaq materialları ilə müəyyən edilmişdir ki, həmin binanın 3-cü mərtəbəsində yerləşən sahəsi 41,76 m 2 olan 17 nömrəli mənzil 27.144 manat dəyərləndirilməklə Cavabdeh1 MMC tərəfindən ünvan 6 ünvanda inşa olunan iki girişli çoxmənzilli yaşayış binasındakı Cavabdeh2 məxsus mənzillərinin dəyərinin 27.144 manat hissəsinin əvəzində 22 iyul 2021-ci il tarixdə sonuncu ilə "xxxx" MMC arasında bağlanmış həmin tarixli mənzil tikintisi haqqında müqavilə əsasında ilkin olaraq Cavabdeh2 adına rəsmiləşdirilsə də, 08 dekabr 2021-ci il tarixdə X5 24.500 manata təkrarən satılmışdır.

12. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin «04» aprel 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ibtidai istintaq orqanı tərəfindən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır ondan ötrü ki, X3 "xxxx" MMC-nin təsisçisi kimi mənzil almaq üçün özünə bilavasitə və qabaqcadan əlbir olduğu həmin MMC-nin direktoru X16 vasitəsilə müraciət etmiş şəxsləri aldadıb özlərinə olan inam və etibarından istifadə edərək 29 may 2020-ci il tarixdə mənzil almaq üçün özünə müraciət etmiş İddiaçı aldadıb ona olan inam və etibarından istifadə edərək qeyd edilən binanın mansard mərtəbəsində mövcud olmayan guya 57,35 m2 ölçülü 17 nömrəli mənzilin satışa çıxarılması və tam əminliklə həmin mənzili 20.072,50 manata ona sata biləcəyinə inandırıb, sonuncudan mənzilin ona satılması adı ilə həmin tarixdə Cəmiyyətin ünvan 7 ünvanda yerləşən ofisində 20.072,50 manat məbləğində pul vəsaitini şəxsən alıb Rafiq Tağıyevlə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq yolu ilə talamışlar.

13. Abşeron RPİ-nin İstintaq şöbəsinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış materialda Şahin və Zülfiyyə adlı şəxslərin şəxsiyyətlərinin və yerinin müəyyən edilərək izahatlarının alınaraq əmllərinə hüquqi qiymət vermək olmamasını nəzərə alaraq, qeyd olunan materialda cinayət tərkibi müəyyən olunmadığından material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

14. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(012)-2190/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-ya qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7) müqavilələrin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.6, 337.1, 337.3, 337.4, 337.5, 389.1, 390.1, 358.1, 358.2, 646.1, 752.1, 752.2, 152.1 və 157.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu mddəsi, nsan Hüquqlarının və X8 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1, 76.1, 76.2, 14.2, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

16. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(012)-2190/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Məhkəmə bu normanı düzgün tətbiq etməmişdir. Belə ki, həm Cavabdeh2, həm də X7 mənzilin mübahisəli olduğu (İddiaçı məxsus olması) barədə məlumatlı idilər. Bildirmək istəyir ki, iddiaçıya məxsus sözügedən mənzil iddiaçı tərəfindən kilidli qapı ilə təmin olunmuş, kilidin açarı isə iddiaçının özündə olmuşdur. Belə ki, bu yaxınlarda iddiaçı müqavilə üzrə ona məxsus mənzildə təmir işlərini başlamaq məqsədilə mənzilə baxış keçirmək istədiyi zaman mənzilin girişinə qanunsuz olaraq qapı quraşdırıldığını görmüşdür. Gözətçidən bu barədə soruşduqda məlum olmuşdur ki, qapı Cavabdeh2 tapşırığı ilə quraşdırılmışdır. İddiaçı tərəfindən üç dəfə bu qanunsuz quraşdırılmış qapı mənzilinin girişindən çıxarılsa da, Cavabdeh2 və Zülfiyyə Balağayeva hər dəfə iddiaçıya məxsus sözügedən mənzilin girişindən qanunsuz olaraq kilidli qapını çıxararaq öz qapılarını quraşdırmışlar. İddiaçı İ qrup əlil olaraq, əlil arabasında hərəkət etmək məcburiyyətində olduğundan bu “yarışda” iştirak etmək iqtidarında olmadığına görə xx.xx.2024-cü il tarixdə DİN-nin 102 XZM-nə və Abşeron RPİ- nə ərizə ilə şikayət etmək məcburiyyətində qalmışdır. Qeyd etmək lazımdır ki, sözügedən mənzil zəbt olunduqdan sonra Balağayeva Zülfıyyə təcili olaraq mənzildə təmir işlərinə başlamış və hər gün şəxsən özü mənzildə gedən təmir işlərinə nəzarət etmişdir. Hesab edir ki, Balağayeva Zülfıyyə “vicdansız alıcıdır”, belə ki, mənzilin müqavilə üzrə İddiaçı sahibliyində olduğunu bilə-bilə Cavabdeh2lə mənzilin alqı-satqısı üzrə etibarsız ilkin müqavilə bağlamış, qərəzli olaraq mənzili zəbt etmiş, orada qanunsuz təmir işləri aparmışdır. Məhkəmə bu normanı da düzgün tətbiq etməmişdir. Belə ki, eyni mənzil üzrə iddiaçı ilə MMC arasında "xxxx" 017-B nömrəli müqavilə 29 may 2020-ci il tarixdə bağlandığı halda, Cavabdeh2 ilə MMC arasında 017 nömrəli müqavilə 22 iyul 2021-ci il tarixdə bağlanmışdır. Qeyd etmək lazımdır ki, iddiaçı ilə MMC arasında bağlanmış "xxxx" 017-B nömrəli müqavilənin etibarsızlığına dair məhkəmə heç bir xüsusat müəyyən etməmişdir. Buna baxmayaraq əsassız olaraq Cavabdeh1 MMC-nin rəhbərliyinin qanunsuz əməlləri ilə bağlı istintaq orqanının ittiham aktında gəldiyi nəticələri və müstəntiqin şəxsi mülahizələrinə istinad edərək qətnamə qəbul etmişdir. Hesab edir ki, cinayət işi aparılan araşdırma zamanı müvafiq prosessual qərarlar əsasında müxtəlif şəxslərin müvafiq mənzillərə dair zərərçəkmiş şəxs qismində tanınması mübahisəyə mülki icraat qaydasında baxılan zaman preyudisial əhəmiyyət daşınır. Belə ki, mülki icraat qaydasında tərəflərin təqdim etdiyi müvafiq sübutlara əsaslanmaqla qanuni əsaslı qərar qəbul edilir. Sözügedən hissədə məhkəmə istintaq orqanının müvafiq prosessual qərarlarından asılı deyildir. Göründüyü kimi cavabdeh "xxxx" MMC 29 may 2020-ci il tarixli 017-B nömrəli müqavilə üzrə İddiaçı satdığı mənzili qanunsuz olaraq, təkrar 22 iyul 2021ci il tarixli 017 nömrəli müqaviləyə əsasən Cavabdeh2 satmışdır. Buna görə də 22 iyul 2021-ci il tarixli 017 nömrəli müqavilə etibarsız sayılmalı olduğu halda, məhkəmə daha əvvəl, yəni 29 may 2020-ci il tarixdə bağlanılmış müqaviləni heç bir əsas olmadan etibarsız hesab edərək qanunsuz qətnamə qəbul etmişdir. Hesab edir ki, məhkəmə üçün ən vacib hallardan biri olan Balağayeva Zülfiyyənin vicdanlı əldə edən olub-olmamasının araşdırılması idi. Lakin, məhkəmə həmin faktı araşdırmaqdan boyun qaçırmışdır. Bundan başqa məhkəmə üçün ən vacib hal olan istintaq orqanının əsassız və həqiqətə uyğun olmayan məlumatları araşdırmaq idi. Təəssüf ki, bu hissədə də məhkəmə müvafiq araşdırma aparmamışdır. Məhkəmə tərəfindən iddiaçının MMC ilə bağladığı müqavilənin etibarsızlığı ümumiyyətlə sübut edilməmişdir. İddiaçının təqdim etdiyi mötəbər sübutlara qarşı cavabdehin sadəcə “prokurorluqda dedilər ki, mənzil sənindir” kimi ifadəsi əsasında məhkəmə qətnamə qəbul etmişdir. Məhkəmə bu hissədə səhvə yol vermiş, belə ki, cavabdehin bildirdiyi əsassız dəlilləri qəbul etmiş və yekunda işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

19. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

20. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini üdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

21. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

22. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

27. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 1-Ç blok, 3-cü mərtəbə 17№-li 1 otaqlı mənzilə dair cavabdeh "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 017 nömrəli "xxxx" müqavilənin etibarsız hesab olunması, ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzil üzrə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 may 2020-ci il tarixli 017-B nömrəli "xxxx" müqaviləyə əsasən bu mənzilin sahibi iddiaçının olması, ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№- li mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün tələb olunan müvafiq sənədlərin iddiaçıya verilməsi, ünvan 1 ünvanda yerləşən birbloklu, çoxmənzilli binanın 3-cü mərtəbə, 17№-li mənzilə iddiaçının köçürülməsi və təmir işlərinin aparılması üçün maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

30. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının istinad etdiyi müqavilə ilə ona satılmış ünvan 2 ünvanında B blok, mansard mərtəbə yerləşən, izolə olunmuş 2 otaqdan ibarət, ümumi sahəsi 57,35 kv.metr təşkil edən, 17 saylı mənzil mövcud deyildir. Bu hal Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin «04» aprel 2025-ci il tarixli məktubunda öz əksini tapmışdır. Həmçinin İddiaçı 04 mart 2024-cü il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmış və hazırda həmin cinayət işi üzrə məhkəmə icraatı davam edir. Cavabdeh2 isə ünvan 2 ünvanında 1-Ç blok, 3-cü mərtəbə yerləşən, izolə olunmuş 1 otaqdan ibarət, ümumi sahəsi 41,76 kv.metr təşkil edən, 17 saylı mənzili kvadratmetri 650 manata, ümumi dəyəri 27144 manata "xxxx" MMC-dan almış, bundan sonra həmin mənzili X4 30000 manata satmışdır. Hazırda qeyd edilən və iddiaçının ona məxsus olduğunu iddia etdiyi mənzilin Z.İ.Balağayevanın faktiki sahibliyində və istifadəsində olduğu və Z.İ.Balağayevanın (deməsinə görə) qohumlarının yaşadığı müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2025-ci tarixli yerli baxışında bu hal öz təsdiqini tapmışdır. Mənzil X7 tərəfindən təmir edilmiş və yaşayışa tam yararlıdır.

31. Məhkəmə hesab etmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2020-cı il tarixli 017-B saylı müqavilə əhəmiyyətsiz olmaqla etibarsız hesab edilməli və iddia tələbi təmin edilməməlidir.

32. Belə ki, İddiaçı məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra mövcud olmayan mənzil üçün ödədiyi pul məbləğini tələb edə bilər. Hazırki halda iddiaçını mövcud olmayan mənzilin əvəzinə cavabdehin (3-cü şəxsin) təmir edərək yaşadığı mənzili tələb etməsi barədə tələbi təmin edilə bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPMnin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü.

33. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(012)-2190/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur.

36. Mülki iş materiallarına əlavə edilən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli Hökmündən görünür ki, X3 və X16 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqelərindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgəyə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vahid tamah niyyətilə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişlər. X3 və X16 qabaqcadan əlbir olan bir qrup şəxs qismində eyni niyyətlə 29 may 2020-ci il tarixdə mənzil almaq üçün müraciət etmiş İddiaçı Oktay oğlunu aldadıb, ona olan inam və etibarından istifadə edərək qeyd edilən binanın mansard mərtəbəsində mövcud olmayan guya 57,35 m2 ölçülü 17 nömrəli mənzilin satışa çıxarılması və tam əminliklə həmin mənzili 20.072,50 (iyirmi min yetmiş iki manat əlli qəpik) manata ona sata biləcəyinə inandırıb, sonuncudan mənzilin ona satılması adı ilə həmin tarixdə Cəmiyyətin ünvan 7 ünvanda yerləşən ofisində 20.072,50 (iyirmi min yetmiş iki manat əlli qəpik) manat məbləğində pul vəsaitini şəxsən alıb, cinayət əməlinin aşkar olunmasının qarşısını almaq və qeyd edilənlərə qanuni görüntü vermək məqsədilə qeyd edilən ofisdə həmin tarixdə özünün göstərişinə əsasən cinayətdən xəbərsiz olan Cəmiyyətin mühasibi X14 vasitəsilə mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışını kompüterdə çap edərək həmin sənədlərin məzmununa vahid tamah niyyətilə bilə-bilə yalan, yəni guya binanın mansard mərtəbəsində yerləşən sahəsi 57,35 m2 olan 17 nömrəli həmin mənzilin İddiaçı 20.072,50 manat müqabilində satılması, 20.072,50 manatın həmin tarixdə sonuncu tərəfindən tam həcmdə ödənilməsi barədə məlumatları əlyazma üsulu ilə daxil etdikdən sonra həmin sənədləri şəxsən özü imzalayıb Cəmiyyətin adı əks olunmuş dairəvi möhürü ilə təsdiq etməklə, saxta rəsmi sənədləri İddiaçı təqdim edərək, habelə cinayətkar niyyətini davam etdirərək 22 noyabr 2022-ci il tarixdə İddiaçı binasının mansard mərtəbəsində yerləşən sahəsi 58,36 m2 olan 27C nömrəli mənzilin heç kimə satılmadığını və tam əminliklə mövcud olmayan 17 nömrəli mənzilin əvəzinə həmin mənzilə dair onunla müqavilə bağlaya biləcəyinə inandırıb, vahid niyyətlə Cəmiyyətin ünvan 7 ünvanda yerləşən ofisində həmin tarixdə özünün göstərişinə əsasən cinayətdən xəbərsiz olan Cəmiyyətin mühasibi X14 vasitəsilə mənzil tikintisi haqqında müqavilə və kassa mədaxil orderinin qəbzini kompüterdə çap edərək həmin sənədlərin məzmununa vahid tamah niyyətilə bilə-bilə yalan, yəni guya binanın mansard mərtəbəsində yerləşən sahəsi 68,60 m2 olan 27C nömrəli həmin mənzilin İddiaçı 41.160 manat müqabilində satılması, 41.160 manatın həmin tarixdə sonuncu tərəfindən tam həcmdə ödənilməsi barədə məlumatları əlyazma üsulu ilə daxil etdikdən sonra həmin sənədləri Rafiq Tağıyev imzalayıb Cəmiyyətin adı əks olunmuş dairəvi möhürü ilə təsdiq etməklə, saxta rəsmi sənədləri İddiaçı təqdim edərək, sonuncuya məxsus 20.072,50 (iyirmi min yetmiş iki manat əlli qəpik) manat məbləğində ziyan vurmuşlar.

37. MPM-nin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(012)-2190/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver