Məhkəmə qərarları › İş №2(105)-1464/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1464/2024

16.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1464/2024 16.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun cavabdeh X5 qarşı ilkin iddiası, Cavabdeh1 cavabdehlər İddiaçı2 oğlu, İddiaçı1, Cavabdeh2, Başkurt Fatma Hasan qızına (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilməklə) qarşı qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X19 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun nümayəndəsi və vəkili Vəkil3, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili X1, qarşılıqlı iddia üzrə Cavabdeh2 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Mübahisəli mənzil Cavabdeh1 mülkiyyətindədir. Belə ki, 20 avqust 2015-ci il tarixli “Payçı müqaviləsi”nə əsasən, "xxxx" MTK-nın Sumqayıt filialının balansında olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, Səməd Vurğun küçəsində tikilməkdə olan 3-cü binasında, 3 blok, 8 mərtəbə, 66,6 kvm sahəsi olan 2 otaqlı 59 nömrəli mənzili Cavabdeh1 63270 ABŞ dolları dəyərində qiymətləndirilməklə satılmışdır. Müqavilənin şərtlərinə görə mənzilin dəyərindən 10890 ABŞ dolları ilkin ödəniş olaraq ödəniməli, qalan məbləğ 24 ay ərzində hər ay 2465,61 ABŞ dolları olmaqla tam ödənilməlidir.

2. Həmin mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində adına 5 avqust 2017-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.

3. İddiaçı2 oğlu 1 iyul 2023-cü il tarixdə bağlanmış “Yaşayış sahəsinin kirayəsi” haqqında müqaviləyə əsasən, Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi 35k (20k) yeni tikilmiş binada 8-ci mərtəbə, 3-cü blok, 2 otaqlı 59 saylı ünvanında yerləşən mənzili Başkut Saidə kirayə vermişdir.

4. İddiaçı2 oğlu tərəfindən müxtəlif tarixlərdə Cavabdeh1 adına bank vasitəsi ilə Qazaxıstan Respublikasından pul köçürmələri həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 3 (20 k) 3-cü blok, 59 saylı mənzilə (bundan sonra mübahisəli mənzil) olan mülkiyyət hüququna xitam verilməsi, həmin mənzilə İddiaçı1 və İddiaçı2 oğlunun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 Qazaxıstan vətəndaşıdır və orada yaşayır. İddiaçı2 qızı İddiaçı1 üçün mənzil almaq qərarına gəlmiş, bu məqsədlə Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsində yerləşən ”Kristal Abşeron MTK”-nın yeni tikdiyi binanın 35k (20 k) 3-cü blok, 59 saylı mənzilinə baxıb seçmiş, qiymətini razılaşdırmış, İddiaçı1 azyaşlı olduğuna, özü Azərbaycanda yaşamadığına və Azərbaycan Respublikası vətəndaşı olmadığına görə müqavilənin alıcı tərəfi kimi Cavabdeh1 göstərilmişdir. Mənzilin ilkin ödənilməli 10890 ABŞ dollarını şəxsən İddiaçı2 ödəmişdir. Mənzilə görə sonrakı ödənilən məbləğləri İddiaçı2 bank köçürmələri vasitəsi ilə hissə-hissə olmaqla Cavabdeh1 göndərmişdir. Müqavilənin əsli İddiaçı2 olmasına baxmayaraq, Hüseynov Bayramovlarla razılaşdırmadan mənzili daşınmaz əmlakın dövlət reyestrində 2017-ci il tarixdə öz adına qeydiyyata aldırıb EX seriyalı ******* nömrəli çıxarış əldə etmişdir. Bununla əlaqədar Cavabdeh1 iddiaçıları əmin edib vəd vermişdir ki, onların istədikləri zaman mənzili İddiaçı1 adına keçirəcəkdir. Lakin cavabdeh real olaraq bu istiqamətdə bütün təklif və müraciətlərdən yayınmışdır. İddiaçı2la arvadı – Cavabdeh1 bacısı X7 arasında münasibətlər 2020- ci ildən tam pisləşmiş və Bayramova Aygünün ərizəsi ilə onların nikahı 26 avqust 2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. İddiaçı2 23 avqust 2023-cü ildə Cavabdeh1 istifadə etdiyi mobil telefon nömrəsinə mesaj yazmaqla, habelə və onun yaşadığı ünvana (Masallı rayonu Qarğalı kəndinə) sifarişli poçtla məktub göndərərək mübahisəli mənzilin İddiaçı1 adına rəsmiləşdirilməsini xahiş etsə də, bugünə qədər heç bir müsbət nəticə əldə olunmamışdır.

7. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, özünün xüsusi mülkiyyətində olan mübahisəli mənzildən İddiaçı2 oğlu, İddiaçı1, Cavabdeh2, Başkurt Fatmanın və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) istifadələrinin qadağan edilməsi, cavabdehlərin və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) mübahisəli mənzildən çıxarılmaları və həmin mənzilin cavabdehlər tərəfindən Cavabdeh1 təhvil verilməsi, 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pulun cavabdehlərdən müştərək qaydada tutularaq Cavabdeh1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 uzun müddətdir ki, mübahisəli mənzili dəyərini ödəməklə alıb və mənzilə mülkiyyət hüququ 5 avqust 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə 2023-cü ilin mart ayından başqa şəxslər, yəni İddiaçı2 oğlu və İddiaçı1 birlikdə onun razılığı və xəbəri olmadan qeyri-qanuni olaraq soxulmuş, mənzilini icarəyə verdiyi şəxsləri aldadaraq onları evdən çıxarmış və mənzildə qanunsuz olaraq yaşamağa başlamışdır. Eyni zamanda İddiaçı2 tərəfindən həmin mənzilə qanunsuz olaraq Türkiyə Respublikası vətəndaşı Cavabdeh2, ailə üzvləri, yəni arvadı və uşaqları ilə birlikdə yerləşdirilmiş mənzildən qanunsuz olaraq istifadə etmişlər. Həmin şəxslərlə Cavabdeh1 arasında heç bir müqavilə bağlanmamışdır, onun razılığı olmadan mənzildə qanunsuz olaraq yaşayırlar. Cavabdeh2 və onun ailə üzvlərinin mübahisəli mənzildə yaşaması və ya istifadə etməsi Cavabdeh1 iradəsinə və mənafeyinə ziddir. Onlarınn heç bir hüququ olmadan Cavabdeh1 məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyətçi kimi mənafelərini pozmuşdur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilməmişdir. Dəfələrlə cavabdehlər ilə danışıb onların mənzildən çıxmağını tələb etsə də cavabdehlər mənzildən çıxmaqdan imtina etmişdir.

9. Cavabdeh1 nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 ona məxsus mənzilin boşaldılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə, Sumqayıt şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinə, 102 xidməti-zəng mərkəzinə şikayət etmişdir.

10. Məhkəmə iclasında ilkin iddiaçıların nümayəndəsi Vəkil1 qarşılıqlı iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, mübahisəli mənzilin dəyərini İddiaçı2 tam ödəyərək qızı İddiaçı1 üçün almış, lakin həmin vaxtlarda Leyla azyaşlı olduğuna görə mənzil onun dayısı olan Cavabdeh1 adına rəsmiləşdirilmiş və çıxarış alınmışdır. Mənzilin 63.270 ABŞ dollar pulunu və daxili kredit və bank krediti faizlərini bank vasitəsi ilə hissə-hissə Cavabdeh1 göndərmiş, bir hissəsini də özü gələndə nağd vermişdir. Cavabdeh1 və ailəsinin bu mənzili almağa elə bir maddi imkanı olmayıb, hətta İddiaçı2 onlara bəzi köməkliklər etmişdir. Cavabdeh1 müxtəlif bəhanələrlə mübahiəli mənzili İddiaçı1 adına rəsmiləşdirməkdən imtina etmişdir. 2023-cü ilin avqust ayının 3-də 17 yaşlı Leyla, qardaşı Əli ilə qızı Leyla - Masallı rayonu Qarğalı kəndinə dayıları Cavabdeh1 evlərinə getmiş, dayısı yenə müxləlif bəhanələrlə mənzili Leylanın adına rəsmiləşdirməmişdir. Cavabdeh1 İddiaçı2 göndərdiyi sonuncu votsap yazısında onları əmin edib bildirmişdir ki, “Mənə haram lazım deyil, mənzili Leylanın adına rəsmiləşdirib həll edəcəm”. Onun bu vədinə əməl edəcəyinə inansalar da, o, yayınmaqda davam etmişdir. Mənzilin alınması üçün "xxxx" MTK ilə ilkin danışığı Mahir aparmış, razılaşmanı da o etmiş, mənzilin pulunu tam ödəmişdir. Mənzilin mebelinin pulunu da o vermişdir.

11. Məhkəmə iclasında qarşılıqlı iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə 4 ay əvvəl həmin evdə yaşamağa başlamışdır. Ev sahibi kimi İddiaçı2 tanımışdır. Mahir özü Qazaxıstan Respublikasında yaşayır. Qazaxıstandan gəldikdən sonra o, Mahirlə aralarında kirayə müqaviləsi bağlanmışlar. Evi onlara təhvil verəndə evin içində əşya yox idi. Onlar da İddiaçı2la razılaşmışlar ki, o, evə əşyalar alsın, Mahir də kirayə haqqından əşyaların pulunu çıxar. Onların aralarında razılıq belə olduğuna görə həmin evə əşyalar almışdır. Onlar mənzildə iki ay yaşadıqdan sonra evə bir xanım gəlmiş, özünü onlara Mahir bəyin yoldaşı kimi təqdim edib, evi gəzmək istədiyini bildirmişdir. Onlar da ona evi gəzdirmişdir. Bir gün sonra polislə evə gəlib, onları evdən çıxartmaq istəmişlər. Onlara məlum olmuşdur ki, həmin xanım Mahir bəyin baldızıdır. O, Mahir bəylə müqavilə bağlamış, əşyalar almışdır. Bu qədər xərc çəkmiş və indi ona vaxt vermədən evdən çıxmağını tələb edirlər. O, bununla razı olmadığını bildirmiş, əşyaların pulunu ona qaytardıqları halda o, evdən çıxmağa razı olacağını qeyd etmişdir.

12. İlkin iddia tələbi üzrə cavabdeh qismində işə cəlb olunmuş Başkut Fatma Hasan qızı məhkəmədə iştirak edən zaman qarşılıqlı iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, Mahir bəyin baldızı tez-tez evə baxmaq üçün başqa adamlarla gəlir. Bu vəziyyət onları narahat edir. Onun uşaqları qorxur. Onlar həmin evdə müqavilə bağlayaraq yaşayırlar. Evə əşyalar almışlar. Bu halın baş verməsini düzgün hesab etmir. Bu səbəbdən qarşılıqlı iddia tələbini əsassız hesab etmişdir.

13. Məhkəmədə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, hazırda "xxxx" MTKda müdir müavini vəzifəsində çalışır. Mahir adlı şəxs təxminən 2015-ci il tarixdə mənzil almaq üçün MTK-ya yaxınlaşmışdır. Həmin vaxt o, MTK-nın direktoru vəzifəsində çalışırdı. Hazırda payçı müqaviləsində olan imza ona məxsusdur. Mahir xarici ölkə vətəndaşı olduğu üçün ona mənzil satışı həyata keçirə bilməmişlər. İki gündən sonra Mahir yanında bir şəxslə ona yaxınlaşaraq, həmin şəxsin qaynı olduğunu və mənzili qızı Leyla üçün almaq istədiyini, qızı azyaşlı olduğuna görə mənzili qaynının adına alacağını bildirmişdir. Mahirin qaynı yəni, Ramid adlı şəxslə aralarında payçı müqaviləsi bağlanmış və mənzilin ödənişləri Mahir tərəfindən həyata keçirilmişdir. Mahir mənzilin aylıq pulunu göndərdikdə həmişə ona bu barədə məlumat vermişdir.

14. Məhkəmədə şahid X17 bildirmişdir ki, Mahirlə o, bir sinifdə təhsil alıblar və uzun müddətdir dostluq münasibətindədirlər. Mahir 6-cı mkr-da tikilən yeni tikilidən mənzil almamışdan öncə onunla gedib həmin tikiliyə baxmışdır. Mahirin sonradan həmin yeni tikilidən mənzil aldığını və mənzili qaynın adına olması barədə məlumatı olmuşdur.

15. Məhkəmədə şahid X3 bildirmişdir ki, o, mebel təmiri və satışı ilə məşğul olur. Mahir yeni mənzil aldığı üçün mənzilin mebellərini onlardan sifariş etmişdir. Mahirin aldığı mənzildə mebellər onun tərəfindən quraşdırılmışdır. Mebellərin dəyəri Mahir tərəfindən ona ödənilmişdir.

16. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6403/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə qismən təmin edilməsi, cavabdehlər İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadələri qadağan edilərək, cavabdehlər Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin mübahisəli mənzildən çıxarılmaqla, həmin mənzilin iddiaçı Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakim Gülnarə Tağızadə).

17. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 ilə "xxxx" MTK arasında bağlanmış 20 avqust 2015-ci il tarixli müqaviləyə əsasən MTK Sumqayıt şəhərində 6-cı mikrorayon, Səməd Vurğun küçəsi tikilməkdə olan binada 3-cü blok, 8-ci mərtəbədə yerləşən "xxxx" MTKnın tikilməkdə olan binasında 59 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtləri Cavabdeh1 tərəfindən icra edilmişdir, bunun əsasında sonuncunun mübahisəli mənzilə mülkiyyət hüququ yaranmışdır.

18. Bununla əlaqədar olaraq, məhkəmə iddiaçıların bir mülkiyyətçi kimi həmin mənzilə dair hüquqlarının pozulduğunu və Cavabdeh1 mülkiyyətinə xitam verilməsi tələbini əsassız hesab etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı çıxarışı nəzərə alaraq məhkəmə hesab etmişdir ki, İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızının və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) mübahisəli mənzildən istifadələri qadağan edilməli, Cavabdeh2, Başkut Fatma Hasan qızı və onların ailə üzvləri mübahisəli mənzildən çıxarılmaqla, həmin mənzil Cavabdeh1 təhvil verilməlidir.

19. Məhkəmə qarşılıqlı iddia tələbinin 2023-cü ilin mart ayından başlayaraq hər ay üçün 600 manat əldən çıxmış fayda kimi pulun cavabdehlər İddiaçı2 oğlunun, İddiaçı1, Cavabdeh2, Başkut Fatma Hasan qızından müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi hissəsində iddianı əsassız hesab etmiş və göstərmişdir ki, tərəflər arasında həmin tələb üzrə heç bir müqavilə mövcud deyildir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan Hüquqlarının və X8 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 152.5, 178.8-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6403/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi qismən – “və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadələri qadağan edilməsi, onların həmin mənzildən çıxarılmaları” hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6403/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi qətnaməsinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Səyyad Qafari).

Kassasiya instansiyası məhkəməsindəki icraat

24. İddiaçı1 və İddiaçı2 oğlu (Vəkil3) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-565/2024 saylı, 26 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddianın isə tam rədd edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2117/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (hakimlər İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov).

26. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işə baxmış məhkəmələr həmin ödənişlərin təyinatı barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut növü təqdim edilmədiyini əsas tutaraq, qeyd olunan ödənişlərin mənzil alınması ilə əlaqəsinin olmadığı barədə nəticəyə gəlmişdir. Bank köçürməsi yolu ilə ödənilmiş vəsaitin mənzilin alınması məqsədi ilə göndərilməsi barədə iddiaçının istinad etdiyi dəlil axıradək araşdırılmamış, həmin məbləğin cavabdeh tərəfindən nə məqsədlə alınması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi votsap yazışmaları üzrə ümumiyyətlə hər hansı araşdırma aparmamış, həmin sübutu müzakirə edib qiymətləndirməmiş və bunu əsaslandırmamışdır. Halbuki, həmin yazışmalarda cavabdehin mənzilin İddiaçı1 aid olması barədə fikirləri ifadə olunmuşdu. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərdən biri də məhz həmin sübutun araşdırılmamasından ibarət idi. Lakin apellyasiya icraatında da həmin dəlilə qiymət verilməmişdir.

27. Ali Məhkəməsinin Mülki kollegiyası qərarın 82-ci bəndində həmçinin qeyd etmişdir ki, işə yenidən baxılması zamanı iddiaçının təqdim etdiyi bank köçürmələrində göstərilən pul vəsaitinin məhz mənzilin alınması üçün göndərilməsi müəyyən olunsa belə, işin bu halı ilkin iddianın təmin olunmasına əsas verməyəcəkdir. Çünki cavabdehə göndərilən pul məbləği, mənzilin dəyərindən əhəmiyyətli dərəcədə azdır və iddiaçı qalan məbləğin onun tərəfindən ödənildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin qarşılıqlı iddia tələbi də buna müvafiq olaraq təmin olunacaqdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

28. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iş materiallarına istinad etmədən, təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, tərəflər arasında mövcud olan münasibətlərin xarakterinin mahiyyətinə varmadan və heç bir maddi hüquq normasına istinad etmədən ilkin iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlmiş, öz qanunsuz mövqeyini əsaslandırmaq zərurəti belə görməmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzilin dəyərini İddiaçı2 tam ödəyərək qızı İddiaçı1 Mahir qızı üçün almışdır. Mənzilin dəyəri kimi 63.270 ABŞ dollar vəsaiti bank vasitəsi ilə hissə-hissə Cavabdeh1 İddiaçı2 göndərmişdir. Məhkəmə iş üzrə şahidlərin bildirdiyi faktiki hallara heç bir hüquqi qiymət verməmiş, şahid ifadələrini sadalamaqla kifayətlənmiş, tərəflərin münasibətlərinin faktiki vəziyyətini qiymətləndirməkdən yayınmışdır. Məhkəmənin hansı səbəbdən ilkin iddianı əsassız, qarşılıqlı iddianı isə qismən əsaslı hesab etməsini əsaslandırmaması məhkəmə qətnaməsinin əsassızlığına dəlalət edən haldır. Məhkəmə iş materiallarında olan köçürmə sənədlərinə də hüquqi qiymət verməmiş, cavabdehin adına köçürülən vəsaitlərə dair qəbzlərə ümumiyyətlə istinad etməmişdir. Əgər həqiqətən mənzil cavabdeh tərəfindən alınmışdırsa, hansı səbəbdən ona iddiaçı tərəfindən xeyli miqdarda vəsait köçürülməsi məsələsinə cavabdeh heç bir cavab verə bilməmiş, məhkəmə də bu halı qiymətləndirməmişdir. Məhkəmə iddiaçıların hansı qaydada mənzildən istifadə etmələri məsələsinə də münasibət bildirməmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçıların mənzili necə təmir etməsi, əşyalar, mebellər sifariş etməsi və mənzilin başqa şəxslərə icarəyə verilməsi ilə bağlı müqavilə bağlaması hallarına da biganə yanaşmışdır. Məhkəmə işə baxılması zamanı ciddi prosessual pozuntulara yol vermiş, tərəflər arasında çəkişmə prinsipinin tələblərini təmin etməmişdir. Məhkəmə iclasında qayda pozuntusuna yol verilmiş, qarşı tərəfdən etik qaydalara əməl olunmamış, habelə məhkəmə çıxışlarına qədər İddiaçı2 “Mübahisəli mənzili qızım Leyla xanım Bayramova üçün aldığımı bir daha təsdiq edərək, iddia tələbimdən və mənzilə olan hüquqlarımdan bu işdə birgə iddiaçı olan 2004-cü il təvəllüdlü qızım İddiaçı1 Mahir qızının xeyrinə imtina edirəm və xahiş edirəm iddiaçı kimi iştirakıma xitam verəsiniz.” məzmunlu yazılı, imzalı ərizəsini geri qaytararaq qəbul etməmişdir. Habelə şahid “Kristal Abşeron MTK”-nın Sumqayıt filialının sədr müavini X4 izahatı qətnamədə qismən təhrif edilmiş formada əks etdirilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

29. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili X6 tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.

30. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıların İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən mənzil Leylanın atası İddiaçı2 tərəfindən dəyəri ödənilməklə Leyla üçün alınmışdır. Lakin İddiaçı2 Qazaxıstan vətəndaşı olduğuna, Leyla isə yetkinlik yaşına çatmadığına görə, İddiaçı2 mənzili qayını Cavabdeh1 adına sənədləşdirmişdir. İddiaçı1 yetkinlik yaşına çatdıqdan sonra mənzilin onun adına keçirilməsi barədə dəfələrlə Cavabdeh1 müraciət olunsa da, o bundan imtina etmişdir. Mənzilin faktiki olaraq İddiaçı2 tərəfindən alınması, mənzilin dəyərinin yenə də sonuncu tərəfindən ödənilməsi iddiaçı tərəfin verdiyi yazılı sübutlarla, habelə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə tam təsdiq olunur. Lakin işə baxan Sumqayıt Şəhər Məhkəməsi işin hallarını tam araşdırmadan, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermədən əsaslı olan iddianı rədd etmişdir.

31. İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Cavabdeh1 və "xxxx" MTK arasında mənzilin alınması ilə bağlı xx.xx.2015-ci İl tarixli ********* №-li müqavilə bağlanmışdır. Cavabdeh1 və "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* №-li müqavilə qanunvericiliyin tələblərinə, yəni subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair tələblərə əməl olunmaqla bağlanmışdır. Sözügedən müqavilə ləğv olunmamış, etibarsız hesab edilməmişdir. Müqavilə bu gün də qüvvədədir. Həmin müqaviləyə əsasən Cavabdeh1, “Kristal Abşeron" MTK-nın Sumqayıt şəhəri, 6-cı mkr, Səməd Vurğun küçəsində inşa etdyi çoxmənzilli binanın 3-cü blok, 8-ci mərətəbəsində yerləşən 2 otaqdan ibarət 59 №-li mənzilin dəyərini 63.270 ABŞ dollarına razılaşmaqla almışdır. Cavabdeh1 müqavilənin şərtinə uyğun olaraq mənzilin dəyərindən ilkin ödəniş olan 10.890 ABŞ dollarını MTK-ya ödəmiş, mənzilin qalan dəyərini isə tərtib olunmuş cədvələ əsasən hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Keçən müddət ərzində Cavabdeh1 müqavilə öhdəliklərini yerinə yetirmiş, mənzilin dəyərini ilkin ödəniş də daxil olmaqla MTK-ya tam həcmdə ödəmişdir.

32. Cavabdeh1 və "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* №li müqavilənin predmeti olan Sumqayıt şəhəri, 6-cı mkr, Səməd Vurğun küçəsində inşa etdyi çoxmənzilli binanın 3-cü blok, 8-ci mərtəbəsində yerləşən 2 otaqdan ibarət 59 №-li mənzilə görə razılaşdırılmış ilkin ödəniş (10.890 ABŞ dolları) Cavabdeh1 atası Atabala Hüseynovun ona hədiyyə şəklində verdiyi pul vəsaiti hesabına həyata keçirilmişdir.

33. Hazırki işin birinci instansiyası məhkəməsi və birinci apellyasiya icraatı zamanı İddiaçı2 (əvvəlki vəkili və nümayəndəsi) mənzilin ilkin ödənişinin də bilavasitə onun tərəfindən həyata keçirildiyini bildirirdi. Yalnız işin ikinci apellyasiya icraatı zamanı İddiaçı2 yeni nümayəndəsi və vəkili mənzilin ilkin ödənişinin X15 verdiyi pul hesabına aparılması faktını xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir.

34. Guya mənzil almaq məqsədilə xarici ölkədən gələn İddiaçı2 mənzilə görə ilkin ödənişin aparılması üçün pulunun olmaması anlaşılan deyil və təəccüb doğurur. Bu hal iddiaçıların mənzilin guya onlar tərəfindən alınması barədə dəlillərinin cəfəngiyat olmasınının bir daha təsdiqidir. Etiraza əlavə olunmuş bank sənədlərindən göründüyü kimi, "xxxx" QSC-nin Masallı Filialı və Atabala Hüseynov arasında xx.xx.2015-ci il tarixdə 040R********** saylı və **********206 saylı kredit müqavilələri bağlanmışdır. “Accessbank* QSC-nin Masallı Filialı tərəfindən 040R**********. saylı kredit müqaviləsinə əsasən Atabala Hüseynova 24 ay müddətinə 5.000 ABŞ dolları, **********206 sayiı kredit müqaviləsi üzrə isə 18 ay müdətinə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 isə atası X13 götürdüyü həmin vəsaitin üstünü də düzəldərək, mənzilin ilkin ödənişini “Kristal Abşeron" MTK-ya ödəmişdir. Bundan sonrakı aylıq ödənişləri də 2016-cı ilin fevral ayınadək Cavabdeh1 həyata keçirmişdir. 2016-cı ilin fevral ayının 17-də isə Cavabdeh1 və "xxxx" ASC arasında 11-xx-xx-2016-MA-S1 saylı təminatlı kredit müqaviləsi (daxili ipoteka krediti üçün) bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Sumqayıt şəhəri, 6-cı mkr, S.Vurğun küçəsi, ev 3, mənzil 59-un dəyərinin ödənilməsi məqsədilə Bank tərəfindən 18 ay müddətinə Cavabdeh1 59.265 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 götürdüyü həmin kredit onun özünə məxsus digər vəsaitlər hesabına mənzilin dəyəri "xxxx" MTK-ya tam ödənilmişdir. Onu da qeyd etmək lazımdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC və Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə xx.xx.2017-ci il tarixli müqaviləyə 01 №-li Əlavə imzalanmış, həmin Əlavəyə əsasən kreditin qaytarılması müddəti 60 ay, aylıq ödəniş məbləği isə 882.17 manat müəyyən edilmişdir. Mənzilin dəyərinin ödənilməsinə görə həm Atabala Hüseynovun "xxxx" QSC-dən götürdüyü kredit borcu, həm də Cavabdeh1 "xxxx" ASC-dən götürdüyü kredit borcu Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Hazırda həmin kredit müqavilələri üzrə Atabala Hüseynov və Cavabdeh1 banklara hər hansı məbləğdə borclaır yoxdur. Bu halı təsdiq edən arayış etiraz əlavə olunmuşdur.

35. Daha sonra Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müvafiq sənədləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Sumqayıt Ərazi İdarəsinə təqdim etmişdir. xx.xx.2017-ci il tarixdə sözügedən mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmış və bu barədə onun adına RX seriyalı ******* saylı çıxarış verilmişdir.

36. Mənzilə dair Cavabdeh1 adına çıxarış verilməzdən əvvəl onun təqdim etdiyi sənədlərin həqiqiliyi Reyestr Xidmətində yoxlanılmış, Cavabdeh1 mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasının dayandırılması və ya imtina edilməsi üçün hərhansı hal müəyyən edilməmişdir. Bundan sonra Ramid Hüseynoun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bu çıxarış hal-hazırda da qüvvədədir.

37. Apellyasiya şikayətində göstərilir ki, İddiaçı2 xarici ölkənin vətəndaşı olduğuna, övladı Leyla isə azyaşlı olduğuna görə, mənzili özünün və Leylanın adına ala bilməmişdir, iddiaçı tərəfin bu dəlili absurdur. Belə ki, hər hansı əcnəbinin Azərbaycan Respublikasının vətəndaşı kimi Azərbaycanda fərdi əmlak almaqda bərabər hüquqları vardır. Əcnəbi, torpaq istisna olmaqla, Azərbaycanda yaşayış və ya qeyri-yaşayış sahələrindən ibarət daşınmaz əmlak ala bilər. Başqa sözlə ev, villa, mənzil və digər əmlak alınmasında xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşları kimi oxşar hüquqlardan istifadə etmək imkanı vardır. Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında yalnız torpaq sahəsini mülkiyyət hüququ əsasında əldə etmək imkanına malik deyil. Həmin şəxslərin Azərbaycan Respublikasında torpaqdan başqa digər əmlaklar üzərində mülkiyyət hüququnu əldə etməsi Torpaq Məcəlləsi, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikası qanununun 17-ci maddəsi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər normativ aktlarla tənzimlənir.

38. Bunlardan başqa, yetkinlik yaşına çatmayan şəxsərə münasibətdə də Azərbaycan Respublikasının qanunvericiliyi əmlak üzərində hüquq əldə etmək üçün hər hansı məhdudiyyət və ya qadağa qoymamışdır. Həmin qadağa yalnız 18 yaşına çatmayan şəxslərin adına olan əmlakların özgəninkiləşdirilməsinə münasibətdə Mülki Məcəllənin 36cı maddəsində təsbit edilmişdir.

39. Göründüyü kimi, İddiaçı2 və ya onun övladı İddiaçı1 adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlak olan mənzilin alınması ilə bağlı hər hansı məhdudiyyət və ya qadağa olmamışdır. Bu hal onu təsdiq edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 adına guya mənzil ala bilməmələri barədə dəlilləri yalandır və əsassızdır.

40. Mənzilin dəyəri guya İddiaçı2 tərəfindən ödənilmişdir. İddiaçıların bu dəlili də əsassızdır. Mənzilin dəyəri Cavabdeh1 tərəfindən ödənilmiş və onun MTK-ya borcu qalmamışdır. Mənzilin dəyərinin guya İddiaçı2 tərəfindən Cavabdeh1 adına göndərilmiş pul vəsaitləri hesabına ödənilməsi də iddiaçı tərəfin özünün təqdim etdiyi sübutlarla təkzib olunur.

41. Belə ki, iddiaçı tərəfin tərtib edərək məhkəməyə təqdim etdiyi cədvəldə göstərilir ki, 2015-ci ilin mart ayının 17-dən başlayaraq xx.xx.2018-ci il tarixədək İddiaçı2, Aygün Bayramova, Aslan Şadimanov, Luiza Şadimanova adlı şəxslər Cavabdeh1 və onun atası Atabala Hüseynovun adına guya pul köçürməyi etmişlər. Cədvələ görə köçürülmə yolu ilə göndərilən vəsaitin cəmi məbləği guya 79.980 ABŞ dolları təşkil etmişdir. Sözügedən cədvəldə həmçinin qeyd olunur ki, guya İddiaçı2 nağd şəkildə mənzilə görə Cavabdeh1 12583 ABŞ dolları məbləğində pul ödəmişdir.

42. İddia ərizəsində göstərilənlər kimi, iddiaçı tərəfin özünün tərtib etdiyi bu cədvəl mötəbər sübut kimi qəbul edilə bilməz, həmin məlumatlar yalandır və həqiqəti əks etdirmir. Çünki həmin cədvəldə göstərilən və bank köçürmələri vasitəsilə göndərilməsi iddia edilən pul vəsaitləri barədə məlumatlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə görə, yalnız bank sənədləri ilə təsdiq olunmalıdır ki, bu kimi sübutları iddiaçı tərəf məhkəmələrə təqdim elməmişdir. Həmin maddənin mənasına görə, qanuna və yadigər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı tərəf məhkəməyə yalnız xx.xx.2015-ci il tarixdə 3.168 ABŞ dolları, xx.xx.2015-ci ildə 3.200 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə 5.000 ABŞ dolları, xx.xx.2015-cl il tarixdə 5.000 ABŞ dolları (2.000 və 3.000 olmaqla), xx.xx.2015-ci tarixdə 100 ABŞ dolları, xx.xx.2016-cı ii tarixdə 2.350 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 2.450 ABŞ dolları, xx.xx.2016-cı i! tarixdə 2.250 ABŞ dolları, 17.10,2016-cı il tarixdə 990 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 1.000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 600 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə 504 ABŞ dolları, ümumilikdə 26612 ABŞ dolları məbləğində pulun göndərilməsi barədə köçürmə qəbzlərini təqdim etmişdir.

43. Qazaxıstanda yaşayan Cavabdeh1 bacısı, İddiaçı2 isə keçmiş aravadı Aygün Bayramova və Mahir özləri üçün iş qurmaq, bu məqsədlə 2 otaqlı yaşayış sahəsi və onun qarşısında 1 qeyri-yaşayış sahəsi (mağaza) inşa etmək qərarına gəlmişlər. Onların pul vəsaitləri həmin tikililəri tam başa çatdırmağa çatmamış, bu səbəbdən onlar Aygünün Çita vilayətində yaşayan bacısı Aynurədən, dayısı Nizamidən və atası Atabala ilə qardaşı Ramidgildən borca pul istəmişdir. Aygünün dayısı Nizami pulu olmadığnı bildirmiş, bacısı Aynurə müəyyən bir məbləğdə pul göndərmişdir. Atabala bankdan kredit götürmüş, Ramid isə mal-heyvanlarının bir hissəsini satmış və həmin pulları özü ilə Qazaxıstana gətirmiş və onlara vermişdir. Aygün və Mahir tikinti işlərini tamamlamış, təmir işlərini də başa çatdırmışlar. Bu işlərin görülməsindən sonra mağazanın işlədilməsi üçün malların, avadanlıqların əldə olunmasına pulları çatmamışdır. Aygün və Mahir mağazanı banka girov qoymuş və bankdan kredit götürmüşlər. Aygün və Mahir Ramidlə razılaşmışlar ki onlar ilk öncə Qazaxıstanda götürdükləri krediti ödəyəcəklər, bu səbəbdən ona olan borclarını tez bir zamanda qaytara bilməyəcəklər. Sonradan Cavabdeh1 hazırda iddia predmeti olan mənzili aldıqdan sonra borcunun qaytarılmasını Aygün və Mahirdən istəmişdir. Onlar da həmin borcu hissə-hissə qaytarmışlar.

44. Beləliklə də müəyyən edilir ki, İddiaçı2 Cavabdeh1 adına göndərdiyi 26612 ABŞ dolları, Atabala Hüseynova göndərdiyi 800 ABŞ dolları məbləğində pul, onların (Aygün və Mahirin) Ramid və Atabalaya olan borcunun qaytarılması üçün köçürülən məbləğlər olmuşdur. Hazırda isə İddiaçı2 həmin köçürmələrə dair sənədləri mənzilə görə ödənişlər görüntüsünü yaratmaq niyyəti ilə məhkəməyə təqdim etmiş və bu zaman məhkəməyə həqiqəti əks etdirməyən, yalan məlumatlar vermişdir.

45. Bundan başqa, cadvəldəki digər məlumatlar da həqiqəti əks etdirmir. Birincisi mənzilin alınması ilə bağlı Cavabdeh1 və "xxxx" MTK arasındakı müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Belə olan halda, müqavilə bağlanmazdan 5 ay əvvəl Cavabdeh1 adına güya 2.035 ABŞ dolları məbləğində pulun göndərilməsinin məqsədi başa düşülən deyil. İkincisi İddiaçı2 adından vahid elektron məhkəmə sisteminə yüklənmiş məlumatda iddiaçı bildirir ki, guya 2017-ci ilin sentyabr ayından 2018-cı ilin may ayınadək Cavabdeh1 Qazaxıstan Respublikasında olduğuna görə pul vəsaitlərini onun atası Atabala Hüseynovun adına göndərmişdir. İddiaçı2 bu dedikləri sözügedən cədvəldə əks olunmuş məlumatlarla təkzib olunur. Belə ki, həmin cədvələ görə, Atabala Hüseynovun adına 2017ci ilin oktyabr, noyabr və dekabr aylarında pul vəsaitləri köçürülmüşdür. 2018-ci ilin yanvarmay ayları isə pul köçürülən şəxsin adı kimi cədvəldə Ramid Hüseynvovun adı qeyd olunmuşdur. Üçüncü, cədvəldəki məlumatlara görə, İddiaçı2 Bakı şəhərində olanda mənzilə görə güya Cavabdeh1 nağd pullar vermiş, onlar birlikdə MTK-ya gedərək, həmin pulları MTK-ya ödəmişlər. İddiaçı2 bu dəlilləri də həqiqətə uyğun deyil. Çünki bu halları təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil, digər tərəfdən isə mənzilin dəyəri Cavabdeh1 tərəfindən o, cümlədən “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən götürdüyü kredit vəsaiti hesabına ödənilmiş, Cavabdeh1 mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.

46. Mənzilə dair xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması faktı onu təsdiq edir ki, mənzilin dəyəri MTK-ya həmin tarixədək tam ödənilmişdir. Belə olan halda İddiaçı2 xx.xx.2017-ci il tarixdən sonra guya Cavabdeh1 mənzilə görə pul köçürməsi, hətta nağd şəkildə belə verməsi barədə bildirdikləri yalandır və yuxarıda qeyd olunan faktlari və sübutlarla təkzib olunur.

47. xx.xx.2015-ci il tarixdən başlayaraq 2019-cu il də daxil olmaqla Ramid və Atabala Hüseynovun adına 79.980 ABŞ dolları məbləğində pulun göndərilməsi barədə iddiaçının dəlilləri həqiqət deyildir. Həmin dəlillər işdə olan sübutlarla təsdiq olunmur. Bununla bağlı iddiaçı məhkəmələrə mötəbər sübutları (o cümlədən bank sənədləri) təqdim etməmişdir. İddiaçı həmin məbləğdə vəsaiti Ramid və Atabala Hüseynovlara göndərməmiş, sonuncular bu vəsaiti almamışlar.

48. Həmçinin qeyd edir ki, mənzil tikildikdən sonra Cavabdeh1 təhvil verilmiş, mənzil daimi Cavabdeh1 sahibliyində olmuş, sonuncu mənzili öz vəsaiti hesabına təmir etdirmiş, mənzildə sayğacların quraşdırılmasına görə xərclər, mənzilə görə aylıq haqlar da Cavabdeh1 tərəfindən MTK-ya ödənilmiş, bu barədə MTK tərəfindən onun adına kassa mədaxil orderinin qəbzləri verilmişdir (qəbzlər əlavə olunmuşdur).

49. Bunlardan başqa, mənzilə kommunal xidmətlərin göstərilməsi barədə müqavilələr də məhz Cavabdeh1 adına bağlanmış və həmin xidmətlərə görə ödənişlər də məhz Cavabdeh1 tərəfindən aparılmışdır. Bu da bir daha təsdiq edir ki, mənzil Cavabdeh1 təhvil verilmiş və hazırkı məhkəmə mübahisəsi başlananadək onun sahiblik və istifadəsində olmuşdur.

50. İddiaçı2 tərəfindən hazırkı iddianı Cavabdeh1 bacısı Aygün Mahiri boşadıqdan sonra qaldırılmışdır. Başqa sözlə İddiaçı2, bu kimi məsələləri ortaya atmaqla, sanki keçmiş arvadı Aygün və onun ailə üzvlərindən qisas amaq niyyəti güdür.

51. Apellyasiya şikayətinin digər bir dəlili isə ondan ibarətdir ki, mənzilin İddiaçı2 tərəfindən övladı Leyla üçün alınmasını məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər ifadələri ilə bağlıdır. Apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, məhkəmə iclasına dəvət olunmuş bütün şahidlər İddiaçı2la dostluq əlaqəsində və həm də doğum yeri Qərbi Azərbaycan olan qohumluq əlaqələri olan şəxslər olmuşlar. Bu hallar isə mübahisənin İddiaçı2 xeyrinə həll olunmasında həmin şəxslərin marağı olmasını təsdiq edir. Digər tərəfdən məhkəmə iclasında verdikləri məzmunca bir-birinə oxşayan ifadələr, həmin şəxslərin İddiaçı2 tərəfindən öyrədildiyini sübut edir.

52. Bundan başqa, işin ikinci apellyasiya baxışı zamanı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasının keçirildiyi zalda, əvvəllər şahid qismində dindirilmiş şəxslərdən biri iştirak edirdi. Bu faktın özü özlüyündə həmin şahidlərin birinci instansiyası məhkəməsinə yalan məlumatlar verdiklərini, işin nəticəsində maraqlı olduqlarını açıq-aşkar təsdiq edir.

53. Hazırda daşınmaz əmlakın dövlət reyestrində mənzil üzərində mülkiyyət hüququ qeyd edilən mənzilin dəyərini ödəyərək əldə edən Cavabdeh1 xeyrinə aparılmışdır. Mənzilin alınması barədə müqavilə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə qeyd, mülkiyyət hüququnu təsdiq edən çıxarış hal-hazırda qüvvədədir.

54. Cavabdeh1 sözügedən mənzil üzərində olan mülkiyyət hüququna xitam verilməsi və mənzilin iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilməsi barədə iddia əsassızdır. Sumqayıt Şəhər Məhkəməsi həmin iddianı rədd etməklə, qarşılıqlı iddianı isə təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. İşə baxan Sumqayıt Şəhər Məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət vermişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

55. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 oğlunun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

56. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

57. Qarşılıqlı iddia üzrə Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

58. İlk iddia üzrə cavabdeh X5, qarşılıqlı iddia üzrə cavabdeh Başkurt Fatma Hasan qızına, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatın verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər.

59. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə gəlməyən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

60. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

61. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

62. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

63. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

64. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

65. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; ...

66. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

67. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

68. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

69. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

70. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

71. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

72. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

73. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

74. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

75. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

76. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

77. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

78. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

79. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

81. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

82. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

83. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

84. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

85. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

86. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

87. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara almışdır.

88. Kollegiya hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-565/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6403/2023 nömrəli iş üzrə 11 dekabr 2023-cü il tarixli qətnaməsi qismən – “və onların ailə üzvlərinin (o cümlədən övladları Əmircan, Güləngül və Hira) ünvan 2 ünvanında yerləşən mənzilə olan istifadələri qadağan edilməsi, onların həmin mənzildən çıxarılmaları” hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alındığından, həmin hissə apellyasiya baxışının predmeti ola bilməz. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin qalan mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

89. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

90. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

91. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası qeyd еdir ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

92. İşin müəyyən olunmuş hallarına görə ünvan 3 ünvanında yerləşən 59 saylı mənzilə dair Cavabdeh1 ilə "xxxx" MTK arasında 20 avqust 2015-ci il tarixli “Payçı müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən mənzilin qiyməti 63270 ABŞ dolları müəyyən olunmuşdur. Razılaşmaya uyğun olaraq mənzilin dəyərindən 10890 ABŞ dolları ilkin ödəniş kimi ödəniməli, qalan məbləğ 24 ay ərzində hər ay 2465,61 ABŞ dolları olmaqla tam ödənilməli idi. 5 avqust 2017-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

93. İddiaçı2 oğlu öz iddia tələbini onunla əsaslandırmışdir ki, mübahisəli mənzil yetkinlik yaşına çatmayan qızı Leylanın adına rəsmiləşdirilə bilmədiyindən, formal olaraq müqavilə qaynı Cavabdeh1 adına bağlanmışdır. Cavabdeh1 mənzili qızı Leylanın adına rəsmiləşdirməkdən imtina etdiyindən, ilk iddiaçılar məcbur olub məhkəməyə müraciət etmişlər.

94. İlk iddia üzrə iddiaçılar tələbini əsaslandırmaq üçün məhkəməyə təqdim olunmuş bank köçürülmələri barədə qəbzlərdən görünür ki, İddiaçı2 oğlu tərəfindən Cavabdeh1 adına xx.xx.2015-ci ildə 3168 ABŞ dolları, xx.xx.2015-ci ildə 100 ABŞ dolları, xx.xx.2016cı ildə 2350 ABŞ dolları, xx.xx.2016-cı ildə 1000 ABŞ dolları, xx.xx.2017-ci ildə 1000 ABŞ dolları, xx.xx.2017-ci ildə 1000 ABŞ dolları,xx.xx.2017-ci ildə 600 ABŞ dolları məbləğində pul vəsaitləri köçürülmüşdür.

95. Həmçinin İddiaçı2 oğlu tərəfindən xx.xx.2017-ci ildə X10 adına 7000 ABŞ dolları, Atabala Hüseynovun adına isə xx.xx.2015-ci ildə 5000 ABŞ dolları, xx.xx.2016-cı ildə 2250 ABŞ dolları, xx.xx.2017-ci ildə 500 ABŞ dolları, xx.xx.2018-ci ildə 400 ABŞ dolları və xx.xx.2018-ci ildə 400 ABŞ dolları məbləğlərində pul vəsaitləri köçürülmüşdür. 96.Kollegiya hesab edir ki, Aygün Bayramova, Aslan Şadimanov, Luiza Şadimanova tərəfindən edilmiş pul köçürülmələri, İddiaçı2 tərəfindən göndərilmiş pul vəsaiti kimi qiymətləndirilə bilməz.

97. İkinci apellyasiya icraatı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən verilmiş etirazda mənzilin dəyərinin Cavabdeh1 tərəfindən "xxxx" QSC ilə Atabala Hüseynov arasında və "xxxx" ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış kredit müqavilələr üzrə götürülmüş pul vəsaitlərin hesabına ödənilməsi bildirilmişdir.

98. Həmçinin etirazda göstərilmişdir ki, yuxarıda qeyd olunan köçürülmələri İddiaçı2 keçmiş arvadı Aygün Bayramova ilə iş qurmaq məqsədi iə götürülmüş borc pul vəsaitlərin qaytarılması ilə bağlıdır. Lakin məhkəmə kollegiyasının araşdırması zamanı ilk iddia üzrə Cavabdeh1 tərəfindən qeyd olunan pul köçürmələrinin həmin borclar ilə bağlı olmasına dair hər hansı sübut təqdim olunmamışdır.

99. Kollegiya “Whats up” yazışmaları ilə bağlı qeyd edir ki, həmin yazışmalar mübahisəli mənzilə görə ödənilmiş pul vəsaitin məhz İddiaçı2 tərəfindən edilməsini təsdiq edən və ilk iddianın təmin olunması üçün kifayət edən sübut kimi hesab edilə bilməz.

100. Kollegiya həmçinin şahid ifadələri ilə bağlı iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə hüquqi dəyərləndirmə apararaq, hesab edir ki, həmin sübutlar ilk iddianın təmin olunması üçün əsas ola bilməz.

101. İşdən həmçinin müəyyən olunur ki, mübahisəli mənzilə kommunal xidmətlərin göstərilməsi barədə müqavilələr ilk iddia üzrə Cavabdeh1 adına bağlanmış və həmin xidmətlərə görə ödənişlər də məhz onun tərəfindən edilmişdir.

102. Digər tərəfdən, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş cədvəldən görünür ki, pul köçürmələri xx.xx.2018-ci il tarixədək edilmişdir. Halbuki Cavabdeh1 həmin mənzil üzərində mülkiyyət hüququ artıq xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda, kollegiya köçürülən pul vəsaitlərin məhz mənzilin alınması üçün olmasını inandırıcı hesab etmir.

103. Kollegiya həmçinin hesab edir ki, İddiaçı2 oğlu tərəfindən Cavabdeh1 adına köçürülmüş pul vəsaitin məbləği mübahisəli mənzilin dəyərindən kifayət qədər az olduğundan, həmin pul göndərişlərini təsdiq edən qəbzlər iddianın təmin olunması üçün əsas və sübut kimi çıxış edə bilməz.

104. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

105. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

106. X14 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

107. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2ci maddəsi təşkil edir. Mülkiyyətçi olan iddiaçı özgəsinin yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edir.

108. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

109. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, qarşılıqlı iddia üzrə iddiaçı mübahisəli daşınmaz əmlakın cavabdehlərin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdehlər isə mənzilin üzərində mülkiyyət, istifadə və ya digər hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər.

110. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak qarşılıqlı iddia üzrə iddiaçı tərəfin qanuni mülkiyyətindədir.

111. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

112. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6403/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver