Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1471/2023 14.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilələrin etibarsız hesab olunması, mənzillərin təhvil verilməsi, mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərdən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(012)-3348/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilələrin etibarsız hesab olunması, mənzillərin təhvil verilməsi, mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərdən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 fevral 2016-cı il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16 mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 104 saylı mənzilin və Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 15 mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 97 saylı mənzilin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi, 04 fevral 2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 MTK arasında Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16 mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 104 saylı mənzilin və Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 15 mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 97 saylı mənzilin təhvil verilməsi, həmin mənzillərə sahiblik və istifadə hüququnun tanınması, bu mənzillərdən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 MTK ilə 04 fevral 2015-ci il tarixdə müqavilə bağlayaraq Cavabdeh2 MTK tərəfindən Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16-cı mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 104 saylı mənzili kvadrat metri 550 manata, ümumi dəyəri 72094 manata və Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 15-ci mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 97 saylı mənzili kvadratmetri 550 manata, ümumi dəyəri 72094 manata almışdır. Müqavilənin tam dəyərini ödədikdən sonra Cavabdeh2 MTK-nın möhürü və sədri X5 imzası ilə mənzilin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışı təqdim edilmişdir. 2017-ci ildə bina tam tikildikdən sonra mənzilləri ona təhvil vermişlər, lakin binanın bütün təminatları təmin olmadığından bir müddət gözləməyi qərara almışdır. Ötən ilin sonlarında növbəti dəfə mənzillərə baş çəkmək istəyərkən mənzillərə yeni qapıların qoyulduğunu görmüşdür. Bundan sonra Cavabdeh2 MTK-nın sədri Gülməmməd Abbasova müraciət etmiş, o isə bildirmişdir ki, bu mənzillər onun sədr olduğu dövrdən əvvəl verilib və onun bu barədə heç bir məlumatı yoxdur. Həmin vaxt müqavilələr qovluğuna sədr baxdıqdan sonra onlara bu müqavilələrin verilmədiyini bildirmişdir. Binanın həyətində Şakir adlı şəxslə görüşdükdə bildirdi ki, Cavabdeh1 ona bu mənzillərə nəzarət etməyi həvalə etmişdir. Şakir adlı şəxs eyni zamanda ona məxsus mənzillərin Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında 16 may 2016-cı ildə bağlanan müqavilələrin surətini göstərdi. O, həmin mənzillərin Cavabdeh1 satılmasının qanunazidd olduğunu, onunla Cavabdeh2 MTK arasında 04 fevral 2015-ci il tarixdə 97 və 104 saylı mənzillərin alınmasına dair müqavilələr bağlandığını, həmin mənzillərin dəyərinin tam ödənildiyini, onunla başqa şəxslər arasında bağlanmış müqavilənin əhəmiyyətsiz əqd olduğunu, onun qapısının dəyişdirilməsinin qanunazidd olduğunu bildirmişdir. Dəfələrlə etdiyi müraciətlər nəticəsiz qaldığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(012)-3348/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilələrin etibarsız hesab olunması, mənzillərin təhvil verilməsi, mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərdən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(012)-3348/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(105)-2182/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(012)-3348/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MKT-ya qarşı “müqavilələrin etibarsız hesab olunması, mənzillərin təhvil verilməsi, mənzillərə sahiblik və istifadə hüququnun tanınması, mənzillərdən sərbəst istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddiasının təmin edilməsi, 16 fevral 2016-cı il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında Xırdalan şəhəri Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16 mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 104 saylı mənzilin və Xırdalan şəhəri Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 15 mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 97 saylı mənzilin alqı-satqısına dair müqavilələrin etibarsız hesab edilməsi, 04 fevral 2015-ci il tarixdə onunla Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Xırdalan şəhəri Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16 mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 104 saylı mənzilin və Xırdalan şəhəri Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 15 mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 97 saylı mənzillərin təhvil verilməsi, həmin mənzillərə İddiaçı sahiblik və istifadə hüququ tanınmaqla, bu mənzillərdən sərbəst istifadə edilməsinə Cavabdeh1 və Cavabdeh2 MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir (hakimlər – Gülnarə Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev). Qətnamədən narazı qalan Cavabdeh2 MTK kassasiya şikayəti verərək (vəkil X7), Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2022-ci il tarixli, 2(105)- 2182/2022 nömrəli qətnaməsinin qismən – iddianın “04 fevral 2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Xırdalan şəhəri Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16 mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 104 saylı mənzilin və Xırdalan şəhəri Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 15 mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 97 saylı mənzillərin təhvil verilməsi, həmin mənzillərə İddiaçı sahiblik və istifadə hüququ tanınmaqla, bu mənzillərdən sərbəst istifadə edilməsinə Cavabdeh2 MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılması“nın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın bu hissədə rədd edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2023-cü il tarixli, 2(102)-1659/2023 nömrəli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(105)-2182/2022 saylı qətnaməsi qismən - iddianın 04 fevral 2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16 mərtəbəsində 131.08 kv metr təşkil edən 3A otaqlı 104 saylı mənzilin və Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16 mərtəbəsində 131.08 kv metr təşkil edən 3A otaqlı 97 saylı mənzillərin təhvil verilməsi, həmin mənzillərə İddiaçı sahiblik və istifadə hüququ tanınmaqla, bu mənzillərdən sərbəst istifadə edilməsinə Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinin təmin edilməsi” hissəsində ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Sənan Hacıyev, hakimlər Ələsgər Əliyev və Mehparə Əhmədova). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 452.1-ci maddəsini tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilə yalan əqddir və onun yalan əqd olması şahid ifadələri ilə məhkəmədə təsdiq edilmişdir. Cavabdehlər mübahisəli mənzilləri qanunsuz olaraq zəbt etmişdir. Birinci instansiya məhkəməsi mülki iş üzrə sübutlara obyektiv, hərtərəfli olaraq qiymət verməmişdir. Müqavilənin bağlanma tarixi iş üzrə şahid qismində dindərilən T.Ə.Hacıyev sədrlik etdiyi dövrə düşür. Digər bir şahid N.Hacıyev isə öz ifadəsində Cavabdeh1la Cavabdeh2 MTK arasında olan müqaviləni o imzaladığını, müqavilə imzalamaq səlahiyyətinin olmadığını, müqavilələri Cavabdeh1 ona borclu olduğu, həmin müqavilələri girov olaraq verdiyini bildirmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi iddia tələbinin mənzillərin İddiaçı təhvil verilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarında olan xx.xx.2015-ci il tarixli 03 saylı müqavilənin surətinə əsasən Əliyev X10 şəhəri Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 15-ci mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 97 saylı mənzili kvadratmetri 550 manata, ümumi dəyəri 72094 manata Cavabdeh2 MTK-dan almışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 04 saylı müqavilənin surətinə əsasən Əliyev X10 şəhəri Heydər Əliyev prospektində 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16-cı mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 104 saylı mənzili kvadrat metri 550 manata, ümumi dəyəri 72094 manata Cavabdeh2 MTK-dan almışdır. İş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş iki ədəd maliyyə arayışlarındavn görünür ki, o qeyd olunan 104 və 97 saylı mənzillərə görə pay dəyəri kimi ümumilikdə 144188 manat pulu Cavabdeh2 MTK-ya ödəmişdir və kooperativə borcu yoxdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 89 saylı müqavilənin surətinə əsasən Yusifov X8 şəhəri Heydər Əliyev prospektində 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16-cı mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı mənzili 52432 manata Cavabdeh2 MTK-dan almışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 103 saylı müqavilənin surətinə əsasən Yusifov X8 şəhəri Heydər Əliyev prospektində tikdiyi 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 15-ci mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı mənzili 52432 manata Cavabdeh2 MTK-dan almışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən təqdim edilmiş iki ədəd maliyyə arayışlarından görünür ki, o qeyd olunan mənzillərə görə pay dəyəri kimi ümumilikdə 104864 manat pulu Cavabdeh2 MTK-ya ödəmişdir və kooperativə borcu yoxdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər iki tərəflə MTK arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələridir və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzillərlə bağlı tərəflər eyni statusda olduğundan, lakin əmlaklar Cavabdeh1 tərəfindən maneəsiz istifadə olunduğundan, habelə MTK tərəfindən buna heç bir etiraz olunmadığından onlarla bağlı Cavabdeh1 İddiaçı nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillərlə bağlı əqdlərin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, mənzillərə dair müqavilələrin olması İddiaçı hazırki iddianı qaldırmağa hüquqi əsas vermir. Başqa sözlə, iddiaçı mübahisəli mənzilləri qanunla müəyyən edilmiş qaydada əldə etmədən digər şəxs tərəfindən onlardan qanunsuz əsaslarla istifadə edilib-edilməməsini hüquq müstəvisində müəyyən etmək mümkün olmaz. Həmçinin, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı hazırki iddianı vermək üçün subyektiv hüquqa malik olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337, 389.1, 390, 404.1, 404.2, 425, 452.1, 646.1, 752.1, 752.2, Mülki Prossesual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 77.1, 106.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. İşə əvvəl apellyasiya şikayəti əsasında baxılarkən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi MM-nin 452.1-ci maddəsini tətbiq etməli olmadığı halda tətbiq etmişdir. Məhkəmə heç bir halda bu maddəyə əsaslana bilməz. Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilə yalan əqddir və onun yalan əqd olması şahid ifadələri ilə məhkəmədə təsdiq edilmişdir. Mübahisəli mənzillər Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 arasında bağlanmış müqavilələr üzrə cavabdehin sahibliyinə və istifadəsinə verilməmişdir. Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 mənzillərin təhvil verilməsinə dair hər hansı təhvil-təslim aktı yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanan əqd yalan əqddir. Belə ki, birinci instansiya məhkəməsində iş üzrə şahid qismində dindirilən Cavabdeh2 MTK-nın sədri X12 ifadə verərkən bildirmişdir ki, o, Cavabdeh1 ilə mənzillərin alqı-satqısına dair müqavilə bağlamamışdır. Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında olan müqavilədə olan imza onun imzası deyil, o, rəhbərlik etdiyi Kooperativə hər hansı pul ödəməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində ifadə verən X13 öz ifadəsində göstərmişdir ki, Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqaviləni o, imzalamışdır. İmzalanmasına səbəb isə onun Cavabdeh1 pul borclu olması, həmin borcu vaxtında verə bilmədiyindən, Cavabdeh1 tərəfindən edilən təhdidlərə görə müqavilə bağladığını və borcunu verdikdən sonra həmin müqavilələrin geri qaytaracağını bildirmişdir. Məhkəmə iclasında onun belə müqavilə bağlamaq səlahiyyətinin olmamasını bildirmişdir. Məhkəmə kollegiyası iclası zamanı Cavabdeh2 MTK-nın nümayəndəsi Cavabdeh1 ilə şirkət arasında imzalanmış müqavilənin etibarsızlığını qeyd edərək bildirmişdir ki, iş üzrə Cavabdeh1 verilmiş müqavilə X13 tərəfindən imza edilmişdir, sonuncunun buna səlahiyyəti olmamışdır. Hətta təqdim edilmiş etibarnamə H.Ə.Yusifova şirkətin rəhbəri T.Hacıyev tərəfindən belə bir müqavilələrin imzalanmasına səlahiyyət verməmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 340.2, 452.1, Mülki Prosessual Məcəllənin 77.1, 88, 106-ci maddələrinə istinadla əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2023-cü il tarixli, 2(102)-1659/2023 nömrəli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli 2(105)-2182/2022 saylı qətnaməsi qismən - iddianın 04 fevral 2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16 mərtəbəsində 131.08 kv metr təşkil edən 3A otaqlı 104 saylı mənzilin və Xırdalan şəhəri, Heydər Əliyev prospektində tikilən 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 16 mərtəbəsində 131.08 kv metr təşkil edən 3A otaqlı 97 saylı mənzillərin təhvil verilsin, həmin mənzillərə İddiaçı sahiblik və istifadə hüququ tanınmaqla, bu mənzillərdən sərbəst istifadə edilməsinə Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinin təmin edilməsi” hissəsində ləğv edilməsi və mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi 04 fevral 2015-ci il tarixli 03 və 04 saylı müqavilələrə və həmin müqavilələr əsasında verilmiş maliyyə arayışlarına əsaslanaraq, hesab etmişdir ki, İddiaçı Xırdalan şəhəri Heydər Əliyev prospektində inşa edilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 15-ci mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 97 saylı mənzil və həmin binanın A Blok 16-cı mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 104 saylı mənzil təhvil verilməli, həmin mənzillərə İddiaçı sahiblik və istifadə hüququ tanınmalıdır. Lakin, apellyasiya instansiyası məhkəməsi bu hissədə iddianı təmin edərkən mübahisəyə baxan zaman həmin mənzillərə dair İddiaçılə bağlanmış müqavilələrin qüvvədə olub-olmadığını aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi A.Dadaşov Cavabdeh2 MTK-ya 18 avqust 2022-ci il və 22 avqust 2022-ci il tarixli ərizələr ünvanlayaraq Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 15-ci mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 97 saylı mənzil və həmin binanın A Blok 16-cı mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 104 saylı mənzillərin İddiaçı tərəfindən X6 və X1, bağlanmış müqavilələrin qarşılıqlı razılıq əsasında ləğv edildiyini, həmin mənzillərin X4 və X2 adlarına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Göründüyü kimi Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının A Blok 15-ci mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 97 saylı mənzil və həmin binanın A Blok 16-cı mərtəbəsində 131.08 kv.metr təşkil edən 3A otaqlı 104 saylı mənzillər İddiaçı razılıq ərizəsi əsasında başqa şəxslərin adına özgəninkiləşdirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 MTK-nin İddiaçı mühahisəli mənzilləri təhvil vermək öhdəliyi qalmadığından birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi iddia tələbinin mənzillərin İddiaçı təhvil verilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbində istinad etdiyi müqavilələr artıq qüvvədə olmadığından mənzillərin təhvil verilməsinə dair iddia tələbi təmin edilməməlidir. Buna görə birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün olan qətnaməsi hazırki apellyasiya şikayətinə baxılma predmetinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllnin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi iddia tələbinin mənzillərin İddiaçı təhvil verilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2(012)-3348/2022 nömrəli qətnaməsi iddia tələbinin mənzillərin İddiaçı təhvil verilməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1471/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1471/2023
14.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver