Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1490/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı İsrat oğlunun Cavabdeh qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsini, Sumqayıt şəhər İcra Hakimiyyətini və Sumqayıt Bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb etməklə torpaq sahəsinə icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(060)- 3776/2022 nömrəli qərardadından İddiaçı İsrat oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı İsrat oğlu Cavabdeh qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi, Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsi) «torpaq sahəsinə icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.18 ha bağ torpaq sahəsinə dair İddiaçı İsrat oğlu və Cavabdeh arasında bağ torpaq sahəsinin icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3776/2022 saylı 16 may 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. (hakim Almaz Süleymanova) Bu qərardaddan İddiaçı İsrat oğlu şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsi ilə əsaslandırmışdır ki, bu yanlış mövqedir. Belə ki, məhkəmə qeyd edir ki, əvvəllər eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu isə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi üçün əsasdır. Məhkəmə onu nəzərə almamışdır ki, hazırda iddia torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə deyil, torpaq sahəsinə icarə hüququnun alqı-satqı əqdinin bağlanmış hesab edilməsi ilə bağlıdır. Yəni iddianın əsası icarə hüququnun alqı-satqısıdır. Bunlar isə fərqli iddia sayılır. Hazırda iddiaçı icarə hüquq üzrə hüquqlarını rəsmiləşdirmək istəyir. Sadalanan hallar nəzərə alınmaqla qərardad ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 27 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İş üzrə Cavabdeh məhkəməyə şikayətə yazılı etiraz ünvanlayaraq, etirazında qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu səbəbdən hazırkı iddia ərizəsi icraata qəbul edilə bilməz. Ona görə də, şikayətin təmin edilməməsini, qəradadın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(060)- 3776/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Mülki iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixl i, 2(105)-69/2016 saylı qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı İsrat oğlu və X1 cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı çıxarışların ləğv edilərək torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçılar tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçılar İddiaçı İsrat oğlunun və X1 cavabdehlər Cavabdeh, X2, üçüncü şəxslər Sumqayıt şəhər bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestyri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olan 2338 saylı torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilərək həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onun adma bağlanmış hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Göründüyü kimi əvvəllər eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə mübahisəsi olmuş və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Bu isə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməsi üçün əsasdır. Hazırda iddiaçı iddianın predmetini fərqli formada ifadə etsə də,əslində tərəflər arasında eyni predmet(torpaq sahəsi ilə bağlı) barəsində eyi əsaslarla çıxış edən müqavilə münasibətləri dayanır və bbu müqavilə münasibətlərinə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verildiyindən həmin iddiaya yendiən baxılması yolverilməzdir. Məhkəmə kollegiyası, işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə mövqeyi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 395-396, 398, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ İddiaçı İsrat oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(060)- 3776/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1490/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1490/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver