Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1503/2025 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, zəbt edilmiş torpaq sahəsindən çıxarılma) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən ona məxsus kənd təsərrüfatı təyinatlı 0.8499 ha torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınaraq, həmin torpaq sahəsindən cavabdehin çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsinə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından göründüyü kimi Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0,8499 ha torpaq sahəsinə onun mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin * saylı Xaçmaz Ərazi İdarəsində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində ************ reyestr və 2823005932 qeydiyyat nömrəsi ilə qeydə alınaraq həmin qeyddən onun adına çıxarış verilmişdir. Ona məxsus həmin torpaq sahəsini Quba şəhər sakini Cavabdeh 2023-cü ilin mart ayından qanunsuz zəbt etmişdir. O, onunla dəfələrlə görüşüb bu əməlindən əl çəkib qanunsuz olaraq zəbt etdiyi torpaq sahəni boşaltmasını tələb etsə də o, buna əməl etməmişdir. Cavabdehin özbaşına olaraq torpaq sahəni zəbt etməsinə son qoyulmalı, torpaq sahəsi özünə qaytarılmaqla hüquqları bərpa olunmalıdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında ##.##.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,8499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, reyestr nömrəsi 30301305647, qeydiyyat nömrəsi 2822010194 olan ##.##.2022-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,684 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır.
6. Məhkəmə ekspertizasının ## #### 2024-cü il tarixli, 3-16- **/*-**/**** saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin texnik inventarlaşdırıcısı Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı İddiaçı verilmiş 0.8499 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edilmişdir. Cavabdeh Cavabdeh verilmiş 0.684 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edilmişdir. Elektron baza məlumatlarında olan DWJ xəritə materiallarına əsasən iddiaçı İddiaçı məxsus 0.8499 ha torpaq sahəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunmur. İddiaçı İddiaçı özünə aid torpaq sahəsinin istifadə etməsində cavabdeh Cavabdeh tərəfindən hər hansısa maneə edilməsi halı aşkar edilməmişdir.
7. Məhkəmə ekspertizasının ## ##### 2025-ci il tarixli, **/*** saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi idarəsinin mühəndisi Ağarza Paşayevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı İddiaçı verilmiş 0.8499 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi. İddiaçı İddiaçı ************ çıxarışla mülkiyyətinə verilmiş 0.8499 ha torpaq sahəsi ##.##.2022ci il tarixli **-**** nömrəli alqı-satqı müqaviləsinə əsasən X7 və ailə üzvlərindən alınmışdır. Həmin çıxarış torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) əsasən işlənmişdir. İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatları ilə Xalıqovun və X7 adına işlənmiş çıxarışların koordinatları ilə (elektron bazada yerləşmə mövqeyinin koordinatları ilə) üst-üstə düşmür. Cavabdeh Cavabdeh verilmiş 0,684 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi. Cavabdeh Cavabdeh verilmiş 0,684 ha torpaq sahəsi ##.##.2022-ci il tarixli **-*** nömrəli alqı-satqı müqaviləsinə əsasən Tağıyev Babaşah Nəsrulla oğlu və ailə üzvlərindən alınmışdır və elektron baza məlumatlarında olan DWJ xəritə materiallarına əsasən Cavabdeh ************ reyestr nömrəli çıxarış verilmişdir ki, Cavabdeh verilmiş ************ reyestr nömrəli çıxarışın elektron bazada yerləşmə mövqeyin koordinatları iddiaçı İddiaçı naturada iddia etdiyi ölçülmüş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Belə ki, Cavabdeh verilmiş çıxarış ilə İddiaçı verilmiş çıxarış naturada üst-üstə düşür. Lakin TEKUİS-də aparılmış düzəlişlərə əsasən iddiaçı və cavabdehin mülkiyyətlərinə verilmiş torpaq sahələri (ardıcıllığa uyğun) mübahisəli sahədə qonşu olaraq yerləşir (sxem və cizgilər əlavə edilir). İddiaçı İddiaçı reyestr nömrəsi ************ olan çıxarışa əsasən mülkiyyətinə verilmiş 0.8499 ha torpaq sahəsi elektron baza məlumatlarında olan DWJ xəritə materiallarına əsasən Cavabdeh verilmiş ************ reyestr nömrəli çıxarış ilə üst-üstə düşür. Cavabdeh Cavabdeh baza məlumatlarında olan DWJ xəritə materiallarına əsasən verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən İddiaçı tərəfindən iddia edilən torpaq sahəsindən bütövlükdə istifadə edir. 4-cü və 5-ci suallar yuxarıda mahiyətcə cavablandırılmışdır. Mübahisəli ərarazi hal-hazırda bağ sahəsidir, kim tərəfindən becərilməsi və ya istifadə edilməsini cavablandırmaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi idarəsinin səlahiyyətləri daxilində deyil.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Nigar Xəlilova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) * saylı protokolunun 1-ci maddəsi, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X4 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.3, 217.4, 119, 216- 220, 227, 233- cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun həmin mübahisə predmeti olan ərazidə qonşu olaraq 2 bağ sahəsi var. Biri, 1.02 ha bağ sahəsidir. Aqrar islahat Komissiyasının 26-27 ildir ona və ailəsinə pay torpağı kimi verdiyi nömrəsi 330, çıxarışın nömrəsi isə 303013087384-dir, kənd təsərrüfatı təyinatlı torpaqdır. İkincisi isə hazırda mübahisə predmeti olan 0.8499 ha bağ sahəsidir. 2022-ci ildə "Asan Xidməf' mərkəzinin notariat ofisində çıxarış yolu ilə alqı-satqı etdiyi bağ sahəsidir. Bu 0.85 ha bağ sahəsi də Məmmədrəhimov Şirinbala və onun ailə üzvlərinə Aqrar İslahat Komissiyasının pay torpağı kimi verdiyi kənd təsərrüfatı təyinatlı torpaqdır. 24-25 il həmin bağ sahəsini əkib-becərmiş, çıxarış vasitəsi ilə onunla alqı-satqı etmişdir. Məhz, bu torpaq sahəsi zəbt olunaraq mübahisə predmetinə çevrilmişdir. Mülkün nömrəsi 329, çıxarışın nömrəsi ************-dir. İş üzrə verilmiş mütəxəssis rəyi 1996-1997-ci illərdə səhvlərlə, təhriflərlə işlənmiş DWJ xəritəsinə əsaslanır. Azərbaycan Respublikasının prezdenti Cənab ilham Əliyevin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı və bu fərmana əsasən hazırlanmış torpaqların Elektron Kadastr uçotu İnformasiya Sistemi (TEKUİS) nəzərə alınmamışdır. Bütün mülki mübahisələr TEKUİS xəritəsi ilə həll olunur. O, həmin torpaq sahəsini Məmmədrəhimov Şirinbala adlı şəxsdən alqısatqı yolu ilə almışdır. Həmin torpağı ona satana qədər Şirinbala 20 il istifadə etmişdir. O, həmin torpaq sahəsini aldıqdan sonra Cavabdeh tamamilə zəbt etmişdir. Yuxarıda göstərilənlərə əsasən iş üzrə əlavə ekspertiza təyin olunmalı, mülkiyyət hüquqları bərpa edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında˝ Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111.1., 111.2., 111.3. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin edilməlidir.
23. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflərin qarşılıqlı münasibətləri üzrə qanuni qərar qəbul etməmişdir.
24. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı mülkiyyətində olan 0.8499 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
25. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.
26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə tərəflərin və mütəxəssis X5 iştirakı ilə yerində müayinə aparılmış və tərəflər arasında mübahisə predmeti olan torpaq sahəsi yerində göstərilmiş, daha sonra Əlisultanova Beydulla ikinci ekspertiza rəyi ilə bağlı məsələyə aydınlıq gətirmişdir. Belə ki, torpaqların xəritələri TEKİUS (torpaqların elektron kadastr uçotu informasiya sistemi) və DWJ baza məlumatları əsasında hazırlanır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən bu qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Ölkə ərazisində bu proses mərhələli şəkildə həyata keçirilmiş bu proses Quba ərazisində 2022-ci il oktyabr ayında başlamışdır. Hər iki xəritə arasında fərqlər yarandıqda baza məlumatlarına üstünlük verilir. Yerində müayinə zamanı göstərilən mübahisə predmeti olan torpaq TEKİUS ilə *** nömrəli, DVJ xəritəsi üzrə 243 nömrə ilə qeyd olunmuşdur. Yeni xəritəyə keçid zamanı iddiaçıya məxsus torpaq sahəsi müəyyən edilərkən mütəxəssis yalnışlığa yol vermişdir. İddiaçı çıxarışı ##.##.2023-cü il tarixdə, Cavabdeh çıxarışı isə ##.##.2022-ci il tarixdə verilmişdir.
27. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, Cavabdeh məxsus torpaq daha öncədən onun adına rəsmləşdirilmiş, həqiqətən naturada ona məxsusdur. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab etmişdir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri tələb edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
28. Məhkəmə qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və mövqeyini aşağıda şərh olunanlarla əsaslandırır.
30. Araşdırılan iddia tələbindən də göründüyü kimi mübahisə mülkiyyət hüququnun müdafiəsi (vindikasiya iddiası) ilə bağlıdır.
31. Apellyasiya şikayətinin dəlillərinin obyektiv araşdırılması məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli qərardadı ilə əlavə məhkəmə-tikinti ekspertizası təyin edilmişir.
32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin ## ##### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinin araşdırılmasının nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən olunmuşdur: Qərardadda mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçılar və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. - İddiaçı İddiaçı verilmiş 0.8499 ha torpaq sahəsinin sərhədləri plan və ölçü sənədi üzrə müəyyən edildi. Sxem və cizgiləri tərtib olundu. - Cavabdeh Cavabdeh verilmiş 0.684 ha torpaq sahəsinin plan və ölçü sənədi üzrə sərhədləri müəyyən edildi. Sxem və cizgiləri tərtib olundu. - İddiaçı İddiaçı məxsus 0.8499 ha torpaq sahəsinin plan və ölçü sənədi üzrə koordinatları ilə cavabdeh Cavabdeh məxsus 0.684 ha torpaq sahəsinin plan və ölçü sənədi üzrə koordinatları üst-üstə düşür. İddiaçı İddiaçı verilmiş ************ reyestr nömrəli çıxarış elektron uçot xəritələrinə (TEKUİS) əsasən verildiyinə görə cavabdeh Cavabdeh məxsus ************ reyestr nömrəli çıxarış isə DVJ xəritələrinə əsasən işlənildiyinə görə koordinatlarda üst-üstə düşmə halı mövcüddur. Lakin hər iki çıxarışı uçot xəritələri və DVJ xəritələri ilə araşdırdıqda heç bir kəsişmə halı mövcud deyil. - İddiaçı İddiaçı məxsus 0.8499 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh verilmiş ************ reyestr nömrəli çıxarışın koordinatları naturada(faktiki) üst-üstə düşür. - Cavabdeh Cavabdeh məxsus 0.684 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı məxsus 0.8499 ha torpaq sahəsinin koordinatları naturada(faktiki) üst-üstə düşür. - İddiaçı İddiaçı məxsus 0.8499 ha torpaq sahəsi (TEKUİS-ə əsasən verilmiş) cavabdeh Cavabdeh tərəfindən tam olaraq istifadə olunur. - Cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi plan və ölçü sənədində göstərilmiş koordinatlara uyğundur.
33. Məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis rəyinin mötəbərliyi şübhə doğurmur, odur ki, sübut növü kimi qəbul edilməlidir.
34. Həmin rəydən göründüyü kimi İddiaçı İddiaçı məxsus 0.8499 ha torpaq sahəsi (TEKUİS-ə əsasən verilmiş) cavabdeh Cavabdeh tərəfindən tam olaraq istifadə olunur. Cavabdehə məxsus ************ çıxarışın əldə olunmasına əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd TEKUİS xəritələrində iddia olunan torpaq sahəsinin cənub sərhəddində yerləşir.
35. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli *** nömrəli Fərmanına əsasən torpaq münasibətlərinin tənzimlənməsi məqsədi ilə Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması, bu sistem əsasında müəyyən edilmiş məlumatlar əsas götürülməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması, dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunması qərara alınmışdır.
36. Göründüyü kimi ekspert rəyi Torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş həmin dürüstləşdirilmiş məlumatlar əsasında həyata keçirilməklə verilmişdir.
37. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, iddiaçı İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0.8499 ha torpaq sahəsi cavabdeh Cavabdeh qanunsuz sahibliyindən alınaraq, o, həmin torpaq sahəsindən çıxarılmalıdır.
38. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ümumilikdə 150 manat cavabdehdən alınaraq iddiaçıya və ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat cavabdehdən alınaraq X6 hesabına ödənilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 372-376, 378- 382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddia təmin olunsun. İddiaçı İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndi ərazisində yerləşən 0.8499 ha torpaq sahəsi cavabdeh Cavabdeh qanunsuz sahibliyindən alınsın və o, həmin torpaq sahəsindən çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 (bir yüz əlli) manat cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat cavabdeh İddiaçı alınaraq X6 (kod 210005 VÖEN 1401555071 müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN 1700326621, AZ34CTRE**********0002088501) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.