Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1522/2023 21.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən çıxarma tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı istifadə hüququnun tanınması, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mənzildən çıxarma tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı istifadə hüququnun tanınması, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(012)-930/2023 nömrəli qərardadından ilk iddia üzrə Cavabdeh3 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Əbülfəz qızına qarşı mənzildən çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, oğlu Cavabdeh2 və onun ailəsi Cavabdeh3, X3 və X1 mülkiyyət hüququ ona məxsus olan ünvan 1-də yerləşən fərdi yaşayış evindən çıxarılmasının təmin edilməsini xahiş etmişdir.
2. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh2 İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1-də yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak olan ünvan 1-nin 1/2 hissəsində ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı onun, 1/2 hissəsinə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 2(012)-930/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Əbülfəz qızına qarşı mənzildən çıxarma tələbinə dair ilkin iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1-də yerləşən fərdi yaşayış evindən çıxarılmaları, Cavabdeh2 İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası təmin olunmuş, Cavabdeh2 mülkiyyət hüququ İddiaçı məxsus olan ünvan 1 ünvanına istifadə hüuqu tanınması, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
5. İlkin iddia üzrə Cavabdeh3 Əbülfəz qızı Abşeron Rayon Məhkəməsinin 2(012)- 930/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
6. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(012)-930/2023 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-930/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh3 Əbülfəz qızı tərəfindən verilmiş apellyasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılması qərara alınmışdır.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-930/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsi 30 mart 2023cü il tarixdə tərəflərə göndərilmiş, ilkin iddia üzrə Cavabdeh3 Əbülfəz qızı qətnaməni xx.xx.2023-cü il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza etməklə almışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-930/2023 saylı, 07 mart 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh3 Əbülfəz qızı tərəfindən apellyasiya şikayəti isə elektron kabinet vasitəsilə 05 iyun 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə ünvanlanmışdır. Göründüyü kimi cavabdeh apellyasiya şikayətini qətnaməni qəbul etdiyi xx.xx.2023-cü il tarixdən 1 ay müddətində verməli olduğu halda, müddəti ötürməklə vermişdir. Lakin, apellyasiya şikayətini verən ilkin iddia üzrə Cavabdeh3 Əbülfəz qızı tərəfindən məhkəməyə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.
8. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 2(012)-930/2023 saylı qərardadından ilkin iddia üzrə Cavabdeh3 Əbülfəz qızının vəkili və nümayəndəsi Vəkil2 tərəfindən şikayət verilərək, həmin qərardadın ləğv edilməsi və qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işi Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Abşeron Rayon Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, e-2(012)-930/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
10. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin surətləri ünvan 1 ünvanına göndərilmişdir. Halbuki, Cavabdeh3 Əbülfəz qızı ünvan 3 ünvanında qeydiyyatdır. Mart ayından sonra Cavabdeh3 ünvan 1 ünvanında yaşamamışdır. Qətnamənin surəti cavabdehin qeydiyyat ünvanına göndərilməmişdir. Həmçinin Cavabdeh3 elektron məhkəmə sistemində şəxsi kabineti mövcud deyil.
b) Şikayətə qarşı etirazın dəlilləri
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.
Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi (...) 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: (...) 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
14. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
16. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
17. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apellyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.
18. İş materiallarınan görünür ki, qətnamənin surəti xx.xx.2023-cü il tarixli müşayiətedici məktubla Cavabdeh3 yaşadığı ünvana “ünvan 4əti şəxsən Cavabdeh3 özünə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir.
19. Qətnamə Cavabdeh3 yaşadığı ünvanda rəsmi qaydada şxsən özünə təqdim edildiyindən şikayətin verilmə müddəti qətnamənin təqdim edildiyi vaxtdan hesablanmalıdır.
20. Cavabdeh3 tərəfindən mübahisələndirilən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsinin son müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir.
21. Qətnamədən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur və bununla onun apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş prоsessual müddəti buraхdığı müəyyən olunur.
22. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətin onun tərəfə təqdim edildiyin vaxtdan hesablanır və məhkəmənin qətnaməsi tərəfə şəxsən təqdim edildiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas sayıla bilməz.
23. Digər tərəfdən, iş materiallarından görünür ki, Cavabdeh3 Abşeron rayonu, Saray qəsəbəsi, Ə.Əliyev küçəsi 2 ünvanında yaşaması barədə sənədlər mövcuddur. Lakin onun öz ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verməsi isə iş materiallarından görünmür.
24. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(012)- 930/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, e-2(012)-930/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.