Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1526/2025 14.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X23 qızının katibliyi, İddiaçı (axırıncı məhkəmə iclasında iştirak etməmişdir), onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1, onun nümayəndəsi Nümayəndə2 və Cavabdeh3 (axırıncı məhkəmə iclasında iştirak etməmişdir) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpağın və evin ilkin vəziyyətinə qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-434/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 1988-ci ilin oktyabrında X2 adına tərtib edilmiş yaşayış evinin texniki pasportundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, V.İ.Lenin küçəsində yerləşən 322,9 kv.metrlik 41 saylı ev sənəd üzrə 1200 kv.metr, faktiki isə 2808,5 kv.metr torpaq sahəsində yerləşir. Ev 6 otaqdan ibarətdir və evin 24,6 kv.metrlik 1 otağı xx.xx.1977-ci ildə X7 tərəfindən Cavabdeh1, onun tərəfindən isə xx.xx.1989-cu ildə A.Hüseynova satılmışdır.
2. Notarial qaydada təsdiq edilmiş xx.xx.1983-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X7 ölümündən sonra bu əmlakın yarısının övladı X3 vəsiyyət etmişdir.
3. AZ-İİ 259627 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1993-cü il tarixdə Saray qəsəbəsində ölmüşdür.
4. Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 1473 nömrəli məktubundan görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün xx.xx.2022-ci ildə müraciət etmiş və miras qoyan X2 hüquqi varisidir.
5. Abşeron rayonu Mənzil-Komunal X5 Təmiri Birliyinin Aşağı Güzdək Mənzil X5 Təmir sahəsinin xx.xx.2024-cü il tarixli, 231 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ev 1/10, mənzil 2-də yaşayır.
6. Abşeron rayon İHB Saray qəzəbə İƏD üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Saray qəsəbəsində yerləşən keçmiş Lenin küçəsinin adı dəyişdirilərək V.Axundov küçəsi adlandırılmışdır. Əvvəllər Lenin küçəsinə aid olan bir döngəyə isə Leyla Bədirbəyli adı verilmişdir. Qeyd edilən ünvan həmin döngəyə düşdüyündən Leyla Bədirbəyli küçəsinin üstündə sayılır. Cavabdeh olan 5 nəfərdən 4-ü Leyla Bədirbəyli küçəsindəki həmin evdə qeydiyyatdadırlar. Nümayəndəlik tərəfindən evə baxış keçirilməsinə baxmayaraq ev sahibi tərəfindən evə aid heç bir sənəd təqdim edilməmişdir.
7. Abşeron rayon AİK-nin vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair xx.xx.2005-ci tarixli cədvəlindən görünür ki, xx.xx.1993-cü il tarixdə ölmüş X2 5 nəfərlik ailə tərkibi vardır: X8, X10, X11, Cavabdeh1 və Cavabdeh3. Onların qanuni istifadələrində 0,14 ha həyətyanı torpaq sahəsi vardır.
8. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2005-ci il tarixli, JN-483A saylı, 30800086 kodlu şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 nömrəli qərarı ilə Abşeron rayon ərazisindən 0,14 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 və Cavabdeh3 mülkiyyətinə verilmişdir.
9. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli Topaq sahəsinin plan və ölçüsündən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində 0,14 ha yaşayış məntəqəsi torpaqları xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına **********77 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsi üzəridə xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 və Cavabdeh3 ümumi birgə payları xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********77 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
11. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində 0,14 ha torpaq sahəsi və orada yerləşən 225,7 kv.metr sahəsi olan ev 45 üzərində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 və Cavabdeh3 ümumi birgə payları xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********77-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
12. Fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə hüquq sahibləri Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 və Cavabdeh3 adına texniki pasport tərtib olunmuşdur. Texniki pasportda torpaq sahəsinin faktiki 0,14 ha, evin ümumi sahəsinin 225,7 kv.metr, yaşayış sahəsinin 148,5 km.metr olduğu qeyd edilmişdir. Saray qəsəbəsi, L.Bədirbəyli küçəsi 45 ünvanında yerləşən fərdi yaşayış evinin mərtəbəliliyi 1, yaşayış otaqlarının sayı 7, yaşayış sahəsi 148,5 kv.metr, köməkçi sahəsi 77,2 kv.metrdir.
13. xx.xx.2022-ci il tarixi bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 225,7 kv.metr olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,14 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə onlara məxsus hissəsini hədiyyə alan Cavabdeh3 bağışlamışdırlar.
14. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində 0,14 ha torpaq sahəsi və orada yerləşən 225,7 kv.metr sahəsi olan ev 45 üzərində xüsusi mülkiyyət hüququ Cavabdeh3 adına xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********77-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
15. Fərdi yaşayış evinə dair xx.xx.2022-ci il tarixdə hüquq sahibi Cavabdeh3 adına texniki pasport tərtib olunmuşdur. Texniki pasportda torpaq sahəsinin faktiki 0,14 ha, evin ümumi sahəsinin 225,7 kv.metr, yaşayış sahəsinin 148,5 km.metr olduğu qeyd edilmişdir. Saray qəsəbəsi, L.Bədirbəyli küçəsi 45 ünvanında yerləşən fərdi yaşayış evinin mərtəbəliliyi 1, yaşayış otaqlarının sayı 7, yaşayış sahəsi 148,5 kv.metr, köməkçi sahəsi 77,2 kv.metrdir.
Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, vərəsə kimi tanınması, DƏDRX tərəfindən X12, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 ünvan 2 (keçmiş ünvan 3 ünvanında yerləşən fərdi evlə və torpaqla bağlı verilmiş xx.xx.2022-ci il tarixli (**********77-10301 qeydiyyat nömrəli **********) reyestr nömrəli) çıxarışın, həmin torpağın və evin birgə mülkiyyətin iştirakçıları tərəfindən Cavabdeh3 bağışlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin əqd əsasında Cavabdeh3 verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, torpağın və fərdi yaşayış evinin ilkin vəziyyətə, yəni anası X2 adına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 (keçmiş ünvan 3 onun anası X4 məxsus olmuşdur. Anasının 7 övladı olmuşdur. Nəsibə Aslanova xx.xx.1993-cü il tarixində vəfat etmişdir. Anası vəfat etməmişdən əvvəl, 1983-cü ildə vəsiyyətnamə yazaraq mübahisəli evin ½ hissəsini ona vəsiyyət etmişdir. Bacısı və bacısının övladı onun həmin həyətdə yaşamasına hər vasitə ilə mane olmuşlar. Buna baxmayaraq, o, həmin həyətdəki evdə yaşamışdır və hazırda əmlakları da oradadır. Cavabdehlər onun xəbəri olmadan evi paylara bölmüş və öz adlarına çıxarış almışlar. Baxmayaraq ki, onun əlində vəsiyyətnamə var və o, DƏDRX-ə müraciət edərək evin özəlləşdirilməsini xahiş etmişdir. DƏDRX-dən ona rədd cavabı verilmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, ünvan 2-də (keçmiş ünvan 3 X9, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 adına ümumi birgə mülkiyyət hüququ DƏDRX-də xx.xx.2022-ci il tarixdə **********77-10301 qeydiyyat nömrəsi, ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə həmin şəxslər öz paylarını Cavabdeh3 verməklə Cavabdeh3 adına DƏDRX-dən çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsi üzərində ev 1958-ci ildə inşa olunmuşdur. Hazırda həm miras qalmış torpaq sahəsi, həm də fərdi yaşayış evi Cavabdeh3 adına qeydə alınmışdır. O, anasının vərəsəsidir, eyni zamanda anası tərəfindən ona evin və torpağın ½ hissəsinin verilməsi barədə vəsiyyətnamə mövcuddur. Ondan başqa, bacıları da vərəsədirlər, onların xəbəri olmadan digər bacısı X16 miras qalmış əmlakı öz adına keçirmiş, çıxarış almış, sonra isə həmin torpaq sahəsi və ev onun oğlu Cavabdeh3 adına keçirilmişdir. Onun həmin mirasda payı vardır.
18. xx.xx.2025-ci il tarixdə iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə DƏDRX tərəfindən X12, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 (keçmiş Abşeron rayonu, Saray qəsəbəsi, V.İ.Lenin küçəsi, ev 41, sonradan ünvan 3 indiki ünvan 2 ünvanında yerləşən fərdi evlə və torpaqla bağlı verilmiş xx.xx.2022-ci il tarixli **********77- 10301 (qeydiyyat nömrəsi **********) reyestr nömrəli çıxarışın ləğv edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-483A kod:30800086 nömrəli şəhadətnamənin ləğv edilməsi, həmin torpağın və evin birgə mülkiyyətin iştirakçıları tərəfindən Cavabdeh3 bağışlanması barədə xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh3 verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, torpağın və fərdi yaşayış evinin ilkin vəziyyətə, yəni X2 adına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini etiraf etməyərək bildirmişdir ki, xalası uzun müddətdir ki, onlara gəlmir, çünki onun Aşağı Güzdək qəsəbəsində ayrı təsərrüfatı vardır.
20. İş üzrə mübahisə predmetini təşkil edən əmlaka tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 41, yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 6 otaqdan ibarətdir. Həmin evin 1 otağı Məryama, 2 otağı Samirə, 3 otağı isə Ramilə aid olmaqla ev faktiki 3 hissəyə ayrılmışdır. Bu fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumilikdə 14 sotdur. 14 sotluq torpaq sahəsinin 7 sotundan Ramil, 7 sotundan isə Cavabdeh3 istifadə edir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə giriş bir darvazadandır. Baxış zamanı İddiaçı məlumat verərək bildirmişdir ki, evdə ümumilikdə 6 otaq var. Samirə atadan 2 otaq qalmış, lakin sonradan hamam və sanitar qovşaq artırılmışdır. O, eyni zamanda bildirmişdir ki, 2018-ci ildən tərəflər arasında əlaqələr kəsilmişdir və onu evdən qovmuşlar. 2018-ci ildən bu evdən və torpaq sahəsindən istifadə edə bilmir. Fərdi yaşayış evinin sənədləşməsi zamanı ünvan dəyişmiş və sənədləşmə zamanı o iştirak etməmişdir. Həmçinin Cavabdeh3 baxış zamanı məlumat verərək bildirmişdir ki, evdə ümumilikdə 5 otaq var. 4 otaq atadan qalma, 1 otaq isə artırmadır. Fərdi yaşayış evi atadan qalmadır. Lakin sənədləşdirilmə zamanı ünvan dəyişmişdir. Özünə atadan 1 otaq ayrılmış, 1 otaq və hamam, sanitar qovşaq sonradan artırılmışdır.
21. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-434/2025 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilməmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras xx.xx.1993-cü ildə açılsa da, İddiaçı 6 ay ərzində vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmiş, mirası qəbul etməmiş, vəsiyytənamə ilə ona verilən hüququ qeydə aldırmamışdır. İşdəki mötəbər sənədlərdən görünür ki, o, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. İş materialları ilə müəyyən olunur ki, digər vərəsə Cavabdeh2 isə həmin tarixdən mübahisəli torpaq sahəsində və orada yerləşən evdə fasiləsiz yaşamışdır.
23. Digər tərəfdən, Abşeron rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 16 saylı qərarı ilə 5 cavabdehə 0,14 ha (həyətyanı) torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərə verilmiş həmin torpaq sahəsi və orada yerləşən yaşayış evi məhz iddiaçıya anası tərəfindən vəsiyyət edilmiş əmlakla eynilik təşkil edir. Abşeron rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 16 saylı qərarı hazırda qüvvədədir və məhkəmə qaydasına mübahisələndirilməmişdir. Belə olan təqdirdə isə bu qərar nəticəsində verilmiş xx.xx.2005-ci il tarixli, JN 483A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsindən söhbət gedə bilməz. Aqrar islahatı nəticəsində mübahisəli daşınmaz əmlakın göstərilən qaydada cavabdehlərin mülkiyyətinə verilməsi faktını, yəni miras qalmış əmlakın kateqoriyasının dəyişməsi ilə bağlı mövcud vəziyyəti İddiaçı uzun müddət qəbul etmiş və 2024-cü ildə hazırki iddianı qaldırmışdır. İşdən görünür ki, cavabdehlər torpaq sahəsinə dair şəhadətnamə aldıqdan sonra ona və evə dair reyestrdən çıxarış almış, sonra isə öz paylarını Cavabdeh3 bağışlamışlar. Hazırda iddiaçı bu əqdi də mübahisələndirməkdədir. Hazırki iş üzrə cavabdehlər arasında əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyildir.
24. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140, 324.1, 324.2, 342.4, 324.5, 337.1, 337.2-ci il maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
25. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bağışlama müqaviləsini və onun əsasında verilmiş çıxarış ləğv edilmiş, lakin DƏDRX tərəfindən Hüseynova Məryəm Musa qızına, Hüseynov Ramil Murtuz oğluna, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 Abşeron rayonu, Saray qəsəbəsi, Leyla Bədirbəyli küçəsi, ev 45 ( keçmiş Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 41) ünvanda yerləşən fərdi yaşayış evi ilə və torpaqla bağlı verilmiş xx.xx.2022-ci il tarixli (**********77-10401 qeydiyyat nömrəli, ********** reyestr nömrəli) çıxarışın ləğv olunması və torpağın mülkiyyətə verilməsinə dair JN-483A, kod:30800086 nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qətnamədə heç bir fikir bildirilməmiş, həmin çıxarışın və şəhadətnamənin ləğv olunması barədə tələbi açıq qalmışdır. O, hakim tərəfindən həyətə baxış keçirilən zaman həyətin giriş qapısından sağda yerləşən bir otağın onun istifadəsində olması və əmlakının orada olmasını bildirmiş, lakin qətnamədə onun orada yaşaması və həmin otağın həyətin hansı istiqamətində yerləşməsi qeyd etməmişdir. Məhkəmədən sonra onu həyətə buraxmamış və verilən məlumata görə yaşadığı mənzilin qapısı qırmış, pəncərələri sındırmış, əmlakları götürmüş, mənzili xarabaya çevirmiş və hüquqlarını pozmuşlar. Digər tərəfdən, o, anasının 1983-cü il tarixində miras əmlakın 1/2 hissəsini ona vəsiyyət etməsi barədə vəsiyyətnaməni məhkəməyə təqdim etmişdir. O həmin həyətdə yaşamışdır, belə ki, əmlakları da oradadır. Miras əmlakı faktiki olaraq qəbul etmişdir. Eyni zamanda, məhkəmə ekspertiza təyin etməmiş, öz mülahizəsinə əsasən qiymət vermişdir ki, ona vəsiyyət edilən əmlak 0,14 hadır və bu cavabdehlərin 0,14 ha torpaq sahəsi ilə üst-üstə düşür. Tamamilə yalandır, burada mütəxəssis rəyi tələb edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
32. Məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası.
33. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
34. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (...)
36. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (...) 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
37. Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (...)
38. Maddə 340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
39. Maddə 666. Bağışlama müqaviləsi 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 666.3. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.
40. Maddə 668. Bağışlama forması. Bağışlama vədi 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.
41. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
44. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
45. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
48. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
49. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. İşin mübahisəsiz hallarına görə İddiaçı və Cavabdeh2 bacıdırlar. Onların anası X2 adına 1988-ci ilin oktyabrında yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Bu sənəddən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, V.İ.Lenin küçəsində yerləşən 322,9 kv.metrlik 41 saylı ev sənəd üzrə 1200 kv.metr, faktiki isə 2808,5 kv.metr torpaq sahəsində yerləşir. xx.xx.1983-cü il tarixli vəsiyyətnamə ilə X7 ölümündən sonra bu əmlakın yarısının övladı Heybətəliyeva (Aslanova) Nərmilə Musa qızına vəsiyyət etmişdir. X7 xx.xx.1993-cü il tarixdə Saray qəsəbəsində ölmüşdür.
52. İş materiallarında olan Abşeron rayon AİK-nin vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə dair xx.xx.2005-ci tarixli cədvəlindən görünür ki, xx.xx.1993cü il tarixdə ölmüş X2 5 nəfərlik ailə tərkibi vardır: X8, X10, X11, Cavabdeh1 və Cavabdeh3. Onların qanuni istifadələrində 0,14 ha həyətyanı torpaq sahəsi mövcuddur.
53. Abşeron rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 16 saylı qərarı ilə X7 və onun ailə tərkibi olan 5 nəfər cavabdehə 0,14 ha (həyətyanı) torpaq sahəsi verilmiş, bu baədə xx.xx.2005-ci il tarixli, JN 483A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.
54. İddiaçı tələbində iş materiallarına əlavə edilmiş anasının ona verdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.1983-cü il tarixli vəsiyyətnaməyə istinad etmişdir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir.
56. Qərarda həmçinin qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
57. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mərhum X7 xx.xx.1993-cü il tarixdə vəfat etdiyindən, həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
58. İşdən görünür ki, xx.xx.1993-cü ildən sonra iddiaçı 6 ay ərzində vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmiş, mirası qəbul etməmiş, vəsiyyətnamə ilə ona verilən hüququ qeydə aldırmamışdır. O, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydiyyatda olmaqla yaşayır.
59. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmçinin qeyd edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-483A nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Abşeron rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 16 saylı qərarı qüvvədə olduğundan, həmin şəhadətnamənin ləğv edilməsi barədə tələb əsaslı hesab edilə bilməz. Həmçinin, cavabdehlər X16, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 mübahisəli daşınmaz əmlak üzərindəki hüquqları vərəsəlik qaydasında əmələ gəlməmişdir.
60. İşdən görünür ki, cavabdehlər torpaq sahəsinə dair şəhadətnamə aldıqdan sonra torpaq sahəsinə və evə dair reyestrdən çıxarış almış, sonra isə öz paylarını Cavabdeh3 bağışlamışlar. Hazırki iş üzrə cavabdehlər arasında əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları müəyyən edilmir. Odur ki, müvafiq çıxarışların ləğvinə, torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin vəziyyətə, yəni X2 adına qaytarılması barədə iddia tələblərinin də təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur.
61. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsasları sübuta yetirilmədiyindən, iddiaçı tərəf irəli sürdüyü dəlillərlə bağlı mötəbər sübutlar təqdim edə bilmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
62. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mövcud iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2(012)-434/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-434/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.