Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1583/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və ödənilməmiş əmək və məzuniyyət haqqının ödənilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3383/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və ödənilməmiş əmək və məzuniyyət haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun xx.xx.2023-ci il tarixli, KC 34 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul olunmuş əmrin ləğv olunması və ödənilməmiş (itirilmiş əmək haqqının) 28800 manat əmək haqqının və mənəvi ziyana görə 10000 manat vəsaitin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3383/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia tələbi təmin edilməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3383/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı cavabdehlə razılıq əldə edilidiyini və barışıq sazişi tərtib edildiyini bildirərək, barışıq sazişinin təsdiqlənməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, barışıq sazişinin 2.6-cı bəndi nəzərə alınmamaqla təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəflər arasında razılıq əldə edilidiyini və barışıq sazişi tərtib edildiyini bildirərək, barışıq sazişinin təsdiqlənməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, barışıq sazişinin 2.6-cı bəndi nəzərə alınmamaqla təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 izahatında bildirdi ki, tərəflər arasıdna razılıq əldə edilib, iddia tələbinin əmrin ləğv edilməsi hissəsi ilə tərəflər razılaşıb, digər hissələrdə iddiaçı iddiadan imtina edir, iddiaçı işə bərpa hissəsindən də imtina edir. Əmək müqaviləsinə xitam verilməsini əsasları dəyişir, Məcəllənin 70-ci maddəsinin “Ç” bəndi ilə deyil, Məcəllənin 69-cu maddəsinn tələblərinə ərizəçinin ərizə əsasında xitam verilməsi razılaşdırılmışdır. Sazişin 2.6-cı bəndinə gəldikdə isə qərardad qəbul edikdikdə iş üzrə icraata xitam verilir, həmin bəndlə eyni mahiyyət kəsb edir. Odur ki, barışıq sazişinin 2.6-cı bəndi nəzərə alınmamaqla təsdiq edilməsinə və iş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Məhkəmə kollegiyasına təqdim olunmuş barışıq sazişi aşağıdakı məzmunda bağlanmışdır: 2.1 “ENGİN LTD" MMC /Kommersiya Departamenti/Satış şöbəsi" bölməsində "Aparıcı satış nümayəndəsi" vəzifəsində işləyən İddiaçı Şahin oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70 nömrəli maddəsinin "ç" bəndinə əsasən xx.xx.2023 tarixindən xitam verilməsinə dair KÇ 34 saylı əmri qüvvədən düşmüş hesab olunsun. 2.2 Tərəflər arasında bağlanmış xx.xx.2017 - ci il tarixli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69 - cu maddəsinin tələblərinə uyğun olaraq İddiaçı ərizəsinə əsasən xx.xx.2023 - cü il tarixdən xitam verilsin. 2.3 Sazişə əsasən xx.xx.2023 - cü il tarixli KÇ 34 saylı əmrə əsasən “ENGİN LTD" MMC/Kommersiya Departamenti/Satış şöbəsi" bölməsində "Aparıcı satış nümayəndəsi" vəzifəsində işləyən İddiaçı Şahin oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 69-cu maddəsinə əsasən xitam verilsin. 2.4 Engin LTD MMC İddiaçı əmək kitabçasında müvafiq düzəlişlərin edilməsini təmin etməli, bu məqsədlə X1 Xidmətinə müvafiq müraciət etməlidir. 2.5 İddiaçı Cavabdeh MMC-ə qarşı “ödənilməmiş (itirilmiş əmək haqqının) 28 800 manat əmək haqqının və mənəvi ziyana görə 10 000 manat vəsaitin cavabdeh tərəfindən ona ödənilməsinə” dair iddia tələblərindən imtina edir. 2.6. “Engin LTD': MMC-nin İddiaçı əmək müqaviləsinə 69-cu maddə ilə xitam verilməsinə qarşılıq olaraq İddiaçı Cavabdeh MMC-yə qarşı indi və gələcəkdə pul və digər iddia tələbləri irəli sürməyəcəkdir.
6. İş üzrə tərəflərin çəkdikləri məhkəmə xərcləri özlərinə aid edilir.
Məhkəmə kollegiyası iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb, hesab edir ki, barışıq sazişinin 2.6-cı bəndi istisna olunmaqla digər şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3383/2024 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5. Tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin məhkəmə kollegiyasına təqdim etdikləri barışıq sazişinin 2.6-cı bəndində “Engin LTD' MMC-nin İddiaçı əmək müqaviləsinə 69-cu maddə ilə xitam verilməsinə qarşılıq olaraq İddiaçı Cavabdeh MMC-yə qarşı indi və gələcəkdə pul və digər iddia tələbləri irəli sürməyəcəyinə dair şərt qoyulmuşdur ki, həmin şərtin məhkəmə tərəfindən təsdiqlənməsi əsassız hesab olunur. Belə ki, qeyd olunan şərt mahiyyət etibarı ilə şəxsin məhkəməyə müraciət etmək hüququndan imtina etməsini özündə ehtiva etməkdədir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən isə məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə kollegiyasında həmçinin, tərəflər həmin şərtin nəzərə alınmadan barışıq sazişinin təsdiqlənməsini tələb etmişlər. Buna görə də barışıq sazişi sazişin 2.6-cı bəndi istisna olunmaqla təsdiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və barışıq sazişinin şərtlərini araşdırıb hesab edir ki, sazişin 2.6-cı bəndi Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə zidd olduğundan təsdiq edilə bilməz. Bununla yanaşı barışıq sazişinin digər şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişinin şərtləri 2.6-cı bənd istisna olmaqla təsdiq olunmalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3383/2024 nömrəli qətnaməsi ləğv edilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 370.1, 384.0.5., 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və ödənilməmiş əmək və məzuniyyət haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 16 oktyabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. “ENGİN LTD" MMC /Kommersiya Departamenti/Satış şöbəsi" bölməsində "Aparıcı satış nümayəndəsi" vəzifəsində işləyən İddiaçı Şahin oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70 nömrəli maddəsinin "ç" - bəndinə əsasən xx.xx.2023 tarixindən xitam verilməsinə dair KÇ 34 saylı əmri qüvvədən düşmüş hesab olunsun.
2. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olaraq İddiaçı ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilsin.
3. Sazişə əsasən xx.xx.2023- ü il tarixli, KÇ 34 saylı əmrə əsasən “ENGİN LTD" MMC/Kommersiya Departamenti/Satış şöbəsi" bölməsində "Aparıcı satış nümayəndəsi" vəzifəsində işləyən İddiaçı Şahin oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 69-cu maddəsinə əsasən xitam verilsin.
4. Engin LTD MMC İddiaçı əmək kitabçasında müvafiq düzəlişlərin edilməsini təmin etməli, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.
5. İddiaçı Cavabdeh MMC-ə qarşı “ödənilməmiş (itirilmiş əmək haqqının) 28800 manat əmək haqqının və mənəvi ziyana görə 10000 manat vəsaitin cavabdeh tərəfindən ona ödənilməsinə” dair iddia tələblərindən imtina edir.
6. İş üzrə tərəflərin çəkdikləri məhkəmə xərcləri özlərinə aid edilir.
Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3383/2024 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.