Məhkəmə qərarları › İş №2(105)-160/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-160/2023

25.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Sair mülki iş - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-160/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı mülki iş üzrə (Açar cavabdehin torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılması, tikililərin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)- 4679/2021 nömrəli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X3 qarşı cavabdehin torpaq sahəsi və üzərindəki tikililərdən çıxarılması, tikililərin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********19 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0330 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən çıxarılması, torpaq sahəsi üzərində inşa edilmiş tikililərdəki cavabdehə məxsus əşyaların cavabdehin hesabına boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 onun ögey anasıdır. Onun atası X12 ilə cavabdehin arasında olan nikah münasibətinə Lerik Rayon Məhkəməsinin 2(048)-108/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********19 seriya nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Abşeron rayonu, Saray qəsəbəsində xüsusi mülkiyyət əsasında 0.0330 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Sözügedən mənzil həmin torpaq sahəsi üzərində tikilmişdir. Həmin mənzilə mülkiyyət hüququna dair gözlənti hüququ da ona məxsusdur. Faktiki olaraq sözügedən mənzil onun sahiblik, istifadə və sərəncamındadır. Lakin cavabdeh X2 həmin mənzildə yaşaması mənəvi narahatlıqdan başqa, eyni zamanda, onun öz mülkiyyətindən istifadəni məhdudlaşdırır. Ona görə də cavabdehə məxsus əşyaların onun mənzilindən çıxarılması vacibdir. Cavabdeh isə könüllü surətdə mənzili boşaltmadığına və mənzildən çıxmadığına görə hesab edir ki, məhkəmə məcburi formada mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarmalıdır. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-4679/2021 nömrəli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh X2 İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0330 ha torpaq sahəsindən çıxarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov) Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini bu cür əsaslandırmışdır ki, İddiaçı cavabdeh X2 çıxarılmasını tələb etdiyi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0330 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış verilmiş və həmin çıxarışa əsasən qeyd olunan torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********9 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0330 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, lakin həmin torpaq sahəsi üzərində yerləşən tikilinin (tikililərin) özbaşına tikili olması, hər hansı hüquqmüəyyənedici sənədinin olmaması tərəflərin həmin evə bərabər statusunun yaranmasını ehtiva edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən tikiliyə münasibətdə cavabdeh ilə birlikdə bərabər statusa malik olduğundan, onun cavabdehin, həmçinin cavabdehə məxsus əşyaların həmin evdən çıxarılmasını tələb etmək hüququ istisna edilir. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157180-ci və “Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X1 Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-4679/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı atası X12 ilə 2006-cı ildən evli olmuşlar. Onların nikahı Sumqayıt şəhəri Nikah evində xx.xx.2006-cı il tarixdə bağlanmışdır. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X13 anadan olmuşdur. Ailə qurduqdan sonra həyat yoldaşına məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən birotaqlı evə köçmüşdür. Sonradan yeni ev tikib, təmir etdirmişlər və uzun müddət orada yaşamışlar. Həmin bir otaqlı evi isə qaraj kimi istifadə etmişdır. Evin təmirinə əvvəlcədən özünün olmuş təxminən 16000 manat məbləğində pul xərcləmişdir. Hal-hazırda da uşağı ilə birlikdə həmin evdə yaşayır, özünə məxsus bütün əşyalar həmin evdə yerləşir. İddiaçı adına qonşuluqda 3 sot torpaq sahəsi olmuşdur. Orada atası tərəfindən İddiaçı üçün birotaqlı ev tikilmişdir. Onların nikah münasibətinə Lerik Rayon Məhkəməsinin 2(048)- 108/2021saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Məhkəmə qətnaməsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0330 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Həmin sənədin tərtib ediməsinə əsas Sumqayıt Asan Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu Ə.M.Əmirəliyev tərəfindən təsdiq edilmiş 152 saylı şəhadətnamə, xx.xx.2019-cu il tarixli 4Ə-2054 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi olmuşdur. Bildirir ki, torpağın İddiaçı adına keçirilməsi barədə məlumatı olmamışdır. Bildirdiyinə görə hər iki torpaq sahəsinə İddiaçı və atası X8 Çıxarışı olmuşdur. Sonradan atası özünə məxsus torpaq sahəsini oğluna bağışlamışdır. Sorğu əsasında notariusdan alınan sənədlərdən görünür ki, bağışlama müqaviləsi notariusda bağlanan zamanı, nikahda olsalar da onun razılığı alınmamışdır. Bununla əlaqədar həmin müqavilənin etibarsızlığı ilə əlaqədar məhkəməyə müraciət edir. Eyni zamanda onun hazırkı məhkəmə barədə də məlumatı olmamışdır. Məhkəmə barəsində yalnız icra məmuru tərəfindən çağırılan zaman xəbər tutmuşdur. Bundan sonra ərizə ilə məhkəməyə müraciət edərək qətnaməni almışdır. O, uşağı ilə birlikdə özünə məxsus evdə yaşayır. İddiaçı isə digər torpaq sahəsində yerləşən öz evində yaşayır. Məhkəmədə iştirak etmədiyi üçün məhkəmədə bu hallar araşdırılmamışdır. Beləliklə, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh X7 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada iş üzrə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2.-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)-4679/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0330 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********9 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli A352908 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0330 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Sumqayıt Asan Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu Ə.M.Əmirəliyev tərəfindən təsdiq edilmiş 152 saylı şəhadətnamə, xx.xx.2019-cu il tarixli 4Ə-2054 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi olmuşdur. Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-108/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X12 ilə X4 arasında Sumqayıt şəhəri Nikah evində bağlanmış xx.xx.2006cı il tarixli 1787 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X9 anası X4 himayəsində saxlanılması qət edilmişdir. Lerik rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ № 361942 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 ilə X2 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 20 nömrəsi ilə qeyd edilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı cavabdeh X2 çıxarılmasını tələb etdiyi Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0330 ha torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olmaqla bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarış verilmiş və həmin çıxarışa əsasən qeyd olunan torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********9 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0330 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, lakin həmin torpaq sahəsi üzərində yerləşən tikilinin (tikililərin) özbaşına tikili olması, hər hansı hüquqmüəyyənedici sənədinin olmaması tərəflərin həmin evə bərabər statusunun yaranmasını ehtiva edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən tikiliyə münasibətdə cavabdeh ilə birlikdə bərabər statusa malik olduğundan, onun cavabdehin, həmçinin cavabdehə məxsus əşyaların həmin evdən çıxarılmasını tələb etmək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddianı qismən təmin edilmişdir. Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olaz. Belə ki, hazırki iddia tələbinin əsasını xx.xx.2019-cu il tarixli 4Ə-2054 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi və müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019cu il tarixli çıxarış olmuşdur. İşə əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(060)- 2965/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X7 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun xəbəri və iştirakı olmadan Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Ə.M.Əmirəliyev tərəfindən xx.xx.2019-cu il tarixli, 4Ə-2054 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəsi, **********19 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(060)-2965/2022 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddiaçı X2 cavabdehlər X12, İddiaçı və Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilib, İddiaçı və X12 arasında Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontorunda təsdiq edilmiş 4Ə-2054 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi etibarsız hesab edilmiş, cavabdeh İddiaçı adına Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən sahəsi 0.033 ha olan torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, **********19 reyestr nömrəli çıxarış ləğv edilmiş və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən vabdeh X12 apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-(105)-2126/2022 nömrəli qətnaməsi ilə cavabdeh X8 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(060)-2965/2022 nömrəli qətnaməsi cavabdeh X10 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamə qanuni qüvvəsini almışdır. Bununla da müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(060)-2965/2022 nömrəli qətnaməsi ilə hazırki iddianın əsasını təşkil edən xx.xx.2019-cu il tarixli 4Ə-2054 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilmiş, cavabdeh İddiaçı adına Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən sahəsi 0.033 ha olan torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, **********19 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın əsasını təşkil edən xx.xx.2019-cu il tarixli, 4Ə-2054 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edildiyindən, eləcə də mübahisəli torpaq sahəsinə dair iddiaçının adına verilmiş xx.xx.2019-cu il tarixli, **********19 reyestr nömrəli çıxarış ləğv edildiyindən hazırki iddia tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırki iddianın təmin edilməsinə əsas olan hallar aradan qalxdığından, apellyasiya şikayəti əsaslı olduğu üçün təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)- 4679/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh X2 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(012)- 4679/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver