Məhkəmə qərarları › İş №2(105)-1616/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1616/2025

06.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1616/2025 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə, torpaq sahəsində müayinə işlərinin aparılmasına törədilən maneçiliklərə son qoyulması barədə ilk, Cavabdeh cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə, torpaq sahəsində müayinə işlərinin aparılmasına törədilən maneçiliklərə son qoyulması barədə ilk, Cavabdeh cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.JN-0372, KOD ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon AİK-nın ## #### 1998-ci il tarixli **/* saylı qərarı ilə ünvan 2ndə yerləşən 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, Səfərova İra Əzəmməd qızının və X4 xüsusi mülkiyyətindədir. 2.##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsixüsusi mülkiyyət hüququ üzrə İddiaçı, Səfərova İra Əzəmməd qızının və X4 mülkiyyətindədir. 3.28.12.20216-cı il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 1.405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh, X7, X18, X2 və X11 mülkiyyətindədir. 4.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 məxsus ünvan 1 ünvanda yerləşən mübahisələndirilən torpaq sahəsində naturada faktiki istifadə vəziyyətinə uyğun ölçü işləri aparılmışdır və məlum olmuşdur ki, faktiki torpaq sahəsinin 0.91 hektar hissəsi meyvə bağı və 0.26 hektar hissəsi isə otlaq kimi istifadə olunmaqla cəmi 1.17 hektar ölçüdə təşkil edir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 məxsus ünvan 1ndə yerləşən torpaq sahəsinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməklə sərhədlərin müəyyən edilməsi mümkündür. Həmin torpaq sahəsi və ya hər hansı bir hissəsi cavabdeh Cavabdeh tərəfindən zəbt olunmamışdır. Həmin torpaq sahəsi və ya hər hansı bir hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunmur. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2023cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 məxsus ünvan 1ndə yerləşən torpaq sahəsi, qeyd edilən şəxslərin ümumi birgə mülkiyyətində yerləşir. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh, X7, X18, X2 və X12 məxsus ünvan 1ndə yerləşən və ##.##.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X13 məxsus ünvan 1ndə yerləşən torpaq sahələri sənəd üzrə ümumi 1.97 hektar olmalı halda, naturada cəmi 1.51 hektar ölçüdə təşkil edir. TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasını və mübahisələndirilən torpaq sahələrinin faktiki istifadə vəziyyətlərini nəzə alınsaq, cavabdeh Cavabdeh məxsus ************ reyestr nömrəli 1.41 hektar torpaq sahəsinin 0.29 hektar hissəsi ilə X14 məxsus 3********** reyestr nömrəli 0.56 hektar torpaq sahəsinin 0.38 hektar hissəsi, ümumi 0.67 hektar ölçüdə olmaqla iddiaçı İddiaçı istifadəsində yerləşir. Qeyd: TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən Cavabdeh və onun ailə üzvlərinə məxsus ************ reyestr nömrəli 1.41 hektar torpaq sahəsi 0.05 hektar azalma ilə 1.36 hektar olçudə uçota alınmışdır və X14 məxsus 3********** reyestr nömrəli 0.56 hektar torpaq sahəsi isə 0.04 hektar azalma ilə 0.52 hektar ölçüdə uçota alınmışdır. 5.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 məxsus ünvan 1 ünvanda yerləşən mübahisələndirilən torpaq sahəsində naturada faktiki istifadə vəziyyətinə uyğun ölçü işləri aparılmışdır və məlum olmuşdur ki, faktiki torpaq sahəsinin 0.91 hektar hissəsi meyvə bağı və 0.26 hektar hissəsi isə otlaq kimi istifadə olunmaqla cəmi 1.17 hektar ölçüdə təşkil edir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 məxsus ünvan 1ndə yerləşən torpaq sahəsinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməklə sərhədlərin müəyyən edilməsi mümkündür. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsi və ya hər hansı bir hissəsi cavabdeh Cavabdeh tərəfindən zəbt olunmamışdır. Qərardadın 4cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsi və ya hər hansı bir hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunmur. Qərardadın 5-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən. İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 məxsus ünvan 1ndə yerləşən torpaq sahəsi, qeyd edilən şəxslərin ümumi birgə mülkiyyətində yerləşir. Qərardadın 6-cı sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2016-cı il X7,X18,X2 və X12 məxsus ünvan 1ndə yerləşən və ##.##.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X14 məxsus ünvan 1ndə yerləşən torpaq sahələri sənəd üzrə ümumi 1.97 hektar olmalı halda, naturada cəmi 1.51 hektar ölçüdə təşkil edir. TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasını və mübahisələndirilən torpaq sahələrinin faktiki istifadə vəziyyətlərini nəzə alınsaq, cavabdeh Cavabdeh məxsus ************ reyestr nömrəli 1.41 hektar torpaq sahəsinin 0.29 hektar hissəsi ilə X14 məxsus 3********** reyestr nömrəli 0.56 hektar torpaq sahəsinin 0.38 hektar hissəsi, ümumi 0.67 hektar ölçüdə olmaqla iddiaçı İddiaçı istifadəsində yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli **/**** nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. 6.Apellyasiya icraatı zamanı əldə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən, İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 məxsus ünvan 3ndə yerləşən 0,27 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. JN-0372, KOD ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ayrılmış 2.44 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. Məlum olmuşdur ki, bu sahə kəndin üç müxtəlif hissəsində yerləşir; 0.6097 ha hissəsi ************ reyestr nömrəli çıxarışla, 1.5619 ha hissəsi ************ reyestr nömrəli çıxarışla (notarial razılıq əsasında 1.49 ha ölçüdə), və qalan 0.27 ha hissəsi ************ reyestr nömrəli çıxarışla əvəz olunmuşdur. X9 məxsus 1.405 ha torpaq sahəsi naturada koordinatları müəyyən edilmişdir; uçot məlumatlarında isə 1.362 ha ölçüdə qeydiyyata alınmış və 0.29 ha hissəsi İddiaçı və ailə üzvlərinin istifadəsində, metal tor hasarı daxilində meyvə bağı ilə yerləşir. Əlavə olaraq, bələdiyyə mülkiyyətinə aid 0.1953 ha hissə də X9 və ailə üzvlərinin istifadəsindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 məxsus ünvan 3ndə yerləşən 0,27 ha torpaq sahəsi faktiki olaraq öz koordinatları hüdudlarında yerləşir. JN-0372, KOD ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Qusar rayon AİK-nin ## #### 1998-ci il tarixli **/* saylı qərarı ilə İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 ayrılmış ünvan 3ndə yerləşən 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq öz koordinatları hüdudlarında yerləşir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, X9, X8, X19, X3 və X11 məxsus ünvan 3 ünvanında yerləşən 1.405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq öz koordinatları hüdudlarında yerləşmir; belə ki, torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında 1.362 ha ölçüdə uçota alınmışdır və uçota alınmış torpaq sahəsinin 0.29 ha hissəsi hal-hazırda İddiaçı və onun ailə üzvlərinin istifadəsində olmaqla, onlara məxsus metal tor hasarı daxilində yerləşir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, X9, X8, X19, X3 və X11 məxsus ünvan 3 ünvanında yerləşən 1.405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən dəqiqləşdirildikdə (uçota əsasən 0.043 ha hissənin azalması nəzərə alınmaqla), 0.29 ha hissəsi İddiaçı tərəfindən metal tor hasarı çəkilmiş torpaq sahəsində yerləşir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 məxsus 0,27 ha torpaq sahəsi və JN-0372, KOD ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Qusar rayon AİK-nin ## #### 1998-ci il tarixli **/* saylı qərarı ilə İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 ayrılmış 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, X9, X8, X19, X3 və X11 məxsus 1.405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən faktiki olaraq 0.29 ha hissədə üst-üstə düşür, lakin sənədlər üzrə üst-üstə düşmür. Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, yekun nəticə olaraq bildiririk ki, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında olan məlumatlar torpaq sahələrinin naturada olan faktiki göstəriciləri ilə müqayisə edilərək müəyyən edilmişdir ki, X9 və onun ailə üzvlərinə məxsus ************ reyestr nömrəli 1.41 hektar torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında faktiki vəziyyətə görə islahat sahəsi çatışmayan torpaq sahələri kimi 0.045 hektar azalaraq 1.36 hektar ölçüdə uçota alınmışdır və həmin 1.36 hektar torpaq sahəsinin 0.29 hektar hissəsi hal-hazırda İddiaçı və onun ailə üzvləri tərəfindən metal tor hasarı ilə hasara alınaraq meyvə bağı kimi istifadə olunur. Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı, Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə, torpaq sahəsində müayinə işlərinin aparılmasına törədilən maneçiliklərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1ndə yerləşən, ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ona və ailə üzvlərinə məxsus 0.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə işlərinin aparılmasına edilən maneçiliklərin həmin şəxsə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 8.Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2016-ci il tarixli, ********** qeydiyyat, ************ reyestr nömrəli çıxarışa əsasən qarşılıqlı iddiaçı Cavabdeh və onun ailə üzvləri olan X7, X18, X2, X10 məxsus olan ünvan 2 ərazisində yerləşən 1,405 ha kənd təsərrüfatlı torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 0,29 hektar hissəsindən İddiaçı çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 9.İlkin iddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrara İslahat Komissiyasının ## #### 1998-ci il tarixli **/* saylı qərarı ilə ünvan 1ndə yerləşən 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, KOD 30100018 JN:*** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Bundan sonra həmin Dövlət Aktında olan 2.44 ha torpaq sahəsinin mülk nömrəsi 372 olan 0.27 ha hissəsinə dair onun və ailə üzvlərinin adına ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin, həmin çıxarış verildikdən sonra ona məlum olmuşdur ki, Çıxarışda 0.27 ha torpaq sahəsinin koordinatları və döngə nöqtələri arasında məsafələr Dövlət Aktında olan koordinatlarla və döngə nöqtələri arasında məsafələrlə kəskin şəkildə fərqlənir. Halbuki, Dövlət Aktında göstərilən ölçülərə uyğun olaraq islahat vaxtından indiyədək həmin 0.27 ha torpaq sahəsi onun və ailə üzvlərinin tərəfindən istifadə olunur. Bundan başqa, ona məxsus torpaq sahəsinin bir hissəsi cavabdeh Cavabdeh tərəfindən özbaşına tutularaq qanunsuz olaraq istifadə olunur. Bu səbəbdən də, gələcəkdə mülkiyyət hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etmək üçün əvvəlcə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 10.Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda göstərilən 0.27 ha torpaq sahəsinin koordinatlarında və döngə nöqtələrində düzəlişlər olunmaqla KOD 30100018 JN:*** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən koordinatlara uyğun yeni Çıxarışın tərtib edilməsini xahiş etmişdir, lakin həmin idarənin ##.##.2024-cü il tarixli *-**-*-**/*-S****-**/**** saylı məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinin qonşu torpaq mülkiyyətçiləri arasında sərhəd mübahisəsi olduğundan müvafiq ölçü işlərinin aparılması mümkün olmamışdır. Müvafiq ölçü işlərinin aparılmasına məhz cavabdeh Cavabdeh mane olmuşdur. Göründüyü kimi, cavabdeh Cavabdeh heç bir qanuni əsas olmadan qeydiyyat orqanı tərəfindən müvafiq sənədlərin tərtib olunması məqsədi ilə torpaq sahəsində müayinə işlərinin aparılmasına maneçilik törədilmiş, bu səbəbdən də həmin maneçiliyə son qoyulmalı, bu cür hərəkətlərin edilməsi həmin şəxsə qadağan edilməlidir. 11.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Qusar rayon məhkəməsinin icraatında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə, torpaq sahəsində müayinə işlərinin aparılmasına törədilən maneçiliklərə son qoyulmasına dair” iddia üzrə mülki iş vardır. Həmin iddia ilə əlaqədar bildir ki, ##.##.2016-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ərazisində 1,405 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun ailə üzvləri olan X7, X18, X2, X11, ##.##.2016-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ərazisində 0,56 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində isə Cavabdeh anası X14 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Buna baxmayaraq qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı X2 və onun ailə üzvlərinə məxsus 1,405 ha torpaq sahəsinin 0,29 ha hissəsini və X2 anası X14 isə 0,56 ha torpaq sahəsinin 0,38 ha hissəsini qanunsuz olaraq zəbt edərək istifadə edir. İlkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə,torpaq sahəsində müayinə işlərinin aparılmasına törədilən maneçiliklərə son qoyulmasına dair” iddiası üzrə işə baxan Qusar rayon məhkəməsi ##.##.2024-cü il tarixli 2(029)- ***/**** saylı Qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfində məkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində ##.##.2016-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı Cavabdeh və onun ailə üzvləri olan X7, X18, X2, X10 məxsus olan ünvan 2 ərazisində yerləşən və ##.##.2016-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh anası X14 məxsus ünvan 2 ərazisində yerləşən torpaq sahələri sənəd üzrə 1,97 hektar olmalı halda, naturada cəmi 1,51 hektar ölçüdə olması qeyd edilmişdir. TEKUİS və AZKAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasını və mübahisələndirilən torpaq sahələrinin faktiki istifadə vəziyyətini nəzərə aldıqda Cavabdeh məxsus ************ reyestr nömrəli 1,41 hektar torpaq sahəsinin 0,29 hektar hissəsi ilə X15 məxsus 3********** reyestr nömrəli 0,56 hektar torpaq sahəsinin 0,38 hektar hissəsi,ümumi 0,67 hektar olmaqla cavabdeh İddiaçı istifdadəsində olduğu müəyyən edilmişdir. Beləliklə Qusar rayon məhkəməsinin ##.##.2024-cü il tarixli 2(029)- ***/**** saylı Qərardadı ilə təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizas üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfində məhkəməyə təqdim edilmiş 28.01,2025-ci il tarixli mütəxəssis rəyində ##.##.2016-ci il tarixli ********** qeydiyyat, ************ reyestr nömrəli çıxarışa əsasən qarşılıqlı iddiaçı Cavabdeh və onun ailə üzvləri olan X7,X18, X2, X10 məxsus olan ünvan 2 ərazisində yerləşən 1,405 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,29 hektar hissəsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə olunması halı təsdiqini tapmışdır. Bildirir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsi tərəfində məkəməyə təqdim edilmiş mütəxəssis rəyi Elektron Məhkəmə Sisteminə ##.##.2025-ci il tarixdə yerləşdirildiyindən Cavabdeh və onun ailə üzvlərinə məxsus olan ünvan 2 ərazisində yerləşən 1,405 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0,29 hektar hissəsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qanunsuz olaraq zəbt etməklə istifadə edilməsi barədə dəqiq məlumat bizə sonradan məlum olmuşdur. 12.##.##.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 13.İddiaçı ##.##.2025-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 14.##.##.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ##.##.2025-

15. məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə ci il tarixli baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, etibarnamə üzrə nümayəndəs və vəkil məhkəməyə ərizə ilə müraciətedərək ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etmiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, şəxsi işlərilə əlaqədar o, məhkəmə iclaslarında iştirak edə bilmir. Odur ki, işə onun iştirakı olmadan baxılaraq ilkin iddianın rədd edilməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 16.Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə, torpaq sahəsində müayinə işlərinin aparılmasına törədilən maneçiliklərə son qoyulması” tələbinə dair iddiası təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, ##.##.2016-ci il tarixli, ********** qeydiyyat, ************ reyestr nömrəli çıxarışa əsasən qarşılıqlı iddiaçı Cavabdeh və onun ailə üzvləri olan X7,X18, X2, X10 məxsus olan ünvan 2 ərazisində yerləşən 1,405 ha kənd təsərrüfatlı torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 0,29 hektar hissəsindən İddiaçı çıxarılması, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının ## #### 2025-ci il tarixli **/**** saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat manat təşkil edən məhkəmə xərcləri İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN 1700326621, Hesab-AZ34CTRE**********0002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X32, Kodu- 210005, VÖEN 1401555071, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir. (hakim Əli Cəlilov) 17.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni İnsan Hüquqlarının və X24 Haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci hissəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1-3-cü hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 152.1, 152.2, 152.3, 152.4-cü , 152.5, 157.1, 157.2, 157.4, 157.8, 164.1, 164.2, 165.1, 178.1, 178.2, 238.1, 239.2-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddəsinin 1, 2-ci hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2. 76.1, 77.1, 88, 103.1, 117.1, 118.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri 18.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməsini, onun cavabdeh Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə, torpaq sahəsində müayinə işlərinin aparılmasına törədilən maneçiliklərə son qoyulması” tələbinə dair iddiasının təmin edilməsini, qarşılıqlı iddia rədd edilməsini xahiş etmişdir. 19.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qətnaməni əsassız hesab edərək bildirir ki, Qusar rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli **/* saylı qərarı ilə ünvan 1ndə yerləşən 2.44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, KOD 30100018 JN:*** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Bundan sonra həmin Dövlət Aktında olan 2.44 ha torpaq sahəsinin mülk nömrəsi 372 olan 0.27 ha hissəsinə dair onun və ailə üzvlərinin adına ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, həmin çıxarış verildikdən sonra onlara məlum olmuşdur ki, çıxarışda 0.27 ha torpaq sahəsinin koordinatları və döngə nöqtələri arasında məsafələr Dövlət Aktında olan koordinatlarla və döngə nöqtələri arasında məsafələrlə kəskin şəkildə fərqlənir. Halbuki, Dövlət Aktında göstərilən ölçülərə uyğun olaraq islahat vaxtından indiyədək həmin 0.27 ha torpaq sahəsi onun və ailə üzvlərinin tərəfindən istifadə olunur. ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0.27 ha torpaq sahəsinin koordinatlarında və döngə nöqtələrində düzəlişlər olunmaqla KOD 30100018 JN:*** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən koordinatlara uyğun yeni Çıxarışın tərtib edilməsi barədə ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş lakin, Cavabdeh torpaq sahəsinin müayinə edilməsinə mane olmuş, bu səbəbdən də, müraciətinə cavab verilməmişdir. 20.Qusar Rayon Məhkəməsi onun iddiasını rədd etdikdən sonra o yenidən bu barədə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsi barədə mübahisə olduğundan müraciətinə cavab verilməsi mümkün deyil. Bununla da, Qusar Rayon Məhkəməsi qanunsuz və haqsız olaraq onun iddasını rədd etmiş və o islahat zamanı mülkiyyətinə verilmiş torpaq sahəsi barədə inzibati orqana müraciət etmək imkanından mıəhrum olmuşdur, çünki buna mane olan cavabdehin hərəkətlərinə Qusar Rayon Məhkəməsi haqq qazandırmışdır. 21.Bundan başqa, işə baxılarkən iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəs tərəfindən ## ###### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı məktubla mütəxəssis rəyi təqdim edilmişdir. Eyni zamanda həmin mütəxəssis rəyi əsasında da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ## #### 2025-ci il tarixli **/**** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəylərdə göstərilmişdir ki, Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdi nəticədə müəyyən olunmuşdur ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, İddiaçı, Səfərova İraƏzəmməd qızına və X5 məxsus ünvan 1 ünvanda yerləşən mübahisələndirilən torpaq sahəsində naturada faktik istifadə vəziyyətinə uyğun ölçü işləri aparılmışdır və məlum olmuşdur ki, faktiki torpaq sahəsinin 0.91 hektar hissəsi meyvə bağı və 0.26 hektar hissəsi isə otlaq kimi istifadə olunmaqla cəmi 1.17 hektar ölçüdə təşkil edir. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, İddiaçı, Səfərova İraƏzəmməd qızına və X5 məxsus ünvan 1ndə yerləşən torpaq sahəsinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməklə sərhədlərin müəyyən edilməsi mümkündür. Həmin torpaq sahəsi və ya hər hansı bir hissəsi cavabdeh Cavabdeh tərəfindən zəbt olunmamışdır. Həmin torpaq sahəsi və ya hər hansı bir hissəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunmur. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ## ###### 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən, İddiaçı, Səfərova İra Əzəmməd qızına və X5 məxsus ünvan 1ndə yerləşən torpaq sahəsi, qeyd edilən şəxslərin ümumi birgə mülkiyyətində yerləşir. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh, ƏskərovaAlyona Şair qızına, X18, ƏskərovƏskər Şair oğluna və X12 məxsus Qusar rayonu, Aşağı Ləgər kəndində yerləşən və ##.##.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən X13 məxsus ünvan 1ndə yerləşən torpaq sahələri sənəd üzrə ümumi 1.97 hektar olmalı halda, naturada cəmi 1.51 hektar ölçüdə təşkil edir. TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasını və mübahisələndirilən torpa sahələrinin faktiki istifadə vəziyyətlərini nəzə alınsa, cavabdeh Cavabdeh məxsus ************ reyestr nömrəli 1.41 hektar torpaq sahəsinin 0.29 hektar hissəsi ilə X14 məxsus 3********** reyestr nömrəli 0.56 hektar torpaq sahəsinin 0.38 hektar hissəsi, ümumi 0.67 hektar ölçüdə olmaqla iddiaçı İddiaçı istifadəsində yerləşir. Qeyd: TEKUİS və AZCAD modelin inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən Cavabdeh və onun ailə üzvlərinə məxsus ************ reyestr nömrəli 1.41 hektar torpaq sahəsi 0.05 hektar azalma ilə 1.36 hektar olçudə uçota alınmışdır və ƏskərovaŞanisəSəfixan qızına məxsus 3********** reyestr nömrəli 0.56 hektar torpaq sahəsi isə 0.04 hektar azalma ilə 0.52 hektar ölçüdə uçota alınmışdır. Göründüyü kimi, rəylərdə yalnız TEKİUS və ACAD modelinə inteqrasiya olunmuş məlumatlar tədqiq edilmiş, lakin islahat zamanı mövcu olmuş DWG məlumatları təhlil olunmaqla müqayisəli tədqiqat aparılmamış, məhkəmə tərəfindən də ekspertlər qarşısında belə suallar qoyulmamışdır. Bundan başqa, mütəxəssis rəyindən görünür ki, mütəxəssis mənim istifadəmdə olan torpaq sahəsinin ümumi sahəsini göstərmiş, lakin mənim mülkiyyətimdə olan 0.27 ha torpaq sahəsinin əvvəllər mövcud olmuş xəritə əsasında koordinatlarını müəyyən etməmişdir. Bu, isə onu təsdiq edir ki, Qusar rayon məhkəməsi işə birtərəfli qaydada baxmış, iş üzrə atraflı araşdırma aparmamış, nəticədə isə düzgün olmayan qətnamə qəbul etmişdir. Göründüyü kimi Qusar Rayon Məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, işin faktiki hallarını düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bununla da işin hallarına uyğun olmayan qətnamə qəbul edərək iddiamı əsassız olaraq rədd etmiş, qarşılıqlı iddianı isə təmin etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 22.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları 23.Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər son məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişlər. 24.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 25.Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26.Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu: 27.Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi 28.Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 29.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 30.Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 31.Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 32.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 33.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 34.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 37.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 38.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 40.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Apellyasiya şikayətindən görünür ki, ilkin iddia üzrə iddiaçı Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilib ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 42.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 43.Əvvəla qeyd olunmalıdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqe ilə razılaşır. 44.İddianı təmin etməyən birinci instansiya məhkəməsi isə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli **/**** saylı və ## ###### 2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli ekspert rəylərinə uyğun olaraq İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə, torpaq sahəsində müayinə işlərinin aparılmasına törədilən maneçiliklərə son qoyulması” tələbinə dair iddiası təmin edilməməli, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia isə təmin edilməli, ##.##.2016-ci il tarixli, ********** qeydiyyat, ************ reyestr nömrəli çıxarışa əsasən qarşılıqlı iddiaçı Cavabdeh və onun ailə üzvləri olan X7,X18, X2, X10 məxsus olan ünvan 2 ərazisində yerləşən 1,405 ha kənd təsərrüfatlı torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 0,29 hektar hissəsindən İddiaçın çıxarılmalıdır. 45.Apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq əlavə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyi əldə olunmuşdur. Həmin rəyə əsasən müəyyən olunmuşdur ki, X9, X8, X19, X3 və X11 məxsus ünvan 3 ünvanında yerləşən 1.405 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi faktiki olaraq öz koordinatları hüdudlarında yerləşmir; belə ki, torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında 1.362 ha ölçüdə uçota alınmışdır və uçota alınmış torpaq sahəsinin 0.29 ha hissəsi hal-hazırda İddiaçı və onun ailə üzvlərinin istifadəsində olmaqla, onlara məxsus metal tor hasarı daxilində yerləşir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, yekun nəticə olaraq bildirirlər ki, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında olan məlumatlar torpaq sahələrinin naturada olan faktiki göstəriciləri ilə müqayisə edilərək müəyyən edilmişdir ki, X9 və onun ailə üzvlərinə məxsus ************ reyestr nömrəli 1.41 hektar torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastr uçotu məlumat bazasında faktiki vəziyyətə görə islahat sahəsi çatışmayan torpaq sahələri kimi 0.045 hektar azalaraq 1.36 hektar ölçüdə uçota alınmışdır və həmin 1.36 hektar torpaq sahəsinin 0.29 hektar hissəsi hal-hazırda İddiaçı və onun ailə üzvləri tərəfindən metal tor hasarı ilə hasara alınaraq meyvə bağı kimi istifadə olunur. 46.Beləliklə, apellyator İddiaçı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər birinci instansiya məhkəməsinin ləğvi üçün əsas təşkil edə bilməz. 47.Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq, hesab edir ki, qətnamənin ləğvi üçün əsaslar yoxdur. 48.Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 49.Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir. 50.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 51.Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir. 52.Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. 53.Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 54.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. 55.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver