Məhkəmə qərarları › İş №2(105)-1632/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1632/2023

06.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Torpaq mübahisələri - Maddi ziyanın ödənilməsi - Torpaq sahəsinin boşaldılması - Müqavilənin etiba
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1632/2023 06.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X28 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə ilk iddia üzrə İddiaçı, onun nümayəndə və vəkili Vəkil3, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh1, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndə və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh1 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsi, üzərində yerləşən inzibati bina və yardımçı tikililərdən çıxarılması tələbinə dair ilk, X11, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı maddi ziyan və torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı və üçüncü şəxs Quba rayon Notariat Kontoruna qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(027)-402/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X11, Cavabdeh2 İsabala qızı və Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 1,32 ha torpaq sahəsi, onun üzərində tikilmiş inzibati bina və yardımçı tikililərdən, eyni zamanda mərhum dayısına məxsus qurğuların X5, Cavabdeh2 İsabala qızına və Cavabdeh1 məxsus texnikaların onun özünün hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər X14, Cavabdeh2 İsabala qızı, Cavabdeh1 məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mübahisəli beton zavodun qiymətləndirilməsi üçün müvafiq qiymətləndirmə aparılmaqla cavabdeh İddiaçı ümumilikdə 980000 (doqquz yüz səksən min ) manat maddi zərərin tutularaq onlara, yəni iddiaçılar Cavabdeh1, Cavabdeh2 İsabala qızına, Cavabdeh3 Aftandil qızına verilməsi və cavabdeh İddiaçı həmin torpaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oonun tərəfindən X10 0,32 ha torpağı istifadə etmək üçün verdiyi etibarnamə ilə ona hansısa məlumat verməyərək və onun razılığı olmadan ona məxsus ünvan 1ində yerləşən 1.32 ha torpaq sahəsinə dair cavabdeh İddiaçı ilə X15 arasında bağlanmış 04 noyabr 2014-cü il tarixdə AN-0466729 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1ində yerləşən 1.32 ha torpaq sahəsinə dair cavabdeh İddiaçı ilə X15 arasında bağlanmış 04 noyabr 2014-cü il tarixli AN-0466729 nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinin əsası Cavabdeh1 yaxın dostu, şəriki X6 ona verdiyi etibarnamədən sui-istifadə etməsi, ona məlumat vermədən və razılığı olmadan xüsusi mülkiyyətində olmuş Quba rayonu İqriq kəndi ərazisində yerləşən, 1,32 ha torpaq sahəsini 14 noyabr 2014-cü il tarixdə notariatda təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən İddiaçı satması, Aftandil və Elməddinin torpağın satılmasına görə ona pul verməməsi, xx.xx.2011-ci il tarixdə Quba rayonunda yerləşən notariat orqanında Avtandilə 0,32 ha torpağın istifadə edilməsi üçün etibarnamə verməsinə baxmayaraq, 1,32 ha torpaq sahəsini Elməddinə satması, Aftandilin səlahiyyət həddini aşması, notariusun isə alğı-satqı müqaviləsini qanunun tələbinə zidd təsdiq etməsidir. İddia tələbinin əsası kimi istinad etdiyi hallan təsdiq edən sübut kimi Aftandil Xudaverdiyevə xx.xx.2011-ci il tarixdə verdiyi etibarnaməni və aralarında bağlanmış 04 noyabr 2014-cü il tarixli torpaq sahəsinə dair alğı-satqı müqaviləsini iddia ərizəsinə əlavə etmişdir. İddia ərizəsində bildirmişdir ki, 04 noyabr 2014-cü il tarixdə torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanarkən satıcı qismində Mehriban Atakişiyevanın səlahiyyətli nümayəndəsi X15 təmsil etmiş və notarial orqanına təqdim elədiyi etibarnaməyə əsasən müqaviləni imzalamışdır. Həmin alğı-satqı müqaviləsinin 2-ci bəndindən görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən məhz 09 sentyabr 2014-cü il tarixdə X7 verilmiş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən 1.32 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ yaranmışdır. “Satıcı” qrafasındakı qeyddən göründüyü kimi, həmin müqaviləni Sumqayıt şəhəri, 4 saylı notariat kontorunda 01 noyabr 2014-cü il tarixdə verilmiş 46718 reyestr nömrəli etibarnamə əsasında X12 adından çıxış edən X15 imzalamışdır. Göründüyü kimi Mehriban Atakişiyeva xx.xx.2014-cü il tarixdə 1.32 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etdikdən sonra ikinci dəfə Aftandil Xudaverdiyevə xx.xx.2014-cü il tarixdə, alğı-satqı müqaviləsi bağlamaq üçün baş etibarnamə vermiş və bundan 4 gün sonra alğı-satqı müqaviləsi bağlanmışdır. X13 Xudaverdiyevə xx.xx.2011-ci il tarixdə 15 il müddətinə verdiyi etibarnamədən görünür ki. Quba rayonu İqriq kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsini idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən: almaq, salmaq, bağışlamaq, hədiyyə etmək, dəyişmək bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu almaq səlahiyyəti vermişdir. Göründüyü kimi iddiaçı 0,32 ha torpaq sahəsini o cümlədən satmaq məqsədilə Aftandilə etibrnamə vermişdir. Ona görə də onun 0,32 ha torpaq sahəsini istifadə edilməsi məqsədilə Afdandilə etibarnamə verməsi barədə iddia tələbinin əsasını Aftandilə verdiyi xx.xx.2011-ci il tarixli etibarnamə təkzib edir. Quba rayonu İqriq kəndi ərazisində yerləşən 1.32 ha torpaq sahəsinə sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və digər səlahiyyətləri təkrar olaraq 50 il müddətinə, xx.xx.2064-cü ilə qədər xx.xx.2014-cü il tarixdə vermişdir. Göründüyü kimi özü Quba rayonu İqriq kəndi ərazisində yerləşən 0.32 ha torpaq sahəsini satmaq barədə Aftandil Xudaverdiyevə səlahiyyət vermiş, təkrar bu səlahiyyətləri xx.xx.2014-cü il tarixdə verməsi X8 ona verdiyi etibarnamədən sui-istifadə etməsi, ona məlumat vermədən və razılığı olmadan aldadaraq xüsusi mülkiyyətində olmuş Quba rayonu İqriq kəndi ərazisində yerləşən 1,32 ha torpaq sahəsini 14 noyabr 2014-cü il tarixdə notariatda təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən İddiaçı satması barədə iddia tələbinin əsaslarını təkzib edir, torpağının satılmasını arzu etdiyini və bundan məlumatlı olduğunu göstərir. Bakı şəhərində yaşayan X18 Xudaverdiyevə 1-ci etibarnaməni torpaq sahəsinin yerləşdiyi Quba rayon notariat kontorunda, ikinci etibarnaməni isə Cavabdeh1 yaşadığı Sumqayıt şəhərində fəaliyyət göstərən notariat kontorunda verməsi Mehriban Atakişiyeva və Cavabdeh1 torpaq sahəsinin satılmasından məlumatı olduğunu təsdiq edir. Göründüyü kimi Mehriban Atakişiyeva məhkəməyə sübut kimi təqdim etdiyi alğı-satqı müqaviləsində, onu təmsil edən nümayəndəsinə verdiyi etibarnamənin tarixi və notariat orqanı göstərilməsini bilmədiyi üçün şər-böhtan xarakterli əsaslarla və qərəzli tələblə məhkəməyə iddia ərizəsilə müraciət etmişdir. Etibarnamədən görünür ki, yazılı formada tərtib olunmuşdur. Mehriban Atakişiyeva şəxsən onu imzalamış, etibarnamə verərkən iradəsi düzgün formalaşmış və məzmunu qanunvericiliyin tələblərinə tam uyğundur. Birtərəfli əqd kimi etibarnamə əqdin etibarlı olması şərtlərinə cavab verir. Adından da göründüyü kimi etibarnamə etibar edilən (etdiyin) şəxsə verilir X13 Xudaverdiyevə etibarnamədə verdiyi geniş səlahiyyətlər, torpaq sahəsini almaq, satmaq, dəyişmək, hətta torpaq sahəsinin bağışlamaq səlahiyyətinin özü də 50 il müddətinə verilməsi onların etibarlılıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Eyni zamanda ona bütün hallarda öz mülahizəsinə görə məbləği müəyyən etməyi, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün əsaslar üzrə ona çatası əmlakı, pulu almaq səlahiyyəti vermişdir. Verilən bu səlahiyyət, yəni hüquqdan Aftandil Xudaverdiyev də torpaq sahəsinin satışından əldə eldiyi pulu Mehriban Atakişiyevaya vermək vəzifəsi daşımışdır. Belə bir mübahisə yarandıqda vicdanlı alıcı olduğu üçün bağlanmış müqavilə mübahisələndirilməli deyil, etibar edən Mehriban Atakişiyeva etibar edilən Aftandil Xudaverdiyevdən həmin pulun qaytarılmasını tələb etməlidir. Mehriban Atakişiyevanın tələbinin əsaslarından görünür ki, mülkiyyət hüquqlarının pozulması (yəni etibar eldiyi şəxsdən pul almadığı halda) tələbi Notariat kontoruna və etibarnamə verdiyi şəxs vəfat etdiyi üçün vərəsələrinə qarşı yönəlməlidir. Alğı-satqı müqaviləsini X17 Atakişiyevanın verdiyi etibarnamə əsasında iradəsinə uyğun imzalamış, müqavilə qanunun tələb etdiyi forma və məzmununa uyğundur. Əqdin etibarlı olması şərtlərinə tam cavab verir Aftandil Xudaverdiyev və o, müqavilənin bütün şərtləri barədə razılığa gəlib müqaviləni bağlamışlar. Bu zaman əqdin elementləri, əqdin bağlanması üçün mühüm hallar barəsində təsəvvürləri düzgün yaranmışdır. Torpaq sahəsinin qiymətinə gəldikdə özü etibar etdiyi şəxsə əmlakın dəyərini və satılması müddətini müəyyən etməsi səlahiyyəti vermişdir. Digər tərəfdən əmlakın razılaşdırılmış dəyəri hissə-hissə ödənildiyi üçün Mehriban Atakişiyeva torpağın dəyərini artıqlaması ilə almışdır. Alğı-satqı müqaviləsi bağlandıqdan 9 ilə yaxın vaxt keçmişdir. Daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə (Mülki Məcəllənin 373.2.) 6 illik iddia müddətini keçirmişdir. 2014-cü ildən bəri torpağın dəyərini Aftandil Xudaverdiyevdən daha sonra onun vərəsələrindən istəməməsi pulu almasını göstərir. Yalnız Cavabdeh1 qarşı iddia qaldırdıqdan sonra yadına torpaq sahəsinin düşməsi öncə qeyd etdiyi səbəblərdən qərəzli ərizə ilə məhkəmədə müraciət etdiyini təsdiq edir. Göründüyü kimi iddiaçı əsasız olaraq mübahisəyə Mülki Məcəllənin 339.2. və 339.3.-cü maddəsinin tətbiq edilməsini xahiş etmişdir. Buna görə onun iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(027)-402/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X14, Cavabdeh2 İsabala qızı və Cavabdeh1 qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsi, üzərində yerləşən inzibati bina və yardımçı tikililərdən çıxarılması” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, cavabdehlər X14, Cavabdeh2 İsabala qızı və Cavabdeh1 İddiaçı qarşı “maddi ziyan və torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddia tələbinin təmin edilməsi, X4 adından X15 ilə İddiaçı arasında Quba rayon Notariat Ofisində bağlanmış xx.xx.2014-cü il tarixli reyestrdə 4Ə/1738 sayla qeyd edilmiş, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat tarixli, **********35 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı apellyasiya şikayətini müdafiə edərək işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı nümayəndə və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia tələbi torpaq sahəsindən və tikililərdən çıxarılma ilə bağlıdır. Məhkəmə tərəfindən iddiaya qiymət verilməyib, amma üçüncü şəxsin iddiası təmin olunub. Məhkəmə etibarnaməyə baxıb və müəyyən edib ki, imza müqavilə tərəflərinə məxsus deyil. Bu zaman xüsusi bilik tələb olunsa da, iş üzrə ekspertiza təyin olunmayıb. İddiaçı etibarnamə əsasında alğı-satqı edib. Məhkəmə İddiaçıla əmək müqaviləsi bağlandığından hesab edib ki, İddiaçı mübahisə predmeti olan yerin faktiki istifadəçisi deyil. Tərəflərin VÖEN-i var. Bu səbəbdən hesab edir ki, cari mübahisə kommersiya mübahisəsidir və işə Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Bu səbəbdən işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddiaçı Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, mübahisəli ərazi onun və Aftandilin idi. O ərazidə şərik işləmişdir. O, polisdə işləyirdi. Bu səbəbdən öz adına sənədləşmə apara bilməyib. Mehriban xanımla münasibəti yaxın idi. Onun adına sənədləşmə aparıb. Alğı-satqıdan ilk iddia məhkəməyə veriləndə məlumatlı olub. O, etibarnaməni Aftandilə verib. Elməddin şərik olmayıb. Onu dayısı öz yanında operator kimi gətirib. Alğı-satqı 2014-cü ildə olub. Amma onlar torpağı qeyri-rəsmi əvvəlcədən almışlar. Bütün texnikalar ona məxsusdur. Ayda 10000-15000 manat gəlir əldə edib. Elməddinin 5000 manatına ehtiyacı yox idi. Hesabata dair köhnə dəftərləri gətirəcək. Həmin hesabatları özü aparıb. Hər ay Elməddinə maaş verib. 2014-cü ilə kimi hesabatları aparıb. 2014-2020-ci illərdə Elməddin hesabat aparıb və ona, dayısı sağ olduğu dövrdə ona, ondan sonra isə qızı Nigar xanıma verilən pullar ö hesabatlarda əks olunub. Əgər Elməddin qeyd etdiyi kimi torpaq almışdısa, onlara torpağı aldığını iddia etdiyi tarixdən sonrakı tarixlərdə niyə pul verib. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)- 402/2023 saylı 05 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Eyni zamanda birinci instansiya məhkəməsində qarşı tərəfin vəkili bildirmişdi ki, işin Kommersiya Məhkəməsinə göndərilməsinə razı deyil. İndi isə başqa mövqe nümayiş etdirir. Vəsatətin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, Aftandil Xudaverdiyevin arvadıdır. Əri Elməddinlə şərik olmayıb. Elməddin ərinin işçisi olub. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 2(027)-402/2023 saylı 05 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, vəsatətin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, tərəflər arasında barışıq mümkün deyil. İddiaçı əsassız iddialar qaldırmaqda davam edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Aftandil sağ olanda dəfələrlə Elməddini həmin ərazidən qovub. Cavabdeh1 Elməddinə yazığı gəldiyi üçün onu işə geri qaytarıb. Aftandil öləndən sonra qızı və arvadı Elməddini çağırır və söhbət edirlər. Elməddin onlara Kamalı oradan uzaqlaşdırmağı təklif edir. Nigar xanım və Yeganə xanım razılaşmırlar və bildirirlər ki, Kamalla Aftandil illərlə şərik olublar və onlar Kamaldan heç bir pislik görməyiblər. Bundan sonra Elməddin onları təhqir edib və əsassız iddialar qaldırmağa başlayıb. Elməddinin doğma xalası oğlu Araz məhkəmədə şahid qismində ifadə verib və bildirib ki, Elməddin onunla birlikdə ofisiant işləyib. Dayısı onları işləmək üçün zavoda gətirib. Araz bu gün də işinə vicdanla yanaşdığına görə zavodda işləməyə davam edir. Araz da, Elməddin də zavodda operator olublar. Zavod 2015-ci ildə Cavabdeh1 oğlu Səfər Məmmədovun adına olan VÖEN-lə fəaliyyət göstərib və Elməddini işə həmin VÖEN-lə o götürüb. Əgər dediyi formada Elməddin torpaq almışdısa, 2015-ci ildə orada müdir olmalı idi. Aftandilin oğlu olmadığı üçün bacılarının övladlarına etibar edib. Qurumlara gedibgəlmək üçün etibarnamə Elməddinə verilib. Əsas məsələ burasıdır ki, Elməddinə etibarnamə verilməsindən Cavabdeh1 xəbəri olmayıb. 04 noyabrda Aftandilə 1.32 ha torpaq sahəsinə Mehriban xanım tərəfindən Sumqayıtda etibarnamə verilir. Bundan 4 gün sonra Qubada Aftandil torpağı Elməddinin adına keçirir. Əgər Mehriban xanımın torpaq satmaq niyyəti olsa idi, Elməddin də Mehriban xanım da Sumqayıtda yaşayırlar. Bunun üçün Qubaya getməyə ehtiyac yox idi. Aftandil təkcə 300000 dollara İrandan zavodun avadanlıqlarını gətirib. Onun Elməddinə torpaq satmağa ehtiyacı yox idi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)- 402/2023 saylı 05 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qarşılıqlı iddiaçı X11 və üçüncü şəxs Quba rayon Notariat Kontorunun nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, iddia ərizəsini, tərəflərin izahatını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(027)-402/2023 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat tarixli, **********35 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Quba RİHB-nın xx.xx.2011-ci il tarixli, 01 saylı sərəncamından görünür ki, X4 müraciəti, torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN-0834, kod ********) və mütəxəssis komissiyasının akt-rəyi nəzərə alınması, ona mülkiyyətində olan və İqrıq kənd ərazisində yerləşən torpaq sahəsində tikinti materiallarının istehsalı üçün texnika və avadanlıqların, yüngül konstruksiyalı qurğuların ucaldılmasına və 200 kv.m sahədə yardımçı binaların tikintisinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın xx.xx.2014-cü il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X4 nümayəndəsi X2 Mehriban Arzuman qızının mülkiyyətində olan Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsini 5.000 manata İddiaçı satmışdır. İş materiallarında olan qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2012-ci il tarixli, 427539 saylı aktdan görünür ki, Quba rayonu, İqrıq kəndində yerləşən qeyri yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı X6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli əmək müqaviləsi bildirişlərindən görünür ki, Həsənov X19 Səfər Kamal oğlu (Cavabdeh1 oğlu) tərəfindən nəzarətçi vəzifəsində işləmək üçün işə götürülmüşdür. İş materiallarında olan JN-0834, kod 30304038 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, xx.xx.2005-ci il tarixli, 4-ə-2037 saylı alğı-satqı müqaviləsinə əsasən Quba rayonu, İqrıq kəndi ərazisində yerləşən 1.32 ha torpaq sahəsi X1. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1 2011-ci ildə “Nihadoğlu” mətbəx mebeli mağazasından mətbəx mebeli almış və 980 manat mebelə görə ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli etibarnamədən görünür ki, X3 rayonu, İqrıq kəndində yerləşən 0.32 ha torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri etibarnamə əsasında X10 etibar etmişdir. İş materiallarında olan “Həsənoğlu” firmasının 000077 saylı təslim formundan görünür ki, Quba rayonu, İqrıq kəndi ərazisində yerləşən beton zavoda kabellər çəkilmiş, generator qoşulmuş və Cavabdeh1 təhvil verilmişdir. İş materiallarında olan Quba Rayon Alekseyevka Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 88 saylı arayışından görünür ki, X12 özünə məxsus Quba rayonu, İqrıq kəndində yerləşən qeyri-yaşayış sahəsinin 2021 və 2022-ci illər üçün vergi borclarını tam ödəmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli etibarnamədən görünür ki, X3 rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsini idarə etməyi, onun üzərində sərəncam verməyi, satmağı və s. səlahiyyətləri etibarnamə əsasında X10 etibar etmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, ********** qeydiyyat tarixli, **********35 reyestr nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsi X4 mülkiyyətindədir. İş materiallarında olan "xxxx" ASC-nin hesab ödənişi vərəqəsindən görünür ki, Quba rayonu, İqrıq kəndində yerləşən qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik sayğac X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Quba rayonunun İqrıq Bələdiyyəsinin yerli vergilərin və ödənişlərin qəbulu qəbzlərindən görünür ki, X12 20122014-cü illərdə Quba rayonu, İqrıq kəndində yerləşən torpaq sahəsinin vergi ödənişlərini etmişdir. İş materiallarında olan Sumqayıt SPİ-nin İŞ-nin müstəndiqi polis mayoru Əsgər Kazımovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı və qohumlarına məxsus 110.000 manat pulun ələ keçirilməsi faktı öz təsdiqini tapmadığından İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh1 barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 01/23-126 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsinin 0.32 ha hissəsinin bazar dəyəri 7.000 manat və Cavabdeh1 məxsus Quba rayonu, İqrıq kəndində yerləşən 1.32 ha torpaq sahəsinin 0.32 ha hissəsinin üzərində yerləşən əmlak kompleksinin (tikililərin, qurğu və avadanlıqların) bazar dəyəri 1.100.000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İşə əlavə edilmiş vergi məlumatlarından çıxarışdan görünür ki, İddiaçı vergi ödəyicisidir, adına ********** nömrəli VÖEN var, fəaliyyət sahəsi “Çınqıl və qumun hasilatı”dır. İşə əlavə edilmiş vergi məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh1 vergi ödəyicisidir, adına **********3 nömrəli VÖEN var, fəaliyyət sahəsi “refrejiratorların daşınması”dır. İşə əlavə edilmiş vergi məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh3 Əftandıl qızı vergi ödəyicisidir, adına ********** nömrəli VÖEN var, fəaliyyət sahəsi “Beton, gips və sementdən sair məlumatların istehsalı”dır. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını tədqiq edərək belə qənaətə gəlir ki, iş üzrə tərəflərin hər biri vergi ödəyiciləridir və hazırki mübahisələr sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış mübahisələrdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31.1-ci madddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsini qanunla müəyyən olunmuş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş hakimlər həyata keçirirlər. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı qərarının 1-ci bəndində göstərilir ki, aidiyyət qaydalarını pozmaqla işi öz icraatına qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən işi qərardadla qısa müddət ərzində aid olduğu məhkəməyə göndərməlidir. Yuxarı instansiya məhkəmələri məhkəmələr tərəfindən aidiyyət qaydaları pozulmaqla icraata qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarını ləğv etdikdə, işi aid olduğu məhkəməyə göndərməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(027)-402/2023 saylı qətnaməsi ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 31.1, 263-264, 357, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(027)-402/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər X11, Cavabdeh2 və Cavabdeh1 qarşı xüsusi mülkiyyətdə olan torpaq sahəsi, üzərində yerləşən inzibati bina və yardımçı tikililərdən çıxarılması tələbinə dair ilk, X11, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı maddi ziyan və torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı və üçüncü şəxs Quba rayon Notariat Kontoruna qarşı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizələri aidiyyətı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver