Məhkəmə qərarları › İş №2(105)-164/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-164/2024

16.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-164/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, vindikasiya iddiası, plan və ölçü sənədinin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), X7 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı3, İddiaçı1 Hüseyn oğlunun, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-21/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. 14 aprel 2021-ci il tarixli 2(031)-314/2021 saylı və 14 aprel 2021-ci il tarixli 2(031)- 315/2021 saylı qərardadlardan görünür ki, 2(031)- 313/2021 saylı, 2(031)-314/2021 saylı və 2(031)-315/2021 saylı mülki işlər bir icraatda birləşdirilmişdir.

2. xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Şabran rayonu, Ağalıq kəndi ərazisindən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

3. xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı3 mülkiyyətinə Şabran rayonu, Ağalıq kəndi ərazisindən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

4. xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 mülkiyyətinə Şabran rayonu, Ağalıq kəndi ərazisindən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

5. xx.xx.2013-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətinə Şabran rayonu, Ağalıq kəndi ərazisindən 5,129257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.

6. «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X19 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şabran Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi tələbi barədə Şabran rayon Məhkəməsinin xx.xx.2022- ci il 2(031)-36/2022 saylı qərardadda mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması, iddiaçıların iddia etdikləri torpaq sahələrinin mülkiyyətlərində olan torpaq sahələrinin plan və ölçüsündə göstərilən koordinatlar daxilində Şabran rayon son elektron uçot xəritəsinə əsasən naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsi üzrə məlumatlarının tam inteqrasiyası olmadığından (mülkiyyətlərində olan torpaq sahələrinə dair plan ölçü sənədlərinin məlumatlarının elektron uçot xəritələrinin məlumat bazasında tam əksini tapmadığından) və vətəndaşların mülkiyyətlərində olan torpaq sahəlirinin faktiki olaraq istifadə qaydalarına uyğunlaşdırılınası zamanı torpaq sahələrində azalmaların (Faktiki vəziyyətə görə islahat sahəsi çatışmayan torpaq parseli) mövcud olması səbəbindən mütəxəssis qarşısında qoyulmuş sualların cavabladırılması tərəflərindən mümkün olmamışdır.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli mütəxəssi rəyindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus torpaq sahələrinin planı və ölçüsü sənədlərində və Cavabdeh1 məxsus Şabran rayonu Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-ci il tarixli,AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar, Şabran rayonu son elektron xəritəsinə əsasən naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilməmişdir. Uyğunsuzluq (cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi) mülkiyyətə verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-ci il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxılindədir, lakin cavabdehin mülkiyyətində olan **********88 reyestr nömrəli, xx.xx.2013-ci il tarixli, AA 027093 nömrəli 5.13 ha torpaq sahəsi elektron arxiv və yeni işlənmiş üçot xəritə məlumatlarına uyğun deyildir. İddiaçıların iddia etdikləri torpaq sahələri faktiki olaraq və elektron uçot xəritə məlumatlarına əsasən Cavabdeh1 tərəfindən istifadə olunur. Torpaq sahəsinin naturada istifadə vəziyyəti sxemdə əks olunmuşdur. İddiaçılar və cavabdehin Dövlət Aktlarında göstərilən torpağa dair koordinatlar və plan ölçüçüsünün uyğunsuzluğu və üst-üstə düsməsi Şabran rayon əhalisinin pay torpaqlarına dair yeni elektron xəritənin koordinatlarına uyğun gəlməməsi torpaq sahələrinin sürüşdürülməsi, yeni koordinatlar müəyyənləşdirilməsi və torpaq sahələrinin dəyişdirilməsi və digər bu kimi məsələlərin həllini tapılması üçün “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərman verilmişdir və bu fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmışdır.

8. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli 10/3247 saylı ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məxsus torpaq sahələrinin plan və ölçüsü sənədlərində və Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daçınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar Şabran rayon son elektron xəritəsinə əsasən naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilmişdir. Uyğunsuzluq (cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi) mülkiyyətə verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA02793 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilindədir, lakin cavabdehin mülkiyyətində olan **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA027093 nömrəli 5.13 ha torpaq sahəsi elektron arxiv və yeni işlənmiş uçot xəritə məlumatlarına uyğun deyildir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıların iddia etdikləri torpaq sahələri faktiki olaraq və elektron uçot xəritə məlumatlarına əsasən Cavabdeh1 tərəfindən istifadə olunur. Torpaq sahəsinin naturada istifadə vəziyyəti sxemdə əks olunmuşdur. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçılar və cavabdehin Dövlət aktlarında göstərilən torpağa dair koordinatlar və plan ölçüsünün uyğunsuzluğu və üst-üstə düşməsi Şabran rayon əhalisinin pay torpaqlarına dair yeni elektron xəritənin koordinatlarına uyğun gəlməməsi torpaq sahəsilərinin sürüşdürülməsi yeni koordinatlar müəyyənləşdirilməsi və torpaq sahələrinin dəyişdirilməsi və digər bu kimi məsələlərin həllini tapılması üçün “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərman verilmişdir və bu fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5141 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024cü il tarixli 3-21-3-34/2-6693/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəii Hüquqlqrın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X8 və ailə üzvlərininümumi birgə mülkiyyətdə olan Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqlqrın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı3 mülkiyyətdə olan Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, 07.11,2018-ci il qeydiyyat tarixli; ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqlqrın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 mülkiyyətdə olan Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2013-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqlqrın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətdə olan Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.129257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, xx.xx.2013-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh1 məxsus 5.129257 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Cavabdeh1 Abdulia oğlu tərəfindən faktiki istifadə olunan torpaq sahəsi üst-üstə düşmür. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçılar İddiaçı1 məxsus 2.60 ha torpaq sahəsi tam, İddiaçı2 məxsus 4.09 ha torpaq sahəsindən 1.12 ha hissəsi və İddiaçı3 məxsus 0.65 ha torpaq sahəsi tam olaraq Cavabdeh1 tərəfindən istifadə edilir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı2 oğiuna məxsus 4.09 ha torpaq sahəsindən 1.12 ha hissəsi şimaldan şərqə 818.1 metrə, şərqdər cənuba 24.1 metrə, cənubdan qərdə 819.4 metrə və qərbdən şimala 3.46 metrə ölçüdə Cavabdeh1 tərəfindən istifadə edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2018- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən ona və digər mülkiyyətçilərə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı1 iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində Şabran rayonu, Ağalıq kəndi ərazisində 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. 2019-cu ildən Cavabdeh1 onlara məxsus həmin torpaq sahəsini zəbt etmiş, hal-hazırda qeyd olunan 2.6002 ha torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindədir. Onların faktiki olaraq mülkiyyətlərindən məhrum olmuşlar. Onlar Cavabdeh1 qanunsuz sahibliyindən dəfələrlə əmlaklarını geri tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Üstəlik cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etməkdədir. “X11” MMC-nin eksperti tərəfindən verilmiş 2 mart 2020-ci il tarixli, 196 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 plan ölçü sənədində qeyd edilmiş koordinatlar naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilməmişdir. Pay torpaqlarının bölgü layihəsi üzrə Cavabdeh1 torpaq sahəsinin şimal sərhədi yaxınlıqdakı arxa bitişik yerləşdiyindən, plan ölçü sənədindəki koordinatlar həmin arxdan 60 metrə yaxın cənub hissəyə işlənmişdir. Bundan sonra o, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha torpaq sahəsinə dair hazırlanmış “torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla bağlı düzəliş edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, həyata keçiriləcək tədbirlər çərçivəsində qeyd olunan torpaq sahəsində mövcud olan uyğunsuzluq aradan qaldırıldıqdan sonra ərizənizin icrasına yenidən baxılacaqdır. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi torpaq sahəsində uyğunsuzluğun olduğunu qeyd etmiş lakin, müvafiq düzəlişləri etməmişdir. Ona görə həmin uyğunsuzluğun aradan qaldırılması üçün Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilməli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Belə ki, Cavabdeh1 məxsus plan və ölçü sənədi ləğv edilmədiyindən ətrazidəki digər torpaqların plan və ölçü sənədlərində müvafiq düzəlişlər edilməsi mümkün deyildir. Ona görə də “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Xahiş edir, Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2018 ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən ona və digər mülkiyyətçilərə geri qaytarılması barədə qətnamə çıxarılsın.

12. İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2012- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı2 iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətində Şabran rayonu, Ağalıq kəndi ərazisində 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. O, sözügüdən gedən 4.09 ha torpaq sahəsini xx.xx.2013-cü il tarixli, 4Ə-396 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında X1. X10 ilə Cavabdeh1 arasında Şabran rayon məhkəməsinin icraatında olmuş “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və “X11” MMC-nin eksperti tərəfindən verilmiş 2 mart 2020-ci il tarixli, 196 nömrəli ekspert rəyində göstərilmişdir ki, X5 mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarışa əlavə edilmiş plan ölçü sənədində qeyd edilmiş koordinatlar naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilməmişdir. Eyni vəziyyət Cavabdeh1 plan ölçü sənədində təkrarlanmışdır. Pay torpaqlarının bölgü layihəsi üzrə Cavabdeh1 torpaq sahəsinin şimal sərhədi yaxınlıqdakı arxa bitişik yerləşdiyindən, plan ölçü sənədindəki koordinatlar həmin arxdan 60 metrə yaxın cənub hissəyə, o cümlədən iddiaçının pay torpaq sahəsinin bir hissəsinin (təqribən 4.0 ha olan sahə) üzərinə işlənmişdir. Ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən X5 mülkiyyətində olan torpaq sahəsinin 4.0 hektarına Cavabdeh1 ona məxsus olduğunu iddia edir. Ona görə də torpağa dair məhkəmə mübahisəsi yarandığı üçün X10 ilə 10 sentyabr 2020-ci il tarixdə Şabran rayon Notariat ofisində xx.xx.2013-cü il tarixli, 4Ə-396 reyestr nömrəli müqavilənin ləğvinə dair saziş bağlamışlar və qeyd olunan müqaviləyə xitam vermişlər. X5 Şabran rayon məhkəməsində qaldırdığı iddia üzrə iddiaçı qismində məhkəmə prosesində sonradan iştirakı mümkün olmadığından Şabran rayon məhkəməsində qaldırdığı qeyd ediləm iddia üzrə iddiadan imtina etmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şabran rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin əsasla mülki iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi mübahisə onun X2 4.09 ha torpaq sahəsi üzərində yarandığından X10 həmin torpaq sahəsini ona geri qaytarmışdır. Bundan sonra o, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha torpaq sahəsinə dair hazırlanmış “torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla bağlı düzəliş edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, həyata keçiriləcək tədbirlər çərçivəsində qeyd olunan torpaq sahəsində mövcud olan uyğunsuzluq aradan qaldırıldıqdan sonra ərizənizin icrasına yenidən baxılacaqdır. Həmçinin o, Cavabdeh1 qanunsuz sahibliyindən dəfələrlə əmlakını geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Üstəlik Cavabdeh1 həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etməkdədir. Göründüyü kimi o, faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi torpaq sahəsində uyğunsuzluğun olduğunu qeyd etmiş lakin, müvafiq düzəlişləri etməmişdir. Ona görə həmin uyğunsuzluğun aradan qaldırılması üçün Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yamnda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilməli, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətimdə olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Belə ki, Cavabdeh1 məxsus plan və ölçü sənədi ləğv edilmədiyindən ətrazidəki digər torpaqların plan və ölçü sənədlərində müvafiq düzəlişlər edilməsi mümkün deyildir. Ona görə də “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Xahiş edir, Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən mənə geri qaytarılması barədə qətnamə çıxarılsın.

14. İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2018- ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı3 iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətində Şabran rayonu, Ağalıq kəndi ərazisində 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. 2019-cu ildən Cavabdeh1 ona məxsus həmin torpaq sahəsini zəbt etmiş, halhazırda qeyd olunan 0.65 ha torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindədir. O, faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. O, Cavabdeh1 qanunsuz sahibliyindən dəfələrlə əmlakını geri tələb etsə də, heç bir nəticəsi olmamışdır. Üstəlik cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia etməkdədir. ‘X11” MMC-nin eksperti tərəfindən verilmiş 2 mart 2020-ci il tarixli, 196 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh1 plan ölçü sənədində qeyd edilmiş koordinatlar naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənilməmişdir. Pay torpaqlarının bölgü layihəsi üzrə Cavabdeh1 torpaq sahəsinin şimal sərhədi yaxınlıqdakı arxa bitişik yerləşdiyindən, plan ölçü sənədindəki koordinatlar həmin arxdan 60 metrə yaxın cənub hissəyə işlənmişdir. Bundan sonra o, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha torpaq sahəsinə dair hazırlanmış “torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla bağlı düzəliş edilməsi barədə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, həyata keçiriləcək tədbirlər çərçivəsində qeyd olunan torpaq sahəsində mövcud olan uyğunsuzluq aradan qaldırıldıqdan sonra ərizənizin icrasına yenidən baxılacaqdır. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi torpaq sahəsində uyğunsuzluğun olduğunu qeyd etmiş lakin, müvafiq düzəlişləri etməmişdir. Ona görə həmin uyğunsuzluğun aradan qaldırılması üçün Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilməli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Belə ki, Cavabdeh1 məxsus plan və ölçü sənədi ləğv edilmədiyindən ərazidəki digər torpaqların plan və ölçü sənədlərində müvafiq düzəlişlər edilməsi mümkün deyildir. Ona görə də “özgəsinin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Xahiş edir, Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən ona geri qaytarılması barədə qətnamə çıxarılsın.

16. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-21/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013- cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********27 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətlərində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 2.6002 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı1 və digər mülkiyyətçilərə geri qaytarılması, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı2 geri qaytarılması, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı3 mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı3 geri qaytarılması, Cavabdeh1 50 (əlli) manat ekspertiza xərcinin tutulması, Cavabdeh1 mütəxəssis rəyinin alınmasına görə DƏDRX Xaçmaz Ərazi İdarəsinə ödənilmiş 96 manat (doxsan altı) manatın alınıb İddiaçı1 ödənilməsi qət edilmişdir (hakim Çingiz İsgəndərov).

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.2, 65.2, 68, 84.1, 103.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 106.1 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh1 apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 2(031)- 21/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edərək iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 02 noyabr 2005-ci il tarixdə Dəvəçi Rayon Dövlət Notariat kontorunda 4-ə-138№-li alqı-satqı müqaviləsinə əsasən Dəvəçi rayonu, Ağalıq kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 5,13 hektar torpaq sahəsi almışdır və ona 07 fevral 2006-cı il tarixdə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi Rayon Şöbəsi və X16 İnstitutu tərəfindən təsdiq olunmuş İN-0649, kod 30403005 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Həmin Akta əsasən ona AR ƏMDK yanında DƏDRX-ti tərəfindən xx.xx.2013cü ildə həmin torpağa mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Torpaq sahəsi həmin vaxtdan onun mülkiyyətində olmaqla istifadəsindədir. 2019-cu ildə Şabran şəhərində yaşayan X3 Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışdır ki, guya onun mülkiyyətində olan 22,39 hektar torpaq sahəsinin bir hissəsini qanunsuz zəbt etmişdir, zəbt etdiyi torpaq sahəsi ona qaytarılmalıdır. Həmin iddiaya baxılarkən məlum olmuşdur ki, iddiaçının həyat yoldaşı Şabran rayonu Ağalıq kəndi ərazisindən bir neçə adamdan, o cümlədən hazırki mülki iş üzrə İddiaçı2 da 4,09 hektar torpaq sahəni almışdır. xx.xx.2015ci ildə Xalidə Süleymanova müxtəlif adamlardan aldığı həmin 22,39 ha torpaq sahəsinə xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli vahid çıxarış almışdır. Xalidə Süleymanovanın iddiasının mahiyyəti ondan ibarət olmuşdur ki, guya hazırki iş üzrə İddiaçı2 aldığı 4,09 ha torpaq sahəsi onun mülkiyyətində olan 5,13 ha torpaq sahəsinin içindədir onu zəbt etmişdir. 2(031)-145/2020 saylı həmin mülki iş üzrə Şabran Rayon Məhkəməsi xx.xx.2020-ci ildə torpaqşünaslıq ekspertizası təyin etmiş və ekspertiza qarşısında sual qoymuşdur ki, iddiaçı X5 mülkiyyətində olan torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdirmi, əgər zəbt edilmişdirsə hansı ölçüdə zəbt edilmişdir? X4 Mərkəzi aparmışdır. Ekspertizanın 2 mart 2020-ci il tarixli 196 №-li rəyində göstərilmişdir ki, həm iddiaçı Xalidə Süleymanovanın onun, həm də Cavabdeh1 çıxarışlarına əlavə edilmiş plan ölçü sənədlərində qeyd edilmiş koordinatların naturaya və ərazinin pay torpaqlarının bölgü hissəsinə uyğun işlənməmişdir. Yəni Cavabdeh1 tərəfindən Xalidə Süleymanovanın mülkiyyətində olan torpağın zəbt olunması faktı təsdiq olunmamışdır. Əksinə müəyyən edilmişdir ki, cavabdehin torpağa dair çıxarışı xx.xx.2013-cü il tarixdə verildiyi halda iddiaçı Xalidə Süleymanovanın çıxarışı ondan sonra xx.xx.2015-ci ildə verildiyindən X.Süleymanovanın mülkiyyətinə verilməli olan torpaq qanunsuz olaraq onun torpağının üzərinə işlənmişdir. Bundan sonra Xalidə Süleymanova hazırki mülki iş üzrə İddiaçı2 aldığı 4,09 hektar torpaq sahəsinin mübahisəli olmasını bilərək xx.xx.2020-ci iltarixdə həmin alqı-satqı müqaviləsini notariusda ləğv etmiş və xx.xx.2020-ci ildə mənə qarşı qaldırdığı iddiaya xitam vermə barədə məhkəməyə ərizə vermişdir. Bundan sonra hazırki mülki iş üzrə iddiaçılar, Şabran rayonu Aqalıq kənd sakinləri, İddiaçı3, İddiaçı1 və İddiaçı2 Şabran Rayon Məhkəməsində ona qarşı iddia qaldırmışlar. İddiaçı3 iddia tələbi ondan ibarətdir ki, mülkiyyətində olan 0,65 hektar torpaq sahəsi onun mülkiyyətində olan 5,13 hektar torpaq sahəsinin içindədir, ona görə də onun torpağa dair Çıxarışı ləğv edilsin və 0,65 ha torpaq sahəsi ona qaytarılsın. İddiaçı1 iddia tələbi ondan ibarətdir ki, onun da mülkiyyətində olan 2,6002 ha torpaq sahəsi mənim 5,13 ha torpağımın içindədir onun torpağa dair çıxarışı ləğv edilsin, ona 2,6002 hektar torpaq qaytarsın, İddiaçı2 iddia tələbi ondan ibarətdir ki, onun da mülkiyyətində olan 4,09 ha torpaq sahəsi onun 5,13 ha torpağının içindədir, onun torpağa dair xx.xx.2013-cü il tarixli Çıxarışı ləğv edilsin, ona 4,09 hektar torpaq qaytarsın. Beləliklə məlum olur ki, onun 5,13 ha torpağı olduğu halda, iddiaçılara 7,3402 hektar torpaq sahəsi qaytarmalıdır. Məhkəmə iddiaçıların iddia tələblərini təmin etmək üçün əsas olacaq heç bir sübut toplaya bilməmişdir. Belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıların mülkiyyətində olan torpaqlara qanunsuz sahiblik edir. Ona görə də iddiaları təmin edərkən əsassız olaraq AR MM-nin 157.2-ci maddəsinə istinad etmişdir ki, mülkiyyəçilər özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb edə bilərlər. Məhkəməyə görə cavabdehin 5,13 ha topaq sahəsi üzərində mülkiyyətimin dövlət tərəfindən tanınaraq verdiyi Çıxarışın heç bir hüquqi əhəmiyyəti yoxdur, torpaq zəbt edilib və qanunsuz istifadə olunur. MPM-in 385-390-cı maddələrində nəzərdə tutulan nöqsanlara yol vermişdir. Məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir, işdə iddia tələblərinin təmin edilməsi üçün heç bir mötəbər sübut yoxdur. Ümumilikdə iddianın predmeti məhkəmənin predmeti deyil.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında İddiaçı3, İddiaçı1 Hüseyn oğlu və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

22. Cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.

23. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

24. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

25. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

27. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

28. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

34. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının

39. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

40. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

41. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Apellyasiya baxışının hədləri

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

45. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-21/2023 nömrəli qətnaməsinin ləğv edilib iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

46. Ona görə də kollegiya Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-21/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi “xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı2 geri qaytarılması” hissəsində dəyişdirilməlidir.

48. Beləliklə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsini, cavabdehin plan və ölçü sənədinin ləğv edilməsinin tələb etmişdir. Cavabdeh tərəf Cavabdeh1 iddianı qəbul etməyərək, ona qarşı verilmiş iddialarının rədd edilməsini xahiş etmişdir.

49. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2014-cü il tarixli 2(105)-164/2024 nömrəli qərardadı ilə, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-21/2023 nömrəli qətnaməsi qismən - “Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” hissəsində ləğv edilməsi, İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddiasının “Cavabdeh1 məxsus Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 5.13 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********88 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli, AA 027093 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. 50.Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

51. Əldə edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçılar İddiaçı1 məxsus 2.60 ha torpaq sahəsi tam, İddiaçı2 məxsus 4.09 ha torpaq sahəsindən 1.12 ha hissəsi və İddiaçı3 məxsus 0.65 ha torpaq sahəsi tam olaraq Cavabdeh1 tərəfindən istifadə edilir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı2 məxsus 4.09 ha torpaq sahəsindən 1.12 ha hissəsi şimaldan şərqə 818.1 metrə, şərqdən cənuba 24.1 metrə, cənubdan qərbə 819.4 metrə və qərbdən şimala 3.46 metrə ölçüdə Cavabdeh1 tərəfindən istifadə edilir.

52. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı2 geri qaytarılmalı torpaq sahəsinin 4.09 ha ölçüdə müəyyən etməklə səhvə yol vermişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

55. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.

56. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

57. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

58. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

59. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-21/2023 nömrəli qətnaməsi “xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı2 geri qaytarılması” hissəsində dəyişdirilməli, İddiaçı2 mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha torpaq sahəsindən 1.12 ha hissəsi şimaldan şərqə 818.1 metrə, şərqdən cənuba 24.1 metrə, cənubdan qərdə 819.4 metrə və qərbdən şimala 3.46 metrə ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı2 geri qaytarılması müəyyən edilməlidir.

60. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən 100 manat pul vəsiti Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-21/2023 nömrəli qətnaməsi “xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən İddiaçı2 geri qaytarılması” hissəsində dəyişdirilsin. xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********88 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan, Şabran rayonu, Ağalıq kəndi ərazisində yerləşən 4.09 ha torpaq sahəsindən 1.12 ha hissəsi şimaldan şərqə 818.1 metrə, şərqdən cənuba 24.1 metrə, cənubdan qərbə 819.4 metrə və qərbdən şimala 3.46 metrə ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq İddiaçı2 geri qaytarılsın. Qətnamə qalan baxılan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən 100 (bir yüz) manat pul Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X9, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver