Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1659/2023 26.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və çıxarışının ləğvi, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X26 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(060)-2025/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və çıxarışının ləğvi, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)9923/2008-ci il tarixli, 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia ərizəsi qismən təmin edilmiş, Hüseynova İlahə Ramazan qızı ilə İddiaçı arasında 21 avqust 2004-cü il tarixdə bağlanmış 348 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra 25 iyun 2005-ci il təvəllüdlü X13, 14 oktyabr 2006-cı il təvəllüdlü X17 və 26 sentyabr 2013cü il təvəllüdlü X4 anası Hüseynova İlahə Ramazan qızının yanında qalması və İddiaçı xx.xx.2018-ci il tarixdən başlayaraq 25 iyun 2005-ci il təvəllüdlü X7, 14 oktyabr 2006-cı il təvəllüdlü X10 və 26 sentyabr 2013-cü il təvəllüdlü X4 anası Hüseynova İlahə Ramazan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Həsənova (Hüseynova) İlahə Ramazan qızına ödənilməsi qət edilmişdir. Həsənova (Hüseynova) İlahə Ramazan qızı ilə nikahları pozulduqdan sonra, 25 iyun 2005-ci il təvəllüdlü X13, 14 oktyabr 2006-cı il təvəllüdlü X17 və 26 sentyabr 2013-cü il təvəllüdlü X11 anaları Hüseynova İlahə Ramazan qızının yanında qalması məhkəmə qətnaməsi ilə müəyyən olundu. Lakin iddiaçı cavabdehin uşaqları ilə kirayələrdə çətinlik çəkəcəklərini düşünərək, onları mənzillə təmin etmək üçün ev alıb uşaqlarının yaşamasını təmin etmək qərarına gəlmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 2551F saylı 0,008 kv.m torpaq sahəsini üzərində tikilmiş 1 otaqlı evi öz şəxsi vəsaiti ilə 23000 manata X5 almışdır. Bu yaşayış evini alan vaxt 4000 manat borcu qaldığı üçün X14 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Evin dəyəri tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir. Bu evi uşaqlar cavabdehin Həsənova (Hüseynova) İlahə Ramazan qızının himayəsində olduğu üçün onun adına formal olaraq rəsmiləşdirilmişdir, çünki uşaqlar cavabdehin himayəsində yaşayacaqdırlar . Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, dövlət reyestrinin 209 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyat aparılaraq Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən Seriya RX-1451993 saylı, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 2551F saylı, 0,008 kv.m torpaq sahəsini və üzərində tikilmiş 1 otaqlı evi 23000 manata uşaqlarına almışdır. Son zamanlar ona məlum olmuşdur ki, cavabdeh birgə nikahdan olan uşaqları incidir, narahat edir. Hətta evdən belə qovur, onların həyatını təhlükədə qoyur. Sonuncu dəfə qızı Aytac ona zəng edib, şikayət edərkən cavabdeh onun əlindən telefonu alaraq uşaqlarını döymüş və evdən getmişdir. Cavabdeh bir neçə dəfə uşaqları evdə buraxaraq atası evinə qaçmışdır. Bu evə gəlməkdən və bu evdə yaşamaqdan imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə uşaqları döyərək bildirmişdir ki, nə uşaqlar, nə də bu ev, ona lazım deyil, bu ev satılsın, ona da bir pay verilsin. İddiaçı bir neçə gün məcbur olaraq aldığı bu evdə uşaqlarla yaşamışdır. Təxminən 15-20 gündən sonra cavabdeh uşaqlara SMS göndərərək 2-3 gün onlara vaxt verdiyini və evi tərk etmələrini söyləmişdir. Artıq yaranmış bu narahatlıqlardan yə uşaqların həyatının təhlükədə olmasından qorxuya düşüb və valideynlik məsuliyyətini başa düşərək Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına uşaqlarını onun himayəsinə qaytarılmasına dair müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 497 saylı, 29 12.2022-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, xx.xx.2005-ci il təvəllüdlü X13, xx.xx.2006-cı il təvəllüdlü X16 və xx.xx.2013-cü il təvəllüdlü X4 iddiaçının keçmiş həyat yoldaşı tərəfindən baxımsız vəziyyətdə saxlanılması və daha sonra övladlarını evdən qovulması ilə bağlı müraciətə İcra Hakimiyyətində baxılmışdır. Bununla əlaqədar mediasiya orqanına müraciət edilmiş və məhkəməyə iddia ərizəsi verilmişdir. Bildirilmişdir ki, iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətində qəbul edilmişdir və izahatı alınmışdır. Cavabdeh (Hüseynova) izahatında övladlarını çox sevdiyini, övladlarını evdən qovmadığını, övladlarının öz istəkləri ilə atalarının yanında qaldıqlarını və maddi durumunun yaxşı olmadığı üçün övladlarının atalarının himayəsinə verilməsinə etirazı olmadığını bildirmişdir. Hazırda cavabdeh mübahisəli mənzildə nə özü yaşayır, nə də ki, uşaqların orada yaşamasını təmin edir. İddiaçı uşaqları ilə kirayələrdə qalmaq məcburiyyətində qalmışdır. Cavabdeh isə mübahisəli mənzili sataraq öz mənafeyi üçün xərcləmək istəyir. Cavabdeh bir neçə dəfə uşaqlara da bildirmişdir ki, ataları bu evi satsın və onun payını versin. Cavabdeh bilir ki, o bu torpaq sahəsinə hər hansı bir vəsait belə verməmişdir, 0,008 kv.m torpaq sahəsi və üzərində tikilmiş yaşayış evi iddiaçının vəsaiti ilə 23000 manata alınmışdır. Göstərilənlərə əsasən cavabdeh Həsənova (Hüseynova) İlahə Ramazan qızının adına verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F saylı, 0,008 kv.m torpaq sahəsinə DƏDRX-nin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestr kitabının 209 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində aparılmış qeydiyyatla Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin seriya RX1451993 saylı, xx.xx.2019-cu il tarixli çıxarışının ləğv edilməsi və bu çıxarışın verilməsinə əsas olmuş alğı-satqı müqaviləsinin ləğv edilməsi, Sumqayıt şəhəri, Novxanı bağ massivi 2551 F saylı, 0,008 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan İddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, cavabdeh Həsənova (Hüseynova) İlahə Ramazan qızının adına verilmiş ünvan 1 ünvanda yerləşən 0,008 kv.m torpaq sahəsinə DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında 0,008 kv.m torpaq sahəsinə DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrinin 209 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində aparılan qeydiyyatla Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi idarəsinin Seriya RX-1451993 saylı, xx.xx.2019cu il tarixli çıxarışın ləğv edilməsi və bu çıxarışın verilməsinə əsas olmuş alğı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 2 ünvanda yerləşən 0,008 kv.m torpaq sahəsinə və fərdi yaşayış evinə İddiaçı birgə mülkiyyət hüququnun və birgə nikahdan olan övladları xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X2 mənzil hüquqlarının və yaşayış istifadə hüquqlarının tanınması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, birgə nikahdan olan övladları xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X2 ünvan 2 ünvanda yerləşən 0,008 kv.m torpaq sahəsinə və fərdi yaşayış evində istifadə hüquqlarının saxlanılması və bu fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(060)-2025/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Şəbnəm Həxiyeva).
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2004-cü il tarixində rəsmi nikaha daxil olmuşlar, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9923/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, həmin qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. 07 mart 2019-cu il tarixdə notariat qaydasında bağlanılmış alğı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F X14 tərəfindən Cavabdeh satılmış və daşınmaz əmlakın dövlət reyestrində bu barədə qeyd aparılaraq mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmişdir. xx.xx.2023-cü il tarixdə ümumi sahəsi 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F Cavabdeh tərəfindən X1 və daşınmaz əmlakın dövlət reyestrində bu barədə qeyd aparılaraq mübahisə predmeti olan torpaq sahəsi X3 mülkiyyətinə keçmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının istifadə hüquqlarının tanınması və köçürülməsini tələb etdiyi mübahisəli əmlak - 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F Cavabdeh deyil, X3 xüsusi mülkiyyətindədir.
8. Birinci instansiya məhkəməsi öz mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 228.1, 228.2, 390.1, 4521.1, 421.2, 423.1, Mənzil Məcəlləsinin 30.1,30.2, 30.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023cü il tarixli, 2(060)-2025/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozaraq onun az yaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının mənzil və mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, uşaqlarının onunla və cavabdeh anası ilə ailə münasibətlərinə hələ xitam verilmədiyi halda məhkəmə belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzilə uşaqların yaşayış istifadə hüququ saxlanılmamalıdır. Hansı ki, cavabdeh hazırda uşaqların anası olaraq qalmaqdadır. Belə olduqda ailə münasibətlərinin xitamından söhbət getməməlidir. Bundan başqa da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən X12 vicdanlı alıcı deyil, o cavabdehlə mübahisəli mənzili qanuna zidd alğı-satqı etmişdir. Məqsədləri uşaqlarını mənzil hüquqlarından məhrum etmək və gələcəkdə mübahisəli mənzili Cavabdeh adında qalmasını təmin etmək olmuşdur. Cavabdehin istəyi odur ki, onun pulu ilə (birgə nikah dövründə əldə edilən pul) alınan bu evi öz məqsədləri üçün istifadə etsin. Onun və uşaqalarının mənzil və mülkiyyət hüquqlarını pozmaq üçün bu alğı-satqını etmişdir. Cavabdehlə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən X3 yaxınlıq əlaqələri ( cavabdehin rəfiqəsidir) barədə şəkillər məhkəməyə təqdim edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
11. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavabdehlə nikahız pozulub. Uşaqları evsiz qalmasın deyə Corat bağlarında 1 otaqlı, mənzili 23000 manata alıb, evin içinə də 4000 manat xərc çəkib. 4 ildir ki, nikahı pozulub. 3 övladı var. 4 ildir ki, maddi və mənəvi onların yanındadır. Onları böyüdə bilmək üçün təkrar ailə qurmaqdan da imtina edib. Hər ay 520 manat nağd pul vəsaitini uşaqlarına ödəyir. Uşaqların da, cavabdehin də bütün xərclərini çəkir. Heç bir vaxt nikahı pozmaq niyyəti olmayıb. Cavabdehin inadı səbəbindən nikahı pozulub. Evi cavabdehin adına alıb. xx.xx.2022-ci il tarixdə ortancıl qızı zəng edib, onu və anasını yığıb, amma cavab vermədilər. Narahat olub evə gəlib. Ortancıl qızı dedi ki, anası əsəbləşib stolları sındırıb. Evə girsə, lap da əsəbləşəcək və qardaşı Şəhriyar qorxacaq. Qızının xətrinə evə girməyib. Sonradan uşaqlar işlədiyi yerə gəldilər və bildirdilər ki, anaları onları qoyub getdi və bildirdi ki, atanız sizə baxar. Dəfələrlə cavabdehin yanına uşaqları göndərib. Amma evə gəlmədi. Bir də onun sosial şəbəkədəki paylaşımlarında görüb ki, hansısa bölgədə istirahət edir. Uşağa da mesaj yazır ki, ev 4 yerə bölünsün. Cavabdeh heç bir vəchlə razılığa gəlmir. Ona 15000 manat təklif edib, ancaq qəbul etmədi. Amma digər şəxsə çox az qiymətə, 4000 manata evi satır. Cavabdehə 4000 manatın iki qatını, 10000 manat da verə bilər. Evə uşaqlarının hüququnun tanınmasını istəyir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(060)-2025/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, uşaqları iddiaçı ilə yaşamaq istəyirlər. Cavabdeh onu çox incidib. Hazırda evi satıb. Bir müddət orada kirayə qalıb, indi evdən çıxır və atasının evində yaşayacaq. Evi iş yoldaşına ona olan az məbləğdə borcuna görə satıb. Sözügedən evi birgə nikah dövründə olan evi satmaqla almışdır. Evin pulu birgə nikah dövründə əldə olunmuş əmlakın ona düşən hissəsinin puludur və iddiaçının o evdə heç bir haqqı yoxdur. Evin pulunu satıcıya iddiaçı verdi. Çünki 15 il nikahda olduğu dövrdə cəmiyyətdən kənar həyat yaşamışdır. Nə üçün hara müraciət eləməli olduğunu bilmirdi. Evi 23000 manata alıb, 10000 manata satıb, 5000 manat da Mətanət Muxtarova tərəfindən ona ödənilməlidir. Atasının yanında qalacaq. Ona görə də evi ucuz qiymətə satıb ki, borcunu bağlasın. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(060)-2025/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 apellyasiya şikayətini qəbul etməyərək bildirib ki, cavabdehlə birlikdə işləyir. Cavabdehin ona borcu var idi. Borcun əvəzində evini ona satdı. O, hələ də ona evə görə pul borcludur və pulu ona ödəyəcək. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023cü il tarixli, 2(060)-2025/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinin mənasına görə əmlakdan istifadə hüququ həmin əmlaka dair sərəncam vermək hüququna və həmin əmlakla bağlı öz mülahizəsinə görə digər şəxslərlə hüquq münasibətlərinə daxil olmaq hüququna malik olan şəxsə - mülkiyyətçiyə məxsus olur. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinası alındıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 119.1-ci. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş:
20. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki, o, 07 mart 2019-cu il tarixdə özünə məxsus ümumi sahəsi 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F ünvanda yerləşən əmlakı Cavabdeh 23000 manat məbləğinə satmışdır. Həmin pulu ona İddiaçı vermişdir. Alğı-satqı zamanı məbləğin 4000 manat hissəsi ödənilmədiyinə görə Mətləblə borc müqaviləsi bağlamışlar. Həmin vaxt tərəflərin ayrılmasından xəbəri olmamışdır.
21. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9923/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Hüseynova İlahə Ramazan qızı ilə İddiaçı arasında 21 avqust 2004-cü il tarixdə bağlanmış 348 saylı nikahın pozulması, nikah pozulduqdan sonra 25 iyun 2005-ci il təvəllüdlü X13, 14 oktyabr 2006-cı il təvəllüdlü X17 və 26 sentyabr 2013-cü il təvəllüdlü X4 anası Hüseynova İlahə Ramazan qızının yanında saxlanılması, İddiaçı xx.xx.2018-ci il tarixdən başlayaraq, 25 iyun 2005-ci il təvəllüdlü X7, 14 oktyabr 2006-cı il təvəllüdlü X10 və 26 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay, hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Hüseynova İlahə Ramazan qızına ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır.
22. İşin materiallarında olan İddiaçı ilə X14 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı X5 0,80 kv.m torpaq sahəsi və həmin ərazidə yerləşən 1 otaqlı ev almışdır. Qiymətini 23000 manata razılaşmışlar. İddiaçı 4000 manat borcu qalmışdır. Həmin borcu 20 gün müddətinə, yəni xx.xx.2019-cu il tarixinə qədər ödəməyi öhdəsinə götürür.
23. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş 07 mart 2019-cu il tarixdə Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Ə.İ.Bünyatov tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F X14 tərəfindən Cavabdeh 18000 manat məbləğinə satılmışdır.
24. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F Hüseynova İlahə Ramazan qızının xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 209 saylı reyestr kitabının 49 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
25. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 497 saylı məktubdan görünür ki, övladları xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X2 anadan alınaraq X15 himayəsinə verilməsi və onların X19 tərəfindən Cavabdeh verilmiş mənzilə köçürülməsinin təmin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
26. İş materiallarındakı notariat qaydasında təsdiq olunmuş 30 yanvar 2023-cü il tarixdə 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu B.M.Əhmədli tərəfindən təsdiq edilmiş AN-İ № ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F Cavabdeh tərəfindən X8 4500 manat məbləğinə satılmışdır.
27. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çıxarışın surətindən görünür ki, ölçüsü 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F X3 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 209 saylı reyestr kitabının 49 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
28. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2004-cü il tarixində rəsmi nikaha daxil olmuşlar, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9923/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, həmin qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. 07 mart 2019-cu il tarixdə notariat qaydasında bağlanılmış alğı-satqı müqaviləsinə əsasən ümumi sahəsi 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F X14 tərəfindən Cavabdeh satılmış və daşınmaz əmlakın dövlət reyestrində bu barədə qeyd aparılaraq mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmişdir. xx.xx.2023-cü il tarixdə ümumi sahəsi 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F Cavabdeh tərəfindən X1 və daşınmaz əmlakın dövlət reyestrində bu barədə qeyd aparılaraq mübahisə predmeti olan torpaq sahəsi X3 mülkiyyətinə keçmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının istifadə hüquqlarının tanınması və köçürülməsini tələb etdiyi mübahisəli əmlak - 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F Cavabdeh deyil, X3 xüsusi mülkiyyətindədir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, tərəflər arasında nikah münasibətləri xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X14 tərəfindən 07 mart 2019-cu il tarixdə notariat qaydasında bağlanılmış alğı-satqı müqaviləsi ilə satılmış, Cavabdeh adına dövlət reyestrində qeydə alınmışdır. Daha sonra isə cavabdeh tərəfindən X1 və həmin şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində bu barədə qeyd aparılmışdır.
30. Göründüyü kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin alğı-satqısına dair müqavilə satıcı X14 və alıcı Hüseynova İlahə Ramazan qızı arasında bağlanmış, hazırki iddiaçı isə müqavilənin tərəfi olmamışdır.
31. Belə olan halda iddiaçının tərəf olmadığı müqavilənin ləğv edilməsi barədə iddia tələbi ilə müraciət etməsi üçün onun subyektiv hüququ da olmamışdır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçın ı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F ünvanda yerləşən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir.
34. Bununla da müəyyən edilir ki, iddiaçının subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir.
35. Məhkəmə kollgiyası qeyd edir ki, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığından onun qeyd etdiyi dəlillərin araşdırılmasına da zərurət qalmamışdır.
36. Belə olduğu halda iddia tələbinin alğı-satqı müqaviləsinin ləğv edilməsi hissəsi təmin edilmədiyindən tələbin çıxarışın ləğvi, fərdi yaşayış evinə İddiaçı birgə mülkiyyət hüququnun tanınması hissəsi də müqavilənin etibarsız hesab edilməsindən törəmə tələb olduğundan həmin hissələrdə də iddia təmin oluna bilməz.
37. Bundan başqa məhkəmə kollegiyası tələbin fərdi yaşayış evində istifadə hüquqlarının saxlanılması və bu fərdi yaşayış evinə köçürülmə hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
38. Hazırki işdən görünür ki, mübahisəli fərdi yaşayış evinə dair hüquq münasibətləri 2019-cu ildə yarandığından mübahisə Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq həll olunmalıdır.
33. Hazırki işdən görünür ki, iddiaçı ilə cavabdeh arasında nikah münasibətləri pozulduğundan iddiaçı cavabdehdən mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ olmayan şəxsdir.
34. Həmçinin iş materiallarından görünür ki, iddiaçının istifadə hüquqlarının tanınması və köçürülməsini tələb etdiyi mübahisəli əmlak olan 0,008 ha olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2551F hazırki gündə Cavabdeh deyil, X3 xüsusi mülkiyyətindədir. Bununla da müəyyən edilirki, cavabdehin mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinə hər hansı hüququ mövcud deyildir.
35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir. 36.. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri iddiaçı tərəfindən sübuta yetirilməmişdir və dəlillərə məhkəmə kollegiyası tərəfindən qiymət verilmişdir.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.
39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(060)-2025/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(060)-2025/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir