Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1731/2023 20.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, ilkin İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh1 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verilməklə evdən çıxarılma və pul tələbinə dair ilk, qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə kirayə müqaviləsinin ləğv edilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-174/2023 nömrəli, 16 mart 2023cü il tarixli qətnaməsindən ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) ilk iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, ilk iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu ilk İddiaçı aid edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 aid edilməsi qət edilmişdir. İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh1 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh1 yazılı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərindən imtina edərək, apellyasiya şikayətləri üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər (Mülki Prosessual Məcəllənin 369.2. və 369.3. maddələri) Məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə mülki iş tərəflərin şikayəti əsasında başlanıldığından, ilkin iddiaçı və qarşılıqlı iddiaçı apellyasiya icraatının başlanmasına əsas olan şikayətlərindən imtina etdiklərindən, apellyasiya şikayətindən imtina barədə ərizə ilkin və qarşılıqlı iddiaçıların iradə ifadəsi ilə verilmiş hesab edilməli, şikayətin geri qaytarılması üçün əsaslar olmadığından ərizələr qəbul edilməli və şikayət üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4. maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 13.4., 365, 263, 264., 369, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh1 apellyasiya şikayətlərindən imtina barədə ərizələri təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsindən ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1731/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1731/2023
20.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənzilə istifadə hüququna xitam verilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver