Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1744/2024 25.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X6 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X13 cəlb olunmaqla) əmlakın açıq hərracda satılması, satış pulundan əldə olunmuş vəsaitin iddiaçıların payına uyğun ödənilməsi, evə köçürülməsi və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın açıq hərracda satılması, satış pulundan əldə olunmuş vəsaitin iddiaçıların payına uyğun ödənilməsi, evə köçürülməsi və maneənin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-57/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X12 01 iyun 2008-ci ildə, X7 14 dekabr 1985-ci ildə vəfat etmişdir.
2. Şamaxı Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli e-2(074)-60/2021 saylı qətnaməsinin surətindən görünür ki, X3 qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda İddiaçı1 payı 1/7 hissədə müəyyən edilmişdir.
3. Şamaxı Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli e-2(074)-730/2021 saylı qətnaməsinin surətindən görünür ki, X3 qalan, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 0,04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 108,80 kv metr olan 12 nömrəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən ibarət miras əmlakda iddiaçılar İddiaçı2 payı 1/7 hissədə və İddiaçı3 payı 1/7 hissədə müəyyən edilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Şamaxı şəhəri, Əziz Əliyev küçəsi ünvanda yerləşən 12 saylı fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı1, 1/7 hissəsi İddiaçı2, 5/7 hissəsi X11 məxsusdur.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyiy Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2024-cü il tarilxi 3-16-16/2-10/9408 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğunu, torpaq sahəsində tikililərin yerləşmə vəziyyətini, otaqların yerləşmə vəziyyətini, mülkiyyətçilərin sayını və onların payına düşən sahəni, həmin paya uyğun sahələrin movcud olmadığını, yalnız bir sanitar qovşaq (tualet, hamam) bir mətbəxt olduğunu nəzərə alaraq həmin yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilərin payına uyğun naturada bölgüsünün “AzDNT 2.7-2 “yaşayış binaları Layihəlşdirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8-ci bəndlərində göstərilənlərə və “yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1, X9, İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsi, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 mülkiyyət hissələrinə uyğun olaraq naturada bölünməsi, iddiaçıların payının naturada müəyyən edilməsi, naturada müəyyən edilmiş hissənin iddiaçıların istifadəsinə verilərək, onların həmin hissəyə köçürülməsi, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan və naturada bölünmüş hissədən iddiaçıların istifadəsi ilə bağlı hər cür maneənin qoyulmasının Cavabdeh qadağan edilməsi, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan və naturada bölünmüş hissədən istifadə etməsinin Cavabdeh qadağan edilməsi, 100 manat dövlət rüsumu və 200 manat hüquqi xidmət xərclərinin Cavabdeh tutularaq, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçılar İddiaçı2, İddiaçı1 nümayəndəsi – vəkil Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 ödənilməsi, satış həyata keçirilənə qədər, İddiaçı1 və həyat yoldaşı – xx.xx.1970-ci il təvəllüdlü X1 onun paylı mülkiyyətində olan Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evinə köçürülməsi və bununla bağlı hər cür maneənin qoyulmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X7 xx.xx.1985-ci ildə vəfat etmiş, mərhumdan miras qalmış Şamaxı rayonu, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsi üzərindəki mülkiyyət hüququ 4/7 pay mərhumun adında qeydiyyatda qalmaqla qalan 3 pay vərəsəlik qaydasında müvafiq olaraq iddiaçıların mülkiyyətinə keçmişdir. Belə ki, həmin daşınmaz üzərində iddiaçı – İddiaçı1 1/7 payı, İddiaçı2 1/7 payı, İddiaçı3 1/7 payı müəyyən edilmiş, qalan 4/7 pay mərhum X4 adında qeydiyyatda qalmışdır. (Sənəd: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 Saylı Şamaxı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, **********63-10301 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış). Buna baxmayaraq iddiaçılar öz mülkiyyətlərində olan daşınmaz əmlakdan istifadə edə bilmirlər. Belə ki, həmin ev və torpaq sahəsi tam olaraq iddiaçıların qardaşı Cavabdeh istifadəsində olub, iddiaçılara öz mülkiyyətlərindən istifadə etmələrinə mane olur, onları həmin evə-həyətə buraxmır. Bu iş tərəflər arasında ciddi mübahisələrə səbəb olur. Ona görə də, məhkəmə qaydasında həmin ev və torpaq sahəsi iddiaçıların mülkiyyət hissələrinə uyğun olaraq naturada bölünməli və onların naturada payları müəyyən edilməli və iddiaçılara öz mülkiyyət hüquqlarından maneəsiz istifadə imkanı verilməlidir. Bundan başqa, iddiaçılara həmin ev və torpaq sahəsinin onlara məxsus olan hissədən istifadəsi ilə bağlı manelərin qoyulması cavabdehə qadağan edilməli, iddiaçıların həmin ev və torpaq sahəsinin onlara mülkiyyət hüququ ilə məxsus olan naturada bölünmüş hissəyə köçürülməsi təmin edilməlidir. İddia tələbi qeyd edilən tələblər ilə bağlıdır. Əvvəlcə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə və MPM-in 4.3-cü maddəsinə əsasən cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu göndərək Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsindən mülkiyyətçilər İddiaçı2, İddiaçı3, İddiaçı1 düşən payı naturada müəyyən edilərək 5 gün ərzində bildirilməsi, əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi bildirilmişdir. Həmin pretenziya məktub cavabdehə xx.xx.2023-cü il tarixində çatsa da, bu günə qədər hər hansı bir cavab verməmişdir. Bu səbəblə məhkəmədə iddia qaldırmağa məcbur qalmışlar.
9. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyiy Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 08 may 2024-cü il tarixli 3-16-16/2-10/9408 saylı rəydə Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaaşyış evi və həyətyanı torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığı göstərilmişdir. Hazırda Şamaxı şəhəri Əziz Əliyev küçəsindəli 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 ödənilməsi, satış həyata keçirilənə qədər İddiaçı1 və ailəsi onun paylı mülkiyyətində olan Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evinə köçürülməsi və bununla bağlı hər cür maneənin qoyulması cavabdehin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-57/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı1 ailə üzvü olan X5 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılmasının aradan qaldırılması, iddianın qalan hissədə təmin olunmaması, iddiaçılar İddiaçı2 və İddiaçı1 müştərək qaydada 50 manat məbləğində ekspertiza xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Fərid Yaqubov).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4 və 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(074)-57/2024 saylı qətnaməsinin iddia tələbinin təmin olunmadığı hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia ərizəsi tam təmin edilməsini xahiş etmişlər.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(074)-57/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı1 ailə üzvü olan X5 ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılmasının aradan qaldırılması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
14. Qətnamə iddia tələbinin təmin edilmədiyi hissədə qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Azərbaycan Respublikası MPM-inin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi yolu ilə qəbul edilən məhkəmə qətnaməsi apellyasiya qaydasında ləğv edilir. 386-cı maddəyə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yenə həmin Məcəllənin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması yolu ilə qəbul edilən məhkəmə qətnaməsi apellysasiya qaydasında ləğv edilir.
15. Məhkəmə qətnaməsində deyilir ki, “İşin araşdırılmış hallarından müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin 1/7 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçılar hazırda həmin əmlakın açıq hərracda satılmasını və satış pulundan əldə olunmuş vəsait hesabına paylarına uyğun dəyərinin ödənilməsini tələb edirlər. Lakin, ekspert rəyi ilə həmin əmlakın naturada bölgüsünün mümkün olmaması müəyyən edilmişdir. Həmçinin, müəyyən edildi ki, cavabdeh hazırda İddiaçı1 və onun ailə üzvünü mülkiyyətlərində olan yaşayış sahəsinə buraxmamaqla, həmin evdə yaşamalarına maneə törədir”.
16. Yenə qətnamədə deyilir ki, “Məhkəmə hesab edir ki, İddiaçı1 öz mülkiyyətində olan əmlakından istədiyi kimi istifadə edə bilməməsi onun mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirildiyindən, iddia həmin hissədə təmin edilməli, İddiaçı1 ailə üzvü olan X5 ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməli və bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması aradan qaldırılmalı, iddia qalan hissədə əsassız olduğundan, təmin olunmamalıdır”.
17. Yenə qətnamədə deyilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, “nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil”.
18. Göründüyü kimi, məhkəmə ekspertin verdiyi rəy əsasında müəyyən etmişdir ki, həmin əmlakın naturada bölgüsü mümkün deyildir. Bu durumda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunan, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir” tələbinə əməl edildiyi müəyyən olunur. Bundan başqa, məhkəmə açıq-aydın iddiaçıların hansı qaydaya əməl etmədiyini də bildirmir. Məhkəmənin iddiaçıların “Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 ödənilməsi” tələbinin rədd etməsi Mülki Məcəllənin 220-ci və digər maddələrinə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60-cı və digər maddələrinə ziddir.
19. Ona görə də Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(074)- 57/2024 saylı qətnaməsi iddia tələbinin təmin olunmadığı hissəsində ləğv edilməsini, həmin hissədə yeni qətnamə qəbul edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.
20. Cavabdeh da apellyasiya şikayəti vermiş və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(074)-57/2024 saylı qətnaməsini tamamilə rədd edilərək, iddiaçılar İddiaçı1 və X6 Cavabdeh qarşı əmlakın açıq hərracda satılması, satış pulundan əldə olunmuş vəsaitin iddiaçıların payına uyğun ödənilməsi, evə köçürülməsi və maneənin aradan qaldırılması tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-57/2024 saylı qətnaməsi ilə İddiaçı1 ailə üzvü olan X5 ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün və bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneələrin yaradılması aradan qaldırılması qət olunmuşdur.
22. İlk növbədə bildirir ki, iddiaçılar İddiaçı1, X9, İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsi, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 mülkiyyət hissələrinə uyğun olaraq naturada bölünməsi, iddiaçıların payının naturada müəyyən edilməsi, naturada müəyyən edilmiş hissənin iddiaçıların istifadəsinə verilərək, onların həmin hissəyə köçürülməsi, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan və naturada bölünmüş hissədən iddiaçıların istifadəsi ilə bağlı hər cür maneənin qoyulmasının Cavabdeh qadağan edilməsi, Şamaxı rayonu Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan və naturada bölünmüş hissədən istifadə etməsinin Cavabdeh qadağan edilməsi, 100 manat dövlət rüsumu və 200 manat hüquqi xidmət xərclərinin Cavabdeh tutularaq, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı1 nümayəndəsi - vəkil Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 ödənilməsi, satış həyata keçirilənə qədər, İddiaçı1 və həyat yoldaşı - xx.xx.1970-ci il təvəllüdlü X1 onun paylı mülkiyyətində olan Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evinə köçürülməsi və bunla bağlı hər cür maneənin qoyulmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi bir icraatda baxıla bilməyən iki tələbə bir yerdə baxaraq qətnamə çıxarmışdır.
23. Belə ki, iddiaçılar Şamaxı şəhəri, Əziz Əliyev küçəsindəki 12 nömrəli fərdi yaşayış evi və həyatyanı torpaq sahəsinin açıq hərracda satılması və satış pulundan 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 ödənilməsi tələbi tamamilə ayrı tələb evə köçürülmə tələbi isə tamamilə ayrı tələbdir. Çünkü fərdi yaşayış evi və yaxud mənzilin paylar müəyyən olunubsa açıq hərracda satılıb hərənin payına uyğun pulunun bölüşdürülməsi qanunvericilikdə nəzərdə tutulub. Lakin əgər ev tikinti norma qaydalarına uyğun paylara müvafiq bölünməsi mümkün deyilsə bu zaman ev hərracda satılıb paylara uyğun bölüdşdürülməlidir. Bu tip işlərlə bağlı Konstitusiya Məhkəmənin Plenum qərarı var. Belə ki, Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Konstitusiya Məhkəməsinin həmin qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Digər mülkiyyətçilər kompensasiya verməyə məcbur edilə və ya onların üzərinə belə bir öhdəlik qoyula bilməz. İddiaçılar 1/7 hissə İddiaçı2 və 1/7 hissə isə İddiaçı1 məxsusdur. Qanunla məhkəmə müəyyən etməli idi ki o, 1/7 hissələrlə bağlı iddiaçılara kompensasiya verir ya yox əgər kompensasiya versəydi onların mülkiyyət hüquqlarına xitam verilirdi və ya o, kompensasiya alır ya yox. Bu 3 mərhələni tətbiq edib aydınlaşdırmadan o evdə yaşamayan, evlə əlaqəsi olmayan iddiaçıların həmin evə köçürülməsi tamamilə kobud qanun pozuntusudur. Şamaxı rayon Məhkəməsinin 2(074)-57/2024 saylı qətnaməsinin ləğvi üçün birbaşa əsasdır.
25. Məhkəmə işə tamamilə qərəzli yanaşaraq prosessual və maddi normaları düzgün tətbiq etməyərək əsassız qətnamə çıxarılmasına nail olmuşdur. İlk növbədə bu iki tələb bir icraatda baxıla bilməz. Bəlkə o kompensasiya verib onların hüququna xitam verəcəkdi. Buna qanun icazə verir. Bu məsələ aydınlaşmadan necə o uzun müddətdir ki, yaşamayan iddiaçıların mənzilə köçürülmə tələbinə dair işə bir icraatda baxıla bilər və ya mənzilə köçürülə bilərlər?
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
27. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər.
29. Cavabdeh iştirak etdiyi məkhəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, iddiaçılar İddiaçı1 və X6 apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
30. Üçüncü şəxs X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir.
31. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
32. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
33. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
34. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
38. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
39. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
40. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
41. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
42. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
43. Maddə 218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.
44. Maddə 218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
45. Maddə 218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.
46. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli Qərardadı
47. Bənd 42. Birinci mərhələ üzrə məhkəmə tərəfindən ilk növbədə iddiaçının əşya üzərində mülkiyyət hüququndakı payının naturada bölgüsünün mümkün olub-olmadığı, ayrılan payın vahid daşınmaz əşya konsepsiyasına uyğun gəlib-gəlmədiyi istiqamətində araşdırma aparılmalıdır. Əşyanın xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsünün aşkar surətdə mümkünsüzlüyü halında məhkəmə hər hansı əlavə araşdırma aparmadan bu mərhələnin yoxlanılmasını yekunlaşdırmaqla, iddiaçının istəyinə uyğun olaraq ikinci mərhələyə keçid etməlidir.
48. Bənd 43. Digər hallarda isə məhkəmə payın naturada ayrılmasının formaları barədə hər bir tərəfin təklifini dinləməli, mübahisəli məqamların alternativ həlli yolları ilə bağlı qarşılıqlı müzakirələr aparmalıdır. Bundan sonra yekun təkliflər əsasında, bunun mümkün olmadığı halda isə tərəflərin mənafelərinə bərabər şəkildə xidmət edəcək ən əlverişli formada naturada ayrılmanın mümkünlüyünü prosessual qanunvericiliyin yol verdiyi imkanlardan istifadə etməklə araşdırmalıdır.
49. Bənd 44. Araşdırmanın nəticəsində payın naturada ayrılmasının mümkünlüyü müəyyən edilərsə, məhkəmə payın müəyyən etdiyi qaydada naturada bölgüsü barədə qətnamə qəbul etməlidir. İddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş naturada bölgünün qaydası ilə razı olmadıqda, qətnamədən apellyasiya və kassasiya şikayətləri vermək, eyni zamanda iddiadan imtina hüquqlarından istifadə edə bilər.
50. Bənd 62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
51. Bənd 63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır.
52. Bənd 64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
53. Bənd 65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasısının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
57. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
58. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
62. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
63. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
65. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
66. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-57/2024 nömrəli qətnaməsindən apellyasiya şiakyəti verən iddiaçılar qətnaməni iddianın təmin edilməyən hissəsində, cavabdeh isə təmin edilən hissəsində mübahisələndirmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-57/2024 nömrəli qətnaməsi qismən – “ailə üzvü olan X1 Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalı, qətnamə qalan mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır.
68. Belə ki, işin hallarına görə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin Şamaxı şəhəri Ə.Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin 1/7 hissəsinə mülkiyyət hüququ vardır. İddiaçılar hazırda həmin əmlakın açıq hərracda satılmasını və satış pulundan əldə olunmuş vəsait hesabına paylarına uyğun dəyərinin ödənilməsini tələb edirlər. Birinci instansiya məhkəməsinin icraatı zamanı alınmış ekspert rəyi ilə həmin əmlakın naturada bölgüsünün mümkün olmaması müəyyən edilmişdir.
69. Apellyasiya icraatı zamanı müəyyən olmuşdur ki, dövlət reyestrindən xx.xx.2024cü il tarixli çıxarışa əsasən Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı1, 1/7 hissəsi İddiaçı2, 5/7 hissəsi X11 məxsusdur.
70. Apellyasiya icraatı zamanı Fərid Ağayev müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur.
71. Kollegiya hesab edir ki, belə olan halda Cavabdeh hazırkı mülki iş üzrə paylı mülkiyyətdə olan əmlakın hərracdan satilmasına dair iddiaya cavab verməli şəxs olmadığından, hazırki iddia isə Cavabdeha qarşı qaldırıldığından, birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdeh əsl cavabdehlə əvəz olunmadığından, Fərid Ağayevin paylı mülkiyyətin hərracdan satılmasına dair münasibəti öyrənilmədiyindən, hazırkı vəziyyətdə Cavabdeh paylı mülkiyyətçi olmadığından ona qarşı həmin əmlakın hərracdan satılmasına dair iddia təmin oluna bilməz.
72. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli Qərardadının 62-ci bəndinə əsasən Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
73. Göründüyü kimi, mübahisəli əmlakla bağlı paylı mülkiyyətçilərin paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılığın əldə olunması istiqamətində Fərid Ağayevin münasibəti öyrənilməmişdir. Odur ki, belə olan halda iddia həmin hissədə təmin oluna bilməz.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl mülki qanunvericilik ilə nəzərdə tutulmuş qaydalara riayət edilməlidir.
75. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək İddiaçı1 ailə üzvü olan X5 ilə birlikdə Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneələrin yaradıılması aradan qaldırılmalı olması qənaətinə gəlmişdir.
76. Məhkəmə kollegiyasının araşdırması zamanı mübahisəsiz qaydada həmçinin müəyyən edilmişdir ki, mübahisəli evdə hal-hazırda Cavabdeh yaşayır. Kollegiya hesab edir ki, Cavabdeh hazırda İddiaçı1 paylı mülkiyyətində olan yaşayış sahəsinə buraxmamaqla, həmin evdə yaşamasına və paylı mülkiyyətçi kimi əşyadan istifadə hüquqularını həyata keçirilməsinə maneə törətdiyindən, həmin məneələrin aradan qaldırması və İddiaçı1 evə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
77. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən, yəni iddiaçın İddiaçı1 sözügedən evə köçürülməsi, cavabdeh tərəfindən yaradılan hər hansı maneənin aradan qadırılması hissəsində razılaşsa da, digər, yəni İddiaçı1 ailə üzvü olan Səbirə Usubaliyevanı iş üzrə iddiaçı olmadığından və onun belə tələbi olmadığından əri İddiaçı1 iddiası əsasında onun həmin evə köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşmır.
78. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
79. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Mülkiyyət hüququna dair eyni mövqe Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada da müəyyən olunmuşdur.
80. Belə ki, Konvensiyanın 20 mart 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.
81. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-57/2024 nömrəli qətnaməsi qismən – “ailə üzvü olan X1 Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalı, qətnamə qalan mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır.
82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-57/2024 nömrəli qətnaməsi qismən – “ailə üzvü olan X1 Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılsın. Ailə üzvü olan X1 Şamaxı şəhəri, Əziz Əliyev küçəsi 12 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.