Məhkəmə qərarları › İş №2(105)-1780/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1780/2025

19.05.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-1780/2025 19.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İlk iddia üzrə ddiaçı İsmayılova Nurlana Fərzullah qızının cavabdehlər cavabdeh4, Vəlizadə İradə Oqtay qızına, cavabdeh1 və cavabdeh2 qarşı və qarşıqlıqlı iddia üzrə iddiaçı cavabdeh1 cavabdeh İsmayılova Nurlana Fərzullah qızına qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan, öhdəliklərin icra edilməsi, əmlakın təhvil verilməsi - maddi və mənəvi ziyan, öhdəliklərin icra edilməsi, əmlakın onlara təhvil verilərək sahibliyə qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İsmayılova Nurlana Fərzullah qızının, cavabdeh, həmçinin digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh4, cavabdeh cavabdeh1, onun nümayəndəsi, həmçinin cavabdeh Vəlizadə İradə Oqtay qızının iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İsmayılova Nurlana Fərzullah qızı və ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İsmayılova Nurlana Fərzullah qızı cavabdehlər Vəlizadə İradə Oqtay qızına və cavabdeh4 qarşı maneələrin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun əmlakına gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən əlavə nəqliyyat və işçilik xərcləri ilə bağlı vurulmuş maddi zərərə görə 360 manat, həmin səbəbdən tikinti işlərinin 12 gün müddətində tam dayanması ilə bağlı vurulmuş mənəəvi zərərə görə 1200 manat, məhkəmə xərclərinə görə 679.45 manat vəsaitin cavabdehlərdən alınaraq ona ödənilməsi, torpaq sahəsinin ondan əvvəlki sahibi X6 tərəfindən hörülən, onun tərəfindən isə dəyəri tam ödənilməklə notarial qaydada alqı-satqı yolu ilə əldə edilən əmlakın qonşu ilə ara hasarının cavabdehlər tərəfindən sökülən 2 sıra hissəsinin cavabdehlərin maddi vəsaiti hesabına bərpa edilməsi, mübahisə predmeti olan və ortaq istifadədə olan yolda (dalanda) mülkiyyətdə olan torpaq sahəsinə giriş-çıxışa mane olacaq şəkildə nəqliyyat vasitələrinin saxlanılmasının və digər yollarla maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi, ortaq istifadədə olan yola (dalana) zibillərin, tullantı materiallarının və digər şəxsi əşyaların yığılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Daha sonra, ilk iddia ərizəsi üzrə iddiaçı İsmayılova Nurlana Fərzullah qızı iddia tələbinin həcmini artıraraq və dəqiqləşdirərək, cavabdeh1 torpaq sahəsinin və onun torpaq sahəsinin ayrılma sərhədlərinin qanuni koordinatlar üzrə dəqiqləşdirilməsi, qarşı tərəflə onun torpağını ayıran mövcud ara hasar və onun həyətinin giriş darvazasının cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 maddi vəsaiti hesabına sökülməsi və qanuni yerində eyni keyfiyyət, ölçü və səliqə ilə bərpa edilməsi, Vəlizadələr tərəfindən zəbt olunmuş ona məxsus torpaq sahəsində tikib quraşdırdıqları yardımçı dam, heyvan damının sökülməsi, ona məxsus onlar tərəfindən zəbt edilmiş torpaq sahəsinin bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona təhvil verilməsi; cavabdeh Vəlizadə ailəsi tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilərək onun üçün ayrılmış yola (dalana) sonradan açdıqları kiçik yardımçı qapının cavabdeh cavabdeh1 maddi vəsaiti hesabına sökülməsi, yerinin hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması, yenidən əlavə qapı açılmasının həmişəlik qadağan edilməsi, cavabdeh Vəlizadə ailəsi tərəfindən onların açıq eyvanından onun üçün ayrılmış yola (dalana) açılmış pəncərənin cavabdeh cavabdeh1 maddi vəsaiti hesabına sökülməsi, hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması; onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) Vəlizadələr tərəfindən əkilmiş ağacların və kolların cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 maddi vəsaiti hesabına çıxarılaraq onların öz həyətyanı torpaq sahəsinə və ya başqa yerə köçürülməsi, həmin yolda (dalanda) istənilən əkmə, becərmə, bitkilərə qulluq işlərinin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi; onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) və yolun giriş hissəsinin önündə avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın dayanması və saxlanılmasının Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi; Vəlizadə ailəsi tərəfindən onun torpağının zəbt olunması səbəbindən su və kanalizasiya xətti çəkilişi ilə bağlı məruz qaldığı 1320 manat məbləğində xərcin cavabdehlərdən alınaraq ona ödənilməsi, torpaq sahəsini notarial qaydada aldığı ##.##.2022-ci il tarixindən ona məxsus torpaq sahəsinin ona təhvil verilməsi tarixinədək keçən müddət ərzində onun əmlakından istifadə edərək faydalandığına görə ona ödənilməli olan hər ay üçün 600 manat və ya hər gün üçün 20 manat, yəni indiyədək keçmiş 35 aylıq müddət üzrə ümumilikdə 21000 manat məbləğində haqqın cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 alınaraq ona ödənilməsi, ona məxsus torpaq sahəsinin Vəlizadələr tərəfindən zəbt olunması səbəbindən evinin çıxarış sənədini ala bilməyərək evinin girov qoyulması qarşılığında əldə etməli olduğu 120000 manat məbləğində vəsait əsasında 2023-cü ilin iyul ayında Fond Birjasının satışa çıxardığı 18 aylıq tədavül müddətli, illik 13 % gəlirli istiqrazların alınması ilə bağlı biznes planının baş tutmamasına görə məruz qaldığı 23400 manat məbləğində zərər (əldən çıxmış fayda) üzrə 23400 manat məbləğində vəsaitin cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 alınaraq ona ödənilməsi, məhkəmə proseslərinin başladığı 2022-ci ilin noyabr ayından indiyədək məhkəmə və icra prosesləri ilə əlaqədar işdən icazə almalara görə onun əmək haqqı, əmək haqqına əlavə və mükafat ödənişlərindən tutulmuş ümumilikdə 7340,71 manat məbləğində vəsaitin cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 alınaraq ona ödənilməsi, cavabdehlər Vəlizadə İradə Oqtay qızının və cavabdeh4 onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən material daşınması prosesində əlavə nəqliyyat və işçilik xərcləri ilə bağlı oə vurulmuş maddi zərərə görə 360 manat məbləğində vəsaitin cavabdehlər İradə Vəlizadə və cavabdeh4 alınaraq ona ödənilməsi, cavabdehlər Vəlizadə İradə Oqtay qızının və cavabdeh4 onun torpaq sahəsinə gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən tikinti işlərinin 12 gün müddətində tam dayanması ilə bağlı vaxt itkisi üzrə ona vurulmuş zərərə görə 1200 manat məbləğində vəsaitin cavabdehlər İradə Vəlizadə və cavabdeh4 alınaraq ona ödənilməsi, məhkəmə, mütəxəssis rəyi, icra və ekspertiza prosesləri ilə bağlı ödədiyi rüsumlar ilə bağlı çəkdiyi xərclərə görə 1394,50 manat məbləğində vəsaitin cavabdehlər cavabdeh1, cavabdeh2, İradə Vəlizadə və cavabdeh4 alınaraq ona ödənilməsi, onun həyətyanı sahəsinin hasarı və darvazasının yerinin dəyişməsi ilə bağlı işıq, su, qaz sayğaclarının, boru və kabellərinin yerinin dəyişdirilərək Vəlizadələrin maddi vəsaiti hesabına darvazanın yeni yerindən çölə, yəni yola çıxarılması, bunun üçün lazımı qurumlardan icazələrin alınması və işlərin icrası üçün itiriləcək vaxta görə təxmini hesablanmış 4500 manat məbləğində vəsaitin cavabdeh1, cavabdeh2, İradə Vəlizadə və cavabdeh4 alınaraq ona ödənilməsi, cavabdehlər cavabdeh1, cavabdeh2, İradə Vəlizadə və cavabdeh4 tərəfindən ona ödənilməli olan məbləğlərin qeyd olunan müddətlərdə ödənilməsi gecikdirilərsə, gecikdirilən hər gün üçün borc məbləğinin 0.5 %-i nisbətində dəbbə pulu hesablanması, cavabdehlər cavabdeh1, cavabdeh2, İradə Vəlizadə və cavabdeh4 tərəfindən oə edilməli olan ödənişlər 30 gündən daha uzun müddətə gecikdirilərsə, məcburi icra tədbiri olaraq tələbin cavabdehlərin pul vəsaitlərinə və bütün əmlakına yönəldilməsi, mübahisə predmeti olan onun evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) və yolun giriş hissəsinin önündə müxtəlif işlərin aparılması, yola zibillər atılması, yola şəxsi əşyalar yığılması, yola boş su, kanalizasiya, qaz borularının çəkilməsi, abadlaşdırma adı ilə yola (dalana) dövlətin abadlaşdırma proqramından kənar müdaxilələr edilməsi və s. qonşuluq prinsiplərinə zidd olan, onun və valideynlərinin hüquqlarını pozan, onlara maneəçilik yaradan bütün işlərin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan olunması, onun evinin yeganə girişçıxış yeri olan yolda (dalanda), həmin yoldakı hasarların dibində və üstündə Vəlizadələr tərəfindən yığılmış bütün şəxsi əşyaların, dibçəklərin, boruların və s. digər bütün əşyaların cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 maddi vəsaiti hesabına yığışdırılması və onun üçün ayrılmış yolun tam təmizlənərək və səliqəyə salınaraq ona təhvil verilməsi, bugünədək ona və onun yaşlı valideynlərinə qarşı nümayiş etdirdikləri bütün vicdansız davranışlara, dincliklərini pozduqlarına, dəfələrlə şər ataraq vaxtlarını aldıqlarına, yaşlı valideynlərinə yaşatdıqları stresslərə, əsassız iddialarla onun evinin tikintisinə, torpağının qaytarılmasına, evinin çıxarışının alınmasına maneəçilik törətdiklərinə, anasına qarşı sərgilədikləri qeyri-insani hərəkətlərə görə onlara vurduqları oəvi zərər üzrə 20000 manat məbləğində vəsaitin cavabdehlər cavabdeh1, cavabdeh2, İradə Vəlizadə və cavabdeh4 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İlk iddia üzrə cavabdeh cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılova Nurlana Fərzullah qızından ona dəymiş maddi ziyana görə 10000 manat, mənəvi ziyana görə 5000 manat pulun tutulması, ümumi yola qoyulmuş darvazanın iddiaçının öz vəsaiti hesabına sökülməsi, həmin yoldan onun istifadə etməsinə maneçilik törədilməsi, həmin yolun yararsız hala salınması, yola ağır çəkili texnikaların salınmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinin həcmini artıraraq, qarşılıqlı iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə iddiaçı İsmayılova Nurlana Fərzullah qızı tərəfindən yerləşdirilmiş və onun həyətinə baxan kameraların sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinin həcmini artıraraq, qarşılıqlı iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə ilk iddia ərizəsi üzrə iddiaçı İsmayılova Nurlana Fərzullah qızından onun səhhətinə vurduğu maddi ziyana görə 8000 manat, məhkəmə xərclərinə görə 500 manat, mənəvi ziyana görə 10000 manat olmaqla, cəmi 18500 manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbinin həcmini artıraraq, İsmayılova Nurlana Fərzullah qızından ona və ailə üzvlərinə dəymiş maddi və mənəvi ziyana görə pulun tutulmasını, onun həyətinə və evinə gedən 3.60 metr enində yeganə giriş, çıxışı olan yolda aftomobil və böyük həcmli maşınlar saxlayaraq (öz darvazası olaraq) və ya digər yollarla onun və yaşlı valideynlərinin həyətinə və evinə ümumi istifadə olunan yolda sərbəst giriş, çıxışılarına, onlara aid olan öz vəsaitlə tikdirdikləri hasarın yol boyu daş qırıqları, tullantılar yığmaq və yolun səliqəli saxlanmasını və evinə baxan kameraların sökülməsi, faktiki olan torpaq sahəsini 0.0158 ha hissəsinin üzərində onlara miras qalan quyu da ora daxil olmaqla, İsmayılova Nurlana Fərzullah qızı tərəfindən zəbt olunmuş, illərlə onların istifadələrində olan torpaq sahəsi, bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona və ailəsinə təhvil verilərək, sahibliklərinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlk iddiaçının tələbləri onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust və sentyabr aylarında Abşeron rayonu, Masazır kəndi, Nəsrəddin Tusi küçəsində yerləşən ona və valideynlərinə məxsus fərdi yaşayış evinin alqı-satqısı ilə bağlı notarial hərəkətləri icra edərkən Xırdalan şəhərində yerləşən * nömrəli notariat kontorunun əməkdaşı cavabdeh2 öncə onun valideynlərini, sonra isə onu tanımış, orada rəhbərliyi tərəfindən ona tapşırılmış işləri icra edərkən onun ailə üzvləri ilə ünsiyyət yaratmış, evi satdıqları məbləğ, torpaq sahəsi axtarışında olduğu və maksimum hansı qiymətə torpaq sahəsi axtardıqları barədə məlumatlar toplamış, daha sonra onlara həmin vaxt məlum olmayan öz şəxsi maraqları naminə onun və ailəsinin etibarından süi-istifadə edərək Novxanı kəndində onun valideynlərinin qonşuluğunda torpaq sahəsinin satıldığını, həmin yerin çox yaxşı olduğunu, sənədlə 0.04 ha olsa da faktiki 0.05 ha olduğunu və həmin əlavə hissənin də qanunla 0.04 ha hissəyə sahib olan şəxsin torpaq sahəsinin faktiki sərhədləri (hasarları) içərisində olduğu üçün dövlət tərəfindən yalnız 0.04 ha hissəyə sahib olan mülkiyyətçiyə təklif olunmasının və onun tərəfindən sənədləşdirilməsinin mümkün olduğunu izah edərək, yəni çox sərfəli təklif olduğuna onları inandıraraq həmin torpaq sahəsinin onlara 32000 AZN (otuz iki min manat) və əlavə 1000 AZN (min manat) olmaqla, ümumilikdə 33000 AZN (otuz üç min manat) müqabilində satılmasını təşkil etmişdir. Yalnız çox sonradan ona məlum olmuşdur ki, əslində həmin torpaq sahəsi 2018ci ildə cavabdeh2 və onun anası İradə Vəlizadə tərəfindən onun torpağı aldığı şəxs X6 20000 AZN (iyirmi min manat) müqabilində satılmışdır. O, məsələnin bu cür olduğunu öyrənən kimi cavabdeh2 zəng edərək niyə həmin torpağın əslində onun tərəfindən satıldığını və 20000 AZN (iyirmi min manat) müqabilində satıldığını ondan gizlətdiyini soruşaraq açıqlama istədiyində cavabdeh2 ona “sən savadlı adamsan, özün araşdırardın, o təklif etmişəm, istəmirdin, almayardın, torpağı odən almamısan, Sevincdən almısan, get, artıq ödədiyin pulu ondan istə” deyərək maddi maraq əldə etdiyini inkar etmişdir. Daha sonra eyni sualı İradə Vəlizadəyə yönləndirdiyində o da eyni şəkildə reaksiya vermiş, “o torpağı ucuz satmışam, sən baha almısansa, bu sənin öz işindir, sən pulu Sevincə vermisən, Samir yazığa heç ordan pul çatmayıb, get məsələni Sevinclə öz aranda həll elə” deyərək əlbir şəkildə onu aldatma yolu ilə maddi maraq əldə etdiklərini inkar etmişdir. cavabdeh2 və İradə Vəlizadənin əlbir olaraq onun etibarından süi-istifadə etmə yolu ilə onu aldatması və torpaq sahəsinin faktiki dəyərindən xeyli yüksək qiymətə ona satılmasını təşkil etməsi Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq tərkibi ehtiva edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Abşeron rayonu Novxanı kəndində Ş.Qurbanov küçəsindəki dalanda ##.##.2022 tarixində X6 notarial qaydada aldığı, ##.##.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarışla ona məxsus olan torpaq sahəsində cari ilin ##.##.2022 –ci il tarixindən etibarən aidiyyatı qurumların razılığı əsasında tam qanuni şəkildə işlər apararkən qonşuluqda yaşayan Vəlizadə İradə Oqtay qızı və onun həyat yoldaşı cavabdeh4 küçəyə çıxaraq səs-küy salmış, “bu yol ona məxsusdur, əlimdə sənədim var, bu yoldan keçərkən, istifadə edərkən məndən icazə almaq lazımdır, mən istəsəm, burada yola körpü atıb ikinci mərtəbə qaldıra bilərəm” kimi iddialar səsləndirərək dincliyi pozmuş, işin gedişatı prosesinə mane olmuş, polisləri çağıraraq “onun icazəsi varmı, yoxlayın, yoxdursa, iş görməyə qoymayın” deyərək səs-küy yaratmağa davam etmişdir. Gələn polis əməkdaşları işin tam qanuni olduğunu aşkar etməklə həmin şəxslərə işlərin qanuni olduğunu izah edərək getmişdir. O cümlədən, İradə Vəlizadə və cavabdeh4 yolun onların mülkiyyətində olduğunu “sübut edən sənəd” deyərək adlandırdıqları xxxx Xidmətinin * saylı Abşeron Ərazi İdarəsindən İradə Vəlizadəyə ünvanlanmış ##.##.2020-ci il tarixli məktubda onlara məxsus olduğunu iddia etdikləri yolun əslində “özgəninkiləşdirilməmiş ümumi istifadədə olan yol” olduğu qeyd olunmuşdur. Bu isə həmin yolun onlara aid olmasını təsdiq etməməklə yolun onların mülkiyyətində olması iddialarının əsassız olmasını sübut edir. Həmin məktubun surətini daha öncə ##.##.2022-ci il tarixində cavabdehlərin oğlu cavabdeh2 WhatsApp mobil tətbiqi vasitəsilə ona göndərmiş, valideynlərinin hərəkətinə görə ondan səbirli davranmağı xahiş etmişdir. Əsassız tələblərinin boş qaldığını görən həmin şəxslər onun aldığı torpaq sahəsinin illər öncə onlara məxsus olduğunu, maddi ehtiyac səbəbindən öz həyətyanı sahələrini bölgü əsasında ondan əvvəl torpağın sahibi olan şəxsə satmağa, üstəlik də həmin torpaq sahəsini sata bilmək üçün öz torpaq sahələrindən müəyyən hissəni ümumi istifadədə olan yola ayırmağa məcbur olduqlarını deyərək şikayətlənə-şikayətlənə və öz aralarında mübahisə edə-edə öz həyət darvazalarından içəri girmişlər. Əllərinə heç nə keçmədiyini görən cavabdeh4 sanki heç nə olmamış kimi sonradan təkrar yola çıxaraq iş prosesinə baxmağa gəlmiş, özünü kömək etməyə çalışırmış kimi göstərmiş, özü isə harayasa gedərək özünə su çəkmək üçün borular alıb gətirmiş və yer qazılmışkən o da özünə əlavə su xətti çəkmək istədiyini bildirmişdir. O isə qazıntının özünün aldığı icazələr əsasında və özünün maddi vəsaiti hesabına icra edildiyini bildirərək onun icazə almadan su çəkməsinin qanunsuz olduğunu vurğulamağına baxmayaraq, o, daha sonra icazə alacağını deyərək özü üçün hazırlıq işləri görməyə davam etmişdir və özünün su çəkdiyi yerin yanından özünə yeni su xətti çəkmişdir. O da bu barədə su idarəsinin mühəndisinə zəng edərək şifahi məlumat verdikdə həmin mühəndis icazəsiz əlavə su xətti çəkməyə görə məsuliyyətin onların üzərində olduğunu, yoxlama edilərsə, aşkar olunduğunda onlara cərimə yazılacağını bildirmişdir. Əlavə olaraq, 2022-ci ilin oktyabr ayında cavabdeh2 onunlə söhbət edərək bildirmişdir ki, anasının davranışlarına görə təəssüflənir, anasını öz hərəkətlərindən çəkindirməyə çalışsa da buna nail ola bilmir, atasının da məcbur qalaraq anasını dəstəkləməsi səbəbindən atasına yazığı gəlir. Həmçinin, o daha öncə İradə Vəlizadənin qanunsuz hərəkətlərinə görə məhkəməyə müraciət etmək istəyərkən cavabdeh2 ondan sonuncu dəfə səbirli davranmağı, bir daha valideynlərinin qanunsuz hərəkətləri təkrarlanarsa, yalnız ondan sonra məhkəməyə müraciət etməyini xahiş etmişdir. cavabdeh2 bu xahişi də WhatsApp mobil tətbiqi vasitəsilə ona yazdığı mesajda öz əksini tapır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 2022-ci ilin noyabr ayında onun evinin yeganə giriş-çıxış yeri olan yolun cavabdehlər tərəfindən bağlanması, ona qarşı qərəzli hərəkətlər sərgiləməsi ilə bağlı yaranmış və davam edən mübahisələrin həllinə istiqamətlənmiş proseslər zamanı əraziyə dəvət olunmuş xxxx Xidmətinin əməkdaşının yerində ölçmə etməsindən və cavabdeh tərəfindən onun evinin yeganə giriş-çıxış yeri olan yola dair bölgü sazişi təqdim edildikdən sonra ona məlum olmuşdur ki, hazırda ona məxsus torpaq sahəsinin 11.2 metr * .4 metr = 49.28 kvadrat metr hissəsi Vəlizadə ailəsi tərəfindən zəbt edilmişdir. cavabdeh1 ilə onun torpaq sahələrinin qanuni koordinatlar üzrə ayrılma sərhəddi, yəni onun mülkiyyət hüquqları Vəlizadə ailəsinin üzvləri tərəfindən kobud şəkildə pozulmuşdur. Bu hal onun digər əlaqədar məsələlərdə ciddi maddi ziyana məruz qalmağına səbəb olmuşdur. Belə ki, o öz torpaq sahəsinə su və kanalizasiya xətti çəkilişi üçün müvafiq quruma müraciət etdikdən sonra yerində baxış zamanı onun torpaq sahəsindən oradakı ən yaxın su təchizatı və kanalizasiya sistemlərinin paylayıcı şəbəkə və qurğusuna qədər məsafə 34 metr olduğu üçün “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın 2.2-ci bəndinə əsasən texniki şərtin verilməsinə uyğun olmadığı bildirilmişdir. Bu səbəbdən də o su və kanalizasiya xəttinin çəkilişini tamamilə öz maddi vəsaiti hesabına həyata keçirmək məcburiyyətində qalaraq 1320 AZN (min üç yüz iyirmi manat) məbləğində material və işçilik xərclərinə məruz qalmışdır. Halbuki, əgər ona məxsus torpaq sahəsi ilə cavabdeh1 məxsus torpaq sahəsinin sərhəddi qanuni koordinatlar üzrə ayrılmış olsaydı, onun torpaq sahəsindən oradakı ən yaxın su təchizatı və kanalizasiya sistemlərinin paylayıcı şəbəkə və qurğusuna qədər məsafə 29 metr olacaqdı, bu halda isə texniki şərtin verilməsinə uyğun olacaqdı və o 1320 AZN (min üç yüz iyirmi manat) məbləğində xərcə məruz qalmayacaqdı. Ona məxsus torpaq sahəsinin Vəlizadə ailəsinin üzvləri tərəfindən zəbt edilməsi, cavabdehlərlə onun torpaq sahəsinin qanuni ayrılma koordinatlarının onlar tərəfindən pozulması sonradan da bir çox işlərlə bağlı onun əlavə maddi ziyana məruz qalmağına səbəb olmuşdur. Belə ki, təbii qaz, internet və s. xətlərinin çəkilişi zamanı məsafənin daha da uzun olması material və işçilik xərcləri ilə bağlı onun əlavə xərcə düşməyi ilə nəticələnmişdir. Odur ki, cavabdeh1 torpaq sahəsinin və onun torpaq sahəsinin ayrılma sərhədləri qanuni koordinatlar üzrə dəqiqləşdirilməli, onunla özünün torpağını ayıran mövcud ara hasar və özünün həyətinin giriş darvazası sökülməli, cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 maddi vəsaiti hesabına qanuni yerində eyni keyfiyyət, ölçü və səliqə ilə bərpa edilməli, onun tərəfindən zəbt olunmuş ona məxsus torpaq sahəsində tikib-quraşdırdıqları yardımçı dam, heyvan damı sökülməli, ona məxsus onlar tərəfindən zəbt edilmiş torpaq sahəsi bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona təhvil verilməlidir. Həmçinin, cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 onun torpağının onlar tərəfindən zəbt olunması səbəbindən məruz qaldığı 1320 AZN (min üç yüz iyirmi manat) məbləğində xərci ödəməli, ona məxsus torpaq sahəsinin ona təhvil verilməsinə qədər keçən müddət ərzində onun əmlakından istifadə edərək faydalandıqlarına görə ona hər ay üçün 600 AZN (altı yüz manat) haqq ödəməli, ona vurduqları mənəvi zərərə görə isə 20000 AZN (iyirmi min manat) məbləğində kompensasiya ödəməlidirlər. Bu kompensasiya məbləği onun torpağının cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 tərəfindən zəbt olunması səbəbindən öz mülkiyyətindən səmərəli istifadə, tikinti, bağ yeri və əkin yeri üçün optimal planlaşdırma edə bilməməyi ilə bağlı əldən çıxan və bərpası mümkün olmayan faydanın əvəzini, həmçinin, yaxın gələcəkdə torpaq sahəsində müvafiq avtomatlaşdırılmış suvarma sistemi qurularkən onun məruz qalacağı daha çox material və işçilik xərcini ödəmək üçün nəzərdə tutulur. Cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 icrasına borclu olduqları hərəkətləri vaxtında yerinə yetirmədikdə tələb onların pul vəsaitlərinə və başqa əmlaklarına yönəldilməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehlər cavabdeh1 və Vəlizadə İradə Oqtay qızının Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia ərizələrində yazdıqları bütün iddialar tamamilə əsassız, yalan və şər-böhtan xarakterlidir. cavabdeh1 və İradə Vəlizadənin iddialarının əsassız olduğunun bariz sübutları və arqumentləri aşağıdakılardır: 1. cavabdeh1 və İradə Vəlizadə öz qarşılıqlı iddia ərizəsində onun torpaq sahəsinə və evinə girişinin onun tərəfindən məhdudlaşdırıldığını qeyd etmişdir. Bu iddia tamamilə əsassız və şər-böhtan xarakterlidir. Əsl özbaşınalıq edən, ikrah hissi yaradan hərəkətlərlə onun və valideynlərinin hüquqlarını pozan Vəlizadə ailəsinin üzvləri artıq sonuncu yola, yəni şərböhtan atmaq yoluna üz tutublar. Belə ki, cavabdeh1 qarşılıqlı iddia ərizəsinə “sübut” qismində əlavə etdiyi fotoların heç birində onun və ya avtomobilinin onların yolunu kəsdiyi öz əksini tapmayıb. Bugünədək heç 1 saat belə onun və ya valideynləri tərəfindən onların öz torpaq sahəsinə və evinə girişi məhdudlaşdırılmamış, əksinə, onlar tərəfindən 12 (on iki) gün müddətində onun öz torpaq sahəsinə girişi məhdudlaşdırılmışdır. Cavabdeh cavabdeh1 öz ərizəsinə əlavə etdiyi fotolar onun tikinti işləri ilə bağlı material (daş, qum, şeben, sement, armatur və s.) daşınması və yer pompası ilə beton tökülməsi anında çəkilmiş şəkillərdir, hansı ki, həmin işlər də həmişə 1 saatdan daha az müddətə tamamlanmışdır. Bu isə tikinti işlərinin getdiyi ərazi üçün normal haldır. cavabdeh1 həmin fotolara manipulyasiya edilmiş, saxta şərhlər verərək məhkəməni yanıltmağa, özünü haqlı qələmə verməyə, Vəlizadə ailəsinin özbaşınalıqlarına bəraət qazandırmağa cəhd etmişdir. 2. cavabdeh1 və İradə Vəlizadə öz qarşılıqlı iddia ərizəsində ortaq istifadələrində olan yolun onun tərəfindən yararsız hala salındığını qeyd etmişdir. cavabdeh1 bu iddiası tamamilə əsassız və yalandır. Belə ki, hələ tikinti işləri başlamazdan əvvəl, ##.##.2022 tarixində o həmin yolun videosunu çəkərək cavabdeh1 qardaşı cavabdeh2 WhatsApp mobil tətbiqi vasitəsilə göndərmiş və yolun onun valideynləri tərəfindən səliqəsiz, natəmiz saxlanılmasına narazılığını bildirmişdir. Həmin video görüntüdə də yolun əvvəllər Vəlizadə ailəsinin üzvləri tərəfindən yararsız hala salındığı, yolun səliqəsiz və natəmiz saxlanıldığı öz əksini tapır. Əksinə, hazırda yola baxış keçirilərkən əvvəlki ilə müqayisədə yolun onun tərəfindən xeyli dərəcədə abadlaşdırıldığı, səliqə yaradıldığı bariz şəkildə görünür. 3. cavabdeh1 və İradə Vəlizadə öz qarşılıqlı iddia ərizəsində ümumi yola onun tərəfindən darvaza qoyularaq yolun bağlandığını qeyd etmişdir. Bu iddia tamamilə yalan və şər-böhtan xarakterlidir. Belə ki, ortaq istifadədə olan yol o torpaq sahəsini aldığı ilk günlərdən belə Vəlizadə ailəsinin üzvləri tərəfindən dəmir setka ilə səliqəsiz şəkildə bağlanmışdı, hətta o torpaq sahəsinə ilk baxış keçirən zaman da həmin yol bağlı olduğu üçün qonşu həyətdən girərək Vəlizadə ailəsinin həyətindən keçməklə həmin torpaq sahəsinə baxa bilmişdi. O həmin setkanın götürülməsini istədikdə isə cavabdeh2 ona bildirmişdi ki, setkanı kənar şəxslərin və maşınların oraya girişini əngəlləmək üçün qoyublar. O isə setkanın ağır olduğunu, hər dəfə onu açıb-bağlamağın ona və valideynlərinə çətinlik yaratdığını bildirdiyində cavabdeh2 əslində həmin setkanın onun üçün də faydalı olduğunu, yaxında oraya tikinti materialları gətirdikdən sonra oğurluq ehtimalını azaltmaq üçün gərəkli olduğunu izah etmiş, o isə onunla razılaşaraq bu halda setkanı səliqəli dəmir çərçivəyə saldıraraq açılıb-bağlanmasının daha rahat formaya gətirilməsinin uyğun olacağını bildirmişdi. Məhz ondan sonra onun maddi vəsaitim hesabına həmin səliqəsiz setka qaynaqçı tərəfindən dəmir çərçivələrə alınmış müvəqqəti qapı formasına salınmışdır və cavabdeh4 də iştirakı ilə onun atası tərəfindən yerinə montaj edilmişdir. Ondan sonra da həmin qapı həm Vəlizadə ailəsi tərəfindən, həm də onun tərəfindən ortaq istifadə edilmiş, hər ikisi sərbəst şəkildə lazım gəldikdə qapını açmışıq, lazım gəldikdə isə qapını bağlamışlar. Odur ki, cavabdeh1 bu dəfə də reallığı saxta və yalan şəkildə şərh etməklə məhkəməni aldatmağa, özünün və ailə üzvlərinin ikrah hissi yaradan hərəkətlərini ört-basdır etməyə cəhd etmişdir. Əgər həmin dəmir setka qapı onun tərəfindən bağlanmış və onun girişi məhdudlaşdırılmış olsaydı, onlar gecəgündüz orada öz avtomobillərini saxlaya bilməzdilər. 4. cavabdeh1 və İradə Vəlizadə öz qarşılıqlı iddia ərizəsində onun tərəfindən onun valideynlərinin şərəf-ləyaqətinə toxunulduğunu, əsəbiləşdirildiyini qeyd etmişdir. cavabdeh1 bu iddiası da tamamilə əsassız və şər-böhtan xarakterlidir. Belə ki, cavabdeh1 bu iddiasına dair heç bir sübut təqdim etməmiş, şər atmaq yolu ilə öz ailə üzvlərinin qanunsuz, özbaşına hərəkətlərinə haqq qazandırmağa növbəti dəfə cəhd etmişdir. 5. cavabdeh1 və İradə Vəlizadə öz qarşılıqlı iddia ərizəsində onun tərəfindən ona məxsus torpaq sahəsinin ümumi yol kimi istifadə edildiyini qeyd etmişdir. Bu iddia da tamamilə yalandır və reallığı əks etdirmir. Belə ki, hətta cavabdeh1 özünün qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, qeyd edilən 3 (üç) metr enindəki yol 2018-ci ildən etibarən ümumi istifadədə olan yoldur, həmin yol onun torpaq sahəsi deyil. Əksinə, hazırda cavabdeh1 oə məxsus torpaq sahəsinin 11.2 metr * 4.4 metr = 49.28 kvadrat metr hissəsini zəbt etmişdir. 6. cavabdeh1 və İradə Vəlizadə öz qarşılıqlı iddia ərizəsində onun tərəfindən onun evinin divarının zədələndiyini qeyd etmişdir. cavabdeh1 bu iddiası da tamamilə əsassızdır və reallığı əks etdirmir. Belə ki, cavabdeh1 iddiasına dair müvafiq sübutlar təqdim etməmiş, o tikinti işlərinə başlamazdan əvvəlki tarixə zədələndiyini iddia edən divarın müqayisəli video və foto görüntülərini əlavə etməmiş, hər hansı məhkəmə tikinti ekspertizasının rəyini almamış, sadəcə yalan və şər-böhtan xarakterli iddia irəli sürməklə bu dəfə də əsassız maddi qazanca sahib olmağa cəhd etmişdir. Vəlizadə ailəsi özü 2018-ci ildə torpaq sahəsini odən əvvəlki mülkiyyətçi X6 müvafiq qanunların tələbinə uyğun olaraq yol açmaq məqsədilə həmin yerə ağır texnika cəlb etmiş, orada tikili evinin bir hissəsini dağıtmış və dağıntı qalıqlarını yola yaymışdır. Hazırda da Vəlizadə ailəsi ortaq istifadələrində olan yola ağır çəkili nəqliyyat vasitələri salaraq müxtəlif tikinti materialları gətirir və tikinti işləri aparır. Odur ki, əgər onun evində hər hansı zədə varsa, həmin zədə Vəlizadə ailəsinin özünün apardığı dağıntı işləri, tikinti materiallarının daşınması zamanı yaranmış ola bilər. cavabdeh1 öz iddiasını, yəni əgər evində hər hansı zədə varsa, həmin zədənin məhz onun tikinti işləri ilə əlaqədar yarandığını əsaslı dəlillərlə sübuta yetirməli, tarixi ardıcıllıqla video və foto görüntülər təqdim etməli, öz iddia etdiyi zərər məbləğini əsaslandırmalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan e-*(***)-**/**** nömrəli mülki iş üzrə ##.##.2023 tarixli tarixli saat 10:00-a təyin edilmiş və keçirilmiş məhkəmə iclasında bəyan etdiyi kimi, ##.##.2023 tarixində səhər saat 11:18-də cavabdeh cavabdeh4 qardaşı ünvan 1i, Ş.Qurbanov küçəsində qonşuluqda yaşayan X2 ona zəng edərək onunla görüşmək və danışmaq istədiyini bildirmişdir. Elə həmin gün saat 16:26-da o Novxanı kəndinə gedərək Azər Vəlizadə ilə görüşdü. Görüş zamanı Azər Vəlizadə görüşməkdə ilk olaraq məqsədinin e2(012)-1045/2023 (e-*(***)-****/****) nömrəli mülki iş üzrə cavabdeh Vəlizadə ailəsi ilə barışıq təklif etməsi olduğunu bildirdi. O isə ona qarşı bu qədər qanunsuzluq, sataşma xarakterli hərəkətlər etdikləri üçün, ona külli miqdarda mənəvi və maddi ziyan vurduqları üçün, ona və valideynlərinə qarşı qonşuluq və ümumiyyətlə insanlıq prinsiplərinə sığmayan davranışlar sərgilədikləri üçün onlarla barışığın mümkün olmadığını bildirdi. Azər Vəlizadə isə bildirdi ki, bu halda o, arada qalır, qardaşı cavabdeh4 və onunla birgə yaşayan İradə Vəlizadə ona təzyiq edir, ondan mülki etibarnamə verməsini tələb edir və onun adından ona qarşı prinsip apararaq vaxtını almağı, şantaj etməyi, dövlət qurumlarını öz çirkin məqsədləri üçün oyuncaq etməyi, bununla məhkəmə prosesini yubatmaq üçün müəyyən vaxt əldə etməyi hədəfləyir. Azər Vəlizadə bildirdi ki, o, qardaşının və İradə Vəlizadənin əməllərindən bezib, onların haqsız tələblərinə əməl etmək istəmir, lakin cavabdeh4 və İradə Vəlizadə onun və ailəsinin dincliyini pozduğu, bezdirdiyi üçün, həmçinin qardaşı olduğu üçün ondan keçə, onu tapdaya bilmir, yaxasını qurtarmaq üçün onların diktəsi ilə hərəkət etmək məcburiyyətində qalır. Görüş zamanı Azər Vəlizadə həmçinin öz fikrini bildirdi ki, qardaşı cavabdeh4 və İradə Vəlizadə düz hərəkətlər etmir, onların davranışları haqsızdır və onların cəzası Allah tərəfindən veriləcəkdir. Azər Vəlizadə ilə olan bütün söhbətlər onun avtomobilimin videoregistratorunun qeydə aldığı video və səs qeydlərində öz əksini tapır. Həmçinin, Azər Vəlizadə bildirdi ki, İradə Vəlizadə və cavabdeh4 onun adından ərizə ilə müxtəlif dövlət qurumlarına müraciət edərək onun Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş layihə əsasında tikilən evinin sağ fasadının Azər Vəlizadənin həyətyanı sahəsi ilə ara hasardan məsafəsinin az olduğunu bəhanə edərək müxtəlif iddialar qaldırmağı hədəfləyir, iddiasının qanunsuz olduğunu bildiyi halda sırf onu narahat etmək, vaxtını almaq, onunlə prinsip aparmaq məqsədilə bunu etmək istəyir. O isə bildirdi ki, Azər Vəlizadə özü noyabr ayında şəxsən ərizə verərək onun evinin onun həyətyanı sahəsinə tərəf olan fasadında pəncərə qoyulmasını istəmədiyini, məsafə ilə bağlı isə heç bir iradının olmadığını ifadə etmiş, həmçinin onunlə söhbət zamanı da məsafə ilə bağlı heç bir şikayəti olmadığını etiraf etmişdir. Onun bu etirafı da onun avtomobilimin videoregistratorunun qeydə aldığı video və səs qeydlərində öz əksini tapır. Həmin vaxt mübahisənin uzanmaması məqsədilə o həmin fasadda pəncərə yerinin bağlanması ilə razılaşsa da onun bu tələbi haqsız və sırf İradə Vəlizadənin diktəsi ilə olduğu üçün onun hüquqları kobudcasına pozulmuş, evinin səlahiyyətli orqan tərəfindən təsdiq olunan layihəsinin yerində icrasında evimin görünüşünə, otaqların işıqlanması və havalanmasına ofi təsir edən hallar yaranmışdır. Bu da məhz İradə Vəlizadənin diktəsi ilə sırf paxıllıq və qərəzli münasibət nəticəsində oə vurulan maddi və mənəvi ziyanlardan biridir. Əlavə olaraq o Azər Vəlizadəyə bildirdi ki, Mülki Məcəllənin 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o şəxsən işlədiyi halda və xüsusilə də işlədiyi şirkətdə çox məsuliyyətli vəzifə tutduğu halda, cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən külli miqdarda öz iş vaxtından, şəxsi vaxtından, qazancından itirərək məhkəmə proseslərinə vaxt, əsəb, enerji, maddi vəsait sərf etmək məcburiyyətində qalmışdır. Belə ki, məhkəmə proseslərinin başladığı 2022-ci ilin noyabr ayından indiyədək məhkəmə və icra prosesləri ilə əlaqədar işdən icazə almalara görə ümumilikdə 7340.71 AZN (yeddi min üç yüz qırx manat yetmiş bir qəpik) məbləğində vəsait onun əmək haqqı, əmək haqqına əlavə və mükafat ödənişlərindən tutulmuşdur. Cavabdehlərin qanunsuz və özbaşına hərəkətləri səbəbindən o və valideynlərim ciddi şəkildə maddi və mənəvi zərərlərə məruz qalmışdır. Buna görə də itirdiyi vaxta görə, ona və valideynlərinə dəymiş maddi və mənəvi zərərə görə müvafiq məbləğ cavabdehlərdən tutularaq ona ödənilməlidir. Başqalarının əmlakına və şəxsi həyatına icazəsiz müdaxilə etməyi özləri üçün həyat tərzi seçən cavabdehlər İradə Vəlizadə və cavabdeh4 ona məxsus əmlaka müdaxilə etmişlər. Belə ki, ona məxsus torpaq sahəsinin onların həyətyanı sahəsi ilə arasında olan hasarın ən yuxarı 2 sıra daş hörgüsünü sökmüşlər. O cavabdeh4 “bu hasarın daşları hara olub, daha öncə hasar hündür idi, indi niyə aşağı oldu?” sualını verdikdə, o, hasarı onların həyətinə hava axınının qarşısını aldığı üçün sökdüyünü dedi, o isə bunun əsassız və qanunsuz olduğunu vurğuladığında, o, hasarı indi yox, daha əvvəl, o torpaq sahəsini almadan öncə sökdüyünü bildirdi. Həmçinin, cavabdehlər İradə Vəlizadə və cavabdeh4 dəfələrlə ortaq istifadədə olan yola zibil, tullantı materiallar yığaraq günlərlə yolda saxlamaqla yolda səliqəsizlik, natəmizlik yaratmışlar. ##.##.2022 tarixində o yolun səliqəsiz və natəmiz saxlanılması ilə bağlı cavabdeh cavabdeh2 zəng edərək narazılığını ifadə etdiyində o, ona yolun o cür səliqəsiz və natəmiz hala salınmasında torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Sevinc Turovskayanın təqsirkar olduğunu bildirmişdir. O isə oradakı vəziyyəti telefon vasitəsilə videoya çəkərək yoldakı səliqəsizlik və natəmizliyin Sevinc Turovskaya tərəfindən yaradılmadığına dair fikrini bildirmiş və həmin video görüntünü WhatsApp mobil tətbiqi vasitəsilə cavabdeh2 göndərmişdir. Hər dəfə yeni bəhanələrlə və əsassız iddialarla cavabdehlər İradə Vəlizadə və cavabdeh4 onun və valideynlərinin dincliyini pozmağa davam etmiş, tikinti işləri gedən ona məxsus torpaq sahəsinə yaxınlaşaraq “bax gör, 4 yanında qonşularda ikimərtəbəli ev görürsənmi, sən göydən düşmüsən ki, gəlib ikimərtəbəli ev tikirsən, sənin nəyin bizdən artıqdır?” şəklində fikirlər səsləndirərək, “o imkan verməyəcəyəm ki, sən burda ev tikəsən, görəcəksən sən” şəklində hədə-qorxu səsləndirərək getmişdir. Hər cür səylə, əsassız və qanunsuz iddialarla tikinti işlərinə mane olmağa çalışan İradə Vəlizadə Abşeron Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edərək, daha sonra isə gedərək tikinti işlərinin dayandırılması ilə bağlı tələb irəli sürmüşdür. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə nümayəndəsi və Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin əməkdaşı əraziyə gəlmiş, tikinti işlərinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş eskiz layihə əsasında aparıldığını, həmin qonşu tərəfdən evin fasad divarının tikinti norma və qaydalarına uyğun olaraq qonşu ilə ara hasardan 2.2 metr məsafədə olduğunu bildirmiş, bu halda evin həmin hissəyə düşən fasadında pəncərə və ya qapı qoyulmasının qanunauyğun olduğunu izah etmiş, əslində evin ona tərəf olan fasadında normal pəncərə əvəzinə sanitar qovşaqlar üçün nəfəsliklərin qoyulmasının onun üçün sevindirici hal olduğunu bildirmişlər. Lakin İradə Vəlizadə bununla qane olmayaraq səs-küy salmağa davam etmiş, bu dəfə onun tikintisi davam edən evinin digər qonşuya tərəf olan fasadı ilə bağlı məsafənin az olmasına qarışaraq öz tələbini qəbul etdirməyə çalışmışdır. İradə Vəlizadə digər qonşunu da şikayət etməyə təşviq etmiş, İradə Vəlizadənin qohumu (qaynı) olan digər qonşu Azər Vəlizadə isə məsafə ilə bağlı heç bir iradının olmadığını, yalnız evin ikinci mərtəbəsində ona tərəf olan fasadda pəncərə qoyulmasını istəmədiyini ifadə etmişdir. Bundan sonra ##.##.2022 tarixində o özü Novxanıya gedərək həm İradə Vəlizadə, həm də Azər Vəlizadə ilə söhbət edərkən İradə Vəlizadə onun tərəfdən məsafə normal olduğu üçün artıq razılaşdığını bildirmiş, Azər dayıya isə o onun istəyinə uyğun olaraq evin ikinci mərtəbəsində onun tərəfə düşən fasadda pəncərə qoymayacağını söz verdikdən sonra o, heç bir iradı qalmadığını bildirmişdir. Lakin daha sonra ##.##.2022 tarixində Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə nümayəndəsi Rövşən Rüstəmov əraziyə gedərkən İradə Vəlizadə bir gün öncə dediyi sözləri dəyişdirərək bu dəfə digər iddialarla (bu yol ona məxsusdur, bu yoldan onun icazəsi olmadan keçmək olmaz, buradan maşınlar keçərkən onun evi titrəyir, evinə ziyan dəyir, yol dağılır kimi əsassız iddialarla) tikintini dayandırmağını tələb etmişdir. Həmçinin, digər qonşu Azər Vəlizadəni evin birinci mərtəbəsində də pəncərə yerinin bağlanmasını tələb etməyə məcbur etmişdir. O isə Azər Vəlizadəyə bu tələbin həm haqsız, həm də Mülki Məcəllənin 172.3-cü maddəsinə zidd olduğunu bildirərək izah etmişdir ki, həm birinci mərtəbənin pəncərəsi tamamilə ara hasarın arxasında qaldığı üçün onun həyəti görünmür, həm də Mülki Məcəllənin 172.3cü maddəsinə əsasən tikinti zamanı qonşu pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirdiyi hallardan başqa, digər hallarda həmin pozuntuya dözməlidir. Belə ki, Azər Vəlizadə tikinti başlamazdan öncə də, tikinti başladıqdan sonra da hər gün onların həyətdə olmuş, bəzi hallarda işlərə yardım etmiş, işin bütün gedişatından tam məlumatlı və xəbərdar olmuşdur. Cavabdehlər İradə Vəlizadə və cavabdeh4 onun və valideynlərinin dincliyini müntəzəm olaraq pozmağa davam etmiş, işlərin gedişatına mane olmuş, ##.##.2022 tarixindən etibarən öz **-TO-***, **-BC-***, **- ZT-*** dövlət qeydiyyat nişanlı avtomobillərini növbə ilə onun əmlakına giriş olan yeganə yolda saxlayaraq yolu bağlamış, ona məxsus əmlaka nəqliyyat vasitələrinin girişini əngəlləyərək işlərin gedişatının dayanmasına səbəb olmuş, ona xeyli miqdarda maddi ziyan və hədsiz dərəcədə oəvi ziyan vurmuşdur. ##.##.2022-ci il tarixində səhər saat 09:19-dan etibarən dəfələrlə polisə müraciət etsə də, sahə rəisi əraziyə gəlmiş, tədbir görmək iqtidarında olmadığını, məsələnin mülki məsələ olduğunu, yalnız məhkəmə qaydasında həll olunmasını bildirərək getmişdir. Yaranmış vəziyyətlə bağlı o ##.##.2022ci il tarixində təxirəsalınmaz tədbir görülməsi zərurəti ilə cavabdehlər İradə Vəlizadə və cavabdeh4 və məxsus əmlaka gedən yolu bağlamalarının, onun və valideynlərinin dincliyini pozmalarının, əmlakına nəqliyyat vasitələrinin girişini əngəlləmələrinin qadağan edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. ##.##.2022-ci il tarixində Abşeron Rayon Məhkəməsinin qərardadı ilə oə məxsus torpaq sahəsinə gedən yola girişin bağlanması Vəlizadə İradə Oqtay qızına və cavabdeh4 qadağan edilmişdir. ##.##.2022-ci il tarixində İcra Şöbəsinin əməkdaşlarının iştirakı ilə icra məmuru tərəfindən məhkəmə qərarının icrası həyata keçirilmiş və qərarın icrası ilə bağlı yerində akt tərtib edilmişdir. İradə Vəlizadə və cavabdeh4 icra məmurlarını məhkəmə qərarının icrasından yayındırmağa çalışmış, manipulyasiya edərək sanki orada 2 ayrı ev varmış, hər birinin girişi ayrı imiş, biri özlərinə, digəri isə qızlarına aid imiş kimi yalan məlumatlar verməklə, qadağanın özlərinin avtomobilinə (**-TO-***), yoxsa övladları cavabdeh2 (**- ZT-***) və cavabdeh1 (**-BC-***) avtomobilinə aid olduğunu soruşmaqla icra məmurlarını çaş-baş salmaq istəmiş, məhkəmə qərarının icrasından boyun qaçırmaq üçün yollar axtarmağa cəhd etmişlər. İcra məmurları isə qadağanın avtomobilə deyil, məhz onların özlərinə, yola girişi bağlamalarına aid edildiyini izah etmişlər. Halbuki ona məxsus torpaq sahəsinə qonşuluqda olan, İradə Vəlizadə və cavabdeh4 yaşadığı həmin yerdə yalnız bir ev mövcuddur, ev və torpaq sahəsi rəsmi qaydada onların qızı cavabdeh1 tam mülkiyyətindədir. cavabdeh1 tam mülkiyyətində olan həmin evin və həyətin çıxış darvazası birbaşa Ş.Qurbanov küçəsinə açılır. Onun əmlakımın yeganə çıxış darvazası isə İradə Vəlizadə və cavabdeh4 zəbt etməyə və ələ keçirməyə çalışdığı həmin dalana açılır. İradə Vəlizadə və cavabdeh4 qızlarına məxsus həyətyanı sahədən həmin dalana qərəzli və məqsədli şəkildə ayrıca kiçik qapı açmaqla oradan istifadə ilə bağlı iddia irəli sürməyi hədəfləmişlər. Beləliklə, ##.##.2022-ci il tarixindən ##.##.2022-ci il tarixinədək olan müddətdə cavabdehlərin onun əmlakına gedən yolu bağlayaraq nəqliyyat vasitələrinin girişini əngəlləməsi səbəbindən ona məxsus torpaq sahəsində tikinti işləri 12 gün müddətində dayanmış, ondan sonra da havanın temperaturu xeyli dərəcədə aşağı düşdüyü üçün işlər dəfələrlə zəif sürətlə yenidən başlamış, işlərin yubanması səbəbindən ona xeyli miqdarda maddi ziyan və hədsiz dərəcədə oəvi ziyan vurulmuş, 4 dəfə onun əmlakına material daşınmasını həyata keçirməyə çalışan nəqliyyat vasitələrinin oraya gələrək material boşaltmadan geri qayıtmağa məcbur olması səbəbindən ona 240 AZN məbləğində maddi ziyan dəymiş, həmçinin 2 dəfə onun əmlakına material gətirən nəqliyyat vasitəsi materialı yol kənarına boşaltdığından və materialın əllə daşınmasını təşkil etmək məcburiyyətində qaldığından o əlavə olaraq 120 manat məbləğində işçilik xərcinə məruz qalmışdır. Məhkəməin nəzərinə onu da çatdırmaq istəyir ki, mübahisə predmeti olan yolun ölçülərini və rəsmi qaydada kimə məxsus olmasını dəqiqləşdirmək üçün o ##.##.2022 tarixində xxxx Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək məlumat təqdim edilməsini xahiş etmişdir. Müraciəti ilə əlaqədar olaraq yerində dəqiqləşmə edilməsi üçün əraziyə mühəndis göndərilmiş, həmin vaxt ona məlum olmuşdur ki, cavabdehlər İradə Vəlizadə və cavabdeh1 də həmin quruma müraciət etmişdir. Gələn mühəndis onun də iştirakı ilə yerində ölçmə etmiş, onun yanında cavabdehlər İradə Vəlizadə və cavabdeh4 bildirmişdir ki, onların faktiki həyətyanı sahəsi 407 kvadrat metr təşkil edir, mülkiyyəti təsdiq edən sənəddə isə onlara məxsus torpaq sahəsi 360 kvadrat metr olmalıdır, bu isə onların əlavə 47 kvadrat metr sahəni zəbt etdiklərini göstərir. Həmçinin, cavabdehlər İradə Vəlizadə və cavabdeh4 izah olunmuşdur ki, qanunvericiliyin tələbinə uyğun olaraq hər hansı torpaq sahəsinin bölgü əsasında alqısatqısı zamanı bölünən torpaq sahəsinə minimum 3 metr enində yol təmin olunmadığı halda həmin torpaq sahəsinin alqı-satqısı həyata keçirilmir və müvafiq qaydada mülkiyyəti təsdiq edən sənəd (çıxarış) verilmir. Bu izahla razılaşmaq istəməyən cavabdehlər İradə Vəlizadə və cavabdeh4 bölgü sənədində yolun 40 kvadrat metr qeyd olduğunu əsas gətirərək faktiki yolun daha çox olduğunu və qalan yolun onlara məxsus olduğunu iddia etmişdir. xxxx Xidmətinin əməkdaşı isə qalan yolun da əslində onların mülkiyyətində olmadığını, daha öncə onlar tərəfindən zəbt olunaraq istifadə edildiyini, lakin 4 il öncə torpaq sahəsi bölgü sazişi və eskizi əsasında notarial qaydada satılarkən onların daha öncə zəbt etdiyi torpaq sahəsinin ümumi istifadədə olan yola qaytarıldığını ifadə etmişdir. Həmin vaxtdan bəri isə qeyd olunan yolun “ümumi istifadədə olan yol” statusu daşıdığını bildirmişdir. Bu izahdan hiddətlənən İradə Vəlizadə və cavabdeh4 xxxx Xidmətinin əməkdaşına müxtəlif ittihamlarla təzyiq etməyə başlamış, onların başına oyun açacağını deyərək hədə-qorxu gəlmişdir. Onların təzyiqlərinin və hədə-qorxu ifadə edən sözlərinin qarşısında xxxx Xidmətinin əməkdaşı təmkinli davranmış, o, bütün məlumatları idarəyə ötürəcəyini, idarədə araşdırılaraq onların və onun müraciətinə yazılı cavab veriləcəyinə bildirməklə ərazidən getmişdir. Beləliklə, ona bəlli olmuşdur ki, mübahisə predmeti olan yol həqiqətən də ümumi istifadədə olan yoldur, cavabdehlərin mülkiyyətində deyil, onlar sadəcə zəbt yolu ilə həmin yolu ələ keçirməyə, paxıllıq və həsəd hissi ilə onun ev tikintisi işlərinə mane olmağa, hər cür yolla qanunsuz və haqsız fayda əldə etməyə çalışırlar. Belə ki, torpaq sahəsinin bölgü əsasında İradə Vəlizadə tərəfindən X6 notarial qaydada satıldığı 2018ci ildən bəri mübahisə predmeti olan yol faktiki olaraq ümumi istifadədə olan yol olaraq istifadə edilmiş, cavabdehlər tərəfindən həmin yola mülkiyyət, sahiblik hüququnun tanınması ilə bağlı qanunamüvafiq qaydada heç bir hüquqi addım atılmamış, o torpaq sahəsinə baxış keçirərkən də həmin yol (dalan) ona ümumi istifadədə olan yol olaraq təqdim edilmiş, o da təqdim edilən torpaq sahəsini və onun ətraf şəraitini qənaətbəxş hesab edərək həmin torpaq sahəsini notarial qaydada alqı-satqı əsasında almağa razı olmuşdur. Həmçinin, ##.##.2022-ci il tarixində onun tərəfindən Abşeron Rayon Məhkəməsində Vəlizadə ailəsinin üzvlərinə qarşı iddia qaldırılaraq onlar tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinin onlardan alınaraq ona qaytarılması, Vəlizadə ailəsinin üzvləri cavabdeh1, Vəlizadə İradə Oqtay qızı, cavabdeh4 və cavabdeh2 ona və yaşlı valideynlərinə qarşı nümayiş etdirdikləri özbaşınalıqlar, qərəzli hərəkətlərə son qoyulması, onlar tərəfindən yaradılmış onun və valideynlərinin öz mülkiyyətlərindən sərbəst istifadəni məhdudlaşdırmağa yönəldilmiş maneələrin aradan qaldırılması, onların qanunsuz əməlləri və qərəzli hərəkətləri səbəbindən ona dəymiş maddi və mənəvi zərərin Vəlizadələr tərəfindən ödənilməsinin təmin olunması xahiş edilmişdir. Bundan sonra Vəlizadələr məhkəmə prosesini yubatmaq və zəbt etdikləri torpaq sahəsini qaytarmaqdan yayınmaq üçün ##.##.2023 tarixində əsassız iddia ilə Sumqayıt İnzibati Məhkəməsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsinə qarşı tələb irəli sürmüşlər. Keçən müddət ərzində Vəlizadə ailəsinin üzvləri müntəzəm olaraq dincliyi və asayişi pozmuş, müxtəlif qanunsuz və qərəzli hərəkətlər nümayiş etdirmiş, onlar öz çirkin əməllərini ən yüksək həddə çatdıraraq şər-böhtan, təhqir, fiziki hücum etmə, anasının üzərinə qaynar su atmaqla yanıq xəsarəti yetirməkdən çəkinməmişlər. Onlara qarşı qoyulmuş məhkəmə qadağalarına da məhəl qoymayan Vəlizadələr onlara sataşmaq üçün 2023-cü ilin iyun ayında maşınlarını yenidən ona məxsus evin yeganə giriş-çıxış yolu dalanda saxlayaraq onun və valideynlərimin öz mülkiyyətlərindən sərbəst istifadə hüquqlarını kobud şəkildə pozmuş, anasıın üzərinə qaynar su ataraq yanıq xəsarəti törətmiş, qabaqdangəlmişlik edərək ona şər-böhtan atmaqla onun tərəfindən döyüldüklərini iddia etmiş, iddialarını sübuta yetirə bilməyincə rüşvət və tapşırıq yolu ilə onun xəbəri olmadan öz şikayətlərini geri götürmüş, güya ki, onun onlardan üzr istədiyini, onlara hansısa ödəniş etdiyini qeyd edərək şikayətlərinə xitam verilməsini təşkil etmişlər. O bu barədə məhz cari ayda, yəni 2024-cü ilin iyun ayında Sumqayıt İnzibati Məhkəməsi tərəfindən elektron məhkəmə sisteminə yüklənmiş sənədlərlə tanış olarkan xəbər tutmuş və dərhal Baş Prokurorluğa müraciət edərək işin yenidən açılmasını, əgər onun tərəfindən törədilmiş əməl varsa, sübuta yetirilməsini, əks halda onun təqdim etdiyim dəlillər əsasında Vəlizadə ailəsinin şər-böhtan, xuliqanlıq ehtiva edən əməllərinə görə məsuliyyətə cəlb edilməsini, anasına yetirdikləri yanıq xəsarətinə görə cavabdeh1 barəsində cinayət işi açılaraq barəsində qanunamüvafiq tədbir görülməsini, həmçinin, saxtakarlığa yol verərək onun iştirakı və xəbəri olmadan onun adından həqiqətə uyğun olmayan məlumatlarla, heç bir dəlilə əsaslanmayan qərar verdiyi üçün korrupsiyaya yol vermiş müstəntiq barəsində ciddi tədbir görülməklə xidmətdən uzaqlaşdırılmasını tələb etmişdir. Abşeron Rayon Məhkəməsində Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ekspert rəyi ilə onun bütün iddiaları öz təsdiqini tapdığı üçün, Vəlizadələrin bütün iddalarının isə əsassız olduğu ortaya çıxdığı üçün yekun məhkəmə qərarının təxirə salınmasına nail olmaq üçün Abşeron Rayon Məhkəməsinə vəsatət verərək Sumqayıt İnzibati Məhkəməsində icraatda olan iş üzrə yekun məhkəmə aktı çıxanadək işin dayandırılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin ##.##.2024 tarixli e*(***)-**/**** nömrəli qərardadı ilə iş üzrə icraat Sumqayıt İnzibati Məhkəməsindəki iş üzrə üzrə yekun məhkəmə aktı çıxanadək dayandırılmışdır. Məhkəmə proseslərinin, mübahisənin həlli müddətinin uzanması səbəbindən ona dəymiş maddi və mənəvi zərər həddindən artıq artmış, ədalətin bu qədər gecikməsi Vəlizadələrin özbaşınalıqlarını davam etdirməsinə rəvac vermişdir. Vəlizadə ailəsinin üzvləri tərəfindən onun və yaşlı valideynlərinin hüquqları müntəzəm olaraq kobudcasına pozulmuş, paxıllıq və xain niyyətlərlə onun evinin tikinti işlərinə ardıcıl olaraq maneələr törətmiş, tikinti və təmir işlərinin gecikməsi səbəbindən valideynləri kirayə evdə daha uzun müddət yaşamaq məcburiyyətində qalmaqla Vəlizadə ailəsi tərəfindən ona və valideynlərinə həm maddi, həm mənəvi ziyan vurulmuşdur. Valideynləri planlaşdırılandan 2 (iki) ay daha uzun müddət kirayə evdə qaldıqları üçün 400 (dörd yüz) manatdan çox əlavə xərcə düşmüşdürlər. Həmçinin, evinin tikintisi 2023-cü ilin may ayında bitməsinə baxmayaraq ona məxsus torpaq sahəsinin Vəlizadə ailəsi tərəfindən zəbt olunması səbəbindən xxxx Xidməti tərəfindən bugünədək evinin çıxarış sənədi ona təqdim edilməmiş, yalnız Vəlizadə ailəsi tərəfindən ona məxsus torpaq sahəsinin qaytarılaraq məhkəmə prosesinin yekunlaşmasından sonra çıxarış sənədinin ona təqdim edilməsinin mümkünlüyü bildirilmişdir. Evinin çıxarış sənədini almaq mümkün olmadığından evini icbari və könüllü sığorta etdirə bilməmiş, bu da öz növbəsində onun əmlakı üçün ciddi risk faktoru yaratmaqla cavabdeh Vəlizadə ailəsi tərəfindən bu risklə bağlı və təzminat ödənilməsini labüd edir. Əlavə olaraq, evinin çıxarış sənədini alaraq evinin girov qoyulması qarşılığında əldə etməli olduğu 120000 AZN (bir yüz iyirmi min manat) məbləğində vəsait əsasında 2023-cü ilin iyul ayında Fond Birjasının satışa çıxardığı 18 (on səkkiz) aylıq tədavül müddətli, illik 13% (on üç faiz) gəlirli istiqrazların alınması ilə bağlı biznes planının baş tutmamasına görə məruz qaldığı 23400 AZN (iyirmi üç min dörd yüz manat) məbləğində zərər (əldən çıxmış fayda) üzrə 23400 AZN (iyirmi üç min dörd yüz manat) məbləğində vəsaitin onlardan alınaraq ona təhvil verilməsi təmin edilməlidir. Vəlizadə ailəsi ona və yaşlı valideynlərinə qarşı törətdiyi vicdansızca, paxıl və xain niyyətli hərəkətlərə görə tam məsuliyyətə cəlb edilməli, onların bir daha bu cür əməllər törətməsinin qarşısını almaq üçün onların ona məxsus torpaq sahəsini zəbt edərək oradan onun üçün ayrılmış yola sataşmaq məqsədilə açdığı əlavə qapı onların öz maddi vəsaitləri hesabına tamamilə ləğv edilməli, onun üçün ayrılmış yola onların açıq eyvanından açılmış, sadəcə oə və valideynlərimə sataşmaq üçün istifadə etdikləri pəncərə bağlanmalı, oə narahatçılıq törətmək üçün dar yolda əkdikləri kol və ağaclar oradan çıxarılaraq yol abadlaşdırılmalı, onun yolumun abadlaşdırılması (asfaltlanması) üçün yaratdıqları bütün maneələr ortadan qaldırılaraq onlara bir daha onun üçün ayrılmış yoldan istifadə etmələri qadağan olunmalı, Vəlizadə ailəsinin bütün üzvlərinin və onların evinə gəlmiş istənilən şəxsin onun evinin yeganə çıxışı olan yolda avtomobil saxlayaraq, yola çirkab suları axıdaraq, yolda ağac və kollar əkərək, yola şəxsi əşyalar və zibil yığaraq, digər müxtəlif yollarla və qərəzli hərəkətlərlə sərbəst giriş-çıxışa maneələr törətməsi həmişəlik qadağan edilməlidir. Vəlizadə ailəsinin üzvlərinin hüquqdan süi-istifadə etməsinin qarşısının alınmaması, səlahiyyətli və məsul orqan və qurumların onlar barəsində qətiyyətli tədbir görməməsi səbəbilə onun və yaşlı valideynlərinin hüquqları ciddi şəkildə pozulmuş, Vəlizadə ailəsinin özbaşınalıqları, cinayət tərkibli əməlləri səbəbindən onun və valideynlərinin həyat şəraiti çətinləşmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin Sumqayıt İnzibati Məhkəməsinə təqdim etdiyi ekspert rəyindən də göründüyü kimi, Vəlizadələrin iddialarının əksinə onların faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsi onun sənəd üzrə mülkiyyətindədir, həmçinin mövcud yolun bir hissəsi onun sənəd üzrə mülkiyyətindədir, qalan hissəsi isə heç bir vətəndaşın mülkiyyətində deyil. Bundan başqa, onun faktiki sahibliyində və istifadəsində olan əlavə torpaq sahəsinin də onlara heç bir aidiyyatı olmadığını onlar özləri Abşeron Rayon Məhkəməsinə təqdim etdikləri etiraz ərizələrində açıq şəkildə bəyan etmişlər. Beləliklə, öncə onun valideynlərini, sonra isə onu notariusda əvvəlki evin satışını həyata keçirərkən tanıyan, öz iş şəraitindən makler fəaliyyəti üçün istifadə edən cavabdeh2 2022-ci ilin sentyabr ayında yaşlı valideynlərinin və onun etibarından sui istifadə etmə və aldatma yolu ilə öncədən planlanmış və məqsədli şəkildə bu torpaq sahəsinin faktiki 5 sot olduğunu deyərək, sənəddə 4 sot olmasına baxmayaraq qalan 1 sotun çox asan şəkildə sənədləşdiriləcəyini bildirərək əsl dəyəri 20 min manat olan torpaq sahəsinin ona dəyərindən xeyli baha, yəni 33 min manata satışını təşkil etmişdir. Bundan sonra isə xain niyyətlərinə uyğun olaraq hər cür qanunsuz yolla, hüquqdan süni istifadə edərək, əsassız iddialarla onların evinin tikintisinə mane olmağa çalışmışlar. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, ilkin iddia ərizəni “Elektron məhkəmə sistemi” vasitəsilə təqdim edərkən digər cavabdehlər cavabdeh1 və cavabdeh2 şəxsiyyət vəsiqəsi məlumatları onda mövcud olmadığı üçün sistemdə onları cavabdeh qismində seçə bilməmişdi. Daha sonra cavabdeh cavabdeh1 təqdim etdiyi qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş qoşma sənədlərdən cavabdeh1 və cavabdeh2 şəxsiyyət vəsiqəsi məlumatları oə məlum olmuşdur. “Elektron məhkəmə sistemi” vasitəsilə vətəndaş (iddiaçı) tərəfindən sonradan digər cavabdehlər barədə məlumatların sistemə əlavə edilməsi texniki baxımdan mümkün olmadığından məhkəmədən xahiş edir ki, digər cavabdehlər cavabdeh1 və cavabdeh2 e-*(***)-****/**** nömrəli mülki iş üzrə cavabdeh qismində sistemdə qeydə alınmasını, ilkin iddiasının mətninin hazırkı ərizəmin (vəsatətimin) mətni ilə birləşdirilərək yekun tam iddia mətni şəklində mülki işə baxılması təmin edilsin. Həmçinin, diqqətə çatdırmaq istəyir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025 tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı cavabdeh1 apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar ##.##.2025-ci il tarixində elektron kabinetə yerləşdirilmiş, ##.##.2025-ci il tarixində iş üzrə tərəfin nümayəndəsi İradə Vəlizadə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında “Dəftərxana” bölməsində qərarın kağız daşıyıcıda surətini şəxsən əldə etmiş, qərardan kassasiya şikayəti verilməsi üçün təyin olunmuş 1 (bir) ay müddət keçmiş, qərardan kassasiya şikayəti verilməmiş, beləliklə, ##.##.2025 tarixində qərar qanuni qüvvəsini almış, Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025 tarixli məktubu ilə iş baxıldıqdan sonra birinci instansiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə proseslərinin, mübahisənin həlli müddətinin uzanması səbəbindən ona dəymiş maddi və mənəvi zərər həddindən artıq artmış, ədalətin bu qədər gecikməsi Vəlizadələrin özbaşınalıqlarını bugünədək davam etdirməsinə rəvac vermişdir. Vəlizadə ailəsinin üzvlərinin hüquqdan süi-istifadə etməsinin qarşısının alınmaması, səlahiyyətli və məsul orqan və qurumların onlar barəsində qətiyyətli tədbir görməməsi səbəbilə onun və yaşlı valideynlərinin hüquqları ciddi şəkildə pozulmuş, Vəlizadə ailəsinin özbaşınalıqları, cinayət tərkibli əməlləri səbəbindən onun və valideynlərinin həyat şəraiti çətinləşmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində ünvan 1ində yerləşən 0,036 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi anası Vəlizadə İradə Oktay qızının adına olmuşdur. Anasının adına ümumilikdə 0,08 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 0,04 ha hissəsini X6 adlı şəxsə satmışdır, yerdə qalan hissəsi olan 0,036 ha hissəsini ona bağışlamış, 0,004 ha hissəsini isə ümumi yola vermişdir. X6 torpaq sahəsi isə sonradan İsmayılova Nurlana Fərzullah qızına satılmışdır. İsmayılova Nurlana Fərzulla qızı ümumi yol vasitəsilə onun torpaq sahəsinə, torpaq sahəsində tikdiyi evə girişini məhdudlaşdırır. Həmin yola turbalar yığır, yola ağır maşınlar gətirərək yararsız hala gətirir. Həmin yola qapı qoyaraq istədiyi vaxt həmin qapını açıb bağlayır. Bu hərəkətlərlə onun ümumi yoldan istifadəsini məhdudlaşdırır və mülkiyyətindən sərbəst istifadə etməyinə maneələr yaradır. Nurlana İsmayılova onun valideynlərini şərləyərək şərəf ləyaqətinə toxunur. Onun anası ürək xəstəsidir. Anası anası ilə birlikdə dəfələrlə əsəbiləşdiriblər. Bununla bağlı dəfələrlə polisə müraciət etmişlər. Bildirir ki, onların hərəkəti nəticəsində ona maddi ziyan dəymiş, bundan başqa isə onun torpaq sahəsinin bir hissəsi isə ümumi yol kimi onun tərəfindən istifadə olunur. Bundan başqa İsmayılova Nurlana Fərzullah qızı ümumi istifadədə olan yola ağır texnika salaraq yolu yararsız hala salmış, özünü torpaq sahəsinin darvazası olduğu halda ümumi yola darvaza qoyaraq həmin yolu bağlamış və ona məxsus olan evin divarını zədələmişdir.İlkin iddiaçı İsmayılova Nurlana Fərzullah qızı ona və anasına qarşı iddia qaldıraraq ona vurulmuş maddi ziyanın ödənilməsini və ona olan maneəçiliklərin ona qadağan eilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, İsmayılova Nurlana Fərzullah qızının iddiasını qəbul etmir. Dedikləri həqiqəti əks etdirmir. Tələbin dəqiqləşdirilməsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiası üzrə cavabdeh onu və digər ailə üzvlərini təhqir edir, qonşuların adı ilə onlara nalayiq ifadələr işlədir (bildirir ki, qonşular deyir ki, biz guya problemli insanlarıq, hər kəsə əsassız olaraq iddialar edirik). Lakin həmin qonşuların kim olduğunu ona bildirmir ki, o onlara qarşı qanunla tədbirlər görsün. Valideynləri yaşlı olduğu hala onların əsəblərini korlamışdır. Hər gün müxtəlif söz-söhbətlər salır. Anası İradə Vəlizadəyə zəng etmiş, cürbəcür ifadələrlə təhqir və şərləyir. Bundan başqa o, onların həyətini göstərən hissədə kameralar yerləşdirərək qonşuluq qaydalarını pozur, mülkiyyətindən rahat istifadə etməyinə maneəçiliklər yaradır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İsmayılova Nurlana uydurma yalanları ilə ona və ailəsinə qarşı vəsatətlər verərək tələblər irəli sürür. O, onların xəbəri olmadan ailə üzvlərinin videolarını çəkir, montaj edir. Nurlana bununla qane olmayıb, küçəyə, onun evinin gediş-gəliş yoluna, həyətinə və evinə istiqamətlənmiş kameralar quraşdırıb ailəsini qanunsuz olaraq kamera nəzarətinə götürmüşdür. İsmayılova Nurlana dəfələrlə onun və ailəsinin şərəf və ləyaqətini alçaldan ifadələrlə qonşularla danışır. Şikayətlərə əsasən mübahisəli yerə baxış keçirmək üçün gələn icra məmurları qarşısında danışaraq onları ictimaiyyət arasında təhqir edir. Bununla bağlı cavabdeh1 etiraz və vəsatətlərlə müraciət etmişdir. Buna baxmayaraq ## ###### 2023cü ilə İsmayılova Nurlana məhkəməyə təqdim etdiyi vəsatətdə faktiki sənədlə onu və ailəsini vicdansızlar yazaraq təhqir etmişdir. 2 həftə öncə o məsələ ilə əlaqədar olaraq Abşeron RİH-nə getmişdi. İlkin müəllimin qəbulunda oldu. İlkin müəllim onun şikayətinə əsasən Nurlanaya telefon etdi. Ondan şikayət olduğunu bildirdi. Nurlana qonşuların adından ifadələr işlədərək onu və ailəsini ağır ifadələrlə təhqir etdi. Belə ki, guya onlar haqqında onun işlətdiyi ifadələri qonşular işlədib. O həddə çatdırdı ki, İlkin müəllim eşitdiyinə görə utandığından telefonu söndürdü. O 2 ildən artıqdır ürək çatışmazlığından əziyyət çəkir. Həkimin kəskin tövsiyyəsi o idi ki, əsəb, gərginlikdən qəti şəkildə uzaq olsun. Nurlananın yaratdığı vəziyyət onun səhhətinə ciddi mənfi təsir göstərirdi. ##.##.2023-cü ilə təyin olunmuş məhkəmə iclasından sonra ağır sarsıntı və iztirab keçirtdi. Vəziyyəti ağırlaşdı. Həkimi evdə baxış keçirtdikdən sonra bildirdi ki, anju olmalıdır və ürəyə stend qoyulmalıdır. Hesab edir ki, İsmayılova Nurlananın ona vurduğu maddi və mənəvi ziyan göz qabağındadır.

6. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Habil Əhmədov) ilk iddia qismən təmin edilmiş, cavabdeh1 tərəfindən İsmayılova Nurlana Fərzullah qızının mülkiyyətində olan zəbt olunmuş 0,0037 ha torpaq sahəsinin alınaraq ilkin iddia üzrə iddiaçı İsmayılova Nurlana Fərzullah qızına qaytarılması, 0,0037 ha torpaq sahəsi daxilində olan tikililərin ilk iddia üzrə cavabdehlərin hesabına sökülərək, torpaq sahəsindən çıxarılması, sərhəd üzrə hasar tikilinin ilk iddia üzrə cavabdehlər tərəfindən bərpa edilməsi, ik iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaitinin cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE00000000000002088501) ödənilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, ünvan 1i ərazisində yeləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Vəlizadə İradə Oqtay qızının və cavabdeh2 payı müəyyən edilməklə adlarına ##.##.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi, ************ reyestr nömrəsi ilə qeydiyyata alınmış, ##.##.2019-cu il tarixli *Ə-*** nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Vəlizadə İradə Oqtay qızı ünvan 1i ərazisində yerləşən 0,036 ha torpaq sahəsini hədiyyə alan cavabdeh1 mülkiyyətinə vermiş, ##.##.2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişə əsasən ünvan 1i ərazisində yerləşən torpaq sahəsinin bölgü eskizində göstərilən qaydada, yerdə qalan hissəsinin birinci tərəflər Vəlizadə İradə Oqtay qızı və cavabdeh2, 0,04 ha hissəsinin isə ikinci tərəf X6 verilməsinə dair razılığa gəlinmiş, ##.##.2018-ci il tarixli beh müqaviləsinə görə X6 rayonu, Novxanı kəndi ərazisində yerləşən torpaq sahəsinin 0,04 hissəsinə görə ödəməli olduğu 22000 manat pul məbləğinin 2000 manat hissəsini beh olaraq Vəlizadə İradə Oqtay qızına verməyi, qalan məbləği isə ##.##.2018-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüş, ##.##.2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişinə əsasən ünvan 1i ərazisində yerləşən torpaq sahəsinin bölgü eskizində göstərilən qaydada, yerdə qalan hissəsinin birinci tərəflər Vəlizadə İradə Oqtay qızı və cavabdeh2, 0,04 ha hissəsinin isə ikinci tərəf X6 verilməsinə dair razılığa gəlinmişdir. Yəni, ünvan 1i ərazisində yeləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İsmayılova Nurlana Fərzullah qızının adına ##.##.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi, ************ reyestr nömrəsi ilə qeydiyyata alınmamışdan əvvəl, X6 mülkiyyətində olmuşdur. Sonuncu isə həmin torpaq sahəsini Vəlizadə İradə Oqtay qızınan 2018-ci ildə əldə etmiş və sonradan 2022-ci ildə ilk iddiaçıya satmışdır. İlk iddiaçı ilə cavabdehlər arasında mübahisə ilk iddiaçının dəlillərinə əsasən cavabdeh2 2022-ci ilin sentyabr ayında yaşlı valideynlərinin və onun etibarından sui istifadə etmə və aldatma yolu ilə öncədən planlanmış və məqsədli şəkildə bu torpaq sahəsinin faktiki 5 sot olduğunu deyərək, sənəddə 4 sot olmasına baxmayaraq qalan 1 sotun çox asan şəkildə sənədləşdiriləcəyini bildirərək əsl dəyəri 20000 manat olan torpaq sahəsinin ona dəyərindən xeyli baha, yəni 33000 manata satışını təşkil etməsi, bundan sonra isə əsassız iddialarla onların evinin tikintisinə mane olmağa çalışmaları əsasında başlamışdır. Beləliklə də müəyyən edilmişdir ki, ilk iddiaçı hazırda yaşadığı torpaq sahəsini 2022-ci ildə əldə edərkən sənədlə 0.04 ha olsa da faktiki 0.05 ha olduğu barədə məlumatlı olmuş, başqa sözlə torpaq sahəsini bu vəziyyətdə almaqla razılaşmışdır. Tərəflər arasında ilk mübahisəli vəziyyət ilk iddiaçının əldə etdiyi torpaq sahəsinin 20000 manata satıldığı halda torpaq sahəsinin ona dəyərindən xeyli baha, yəni 33000 manata satışını təşkil etməsi ilə bağlı olsa da, bu hal üzrə hər hansı iddia qaldırılmamış və bu faktın mövcud olub-olmamasına hüquqi qiymət verilməmişdir. Daha sonra tərəflər arasında mübahisə ilk iddiaçının ona məxsus olan torpaq sahəsində ##.##.2022 tarixindən etibarən aidiyyatı qurumların razılığı əsasında işlər aparılması zamanı baş vermiş və 2022-ci ilin noyabr ayında onun evinin yeganə giriş-çıxış yeri olan yolun cavabdehlər tərəfindən bağlanması, ona qarşı qərəzli hərəkətlər sərgiləməsi ilə bağlı yaranmış və davam edən mübahisələrin həllinə istiqamətlənmiş proseslər zamanı əraziyə dəvət olunmuş xxxx Xidmətinin əməkdaşının yerində ölçmə etməsindən və cavabdeh tərəfindən onun evinin yeganə girişçıxış yeri olan yola dair bölgü sazişi təqdim edildikdən sonra ilk iddiaçıya məlum olmuşdur ki, hazırda ona məxsus torpaq sahəsinin 11.2 metr * 4.4 metr = 49.28 kvadrat metr hissəsi Vəlizadə ailəsi tərəfindən zəbt edilmiş, cavabdeh1 ilə onun torpaq sahələrinin qanuni koordinatlar üzrə ayrılma sərhəddi, yəni onun mülkiyyət hüquqları Vəlizadə ailəsinin üzvləri tərəfindən kobud şəkildə pozulmuşdur. Mütəxəssis rəyinə cavabdeh1 adına mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.036 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə cavabdeh cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərqin 0.0052 ha (52 kv.metr) təşkil etmiş, İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsinə 0,0435 ha, Vəlizadə İradə Oqtay qızının faktiki istifadəsində isə 0,0412 ha torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. İsmayılova Nurlana Fərzullah qızından öncə onun torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olan S.M.Turovskayanın torpaq sahəsinin konfiqurasiyası ##.##.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə əsasən tərtib edilmişdir. Bu sənəd, habelə torpaq sahəsinin plan və ölçüsü məhkəmə qaydasında mübahisəlndirilmişdir. Belə ki, işdən görünür ki, iddiaçı cavabdeh1 DƏDKR PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsinə qarşı ##.##.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və ya onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlər etmək öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə isə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı cavabdeh1 DƏDKR PHŞnin * saylı Abşeron Ərazi İdarəsinə qarşı ##.##.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və ya onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlər etmək öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəylərindən aydın olur ki, İsmayılova Nurlana Fərzullah qızının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış ünvan 1ində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə cavabdeh cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0037 ha (37kv.metr) təşkil edir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabeh tərəfindən cavabdeh1 tərəfindən İsmayılova Nurlana Fərzullah qızının mülkiyyətində olan torpaq sahəsində 0,0037 ha torpaq sahəsi zəbt edilmiş və buna görə məhkəmə ilk iddianı qeyd edilən hissədə əsaslı sayır və hesab edir ki, ilk iddia üzrə cavabdehlər 0,0037 ha torpaq sahəsi daxilində olan tikililər ilkin iddia üzrə cavabdehlərin hesabına sökülərək, torpaq sahəsindən çıxarılmalı və sərhəd üzrə hasar tikili ilkin iddia üzrə cavabdehlər tərəfindən bərpa edilməlidir. Mübahisəli fərdi yaşayış evi çıxarışa əsasən ilk iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış və bununla da iddiaçının həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək onun barəsində sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İlk iddiaçı cavabdeh1 torpaq sahəsinin və özünün torpaq sahəsinin ayrılma sərhədlərinin qanuni koordinatlar üzrə dəqiqləşdirilməsi tələbi ilə müraciət etməkdə haqlı olsa da, bununla bağlı digər tələbləri olan ona məxsus onlar tərəfindən zəbt edilmiş torpaq sahəsinin bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona təhvil verilməsi iddiası ona görə əsaslı sayıla bilməz ki, qeyd edilən halların həqiqətən mövcud olmasına dair sübutlar təqdim edilməmişdir. Məhkəmə bu qənaətə gələrkən 0,0037 ha torpaq sahəsi daxilində olan tikililər ilkin iddia üzrə cavabdehlərin hesabına sökülərək, torpaq sahəsindən çıxarılarkən özlərinə məxsus əşya və əmlaklarını çox güman ki, götürəcəklərini də nəzərə alır. Tələbin digər hissələri olan ona məxsus torpaq sahəsinin zəbt edilərək ilk iddiaçı üçün ayrılmış yola (dalana) sonradan açdıqları kiçik yardımçı qapının cavabdeh cavabdeh1 maddi vəsaiti hesabına sökülməsi, yerinin hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması, yenidən əlavə qapı açılmasının həmişəlik qadağan edilməsi hissəsi üzrə qeyd edir ki, 0,0037 ha torpaq sahəsi daxilində olan tikililər ilkin iddia üzrə cavabdehlərin hesabına sökülərək, torpaq sahəsindən çıxarılmaları, sərhəd üzrə hasar tikili ilkin iddia üzrə cavabdehlər tərəfindən bərpa edilməsi (hörülməsi,) icra edildikdən sonra həmin yerin suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması tələbi əsaslı sayıla bilməz. Belə ki, qətnamə göstərilən qaydada icra edildikdən sonra hörülmüş yerin suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması zövq işi olmaqla bunu ilk iddia üzrə cavabdehlərin üzərinə qoymaq olmaz. Bu iş sonradan ilk iddiaçı tərəfindən öz mülahizəsinə əsasən həyata keçirilə bilər. Cavabdeh Vəlizadə ailəsi tərəfindən onların açıq eyvanından ilk iddiaçı üçün ayrılmış yola (dalana) açılmış pəncərənin cavabdeh cavabdeh1 maddi vəsaiti hesabına sökülməsi, hörülməsi, suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması tələbini də əsaslı saymır. Belə ki, bu pəncərə onun mülkiyyətinə aid olmaqla onun yola (dalana) baxması ilə ilk iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edilmir. Tələbin ilk iddiaçının evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) Vəlizadələr tərəfindən əkilmiş ağacların və kolların cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 maddi vəsaiti hesabına çıxarılaraq onların öz həyətyanı torpaq sahəsinə və ya başqa yerə köçürülməsi, həmin yolda (dalanda) istənilən əkmə, becərmə, bitkilərə qulluq işlərinin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi hissəsinin əsassız olması qənaətinə gəlir və qeyd edir ki, yol ümumi istifadədə olan sahə olmaqla mülkiyyətə daxil olmadığı üçün həmin sahədən istifadə edən şəxsi istəyinə görə yaşıllıqların çıxarılması və məhv edilməsi yol verilməzdir. Lakin məhkəmə həmçinin nəzərə alır ki, əgər yoldan yalnız bir şəxs giriş–çıxış üçün istifadə edərsə digər şəxslər həmin yoldan daima istifadə edən şəxs kimi oranı yaşıllıqlarla abadlaşdırmasında maraqlı olmazlar. Həmçinin tələbin ilk iddiaçının evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) və yolun giriş hissəsinin önündə avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın dayanması və saxlanılmasının Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan edilməsi hissəsinin də təmin edilməsini mümkün saymır. Belə ki, qeyd edildiyi kimi yol heç kimin mülkiyyəti olmamaqla ümumi istifadədir və əgər yoldan yalnız bir şəxs giriş–çıxış üçün istifadə edilirsə digər şəxslər həmin yoldan istifadəyə maraqlı olmazlar və tələb edilən qadağaların qoyulması üçün yolun giriş hissəsinin önündə avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın dayanması və saxlanılmasının mütamadiliyi və bununla həmin yegənə yoldan istifadə edən şəxsin hüqularının pozulmasına dair sübutlar təqdim edilməlidir ki, bu sübutlar da təqdim edilməmişdir. İlk iddiaçının yalnız mülahizələrinə və şəxsi istəklərinə görə cavabdehlərə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə nələrinsə həmişəlik qadağan edilməsi yol verilməzdir. Tələbin maddi və mənəvi zərərə aid hissələrdə sübut təqdim edilməmişdir. İddia tələbinin iddiaçıya və onun yaşlı valideynlərinə qarşı nümayiş etdirdikləri bütün vicdansız davranışlara, dincliklərini pozduqlarına, dəfələrlə şər ataraq vaxtlarını aldıqlarına, yaşlı valideynlərinə yaşatdıqları streslərə, əsassız iddialarla onun evinin tikintisinə, torpağının qaytarılmasına, evimin çıxarışının alınmasına maneəçilik törətdiklərinə, anasına qarşı sərgilədikləri qeyri-insani hərəkətlərə görə onlara vurduqları mənəvi zərər üzrə 20000 AZN (iyirmi min manat) məbləğində vəsaitin cavabdehlər cavabdeh1, cavabdeh2, İradə Vəlizadə və cavabdeh4 alınaraq ilk iddiaçıya ödənilməsi hissələrinə ümumilikdə qiymət verərək əvvəla onu qeyd etməyi zəruri sayır ki, ilk iddia üzrə iddiaçının valideynləri iddia qaldırmamışlar. Həmçinin ilk iddiaçının valideynəri ona onların adından çıxış edərək cavabdehlərə qarşı hər hansı iddia qaldırmaq səlahiyyətini verməmişlər. Beləliklə də, ilk iddiaçının valideynlərinin adından çıxış etməklə onların mənafeyi baxımından onlara vurulmuş mənəvi ziyan məbləğinin öz xeyrinə tutulmasını tələb etməyə həm haqlı deyil, həm də subyektiv hüquqa malik olmamışdır. İlk iddiaçı baş verənlərlə bağlı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddiaçı tərəf hüquqi mövqeyini sübut edə bilməmiş, yəni, İsmayılova Nurlana Fərzullah qızından ona və ailə üzvlərinə dəymiş maddi və mənəvi ziyana görə pulun tutulmalı olması, onun həyətinə və evinə gedən 3.60 metr enində yeganə giriş, çıxışı olan yolda avtomobil və böyük həcmli maşınlar saxlayaraq (öz darvazası olaraq) və ya digər yollarla onun və yaşlı valideynlərinin həyətinə və evinə ümumi istifadə olunan yolda sərbəst giriş, çıxışılarına, onlara aid olan öz vəsaitlə tikdirdikləri hasarın yol boyu daş qırıqları, tullantılar yığmaq və yolun səliqəli saxlanması və evinə baxan kameraların sökülməsi, faktiki olan torpaq sahəsini 0.0158 ha hissəsinin üzərində onlara miras qalan quyu da ora daxil olmaqla, İsmayılova Nurlana Fərzullah qızı tərəfindən zəbt olunmuş, illərlə onların istifadələrində olan torpaq sahəsi, bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona və ailəsinə təhvil verilərək, sahibliklərinə qaytarılması kimi dəlilləri üzrə hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

9. İlk iddia üzrə iddiaçı ismayılova Nurlana Fərzullah qızı apellyasiya icraatı zamanı iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-****/**** nömrəli mülki iş üzrə apellyasiya şikayətində iddia tələblərinin 1-ci və 20-ci bəndlərini, o cümlədən Abşeron Rayon Məhkəməsinin icraatında olmuş e-*(***)-**/**** nömrəli mülki iş üzrə iddia tələblərinin 1-ci və 2-ci bəndlərini aşağıdakı məzmunda, qalan bütün bəndlər üzrə iddia tələblərini əvvəlki məzmunda nəzərə alaraq, cavabdeh1 torpaq sahəsini və onun torpaq sahəsini ayıran mövcud ara hasar və onun həyətinin giriş darvazasının cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 maddi vəsaiti hesabına sökülməsi və qanuni koordinatlar üzrə yerində eyni keyfiyyət, ölçü, görüntü və səliqə ilə bərpa edilməsi, ona məxsus onlar tərəfindən zəbt edilmiş torpaq sahəsinin bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona təhvil verilməsi, cavabdeh Vəlizadə ailəsi tərəfindən ona məxsus torpaq sahəsi və evin yeganə giriş-çıxış yeri olan yola (dalana) sonradan açdıqları əlavə kiçik qapının yerinin Vəlizadələrin maddi vəsaiti hesabına dəyişdirilməsi, cavabdeh1 həyətyanı torpaq sahəsini həmin yoldan ayıran 9.10 metr (doqquz metr, on santimetr) uzunluğundakı hasar boyunca ən az 7 metr (yeddi metr) irəli, yəni onun həyətinin giriş darvazasından uzağa sürüşdürülməsi, evinin yeganə giriş-çıxış yeri olan yolda (dalanda) istənilən əkmə, becərmə, bitkilərə qulluq işlərinin cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2, cavabdeh4, Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, onların dəvət etdiyi istənilən digər şəxslərə həmişəlik qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İsmayılova Nurlana Fərzullah qızı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin dəyişdirilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

11. İddiaçı İsmayılova Nurlana Fərzullah qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025 tarixli e-*(***)-**/**** nömrəli mülki iş üzrə qətnaməsi ilə 18 (on səkkiz) bənddən ibarət iddia tələbinin yalnız bir bəndi qismən təmin edilmiş, digər bəndlərə dair hakim tərəfindən həqiqətə uyğun olmayan, faktlara əsaslanmayan şərhlər qeyd olunaraq iddia tələbim qalan hissədə təmin edilməmişdir. Qətnamənin 21-28-ci səhifələrində iş üzrə təqdim olunmuş sübutların tədqiqi ilə bağlı hissədə hakim bütün iddialarının əsaslığını danılmaz fakt olaraq ortaya qoyan bir çox dəlilləri təhrif etmiş, bütün tələblərində tam haqlı olduğunu sübut edən dəlillərə toxunmamış, həmin dəlilləri gözardı etmişdir. Belə ki, hakim həmin torpaq sahəsini hansı qiymətə aldığını sübut edən notarial qaydada təsdiq edilmiş ##.##.2022 tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, onun qanuni mülkiyyətində olan torpaq sahəsində yeni inşa etdirdiyi fərdi yaşayış evi üzərində hüquqların xxxxndə qeydiyyata alınması ilə bağlı müraciətinin icrasından davam edən məhkəmə mübahisəsi və torpaq sahəsinin bir hissəsinin başqa şəxsin istifadəsində olması səbəbindən imtina edilməsinə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanmış 07.07.202 tarixli məktub, faktiki gediş-gəliş yolunun 0.0012 ha hissəsinin sənəd üzrə onun xüsusi mülkiyyətində olması, yolun qalan hissəsinin heç bir vətəndaşın xüsusi mülkiyyətində olmaması faktını sübut edən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsi tərəfində təqdim olunmuş ##.##.2024 tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş ##.##.2024 tarixli ekspert rəyi, Vəlizadələr tərəfindən anasına oğurluq və əmlaka zərərvurma ilə bağlı şər atmalarını və məhkəmə tərəfindən ifşa olunduqlarını, həmçinin guya onun oğurluq etdiyi və onların əmlakına zərər vurduğu, guya cavabdeh1 döyərək xəsarət yetirdiyi, üzərinə maşın sürərək xəsarət yetirməyə çalışdığı barədə şər atmalarını və bir daha məhkəmə və polis tərəfindən ifşa olunduqlarını sübut edən məhkəmə qərarları, polis və prokurorluq orqanlarının rəsmi məktubları, İradə Vəlizadənin onun çalışdığı şirkətin rəhbərliyinə WhatsApp mobil tətbiqi vasitəsilə səsli mesajlar göndərərək barəsində yalan xəbərçilik etməklə onu şirkəti talamaqda ittiham etdiyini, işgüzar nüfuzuna xələl gətirməyə çalışdığını sübut edən audio yazılar, guya yoldakı yaşıllıqları yandıraraq və qıraraq məhv etməyi barədə Azadə və İradə Vəlizadənin ona şər atmasını və təkrar ifşa olunduğunu sübut edən X9 Xidmətinin ##.##.2024 və ##.##.2025 tarixli məktubları, cavabdehlərdən sübutların tələb edilməsinə dair ##.##.2025 tarixli yazılı vəsatəti barədə məlumatları qeyd etməkdən, bu sübutları tədqiq etməkdən məqsədli şəkildə yayınmışdır. Bununla da hakim Mülki Prosessual Məcəllənin 14.2, 76.2, 78.2, 85.1, 87.1, 88, 106.1 və 167.1.10-cu maddələrinin tələblərini pozmuş, qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir. Qətnamənin 29-cu səhifəsində qeyd olunmuş “Beləliklə də müəyyən edilmişdir ki, ilk iddiaçı hazırda yaşadığı torpaq sahəsini 2022-ci ildə əldə edərkən sənədlə 0.04 ha olsa da faktiki 0.05 ha olduğu barədə məlumatlı olmuş, başqa sözlə torpaq sahəsini bu vəziyyətdə almaqla razılaşmışdır.” şərhinin davamında hakim Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsindən dəvət olunmuş mütəxəssis tərəfindən yerində ölçmə və koordinatların dəqiqləşdirilməsi işi yerinə yetirilərkən onun faktiki istifadəsində olan torpaq sahəsinin 0.05 ha deyil, 0.0435 ha olduğunun ortaya çıxması faktını qeyd etməkdən yayınmışdır. Bununla da hakim cavabdeh cavabdeh2 anası Vəlizadə İradə Oqtay qızı ilə əlbir şəkildə onun etibarından süi-istifadə etmə yolu ilə onu aldatması və torpaq sahəsinin faktiki dəyərindən xeyli yüksək qiymətə ona satılmasını təşkil etməsinin Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq tərkibi ehtiva etdiyini örtbasdır etməyə çalışmışdır. Qətnamənin 31-ci səhifəsində qeyd olunmuş “Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabeh cavabdeh1 tərəfindən İsmayılova Nurlana Fərzullah qızının mülkiyyətində olan torpaq sahəsindən 0.0037 ha torpaq sahəsi zəbt edilmiş və buna görə məhkəmə ilk iddianı qeyd edilən hissədə əsaslı sayır və hesab edir ki, 0.0037 ha torpaq sahəsi daxilində olan tikililər ilkin iddia üzrə cavabdehlərin hesabına sökülərək torpaq sahəsindən çıxarılmalı və sərhəd üzrə hasar tikili ilkin iddia üzrə cavabdehlər tərəfindən bərpa edilməlidir.” şərhinin davamında hakim Vəlizadələrin qanunsuz müdaxiləsi səbəbindən hasarın qanuni yerində hörülməməsinə görə ona məxsus torpaq sahəsinin yol kimi istifadə edilməsi, faktiki gediş-gəliş yolunun 0.0012 ha hissəsinin sənəd üzrə xüsusi mülkiyyətində olması, yolun qalan hissəsinin heç bir vətəndaşın xüsusi mülkiyyətində olmaması faktını qeyd etməkdən yayınmışdır. Bununla da hakim cavabdeh cavabdeh1 ilə onun torpaq sahəsinin sərhəddi üzrə hasar tikili ilə yanaşı onun torpaq sahəsinin giriş darvazasının yerinin dəyişdirilərək qanuni yerində bərpa edilməsi ilə bağlı xərclərə görə cavabdehlərin məsuliyyət daşıdığını gözardı etmiş, həmçinin, sənəd üzrə qanuni mülkiyyətində olan torpaq sahəsinin tam ölçüdə ona təhvil verilməsi məsələsinin öz həllini tapmamasına, iddanın həllinin həmin hissədə də natamam qalmasına rəvac vermişdir. Bununla da hakim Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinin tələblərini pozmuş, qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir. Qətnamənin 32-ci səhifəsində hakim “Məhkəmə bu qənaətə gələrkən 0.0037 ha torpaq sahəsi daxilində olan tikililər ilkin iddia üzrə cavabdehlərin hesabına sökülərək torpaq sahəsindən çıxarılarkən özlərinə məxsus əşya və əmlaklarını çox güman ki, götürəcəklərini də nəzərə alır.” qeyd edərək yalnız fərziyyəyə əsaslanmış, bu hissədə iddianın məğzini natamam və yanlış şərh etmiş, bununla da mövcud hasarın söküntüsü və qanuni yerində bərpasından sonra yaranacaq daş qırıntılarının, tullantıların, həmçinin kəsilmiş və qurumuş ağac köklərinin təmizlənməsi ilə bağlı xərclərə görə cavabdehlərin məsuliyyətdən yayınmasına şərait yaratmışdır. Burada da hakim Mülki Məcəllənin 21.1 və 21.2-ci, Mülki Prosessual Məcəllənin 9.3-cü maddələrinin tələblərini pozmuş qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir. Qətnamənin 33-cü səhifəsində qeyd olunmuş “Belə ki, qətnamə göstərilən qaydada icra edildikdən sonra hörülmüş yerin suvanması, yolun digər hasarlarına uyğun üzlənməsi və boyanması zövq işi olmaqla bunu ilk iddia üzrə cavabdehlərin üzərinə qoymaq olmaz.” şərhi ilə hakim cavabdehlərin ona məxsus torpaq sahəsinə qanunsuz müdaxiləsi səbəbindən mövcud hasarın sökülməsi zəruriyyətinin yarandığını, məhz söküntünün icrası zamanı hazırda tam təmirli (suvanmış, bəzək daşları ilə üzlənmiş və boyanmış) olan hasarın müəyyən qədər zədələnməsinin qaçınılmaz olmasını, həmin zədələnmiş hissələrin də əvvəlki formada yenidən tam bərpa edilməsinin cavabdehlərin məsuliyyətinə aid olmasını gözardı etməklə onların maddi məsuliyyətini azaltmağa çalışmışdır. Bununla da hakim Mülki Məcəllənin 459.1 və 1115-ci maddələrinin tələblərini pozmuş, qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir. Qətnamənin 33-cü səhifəsində qeyd olunmuş “Yenidən əlavə qapı açılmasının həmişəlik qadağan edilməsi tələbini də məhkəmə əsassız sayır. Belə ki, cavabdehlər tərəfindən qətnamənin göstərilən qaydada icrasından sonra qapı açılması halının qarşısı alınmış olur və əgər açılarsa, hazırki qətnamə qanuni qüvvəsini almaqla yaranmış mübahisəyə qaldırılmış iddia üzrə yenidən hüquqi qiymət verilə bilər.” şərhi ilə hakim artıq 3 (üç) ildir ki, davam edən məhkəmə mübahisələrinin, yaşadığı yerdə münaqişəli vəziyyətin bundan sonra da mövcud olmasının zəminini yaratmış, oun və yaşlı valideynlərinin öz evində dinc yaşayışının və öz mülkiyyətindən maneəsiz istifadənin təmin edilməsinin qarşısını almışdır. Bununla da hakim Mülki Prosessual Məcəllənin 167.2-c maddəsinin tələblərini pozmuş, qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir. Qətnamənin 33-cü səhifəsində hakim “Yol ümumi istifadədə olan sahə olmaqla mülkiyyətə daxil olmadığı üçün həmin sahədən istifadə edən şəxsin istəyinə görə yaşıllıqların çıxarılması və məhv edilməsi yol verilməzdir. Lakin məhkəmə həmçinin nəzərə alır ki, əgər yoldan yalnız bir şəxs giriş-çıxış üçün istifadə edərsə, digər şəxslər həmin yoldan daima istifadə edən şəxs kimi oranın yaşıllıqlarla abadlaşdırmasında maraqlı olmazlar.” qeyd edərək yenə fərziyyəyə əsaslanmış, məqsədli şəkildə həmin hissədə manipulyativ şərhlə iddia tələbini yaşıllıqların çıxarılması və məhv edilməsi kimi qələmə vermiş (halbuki tələbi həmin ağac və kolların cavabdehlərin öz həyətyanı sahələrinə və ya başqa yerə köçürülməsindən ibarətdir), lakin yol təyin edilmiş həmin sahənin Vəlizadələr tərəfindən özbaşına tutularaq orada əkmə-becərmə işlərinin həyata keçirilməsi və oraya şəxsi əşyalarının yığılması faktını qeyd etməkdən yayınmış, Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma əməlinin cinayət məsuliyyətinə səbəb olmasını, iş üzrə təqdim edilmiş çoxsaylı bariz sübutlara əsasən Vəlizadələrin məhz həmin ağac və kolları bəhanə edərək dəfələrlə ona şərböhtan atmağa cəhd etdiklərini, polis orqanlarına, X9 Xidmətinə mənim barəmdə yalan xəbərçilik etməklə əsassız şikayətlərlə xain və çirkin niyyətlərinə nail olmağa çalışdıqlarını, hər dəfə ifşa olunaraq şikayətlərinin əsassız olduğunun ortaya çıxmasını gözardı etmişdir. Bununla da hakim qeyri-sağlam əqidəyə malik Vəlizadələrin ona və yaşlı valideynlərinə sataşmaq üçün bəhanə olaraq istifadə etdiyi mübahisə predmetinin mövcudluğunu davam etdirməsinə şərait yaratmış, həmçinin Vəlizadələr tərəfindən yolda əkilmiş 2 (iki) ədəd qoz ağacının sürətlə böyüyərək yaxın gələcəkdə həmin yola nisbətən böyük (iriqabaritli) nəqliyyat vasitələrinin, o cümlədən, hər hansı fövqəladə hal zamanı evakuasiya, yanğınsöndürmə, təcili yardım və s. kimi təxliyə texnikalarının girməsinə ciddi maneə yaradacağını, ağac və kollar daha da böyüdüyü halda onların köçürülməsinin indikindən daha çətin, hətta bəlkə mümkünsüz olmaqla onların məhv edilməsi məcburiyyətinin yaranacağını diqqətə almamışdır. Bununla da hakim Mülki Məcəllənin 6.1.7-ci, Mülki Prosessual Məcəllənin 217.4 və 217.5-c maddələrinin tələblərini pozmuş, qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir. Qətnamənin 33-cü səhifəsində qeyd olunmuş “Tələb edilən qadağaların qoyulması üçün yolun giriş hissəsinin önündə avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın dayanması və saxlanılmasının mütamadiliyi və bununla həmin yegənə yoldan istifadə edən şəxsin hüqularının pozulmasına dair sübutlar təqdim edilməlidir ki, bu sübutlar da təqdim edilməmişdir.” şərhi həqiqəti əks etdirməməklə hakimin bu hissədə də Vəlizadələrin maraqlarına xidmət etdiyini, iş üzrə təqdim olunmuş bariz sübutları tədqiq etmədən formal mülahizələrlə Vəlizadələrin qərəzli, qanunsuz əməllərinə dair danılmaz faktları gözardı etmişdir. Belə ki, iş üzrə disklərdə təqdim etdiyim çoxsaylı video görüntülərdə 2022-ci ilin noyabr ayından etibarən Vəlizadələrin mütəmadi olaraq ona məxsus torpaq sahəsi və evinin yeganə giriş-çıxış yeri olan yolu bağladıqları, həmin yolun onların mülkiyyətində olduğunu iddia etməklə günlərlə həmin yolda avtomobil saxlayaraq onun və yaşlı valideynlərimnn öz mülkiyyətindən sərbəst istifadələrini məhdudlaşdırdıqları, əraziyə gəlmiş polis nümayəndələrinə də həmin yolun onların mülkiyyətində olduğunu bildirərək avtomobillərini oradan götürməyəcəklərini bildirdikləri, hətta müvəqqəti təminat tədbiri xarakterli məhkəmə qadağalarına da məhəl qoymadan həmin yolda avtomobil saxlamağa, ona və yaşlı valideynlərinə mütəmadi maneələr yaratmağa, onlara sataşmağa davam etdiklərinə dair sübutlar aşkar şəkildə öz əksini tapmışdır. Hakim məqsədli şəkildə bu sübutların tədqiqindən yayınmışdır. Əgər həqiqətən də qeyd etdiyim bariz sübutlar mövcud olmasaydı və məhkəməyə təqdim olunmasaydı, onda müvəqqəti təminat tədbirlərinə dair müvafiq ərizələrim təmin olunmazdı və Abşeron Rayon Məhkəməsinin ##.##.2022 tarixli **(***)***/**** nömrəli, ##.##.2022 tarixli **(***)-***/**** nömrəli, ##.##.2023 tarixli e-**(***)-***/**** nömrəli, ##.##.2024 tarixli e-**(***)-***/**** nömrəli qərardadları öz qanuni qüvvəsini almazdı, həmçinin məhkəmə qadağalarını mütəmadi pozduqlarına görə cavabdeh1 və cavabdeh4 barəsində Abşeron Rayon Məhkəməsinin ##.##.2025 tarixli *(***)-***/**** nömrəli və ##.##.2025 tarixli *(***)-***/**** nömrəli qərarları ilə 500 AZN (beş yüz manat) məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025 tarixli *(***)-**/**** nömrəli və ##.##.2025 tarixli *(***)-***/**** nömrəli qərarları ilə Abşeron Rayon Məhkəməsinin müvafiq qərarları dəyişdirilmədən saxlanılmazdı. Bununla da hakim Mülk Məcəllənin 16.1, 152.5, 152.6 və 157.4-cü maddələrinin tələblərini pozmuş, qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir. Qətnamənin 34-cü səhifəsində hakim “Cavabdehlər tərəfindən ona məxsus sahənin zəbt faktı təsdiqini tapsa da nəzərə alınmalıdır ki, ilk iddiaçı torpaq sahəsini alarkən çıxarışdan artıq sahədə torpaq almasını və artıq sahənin də özünün çıxarışına daxil olmamasını bilmiş və xeyli müddət bununla razılaşaraq oradan istifadə etmişdir.” şərhi ilə ona məxsus torpaq sahəsəsini zəbt edərək istifadə etdiklərinə görə müvafiq haqqın cavabdehlərdən alınaraq ona ödənilməsi tələbinin əsassız olduğunu qeyd etmişdir. Hakim burada da cavabdehlərin maraqlarına xidmət edərək, onların maddi məsuliyyətinin artmasının qarşısını almaq məqsədilə tələbin məğzinə uyğun olmayan şərh verməklə aşkar şəkildə öz vəzifə səlahiyyətindən süi-istifadə edərək mənim Mülki Məcəllənin 21.1, 21.2, 157.5-ci maddələri ilə müəyyən olunan hüquqlarımı pozmuşdur. Qətnamənin 34-cü səhifəsində hakim “Bu hesablamalar iddiaçının subyektiv mülahizəsi olmaqla bu hissə üzrə cavabdehlərin ilk iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı olması sübuta yetirilməmişdir.” şərhi ilə cavabdehləri maddi məsuliyyətdən yayındırmağa çalışmış, iş üzrə təqdim edilmiş əlaqədar sübutların mövcudluğunu inkar etmiş, əldən çıxmış fayda üzrə tələbi ilə əlaqədar sübutları birlikdə tədqiq və şərh etmədən haqsız olaraq bir daha mənim Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələri ilə müəyyən olunan hüquqlarını pozmuşdur. Belə ki, iddia tələbimdə qeyd etdiyi hesablamalar subyektiv mülahizəsi deyil, həmin hesablamaların əsası olan 18 (on səkkiz) ay tədavül müddətli illik 13% (on üz faiz) gəlirli istiqrazların satışa çıxarılması ilə bağlı Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı, əmlakın girov qoyulması qarşılığında müvafiq maliyyə vəsaitinin əldə olunması ilə bağlı müraciət etdiyim bank olmayan kredit təşkilatı tərəfindən təyin olunmuş müstəqil ekspert tərəfindən mənə məxsus əmlakın qiymətləndirilməsinə dair ekspert rəyi, əmlakın girova qəbul olunması üçün hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarış təqdim edilməsi tələbi, hüquqların xxxxndə qeydiyyata alınması ilə bağlı müraciətimin icrasından davam edən məhkəmə mübahisəsi və torpaq sahəsinin bir hissəsinin başqa şəxsin istifadəsində olması səbəbindən imtina edilməsinə dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən mənə ünvanlanmış 07.07.202 tarixli məktub tərəfindən məhkəməyə təqdim olunmuşdur. Hakim bu sübutları birlikdə tədqiq etməli olduğu halda məqsədli şəkildə bundan yayınmışdır, çünki bu sübutlar birlikdə dəyərləndirildiyində itirilmiş gəlirinə (əldən çıxmış faydaya) görə məhz cavabdehlərin məsuliyyət daşıdığı öz təsdiqini tapır. Bununla da hakim Mülki Prosessual Məcəllənin 88, 106.1, Mülki Məcəllənin 21.1, 21.2, 1097.1 və 1115-ci maddələrinin tələblərini pozmuş, qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir. Qətnamənin 34-cü səhifəsində hakimin “Hüquqlarının pozulmasını iddia edərək məhkəməyə ilk olaraq ilk iddiaçı müraciət etmiş və təyin edilmiş məhkəmə iclaslarında onun iştirakı məsələsi prosessual qanunvericiliyə görə hüququ olmuşdur. Onun bu hüququndan yararlanaraq məhkəmə iclaslarında iştirak etməklə işdən icazə almalara görə əmək haqqı, əmək haqqına əlavə və mükafat ödənişlərindən tutulmuş vəsaitlərə görə cavabdehlər məsuliyyət daşıya bilməz.” qeyd etməsi aşkar şəkildə öz vəzifə səlahiyyətindən süi-istifadə edərək cavabdehlərin maddi məsuliyyətdən yayınmasına şərait yaratmasını göstərir. Belə ki, cavabdehlər tərəfindən mülkiyyət hüquqlarının kobud şəkildə pozulması və onların qanunsuz əməllərdən könüllü şəkildə imtina etməməsi, qərəzli hərəkətlərə son qoymaq niyyətində olmaması səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarında iştirak etmək hüququ olmaqla yanaşı məsuliyyəti və qanunvericiliyin tələbidir. Əgər məhkəmə iclaslarında iştirak etməsəydi, bu hal hakim tərəfindən ardıcıl olaraq məhkəmə iclaslarından yayınmaqla iddianın geri götürülməsi kimi qiymətləndirilərək birmənalı şəkildə tam məzmunda cavabdehlərin əsassız, xain, çirkin niyyətli tələblərinin təmin edilməsinə şərait yaratmış olacaqdı. Qətnamənin 34-cü səhifəsində qeyd olunmuş “Məhkəmə tələbin məhkəmə, mütəxəssis rəyi, icra və ekspertiza prosesləri ilə bağlı ödədiyi rüsumlar ilə bağlı çəkdiyi xərclərə görə 1304.95 AZN (bir min üç yüz dörd manat doxsan beş qəpik) məbləğində vəsaitin cavabdehlər cavabdeh1, cavabdeh2, İradə Vəlizadə və cavabdeh4 alınaraq ona ödənilməsi hissəsini də bu məbləğlərin ümumlikdə göstərilən məbləğdə olmasının tam əsaslandırılmadığından təmin edilməsini mümkün saymır.” şərhi də birmənalı şəkildə formal, manipulyativ xarakter daşıyır və cavabdehlərin maddi məsuliyyətdən yayındırılması məqsədinə xidmət edir. Belə ki, online qaydada ödədiyi bütün ödəniş qəbzlərinin elektron nüsxəsi iş üzrə materiallara əlavə olunmaqla Elektron Məhkəmə Sisteminə də yüklənilmiş, ödəniş terminalları və poçt vasitəsilə ödədiyi məbləğlər üzrə qəbzlər məhkəmə iclaslarında canlı olaraq təqdim edilmiş, o cümlədən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsindən mütəxəssis rəyinin əldə edilməsi üçün isə 2 (iki) dəfə hər biri 95 AZN (doxsan beş manat) olmaqla rüsum məhz hakimin təkidi və iddia tələbində haqlı olduğu təqdirdə ödədiyi məbləğlərin cavabdehlərdən alınaraq ona ödəniləcəyi vədi ilə tərəfindən ödənilmiş, ödəniş qəbzləri həmin vaxt məhkəmə iclas katibi olmuş Fərid Kiçibəyova bilavasitə təhvil verilmişdir. Hakim iş üzrə təqdim etdiyi ödəniş qəbzlərini ən sadə şəkildə hesablayıcı maşın (kalkulyator) vasitəsilə toplasaydı, ümumi məbləğin məhz 1304.95 AZN (bir min üç yüz dörd manat doxsan beş qəpik) təşkil etdiyini müəyyən edərdi. Həmçinin, həqiqətən də həmin ödənişləri etməsəydi, nə “xxxx” Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsindən mütəxəssis rəyləri təqdim olunmazdı, nə də hakim iddia ərizəsini iddia məbləğinə uyğun rüsum ödənilmədiyini əsas gətirərək icraata qəbul etməzdi. Odur ki, hakim məqsədli şəkildə bu bəsit toplama əməliyyatını yerinə yetirməməklə təqdim edilmiş sübutların gözardı edilməsinə və bir daha cavabdehlərin maddi məsuliyyətdən yayındırılmasına çalışmışdır. Burada da hakim Mülki Prosessual Məcəllənin 88, 107, 119.1 və 119.2-ci maddələrinin tələblərini pozmuş, qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir. Qətnamənin 35-ci səhifəsində qeyd olunmuş “İlk iddiaçının valideynəri ona onların adından çıxış edərək cavabdehlərə qarşı hər hansı iddia qaldırmaq səlahiyyətini verməmişlər.” şərhi həqiqətə uyğun olmamaqla hakimin açıq-aşkar iş üzrə təqdim etdiyim sübutları təhrif etməsini, Elektron Məhkəmə Sisteminə tərəfindən ##.##.2023-cü il tarixində yüklənmiş valideynləri tərəfindən ona verilmiş etibarnaməni, iş üzrə sübut qismində təqdim etdiyi cavabdeh1 tərəfindən anasının üzərinə qaynar su atılaraq yanıq xəsarəti törədilməsinə dair video və foto görüntüləri, Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən anasının zərərçəkmiş şəxs olaraq tanınmasına dair qərarı, qapının önünə gələrək və öz həyətlərindən yüksək səslə qışqıraraq onun qardaşlarının ölümünə sevinməklə onun anasına “Allah bilir kimə nə bəla verir, elə-belə verməyib ki, bəlanı, yaxşı olub oğlanların ölüb, hələ bu qızın da öləcək” deməsini, təqdim etdiyi çoxsaylı video görüntülər əsasında Vəlizadələr tərəfindən mütəmadi olaraq münaqişə yaradıldığının, anasına oğurluq, əmlaka zərərvurma ilə bağlı şər atmaqla, yaşlı valideynlərinə əsəb, gərginlik, mənəvi sarsıntı və iztirab yaşadıldığının faktiki sübuta yetirildiyini məqsədli şəkildə gözardı etməsini göstərir. Bununla da hakim Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinin, Mülki Məcəllənin 1097.1-ci maddəsinin, Azərbaycan Respublikası Ali Məhkəməs Plenumunun ##.##.2008 tarixli № * saylı qərarının tələblərini pozmuş, qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir. Qətnamənin 36-cı səhifəsində qeyd olunmuş “İlk iddiaçı baş verənlərlə bağlı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.” şərhi də formal, manipulyativ xarakter daşımaqla hakimin cavabdehlərin maddi məsulyyətinin artmasının qarşısını almaq məqsədinə xidmət etdiyini əks etdirir. Çünki mənəvi zərərlə bağlı hər hansı fiziki və ya maddi sübut təqdim edilməsi mümkün deyil. ##.##.2025 tarixli məhkəmə iclasından sonra məhkəmə zalında Vəlizadə İradə Oqtay qızının hakimin və iclas katibinin önündə “bax, o qardaşlarını da Allah alıb, yaxşı olub ikisi birdən bir gündə batıblar dənizdə” deməsi, cavabdehlərin mütəmadi olaraq öz mülkiyyətindən sərbəst istifadəyə maneçilik törətməsi, yolda insident yaradaraq, səs-küy salaraq dincliyini pozması, güya cavabdeh1 döyərək xəsarət yetirdiyi, güya üzərinə maşın sürərək xəsarət yetirməyə çalışdığı, güya yoldakı yaşıllıqları yandıraraq və qıraraq məhv etməyi barədə ona şər atması, İradə Vəlizadənin onun çalışdığı şirkətin rəhbərliyinə WhatsApp mobil tətbiqi vasitəsilə səsli mesajlar göndərərək barəsində yalan xəbərçilik etməklə onu şirkəti talamaqda ittiham etməsi, işgüzar nüfuzuna xələl gətirməyə çalışması, cavabdehlərin vicdansızcasına iddiaya qarşı əsassız mübahisə etməsi, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətməsi səbəbindən bu qədər uzun müddət ərzində pozulmuş mülkiyyət hüquqlarının hələ də bərpa edilməməsi, Vəlizadələrin təqsiri ucbatından hüquqların dövlət qeydiyyatı haqqında xxxxndən çıxarış ala bilməməyi səbəbindən öz evini müvafiq risklərdən sığortalama imkanımın olmaması və s. kimi faktiki hallar məhz mənəvi zərəri özündə ehtiva edir. Burada da hakim Mülki Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008 tarixli, * saylı qərarının tələblərini pozmuş, qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir. Qətnamənin 36-cı səhifəsində qeyd olunmuş “Bu tələblər də ehtimallar və təxminlər üzərində qurulmaqla iddiaçının şəxsi istəyinin təzahurləridir.” şərhi də həqiqəti əks etdirmir, formal, manipulyativ xarakter daşıyır. Belə ki, iş üzrə təqdim etdiyim sübutlarda cavabdehlər tərəfindən yola şəxsi əşyalar, dibçəklər yığıldığı, maddi vəsaiti hesabına qazılmış yerdə öz evinə çəkdirdiyi su və kanalizasiya xəttinin birbaşa üzərindən cavabdehlər tərəfindən boş su borusu atıldığı, şəhərsalma, tikinti və sanitar normalara zidd olaraq Vəlizadələr tərəfindən yolun səthi ilə kanalizasiya xətti keçirildiyi, onlara sataşmaq, narahatçılıq törətmək üçün həmin kanalizasiya xətti vasitəsilə yola çirkab suları axıdıldığı, cavabdeh1 tərəfindən anasının üzərinə qaynar su atılaraq yanıq xəsarəti törədilməsi ilə bağlı açılmış və istintaqı davam edən cinayət işi üzrə izahat verərkən güya soyuq su atdıqları və suyu yolun digər tərəfində yerləşən bitkiləri sulamaq üçün atdıqları, yəni həmin dibçəklərdən, ağac və kollardan bahənə kimi istifadə edərək mütəmadi ona və yaşlı valideynlərinə qarşı qeyri-insani davranışlar sərgilədikləri əks olunmuşdur. Odur ki, evinin yeganə giriş-çıxış yeri olan yolda Vəlizadələr tərəfindən yığılmış bütün şəxsi əşyaların, dibçəklərin, boruların və s. digər bütün əşyaların cavabdehlərin maddi vəsaiti hesabına yığışdırılması, yolda və yolun giriş hissəsinin önündə müxtəlif işlərin aparılması, yola zibillər atılması, yola şəxsi əşyalar yığılması, boş su, kanalizasiya, qaz borularının çəkilməsi, abadlaşdırma adı ilə yola dövlətin abadlaşdırma proqramından kənar müdaxilələr edilməsi və s. qonşuluq prinsiplərinə zidd olan, onun və valideynlərinin hüquqlarını pozan, bizə maneçilik yaradan bütün işlərin Vəlizadə ailəsinin bütün üzvlərinə, onların bütün qohum və tanışlarına, digər bütün şəxslərə həmişəlik qadağan olunması ilə bağlı tələbi ehtimallar üzərində deyil, faktlar üzərində qurulub, şəxsi istəyinin təzahürü deyil, qeyri-sağlam əqidəyə malik Vəlizadələrin ona və yaşlı valideynlərinə sataşmaq üçün bəhanə olaraq istifadə etdiyi mübahisə predmetlərinin ortadan qaldırılması, dinc yaşayışının təmin edilməsi məqsədini daşıyır və dinc yaşayışının təmin edilməsinin yeganə yolu budur. Burada da hakim Mülki Məcəllənin 16.1, 152.5, 152.6, 157.4, 158.4 və 165.1-ci maddələrinin tələblərini pozmuş, qanunvericiliyin tələblərini nəzərə almamış və həmin tələblərə riayət etməmişdir.

12. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbi rədd edilməklə qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyini əsas götürərək, işin digər hallarına əhəmiyyət verməmişdir. xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində hal-hazırda mövcud olan hala münasibət bildirilmişdir. Məhkəmə mübahisəsi gedən zaman xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən xəbəri və iştirakı olmadan mülkiyyətində olan torpaq sahəsinin plan və ölçü sənədinə düzəliş edilmişdir. Qeyd oluna düzəlişin edilməsi üçün səbəb torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqların aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin ##.##.2016-cı il tarixli, *** nömrəli Fərmanının icrası olmuşdur. Qey olunan düzəliş barədə məhkəməyə xəbər versə də məhkəmə aktı çıxarılan zaman bu halı nəzərə almamışdır. Halbuki ərazidə hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyəti arasında uyğunsuzluğun olması xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinin nəzərə alınmaması üçün tutarlı əsasdır. Əlavə olaraq bildirir ki, plan və ölçü sənədinə düzəliş edildikdən sonra ilkin iddia üzrə iddiaçı tərəfindən xxxx publik hüquqi şəxsi * saylı Abşero Ərazi İdarəsinə edilmiş müraciətlər və şantaj xarakterli şikayətlərdən sonra inzibati qurum əsassız olaraq plan və ölçü sənədinə edilmiş düzəlişi ləğv etmiş, əvvəlki, yəni yanlış olan koordinatları bərpa etmişdir. Bunun üçün səbəb kimi torpaq sahəsi üzərində məhkəmə mübahisəsinin olması göstərlimiş, həmin düzəlişin məhkəmə yolu ilə edilməsinin zəruri olduğu bildirilmişdir. Bütün bunlardan məlum olur ki, ərazidə texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcuddur, inzibati orqan bu uyğunsuzluğu aradan qaldırmış, sonradan edilmiş düzəlişin məhz mübahisə ucbatından ləğv edilməsini qeyd etməklə aparılmış düzəlişin yanlış olmadığını etiraf etmiş sayılır. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X9 Xidmətinin ##.##.2025-ci tarixli məktubunda sözügedən ərazidə yaşıllıqların qeydiyyata alınaraq, mühafizə olunması üçün Novxanı Bələdiyyəsinə məktub göndərilməli olduğunu bildirsə də məhkəmə nə həmin nazirliyi, nə də Novxanı Bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb etməmişdir. Lakin hazırki iş üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Novxanı Bələdiyyəsinin üçüncü şəxs qismində cəlb edilməsinə zərurət vardır. Bundan başqa xxxxndən verillmiş ************ reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1i ərazisində yerləşən 0.036 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun şəkildə plan və ölçü sənədinin verilməsi (torpaq sahəsinə bitişik şəkildə yerləşən 0.04 ha torpaq sahəsinin sənəd üzrə koordinatlarına düzəliş edilməklə) öhdəliyinin xxxx Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, bu barədə hazırki iş üzrə hakimə icraatın dayandırılması ilə bağlı ərizə ilə müraciət etsə də Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə veriləcək qərarının hazırki iş üzrə həlledici xarakter daşıdığını bildirsə də məhkəmə ərizəni təmin etməmiş, icraatı dayandırmamış, iş üzrə ədalətsiz qətnamə çıxarmışdır. Həmçinin sərhəd üzrə hasar tikilinin ilkin iddia üzrə cavabdehlər tərəfindən bərpa edilməsi məhkəmə tərəfindən qət edilmiş, lakin həmin hasar onlar tərəfdən tikdirilməmişdir. Əlavə olaraq 0,0037 ha torpaq sahəsi daxilində olan tikililərin sökülməsi tələb olunsa da, həmin torpaq sahəsi onlara aid deyil. Onlara miras qalan 0,0158 ha torpaq sahəsinin 0.0082 ha hissəsi üzərində quyu olaraq İsmayılova Nurlana Fərzullah qızı tərəfindən dələduzluq yolu ilə zəbt olunub və quyudan gələn su xətlərin özbaşına olaraq kəsib. 0,0037 ha torpaq sahəsinin mübahisəsin apararaq dələduzluq yolu ilə 0.0082 ha hissəsinə və 0,0037 ha hissəsinə sahibllənmək istəyir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı İsmayılova Nurlana Fərzullah qızı apellyasiya şikayətimi müdafiə edib apellyasiya şikayətinə uyğun izhat verərək bildirdi ki, torpaq sahəsini cavabdehlər Sevincə 20000 manata satsalar da, ona göstərərkən torpaq sahəsinin dəyərinin 33000 manat olduğunu bildirmiş, ondan həmin məbləğdə ödəniş almışlar. Torpaq sahəsi Sevincə 2018-ci ildə, ona isə 2022-ci ildə satılmışdır. Hazırki məhkəmə mübahisəsinə görə torpaq sahəsinin üzərində inşa edilmiş tikiliyə çıxarış verilmir. Özünə məxsus olan evi ipoteka ilə yüklü etməmişdir. Evini girov qoyub pul götürüb, istiqraz alıb, beləliklə gəlir əldə etmişdir, mübahisə əmlakı indiyədək sığorta etdirə bilməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində sübut təqdim edə bilmədiyini qeyd etmişdir ki, bununla razı deyil. Məhkəmənin qətnaməsində qeyd olunur ki, əlavə 1 sotu sənədləşdirmək tələbi var, lakin çıxarışla ona məxsus olan, torpaq sahəsinin zəbtdən azad olunmasının tələb etmişdir. Torpağın uzunluğu 14 metrdir. Cavabdehə məxsus əl damının ona məxsus 37 kv.m sahəyə düşən hissəsi sökülməlidir. Cavabdehlər qapıdan istifadə etmirlər, həmin hissə onun mülkiyyətində deyil. Sadəcə olaraq ona maneçilik törədirlər. Darvaza 4.30 m uzunluğunda olmalıdır. Cavandehlərin 37 kv.m və 82 kv.m torpaq sahələrinə münasibətdə iddiaları rədd olunub. Hazırda 37 kv.m torpaq sahəsinə çıxarış alınması tələbi ilə məhkəmədə iddia qaldırıblar, ona görə də icraatın dayandırılmasını xahiş edirlər. 37 kv.m torpaq sahəsinə münasibətdə texniki pasport əldə edilməyib, həmin torpaq sahəsi ilə bağlı saxta sənəd düzəldiblər, daha sonra həmin sənəd ləğv olunub, Reyestr Xidmətinin həmin sənədin ləğv olunması barədə məktubunu sübut qismində məhkəməyə təqdim etmişdir. Mütəxəssis rəyi və məktub əsasında cavabdeh1 tərəfindən zəbt olunmuş mülkiyyətində olan 37 kvadrat metr torpaq sahəsində yardımçı tikilinin (dam) mövcud olmaması müəyyən edilmişdir. Həmçinin, ona məxsus torpaq sahəsi və evin yeganə girişçıxış yeri olan yolda Vəlizadələr tərəfindən sonradan açılmış əlavə kiçik qapı onun mülkiyyətiidə olan torpaq sahəsində (37 kvadrat metr Vəlizadələrin faktiki istifadəsində olan hissə və 12 kvadrat metr yolda olan hissə) yerləşmir, həmin qapı mülkiyyətində olan torpaq sahəsinin sərhəddindən 50 sanitmetr məsafədə yerləşir. Mülki iş üzrə apellyasiya şikayətində iddia tələblərinin 1-ci və 20-ci bəndlərini, o cümlədən iddia tələblərimin 1-ci və 2-ci bəndlərini aşağıdakı məzmunda, qalan bütün bəndlər üzrə iddia tələblərimi əvvəlki məzmunda nəzərə alaraq, cavabdeh1 torpaq sahəsi ilə onun torpaq sahəmi ayıran mövcud ara hasar və həyətiin giriş darvazasının cavabdehlər cavabdeh1, İradə Vəlizadə, cavabdeh2 və cavabdeh4 maddi vəsaiti hesabına sökülməsi və qanuni koordinatlar üzrə yerində eyni keyfiyyət, ölçü, görüntü və səliqə ilə bərpa edilməsi, mənə məxsus onlar tərəfindən zəbt edilmiş torpaq sahəsinin bütün yararsız əşyalardan, tullantılardan, zibillərdən təmizlənərək tam səliqəli formada ona təhvil verilməsini, cavabdeh Vəlizadə ailəsi tərəfindən ona məxsus torpaq sahəsi və evin yeganə giriş-çıxış yeri olan yola (dalana) sonradan açdıqları əlavə kiçik qapının yerinin Vəlizadələrin maddi vəsaiti hesabına dəyişdirilməsi, cavabdeh1 həyətyanı torpaq sahəsini həmin yoldan ayıran 9.10 metr (dqquz metr, on santimetr) uzunluğundakı hasar boyunca ən az 7 metr (yeddi metr) irəli, yəni həyətinin giriş darvazasından uzağa sürüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Cavabdehlər həmin qapıdan bir ay ərzində 3 dəfə qapıdan istifadə etmələrinə dair hər hansı sübut təqdim etdikləri halda, bütün iddia tələblərindən imtina edər. Cavabdehlərə qarşı iddia qaldırdıqdan sonra onlar inzibati məhkəmədə Reyestr Xidmətinə qarşı iddia qaldırmış, lakin iddia tələbi rədd edilmişdir. Bundan sonra dürüstləşmə adı ilə qanunsuz yolla plan-ölçü sənədi əldə etmiş, həmin sənəd ləğv edilmiş, hazırda qüvvədə deyildir. Cavabdehlərə məxsus torpaq sahəsinin koordinatları dəyişsəydi, ona məxsus torpaq sahəsinin koordinatları da dəyişməli idi, lakin onun sənədləri hazırda qüvvədədir. İddia tələblərindən biri yaşıllıqların çıxarılaraq başqa yerə köçürülməsi olsa da Ekologiya Nazirliyi və Novxanı Bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə yaşıllıqlar çıxarılaraq köçürülmüşdür, odur ki, iddia ərizəsinə dəqiqləşdirmədə cavabdehlərə bundan sonra yaşıllıqlar əkməyin qadağan edilməsini xahiş edir. Cavabdehlərin çəni qapıdan aralıda yerləşir hər hansı bir maneə yaratmır. Bundan başqa yerini də dəyişdirə bilərlər. Ümumiyyətlə cavabdehlər həmin qapıdan istifadə etmirlət. Onlar bir ay ərzində 3 dəfə qapıdan istifadə etmələrinə dair hər hansı sübut təqdim etdikləri halda, bütün iddia tələblərindən imtina edər. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

16. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, həmçinin digər cavabdeh cavabdeh2 nümayəndəsi cavabdeh4 qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçının izahatları həqiqəti əks etdirmir, Sevinc xanıma torpaq sahəsini artıq neçə illərdir satsa da, öz adına rəsmiləşdirməmişdir, bunun isə ona aiddiyyəti yoxdur. Torpaq sahəsi ümumilikdə 21 sot olmuş, 2000-ci ildə qardaşı ilə aralarında yarıbayarı bölünmüşdür. İlk olaraq torpaq sahəsini bölüb özəlləşdirməyə çalışdığı üçün ölçülərdə fərqliliklər olmuş, reyestr xidməti imtina cavabı vermişdir. İddiaçının izahatları həqiqəti əks etdirmir, tək quyunun 25000 manat dəyəri var, onu Sevincə satmamışdır. Sevincə bu barədə məlumat verilib. 37 kv.m torpaq sahəsini zəbt etməyindən söhbət gedə bilməz. Həm 37 kv.m, həm də 82 kv.m torpaq sahəsinə münasibətdə iddia qaldırmışlar. Sənədin saxtalaşdırımasından söhbət gedə bilməz, sənəd reyestr xidmətinin ərazi şöbəsində ləğv olunsa da, sistemdə aktivdir, qüvvədədir.

17. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh cavabdeh1 nümayəndəsi Vəlizadə İradə Oqtay qızı ilk iddia üzrə iddiaçının apellyasiya şikayətini qəbul etməyib, qarşılıqlı iddiaçının apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli torpaq sahəsi ərinin atasından qalmış torpaq sahəsidir. Əri ilə qaynı həmin torpaq sahəsini düz ortadan iki hissəyə bölüblər. Buna baxmayaraq Reyestr Xidməti çıxarış verərkən 8 sotu onların adına, 12 sotu isə qaynının adına qeydə almışdır. Halbuki 12 sotun iki sotu onlarındır. Hazırda elə bir vəziyyət yaranıb ki, iddiaçı onlara məxsus olan torpağı hər tərəfdən sıxışdırıb, öz torpağında istədikləri kimi hərəkət edə bilmirlər. Plan-ölçü sənədləri mövcuddur. Torpaq sahəsini Sevincə necə satmışdılarsa, iddiaçı da həmin formada Sevincdən alıb. Onlar 37 kv.m torpaq sahəsini zəbt etməmişlər, əksinə iddiaçı onlara məxsus olan 82 kv.m sahəni zəbt edib.

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 qarşılıqlı iddia üzrə verilmiş apellysiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi ilə xəbərdarlıq olunmasına baxmayaraq üçüncü şəxs xxxx Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

20. DTXK Abşeron Rayon Şöbəsi tərəfindən verilmiş ##.##.2006-cı il tarixli, JN- 1157A, Kod ******** nömrəli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədən görünür ki, Abşeron Rayonu Aqrar İslahat Komissiyasının ## ###### 1999-cu il tarixli ** nömrəli qərarı ilə verilmiş 0,08 ha torpaq sahəsi Vəlizadə İradə Oqtay qızı və cavabdeh2 mülkiyyətinə verilmişdir.

21. Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən verilmiş RX Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində yeləşən 0,04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Vəlizadə İradə Oqtay qızının və cavabdeh2 payı müəyyən edilməklə adlarına ##.##.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi, ************ reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

22. Sumqayıt “ASAN Xidmət” Mərkəzində bağlanmış ##.##.2018-ci il tarixli beh müqaviləsindən görünür ki, X6 rayonu, Novxanı kəndi ərazisində yerləşən torpaq sahəsinin 0,04 hissəsinə görə ödəməli olduğu 22000 manat pul məbləğinin 2000 manat hissəsini beh olaraq Vəlizadə İradə Oqtay qızına verməyi, qalan məbləği isə ##.##.2018ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür.

23. Abşeron Rayonu * saylı Notariat Kontorunda bağlanmış ##.##.2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişdən görünür ki, ünvan 1i ərazisində yerləşən torpaq sahəsinin bölgü eskizində göstərilən qaydada, yerdə qalan hissəsinin birinci tərəflər Vəlizadə İradə Oqtay qızı və cavabdeh2, 0,04 ha hissəsinin isə ikinci tərəf X6 verilməsinə, 40 kv.m sahənin isə ümumi yol kimi istifadə olunmasına dair razılığa gəlinmişdir.

24. Abşeron Rayonu * saylı Notariat Ofisində bağlanmış ##.##.2019-cu il tarixli *Ə-*** nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, hədiyə verən Vəlizadə İradə Oqtay qızı ünvan 1i ərazisində yerləşən 0,036 ha torpaq sahəsini hədiyyə alan cavabdeh1 mülkiyyətinə vermişdir.

25. «Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən Çıxarış»dan görünür ki, ünvan 1i ərazisində yeləşən 0,036 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ##.##.2019-cu il tarixdə cavabdeh1 adına qeydiyyata alınmışdır.

26. Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən verilmiş çıxarışın surətindən və torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, ünvan 1i ərazisində yeləşən 0,04 ha torpaq sahəsi ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ ilə İsmayılova Nurlana Fərzullah qızının adına ##.##.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi, ************ reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

27. xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən Vəlizadə İradə Oqtay qızına ünvanlanmış ##.##.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1ində yerləşən torpaq sahəsinə müayinə baxışı ( inentarlaşdırma-çöl ölçmə) keçirilmi və elektron baza məlumatlarında araşdırılmışdır. Məlum olmuşdur ki, ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən ona və cavabdeh2 oğunun adına verilmiş JN-****A nömrəli «Torpağın mülkiyyətinə verilməsinə dair» şəhadətnamə əsasında ##.##.2014-cü ildə tarixli *********** reyestr nömrəli 0,08 ha torpaq sahəsi qeydiyyata alınaraq çıxarış və plan və ölçü sənədi verilmişdir. Sözügedən 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi və bölgü eskizi əsasında X6 adına ##.##.2018-ci il tarixli ************ reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarış və torpaq sahəsinin 0,036 ha hissəsi notarial qayada təsdiqlənmiş bağışlanma müqaviləsi və bölgü eskizi əsasında cavabdeh1 ##.##.2019-cu il tarixli, ************ reyestr nömrəli ilə qeydiyyata alınaraq çıxarış və torpaş sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Sonradan X6 adına ************ reyestr nömrəli torpaq sahəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Ona və cavabdeh2 ************ reyestr nömrəsi ilə mülkiyyətinə əsasən özgəninkiləşdirilməmiş yerdə qalan 0,004 ha torpaq sahəsi təsdiqlənmiş bölgü sazişində qeyd olunan bölgü eskizinə əsasən hal-hazırda ümumi istifadə olan yol kimi ayrılmışdır.

28. xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən Vəlizadə İradə Oqtay qızına ünvanlanmış ##.##.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1ində yerləşən 0,08 ha torpaq sahsinə dair bölgü eskizində 0,004 ha yolun (keçidin) düzgün ayrılmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Çagrı Mərkəzinə daxil olmuş ##.##.2022-ci il tarixli müraciətinə baxılmış və araşdırma zamanı məlum olmuşdur ki, onun və cavabdeh2 oğunun adına verilmiş JN-****A nömrəli «Torpağın mülkiyyətinə verilməsinə dair» şəhadətnamə əsasında ##.##.2014-cü ildə tarixli *********** reyestr nömrəli 0,08 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Sözügedən 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi və bölgü eskizi əsasında digər şəxsin adına, 0,036 ha hissəsi isə onun adına qeydiyyata alınmışdır. Sonradan 0,036 ha hissəsi notarial qayada təsdiqlənmiş bağışlanma müqaviləsi və bölgü eskizi əsasında cavabdeh1 adına qeydiyyata alınmışdır. Özgəninkiləşdirilməmiş yerdə qalan 0,004 ha torpaq sahəsi ##.##.2018-ci il tarixli «Torpaq sahəsinin bölgüsü haqqında Saziş»də istinad olunan və əlavə olunan bölgü eskizinə əsasən yol (keçid) üçün saxlanılmışdır. Nəzərə çatdırılır ki, bölgü eskizi əlavə olunmuş Saziş müqaviləsi tərəfindən təsdiq edilmişdir. Müraciətdə qeyd olunan məsələ ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs publik hüquqi şəxsində qəbul edilərək qanunvericiliyin tələbi ona izah edilmiş, həmçini çoxsaylı şikayətləri nəzərə alınaraq yol (keçid) üçün ayrılmış 0,004 ha torpaq sahəsi naturada ona bir daha tanıdılmışdır.

29. xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ,*-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, ************ reyestr nömrəli çıxarışla Vəlizadə İradə Oqtay qızının sənəl üzrə mülkiyyətində olmuş (##.##.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.08 ha) torpaq sahəsi ilə ************ reyestr nömrəli çıxarışla İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətinə verilmiş (##.##.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.04 ha) torpaq sahəsi tam olaraq üst-üstə düşür. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında xxxx Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2022-ci il tarixli xxxxndə ************ reyestr nömrəli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış ünvan 1ində yerləşən ümumi sahəsi sənəd üzrə 0,04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə cavabdeh cavabdeh1 faktiki istifadəsinə olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0,0037 ha təşkil edir. Qeyd: ************ reyestr nömrəli çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi 0,04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0,0435 ha təşkil edir. ************ reyestr nömrəli çıxarışa əsasən, cavabdeh1 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi 0,036 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0,0412 ha təşkil edir. İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsində olan torpaq sahəsi 0,0435 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşməyən hissəsi 0,0082 ha təşkil edir.

30. xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, faktiki vəziyyətdə ünvan 1ində yerləşən İsmayılova Nurlana Fərzullah qızının adına ##.##.2022ci il tarixli çıxarışa əsasən rəsmiləşdirilən ************ reyestr, ********** qeydiyyat nömrəli 0.04 ha ölçüdə sahəsi olan və ünvan 1ində yerləşən Vəlizadə İradə Oqtay qızı və cavabdeh2 adlarına ##.##.2014-cü il tarixli çıxarışa əsasən rəsmləşdirilən ************ reyestr, ********** qeydiyyat nömrəli 0.08 ha ölçüdə olan torpaq sahələri onları ayıran faktiki sərhəd (sərhəd dedikdə, iki torpağı ayıran daş hasar nəzərdə tutulur) nəzərə alınmaqla naturada üst-üstə düşmür. Sərhəddə torpaqların bir-birinə keçməsi 0.0046 ha təşkil edir. Qeyd: ************ reyestr nömrəli çıxarışa əsasən İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0.0452 ha təşkil edir. ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh1 sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.036 ha, faktiki istifadəsində olan torpaq sahəsi isə 0.0406 ha təşkil edir. İddiaçı İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin, cavabdeh, cavabdeh1 faktiki istifadəsində olan 0.0406 ha torpaq sahəsinə düşən hissəsi 0.0046 ha (46 kv.metr) təşkil edir.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyindən görünür ki, “xxxx" publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2022-ci il tarixli xxxxndə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə iddiaçı İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərqin 0.0035 ha (35 kv.metr) təşkil etdiyi müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında xxxx Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxnin ##.##.2019-cu il tarixli ************ reyestr nömrə ilə qeydiyyat çıxarışına əsasən, cavabdeh1 adına mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.036 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə cavabdeh cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasındakı fərqin 0.0052 ha (52 kv.metr) təşkil etdiyi müəyyən olundu. Mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsinə 0,0435 ha, Vəlizadə İradə Oqtay qızının faktiki istifadəsində isə 0,0412 ha torpaq sahəsinin olduğu müəyyən olundu. Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi arasında olan sərhəd hasarında tamamilə dağılma müşahidə olunmadı. Həmçinin qeyd olunur ki, baxış zamanı iddiaçının bildirdiyinə, aparılan müşahidəyə və mülki iş materiallarında olan məlumatlara əsasən həmin hasarın 0,4 metr hündürlüyündə (2 cərgə) və 11 metr uzunluğunda hissəsi sökülmüşdür (faktiki izləri mövcuddur). Həmin sökülmüş hissənin bərpası üçün görülməli işlərin mövcud orta bazar qiymətinə uyğun dəyərinin 136 manat məbləğində olduğu müəyyən olundu. Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Vəlizadə İradə Oqtay qızına məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən fərdi yaşayış evinin dağıdılması müşahidə olunmamışdır. Lakin fərdi yaşayış evinin divarında çatlar olduğu müşahidə olundu. Bununla bağlı qeyd olunur ki, fərdi yaşayış evində yaranmış çatlar üzrə müvafiq qurumun (FHN TTNDA) konstruktoru tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan və layihə smeta sənədləri hazırlandıqdan sonra fərdi yaşayış evinə dəymiş ziyanı müəyyən etmək mümkün olacaqdır. Mütəxəssis rəyinə, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, Vəlizadə İradə Oqtay qızına məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən tərəflərin ortaq istifadələrində olan yola düşən divarda dağılma müşahidə olunmasa da, cavabdehin fərdi yaşayış evinin tərəflərin ortaq istifadələrində olan yola düşən xarici divarında çatlar müşahidə olundu. Lakin həmin çatların hansı səbəbdən yaranmasınının müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir

32. Tərəflərin cəlb olunduğu inzibati iş üzrə verilmiş ## ###### 2024-cü il tarixli mütəxəssis və ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, cavabdeh1 faktiki istifadəsində 412 kv.m torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (360 kv.m) 52 kv.m kənara çıxdığı, kənara çıxılan 52 kv.m torpaq sahəsinin 37 kv.m hissəsinin İsmayılova Nurlana Fərzullah qızının mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. İsmayılova Nurlana Fərzullah qızının adına faktiki istifadəsində 435 kv.m torpaq sahəsinin olduğu, mülkiyyətinə verilmiş torpaq sahəsindən (400 kv.m) 35 kv.m kənara çıxdığı müəyyən edilir. Həmçinin, faktiki istifadədə olan 435 kv.m torpaq sahəsinin 351 kv.m hissəsi onun mülkiyyətinə verilmiş torpaq sahəsidir. Yerdə qalan 49 kv.m (400- 351=49) torpaq sahəsinin 12 kv.m hissəsi faktiki gediş-gəliş yolunda, 37 kv.m hissəsi isə iddiaçı cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində yerləşir.

33. xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1ində yerləşən İsmayılova Nurlana Fərzullah qızının adına ##.##.2022-ci il tarixli çıxarışa əsasən rəsmiləşdirilən ************ reyestr, ********** qeydiyyat nömrəli 0.04 ha ölçüdə sahəsi olan və ünvan 1ində yerləşən Vəlizadə İradə Oqtay qızı və cavabdeh2 adlarına ##.##.2014-cü il tarixli çıxarışa əsasən rəsmləşdirilən ************ reyestr, ********** qeydiyyat nömrəli 0.08 ha ölçüdə olan torpaq sahələri onları ayıran faktiki sərhəd (sərhəd dedikdə, iki torpağı ayıran daş hasar nəzərdə tutulur) nəzərə alınmaqla naturada üst-üstə düşmür. Sərhəddə torpaqların bir-birinə keçməsi 0.0046 ha təşkil edir. Qeyd: ************ reyestr nömrəli çıxarışa əsasən İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0.0452 ha təşkil edir. ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh1 sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.036 ha, faktiki istifadəsində olan torpaq sahəsi isə 0.0406 ha təşkil edir. İddiaçı İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin, cavabdeh, cavabdeh1 faktiki istifadəsində olan 0.0406 ha torpaq sahəsinə düşən hissəsi 0.0046 ha (46 kv.metr) təşkil edir.

34. xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, ************ reyestr nömrəli çıxarışla Vəlizadə İradə Oqtay qızının sənəd üzrə mülkiyyətində olmuş (##.##.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.08 ha) torpaq sahəsi ilə ************ reyestr nömrəli çıxarışla İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətinə verilmiş (##.##.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.04 ha) torpaq sahəsi tam olaraq üst-üstə düşür. Hüquqların Dövlət qeydiyyatı haqqında xxxxndən ##.##.2022-ci il tarixli xxxxndə ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışa əsasən, İsmayılova Nurlana Fərzullah qızının adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu Novxanı kəndində yerləşən ümumi sahəsi sənəd üzrə 0.04 ha torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları ilə cavabdeh cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0037 ha (37kv.metr) təşkil edir. Qeyd: ************ reyestr nömrəli çıxarışa əsasən İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi 0.04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0.0435 ha təşkil edir. ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh1 sənəd üzrə mülkiyyətində olan torpaq sahəsi 0.036 ha, faktiki istifadəsində olan torpaq sahəsi isə 0.0412 ha təşkil edir. İsmayılova Nurlana Fərzullah qızının faktiki istifadəsində olan 0.0435 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşməyən hissəsi 0.0082 ha təşkil edir.

35. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərardaddan görünür ki, iddiaçı cavabdeh1 DƏDKR PHŞ-nin * saylı Abşeron Ərazi İdarəsinə qarşı ##.##.2018-ci il tarixdə tərtib edilmiş bölgü eskizinə və ya onun əsasında verilmiş plan və ölçü sənədində düzəlişlər etmək öhdəliyinin qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır.

36. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X10 Xidmətinin cavabdeh1 ünvanladığı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, «qonşusu tərəfindən üzüm tənəklərinin qırılması və korlanması barədə» Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olmuş ##.##.2025-ci il tarixli məlumatı əməkdaşı tərəfindən yerində araşdırılmışdır. Anası İradə Vəlizadə yazılı izahat verərək, müraciətin onun tərəfindən edildiyini, məqsədinin qeyd etdiyi ərazidə olan yaşıllıqların qeydiyyata alınaraq aktlaşdırılmasını və nəzarətdə saxlanılmasını xahiş etmişdir. Araşdırma zamanı ünvan 1i, Ş.Qurbanov küçəsində yerləşən Novxanı bələdiyyəsinin balansında olan qeyd etdiyiniz 3,6 m enindəki yolun kənarında hasar boyu 7 ədəd üzüm tənəyinin və 2 ədəd ağac tinginin bioloji inkişafında olduğu müəyyən edilmiş, yaşıllığın məhv olması halları aşkar olunmamışdır. Sözügedən ərazidə olan yaşıllıqlar qeydiyyata alınaraq, ##.##.2025-ci il tarixli akt tərtib edilmiş, yaşıllıqların qorunub mühafizə olunması üçün Novxanı bələdiyyəsinə məktub göndərilmişdir.

37. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli arayışından görünür ki, İsmayılova Nurlana Fərzullah qızı MMC-də biznesin idarəedilməsi üzrə direktor vəzifəsində çalışır. 2025-ci il ərzində o, 32 dəfə ərizə ilə müraciət edərək öz hesabına işən icazə almışdır. Onun işdə olmadığı müddətlər üzrə hesablanmış cəmi 4078,89 AZN məbləğində vəsait onun maaş və bonus ödənişlərindən çıxılmışdır.

38. xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, ************ reyestr nömrəli çıxarışa əsasən iddiaçı İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətində olan, lakin faktiki olaraq cavabdeh1 tərəfindən faktiki istifadə olunan torpaq sahəsində daş hasar tikilisi mövcuddur. Sözügedən daş hasar tikilisinin yerləşdiyi hissə ortofoto görüntüdə göstərilmişdir. İddiaçı ismayılova Nurlana Fərzullah qızı tərəfindən sökülməsi tələb olunan, cavabdeh cavabdeh1 istifadəsində olan küçəyə açılmış qapı, ************ reyestr nömrəli çıxarışa əsasən iddiaçı İsmayılova Nurlana Fərzullah qızının mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşir. Qeyd edilən qapı ************ reyestr nömrəli çıxarışla cavabdeh1 məxsus torpaq sahəsi üzərində yerləşir. Sözügedən qapının yerləşdiyi hissə ortofoto görüntüdə təqdim edilmişdir.

39. xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2026cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, cavabdeh Vəlizadə İradə Oqtay qızının faktiki istifadəsində olan qapı ilə ************ reyestr nömrəli çıxarışla İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə ara məsafəsi 50 sm təşkil edir. ************ reyestr nömrəli çıxarışla İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə mübahisəli hasar tikilisinin üst-üstə düşən hissəsi 3.49 metr, 11.31 metr və 3.07 metr hissə ilə üst-üstə düşür.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.

42. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsu qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

43. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qismən ləğv edilməli, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmaldır.

45. Məkhəmə kollegiyası ilk iddia üzrə iddiaçı N.İsmayolavanın apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, iş materiallarında olan mütəxəssis rəyləri ilə müəyyən edimişdir ki, ilk iddia üzrə iddiaçı N.İsmayolavanın mülkiyyətində olan 400 m2 torpaq sahəsinin 37 m2 hissəsi cavabdehlərin qanunsuz sahibiyində olmaqla, 12 m2 hissəsi çöl darvazasında sonra ümumi istifadə yola düşməkdədir. İlk iddiaçının tələblərindən biri məhz cavabdehlərin 37 m2 torpaq sahəsindən çıxarılması və 12 m2 torpaq sahəsini öz həyətyanı sahəsinə qatmaqla, çöl darvazasını mülkiyyətində olan torpaqla ümumi istifadədə olan yolun sərhəddində cavabdehlərin hesabına yenidən quraşdırılmasından ibarət olmuşdur.

46. İşə baxan birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçının mülkiyyətində, cavabdehərin isə qanunsuz sahibliyində olan 37 m2 torpaq sahəsi daxilində olan tikililərin onların hesabına sökülərək, torpaq sahəsindən çıxarılması və sərhəd üzrə hasar tikilinin cavabdehlər tərəfindən bərpa edilməsini qət etsə də, 37 m2 torpaq sahəsinin daxilində tikililərin mövcud olub-olmamasını aydınlaşdırmamış, həmçinin hasarın ilk iddia üzrə cavabdehlərin hesabına inşa edilməli olması ilə bağlı Mülki Məcəllənin 176-cı maddəsinin tələbini nəzərə almamışdır. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçının mülkiyyətində, cavabdehlərin isə qanunsuz sahibliyində olan 37 m2 torpaq sahəsinin daxilində cavabdehlərə məxsus tikilinin olması müəyyən edilməmişdir. Belə ki, xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli rəyində qeyd edilmişdir ki, ************ reyestr nömrəli çıxarışla İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə mübahisəli hasar tikilisinin üst-üstə düşən hissəsi 3.49 metr, 11.31 metr və 3.07 metr hissə ilə üst-üstə düşür. Yəni, mübahisəli torpaq sahəsində yalnız hasar tikilisi mövcud olmuşdur. Cavabdehlər tərəfindən əl damı kimi istifadə olunan tiklinin isə hər hansı bir hissəsi mübahsiəli torpaq sahəsində yerləşməməkdədir. Qeyd edilən halı ilk iddia üzrə iddiaçı da qəbul edərək, apellyasiya şikayəti üzrə həmin tələbindən imtina edərək, yalnız mövcud hasarın və onun giriş darvazasının cavabdehlərin hesabına sökülməsini xahiş etmişdir. Buna görə də birinci instnasiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, yalnız ilk iddia üzrə iddiaçı İsmayılova Nurlana Fərzullah qızının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş hasarın cavabdeh cavabdeh1 hesabına sökülərək, torpaq sahəsindən çıxarılması qət edilməlidir.

47. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçıya məxsus darvazanın da cavabdehlərin hesabına sökülməli olması, eyni zamanda yeni darvazanın və hasarın cavabdehlərin hesabına yenidən inşa edilməli olması ilə bağlı şikayətinin dəlillərini əsassız hesab etmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı torpaq sahəsini aldığı vaxt hasar mövcud olmuş, giriş darvazası isə onun tərəfindən sonradan qoyulmuşdur. İlk iddia üzrə iddiaçı torpaq sahəsinin 37 m2 hissəsinin cavabehlərin qanunsuz sahibliyində olmasını sonradan bilmiş, ilk iddia üzrə cavabdehlər də qeyd edilən halın fərqində olmamışlar. Digər tərəfdən darvaza ilk iddia üzrə iddiaçı tərəfindən öz mülkiyyətində olan torpaq sahəsinin daxilinə doğru quraşdırılmış, 12 m2 mülkiyyətində olan torpaq sahəsi isə yol qismində darvazının xaricində qalmış, həmin torpaq sahəsi isə cavabdehləin istifadəsində olmamışdır. Hərçənd ki, ilk iddia üzrə iddiaçı darvazanı quraşdırarkən mülkiyyətində olan torpaq sahəsi ilə ümumi istifadədə olan yolun sərhəddini müəyyən etməklə darvazanı quraşdırmaq imkanına malik olmuşdur. Mülki Məcəllənin 176.1-ci maddəsinin tələbinə görə isə iki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qonşu torpaq sahələri arasında hasarı inşa etmiş şəxs ona çəkillmiş xərcin mənafeyinə mütənasib olan hissəsinin ödənilməsini tələb etmək hüququna malik olacaqdır. Buna görə də məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının qeyd olunan tələblərini əsassız hesab etmişdir.

48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlər tərəfindən ümumi istifadədə olan yola açılmış yardımçı qapının bağlanmaslı ilə bağlı ilk iddia üzrə iddiaçının tələbini rədd etməklə də birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də həmin hissədə qətnamə ləğv edilməklə, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, yuxarıda qeyd olunduğu kimi ilk iddia üzrə iddiaçı 37 m2 torpaq sahəsinin ilk iddia üzrə cavabdehlərin qanunsuz sahibliyində olmasını, 12 m2 torpaq sahəsinin isə yol kimi qalmasını müəyyən etdikdən sonra 37 m2 torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarmaqla yanaşı, iki torpaq arasında hasarı yenidən qurmaq, o cümlədən yol kimi istifadə olunan 12 m2 torpaq sahəsini həyətyanı sahəsinə qatmaqla, darvazanı yenidən mülkiyyətində olan torpaq sahəsi ilə ümumi istifadədə olan yolun sərhəddində quraşdırmaq niyyətindədir. xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli rəyi ilə cavabdehlərin istifadəsində olan yardımçı qapı ilə ************ reyestr nömrəli çıxarışla İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi arasındakı məsafənin 50 sm təşkil etməsi müəyyən edilir. Belə olduğu təqdirdə yeni quraşdırılacaq darvazanın açılması zamanı, ən əsası isə ilk iddia üzrə iddiaçının darvazasının ümumi istifadə olan dalan tipli yolun sonunda olması və müəyyən səbəblərdən darvazasının qarşısında nəqliyyat vasitəsini saxlanması həmin qapıdan giriş-çıxışa müəyyən manelər yaratmaqla yanaşı, qonşular arasında yeni mübahisələrin yaranmasına rəvac verəcəkdir. Məhkəmə kollegiyası həmçinin nəzərə almışdır ki, cavabdeh2 oğunun adına verilmiş JN-****A nömrəli «Torpağın mülkiyyətinə verilməsinə dair» şəhadətnamə əsasında ##.##.2014-cü ildə tarixli *********** reyestr nömrəli 0,08 ha torpaq sahəsinin 0,04 ha hissəsi alqı-satqı müqaviləsi və bölgü eskizi əsasında əvvəlki mülkiyyətçi X6 mülkiyyətinə verilmiş, cavabdeh2 mülkiyyətində qalan torpaq sahəsinin 40 kv.m hissəsi isə ayrılmış 0,04 ha torpaq sahəsinə yolun olması məqsədi ilə azaldırlaraq, ümumi istifadə olan yol kimi ayrılmışdır. Həmçinin, hazırda ilk iddia üzrə cavabdehlərin öz mülkiyytində olan torpaq sahələrinə başqa istiqamətdən evlərinə və həyətlərinə giriş-çıxışları mövcuddur. Bununla yanaşı cavabdehlərin öz həyətlərindən ümumi istifadədə olan yola əlavə qapı açmaq kimi hüquqları olduğundan ilk iddia üzrə iddiaçının həmin istiqamətdə ümumiyyətlə qapının açılmasının qadağan edilməsinə dair tələbi əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı əldə edilmiş mütəxəssis rəyi ilə əlaqədar bunun fərqinə vardınğından apellyasiya icraatı zamanı mübahisəli qapının onun mülkiyyətində olan torpaq sahəsindən 7 metr aralıda inşa edilməsini tələb etmişdir. İlk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntüdən də göründüyü kimi ilk iddia üzrə cavabdehin mübahisəli yola olan hasarının uzunluğu təxminən 9 metr olmaqla, ilk iddia üzrə iddiaçıya məxsus darvazanın açılması, nəqliyyət vasitlərinin uzunluğu, qapı ilə nəqiyyat vasitəsinin saxlandığı yerlə olan məsafənin ən azı 1 metr gözlənilməli olması nəzərə alınmaqla, tərəflər arasında giriş-çıxışla bağlı mübahisənin yaranmaması üçün qeyd olunan hissədə iddia tələbi qismən təmin edilməli, cavabdeh cavabdeh1 məxsus torpaq sahəsindən ümumi yola açılan qapının onun hesabına söküllməsi, yeri hörülməklə bağlanması, ümumi istifadədə olan yola yenidən qapı açıldığı təqdirdə isə cavabdeh cavabdeh1 tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən ən azı 6 metr məsafə saxlanılması qət edilməlidir. Bununla yanaşı iş materiallarında olan videogörüntülərdən göründüyü kimi ilk iddia üzrə cavabdehlərin həmin istiqamətdə su çənlərinin dayaqları mövcuddur ki, bu dayaqlar gələcəkdə açılacaq qapıdan istifadəyə məhdudiyyət yaradacağı halda su çəninin yerini də dəyişmək imkanına malikdirlər.

49. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi həm ilk, həm də qarşılıqlı iddia üzrə ümumi istifadədə olan yolda (dalanda) avtomobil və digər bütün nəqliyyat vasitələrinin saxlanılmasının qadağan edilməsinin rədd etməklə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər münaqişəli qonşular olmaqla, ümumi istifadədə olan yolda ən ciddi maneə avtomobil saxlanmasıdan ibarətdir ki, tərəflər qarşılıqlı olaraq bir-birilərini bu cür manelərin yaradılmasına ittiham etməkdədirlər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm ilk, həm də qarşılıqlı iddianın təmin edilməyən həmin hissəsində ləğv edilməli, ümumi istifadədə, giriş-çıxış yeri olan yolda (dalanda) avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın saxlanılması (sərnişin mindirilibdüşüşrülməsi, yükün doldurulması və boşaldılması və sair müvəqqəti hallar istisna olmaqla) qarşılıqlı olaraq tərəflərə qadağan edilməli və həmin evə qonaq və sair məqsədlə gəlmiş şəxslərin nəqliyyat vasitələrinə də aid edilməsinin təmin edilməsi onlara həvalə edilməlidir.

50. Bundan başqa birinci instansiya məhkəməsi qarşılıqlı iddianı, qarşqlıqlı iddiaçının evinə baxan ilk iddia üzrə iddiaçıya məxsus kameraların sökülməsinin rədd edilməsi hissəsində də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan videogörüntülərdən müəyyən edilir ki, ilk iddiaçıya məxsus videomüşahidə kamerası qarşılıqlı idiaçının həyətinə dair hissənin də görüntüsünü qismən qeyd etməkdədir. Buna görə də qətnamə həmin hissədə ləğv edilməli, qeyd olunan hissədə iddia qismən təmin edilərək, qarşılıqlı iddia üzrə cavabdeh İsmayılova Nurlana Fərzullah qızı tərəfindən quraşdırılmış təhlükəsizlik kameralarının baxış bucaqları qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan həyətyanı sahəsinə baxmayacaq dərəcədə dəyişdirilməsi qət edilməlidir.

51. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının qalan hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, xxxx publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyinə əsasən ************ reyestr nömrəli çıxarışa əsasən İsmayılova Nurlana Fərzullah qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi 0.04 ha, faktiki istifadəsində olan torpaq sahəsi 0.0435 ha təşkil etməsi, faktiki istifadəsində olan 0.0435 ha torpaq sahəsinin xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşməyən hissəsi 0.0082 ha təşkil etsə də qarşılıqlı iddiaçıların həmin 0,0082 ha torpaq sahəsi üzərində mülkiyyət və digər hüququn mövcudluğunu təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud olmamışdır. Buna görə də məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə iddiaçının qeyd olunan şikayətlərini əsassız hesab etmişdir.

52. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının ümumi istifadədə olan yolda cavabdehlər tərəfindən əkilmiş ağacların və kolların çıxarılması, həmin yolda (dalanda) istənilən əkmə, becərmə, bitkilərə qulluq işlərinin qadağan edilməsi edilməsi ilə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, əvvəla ilk iddia üzrə iddiaçının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ümumi istifadədə olan yolda əkilmiş qoz ağacları və üzüm tənəkləri çıxarılmışdır ki, bununla da iddia tələbinin mahiyyəti aradan qalmışdır. Belə ki, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdən görünür ki, mübahisəli giriş-çıxış yolunda 12 ədəd üzüm tənəyi və 2 ədəd qoz tinginin köçürülməsi barədə qərar qəbul edilmişdir. Buna görə də ilk iddia üzrə iddiaçı iddia tələbini dəqiqləşdirərək, gələcəkdə həmin yerdə istənilən əkmə və becərmə işlərinin cavabdehlərə qadağan edilməsini xahiş etmişdir ki, ilk iddia üzrə cavabdehlərin gələcəkdə həmin yolda ağac və ya kol bitkisi əkə bilcəklərinə dair hərəkətləri isə ehtimallara əsaslanmışdır. Ehtimala əsaslanan tələbin təmin edilməsi isə yolverilməzdir. Buna görə də məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının qeyd edilən hissədə şikayətini əsassız hesab etmişdir.

53. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının əmlakından istifadə edə bilməməsinə görə əldən çıxmış faydaya, o cümlədən zərərə məruz qalması, məhkəmə proseslərinə görə işdən icazə almalara görə əmək haqqı və mükafatlardan məhrum olması ilə bağlı şikayətinin dəlillərini də əsassız hesab edərək qeyd edir ki, ilk iddia üzrə iddiaçı bununla bağlı hər hansı bir əsaslı dəlil irəli sürə bilməməklə yanaşı, 37 kv.m sahədən hansı qaydada istifadə edəcəyinə və hansı qaydada gəlir əldə edəcəyinə dair də hər hansı bir əsaslandırma da apara bilməmişdir. İş vaxtının itirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı çox sayda iddia tələbləri irəli sürməklə yanaşı, əsasən məhkəmə iclaslarının təxirə salınması onun təşəbbüsü əsasında baş vermiş, həmçinin hazırkı məhkəmə icraatına aid olmayan proseslərə cəlb edilməsi ilə bağlı sərf etdiyi vaxta görə də pul məbləği tələb etmişdir. Belə ki, iş materiallarında olan arayışlardan görünür ki, (mülki işin 2-ci cildinin 103-cü səhifəsi, 4-cü cildin 27-ci səhifəsi) ilk iddia üzrə iddiaçı Sumqayıt İnzibati Məhkəməsində olan işlərə dair məhkəmə iclaslarında iştiraka görə də məhrum olmasını iddia etdiyi gəlirlərə görə də pul tələb etmiş, həmçinin həmin məbləğləri hər hansı mühasibat sənədləri ilə deyil, işəgötürənin arayışı ilə sübut etməyə çalışmışdır. Digər tərəfdən isə ilk iddia üzrə iddiaçının tələbləri əsasən təmin edilməmiş, qarşılıqı iddia tələbi də qismən təmin edilmir. Buna görə də məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının həmin dəlilini əsassız hesab etmişdir.

54. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası iş üzrə mütəxəssis rəyinin verilməsi üçün ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 180 manat pul məbləğinin onun xeyrinə tutulmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, göründüyü kimi həmn rəylərlə ilk iddia üzrə cavabdehlər tərəfindən ilk iddia üzrə iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi təsdiq olunmuş və ilk iddia tələbi həmin hissədə təmin edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, mütəxəsssis rəyinin verilməsi üçün ödənilmiş 180 manat, o cümlədən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 60 manatı, ilk iddia üzrə cavabdehdən alınaraq, ilk iddia üzrə iddiaçıya verilməlidir.

55. Məhkəmə kollegiyası ilk və qarşılıqlı iddianın rədd edilən digər tələbləri hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətləri qalan hissədə təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

56. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1,384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

İlk iddia üzrə iddiaçı İsmayılova Nurlana Fərzullah qızının apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi 0,0037 ha torpaq sahəsi daxilində olan tikililərin ilk iddia üzrə cavabdehlərin hesabına sökülərək, torpaq sahəsindən çıxarılması və sərhəd üzrə hasar tikilisinin ilk iddia üzrə cavabdehlər tərəfindən bərpa edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə ilk iddia təmin edilməsin. İlk iddia üzrə iddiaçı İsmayılova Nurlana Fərzullah qızının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş hasar cavabdeh cavabdeh1 hesabına sökülərək, torpaq sahəsindən çıxarılsın. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilk iddia üzrə cavabdehə məxsus qapının cavabdeh cavabdeh1 vəsaiti hesabına sökülməsinin və ümumi istifadədə olan giriş-çıxış yeri olan yolda (dalanda) avtomobil və digər bütün nəqliyyat vasitələrinin saxlanılmasının ilk iddia üzrə cavabdehlərə qadağan edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə ilk iddia qismən təmin edilsin. Cavabdeh cavabdeh1 məxsus torpaq sahəsindən ümumi yola açılan qapı onun hesabına sökülüb, yeri hörülməklə bağlansın və ümumi istifadədə olan yola qapı açıldığı təqdirdə cavabdeh cavabdeh1 tərəfindən iddiaçı İsmayılova Nurlana Fərzullah qızının mülkiyyətində olan torpaq sahəsinin sərhəddindən ən azı 6 (altı) metr məsafə saxlanılsın. Ümumi istifadədə olan giriş-çıxış yeri olan yolda (dalanda) avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın saxlanılması (sərnişin mindirilib-düşüşrülməsi, yükün doldurulması və boşaldılması və sair müvəqqəti hallar istisna olmaqla) ilk iddia üzrə cavabdehlərə qadağan edilsin və həmin evə qonaq və sair məqsədlə gəlmiş şəxslərin nəqliyyat vasitələrinə də aid edilməsinin təmin edilməsi ilk iddia üzrə cavabdehlərə həvalə edilsin. İlk iddia üzrə iddiaçı İsmayılova Nurlana Fərzullah qızının apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə ilk iddianın təmin edilməyən qalan hissələrində dəyişdirilmədən saxlanılsın. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi qarşılqılı iddianın ümumi istifadədə olan giriş-çıxış yeri olan yolda (dalanda) avtomobil və digər bütün nəqliyyat vasitələrinin saxlanılmasının qarşılıqlı iddia üzrə cavabdehə qadağan edilməsinin və evinə baxan kameraların sökülməsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə qarşılıqlı iddia qismən təmin edilsin. Ümumi istifadədə olan giriş-çıxış yeri olan yolda (dalanda) avtomobil və digər bütün nəqliyyat vasitələrinin, texnikanın saxlanılması (sərnişin mindirilib-düşüşrülməsi, yükün doldurulması və boşaldılması və sair müvəqqəti hallar istisna olmaqla) qarşılıqlı iddia üzrə cavabdeh İsmayılova Nurlana Fərzullah qızına qadağan edilsin və həmin evə qonaq və sair məqsədlə gəlmiş şəxslərin nəqliyyat vasitələrinə də aid edilməsinin təmin edilməsi ona həvalə edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İsmayılova Nurlana Fərzullah qızı tərəfindən quraşdırılmış təhlükəsizlik kameralarının baxış bucaqları qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 mülkiyyətində olan həyətyanı sahəyə baxmayacaq dərəcədə dəyişdirilsin. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qarşılıqlı idianın təmin edilməyən qalan hissələrində dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci qismində 240 (iki yüz qırx) manat ilk iddia üzrə cavabdeh cavabdeh1 alınaraq, ilk iddia üzrə iddiaçı İsmayılova Nurlana Fərzullah qızına verilsin. Digər məhkəmə xərcləri ilk iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver