Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1805/2023 07.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payların müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin e-2(067)-1700/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2023-ci il tarixli qərardadı ilə (hakim V.Qasımova) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın ləğv olunması və sair tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsi, iddiaçıya müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(067)1700/2023-cü il nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payların müəyyən edilməsi vərəsəlik hüququ haqqında şəhadətnamələrin və çıxarışın ləğv olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmamışdan əvvəl eyni iddianı Sumqayıt İnzibati Məhkəməsində də qaldırmışdır. Həmin iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılarkən müəyyən olunmuşdur ki, bu iddia tələbinə inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında baxılmalıdır, çünki, çıxarışın ləğv olunmasına əsas olmuş sənəd olan vərəsəlik hüququ haqqında şəhadətnamə inzibati akt deyil, inzibati orqan vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində yalnız qeydiyyatı aparmışdır və bu zaman inzibati orqan hər hansı bir inzibati akt qəbul etməmişdir ki, üzərinə öhdəlik qoyulsun. Bu səbəbdən məhkəmə İnzibati Prosesual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən, inzibati məhkəmənin hüquqi yardım etmək vəzifəsini əsas götürməklə iddianın mümkünsüz olmasını bildirmiş və tövsiyə etmişdir ki, iddia tələbi geri götürülərək ümumi məhkəməyə verilsin. Məhkəmənin tövsiyəsinə əməl olunaraq iddia tələbi geri götürülmüş və ümumi məhkəməyə müraciət olunmuşdur. Lakin bu dəfə də ümumi məhkəmə iddia tələbinin onlara aid olmamasını bildirərək inzibati məhkəmədə baxılmalı olmasını bildirmiş və e-2(067)-1700/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi üzrə icraata xitam vermişdir. Məhkəmə işə hərtərəfli, obyektiv, qərəzsiz baxmaq əvəzinə açıq aşkar göz qabağında olan faktları müəyyən edə biləcəyi, işə müfəssəl hüquqi qiymət vermək əvəzinə bunu etməmiş, əksinə cavabdehin maraqlarına xidmət edən mövqe tutmuşdur. Bununla da ədalətli məhkəmə araşdırması ilə bağlı onun konstitusiya ilə müəyyən olunmuş hüququnu kobud şəkildə pozmuşdur. İş materiallarına nəzər salanda görünür ki, ümumi məhkəməyə müraciət etməzdən əvvəl eyni tələblə inzibati məhkəməyə müraciət olunmuşdur, buna dair elektron məhkəmə sistemindən iddia ərizəsinin çıxarışı və inzibati məhkəmənin tövsiyəsinə əsasən ərizənin geri götürülməsi barədə qərardad da əlavə olunmuşdur. Bundan əlavə elektron sistemə bununla bağlı məhkəmə təcrübəsini əks elətdirən Plenum qərarları da əlavə olunmuşdur. İddia tələbinin ümumi məhkəməyə aiddiyatını göstərən bu dəlillərə birinci instansiya məhkəməsi qiymət vermədən əsassız və qanunsuz olaraq iş üzrə icraata xitam verir və inzibati məhkəməyə müraciət etməli olmağını bildirir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli və 10 avqust 2023-cü il tarixli qərardadları ləğv edilməli, ərizənin icraata götürülməsi məsələsi yenidən müzakirə olunması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Birinci instansiya məhkəməsi ərizənin icraatına xitam verilməsini iddiaçı tələbinin inzibati hüquq münasibətlərinə aid mübahisə olması ilə əsaslandırmışdır. Əvvəla bu nəticəyə gələn məhkəmə tərəflər arasındakı mübahisənin xarakterini və iddiaçının tələbini nəzərə almamışdır. Belə ki, iddiaçının tələbi mirasda payların müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv olunması barədədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 16.4-cü bəndinin 2-ci hissəsinə görə əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnamə və s) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi ərizənin icraatına xitam verərkən işin və mübahisənin qeyd olunan hallarına diqqət yetirməmiş, mübahisənin mülki hüquqi əqdə əsaslanmasını nəzərə almamış və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli və 10 avqust 2023-cü il tarixli qərardadları ləğv edilməli və ərizənin icraata götürülməsi məsələsi yenidən müzakirə olunması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli və 10 avqust 2023-cü il tarixli qərardadları ləğv edilsin. Ərizənin icraata götürülməsi məsələsi müzakirə olunması üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1805/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1805/2023
07.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver