Məhkəmə qərarları › İş №2(105)-1830/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1830/2025

10.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (d
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1830/2025 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X15rşı mülki iş üzrə (Açar sözlər: işə bərpa, mənəvi zərər əvəzinin ödənilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X18 və X8 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-724/2025 nömrəli qətnaməsindən cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X26 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X26ə qarşı işə bərpa, mənəvi zərər əvəzinin ödənilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdaqrəetmə Birliyi” X21 “Qusar Rayon Mərkəzi Xəstəxanası” X22 direktoru X9 onun işdən çıxarılmağı və əmək müqaviləsinə xitam verilməsi barədə 07 aprel 2025-ci il tarixli, 18-1-54/3- 1-442 saylı əmrin ləğv edilməsini və onun əvvəlki iş yerinə “Qusar RMX” RHŞ Hesabatlıq bölməsinin bölmə müdiri vəzifəsinə bərpa edilməsinə, məcburi iş buraxma müddəti üçün cavabdehdən əmək haqqının alınaraq ona ödənilməsini və 1000 (min) manat məbləğində mənəvi zərər əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2007-ci il tarixdən Qusar Mərkəzi Rayon Xəstəxanasına qanuni əsaslarla müddətsiz əmək müqaviləsi bağlayaraq mühasib vəzifəsinə qəbul olmuşdur. xx.xx.2022-ci il tarixdən Qusar RMX RHŞ Hesabatlıq bölməsinin müdiri vəzifəsində işləmiş və xx.xx.2025-ci il tarixdən Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddəsinin “ə” bəndi-əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək fumksiyasını pozulması) işçi əmək funksiyasını və vəzifə öhdəliliklərinin dəfələrlə pozulması səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Baxmayaraq ki, həmin xəstəxanada 18 il müddətində çalışmışdır. İşlədiyi dövr ərzində həmişə işə məsuliyyətlə yanaşmış, rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmiş, nizam və intizam qaydalarına riayət etmiş, iş fəaliyyətilə bağlı heç vaxtı problem olmayıb. Rəhbərlik tərəfindən nümunəvi əmək fəaliyyətinə görə dəfələrlə onu “Fəxri fərman”larla təltif edilmişdir. “Qusar Rayon Mərkəzi Xəstəxanası” X22 direktoru X11 və onun həyat yoldaşı İlhamə Hacıyeva heç bir hüquqi əsası olmadan, qərəzli şəkildə qanuna zidd hərəkətlərə əl ataraq, guya onun tərəfindən öz vəzifə borcuna laqeyd münasibət bəsləmiş, əmək və icra intizamını pozmuş, laboratoriya şöbəsində və Aptek bölməsində audit aparmadığına görə, artıq-əksik gələn dərman və tibbi sərfıyyatı qeydiyyata aparmadığına görə və heç bir üzürlü səbəb olmadan, xəstəxana rəhbərliyindən icazə alınmadan iş yerini tərk etdiyinə görə onu əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinə cəlb olmuş, sonralar isə 07 aprel 2025-ci il tarixli,18-1-54/3-1- 442 onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılmağının tam qanunsuz və əsassız olduğunda aidiyyəti üzrə müxtəlif qurumlara, həmçinin Azərbaycan Respublikasını Səhiyyə Nazirliyinə, Baş Prokurorluğuna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X12 Quba-Xaçmaz Şöbəsinə müraciət etsə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

3. Cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X23 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh X26 arasında 13 aprel 2007-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanaraq o X26ə mühasib vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı 08 aprel 2022-ci il tarixdə Hesabatlıq bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. “Qusar RMX” PHŞ-də dərman hesabatlarını düzgün yoxlamadığına, dərman qeydiyyat jurnalı aylıq dərman hesabatları ilə uyğun gəlmədiyinə, dərman və tibbi sərfiyyat qalıqlarının hesabatla uyğun olub-olmamadığı yoxlamadığına və vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşdığına görə iddiaçıya 28 fevral 2025-ci il tarixdə töhmət, 13.03,2025-ci il tarixdə laboratoriya şöbəsində və aptek bölməsində auidit aparmadığına və təhvil-təslim aktında 5800 manat dəyərində dərman və tibbi sərfiyyatı qeydiyyata almadığına görə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bundan başqa iddiaçı 17 mart 2025-ci il tarixdə saat 15:30 radələrindən sonra “Qusar RMX” PHŞ- nin işəgötürəninin icazəsi və xəbəri olmadan iş yerini özbaşına tərk etmişdir. İddiaçı iş yerini icazəsiz tərk etdiyinə görə direktorun inzibati məsələlər üzrə müavini tərəfindən təqdimat hazırlanaraq xx.xx.2025-ci il tarixdə direktora təqdim olunmuşdur. Təqdimata iddiaçının xx.xx.2025-ci il tarixdə iş yerini icazəsiz tərk etməsi, bununla bağlı iddiaçının izahat yazmaqdan imtina etməsi və həmin gün saat 17:55-də onun işə qayıdıb-qayıtmaması yoxlanılarkən iş otağında olmamasının aşkar olunması barədə aktlar əlavə olunmuşdur. Həmçinin xx.xx.2025-ci il tarixdə iddiaçının yaşadığı ünvana 18-1-54/3-391/2025 saylı xəbərdarlıq məktubu göndərilmişdir. İddiaçıya icazəsiz iş yerini tərk edilməsi ilə bağlı izahat verməsi təklif olunsa da, o bundan qəti şəkildə imtina etmişdir. Bütün bunlardan sonra İddiaçı üzürsüz səbəbdən iş yerini tərk etməsi və əmək vəzifələri kobud şəkildə pozulduğu aşkar edildiyindən xx.xx.2025-ci il tarixli təqdimat əsasında Qusar rayon Mərkəzi xəstəxanası X22 Həkim Nəzarət Komissiyasının xx.xx.2025-ci il tarixli iclasında İddiaçı əməli müzakirəyə çıxarılmış və xx.xx.2025-ci il tarixli 7 nömrəli protokol əsasında rəsmiləşdirilmiş və iclasda onun barəsində əmək müqaviləsinə Əmək Məcəlləsinin 186-cı maddəsinin ç bəndinə əsasən həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmış, həmin protokol Qusar rayonu X10 İttifaqı Şurasına göndərilmiş və SİHT-nin xx.xx.2025-ci il tarixi qərarı ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsinə razılıq vermişdir. Həmkarlar İttifaqı Komitəsinin həmin qərarından sonra, yəni 07 aprel 2025-ci il tarixdə “Qusar rayon Mərkəzi Xəstəxanası" X22 həmin tarixli, 18-1- 54/31-442/2025 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra İddiaçı şikayət ərizəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 X3 müraciət etmiş, həmin şöbə tərəfindən hərtərəfli və tam araşdırma aparılmış və iddiaçı ilə “Qusar RMX” PHŞ arasında bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilməsi öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilən işin faktiki hallarından göründüyü kimi iddiaçının əmək qanunvcriciliynin və müqavilənin müvafiq şərtlərini kobud şəkildə pozduğuna görə “Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilərək işdən azad edilmiş, bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı bütün bunları yaxşı bilməsinə baxmayaraq “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ qarşı əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini qərəzçiliklə əsaslandırmağa çalışmış, 2025-ci ilin fevral ayının 28-dən xx.xx.2025-ci il tarixədək yəni 6 ay müddətində təkrar əmək qanunvericiliyini pozmasının üstündən isə sükutla keçmişdir. İddia tələbinə qarşı etirazın əsaslarını təşkil edən etiraza əlavə olunan sənədlərdən aydın görünür ki, iddiaçının "Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir subyektiv hüquqi yaranmamışdır və yoxdur. Ona görə də həmin iddianı əsassız və qərəzli iddia hesab edir və ona görə də rədd edilməlidir. Göründüyü kimi yuxarıda göstərdiyi işin faktiki halları etirazın əsaslarını təşkil edən etiraza əlavə etdiyi sənədlərlə tam təsdiqini tapır və sübut olunur. Bunun əksi olaraq iddiaçının iddia ərizəsində tələbinin əsasını təşkil edən qanunsuz olaraq işdən azad edilməsi barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsinin əsasını ləşkil edən sübutlarını, yəni onun qanunsuz olaraq işdən azad edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edir iddiaçının “Qusar rayon Mərkəzi Xəstəxanası" PİlŞ-ə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqi əsaslar yoxdur. İddia tələbinin əsassız olduğundan rədd edilməsi etiraza əlavə etdiyi sənədlərlə tam sübut olunur. Ona görə də yuxarıda göstərilələri, iddiaçının iddia tələbinin əsasını təşkil edən sübutlarını məhkəməyə təqdim etməməsini və iddia tələbinə qarşı etirazını və etiraza əlavə olunmuş sənədləri nəzərə alaraq iş üzrə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, onlardan istifadə edilməsini və onlara düzgün hüquqi qiymət verilməsini, iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-724/2025 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia qismən təmin edilmiş, “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 07 aprel 2025ci il tarixli, 18-1-54/3- 1-442 saylı əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 Hesabatlıq bölməsinin bölmə müdiri vəzifəsinə bərpa edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X26 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun tərəfindən əmək funksiyasının və vəzifə öhdəliklərinin dəfələrlə pozulması əsası ilə xitam verilmişdir. Belə ki, cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X26 tərəfindən İddiaçı dərman hesabatlarını düzgün yoxlanılmadığına, dərman qeydiyyatı jurnalı aylıq dərman hesabatla uyğun gəlmədiyinə, dərman və tibbi sərfiyyat qalıqlarının hesabatla uyğun olubolmadığını yoxlamadığına və vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşdığına görə 28 fevral 2025-ci il tarixdə töhmət, Laboratoriya və Aptek bölməsində audit aparmadığına görə, təhvil-təslim aktında 5800 manat dəyərində dərman və tibbi sərfiyyatın hesabatını aparmadığına görə, faktiki dərmanları yerində saymadığına və artıq əksik gələn dərman və tibbi sərfiyyatı qeydiyyata almadığına görə, hesabatlıq bölməsində bölmə müdiri vəzifəsinin məsuliyyətini anlayıb işlərini düzgün qurmadığına görə isə 13 mart 2025-ci il tarixdə şiddətli töhmət verilmişdir. Bundan sonra iddiaçı 17 mart 2025-ci il tarixdə saat 15:30-dan sonra iş yerində olmadığına görə cavabdeh şəxs hesab etmişdir ki, iddiaçı əvvəllər onun barəsində tətbiq edilmiş intizam tənbehindən nəticə çıxarmayaraq təkrarən əmək funksiyalarını pozmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh"Qusar Rayon Mərkəzi Xəstəxanası" X26 iddiaçının iş yerini müəyyən müddət ərzində, yəni saat 15:30-dan sonra tərk etməsini onun əmək funksiyalarını təkrar pozması kimi qiymətləndirməsi qanuni və əsaslı, o cümlədən əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. İddiaçı iş yerini tərk etməsi ilə bağlı həm öz şöbə rəisinə, həm xəstəxanın direktor müavininə yazılı qaydada müraciət etmişdir. Görünüdüyü kimi iddiaçı bir başa heç kimə demədən heç kimi məlumatlandırmadan iş yerini tərk etməmiş, işdə olmadığı müddətdə isə onu əvəzləyəcək şəxsin adını və soyadını belə yazmışdır. Məhkəmə iclasında cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X22 etibarnamə üzrə nümayəndəsi X5 da izahatında bildirmişdir ki, Hafizə xanım işdə olmadığı vaxtda onun işini Elmira Ağasiyeva görə onu əvəz edə bilər. İcazə alıb bir iki saat getsə onun funksiyasını yerinə yetirə bilir. Əgər Elmira iddiaçının işin görərsə xəstəxananın iş rejimi pozulmaz. Məhkəmə iclasında cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X22 etibarnamə üzrə nümayəndəsi X5 da izahatında bildirmişdir ki, Hafizə xanımı işdən çıxan gün o, ona “gəl ərizəni yaz özün işdən çıx” demişdir, Hafizə xanım da məsləhətləşib deyəcəyini demiş və gəlib 70-ci maddəsinin “ç” ilə işdən çıxarılmasını istəyib. Məhkəmə qeyd etmək istəyir ki, işçinin işə qəbulu və işdən azad edilməsi işəgötürən tərəfindən həll edilir. X2 izahatından görünür ki, iddiaçıya təzyiq olunmuş və ona qərəzli münasibət bəslənmişdir. Belə ki, iş materiallarında olan Qusar RMX PHŞ-in direktorun İnzibati məsələlər üzrə müavini Z. Bayramovun, Qusar RMX PHŞin direktor köməkçisi A.Fətəliyevanın və Qusar RMX PHŞ-in İctimaiyyətlə əlaqələr üzrə müfəttişi A. Zalovanın iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri İddiaçı xx.xx.2025-ci il tarixində icazə vərəqəsinə Qusar RMX PHŞ-in direktoru dərkənar qoymadığı halda özbaşına xəstəxananı tərk etmiş və saat 15:30-dan sonra işdə olmamışdır. Məhkəmə bu akta tənqidi yanaşır. Belə ki, iddiaçının göstərilən tarixdə işdə olmaması ilə bağlı iddiaçının öz işlədiyi şöbənin əməkdaşları tərəfindən deyil, digər əməkdaşlar tərəfindən tərtib edilmişdir. İddiaçı qərəzli şəkildə iş heç kimə məlumat vermədən iş yerini tərk etməmişdir. İddiaçının göstərilən vaxtda iş yerində olmaması müəssəsisənin əmək fəaliyyətinin pozulmasına səbəb olmamışdır. Həmçini iş üzrə isə mənəvi ziyanın tutulmasına əsas verən bu hallar müəyyən edilməmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.9, 43.2, 72, 287, 292, 300-cü maddələrinə istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X23 tərəfindən apellyasiya şikayəti verilərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-724/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən onun əmək funksiyasını və və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini pozması ilə əlaqədardır. Belə ki, iş materiallarına əlavə olunumuş xx.xx.2025-ci il tarixli həkim icazə formasından, həmçinin Qusar RMX PHŞ-nin direktorunun inzibati məsələlər üzrə müavini Zamin Bayramovun, direktor köməkçisi Aksana Fətəliyevanın, həmçinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Anjela Zalovanın iştirakı ilə tərtib edilmiş aktlardan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə saat 15:30-dan sonra işdə olmamış və 17:55-ə kimi yoxlanılmış və işə gəlmədiyi aşkar olunmuşdur. İddiaçı işdən icazə almaq üçün həkim icazə vərəqəsini təqdim etsə də direktorun razılığını gözləməmiş və iş yerini özbaşına tərk etmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş Qusar RMX PHŞ-nin həkim nəzarət komissiyasının xx.xx.2025-ci il tarixli iclas protokolundan göründüyü kimi, İddiaçı işdən icazəsiz getməsinin səbəbini təzyiqinin olması ilə əlaqələndirmişdir. İddiaçı ilə Qusar rayon mərkəzi xəstəxanası arasında bağlanmış əmək müqaviləsinin 3-cü bəndində işçinin (İddiaçı) əmək funksiyası göstərilmişdir. Həmin bəndə görə işçi aşağıdakı əmək funksiyalarının icrasını öz öhdəsinə götürür: .1 Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini təmin edir. Hesabatlıq bölməsinin işinə nəzarət edir. Əməyin mühafizəsi texniki təhlükəsizlik qaydalara əməl etmək. Vəzifə təlimatında göstərilən vəzifələrin icrası. Vəzifə təlimatı ilə tanış edilib. Bu əmək funksiyalarından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiya əlavə edilməsinə tərəflərin razılığı ilə yol verilir. İddiaçı xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrindən etibarən müəssisə rəhbərinin icazəsi və razılığı olmadan iş yerini özbaşına tərk etdiyinə görə əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri və əmək funksiyasını pozmuş və iş yerini özbaşına tərk etsə də məhkəmə onun hərəkətlərini əmək funksiyasının pozulması kimi qiymətləndirməmiş, əmək funksiyasının məzmununa uyğun yerinə yetirməli olduğu işlərin həyata keçirilməsi istiqamətində hər hansı pozuntuya yol verməməsi kimi qiymətləndirmişdir. Halbuki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi içşinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini, yaxud həmin məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını nəzərədə tutur ki, bunu da 3 yerə bölmək olar. İşçinin əmək funksiyasını, pozması işçinin əmək müqaviləsi üzrə öhdəliklərini pozması, işçinin Əmək Məcəlləsinin 72-ci madəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. İşçinin əmək müqaviləsi üzrə öhdəlikləri işəgötürən və işçi arasında bağlanmış və müqavilədə müəyyən edlmiş hüquq və vəzifələri ifadə edir ki, bu öhdəliklər üçün işçi üzərində götürdüyü müəyyən bir işi yerinə yetirir ki, işəgötürən bunun müqabilində ona əmək haqqı ödəyir. İşçi üçün öhdəliklər müəyyən bir işi yerinə yetirmək, əmək intizamına riayət etmək və işəgötürənin (müəssisəsinin) daxili qaydalarına riayət etməkdir. İş materiallarının araşdırılması zamanı İddiaçı müəssisənin daxili intizam qaydalarına əməl etməməklə, rəhbərlik etdiyi bölmənin əməkdaşlarına örnək olmalı olduğu halda, onların fəaliyyətinə nəzarət etməmək, əmək qanunvericiliyinin tələblərində əməl etməməklə əvvələr ona verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində yenidən əmək funksiyasını pozması, əmək müqaviləsi üzrə öhdəliklərini pozması tam aydın şəkildə təsbit olunsa da məhkəmə düzgün nəticəyə gəlməmiş və əmrin ləğv edilməsi kimi əsassız qənaətə gəlmişdir. Bundan əlavə İddiaçı əmək müqaviləsinə görə onun iş vaxtı həftədə 40 saat olmaqla həftənin 5 gününü əhatə edir və gündə 8 saat olmaqla, saat 09:00-da başlanar, 18:00-da qurtarır. Əmək Məcəlləsinin 94-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqla razılğı əsasında natamam iş vaxtı və ya natamam iş günü, yaxud natamam iş həfətəsi müəyyənləşdirilər bilər. İddiaçı 17 mart 2025-ci il tarixdə saat 15:30-dan iş yerini özbaşına tərk etmişdir ki, bu da işəgötürənin razılığı olmadan tamam iş vaxtına keçmək deməkdir ki, onun əmək müqaviləsinin şərtlərinə əsasən buna tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Məhkəmənin qətnamədə İddiaçı iş yerini icazəsiz və üzürlü səbəblər olmadan tərk etməsi və iş yerinə qayıtmaması ilə bağlı tərtib olunmuş aktlara məhkəmənin tənqidi yanaşması və həmin aktın məhz İddiaçı işlədiyi bölmənin əməkdaşları tərəfindən tərtib edilməsinin zəruriliyi ilə əlaqədar olaraq bildirilir ki, İddiaçı iş yerini tərk etməsi ilə bağlı aktın məhz onun işlədiyi bölmənin əməkdaşları tərəfindən tərtib edilməsi ilə bağlı hər hansı imperativ qayda mövcud deyil, əksinə həmin aktın məhz direktorun inzibati məsələlər üzrə müavini və digər rəhbər şəxslər tətəfindən tərtib edilməsi daha obyektiv və qanunauyğundur. Həmçinin İddiaçı iş yerini tərk etməsi ilə bağlı həm müraciət etməsi və həmin sənədə şöbə rəisi və direktor müavini tərəfindən etiraz etmirəm yazılması İddiaçı iş yerini yekun razılıq, yəni müəsisəsnin direktorunun icazəsi olmadan tərk etməsinə haqq qazandırmır. Yekun icazənin müəssisənin rəhbəri tərəfindən verilməsi işin mübahisə edilməz halıdır. Yəni hamıya bəlli olan hallar və faktlar mübahisə edilə bilməz, onların sübuta ehtiyacı yoxdur. İddiaçı son 6 ay ərzində əmək funksyasını pozduğuna görə, 28 fevral 2025-ci il tarixdə “töhmət” və 13 mart 2025-ci il tarixdə “şiddətli töhmət” aldığından və intizamsızlığı ilə seçildiyindən direktor tərəfindən ona icazə verilməməsi başa düşülən haldır ki, xüsusilə daha sonra onun icazə alması üçün gətirdiyi “bəhanə”dən (təzyiqinin qalxması) olmuşdur. İşə baxılarkən hakim tərəfindən qanunsuz və əsassız qətnamə qəbul olunacağını, hakimin direktor Kamil Hacıyevə qarşı qərəzli münasibət bəslədiyini, əvvəlki məhkəmə iclaslarında hakimin dəfələrlə direktor Kamil Hacıyevin sözünü kəsməsi, onunla yüksək tonda danışması, fikirlərini izah etməyə imkan verməməsi, ona mən səni “Bakı Sağlamlıq Mərkəzi”ndən tanıyıram deyərək səs tonundan və üz ifadə formasından Kamil Hacıyevi dostluq münasibətlərində, müsbət sayıla biləcək şəraitdə tanımadığını və bu tanışlığın məhkəmə prosesində Kamil Hacıyev üçün müsbət sayıla biləcək heç bir şey vəd etmədiyini onun nəzərinə çatdırmaq fikrini güdməsi və yekun nəticə olaraq Kamil Hacıyevin əleyhinə əvvəllər qərar qəbul etməsi və həmin qərarın Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməsi kimi hallarla bağlı hakimə etiraz edilsə də, etiraz hakim tərəfindən qəbul edilməmiş və rədd edilmişdir. Həmçinin məhkəmənin qətnamədə direktorun inzibati məsələlər üzrə müavini Zamin Bayramovun iddiaçıya öz ərizənlə yazıb işdən çıxmasına deməsinin təzyiq kimi qiymətləndirilməsinə münasibətdə bildirilir ki, Zamin Bayramovun fikirləri müəssisə rəhbərinin deyil məhz, onun fikirləri olduğundan və İddiaçı barəsində verilmiş əmr müəssisənin direktorunun (işəgötürənin) verəcəyi qərar olduğundan direktor Kamil Hacıyev tərəfindən İddiaçı edilən təzyiq kimi qiymətləndirilə bilməz. İclas protokolundan göründüyü kimi İddiaçı işdən icazəsiz getməsinin səbəbini təzyiqinin olması ilə əlaqələndirmişdir. İddiaçı ilə Qusar rayon mərkəzi xəstəxanası arasında bağlanmış əmək müqaviləsinin 3-cü bəndində işçinin (İddiaçı) əmək funksiyası göstərilmişdir. Həmin bəndə görə işçi aşağıdakı əmək funksiyalarının icrasını öz öhdəsinə götürür: 1 Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini təmin edir. Hesabatlıq bölməsinin işinə nəzarət edir. Əməyin mühafizəsi texniki təhlükəsizlik qaydalara əməl etmək. Vəzifə təlimatında göstərilən vəzifələrin icrası. Vəzifə təlimatı ilə tanış edilib. Bu əmək funksiyalarından hər hansı birinin və ya bir neçəsinin dəyişdirilməsinə, habelə onlara əlavə funksiya əlavə edilməsinə tərəflərin razılığı ilə yol verilir. ddiaçı İddiaçı xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrindən etibarən müəssisə rəhbərinin icazəsi və razılığı olmadan iş yerini özbaşına tərk etdiyinə görə əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri və əmək funksiyasını pozmuş və iş yerini özbaşına tərk etsə də məhkəmə onun hərəkətlərini əmək funksiyasının pozulması kimi qiymətləndirməmiş, əmək funksiyasının məzmununa uyğun yerinə yetirməli olduğu işlərin həyata keçirilməsi istiqamətində hər hansı pozuntuya yol verməməsi kimi qiymətləndirmişdir. Halbuki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi içşinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini, yaxud həmin məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasını nəzərədə tutur ki, bunu 3 yerə bölmək olar. İşçinin əmək funksiyasını pozması, işçinin əmək müqaviləsi üzrə öhdəliklərini pozması, işçinin Əmək Məcəlləsinin 72-ci madəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. İşçinin əmək müqaviləsi üzrə öhdəlikləri işəgötürən və işçi arasında bağlanmış və müqavilədə müəyyən edilmiş hüquq və vəzifələri ifadə edir ki, bu öhdəliklər üçün işçi üzərində götürdüyü müəyyən bir işi yerinə yetirir ki, işəgötürən bunun müqabilində ona əmək haqqı ödəyir. İşçi üçün öhdəliklər müəyyən bir işi yerinə yetirmək, əmək intizamına riayət etmək və işəgötürənin (müəssisəsinin) daxili qaydalarına riayət etməkdir. İş materiallarının araşdırılması zamanı İddiaçı müəssisənin daxili intizam qaydalarına əməl etməməklə, rəhbərlik etdiyi bölmənin əməkdaşlarına örnək olmalı olduğu halda, onların fəaliyyətinə nəzarət etməmək, əmək qanunvericiliyinin tələblərində əməl etməməklə əvvələr ona verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində yenidən əmək funksiyasını pozması, əmək müqaviləsi üzrə öhdəliklərini pozması tam aydın şəkildə təsbit olunsa da məhkəmə düzgün nəticəyə gəlməmiş və əmrin ləğv edilməsi kimi əsassız qənaətə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, ona əsassız töhmət verilib. Əmri mübahisələndirməmişdir. Bir daha səhvə yol verməyəcəyinə dair ərizəni Kamil Hacıyevin istəyi ilə yazmışdır. Xəstəliyi ilə bağlı işdən getmiş, dərman qəbul edib yenidən işə qayıtmışdır. Direktor işdə olmadığına görə ondan icazə ala bilməmiş, lakn maliyyə şöbəsinin müdiri İlqar müəllim icazə sənədinə imza çəkib, ondan sonra Zamin müəllim də imza çəkərək işdən dərman qəbulu üçün çıxmağına icazə vermişdir. Zamin müəllim icazə verə bilməyəcəyi barədə bir şey deməyib. Həmin vaxt şəkəri və təzyiqi qalxmışdı. Xəstəxanada mühasib vəzifəsində çalışırdı. İşi daim məsuliyyət və keyfiyyətlə icra etmişdir. Şəkər dərmanlarını hər ay müəyyən həcmdə götürür, ona ayrılmış miqdarda dərmanı götürdüyü üçün, iş vaxtı əlavə dərman götürə bilməmiş və icazə alaraq evə getmişdir. İşdən çıxdığı gün direktorun otağına getsə də, o otaqda olmayıb. Eldar müəllimdən icazə almış, ona bildirmişdir ki, təzyiqlə bağlı problemi var, dərman qəbul etməlidir. O da icazə vermiş, Zamin müəllimin də icazəsi olmuşdur. Direktor otağında olmayıb, həmin vaxt harada olduğunu bilməmiş, köməkçi isə harasa getdiyini bildirmişdir. Zamin müəllim izahatında onun işdən çıxıb geriyə qayıtmadığını bildirib, halbuki, geri qayıtmışdır, bununla bağlı şahidləri də vardır. Elmina işdə olmadığı müddətdə onu əvəz edən şəxsdir, onun bu barədə razılıq ərizəsi də mövcuddur.

11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, arvadının işlədiyi xəstəxanada müraciət edən xəstə sayı az olmasına baxmayaraq xaric edilən dərman sayı çox olduğundan onda şübhə doğurmuş, bu barədə müvafiq şöbədə çalışan tibb bacısı ilə danışmış, tibb bacısı dərmanları direktorun arvadının götürdüyünü bildirmiş, daha sonra bu haqda direktora da məlumat vermişdir. Beləlikdə direktorun iddiaçıya qarşı qərəzi formalaşmışdır.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X20 rəsmi qaydada məhkəmə bildirişi göndərilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin olmadan işin baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. "Qusar Rayon Mərkəzi Xəstəxanası" X22in 28 fevral 2025-ci il tarixli, 18-1-54/3- 1304/2025 saylı əmrindən görünür ki, “Qusar RMX” PHŞ-in Hesabatlıq bölməsinin müdiri İddiaçı dərman hesabatlarını düzgün yoxlanılmadığına, dərman qeydiyyatı jurnalı aylıq dərman hesabatla uyğun gəlmədiyinə, dərman və tibbi sərfiyyat qalıqlarının hesabatla uyğun olub-olmadığını yoxlamadığına və vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşdığına görə sonuncu xəbərdarlıq olunmaqla, Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.

14. "Qusar Rayon Mərkəzi Xəstəxanası" X22in 13 mart 2025-ci il tarixli, 18-1-54/3- 1-375/2025 saylı əmrindən görünür ki, “Qusar RMX” PHŞ-in Hesabatlıq bölməsinin müdiri İddiaçı Laboratoriya və Aptek bölməsində audit aparmadığına görə, təhvil-təslim aktında 5800 manat dəyərində dərman və tibbi sərfiyyatın hesabatını aparmadığına görə, faktiki dərmanları yerində saymadığına və artıq əksik gələn dərman və tibbi sərfiyyatı qeydiyyata almadığına görə, hesabatlıq bölməsində bölmə müdiri vəzifəsinin məsuliyyətini anlayıb işlərini bu günə qədər düzgün qurmadığına görə sonuncu xəbərdarlıq olunmaqla Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

15. xx.xx.2025-ci il tarixli İddiaçı izahatından görünür ki,xx.xx.2025-ci il tarixində 15:30-dan onun təzyiq və şəkər dərmanlar almaq üçün evə getmiş və 17:20-də iş yerində olmuşdur.

16. "Qusar Rayon Mərkəzi Xəstəxanası" X22in 01 aprel 2025-ci il tarixli, 18-1-54/3- 1-391/2025 saylı İddiaçı ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində 15:30-dan sonra icazə almadan iş yerini qanunsuz şəkildə tərk etmişdir, iş yerini tərk etməyi səbəbi aydınlaşdırmaq məqsədilə ondan izahat tələb olunmuşdur. Lakin, İddiaçı izahat verməkdən imtina etmiş, iş yerini qanunsuz tərk etməyi barədə bir gün ərzində izahat verməyi tələb olunmuşdur.

17. "Qusar Rayon Mərkəzi Xəstəxanası" X22in 07 aprel 2025-ci il tarixli, 18-1-54/3- 1-442/2025 saylı İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, “Qusar Rayon Mərkəzi Xəstəxanası" X22 Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin bölmə müdiri vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış xxxxxxx000109 nömrəli əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (72-ci maddəsinin “ə" bəndi - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) işçi İddiaçı tərəfindən əmək funksiyasının və vəzifə öhdəliklərinin dəfələrlə pozulması səbəbindən xitam verilmişdir. Əsas: İddiaçı işə qayıtmaması barədə AKT, özbaşına iş yerini tərk etdiyi barədə AKT, saatlıq icazə vərəqəsi, direktorun inzibati məsələlər üzrə müavini Zamin Bayramovun xx.xx.2025-ci il tarixli təqdimatı, HNK-nın xx.xx.2025-ci il tarixli iclasının 7 nömrəli protokolu və Qusar SİHİ-na ünvanlanmış xx.xx.2025-ci il tarixli HNK-nın xx.xx.2025-ci il tarixli 7 nömrəli protokolun müzakirəsi (protokol nömrə 2) İddiaçı verilmiş xx.xx.2025- ci il tarixli 18-1-54/3-1-304/2025 saylı töhmət əmri və xx.xx.2025-ci il tarixli 18-1 -54/3-1 375/2025 saylı şiddətli töhmət əmri.

18. "Qusar Rayon Mərkəzi Xəstəxanası" X22in icazə sənədindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar olaraq 1 saatlıq işdə olmaması ilə əlaqədar işəgötürəndən icazə istəməklə, həmin sənədə əsasən onun işdə olmayacağı dövrdə əmək funksiyasını E.Ağasıyeva yerinə yeriməyi öhdəsinə götürərə müvafiq razılıq vermiş, şöbə müditi və inzibati məsələlər üzrə müavin isə onun 1 saatlıq işdə olmamasına etiraz etməyərək sənədə imza etmiş, direktor qrafası isə boş saxlanılmışdır.

19. Qusar RMX PHŞ-in direktorun İnzibati məsələlər üzrə müavini Z. Bayramovun, Qusar RMX PHŞ-in direktor köməkçisi A.Fətəliyevanın və Qusar RMX PHŞ-in İctimaiyyətlə əlaqələr üzrə müfəttişi A.Zalovanın iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri İddiaçı xx.xx.2025-ci il tarixində icazə vərəqəsinə Qusar RMX PHŞ-in direktoru dərkənar qoymadığı halda özbaşına xəstəxananı tərk etmiş və saat 15:30-dan sonra işdə olmamışdır.

20. Qusar RMX PHŞ-in direktorun İnzibati məsələlər üzrə müavini Z.Bayramovun, Qusar RMX PHŞ-in direktor köməkçisi A.Fətəliyevanın və Qusar RMX PHŞ-in İctimaiyyətlə əlaqələr üzrə müfəttişi A.Zalovanın iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri İddiaçı xx.xx.2025-ci il tarixində Qusar RMX PHŞ-in direktorun icazəsi olmadan xəstəxanadan getmiş, saat 17:55-də işə qayıdıbqayıtmaması barədə yoxlama keçirən zaman İddiaçı iş otağında olmadığı və işə qayıtmadığı aşkarlanmışdır.

21. Qusar RMX PHŞ-in direktorun İnzibati məsələlər üzrə müavini Z.Bayramovun, Qusar RMX PHŞ-in direktor köməkçisi A.Fətəliyevanın və Qusar RMX PHŞ-in İctimaiyyətlə əlaqələr üzrə müfəttişi A. Zalovanın iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2025-ci il tarixində Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri İddiaçı xx.xx.2025-ci il tarixində icazə vərəqəsinə Qusar RMX PHŞ-in direktoru dərkənar qoymadığı halda özbaşına xəstəxananı tərk etdiyi barəsində izahat yazmaqdan imtina etmişdir.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, iş yoldaşı olub, onunla qohumluq və düşmənçiliyi yoxdur. O, 2011-ci ildən Hafızə xanımla işləmişdir. Hafizə iş vaxtında həmişə məsuliyyətli olub, işə vicdanla yanaşıb. Ona heç vaxt rəhbərlik tərəfindən irad bildirməyib, həmişə nizam intizamlı olub, öz işində nöqsan görməmişdir. 17 mart tarixdə başqa bir iclas var idi, həmin iclasa Hafizə xanım dəvətli deyildi. O, iddiaçının müdiri olmuşdur. Xəstəxanada müvəqqəti icazə istəyənlər üçün qayda yaradılmışdı, rəhbərliyin adına yazılı sürətdə müraciət yazılır, həmin müraciətə direktorun müavini, baş həkim, inzibati işlər üzrə müavin, kadrlar şöbəsi həm də maliyyə şöbəsi imza atmalıdır, tək Hafizə xanım üçün deyil, bütün işçilər üçün belə qayda var. Həmin günü da Hafizə ona yaxınlaşaraq getmək istədiyini bildirmiş və yazılı həmin sənədi gətirmişdir. Elmira Ağasiyev da həmin şöbədə işləyir, Hafizə xanım olmasa onun işini Elmira yerinə yetirə bilər, o da mühasibdir. O, işdən azad olunmuşdur, öz xahişilə bağlı işdən azad olunmuşdur. 17 martda keçirilmiş iclasda ona hər hansı intizam tənbehi verilməyib, o, protokolda çox şey yazıla bilər, o, düzgün deyil. Ona yazılı xəbərdarlıq necə yazıblar ki, o həmin iclasda olduğu halda ona xəbərdarlıq necə yazıla bilər, onlar hamısı uydurmalardır.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, iş yoldaşı olub, onunla qohumluq və düşmənçiliyi yoxdur. O, 11 il Hafizə xanımla bir yerdə işləmişdir. O, dörd il anbar müdiri, altı il də anbardar işləmişdir. Sonuncu dəfə məhkəmə qərarına əsasən o, işə bərpa olunmuşdur. Həmin təhvil təslim zamanı Hafizə xanım iştirak edib, ondan başqa əməkdaşlar da var idi, həmin vaxt anbarda oğurluq olunmuşdur. Necə ona qarşı haqsızlıq olunmuşdursa Hafizə xanıma da o cür haqsızlıq olundu. O, hazırda işləmir, işləməyə qoymadılar. Hafizə xanıma töhmət verilən iclasda iştirak etməmişdir. Hafizə xanım ona müraciət edib dedi ki, “sənin də köməyinə ehtiyacım var”, bütün xəstəxananın işçilərinə qarşı haqsızlıq olunub. Bu vaxta kimi o, Hafizə xanımdan qanunsuz iş görməmişdir. Məhkəmənin qərarı ilə o işə bərpa olunmuş, onu işə bərpa etməmişlər, onun yerinə başqa şəxsi qoymuşlar.Hafizə xanıma töhmət verməkdən xəbəri olmayıb, iclasda o, iştirak etməmişdir. O, icazə almamış, yarım saat icazə istəyəndə şöbə müdirinə deyirdi və gedirdi, bir gün icazə istəyəndə ərizə yazırdı. Kamil həkimin dövründə o, icazə almamışdır.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır, iş yoldaşı olub, onunla qohumluq və düşmənçiliyi yoxdur. O, 20 ilə yaxın işləyir, hər ay mühasibatlığa hesabat verir. 2025-ci ili may ayından Quba regional vərəm şöbəsində işləyir. Hər ayın birindən üçünə kimi onları çağırırdı, onların qırmızı kitabları var, həmin kitabları aparıb dərmanları müqayisə edirdilər. O. iclasda iştirak etmiş, həmin vaxt Hafizə xanıma xəbərdarlıq olunub, töhmət verilməyib. Sonra eşitmişdir ki, töhmət verilib. Şöbələrin yoxlanması barədə komissiyanın aktları onlara da verilməyib. O, Kamil həkimdən narazı olmuşdur, ondan bir başa Cənab Prezidentə də yazmışdır. 28 fevralda keçirilən iclasda onun məsələsi müzakirə olunmayıb, ona xəbərdarlıq elan olunmayıb, ona görə ayrı iclas qurulmuşdu. O, həmin iclasda iştirak etmişdir, ondan başqa tibb bacıları da var idi, onlar qabaqda oturmuşdurlar, neçə nəfər idisə xatırlamır, 4-5 nəfər olardı. Həkim nəzarət komissiyasının iclasına böyük tibb bacıları niyə çağırdıqlarını bilmir. Həmin iclasda ona xəbərdarlıq etməsindən xəbəri yoxdur, o protokolda düz yazmayıb. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

3.9 Əmək funksiyası – əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur.

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

71. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

26. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

27. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-724/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-724/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar olaraq saat 15:30-dan 16:30-dək, yəni 1 saatlıq işdə olmaması ilə əlaqədar işəgötürəndən icazə istəmək məqəsədi ilə müəssisədaxili intizam qaydasına müvafiq olaraq icazə sənədi əldə etmiş və həmin sənədə əsasən onun işdə olmayacağı dövrdə əmək funksiyasını E.Ağasıyeva adlı işçi yerinə yeriməyi öhdəsinə götürərək müvafiq razılıq vermiş, şöbə müdiri və inzibati məsələlər üzrə müavin isə onun müvəqqəti işdə olmamasına etiraz etməyərək sənədə imza etmişdir. İcazə sənədində direktor qrafası isə boş saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı icazə sənədinə direktor tərəfindən imza edilməklə icazəyə razılıq üçün onun otağına getdiyini, lakin həmin vaxt köməkçinin direktorun iş otağında olmadığını və harasa getdiyini ona bildirməsinə dair izahat vermişdir. Apellyasiya şikayətinin dəlillərindən isə belə aydın olur ki, direktor tərəfindən iddiaçıya həmin gün icazə verilməmişdir. Belə ki, apellyasiya şikayətində qeyd olunmuşdur ki, İddiaçı son 6 ay ərzində əmək funksyasını pozduğuna görə 28 fevral 2025ci il tarixdə “töhmət” və 13 mart 2025-ci il tarixdə “şiddətli töhmət” aldığından və intizamsızlığı ilə seçildiyindən direktor tərəfindən ona icazə verilməməsi başa düşülən hal olmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlmədiyindən tərəflərin qeyd olunan dəlillərinin əsaslılığını yoxlamaq mümkün olmamışdır. Lakin, məhkəmə kollegiyası nəzərə almışdır ki, müəssisədaxili intizam qaydasına əsasən icazənin yazılı qaydada rəsmiləşdirildiyi təqdirdə, icazə verilməsindən imtinanın da yazılı qaydada, yəni icazə sənədinə müvafiq qeyd aparılmaqla rəsmiləşdirilməsi zəruri olmuşdur.

30. Məhkəmə kollegiyası qeyd edir ki, işçinin səhhəti, ailə vəziyyəti və ya hər hansı bir digər səbəbdən bir neçə saatlıq iş yerində olmamasına zərurət yaranması və buna görə də müəssisədaxili intizam qaydasına müvafiq olaraq icazə sənədi əldə etməklə idarəetmə funksiyasını yerinə yetirən struktur bölmə rəhbərlərinin bir qisminin razılığının alınması nəzərə alınmaqla, işçinin müvəqqəti olaraq iş yerini tərk etməsi faktı, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmamaqla, işçinin altı ay ərzində təkrarən əmək funksiyasını pozması halı kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası həmçinin, iddiaçının icazə müddəti bitdikdən sonra xəstəxanaya qayıtmamasının sübut olunmaması ilə bağlı birinci instasniya məhkəməsinin əsaslandırması ilə də razılşamışdır.

31. Bununla yanaşı məhkəmə kollegiyası nəzərə alımışdır ki, hazırkı iş üzrə iddiaçının müvəqqəti işdə olmayadığı dövrdə onun əmək funksiyasını başqa bir işçi yerinə yeriməyi öhdəsinə götürmüşdür ki, belə olduğu təqdirdə də iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmamaqla, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə də hər hansı formada ziyan dəymir. Hərçənd ki, yuxarıda istinad olunan Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavabdeh işəgötürən tərəfindən isə iddiaçı ilə bağlı əmək müqviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə xitam verilsə də onun işdə olmadığı bir neçə saatlıq dövr ərzində mənafelərinə hər hansı formada ziyan dəymiş olmasını əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla xitam verilməsi əsassız və qanunsuz olmuşdur.

32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-724/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X22in apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(029)-724/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver